Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1060/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «maddi zərər tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı İstehsalat Birliyinin nümayəndəsi X1 və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı İstehsalat Birliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 1, ev 13, mənzil 12 ünvanında (abonent kodu: 100618501300120) istehlakçı kimi təbii qazla təmin olunur.
2. *************** nömrəli abonent kimi qeydiyyata olan Cavabdeh ##.##.2020-ci il tarixli ******* saylı akta əsasən 756 manat, ##.##.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat, ##.##.2021-ci il tarixli ******* saylı akta əsasən 252 manat, ##.##.2021-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akta əsasən 806,40 manat, ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat, ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 233,28 manat, ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 1330,56 manat, ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 267,84 manat, ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat, ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat, ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat, ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat, ##.##.2024-cü il tarixli ******* saylı akta əsasən 959.04 manat, ##.##.2024-cü il tarixli ******* saylı 116,64 manat ziyan məbləği hesablanmışdır.
3. Cavabdeh (kod: 100618501300120) abonent saldosuna əsasən ona 2013-cü ilin oktyabr ayında 194,40 manat, 2020-ci ilin sentyabr ayında 756 manat, 2020-ci ilin oktyabr ayında 194,40 manat, 2020-ci ilin noyabr ayında 252 manat, 2020-ci ilin dekabr ayında 252 manat, 2021-ci ilin yanvar ayında 252 manat, 2021-ci ilin fevral ayında 252 manat, 2021-ci ilin mart ayında 252 manat, 2021-ci ilin aprel ayında 252 manat, 2021-ci ilin noyabr ayında 302,40 manat, 2021-ci ilin dekabr ayında 806,40 manat, 2022-ci ilin yanvar ayında 302,40 manat, 2022ci ilin fevral ayında 302,40 manat, 2022-ci ilin mart ayında 302,40 manat, 2022-ci ilin aprel ayında 233,28 manat, 2022-ci ilin noyabr ayında 1330,56 manat, 2022-ci ilin dekabr ayında 267,84 manat, 2023-cü ilin yanvar ayında 267,84 manat, 2023-cü ilin fevral ayında 267,84 manat, 2023-cü ilin mart ayında 267,84 manat, 2023-cü ilin aprel ayında 267,84 manat, 2023cü ilin may ayında 198,72 manat, 2024-cü ilin mart ayında 959.04 manat, 2024-cü ilin may ayında 116,64 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı İstehsalat Birliyinə vurulmuş maddi ziyan üzrə 8.548,56 manat borcun, 105,50 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8.654,06 manatın cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nin (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN: 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İddiada göstərilib ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında sonuncu dəfə ##.##.2018-ci il tarixdə AK*/***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 1, ev 13, mənzil 12 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazının Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən xəttinin üzərində isə sonuncu dəfə ##.##.2025-ci il tarixdə GCZ-G-4 Diafraqma tipli GCZ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalanı”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Hər dəfə qanunsuz qoşulma halı qaynaq yolu ilə aradan qaldırılsa da, sonrakı tarixlərdə də cavabdeh tərəfindən qaz xətti şəbəkəsinə qeyri-qanuni qoşulma halları mütəmadi olaraq təkrarlanmaqla davam etmişdir. Belə ki, ödəniş cədvəllərindən görünür ki, istehlakçı tərəfindən ##.##.2025-ci il tarixli 10.00 manat ödənişdən əvvəlki son ödəniş 2022-ci ilin oktyabr ayında edilmiş 5.00 manat məbləğ olmuşdur. Daha sonrakı 33 ay ərzində (2 il 9 ay) ödəniş olmamışdır. Qeyd olunanları nəzərə alaraq uzun müddət ərzində təbii qazdan istifadə olunmasına görə iddiaçı tərəfindən ödənilmiş cüzi məbləği əsaslı və ağlabatan hesab edilə bilməz. Eyni zamanda bu hal cavabdehin qanunsuz şəkildə uzun müddət təbii qazı talaması faktını təsdiq edən əyani sübutlardan biridir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh və ailə üzvləri qapını açmaqdan, aktları imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişlər. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış, qanunvericiliyin tələbinə əsasən qeyri-qanuni birləşmə aradan qaldırılmış, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırılmışdır. Lakin istehlakçı qanunsuz əməllərindən əl çəkməmiş, bu hallar dəfələrlə təkrarlanmışdır. Beləliklə, cavabdeh İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda ümumi 8.548,56 manat təşkil etməkdədir. Bu məbləğin 8.800,24 manat hissəsi aktlar üzrə hesablanmış məbləğdən, 41.77+0,70 manat hissəsi sərfiyyat borcundan (sayğac göstəriciləri üzrə ödənilməmiş debitor borc) ibarətdir. 229.15 manat aparılan tutma, 55+10=65 manat ödəniş. Yekun (8800,24 + 42,47) – 65 – 229,15 = 8.548,56 manat. Borc məbləğinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” iddiaçı tərəfindən tərtib edilmiş aktlar üzrə olan hissəsi aşağıdakı kimi olmuşdur: 1. ##.##.2013-cü il tarixli akta əsasən 144,40 (194.40-50) manat; 2. ##.##.2020-ci il tarixli ******* saylı akta əsasən 756 manat; 3. ##.##.2020- ci il tarixli ******* saylı akta əsasən 194,40 manat; 4. ##.##.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 5. ##.##.2020-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 6. ##.##.2021- ci il tarixli ******* saylı akta əsasən 252 manat; 7. ##.##.2021-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 8. ##.##.2021-ci il tarixli ******* saylı akta əsasən 252 manat; 9.##.##.2021- ci il tarixli ******* saylı akta əsasən 252 manat; 10. ##.##.2021-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 11. ##.##.2021-ci il tarixli ******* saylı akta əsasən 806,40 manat; 12. ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 13. ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 14. ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 302,40 manat; 15.##.##.2022ci il tarixli ******* saylı akta əsasən 233,28 manat; 16. ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 1330,56 manat; 17. ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 267,84 manat; 18. ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; 19. ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; 20. ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; 21. ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 267,84 manat; 22. ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 198,72 manat; 23. ##.##.2024-cü il tarixli ******* saylı akta əsasən 959.04 manat; 24. ##.##.2024-cü il tarixli ******* saylı 116,64 manat, cəmi 8.850,24 manat.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin qismən təmin edilərək Cavabdeh İddiaçı İstehsalat Birliyinin xeyrinə təbii qazdan istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 1471,04 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,71 manat, cəmi 1505,75 (bir min beş yüz beş manat, yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ38040039449955001922) bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunması ilə bağlı aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının ##.##.2020-ci il tarixli qərarı ilə cavabdehə ##.##.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesabat müddəti 90 gün nəzərə alınmaqla 7560 kub metr, ##.##.2020-ci il tarixli qərarı ilə ##.##.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, ##.##.2021-ci il tarixli qərarı ilə ##.##.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, ##.##.2021- ci il tarixli qərarı ilə ##.##.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 90 gün nəzərə alınmaqla 7560 kub metr, ##.##.2021-ci il tarixli qərarı ilə ##.##.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2520 kub metr, ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 180 gün nəzərə alınmaqla 11088 kub metr, ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2022-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, ##.##.2023-cü il tarixli qərarı ilə ##.##.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, ##.##.2023-cü il tarixli qərarı ilə ##.##.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, ##.##.2023-cü il tarixli qərarı ilə ##.##.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, ##.##.2023-cü il tarixli qərarı ilə ##.##.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 2232 kub metr, ##.##.2023-cü il tarixli qərarı ilə ##.##.2023-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1656 kub metr, ##.##.2024-cü il tarixli qərarı ilə ##.##.2024-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 180 gün nəzərə alınmaqla 7992 kub metr, ##.##.2024-cü il tarixli qərarı ilə ##.##.2024-cü il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 972 kub metr dəymiş ziyan hesablanmışdır. İddiaçı cavabdehə ##.##.2020-ci il, ##.##.2020-ci il, ##.##.2021-ci il, ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli aktlar əsasında cavabdehin abunə hesabına borc məbləği qeyd edilsə də, həmin aktlar iddia ərizəsinə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir, ##.##.2013-cü il tarixli aktın isə arxivdə aşkar edilməməsi qeyd edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə edilmiş dəyişiklik 2023-cü ilin iyun ayının 25-də qəbul edilmişdir. Qanunvericiliyin qeyd edilən norması imperativ olaraq iddiaçıya 2023cü ilin iyun ayının 25-dən sonra istehlakçının qazın talanmasında təqsirli olmasının yalnız inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı müraciət etdiyi orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququnun olmasını müəyyən edir. İddiaçı cavabdehin qazdan qanunsuz istifadə edilməsi halının 2024-cü ilin aprel ayınadək davam etməsini göstərsə də, iddiaçı tərəfindən 2023-cü ilin iyun ayından sonra cavabdehin şəbəkəyə qanunsuz qoşulması ilə bağlı müvafiq orqana müraciəti, müvafiq orqanın və yaxud məhkəmənin istehlakçının qanunsuz qoşulma ilə əlaqədar məsuliyyətə cəlb edilməsinə dair və bununla da təqsirli olmasını təsdiq edən qərarların mövcudluğu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə yalnız 2023-cü ilin iyun ayınadək olan müddət ərzində iddiaçının qanunsuz qoşulma halına hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsini də nəzərə alaraq hesab edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan, son 3 il üçün aparılan hesabat əsasında tələb edilən borc əsaslı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçının istinad etdiyi ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı aktlara əlavə edilmiş qanunsuz qoşulma halını təsdiq edən sübut - fotoşəkil ##.##.2020-ci il tarixli ******* saylı akta əlavə edilmiş fotoşəkillə eynilik təşkil etmişdir. Eyni zamanda ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı aktlara əlavə edilmiş qanunsuz qoşulma halını təsdiq edən sübut - fotoşəkil ##.##.2021-ci il tarixli ******* saylı akta əlavə edilmiş fotoşəkillə eynilik təşkil edir. Bununla yanaşı həmin aktlardakı fotoşəkillərin eyni olması, fotoşəkillərin çəkilmə tarixinin də eyni olması, bəzi fotoşəkillərdə isə göstərilməməsi, bununla da hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olması aktların düzgünlüyünə və sübut kimi dəyərləndirməli olmasına şübhə yaradır. Yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən aktlara əlavə edilmiş faktı təsdiq edən fotoşəkillərin bir qisminin digər aktlarda olan fotoşəkillə eynilik təşkil etməsini, bu halın hər fakta görə eynilik təşkil edən fotoşəkillərlə təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, yalnız eynilik təşkil etməyən fotoşəkillərə istinad edilərək tərtib edilmiş aktlar mötəbər sübut kimi qiymətləndirilməli və həmin aktlar əsasında iddiaçının itirilmiş qaza görə tələbi əsaslı hesab edilməlidir. Eyni zamanda cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə edilməsi halı müvafiq vaxtlarda öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktları öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarılması ilə bağlı tərtib edilmiş və yalnız məhkəməyə müraciət edilməmişdən əvvəl 3 illik müddət ərzində tərtib edilmiş ##.##.2022ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı, ##.##.2023-cü il tarixli ******* saylı aktlar və onun əsasında hesablanmış əlavə sərfiyyat əsaslı hesab edilməlidir. Yalnız ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, cavabdehə məxsus evdən kənarda quraşdırılmış sayğaca nəzarətçi tərəfindən hər ay baxış keçirilməli olması müvafiq təlimatla müəyyən edilməsinə baxmayaraq, itirilmiş qazın bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur. Bu isə məntiqli deyil. Həmin hesabat dövrü aktlar üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər. Belə olan halda ##.##.2022-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün üçün 1848 kub metr kimi qəbul edilməli və vurulmuş ziyan 0,10 manat (iddiaçının özü tərəfindən müəyyən edilmiş məbləğ) nəzərə alınmaqla 184,80 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız ##.##.2022-ci il tarixli ******* saylı akt üzrə 184,80 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt üzrə 267,84 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 267,84 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 267,84 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 267,84 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 267,84 manat, ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 198,72 manat, cəmi 1722,72 manat məbləğində borc hesablanmalıdır. 2023-cü ilin iyun ayından sonra tərtib edilmiş aktlar sübut kimi qəbul edilə bilmədiyindən, həmin müddətdən sonrakı akt əsasında hesablanmış borcun cavabdehdən tutulması barədə tələbi məhkəmə əsaslı hesab etmir. Məhkəmə eyni zamanda qeyd edib ki, iddia tələbi həmçinin ##.##.2013-cü il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2021-ci il tarixli, ##.##.2021-ci il tarixli, ##.##.2021-ci il tarixli aktlar əsasında dəymiş ziyanın tutulması ilə bağlı olsa da, həmin tarixli aktlar və akt əsasında qəbul edilmiş qərarlar məhkəməyə təqdim edilmədiyindən, yəni həmin tələblə bağlı sübutlar məhkəməyə təqdim edilmədyindən, həmin hissələrdə tələbin təmin edilməsi mümkün deyil.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı İddiaçı İstehsalat Birliyi apellyasiya şikayətində qətnamənin qismən, yəni təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi xahiş edib göstərir ki, hər dəfə qanunsuz qoşulma halı qaynaq yolu ilə aradan qaldırılsa da, sonrakı tarixlərdə də cavabdeh tərəfindən qaz xətti şəbəkəsinə qeyri-qanuni qoşulma halları mütəmadi olaraq təkrarlanmaqla davam etmişdir. Ödəniş cədvəllərindən də görünür ki, istehlakçı tərəfindən ##.##.2025-ci il tarixli 10 manat ödənişdən əvvəlki son ödəniş 2022-ci ilin oktyabr ayında edilmiş 5 manat məbləğ olmuşdur. Daha sonrakı 33 ay ərzində (2 il 9 ay) ödəniş olmamışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği iddia ərizəsinin verildiyi tarixdə, yəni ## ###### 2025-ci il tarixdə ümumi olaraq debitor borc da daxil olmaqla 8548.56 (səkkiz min beş yüz qırx səkkiz manat, əlli altı qəpik) manat təşkil etmişdir. Cavabdeh sonuncu ödənişini 2025ci ilin ## #### tarixində 10 manat ödəməklə həyata keçirmişdir. Buna görə də, onun debitor borcuna münasibətdə 3 illik iddia müddətinin tətbiq edilməsi qanunsuz olmuşdur (10 manat ödənişlə bağlı iddia ərizəsində qeyd olunmuş, həmçinin də ödəniş saldosunda öz əksini tapmışdır). Zərər vurma nəticəsində yaranan öhdəliyə müqavilə əsasında yaranan öhdəlik kimi qiymət verən məhkəmə həmin tələbə də müqavilə əsasında yaranmış öhdəliyə şamil olunan 3 illik iddia müddəti tətbiq etmiş, bununla da iddiaçının qanuni tələbi təmin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında iddiaçı İddiaçı İstehsalat Birliyinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
14. Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2 (## #### 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (* nömrəli əlavə). Bənd 6.5 (## #### 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.5 (## #### 2023-cü ildən qüvvədə olan redaksiya). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər, eləcə də cavabdehin qanunsuz qoşulma ilə bağlı faktı etiraf etməsi qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməklə həmin hissədə qismən təmin edilməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, eləcə də cavabdehin qanunsuz qoşulma ilə bağlı faktı qismən etiraf etdiyindən birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmayıb.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mübahisələndirilən hissədə iddanın faktiki hallar tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, eləcə də cavabdehin qanunsuz qoşulma ilə bağlı faktı etiraf etdiyindən o hissədə də haqlı sayılır.
23. Mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə hesab etdi ki, cavabdehin qazdan istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına ehtimal olunun vurulmuş zərərin həqiqi miqdarının hesablanması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyindən iş üzrə mütəxəssis (ekspertiza) rəyi alınmalıdır.
24. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının *-**-*-*/*-****/**** saylı, ## ##### 2026-cı il tarixli rəyində qeyd edilmişdir ki: 1-ci sual üzrə: Daxil olan sənədlərin təhlili Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 1, ev 13, mənzil 12 ünvanında qazdan qanunsuz istifadə edilməsini tam təsdiq etmir. Lakin abonent saldosunun təhlili qazdan qanunsuz istifadə halını inkar etmir. 2-ci sual üzrə: 2025-ci ilin iyul ayında Cavabdeh abonent saldosuna daxil edilmiş 8571,79 manat 2020-2024-cü illərdə qazdan qanunsuz istifadəyə görə hesablanmış dəymiş ziyan məbləğlərinin ödənilməmiş hissəsidir. 3-6-cı suallar üzrə: 2023-cü ilin ## #### tarixinədək istifadəçi tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. ... İstehsalçının abonent saldosunda sözügedən yaşayış evində aşağıda sadalanan qaz qurğularından istifadə olunduğunu göstərilmişdir: - 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi; - 1 ədəd dəmir soba; - 1 ədəd qənaətli su qızdırıcı. Qanunuvericiliyin tələbini analogiya kimi qəbul edərək əvvəlki dövrlərə aid etsək, 2016- 2022-ci illərdə qazdan qanunsuz istifadəyə görə itirilmiş qazın həcmi cəmi 3953,20 manat təşkil edə bilər. Tərtib edilmiş aktlar əsasında iddiaçı tərəfindən cəmi 229,15 manat ödəniş edildiyini nəzərə alsaq, qanunsuz qoşulma halında ondan tutula biləcək məbləğ 3727,05 manat ola bilər. Cavabdeh tərəfindən 2022-ci ilin may ayından sonra tərtib edilmiş 9 akt üzrə aparılmış hesabatlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci bəndinin tələbinə əməl edilmədən apardığından həmin aktlar üzrə hesablanmış 3945 manat dəyərində dəymiş ziyan məbləğləri abonentdən tələb edilə bilməz.
25. Məhkəmə tərkibi vurğulayır ki, maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı şikayətində cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar, dəymiş ziyanın bərpasına dair tələbnamələr işdə mövcud olmuşdur. İşdə olan bu aktlar üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. İddiaçının əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da iddiaçının əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair aktlar tərtib edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri aktda yaxud dəymiş ziyanın bərpasına dair tələbnamədə görüləcək tədbir kimi “sayğacdan kənar əlavə xətt ləğv edilsin, dəymiş ziyan hesablanıb ödənilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Lakin həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktların mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma iddiaçı tərəfdən nədənsə bu video yazı aparılmamışdır, hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.
26. Bundan əlavə, iddiaçının tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Tələb edilən zərər məbləğində abonent sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edirdisə və bu aktlara əsasən qeyd olunan məbləğdə zərər vurulduğunu görürdüsə, bu vaxta qədər “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin imperativ tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edib həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda qanundan irəli gələn bu vəzifəsi üzrə hansı səbəbdən tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə hazırkı iddiayadək zərər və borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.
27. Göstərilənlərə baxmayaraq, cavabdeh sayğacdan kənar qaz xəttinə qoşulduğunu, iddiaçıya zərər vurmasını birinci və apellyasiya instansiya məhkəməsində də etiraf etmişdir. Məhkəmə isə zərərin məbləğini yuxarıda qeyd olunan aktların bəziləri nəzərə alınmaqla özü hesablayıb. Cavabdehin də 2020-ci ilin sentyabr ayından 2024-cü ilin aprel ayına qədər qazdan istifadəyə görə cüzi ödəniş etdiyi təsdiq olunur. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasında verdiyi izahatında qanunsuz qoşulma faktını və qaz işlədici cihazdan istifadə etdiyini etiraf etdi, lakin zərərin məbləğinin həddindən artıq yüksək məbləğdə hesablandığını göstərdi. Düzdü, yuxarıda qeyd olunan rəydə zərərin 2022-ci ilin aprel ayına kimi cəmi 3953,20 manat təşkil edə biləcəyi, tərtib edilmiş aktlar əsasında iddiaçı tərəfindən cəmi 229,15 manat ödəniş edildiyi nəzərə alınsa, qanunsuz qoşulma halında tutula biləcək məbləğin 3727,05 manat ola biləcəyi qeyd olunub. Məhkəmə tərkibi də həqiqətən də bu məbləğdə zərərin vurulduğunu inandırıcı və ağlabatan hesab edir və vurulmuş zərərin 3727,05 (üç min yeddi yüz, iyirmi yeddi manat, beş qəpik) manat olmasını təsbit edir.
28. Cavabdehin iddianı etiraf etməsi ilə əlaqədar yuxarıda Mülki Prosessual Məcəllədə iddianın etirafı ilə bağlı normalar və maddi hüquq normalarının təsbit edildiyi qanunvericilik aktlarının müddəaları nəzərdən keçirildi.
29. Belə ki, cavabdehin iddianı etiraf etmək kimi prosessual hüququ vardır və bunu ona qadağan etmək olmaz. Eyni zamanda iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə də belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
30. Cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.
31. Göründüyü kimi, qeyd olunan prosessual hüquq normaları bir tərəfdən cavabdehin iddianı etiraf etmək hüququnun olduğunu təsbit edir, digər tərəfdən isə məhkəməyə səlahiyyət verir ki, iddianı etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, belə hərəkətləri qəbul etməsin. Etirafın hansısa qanuna və digər normativ hüquqi akta zidd olması hazırkı işdə müəyyən edilmir. Digər tərəfdən bu cür etiraf hansısa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır, əks halda məhkəmə etirafı qəbul etməməlidir. Bu mənada məhkəmə tərkibi cavabdehin iddianı etiraf etməsini nə qanuna zidd, nə də hansısa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozan hal hesab etmir.
32. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bununla belə, məhkəmə tərkibi hazırkı mübahisənin mahiyyətinə və məzmununa uyğun maddi zərərin əvəzini düzgün hesablanmadığını müəyyən etdi. Ona görə də zərərin məbləği mütəxəssis rəyində müəyyən edilən həddə müəyyən edilməlidir.
33. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi maddi zərərə görə tutulan məbləğ hissəsində dəyişdirilməli və vurulmuş zərərin məbləği 3727,05 (üç min yeddi yüz iyirmi yeddi manat beş qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı İddiaçı İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi maddi zərərə görə tutulan məbləğ hissəsində dəyişdirilsin və vurulmuş zərərin məbləği 3727,05 (üç min yeddi yüz iyirmi yeddi manat beş qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz .