Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-105/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6646/2025 saylı 17 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
2. X18, Cavabdeh2 Cavabdeh1, X23 və X3 Əmirşah Qəribxən oğlunun övladları olmaqla, onun birinci növbəli vərəsələri olmuşlar.
3. Vərəsəlik işi açılan zaman X18 **********478 nömrəli ərizə ilə notariat ofisinə müraciət edərək, atasının xx.xx.2022-ci il tarixli vəfatı ilə əlaqədar ondan qalan miras əmlakdan özünə çatası payından Cavabdeh1 xeyrinə imtina etmişdir. Qeyd edilən ərizə xx.xx.2022-ci il tarixində 8İ-23478 nömrə ilə reyestrdə qeydə alınmışdır.
4. Cavabdeh2, Cavabdeh1, Aygün İbadova tərəfindən imzalanmış əlyazma mətndən görünür ki, aşağıdakı məzmunda yazı qeyd edilməklə imzalanmışdır: “Mən Cavabdeh1. Bildirirəm ki, X2 son vəsiyyətinə görə Ordubad k/m satılandan sonra X17, X12 hər birinə, 100.000 (yüz min manat verilsin. Öz imzamızla atamın - İbadov Əmirşahın son vəsiyyətini təsdiqləyirik: (İmzalar) X24 və .... bir şey olsa ona çatası məbləğ övladlarına verilsin. Tarix 12 sentyabr 2023.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına olmuş - ünvan 1 ünvanda 48 ha torpaq sahəsində yerləşən 4000 kv.m tikili sahədən ibarət "xxxx" kiçik müəssisəsi, 1000 kv.m sahəsi olan Yusif Mərasim zalı, kiçik müəssisənin ərazisində olan restoran, avtomobil təmir, mağaza, 1500 kv.m mebel sexi, dovğa hazırlayan sex, tikinti malları satılan mağaza, plastik qapı-pəncərə düzəldən sex və şüşə sexi, bərbərxana obyekti, məişət avadanlıqları təmiri sahəsi və s. ünvan 3 ünvanda 3 otaqlı mənzilin, Astara rayonu, Pensər kəndində 2 mərtəbəli 200 kv.m evin, Astara rayonu, Pensər kəndində 8 ha. torpaq sahəsində 1 mərtəbəli 80 kv.m evin cavabdehin adına sənədləşdirilməsi ilə əlaqədar ödənilməli 100.000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, atası X9 və X5 olmuşdur. Valideynlərinin birgə nikahından iki övladı –X23 və X18 olmuşdur. Sonradan atası X9 1980-cı ildə anas ilə rəsmi ayrılmış və Cəfərova Rəhilə adlı qadınla ailə qurmiş və onların birgə nikahından üç övladları olmuşdur. Beləliklə atası X8 hər iki nikahdan 5 övladı olmuşdur: X23; X18, Cavabdeh1, X19, X16. X5 xx.xx.2019-cu ildə və atası xx.xx.2022-ci ildə vəfat etmişdir. X1 adına – ünvan 1 ünvanda 48 ha torpaq sahəsində yerləşən 4000 kv.m tikili sahədən ibarət “Ordubad ” kiçik müəssisəsi, 1000 kv.m sahəsi olan “Yusif” mərasim zalı, kiçik müəssisənin ərazisində olan restoran, avtomobil təmir, mağaza, 1500 kv.m mebel sexi, dovğa hazırlayan sex, tikinti malları satılan mağaza, plastik qapı-pəncərə düzəldən sex və şüşə sexi, bərbərxana obyekti, məişət avadanlıqları təmiri sahəsi və s.(həmin obyktlərin 85 %-Cavabdeh2 adına, 15 % isə Cavabdeh1 adınadır). ünvan 6 ünvanda 3 otaqlı mənzil, avtomobil, daşınmaz əmlak mənzil, Şadlıq evi və s. olmuşdur. Astara rayonu, Pensər kəndində 2 mərtəbəli 200 kv.m ev (Cavabdeh1 adına ) Astara rayonu, Pensər kəndində 8 ha. torpaq sahəsində 1 mərtəbəli 80 kv.m. ev, (Cavabdeh2 adına ) Atası vəfat edəndən sonra notariat kontorunda vərəsəlik işi açılmış və onlar beş bacı-qardaş hamısı qanuni vərəsə kimi qeydiyyatdan keçmişlər. O zaman qardaşı Cavabdeh1 bacı-qardaşlara bildirmişdir ki, atadan qalmış miras əmlakın onun adına bir vərəsəlik şəhadətnaməsində yazılsın və o, da öz növbəsində ata mülkünü sataraq onların hər birinə 100.000 (yüz min) manat pul ödəyəcəkdir. Ona görə razılaşmışlar və notariat ofisində ərizə yazaraq miras paydan imtina barədə ərizə yazmışlar. Eyni zaman da qardaşı Cavabdeh1 və Cavabdeh2 izahat yazaraq bildirmişdir ki, “Mən Cavabdeh1, bildirirəm ki, X2 son vəsiyyətinə görə Ordubad k/m satılandan sonra X17, Cavabdeh2, X12 hər birinə, 100.000 (yüz min) manat verilsin. Öz imzamla X30ın son vəsiyyətini təsdiqləyirik. İmzamızla, X23, Cavabdeh2, X18, vərəsələr İbadov Aygün və .... bir şey olsa ona çatası məbləğ övladlarına verilsin. Tarix 12 sentyabr 2023 ” imza . (Namiqin imzası). Onlar Cavabdeh1 onlara verdiyi sözə və yazılı qəbzə inanmış və artıq bir neçə müddətdir ki, gözləyirlər. Hazırda məlum olmuşdur ki, Namiq və Nadir onlara verdiyi sözün üstündə durmurlar və qısa müddətdə onlara verilməli payı ödəmək istəmir. Bu barədə dələlərlə aparılan söhbətlərin nəticəsi olmamışdır. Ona görə də o və qardaşı məcbur olub Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək vərəsəlik işlərinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1313/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ilə iddia tələbi təmin edilməmiş, lakin məhkəmənin qətnaməsində müəyyən etdi hissəsində, məhkəmə göstərmişdir ki, “məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, atasından qalmış "Ordubad ”kiçik müəssisənin satdıqdan sonra atasının vəsiyyəti üzrə Aygün və Elşənin hər birinə 100.000 manat məbləğində pul ödənilməsinə etiraz etmir“. Həmin işdən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilməmiş və iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi dəyişdirilmdən saxlanılmışdır. Lakin, atasının vəfat etməsindən 3 ilə yaxın keçməsinə baxmayaraq cavabdehlər öz üzərlərinə götürdükləri öhdəlikləri icra etmirlər. Həmçinin vərəsəlik işi üzrə məhkəmə qətnaməsinin qəbul edilməsindən iki il keçməsinə baxmayaraq, lakin bu vaxta kimi ata vəsiyyəti üzrə ona verilməli pulu ödəməmişdir. Ona görə məhkəməyə müraciət etmək məcbur olmuşdur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6646/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı 100.000 manat verməsi öhdəliyinin icrası "xxxx" Kiçik Müəssisəsinin satılmasından şərtləşdirilmişdir. Adıçəkilən əlyazmadakı imzadan da görünür ki, İddiaçı da buna razılıq vermişdir. Mülki Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Hazırda mübahisəsiz qaydada müəyyən edilir ki, "xxxx"2 Kiçik Müəssisəsi hər hansı şəkildə özgəninkiləşdirilməmişdir. Öhdəlik üzrə qeyd edilən şərt baş vermədiyindən kreditor, yəni İddiaçı 100.000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddiası təmin edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.2.8, 425.1, 427.2, 427.5 və 442-ci maddələrinə; Azərbaycan Respublikası MPM-nin 9.3, 14.2, 77.1 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 6646/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. O, Cavabdeh2 Cavabdeh1, X23 və X3 Əmirşah Qəribxən oğlunun övladları olmaqla, onun birinci növbəli vərəsələri olmuşdurlar. Vərəsəlik işi açılan zaman, o, **********478 nömrəli ərizə ilə notariat ofisinə müraciət edərək, atasının xx.xx.2022-ci il tarixli vəfatı ilə əlaqədar ondan qalan miras əmlakdan özünə çatası payından Cavabdeh1 xeyrinə imtina etmişdir. Adıçəkilən ərizə xx.xx.2022-ci il tarixində 8İ-23478 nömrə ilə reyestrdə qeydə alınmışdır. Daha sonra xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh2, o və Cavabdeh2 imzaları ilə atalarının son vəsiyyətinin X22 satışından əldə edilən puldan X14 və ona 100.000 verilməsi olduğunu təsdiq etmişlər. Həmçinin qeyd etmişlər ki, vərəsələrə nəsə olarsa, onlara çatası pul onların övladlarına verilməlidir. Məhkəmə hazırlıq iclasında iclasında iştirak edən Cavabdeh2 da bu faktı danmayaraq, X15 satışından əldə edilən puldan deyildiyi kimi iddiaçıya 100.000 manat veriləcəyini, lakin əmlak üzərində həbs olduğuna və müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğuna görə əmlakı özəlləşdirilə bilmədiyini, belə olduğu təqdirdə isə əmlakı sata bilmədiyini qeyd etmişdir. Dolayısı ilə cavabdeh əmlaka sata bilmədiyinə istinad etmiş olsa da, əmlakın sənədləşdirilməsi də elə cavabdehlərin özlərinin üzərinə düşdüyündən, əmlakın onlara məxsus olan X15 balansında olmasını nəzərə alaraq onlar bilərəkdən həmin əmlakı sənədləşləşdirmirlər. Həmin əmlakın sənədləşməsini cavabdehlərin gecikdirməsi isə gələcəkdə həmin pul verilsə belə əhəmiyyətsizləşdirir. Belə ki, pulun dəyəri günü gündən düşür, əmlak isə günü gündən qalxır. Odur ki, cavabdehlərin məqsədi ona çatası olan pulu dəyərsizləşdirərək onu ziyana salmaqdır. Cavabdehlə 100000 azn pul vəsaitinin ödənilməsini, sırf bir obyektə görə razılaşdırılmamışdır, belə ki, miras əmlakdan (obyek, mənzil , salon, sexlər, mərasimevləri, restoran və s.) imtina etmələri qarşısında həmin pulun ödənilməsi razılaşdırılmışdır, həmin obyektlərin hamısı da hal-hazırda icarədədir, yəni ki, hər ay gəlir gəirir, belə olan halda cavabdehlərin həminməbləği ödəmək imkanı vardır. Həmin məbləği də alınmış paylar qarşılığında cavabdehlər özləri qiymətləndirmişlər. Atalarının vəsiyyəti şifahi olmuşdur, şifahi şəkildə ataları Şadlıq evinin (indiki Yusif Mərasim evinin) satılmasından sonra cavabdehlərin onlara 100 000 azn pul verməsini vəsiyyət etmişdir. Bununla belə onlar paylarından imtina etmək qarşılığında cavabdehlərlə həmin məbləğə razılaşmışlar. Cavabdehlər məqsədyönlü şəkildə həmin vəsaitin ödənilməsindən yayınırlar, belə olan halda görünür ki, onları aldararaq mirasdan imtina etmələrinə nail olmuşlar. Cavabdehlər rəsmi müqavilə bağlamaq istəmələrinə və həmin müqavilədə müddət müəyyənləşdirmək təkliflərinə baxmayaraq buna da razılaşmamışlar, eyni zamanda əmlakların gəlir verməsinə baxmayaraq müəyyən məbləğ ödəniş edilməsinə dair təkliflərinə dair razılaşmamışlar. Cavabdehlər obyektin satılması bəhanəsi ilə onların pulunu ödəməkdən yayınırlar, dolayısı ilə onları aldadırlar. Fəaliyyət göstərən obyektdən müəyyən məbləğ pul verilməsi, sonradan həmin məbləğin 100 000 azn puldan çıxılmasına dair təklifi də qəbul etməmişlər. Onlar bilmişlər ki, həmin obyektin hüquqi sənədləri yoxdur, sənədləşdirilməsi də onlardan asılıdır, belə onlan halda həmin obyektin satılmaması da mümkündür. Belə olan halda onlar haqqı olan 100 000 azn pul vəsaitini necə alacaqlar. Cavabdehlərin hər ikisinin 3 evi, eyni zamanda avtomobilləri də vardır ki, istəsələr həmin əmlaklardan birini satıb onlara olan borclarını ödəyərlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, atası rəhmətə getməmişdən qabaq əmlakların 85 faizini Nadirin, 15 faizini isə Namiqin adına keçirdir. Avqust ayının 13-də isə atası qəfl rəhmətə getmişdir. Atasının adına olan bütün mal-mülki onun adına keçirilməsini və əvəzində isə 100 min manat pul veriləcəkdir. Onlar da etibar etdilər. Avqust ayının 29-30-da Asan Xidmətə getdilər və iki evin onun adına keçməsinə etiraz etməyə dair imza çəkdilər. Bir müddət sonra o, Namiqdən soruşanda ona dedi ki, guya ögey bacısı Sevinc şadlıq sarayını, hal-hazırda mərasim zalı kimi fəaliyyət göstərir, ona həbs qoydurmuşdur və ona görə də satıla bilmir. Hal-hazırda həmin müəssisə həbsdə ola-ola müştərisi vardır, satıla bilər.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 22.324.1-324.4-cü maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 23.328.1-328.3-cü maddələrinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. 24.328.4-cü maddəsinə əsasən, pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. 25.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 27.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 28.427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 29.427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 30.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 31.445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
32. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 33.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 34.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 36.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Övladları - X18, Cavabdeh2, Cavabdeh1, X23 və X16 onun birinci növbəli vərəsələri olmuşlar. Vərəsəlik işi açılarkən X18 **********478 nömrəli ərizə ilə notariat ofisinə müraciət edərək, atasının xx.xx.2022-ci il tarixli vəfatı ilə əlaqədar ona qalan miras əmlakdan özünə çatası payından Cavabdeh1 xeyrinə imtina etmişdir. Adıçəkilən ərizə xx.xx.2022-ci il tarixində 8İ-23478 nömrə ilə reyestrdə qeydə alınmışdır.
37. Cavabdeh2, Cavabdeh1, Aygün İbadova tərəfindən imzalanmış 12 sentyabr 2023cü il tarixli əlyazma mətndən görünür ki, aşağıdakı məzmunda yazı qeyd edilməklə imzalanmışdır: “Mən Cavabdeh1. Bildirirəm ki, X2 son vəsiyyətinə görə Ordubad k/m satılandan sonra X17, X12 hər birinə, 100.000 (yüz min manat verilsin. Öz imzamızla atamın - İbadov Əmirşahın son vəsiyyətini təsdiqləyirik: (İmzalar) X24 və .... bir şey olsa ona çatası məbləğ övladlarına verilsin. 38.Məhkəmə araşdırması zamanı Cavabdeh2 da bu faktı inkar etməmiş, lakin "xxxx" Kiçik Müəssisəsinin üzərində həbs qoyulması və müəssisənin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması səbəbindən həmin əmlakın özəlləşdirilə, bu səbəbdən pul əldə edilə bilmədiyini bildirmişdir. 39.Göründüyü kimi istinad olunan tarixdə tərəflər (vərəsələr) arasında müvafiq razılaşma əldə edilmiş və həmin razılaşmaya əsasən Cavabdeh1 pul vəsaiti ödəmək barədə öhdəliyinin yarandığı təsdiq olunmuşdur. Razılaşmanın məzmununa görə pulun verilməsi "xxxx" kiçik müəssisəsinin satılması ilə şərtləndirilmişdir. Belə ki, tərəflər atalarının son vəsiyyətinə uyğun olaraq, həmin müəssisə satıldıqdan sonra Cavabdeh1 iddiaçıya 100.000 manat ödəməli olması barədə razılığa gəlmişlər. 40.Hazırkı halda müəyyən edilir ki, "xxxx" kiçik müəssisəsinin özgəninkiləşdirilməsi cavabdehin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Bu hal tərəflər arasında əldə edilmiş razılaşmanın icrasına təsir göstərmişdir. Belə ki, razılaşmaya əsasən cavabdehin iddiaçıya 100.000 manat ödəmək öhdəliyi həmin əmlakın satılması ilə şərtləndirilmişdir. İş materiallarından görünür ki, əmlakın satılmasının mümkünsüzlüyü əmlak üzərində mövcud hüquqi məhdudiyyətlər və davam edən məhkəmə çəkişmələri ilə bağlı olmuş, bu hallar cavabdehin təşəbbüsü ilə yaranmamışdır. 41.Mülki Məcəllənin müvafiq müddəalarına görə də, öhdəliyin borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməməsi öhdəliyin pozulması (vaxtında icra edilməməsi və s.) kimi qiymətləndirilə bilməz. Bu baxımdan, Cavabdeh1, üzərinə götürdüyü öhdəliyin icra edilməməsinin onun təqsiri ilə bağlı olmadığı müəyyən edildiyindən, hazırkı iddia əsasında onun mülki-hüquqi məsuliyyətə cəlb edilməsi, mülkiyyətində olan başqa əmlak hesabına öhdəliyin icra edilməsinə məcbur edilməsi üçün hüquqi əsas mövcud deyildir. 42.İstinad olunan aktın məzmunundan digər Cavabdeh2 iddiaçı qarşısında hər hansı müstəqil pul öhdəliyi üzərinə götürdüyü ümumiyyətlə müəyyən edilmir. Buna görə də qeyd edilən akt əsasında Cavabdeh2 iddiaçı qarşısında öhdəliyinin yarandığı qənaətinə gəlmək mümkün deyildir. 43.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 44.Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 45.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 46.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 47.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6646/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev