Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1051/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iiddiaçı̇"DeltȧGṠMühafı̇zə̇Xı̇dmətı̇"̇MəhduḋMəsulı̇yyətli̇Cəmı̇yyətinin cavabdeh "xxxx"̇Mənzı̇l̇Mülkı̇yyətçı̇lərı̇niṅMüştərək̇Cəmı̇yyətinə̇qarşı̇ilk iddiası;̇iddiaçı̇"xxxx"̇Mənzı̇l̇Mülkı̇yyətçı̇lərı̇niṅMüştərək̇Cəmı̇yyətinin cavabdeḣ"DeltȧGṠMühafı̇zə̇Xı̇dmətı̇"̇MəhduḋMəsulı̇yyətli̇Cəmı̇yyətinə̇qarşı qarşılıqlı̇iddiasınȧdaiṙmülki̇iş (Açar sözlər: «pul tələbi, müqavilənin etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ikram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə Ilahə Novruz qızının katibliyi, Iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) "Delta GS Mühafı zə Xı dmətı " MMC-nin nümayəndəsi X3 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzı l MMMC-nin qanuni təmsilçisi X5 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh "xxxx" Mənzı l MMMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, ṁ̇ü̇̇ə̇̇ẏ̇ẏ̇ə̇̇ṅ̇̇̇̇ė̇ṫ̇ḋ̇i̇: Işiṅhalları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: ## ###### 2024-cü il tarixli, ** saylı mühafizə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyəti ilə “xxxx” MMC arasında mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə mühafizə olunan obyekt ünvan 2 ünvanda yerləşən 18 mərtəbəli, 4 blokdan ibarət yaşayış binasıdır (“X1” layihəsi). Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətin dəyəri 1800 manat məbləğində müəyyən edilir.
2. ## ##### 2024-cü il tarixli, ** saylı mühafizə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyəti ilə “xxxx” MMC arasında mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin 1.2ci bəndinə əsasən bu müqavilə üzrə mühafizə olunan obyekt ünvan 3-dur. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətin dəyəri 1800 manat məbləğində müəyyən edilir.
3. “xxxx” MMC tərəfindən "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyətinə ünvanlanmış ## ###### 2024-cü il tarixli *** saylı bildirişdə göstərilib ki, ünvan 2 ünvanda yerləşən və ünvan 3 ünvanda yerləşən yaşayış binalarında mühafizə xidmətinin göstərilməsi haqqında bağlanmış müqavilələrə ##.##.2024-cü il tarixdən xitam verilməsi barədə akt tərtib edilmişdir. Buna səbəb, "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyəti tərəfindən bağlanmış müqavilələrin şərtlərini pozmaqla iyun, iyul, avqust aylarının ümumi məbləğ 6000 manat pulun ödənilməsi təmin edilməmişdir.
4. ##.##.2024-cü il tarixli xitam aktına əsasən 11 və ** saylı 2024-cü il tarixli mühafizə xidmətlərinin göstərilməsi haqqında bağlanmış müqaviləyə ##.##.2024-cü il tarixdən xitam verilmişdir.
5. Ədliyyə Nazirliyinin ##.##.2024-cü il tarixli, ***-*/*-**-****/**** saylı məktubunda göstərilib ki, "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyəti ##.##.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış və qanuni təmsilçisi X2 olmuşdur (səlahiyyət müddət ##.##.2023cü il tarixdə bitmişdir).
6. ## ###### 2025-ci il tarixli, **-**/**** saylı maliyyə arayışına əsasən ##.##.2024-cü il tarixli ** nömrəli "xxxx" MMMC ilə bağlanmış müqaviləyə (Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 18) əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək müqavilə dəyəri 12.800 manat olduğu halda şirkətə 8000 manat vəsait ödənilmişdir. Qalıq borc 4800 manat təşkil edir. ##.##.2024-cü il tarixli ** nömrəli "xxxx" MMMC ilə bağlanmış müqaviləyə (Səbail rayonu, Xanlar 117/119) əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək müqavilə dəyəri 6000 manat olduğu halda şirkətə 4800 manat vəsait ödənilmişdir. Qalıq borc 1200 manat təşkil edir.
Birinci̇instansiyȧməhkəməsində̇icraat:
7. Iddiaçı "Delta GS Mühafı zə Xı dmətı " Məhdud Məsulı yyətli Cəmı yyəti cavabdeh "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyətinə qarşı pul tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat borcun, 1000 manat kompensasiya məbləğinin və 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
8. Iddiada göstərilir ki, hər iki müqavilə şərtlərinə əsasən mühafizə xidməti göstərilməsi nəzərdə tutulmuşdur. Iddiaçı olaraq müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Lakin cavabdeh tərəf müqavilə şərtlərini kobud şəkildə pozaraq, müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətin dəyərini tam ödəməmişdir. Hazırda cavabdeh “xxxx MMMC-nin, hər iki müqavilə üzrə 2024-cü ilin iyun, iyul və avqust ayları üzrə ümumilikdə ödənilməmiş 6000 (altı min) manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi, daha sonra isə yazılı ##.##.2024-cü il tarixli, *** nömrəli, ##.##.2024-cü il tarixli Bildiriş və ##.##.2025-ci il tarixli Pretenziyanın cavabdehin elektron vergi kabinetinə göndərilməsinə baxmayaraq, borc öhdəliyini bu günə kimi icra etməmişdir.
9. "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyəti qarşılıqlı iddia üzrə cavabdeh "Delta GS Mühafı zə Xı dmətı " Məhdud Məsulı yyətli Cəmı yyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə “xxxx” MMMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, ** nömrəli və ##.##.2024-cü il tarixli, ** nömrəli Mühafizə xidmətlərinin göstərilməsi haqqında müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
10. Qarşılıqlı iddiada göstərilir ki, “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ##.##.2021-ci il tarixdə, 1121-MM8-0208 nömrə ilə qeydiyyata alınaraq nizamnamə təsdiq edilmiş, cəmiyyətin nizamnaməsinə əsasən X2 (“xxxx” MMMC) 2 il müddətinə qanuni təmsilçi təyin edilmişdir. Qanuni təmsilçi olaraq Elvin Rəhimovun səlahiyyət müddəti ##.##.2023-cü il tarixdə bitmişdir. Lakin heç bir səlahiyyəti olmadan X2 müddətinin bitməsinə baxmayaraq möhürü təhvil verməmiş, eyni zamanda nizamnamənin tələblərinə zidd olaraq ümumi yığıncağın qərarı olmadan “xxxx” MMC ilə xidmət müqaviləsi bağlamış, bununla bağlı cəmiyyətin ümumi yığıncağını xəbərdar etməmişdir. Belə ki, “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Nizamnaməsinin 10.1-ci maddəsinə əsasən Cəmiyyətin idarə heyətinin sədri 2 (iki) il müddətinə seçilir. Bununla da onunla qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC arasında bağlanmış müqavilənin formal xarakterli bir müqavilə olması, beləliklə müqavilənin etibarsız olması öz təsdiqini tapmışdır. Belə ki, müqavilə bağlanarkən “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin hətta VÖEN-i və bank hesabı belə olmamış, bundan da “xxxx” MMC tam olaraq məlumatlı olmuşdur. Bu hal sözügedən müqavilələrdə öz əksini tapmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilənin 4.1-ci maddəsinə əsasən Müqavilə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək, yəni 01 (bir) il müddətinə bağlanmasına baxmayaraq heç bir zərurət olmadan ##.##.2024-cü il tarixdə tərəflər arasında yeni müqavilə bağlanmış, yeni müqavilədə isə müqavilənin müddəti ##.##.2024-cü il tarixədək, yəni 08 ay müddətinə müəyyən edilmişdir. Halbuki, hər iki müqavilə üzrə ödəniləcək aylıq ödənişlər 1800 manat müəyyən edilsə də, müqavilə üzrə postların sayı da fərqli şəkildə qeyd edilmiş, bu da öz növbəsində müqavilələrin tamamilə formal xarakter daşıdığını və etibarsız olduğunu göz önünə çıxarmışdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) ilkin iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyətindən 6000 (altı min) manat tutularaq iddiaçı “Delta GS Mühafı zə Xı dmətı " Məhdud Məsulı yyətli Cəmı yyətinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi və ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, o cümlədən qarşılıqlı iddia rədd edilərək, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, “xxxx” MMC ilə "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyəti arasında 11 və ** saylı 2024-cü il tarixli mühafizə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icraçı “xxxx” MMC müqavilədə nəzərdə tutulan obyekti müəyyən edilən şərtlərlə və qaydada mühafizə etməyi, sifarişçi "xxxx" MMMC isə xidməti qəbul edib müqavilə ilə müəyyənləşdirilən pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, cavabdehə mühafizə xidmətləri göstərmişdir. Bu hal cavabdeh tərəfindən də təsdiq edilməklə mübahisələndirilmir. Lakin cavabdeh iyun, iyul və avqust ayları üzrə şərtləşdirilmiş xidmət haqlarını ödəməmişdir. Hazırda iddiaçı ödənilməmiş xidmət haqlarının və müvafiq kompensasiya məbləğinin ona ödənilməsini tələb edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyətinin adından müqavilə bağlamış Elnur Rəhimovun səlahiyyət müddətinin bitməsinə istinad edərək müqavilənin etibarsızlığını irəli sürür. Tərəflər arasında mühafizə xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdeh MMMC-nin idarəçiliyində olan binaya xidmət göstərmişdir. Cavabdehin qanuni təmsilçisi də bu halı təsdiq edir. Təqdim edilən maliyyə arayışı ilə müəyyən edilir ki, cavabdeh tərəfindən ödənişlər qismən həyata keçirilmiş, ##.##.2024-cü il tarixli ** nömrəli "xxxx" MMMC ilə bağlanmış müqaviləyə (Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 18) əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək müqavilə dəyəri 12.800 manat məbləğ olduğu halda şirkətə 8000 manat vəsait ödənilmişdir. Qalıq borc 4800 manat təşkil edir. ##.##.2024-cü il tarixli ** nömrəli "xxxx" MMMC ilə bağlanmış müqaviləyə (Səbail rayonu, Xanlar 117/119) əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək müqavilə dəyəri 6000 manat olduğu halda şirkətə 4800 manat vəsait ödənilmişdir. Qalıq borc 1200 manat təşkil edir. Beləliklə, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 6000 manat məbləğində pul vəsaiti ödənilməlidir. Ilk iddiaçı əlavə olaraq 1000 manat məbləğində kompensasiya tələb etsə də, həmin tələbin əsasına dair sübut təqdim etməmişdir. Ona görə də, ilk iddia həmin hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia ərizəsi ilə iddiaçı "xxxx" MMMC adından müqavilə bağlamış qanuni təmsilçinin müqavilə bağlanan anda səlahiyyət müddətinin bitməsinə əsaslanaraq müqavilənin subyekt tərkibi ilə bağlı şərtlərə cavab vermədiyindən onun etibarsız sayılmasını xahiş edir. Ilk iddia üzrə iddiaçı cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, ** nömrəli müqaviləyə və ##.##.2024-cü il tarixli, ** nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, bu hissədə digər halları nəzərə almamışdır. Yuxarıda da qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında mühafizə xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilə münasibətləri yaranmış, iddiaçı həqiqətən cavabdehə mühafizə xidmətləri göstərmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC qeyd edir ki, müqaviləni MMMC adından bağlayan şəxs Elnur Rəhimov olmuş, həmin şəxs qanuni təmsilçi olsa da, onun həmin dövrdə səlahiyyət müddəti bitmiş, lakin möhürü təhvil verməmişdir. Göründüyü kimi, müqavilə lazımi sbuyektlərin iştirakı ilə bağlanmamışdır. Lakin nəzərə alınmalıdır ki, Elnur Rəhimovun səlahiyyət müddəti bitsə də, MMMC-nin möhürü onda olmuş, həmin cəmiyyət adından çıxış etməklə müqavilə bağlamışdır. Həmin müqavilə əsasında da iddiaçı müvafiq çoxmənzilli yaşayış binasında mühafizə xidmətləri göstərmişdir. Bu hal onu deməyə əsas verir ki, müqavilə etibarsız sayılsa belə, tərəflər öhdəliklərini qarşılıqlı icra etməlidirlər. Mülki Məcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Göstərilənlərlə yanaşı o da nəzərə alınıb ki, tərəflər aralarındakı müqavilə münasibətlərinə uyğun olaraq icra etdikləri və icrasından yararlandıqları təqdirdə, sonradan müqavilənin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında da qeyd olunmuşdur ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiyȧşikayətiniṅdəlilləri
13. Iddiaçı "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyətinin qanuni təmsilçisi X5 verdiyi apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, “xxxx” Mənzil Mülkiyyətçiləri MüştərəkCəmiyyəti ##.##.2021-ci il tarixdə, 1121- MM8-0208 nömrə ilə qeydiyyata alınaraq nizamnamə təsdiq edilmiş, Nizamnamənin 10.1-ci maddəsinə əsasən X2 Cəmiyyətin idarə heyətinin sədri vəzifəsinə 2 (iki) il müddətinə, yəni, ##.##.2023-cü iltarixədək seçilmişdir. Qanuni təmsilçi olaraq Elvin Rəhimovun səlahiyyət müddəti ##.##.2023-cü il tarixdə bitməyinə baxmayaraq o,“xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə aid onda olan sənədləri, o cümlədən möhürü təhvil verməmişdir. Səlahiyyət müddətinin bitdiyi tarixdən sonra qanunsuz olaraq “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyət adından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayaraq,“xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin payçılarının yaşadıqları, ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli, 4 blokdan ibarət yaşayış binasının və özünün başqa ünvanda, ünvan 1 ünvanda yerləşən yaşayış binalarının guya mühafizəsinin təşkil olunmasını “təmin” etmişdir. “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ünvan 2 ünvanda yerləşən 18 mərtəbəli, 4 blokdan ibarət yaşayış binasının payçıları tərəfindən təsis edilmiş və yalnız həmin binanın idarə olunması üçün səlahiyyətlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almamış, müqavilə öhdəliklərini tənzimləyən maddi hüquq normalarını tətbiq etməklə qanunsuz qətnamə qəbul etmişdir. Iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ilə hər-hansı bir əlaqəsi yoxdur. Həmçinin ünvan 3 ünvanında yerləşən yaşayış binası barədə ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Lakin işə baxan məhkəmə formal xarakter daşıyan “Müqavilə”yə mötəbər sübut kimi hüquqi qiymət verməsi qanunvericiliyin göstərilən tələblərini pozmuşdur. Işdə olan sübutlardan göründüyü kimi,“xxxx” MMMC ilkin iddia üzrə iddiaçı ilə hazırda bağlanmış müqavilənin MMMC-nin iradəsini ifadə etmədiyini sübut etmişdir. Ümumiyyətlə “xxxx” MMC tərəfindən “xxxx” MMMC-nin mülkiyyətçilərinin yaşadıqları, ünvan 2 ünvanda yerləşən yaşayış binasına xidmət göstərilməsi hər-hansı bir iş materialları ilə öz təsdiqini tapmamışdır.
b) Apellyasiyȧşikayətinə̇qarşı̇yazılı̇etirażtəqdiṁedilməmişdir.
c) Məhkəmə̇icraatı̇iştirakçılarınıṅizahatları.
14. Məhkəmə iclasında iddiaçı "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyətinin qanuni təmsilçisi X6 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında cavabdeh "Delta GS Mühafı zə Xı dmətı " Məhdud Məsulı yyətli Cəmı yyətinin qanuni təmsilçisi X3 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq̇edilməsi̇nəzərdə̇tutulȧbiləṅmaddi̇və̇prosessual̇hüquq̇normaları:
16.̇AzərbaycaṅRespublikasınıṅMülki̇Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi birbirinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
17.̇AzərbaycaṅRespublikasınıṅMülki̇Prosessual̇Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiyȧbaxışınıṅhədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilk iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiyȧinstansiyȧməhkəməsiniṅmövqeyi:
23. Iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, eləcə də qarşılıqlı iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin ilk iddia üzrə tutulan pulun miqdarı istisna olmaqla, digər hissədə gəldiyi nəticə düzgün olub.
24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissələrdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik həmin iddiaya münasibətdə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından ilk iddia üzrə tutulan pulun miqdarı istisna olmaqla digər hissədə haqlı sayılır, qarşılıqlı iddianın isə faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik həmin iddiaya münasibətdə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından qarşılıqlı iddia haqlı sayılmır.
25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. Işin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin ilk iddia üzrə tutulan pulun miqdarı istisna olmaqla digər hissələrdə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ilk iddia üzrə tutulan pulun miqdarı hissəsində dəyişdirilməsi istisna olmaqla digər hissələrdə ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, hər iki iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
28. Əvvəla, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
29. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
30. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada qarşılıqlı iddiaçının hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.
31. Belə ki, "xxxx" Mənzı l Mülkı yyətçı lərı nin Müştərək Cəmı yyətinin Nizamnaməsnə əsasən X2 Cəmiyyətin idarə heyətinin sədri vəzifəsinə 2 (iki) il müddətinə, yəni, ##.##.2023-cü il tarixədək seçilməsi, özündə olan sənədləri, o cümlədən möhürü təhvil verməməsi qarşılıqlı iddianın və apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət etmir. Apellyasiya baxışı zamanı da “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin sahə mülkiyətçilərinin yaşadıqları, ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli, 4 blokdan ibarət yaşayış binasının mühafizəsinin təşkil olunmasının faktiki olaraq təmin edilməsi öz təsdiqini tapdı və işin mübahisəsiz halına çevrildi. Bu cür vəziyyətdə faktiki göstərilən xidmətə görə cavabdeh yaranmış borcunu ödəməkdən imtina etməsi anlaşılan deyil.
32. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli **/**** nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilələr əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, müqavilələri imzalayan şəxsin müqaviləni imzaladığı tarixdə səlahiyyəti olmayıb, iddiaçı qurum tərəfindən göstərilən faktiki mühafizə xidmətini qəbul etməklə həmin müqavilələri bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da qarşılıqlı iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.
33. Bununla yanaşı, iddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış binas(lar)ının mühafizəsinin təşkil olunmasını təmin etsə də cavabdeh “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən həmin xidmət haqqı ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli, 4 blokdan ibarət yaşayış binasının sahə mülkiyyətçilərinin kommunal ödənişləri hesabına ödənilə bilməz. Çünki Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 1 ünvanda yerləşən 18 mərtəbəli, 4 blokdan ibarət yaşayış binasının sahə mülkiyyətçiləri ancaq öz sahə mülkiyyətində olan hissəyə görə, başqa sözlə, öz sahə mülkiyyətinin yerləşdiyi binanın idarə olunması və saxlanması, o cümlədən mühafizə xidməti üçün xidmət haqqı ödəyə bilər. Demək ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin yaşadıqları binanın saxlanmasına və idarə olunmasına, o cümlədən mühafizə xidmətinə görə ünvan 2 ünvanda yerləşən 18 mərtəbəli, 4 blokdan ibarət yaşayış binasının sahə mülkiyyətçilərinin kommunal ödənişləri hesabına ödənilməsi üçün faktiki əsas da mövcud deyil.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür qarşılıqlı iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar suiistifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
35. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi tutulmalı məbləğ hissəsində dəyişdirilməli; cavabdeh "xxxx" Mənzı l MMMC-dən tutulmalı pulun məbləğ azaldılaraq 4800(dörd min səkkiz yüz) manat müəyyən edilməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q̇̇ə̇̇ṫ̇̇̇ė̇ṫ̇ḋ̇i̇: Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi tutulmalı məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" Mənzı l MMMC-dən tutulmalı pulun məbləğ azaldılaraq 4800(dörd min səkkiz yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, "xxxx" Mənzı l MMMC-yə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, "Delta GS Mühafı zə Xı dmətı " Məhdud Məsulı yyətli Cəmı yyəti tərəfindən isə kassasiya şikayəti verilə bilməz.