Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1016/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 oğlu və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı cavabdeh2 ##.##.2019-cu il tarixə kimi ayda 10.000 manat qaytarmaq şərtilə cavabdeh2 300.000 manat borc vermişdir.
2. Tərəflər arasında ##.##.2019-cu il tarixdə üç tərəfli bağlanmış müqavilə tərəflərin barmaq izləri və öz imzaları ilə təsdiq edilmişdir. Müqaviləyə görə Qəhraman və cavabdeh1lərin İddiaçı 1.285.899 manat borcu olduqlarını etiraf edərək bu borcun ödənilməsi barədə şərtləşirlər ki,- Qeyd olunan məbləğin 145.899 manatı çıxılır nəticədə qalıq borc 1.140.000 manatdır (bir milyon yüz qırx min manat).- Ildə iki dəfə açot olunacaq, mal sayılacaq, satılan malla ödənilən pullar başa-baş çıxmalıdır.- Asif bir ədəd Forland maşın vermişdir. Sonda ya maşın geri veriləcək, ya da ki pulu ödəniləcək– 70.000 manat qazanc çıxılır hesabdan- Yanan mallara dövlət pul verərsə yarıya bölünəcək.
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 815.050 manat və 285.000 manat olmaqla ümumilikdə 1.100.050 manat pulun tutulmasını xahiş etmişdir.
4. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2016-cı ildə onunla cavabdeh2 arasında kredit müqaviləsi imzalanmış,müqaviləyə əsasən cavabdeh2 300.000 manat borc vermişdir.cavabdeh2 müqavilə üzrə borc məbləğini ##.##.2019-cu il tarixə kimi ayda 10.000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. 2-3 ay ödəniş etdikdən sonra Qəhrəman ona təklif etmişdir ki, Çində olan şirkətindən şatış üçün kombi, sanitexnika avadanlıqları göndərsin o da, Azərbaycanda sataraq həm pul qazansın, həm də ona olan borcunu qaytarsın. Razılaşmaya uyğun olaraq ona kombi, radiator, istilik sistemləri göndərilmişdir. 2023-cü ilin yanvar ayında cavabdeh2lə aralarında yenidən haqq-hesab edilmiş, ümumi aldığı mal və ödədiyi ödənişlər hesablanaraq onun Qəhrəmana verdiyi mallar 2.101.602 manat təşkil etmişdir. Qəhrəman və cavabdeh1lər 2.101.602 manat puldan ona 1.286.552 manat geri qaytardıqdan sonra 815.050 manat qaytarılmamış məbləğ, həmçinin ##.##.2019-cu ildə “Diqlas” Ticarət Mərkəzində yanan mallara görə 285.000 manat borcu yaranmışdır. Hazırda cavabdehlərin ona olan borcu 1.100.050 manat təşkil edir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh2 və cavabdeh1 nümayəndəsi vəkil vəkil2 iddia ərizəsini qəbul etməyərək, İddiaçıla olan ticarətini qəbul etdiyini, tərəflər arasında pulun qaytarılması ilə bağlı bloknotda qeyd edilərək qarşılıqlı imzalarla təsdiq edildiyini, cavabdeh1 isə yanan mallara görə bir sənədə imza etdiyini, başqa hesablaşmalarının olmadığını, İddiaçı tələb etdiyi mallardan 259.000 manatlıq malın Xırdalana aparıldığı, 285.000 manat yanan mallara görə tələb edilən pulun ona aidiyyəti olmadığını, yanan mallara görə dövlət tərəfindən təzminat olaraq verilmiş 40.000 manat puldan Asifə çatacaq 20.000 manatın ona verilməməsinin səbəbinin aralarında olan razılaşmaya əsasən “Forland” markalı yük maşının onlara verilməməsini bildirdi.
6. Cavabdehlərin nümayəndəsi və vəkili ##.##.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ilə cavabdeh2 arasında ##.##.2016-cı ildə kredit müqaviləsi bağlandığını və həmin müqavilə üzrə pul tam qaytarıldığından, həmçinin müqavilə üzrə iddia müddəti 5 ildən artıq müddətə keçdiyindən həmin mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddianın rədd edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən “müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.” Bütün bunları və MMnin 373-cü maddəsinin tələblərini nəzərə alaraq İddiaçı cavabdeh2 və digərlərinə qarşı pul tələbinə dair 2(008)- ****/**** nömrəli mülki işi üzrə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(008) ***/**** nömrəli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 978.304,79 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə ilk olaraq ##.##.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında 2016-cı ildə kredit müqaviləsi imzalanmış, həmin müqavilə ##.##.2019-cu ilə kimi qüvvədə olduğu müddətdə tərəflər arasında ##.##.2019-cü il tarixdə yeni müqavilə bağlanmaqla münasibətlər davam etmişdir. Yəni hazırkı halda hər hansı müddətin keçməsindən söhbət gedə bilməz.
9. Daha sonra məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ##.##.2019-cu il tarixdə üçtərəfli müqavilə imzalanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq, Qəhraman və cavabdeh1lərin İddiaçı 1.285.899 manat borcu olduqlarını etiraf edərək bu borcun ödənilməsi barədə şərtləşirlər ki,- Qeyd olunan məbləğin 145.899 manatı çıxılır nəticədə qalıq borc 1.140.000 manatdır.- Ildə iki dəfə açot olunacaq, mal sayılacaq, satılan malla ödənilən pullar başa-baş çıxmalıdır.- Asif bir ədəd Forland maşın vermişdir. Sonda ya maşın geri veriləcək, ya da ki pulu ödəniləcək– 70.000 manat qazanc çıxılır hesabdan- Yanan mallara dövlət pul verərsə yarıya bölünəcək. Göründüyü kimi, tərəflər arasında ##.##.2019-cu il tarixdə üç tərəfli bağlanmış müqavilə tərəflərin barmaq izləri və öz imzaları ilə təsdiq edilmişdir. Müqavilə şərtlərindən aydın şəkildə birgə fəaliyyət barədə müqavilə olduğu, “malların ildə iki dəfə sayılaraq açot olunması”, həmçinin “Diqlas” Ticarət Mərkəzində yanmış mallara görə dövlət tərəfindən dəymiş ziyan olaraq pul veriləcəyi təqdirdə həmin məbləğin də aralarında bölünəcəyi barədə razılığa gəlinməsini tərəflər öhdəsinə götürmüşdür.
10. Bununla yanaşı məhkəmə Çin Xalq Respublikasından cavabdeh2 adına 2017, 2018 və 2019-cu illərdə içərisində kombi, radiator və istilik sistemlərinin olmasını əks etdirən invoyslara münasibətdə qeyd etmişdir ki, tərəflər arasında əməkdaşlıq davam etmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq 2018-2019-cu illərdə Azərbaycan Respublikasına cavabdeh2 adına içərisində kombi, istilik sistemi və onun ehtiyat hissələri olan avadanlıqların gətirilməsinin əks olunduğu Gömrük Bəyamnamələri təqdim olunmuşdur. Eləcə də, iş materiallarında Çin Xalq Respublikasından Gürcüstan Respublikası vasitəsilə Azərbaycana 2019-cu ilin noyabr ayında gələn malların yük və CMR sənədləri mövcuddur və həmin sənədlər bir daha təsdiq edir ki, tərəflər arasında ##.##.2019-cu il tarixdə imzalanmış üçtərəfli razılaşmadan sonra da birgə fəaliyyət davam etmiş, yeni məbləğli mallar gətirilmişdir. Bu hallar bir daha iş materiallarında olan İddiaçı ilə cavabdeh2 arasında 2022-ci il tarixdə olan whatsapp yazışmaları ilə də öz təsdiqini tapır. Həmin yazılarda Asif, yanğına kimi nə oldu-oldu yanğından sonra olan mallara cavab verməsini Qəhrəmandan tələb edir.
11. Məhkəmə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2022-ci il tarixli hökmün surətinə istinad edərək qeyd etmişdir ki, ##.##.2019-cu il tarixdə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90.000 manat pulun 40.000 manatı zərərçəkmiş şəxs cavabdeh1, 50.000 manatı zərərçəkmiş şəxs X5 verilməsi hökm edilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş cavabdeh1 ifadəsində bildirmişdir ki, o, “Diqlas” ticarət mərkəzində icarəyə yer götürüb istilik sistemlərinin alqı-satqısı ilə məşğul olmuşdur. Yanğın hadisəsi zamanı ona ümumilikdə 285.000 manat maddi ziyan dəymişdir. 10.000 manat dövlətdən yardım almışdır. Ona dəymiş ziyanın qalanı ödənilməmişdir. Depozitə qoyulan 40.000 manat pulu götürməmişdir. Şikayəti vardır vurulmuş ziyanın ödənilməsi üçün pul vəsaitinin depozit hesaba qoyulması haqqında ##.##.2021-ci il tarixli qərardan və ##.##.2021-ci il tarixli, ***PBUD********* nömrəli ödəniş tapşırığından görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X5 və cavabdeh1 dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə X2 tərəfindən təqdim olunan 90.000 manat məbləğində pul vəsaiti (Təbriz Xəlilov üçün 50.000 manat, cavabdeh1 üçün 40.000 manat) Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmişdir.
12. Iş materiallarında borcun qarşılıqlı qaytarılması barədə cavabdeh Kamran və cavabdeh2 nümayəndəsi vəkil vəkil2 tərəfindən təqdim edilmiş ##.##.2019-cu il tarixli bloknotda aydın qeyd olunur ki, baş borc 1.140.000 manat + Təzə mal olan kombi üçün 202.035 manat qeyd edilmişdir.- bloknotda ##.##.2019-cu il tarixdə 10.000 manatın Asifə qaytarılması hissəsində imzanın qarşısında köhnə borc ifadəsi qeyd olunmuşdur.- ##.##.2021-ci il tarixdə cavabdeh tərəfindən ödənilməsi qeyd olunan 55.000 manatın, ##.##.2021-ci il tarixdə 500 manatın və ##.##.2021-ci il tarixdə 20 manatın qarşısında imza yoxdur.- bloknotda qeyd olunsa da verilmə tarixi göstərilməyən 144291,79 manat pulun kimə verilməsi, verilmə tarixi və imza yoxdur. Iddiaçı İddiaçı tərəfindən tərəflərin qarşılıqlı imzaları ilə təsdiq edilən kitabçada ##.##.2019-cu il tarixdə qeyd olunur ki, əvvəlki borc yanğından sonra 1.140.000 manat- 08/2019cu ildə kombi təzə qarışıq malların dəyəri 202035 manat hansı ki bu məbləğ cavabdehlərin təqdim etdikləri kitabçada da öz əksini tapmışdır.- 11/2019-cu il kombi təzə korona 213763 manat- 11/2019-cu il 39883 manat qazanc 2 yerə bölünür 19943 manat- kitabçada ##.##.2019-cu il tarixdə 10.000 manatı Asifə ödəyən şəxsin Kamran olduğu qeyd olunmuşdur. Bu hal bir daha təsdiq edir ki, Kamran və cavabdeh2 birgə borclu kimi İddiaçı qarşısında məsuliyyət daşıyırlar.
13. Məhkəmənin qənaətincə tərəflər arasında ##.##.2019-cu il tarixli üçtərəfli razılaşmaya əsasən ortaq ticarət əlaqələri olmuş və birgə fəaliyyət nəticəsində İddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 1.594.888 manat mal verildiyi halda cavabdehlər tərəfindən qarşılıqlı imzalarla təsdiqlənmiş iş materiallarına əlavə edilmiş dəftərdən də göründüyü kimi cavabdehlər tərəfindən nağd şəkildə iddiaçıya 437.292,21 manat, həmçinin iddiaçının yaxın adamı olan Pərviz və Əhmədlə barter olunan 199.291 manatlıq mal olmaqla ümümilikdə 636.583,21 manat pul qaytarılmışdır. Belə olan halda 1.594.888 – 636.583,21 = 958.304,79 manat cavabdehlərin mallar üzrə borcu həmçinin iş materiallarında olan “Diqlas” Ticarət Mərkəzinin yanması ilə əlaqədar olaraq cavabdehlərə ödənilmiş 40.000 manatın yarısı olan 20.000 manat cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.4, 340.1 və 882.1 və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 77.1, 88, 106.1, 106.3, 191.3, 217.1 və 217.3-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339,6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apelyasiya şikayətində göstərmişdir ki, işin faktiki hallarından müəyyən edilir ki, cavabdeh cavabdeh1 iddiaçı ilə heç bir alış-verişi, notarial razılığı və ya ticarət əlaqəsi, şərikliyi olmamışdır. Iddiaçı tərəfindən təqdim edilən borc müqaviləsinin də, tərəfindən mal alınmasının da, tərəfindən pul ödənməsinin də heç bir əsası olmamışdır. O, yalnız “Diqlas” Ticarət Mərkəzi yanarkən sənədləşmə işlərində adı olduğundan ona etibarnamə ver deyilən şəxsə etibarnamə vermiş, onunla vəkil müqaviləsi və bir neçə təqdim edilmiş sənədə qol çəkmişdi. Bundan başqa heç bir halda cavabdeh1 iddiaçı ilə hər hansı bir razılaşması olmamışdır. Hazırkı qətnamə çıxdıqdan sonra cavabdeh1 qardaşı cavabdeh2 da məhz ailəsi və uşaqlarının həyatı ilə təhdid edilərək müəyyən yazılar yazmalı, məcburi bir kafedə video çəkilərək olmayan şeylər dedirdilmişdir ki, iddiaçı dəfələrlə bu kimi şantaj, hədə qorxu və s. hallarla onlara müəyyən sənədlərə qol çəkmişdir. Bununla yanaşı iş materiallarında guya borc razılaşmasına qol çəkdiyinə dair saxta bir razılıq kağızından başqa Çindən gəldiyi iddia edilən milyonluq malın 1 manatının belə adına gəlmədiyi, gömrükdə rəsmiləşmədiyi, aralarında bir kəlmə telefon danışığı olmadığı, 1 manat pul vermədiyi və ya almadığı halda ondan pul tutulması barədə qətnamə qəbul edilməsi tam qanunsuz və əsassızdır. Bununla yanaşı ilk gündən cavabdeh1 nümayəndəsi tərəfindən dəfələrlə bildirildiyi kimi qeyd edilən imzanın belə ona məxsus olduğu şübhəli olduğu və bu barədə ekspertiza keçirilməsi də tələb edildiyi halda məhkəmə tərəfindən iddiaçıya vəkillik edilmiş və onun xeyrinə qanunsuz, ədalətsiz və qərəzli qətnamə qəbul edilmişdir. cavabdeh1 etibarnamə verdirilməsi zamanı bütün danışıqları aparan Ayaz Qəhrəmanov adlı vəkilin həm iddiaçı ilə həm də işə baxmış hakim ilə olan dostluqları və bu işi əlbir olaraq danışıb həll etmələri etdiyi şikayətlərin düzgün araşdırıldığı, onlar arasındakı telefon danışıqları üzə çıxdığı zaman da öz təsdiqini tapacaq. Belə ki, vəkilinə dəfələrlə hakimlə həmin vəkilin əlaqəsi olduğu barədə məlumat verib hakimə etiraz verməsini tələb etsə də əlində sübutu olmadığı təqdirdə edə bilməyəcəyini bildirməklə etiraz verməsə də ilk 4 iclasa iddiaçının və ya vəkilinin gəlmədiyi təqdirdə hakim konkret olaraq məhkəmə baxışı təyin etmədiyi, illər əvvələ aid mübahisə olduğu bildirilən mübahisəyə dair aylar sonra və məhkəmə baxışında sübutu qəbul etməklə və bir çox qeyri-prosessual pozuntularla qanunsuzluqla qərar qəbul etmiş, qanunsuz qətnamələrini qanuniləşdirərək qüvvəsini almaq üçün isə qardaşının qorxaqlığından istifadə edərək atası və qardaşına zorla kafedə görüşərək öz istədiklərini dedirtdirmək və yazdırmağa məcbur etmiş, lakin imza atdıra bilməmişlər. Bütün bu qanunsuzluqlarından isə tərəfindən aidiyyatı orqanlara şikayət verilmişdir. Qardaşının uşaqlarının həyatına görə qorxusundan dedirdilən ifadələrin heç biri doğru olmadığı gün kimi aydın olacaq. Aidiyyatı qurumların araşdırması da tam üzə çıxaracaq ki, iddiaçı, xaricdən nə cavabdeh1 də onun qardaşı cavabdeh2 iddiasında göstərilən malı göndərməmişdir. Çünki iddiaçı öz ərizəsində qeyd edir ki, guya cavabdehlərə 2.000.000 manatdan çox mal verib və 2023-cü ilin yanvar ayında haqq hesab edilib və həmin haqq-hesabda 1.286.000 manat ona pul veriblər, 815.000 manat məbləğində borclu qalıblar və 285.000 manata da yanan mal olmuşdur. Ilk öncə iddiaçı onun da imzası olduğunu bildirdiyi kağızda da 2.000.000 manatlıq maldan, borcdan hər hansı bir söhbət getməmişdir. Həmin tərtib etdiyi kağızda da 1.285.000 manat borc olduğu və yekun qalıq 1.140.000 manat olduğunu qeyd etmişdir ki, Rayon Məhkəməsi əgər ədalətli, obyektiv və qərəzsiz, tapşırıqsız, sövdələşməsiz, gizli danışıq və görüşlərə hesablanmayan araşdırma aparsaydı tam sübut olunardı ki, onların 1 manat belə borcları yoxdur. Saxta və imzanın şübhəli olduğu kağızda yazılan 1.285.899 manat məbləğdə pul cavabdeh1 qardaşının borcu olmuş olsa, belə 2023-cü ilin yanvarında haqq hesab ediləndə aldığı pul 1.286.000 manat olduğu halda heç bir borc qala bilməzdi.
17. Qətnamədən cavabdeh cavabdeh2 də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apelyasiya şikayətində göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı istinad etdiyi münasibətin 2016-cı ildən başladığını və 2019-cu ildə yenidən bağlanmış “üçtərəfli müqavilə” adı verdiyi imzalı kağıza istinad edir. Lakin iddia ərizəsi ##.##.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı nə ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak etməmiş və bunun üçün kifayət qədər imkanı olduğu halda iddiasını əsaslandıran bütün sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir. Dəfələrlə hakimin işi baxışa verməsi, iddiaçını müdafiə etməməsi tələb edilsə də, dəfələrlə hazırlıq iclası əsassız olaraq təxirə salınmış, sonradan isə iş üzrə cavabdehin əvvələr nümayəndəsi olmuş vəkil qoşulmuş, onun da dəfələrlə iştirak etdiyi iclaslarda təqdim edilməyən sübutlar məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş, təqdim edilmiş sübutlardakı imzalardan birinə dair mübahisə olduğu, xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət verildiyi halda vəsatətə münasibət belə bildirilmədən ziddiyyətli qətnamə qəbul edilmişdir. Bununla yanaşı iddiaçının vəkilinin (nümayəndəsinin) daha əvvəl eyni iş üzrə cavabdehlərdən cavabdeh1 vəkili (nümayəndəsi) olduğu halda onun vəkilliyinə belə icazə verilmədiyi halda onlar tərəfindən tərtib edilərək imzaladılmış kağız mötəbər sübut kimi qiymətləndirilmişdir. Halbuki həmin sübut sayılacaq kağızdakı halların əslində yalnız iddiaçı ilə Qəhrəman Abdulayev arasında olan şəriklik biznesinin təsdiqi olmuşdur ki, onu da Qəhrəman Abdulayev mübahisələndirməmiş, əksinə iddiaçı ilə 2019 cu ildə şərikli biznesi olduğunu etiraf etmiş və həmin kağızda qeyd edilən məbləğin də iddiaçıya tam ödəndiyini bildirmiş və sübut etmişdir. Iş materialarına əlavə edilmiş "üçtərəfli müqavilə" adlandırılan kağız parçasında tərəflər arasında 1.285.899 manatlıq mal borcu olduğu həmin borcdan yekun olaraq 1.140.000 manat ödənməli olduğu qeydindən, tərəflər arasında ödənmiş pullara dair qəbzlər, imzalı bloknotlar, Xırdalana mal qaytarmaqla pulun tam ödənməsi iddiaçının özü tərəfindən də dəqiq cümlələrlə qeyd edildiyi, iddia tələbinin 2.000.000 manat olmadığı, həmin məbləğə dair sübut olmadığı, sonradan gələn mal yazısında imza olmadığı halda o sübut sayıldığı, ancaq bloknotda ödəndiyi bildirilən məbləğin iddiaçı tərəfindən iclasda etiraf edildiyi halda imza olmadığı əsası ilə hakim tərəfindən qərəzli olaraq hesablanmadığı, iddiaçının 2023-cü ilin yanvarında 1.286.000 manat ona ödəndiyi etirafına baxmayaraq məhkəmə iddiaçının özünün belə əsaslandıra bilmədiyi iddiasını əsaslandırmağa sonsuz cəhdlə çalışması və iddia tələbindən kənara çıxaraq 978.304,79 manat pul tutulmalı olması qərəzin, qanunsuzluğun, ədalətsizliyin ən bariz göstəricisidir. Məhkəmə gah tərəflər arasındakı münasibəti borc münasibəti kimi əsaslandırmış, gah da şəriklik adlandırmış, onların arasında olan münasibəti dəqiq müəyyən etməmiş, sabit fikirdə olmamışdır. Rayon Məhkəməsi qanunun tələblərinin əksinə iddiaçıya sərf edən kağız parçasını belə mötəbər sübut saymaqla, tarixsiz, imzasız yazıları belə cavabdehə borc kimi hesabladığı halda iddiaçı tərəfindən haqq hesab edərək yazdığı xərcləri, aldığı pulları sübut saymamış, qarşısında imza yoxdur qeydi ilə iclasda iddiaçının etiraf etməsinə baxmayaraq onun qeyd etdiyi məbləğləri hesablayaraq çıxmamışdır. Bununla yanaşı iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi 285.000 manat yanğında mal yandığı məhkəmənin hökmü ilə də təsdiq edildiyi halda həmin məbləği borc saymaqla tam təmin etməklə yanaşı yanan mala görə cavabdehə ödənmiş pulun yarısı kimi də təkrar olaraq 20.000 manat tutulmasını təmin etmişdir. Yəni yanan mal 285.000 manat qeyd edildiyi, hökmdə təsdiq edildiyi, iddiaçı tərəfindən etiraf edildiyi halda həm həmin 285.000 manat, həm də yanmış 285.000 manatlıq malla yanaşı əlavə olaraq 20.000 manat məbləğində pulun cavdbehlərdən müştərək qaydada tutulması qənaətinə gəlməklə qeyri-obyektiv, qərəzli, birtərəfli qətnamə qəbul etmişdir Bundan başqa Rayon Məhkəməsi iş üzrə tərəflərin sahibkar olmalarına, onların arasındakı münasibətlərin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasına əhəmiyyət verməyərək, özünə deyil, Kommersiya Məhkəməsinə aid olan işə baxmış, bununla da aidiyyət qaydasını pozmuşdur.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.Imanovdan ibarət tərkibdə) apelyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər, onlar ilə iddiaçı arasında bağlanmış ##.##.2019-cu il tarixli müqaviləni “kağız parçası” adlandırsalar da həmin müqavilə cavabdehlərin imzaları və barmaq izləri ilə təsdiq olunmuşdur. Cavabdeh tərəf bu halı birinci instansiya məhkəməsində təsdiq etdiyi kimi, apellyasiya icraatında da təsdiq etmişlər.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər qətnamədən verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasını və bununla prosessual pozuntuya yol verdiyini göstərmişlər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən 1.100.050 manat pul tələb etmişdir. Birinci instansiya məhkəməsi isə 978.304,79 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi təmin olunan məbləğ tələb edilən məbləğdən azdır. Ona görə də qəbul edilməlidir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxmamışdır.
22. Məhkəmə cavabdehlərin iddiaçıya borcu olmaması barədə dəlillərinə dair qeyd etmişdir ki, iddiaçının sübutlar təqdim etdiyi halda onların bu mövqeyi yalnız iş materialları və tərəflərin izahatları ilə təsdiq oluna bildiyi halda əsaslı hesab edilə bilər. Hazırki halda, cavabdehlər izahatlarından başqa digər sənədlərlə borcların qaytardıqlarını sübut edə bilməmişdir. Bundan başqa hakimin qərəzli olmasına dair də sübutlar təqdim edə bilməmiş, yalnız ehtimallara əsaslanmışlar.
23. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri xüsusatlar aparılmış araşdırma zamanı öz təsdiqini tapmamış, məhkəmə işin hallarını mötəbər sübutlar əsasında düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edərək əsaslı və qanuni nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iş üzrə tərəflər arasında yaranmış münasibətlər onların rəsmi sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmadığıdan hazırkı işin icraatının başlanmasına əsas olmuş iddiaya kommersiya məhkəməsi tərəfindən baxıla bilməzdir. Buna görə də, birinci instansiya məhkəməsi iddianı icraata götürüb ona baxmaqda haqlı olmuşdur.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 329.1, 337.1, 337.2, 337.4, 337.5, 339.4, 354.2, 385, 386.1, 442, 448.1, 882.1 və 882.5-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 82.4, 119.1 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
26. Cavabdehlər kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
28. Işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə məhkəmələr cavabdehlərin iddiaçının hesabına konkret olaraq hansı əmlak dəyərini əldə etdiyini, əldəetmənin hüquqi əsasının, yəni tərəflər arasındakı hüquq münasibətinin həqiqi xarakterinin nədən ibarət olmasını (alqı-satqı, nisyə alqı-satqı, borc müqaviləsi, əsasız varlanma, mülki hüququ pozuntusu və s.) üçün qanunda nəzərdə tutulmuş əsasları müəyyən etməmişlər.
29. Iddiaçının mövqeyindən aydın olur ki, ilkin olaraq cavabdeh2 ##.##.2016-cı ildə 300.000 manat borc vermiş, bundan sonra isə qarşılıqlı razılaşmaya görə Çin Xalq Respublikasından mal göndərməli və göndərilmiş olan malların dəyəri cavabdeh cavabdeh2 tərəfindən ona ödənilməli olsa da, cavabdeh tərəfindən öhdəlik tam icra olunmamışdır. Göründüyü kimi iddiaçı cavabdehlər arasında yaranmış münasibətin tamamını borc münasibəti kimi qiymətləndirməmişdir. Əksinə iddiaçı cavabdehlərin ona qarşı mülki hüququ pozuntusu törətmələri qənaətindədir.
30. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 385.1,386.1, 442, 443.1, 445, 448.1, 739.1, 740.1-ci maddələrinin tətbiq olunmalı olması nəticəsinə gəlmişdir.
31. Belə olan halda məhkəmələr nəzərə almalıdır ki, iddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. Lakin işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr belə bir hüquqi dəyərləndirmə aparmamış tərəflərin həqiqi münasibətlərinin müəyyən olunmasına cəhd etməmişdir. Halbuki, göstərildiyi kimi tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini
32. müəyyən etmək hakimin vəzifəsidir.
33. Digər tərəfdən iddiaçının mövqeyindən aydın olur ki, borc müqaviləsinin bağlanmasından 2-3 ay sonra, təqribən 2016-cı ilin noyabr ayından onlar aralarında borc münasibətlərindən fərqli qaydaya uyğun gələn yeni münasibətlər (özünə məxsus malları cavabdehə verməli, cavabdeh həmin malı satmalı, mal dəyəri ona ödənməli idi) formalaşdırmışlar. Bu zaman tərəflər arasında hər hansı yazılı müqavilə bağlanmamışdır.
34. Məhkəmə tərkibinin qənaətinə görə yeni apellyasiya baxışı zamanı məhkəmə tərəfindən tərəflərin həqiqi münasibətləri müəyyən olunduqdan sonra cavabdeh tərəfin digər dəlillərinə qiymət verilməsi zəruri hesab edilməlidir.
35. Belə ki, hər iki tərəf qəbul edir ki, qarşılıqlı öhdəlikləri üzrə hesablaşmaları hər birinə aid olan hesablaşma kitabı əsasında aparılmışdır. Işin müəyyən edilmiş hallarından aydın olur ki, kitabçalarda hesablaşmaların başlanğıcı ##.##.2019-cu ildən, yəni üçtərəfli müqavilənin bağlanmasından sonra başlanmışdır.
36. Iş materiallarında mövcud olan İddiaçı, Kamran və cavabdeh2 arasında bağlanmış müqavilənin şərtlərindən aydın olur ki, həmin vaxtadək aralarında olan öhdəliklərinin qarşılıqlı üzləşdirilməsini təmin edərək qarşılıqlı güzəştlərdən sonra icra edilməli olan öhdəliyin son həcmi müəyyən edilmiş, ##.##.2019-cu il tarixə cavabdehlərin iddiaçı qarşısında öhdəliyi 1.140.000 manat həddində olmuşdur (yanmış malların dəyəri ödənilərsə onun yarısı).
37. Lakin iddia ərizəsində görünür ki, iddiaçı göstərilən razılaşmanın şərtlərindən kənarda hesabladığı məbləğə uyğun (ümumi olaraq Qəhrəmana verilmiş malın dəyəri 2.101.602- 1.286.552 qaytarılmış məbləğ = 815.050 qalıq məbləğ + 285.000 yanmış malların dəyəri) tələb irəli sürür.
38. Lakin işə baxan məhkəmələr, tərəflər arasında ##.##.2019-cu ildə qarşılıqlı güzəştlər əsasında icra edilməli öhdəliyin həcminin müəyyən edilməsinə baxmayaraq həmin razılaşmadan fərqli qaydada hesablama aparılmasının səbəblərini aydınlaşdırmamışlar.
39. Digər tərəfdən müəyyən edilir ki, yanan malların dəyəri istisna olmaqla cavadehlərdən tələb olunan məbləğin cəmi 815.050 manat təşkil etmişdir. Iddiaçı məhz həmin pul vəsaitini tələb etmişdir. Məhkəmələr isə bu məbləğin 958.304,79 manat təşkil etməsi qənaətinə gəlmişlər. Lakin bu məbləğin hansı mötəbər sübutlar əsasında hesablanmasını müəyyən etmək mümkün deyildir. Məhz bu hesablamanın düzgün olmamasına istinad edən cavabdeh tərəf işə baxan birinci instansiya məhkəməsinin tələbdən kənara çıxmasına dair dəlil irəli sürmüşlər.
40. Lakin apellyasiya instansiya məhkəməsi iddiada tələb olunan məbləği formalaşdıran hissələrini aydınlaşdırmadan ümumi tələb olunan məbləğə istinadla düzgün olmayaraq birinci instansiya məhkəməsinin iddia tələbi həddində işə baxması nəticəsinə gəlmişdir.
41. Cavabdeh tərəfin digər dəlili onlar tərəfindən təqdim olunmuş sübutlara və dəlillərinə qiymət verilməməsi ilə bağlıdır. Məhkəmə tərkibi həmin dəlillərlə razılaşır və qeyd edir ki, məhz cavabdeh tərəfin dəlillərini aydınlaşdırmağa cəhd göstərmədiyi aşkardır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
42. Iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış üçtərəfli müqavilədən sonra müqavilə predmetindən əlavə daha iki konteyner mal gətirilmişdir. Həmin mallar 2025-ci ilin noyabr ayında ölkəyə daxil olmuş və maların məhz cavabdeh Qəhrəman tərəfindən qəbul edilməsini təsdiq edən video mövcuddur. Belə ki, qeyd olunan iki konteyner üzrə maların Gürcüstan sərhəd-keçid məntəqəsindən keçməsini təsdiq edən sənədlər, o cümlədən packing list və digər daşınma sənədləri təqdim olunur. Həmin sənədlərdə maların adı "Castboiler" kimi göstərilmişdir. Bundan əlavə, maların daşınması və boşaldılması prosesini əks etdirən videoçəkilişlər mövcuddur. Videogörüntülərdə Qəhrəmanın maların boşaldılması prosesində şəxsən iştirak etdiyi, maların qəbul edildiyini və boşaldıldığını özü tərəfindən ifadə etdiyi açıq şəkildə görünür. Proses müəyyən vaxt keçdikdən sonra çəkildiyindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı tam görünməsə də, bu hal həmin sübutların hüquqi əhəmiyyətini aradan qaldırmır. Bundan başqa, Qəhrəman maları faktiki qəbul etdikdən sonra özünə məxsus WhatsApp hesabından iddiaçının WhatsApp hesabına yazılı şəkildə həmin maları qəbul etdiyini təsdiq edən məlumatlar göndərmişdir. Bu yazışmalar da maların faktiki təhvil alınmasını təsdiq edən mühüm elektron sübut hesab edilməlidir. Hər bir konteyner üzrə maların maya dəyəri, daşınma xərcləri, gömrük və digər xərclər, satış qiyməti və əldə ediləcək mənfəət tərəflərin iştirakı ilə, o cümlədən mühasib tərəfindən hesablanmış, hər konteyner üçün ayrıca “price list” hazırlanmışdır. Həmin hesablamalara əsasən, iki konteyner üzrə maların ümumi dəyəri təxminən 420.000 manat təşkil etmiş, hər konteyner üzrə əldə ediləcək mənfəət isə təxminən 17.000–19.000 manat arasında müəyyən edilmişdir. Bu məbləğlər də tərəflər arasında bağlanmış müqavilə üzrə mövcud borc məbləğinin üzərinə əlavə olunmalıdır. Eyni zamanda, tərəflər arasında aparılmış bütün ödənişlər qarşılıqlı razılaşdırılmış qaydada xüsusi qeyd dəftərlərində (bloknotlarda) ardıcıl şəkildə qeydə alınmışdır. Həmin qeydlərdən görünür ki, cavabdeh tərəfindən edilən ödənişlər və təhvil verilən ma lar nəzərə alındıqdan sonra yekun hesablamaya əsasən qalıq borc məbləği əvvəlki məhkəmə baxışı zamanı müəyyən edilmiş məbləğlə üst-üstə düşür. Bu baxımdan, iş üzrə əvvəl qəbul edilmiş məhkəmə qərarında aparılmış hesablamalar tam düzgün olmuş, faktiki hallara və təqdim edilmiş sübutlara uyğun müəyyən edilmişdir. Həmin hesablamalarda hər hansı yanlışlıq və ya uyğunsuzluq mövcud deyildir. Əksinə, hazırda təqdim olunan əlavə sübutlar əvvəlki məhkəmə qərarında müəyyən edilmiş nəticələrin düzgünlüyünü bir daha təsdiq edir.
Proses iştirakçılarının izahatları 43.
44. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
45. Iddiaçının nümayəndəsi və vəkili əlavə olaraq bildirdi ki, iddiaçı malı göndərir, hətta dəfələrlə izahatında bildirir ki, vəziyyətdən çıxması üçün ona mal verir ki, satsın, pulunu qaytarsın. Şəxs görün nə vəziyyətə düşüb ki, borcunu ala bilmir, yenidən özü mal verir ki, “sat, pul qazan, pulumu qaytar.” Qarşı tərəf hər məhkəmə instansiyasında fərqli mövqelər səsləndirir. Əvvəl birinci instansiya məhkəməsində dedilər ki, iddia müddəti ötüb. 1.140.000 manatla bağlı sübut var, yəni bu danılmır, hər iki tərəf qəbul edir. Tərəflər arasında münasibət şəriklik deyil, alqı-satqıya gəlib çıxır. Mal verib, bura yazır. Iddiaçı xaricdən malı cavabdeh2 adına vurur, o, malı götürür. Iddiaçının ona nəzarət etmək kimi bir səlahiyyəti yoxdur. Sadəcə olaraq danışıq belə olur ki, ana məbləğə vermir, müəyyən bir gəlir əldə etmək üçün verir, gəlir əldə edəndən sonra ana məbləğin üstünə qoyur ki, pulunu qaytarsın. Şəxslər arasında münasibət yaxşı olub, ona maya dəyərinə verir ki, qarşı tərəf qazansın. Onsuz da bu şəxs Azərbaycan Respublikası olmasa belə, başqa ölkələrə mal göndərir və pulunu da qazanır. 400.000 manatlıq 2 konteyner malın gəlmədiyini deyirlər, o malın gəlməsi, qəbul etməsi, hamısına dair sənəd var. Anbardakı malı onlar təhvil almamışlar.
46. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı həmçinin bildirmişdir ki, 1.140.000 manat borcdur, ondan güzəşt də etmiş, 1.280.000 manat əsas borc olub. Sonra 70.000 manat qazancları olub, neçə il əziyyət çəkib, o qazancı da tələb etməmişdir, burda da qeyd olunub. Yanğın oldu, ziyanlıq oldu, demişdir ki, “bu məbləğləri güzəştə gedirəm, yerdə qalan 1.140.000 manatı sən mənə verməlisən.” Yanğından, hesabatdan sonra 2 konteyner mal gəlib, biri oktyabr ayında, biri də noyabr ayında. Malın yığılmasına dair videogörüntü var. Gömrük sorğusunda da o təsdiqini tapıb ki, bu 2 konteyner mal Qəhrəmana gəlib. 2 konteyner malın da 415.078 manat mayasıdır, otuz neçə min də ona 2 konteynerdən qazanc veribdir. Halbuki o 2 konteyner malı özü satdığı təqdirdə 80.000 qazanc qalırdı. Qəhrəmana o malı əvvəlki ziyanları bağlamaq üçün vermişdi ki, qazansın, ona da yetərli qazancı verməyi bəs edir. Bloknotda imzalanmasa da öz əksini tapır ki, ayın tarixi yazılmaqla 2 konteyner mal nə vaxt gəlib. Gürcüstandan cavabdeh2 adına gələn gömrük sənədi var, orada kimin adına gəlməsi təsdiq olunmalıdır. Deyir ki, çin dilindədir, ingilis dilində yazılıb. Üstəgəl də verdiyi “invoice” lar Çin gömrük sənədləridir, gömrükdən bəyannamələrin surətlərini çıxardıb, azərbaycan dilinə də notarial qaydada təsdiq, tərcümə etdirmişdir. Dövlət tərəfindən onlara 285.000 manat verilməli idi, məhkəməyə getmədiyi üçün 40.000 manat bir, 10.000 manat da bir götürülüb. Yekunda alacağı məbləğ ortalama hesabla 285.000 manat edir. Öz aralarında olan danışıqda var, telefon qeydləri var ki, alınan pul artıq qalan 1.100.000 manatlıq, bir də 2019-cu ilin noyabr ayında sonuncu konteynerilə gələn mal ki var, onların qazancı ilə bir yerdə hesablamada onunla razılaşdığı rəqəmdir ki, ora onu demişdir. Öz aralarında gündəlik hesabatda razılaşdırmışlar, bununla bağlı “WhatsApp” yazışmaları var, başqa heç nə yoxdur. 2 konteyner mal Qəhrəmanın adına rəsmi gəlib. 1.140.000 manat yazandan sonra yenidən 415.078 manatlıq mal vermişdir, o “invoice” ilə təsdiq olunur. 815.050 manat məbləğ bloknotun içindədir. Zərərli malları qəbul etməmişdir, özündə deyil, Xırdalanda anbardadır. “Diqlas” dan pul almamışdır, alası olsa, ona çatmış olsa idi, həmin pulu istəməzdi. 285.000 manat ki qeyd olunub, o pul ona çatmalıdır. Əgər “Diqlas” dan heç nə almırsa, 957.849 manat olur. Sonradan iddiada dəqiqləşmələr etmişdir. Anbardakı mal 815.000 manatın daxilində deyil, o mal onluq deyil, ona aidiyyəti yoxdur. Tərəflər arasındakı münasibət belədir ki, pulunu almaq üçün cavabdehə mal vermişdir, alqı-satqı etmişlər. Oradan mal göndərmişdir ki, üsünə 15-20 % qazancını versin. Satıldıqca pul ödənilirdi. 300.000 manat borc 1.140.000 manatın içində idi. Anbar özünə məxsusdur. Cavabdehin bloknotdakı imzalar onundur. Onun bloknotunda da Qəhrəman imzalamışdır. Bloknotda olan malın pulu ilə torpağı dəyişdilər, sonra onu aldatdılar. Əslində onda da şərik olmalıdırlar, amma onu öz üzərinə götürür. Fləş kartdakı səs yazısı oğluna aid deyil. Xırdalana anbara təqribən 222.000 manatlıq mal təhvil verilib. Malı mübahisələndirmir, malın bu işə aidiyyəti yoxdur. O mal ona hesablanmamış verilib, bu gün də o malı təhvil verir. Mal onda deyil, anbardadır. 222.000 manatın 2019-cu ildə bağlanan müqaviləyə aidiyyəti olmadığını deyir. Məhkəmədən 815.000 manat tələb etməyinin səbəbi ilkin məhkəmə iclasında “Diqlas” da yanan malın tam dəyəri bilinməmişdi. “Diqlas” da yanan malının pulunu tələb etməyə görə bu iddianı qaldırmışdır və o məbləği də ona görə demişdir. cavabdeh2 isə müəyyən güzəştlərə razılaşmadı, ondan gizlin 40.000 manatı götürüb. Pul aldıqca bir-birinin bloknotunda qarşılıqlı imzalar çəkmişlər. Bugünkü gün həmin bloknotları qarşılaşdırdıqda, mal ilə birlikdə altı yüz otuz neçə min manat civarında ona ödəniş olunmuşdur. Iş materiallarında olan fləş kartda danışan cavabdeh2dir, 2019-cu ilin noyabr ayında əlavə olaraq Gürcüstandan malın sərhədi keçərək gəldiyini və Sabunçuda həyətlərində depoya yığıldığını deyir. cavabdeh2 burada o malları necə rəsmiləşdirdi, necə satdı, vergini necə verdi, artıq bu halları bilmir. cavabdeh2lə aralarında olan münasibət birgə fəaliyyət deyil. O, oradan malı göndərmiş, müqavilə ilə ilkin burda qalan malı vermişdir, ondan sonra da göndərilən malları satacağını və qazancın da 50 %-nin onun olacağını demişdir. Malı mayası ilə verir, dünyanın hər yerində ticarət elədir. Məhkəmənin hökmünə əsasən yanan mallara görə 40.000 manat tutulub, əslində 50.000 manat idi, 10.000 manatını yanğın olan vaxt ilkin olaraq veriblər. Yanan mallara görə verilən pullardan ona heç nə verilməmişdir. 637.544,79 manatın 500 manatını heç mübahisələndirmir, görünür ki, 520 manat imzasız var. O anbardakı malı qəbul etmir, heç vaxt da qəbul etməyəcək, çünki yararsız vəziyyətə düşüb, normal olanlarını satıb, qalanları onun üzərinə atmaqla deyil. Qarşı tərəfin dediyi əlyazma onda yoxdur. Iş materiallarında olan qaimədəki yazılar onun xətti deyil. Bunlar müqavilədən qabaqdır. Müqavilə “Euro Home” təmir olunub qurtarandan sonra bağlanıb, bu kağız ondan öncədir, ondan sonra olsa idi kitabda imzalarıyla olardı. Elektron kabinetə yüklədiyi qaimə Qəhrəmanın geri götürdüyü maldır. Malın nə vaxt gətirilməsinin tarixi də var, Qarabağa göndərib, bununla bağlı səs yazısı da var. Anbarla bağlı qaimələri heç kim təsdiq etməyib, imzalar yoxdur. Özündən qaimələr yazmışdır. Elektron kabinetə yüklədiyi qaimədəki xətt də, imza da cavabdeh2 məxsusdur. Təqribən 400.000 manatlıq malın gəlməsi kitabçada var, Qəhrəman özü yazıb, video göndərib, “whatsApp” dadır. Malı həmişə Azərbaycana Irandan gətirirdilər, tam olaraq bu mal Çindən Gürcüstanla gəldiyi üçün vaxt uzun çəkmişdir, 2-3 aya gəlmişdir. O mal yanğın olanda yola çıxmışdı, burada vəziyyət qarışıq olduğu üçün saxlanılmışdı. Yanğın olanda çinlilər burada idi, malı vermək istəmirdilər, şirkəti orada pulu ödədi, ondan sonra malı buraxdılar. Mal “Euro Home” da yer götürəndən sonra gəldi.
47. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh cavabdeh1 rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
52. Hazırda apellyasiya baxışının predmetini Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunması hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
54. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
55. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.
56. Hazırki iş üzrə iddiaçının cavabdehlərə qarşı pul tələbi iki hissədən ibarətdir: 1) cavabdehlərə verilmiş mallara görə ödənilməmiş 815.050 manat; 2) “Diqlas” Ticarət Mərkəzində yanğın nəticəsində məhv olmuş mallara görə 285.000 manat.
57. Məhkəmə kollegiyası ilk növbədə tərəflər arasında mövcud olmuş münasibətlərə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iddiaçı tərəfin mövqeyinə görə tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında şərikli biznes münasibətləri olmuş, digər cavabdeh cavabdeh1 isə iddiaçı ilə hər hansı münasibəti olmamış, o, yalnız “Diqlas” Ticarət Mərkəzi yanarkən sənədləşmə işlərində iştirak etmişdir.
58. Işdə olan tərəflər arasında ##.##.2019-cu il tarixdə bağlanmış müqavilənin məzmunundan tərəflər arasında şərikli biznes münasibətlərinin olduğu bəlli olur. Belə ki, tərəflər məruz qaldığı ziyanın öz aralarında bölünməsini razılaşdırmış, həmçinin, iddiaçının məhkəmə iclasında bildirdiklərinə əsasən onun tərəfindən cavabdehlərə göndərilən malların qiymətindən əlavə ona satışdan faiz də ödənilməli idi.
59. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh cavabdeh1 də müqavilə imzalamaqla üzərinə həmin müqavilədə qeyd olunan öhdəlikləri götürmüşdür.
60. Kollegiya iddiaçının birinci tələbi ilə bağlı qeyd edir ki, ##.##.2019-cu il tarixində tərəflər arasında müqavilə bağlandıqdan sonra həm iddiaçı, həm də cavabdeh Qəhrəman Allahverdiyevin hər biri tərəfindən öz aralarında olan haqq-hesabın qeydiyyatı ilə bağlı özlərinə məxsus kitablarda qeydiyyatlar aparılırdı.
61. Müqavilədə qeyd edilən 1.140.000 manat cavabdehlərin iddiaçıya sonuncu tərəfindən təqdim edilmiş mallara görə ödənilməyən borcunu əks etdirir.
62. Cavabdeh cavabdeh2 tərəfindən məhkəmə iclasında təqdim edilmiş və tərəflərin birgə iştirakı ilə tədqiq edilmiş kitabda qeyd edilənlərdən müəyyən edilir ki, həmin məbləğin ümumilikdə 637.544,79 manatı iddiaçıya qaytarılmışdır (məbləğin bir hissəsi iddiaçının göstərişi əsasında müəyyən şəxslərə təqdim edilmişdir). Iddiaçı da məhkəmə iclasında həmin rəqəmlə razılaşdığını bildirmişdir.
63. Cavabdehin bildirdiklərinə əsasən 259.600 manat dəyərində mallar iddiaçıya qaytarılmış və bununla bağlı qaimələr tərtib edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş həmin qaimələrdən görünür ki, onlar tərəflərin imzası ilə təsdiq edilməmişdir (iş 2-ci cild, s.115- 124).
64. Iddiaçı isə bildirir ki, həmin malların dəyəri 222.000 manat təşkil edir və onlar Xırdalan şəhərində yerləşən anbara yığılmışdır. Onun tərəfindən həmin mallar qəbul edilməmişdir.
65. Lakin iş materiallarında olan iddiaçının səs yazılarından müəyyən edilir ki, onun tərəfindən malların Xırdalan şəhərinə aparılması, orada anbara yığılaraq təhvil verilməsi barədə cavabdeh cavabdeh2 göstərişlər verilir.
66. Odur ki, məhkəmə kollegiyası həmin malların iddiaçı tərəfindən qəbul edildiyi qənaətinə gəlir. Bir halda ki, iddiaçı tərəf həmin malların dəyərinin 222.000 manat olduğunu mötəbər sübutlarla təsdiq edə bilmir, məhkəmə kollegiyası cavabdehin həmin malların dəyəri ilə bağlı bildirdiyi rəqəmi əsas götürür.
67. Beləliklə, müqavilədə qeyd olunan 1.140.000 manat məbləğdən cavabdeh tərəfindən iddiaçıya 859.544,79 manat qaytarıldığı (637.544,79 + 222.000), qalıq məbləğin 280.455,21 manat (1.140.000 – 859.544,79) təşkil etdiyi müəyyən edilir.
68. Cavabdeh tərəf mağazanın təmiri, gömrük və s. xərclərlə bağlı ödənişlər edildiyini, iddiaçıya hər hansı borcunun qalmadığını bildirərək bununla bağlı məhkəməyə yazılı sübut təqdim edildiyinə istinad etsə də (iş 2-ci cild, s.125), iddiaçı məhkəmə iclasında bu xərclərin tərəflər arasında ##.##.2019-cu il tarixli müqavilə bağlandıqdan əvvəl olduğunu bildirmişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin təqdim etdiyi sözügedən yazılı sübutda hər hansı tarix, tərəflərin imzaları əks olunmamışdır. Bir halda ki, tərəflər arasında ##.##.2019-cu il tarixli müqavilə bağlandıqdan sonra məbləğindən asılı olmayaraq cavabdeh bütün xərcləri dəftərində əks etdirmiş və iddiaçı da bu xərcləri öz imzaları ilə təsdiq etmişdir, məhkəmə həmin yazılı sübutu cavabdeh tərəfindən iddiaçıya 1.140.000 manat borcdan hər hansı məbləğin ödənildiyini təsdiq edən sənəd kimi qəbul etmir.
70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı cavabdehə ##.##.2019-cu il tarixli müqavilə bağlandıqdan sonra 400.000 manat dəyərində 2 konteyner malların göndərildiyini bildirsə də, cavabdeh tərəfindən həmin malların qəbul edildiyi barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Iddiaçı həmin malların qəbul edilməsi ilə bağlı öz kitabında qeydlərin olduğu və cavabdeh tərəfindən həmin malların qəbulu ilə bağlı imzasının mövcudluğuna istinad etsə də, məhkəmə kollegiyasının həmin kitabın təqdim edilməsi təklifinə baxmayaraq bunu edə bilməmişdir.
71. Bundan əlavə, sonuncu məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən Xırdalan şəhərində yerləşən anbardan 20.550 manat dəyərində malların götürüldüyü barədə qaimə təqdim etsə də, cavabdeh tərəf bunu qəbul etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də əvvəlki apellyasiya icraatı zamanı bu hal ilə bağlı hər hansı dəlil irəli sürməmiş, hazırki apellyasiya baxışında da yalnız sonuncu iclasda həmin qaiməni təqdim etmişdir. Odur ki, məhkəmə kollegiyası bu sübutu iddiaçının bildirdiyini təsdiq edən mötəbər sübut kimi qəbul etmir.
72. Şərh olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının birinci tələbi ilə bağlı hesab edir ki, bu tələb qismən təmin edilərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 280.455,21 manat tutulmalıdır.
73. Məhkəmə kollegiyası iddiaçının ikinci tələbi ilə bağlı hesab edir ki, həmin tələb qismən təmin edilərək “Diqlas” Ticarət Mərkəzində yanğın nəticəsində məhv olmuş mallara görə cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 25.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
74. Belə ki, tərəflər arasında ##.##.2019-cu il tarixdə bağlanmış müqavilədə yanan mallara Dövlət tərəfindən verilən pulun tərəflər arasında bölüşdürüləcəyi razılaşdırılmışdır. Tərəflərin izahatları və işdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən müəyyən edilir ki, cavabdeh cavabdeh1 həmin mallara görə ümumilikdə 50.000 manat məbləğində vəsait almış, lakin cavabdehlər tərəfindən həmin vəsaitin yarısının iddiaçıya ödənilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 280.455,21 manat və “Diqlas” Ticarət Mərkəzində yanğın nəticəsində məhv olmuş mallara görə 25.000 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.