Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1050/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X9 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh X1 nümayəndələri X6 və X14 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xxxx tərəfindən **-RE-*** dövlət nömrə nişanlı, “Ford Transit” yük markalı avtomobilə dəymiş 18.000 manat məbləğində zərərin, həmçinin, ödənilmiş 144 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə, təqribən saat 22:32 radələrində etibarnamə ilə idarə etdiyi **-RE-*** dövlət nömrə nişanlı, “Ford Transit” yük markalı avtomobillə SDK istiqamətinə hərəkət edərkən, kəskin yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil asfalt yolda sürüşmüş və ağaca çırpılmışdır. Hadisədən sonra sürüşmə yerinə baxarkən, asfalt yolda qətranın çoxluğundan qırın istilərdə üzə çıxaraq əriyib yolun asfalt örtüyünü bağladığını görmüşdür. Məhz həmin qırın yağışlı hava şəraitində çox sürüşkən olması maşının sürüşməsinə səbəb olmuşdur. Yolun belə təhlükəli olan hissəsi təxminən 40-50 metr məsafəni əhatə etmişdir. O, heç bir qayda pozuntusuna yol verməmiş, sürət həddini aşmamış və manevr etməmişdir. Sadəcə yerdə yol örtüyünün üzərini qır bağladığı üçün, maşın özü sürüşərək yoldan çıxmışdır. Qəza nəticəsində avtomobilin tamamilə yararsız hala düşməsi səbəbindən ona 18.000 manat məbləğində zərər dəymişdir. Həmçinin, qəza ilə bağlı barəsində ##.##.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 40 manat cərimə cəzası tətbiq edilmişdir. Həmin əqrarı məhkəmə qaydasında mübahisələndirmiş və Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə bu barədə şikayəti təmin edilmiş, TP ******* saylı, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Həmin yolda dəfələrlə qəza hadisəsi bas vermişdir. Ondan əvvəl və sonra da yolda olan qır müxtəlif maşınlara zərər dəyməsinə səbəb olmuşdur. Sonradan həmin əraziyə qətran dağılması qəzalara səbəb olduğu üçün yolda olan qətran örtüyü qaşınmışdır. Ona ziyanın dəyməsinə səbəb qətranın dağılması olduğu üçün ziyanı Azərbaycan Avtomobil X10rşılamalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh X1 maddi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumun 40 manat hissəsi İddiaçı xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh Cavabdeh X1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh X1 nümayəndələri X6 və X14 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * saylı Qərarının: 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır; 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır; 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; 7.1-ci bəndinə əsasən inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz iddiasında etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi ilə SDK istiqamətinə hərəkət edərkən, kəskin yağıntılı hava şəraiti ilə əlaqədar avtomobilin asfalt yolda sürüşməklə ağaca çırpıldığını bildirir və bunun asfalt yolda qətranın çoxluğu səbəbindən baş verdiyini iddia edir. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyət orqanları və onların yerli (struktur) və digər qurumları hüquqi statusu etibarı ilə inzibati orqan hesab edildiyindən, müvafiq icra hakimiyyət orqanları və onların yerli (struktur) və digər qurumları tərəfindən verilmiş hər hansı sənəd də inzibati akt statusu daşıyır. Belə ki, “xxxxnin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ####### 2017-ci il tarixli **** saylı Fərmanına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Cavabdehin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən xxxx (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Nəzərə alınmalıdır ki, Cavabdeh X1 inzibati orqandır. Mübahisənin əsasını da məhz inzibati orqanın qanunsuz hərəkətləri (vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi) təşkil edir. İddiaçı məhz inzibati orqanın qanunsuz hesab etdiyi hərəkətləri nəticəsində ona maddi zərərin vurulduğunu iddia edir və onun əvəzinin ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı özünün hüquqi marağına uyğun olaraq bu hərəkətlərə yol vermiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin hərəkətlər nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etməlidir. Bununla belə, hazırki iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin birinci instansiya məhkəməsi iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və hüquqi nəticə etibarı ilə işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxaraq, məhkəmə aktı qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, iddiaçıya hazırki tələblə inzibati orqana qarşı Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit edilmiş aidiyyəti iddia ilə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261- 264, 384-cü, 387-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar) xitam verilsin. İddiaçı İddiaçı hazırki tələblə inzibati orqana qarşı Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit edilmiş aidiyyəti iddia ilə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1050/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1050/2026
25.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver