Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1066/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı işi üzrə Açar sözlər: (ilk iddia üzrə “borcun qaytarılması, əldən çıxmış fayda, mənəvi ziyan”, qarşılıqlı iddia üzrə "dəymiş ziyanın ödənilməsi”) hakimlər X13 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, ilk iddia üzrə iddiaçı İddiaçı və onun vəkili vəkil1, ilk iddia üzrə cavabdeh Cavabdeh və onun vəkili vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Ilk iddia üzrə iddiaçı ( iddia tələbinin həcminin artırılmasına dair) ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh - 28800 manat əsas borc, 11232 manat məbləğində əldən çıxmış fayda məbləği, 1000 manat vəkil qonorarı xərci, 2000 manat mənəvi zərərin əvəzi, 214,40 manat iddia ərizəsinin verilməsinə görə, 30,40 manat dövlət rüsumu kəsirinə görə, 71,80 manat müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin və şikayətin verilmələrinə görə dövlət rüsumları, ümumilikdə 43348,60 manat tutularaq iddiaçıya ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmiş, iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onun etibarından sui-istifadə edərək 2023-cü ilin ortalarından ayından başlayaraq hissə-hissə ümumilikdə 19300 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş və mənimsəmişdir. Pullarının qaytarılması üçün cavabdehə etdiyi müraciətlər nəticəsiz qaldığı üçün məcburiyyət qarşısında qalaraq Polisə müraciət etmiş və ondan izahat alınmışdır. Bakı şəhəri Yasamal rayon Polis Idarəsinin 29-cu Polis Bölməsində baş əməliyyat müvəkkili Tural Isaqov tərəfindən araşdırılma başlanmış və cavabdeh Polisə dəvət olunmuşdur. Bu zaman cavabdeh ##.##.2024-cü il tarixində ondan aldığı puldan 3000 manat, sonradan isə 1000 manat qaytarmışdır. Cavabdeh izahatında, ondan ümumilikdə 32800 manat məbləğində pul aldığını, hazırda onun 28800 manat borcunun olmasını səmimi etiraf etmiş və bildirmişdir ki, "avtomobil alqı-satqısı ilə məşğulam, avtomobillərin satışından əldə etdiyi puldan yaxın müddətdə pulu qaytaracağıma söz verirəm”. Bakı şəhəri Yasamal rayon Polis Idarəsinin 29-cu Polis Bölməsinin ##.##.2024cü il tarixli məktubu ilə, müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh verdiyi sözünü tutmadığı səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ona olan 28800 manat məbləğində əsas borc, habelə ona dəymiş zərər cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh Cavabdeh ona vurduğu zərər aşağıdakı kimidir: - ölkə üzrə rəsmi bank uçot dərəcəsinə görə, ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək - 2448 manat (8,5%); ##.##.2023-cü il tarixindən ##.##.2024-cü tarixinədək -2304 manat (8,0%); ##.##.2024-cü il tarixindən ##.##.2024-cü tarixinədək - 2232 manat (7.75%); ##.##.2024-cü il tarixindən ##.##.2024- cü tarixinədək - 2160 manat (7,5%); ##.##.2024-cü il tarixindən isə - 2088 manat (7,25%) əldən çıxmış fayda məbləği. Bundan başqa, cavabdeh Cavabdeh ona olan borcunu qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq 1000 manat məbləğində vəkil qonorarı ödəmişdir. Cavabdeh Cavabdeh ona olan öz borcunu qaytarmadığı üçün 28800 manat məbləğində əsas borc, 11232 manat məbləğində əldən çıxmış fayda məbləği, 1000 manat vəkil qonorarı xərci, ümumilikdə isə 41032 manat məbləğində borcu yaranmışdır. Həmçinin cavabdeh Cavabdeh hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və dərin stress keçirmişdir. Belə ki, cavabdeh Cavabdeh iddiaçını aldadaraq ondan külli miqdarda pul almasını qardaşları bildikdə, böyük gərginlik və münaqişə keçirmiş, bu səbəbdən də, ##.##.2024-cü il tarixində azyaşlı uşağı ilə birlikdə yaşadığı evi tərk edərək "Ana və uşaq Sığınacağı”na müraciət etmiş və ##.##.2024-cü il tarixinə kimi həmin Sığınacaqda qalmışdır. Sığınacaqda, sosial işçi tərəfindən psixoloqa yönləndirilmiş və psixoloq tərəfindən onunla psixoterapiya seanslarında aparılan müşahidələrə və klinik müsahibəyə əsasən onda stress, gərginlik, təşviş, qorxular, yuxu pozuntuları və özünə inamın pozulması aşkarlanmışdır. Aparılan konsultasiyalar nəticəsində post travmatik stress pozuntusunun bir sıra əlamətləri, o cümlədən travmatik hadisəni tez-tez xatırlama və yenidən yaşama hissi, travmadan sonra inkişaf etmiş təşviş və qorxu, davamlı emosional narahatlıq müşahidə edilmişdir. Seanslar müddətində vəziyyətində müəyyən irəliləyişlər müşahidə olunsa da, hələ də tam sağalma müşahidə edilməmişdir. Iddiaçı hələ də keçmiş travmanın mənfi təsirlərini hiss edir və onda yaşadığı zorakılığın psixoloji sağlamlığına mənfi təsiri açıq şəkildə müşahidə edilir. Hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən ona 2000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzi cavabdeh Cavabdeh tutulmalıdır.
2. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı "Cadillac CT4 Luxury” markalı, ** EL *** X6 avtomaşına vurmuş olduğu (ekspert rəyindən sonra) 18200 manat maddi ziyanın, ona özgəninkiləşdirilməsi qadağan edilmiş "X1 HSE” **-NL-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə avtomaşının bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar vurulmuş 19600 manat maddi ziyanın, ümumilikdə 37800 manat maddi ziyanın, 1000 manat vəkilə vermiş olduğu müqavilə pulunun və 209 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə, eləcə də ilkin iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı ona qarşı qaldırmış olduğu 28800 manat əsas borcun, 11232 manat məbləğində əldən çıxmış fayda məbləğinin, 1000 manat vəkil qonorarı xərcinin ümumilikdə 41032 manat məbləğində pulun, 214,4 manat dövlət rüsumunun, 30,4 manat dövlət rüsumu kəsirinə, 71,8 manat müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizə və şikayətin verilməsinə görə dövlət rüsumu olmaqla, cəmi 43348,6 manat pulun ondan tutularaq ödənilməsi tələbinin qismən, yəni 28300 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh (ilkin iddiaçı) İddiaçı Bakı şəhəri Binəqədi rayon məhkəməsində ona qarşı pul tələbinə dair iddianı qismən, yəni ilkin iddia tələbinin ödənilməmiş olan 28300 manat hissəsini qəbul edir və bununla əlaqədar bildirir ki, cavabdehin (ilkin iddia üzrə iddiaçının) iddia ərizəsində onun barəsində göstərdiklərinin heç biri düz deyil. Belə ki, o, cavabdehlə (ilkin iddiaçı ilə) 2021-ci il tarixdə "Bado sosial şəbəkəsində tanış olmuş və cavabdehlə 2021-ci il tarixdən 2024-cü ilin mart ayının 20-dək yaxın münasibətdə olmuşlar. Bu illər ərzində də cavabdeh (ilkin iddiaçı) öz bezdirici hərəkətləri ilə dəfələrlə onu özündən uzaqlaşdırdığı üçün ondan ayrılmaq və yaxın münasibətlərinə son qoymaq istəmiş, hətta bir neçə dəfə də ondan uzaqlaşsın deyə ona zəng etdiyi nömrələri bloka atmışdır. Lakin cavabdeh ondan əl çəkməyərək, digər nömrələrlə zəng edərək əl çəkməmişdir. Ondan ayrılacağı təqdirdə özünü öldürəcəyi ilə onu hədələməsi üzündən, heç olmasa dost kimi qalsınlar deyə ona yalvarışlarına görə məcburiyyətdən onunla əlaqəni tamam kəsməmişdir. Nə də ki, o, heç vaxt Jaləyə onunla evlənəcəyini bildirməmiş, sadəcə olaraq, istəmişdir ki, özü başa düşsün, onu anlasın ki, onunla davam edə bilməz, çünki xasiyyətləri uyğun gəlmirdi. Cavabdehlə (ilkin iddiaçı ilə) yaxın münasibətləri olduğu vaxtlarda heç vaxt Jalədən istifadə etmək, onun pulunu ələ keçirmək fikri olmamışdır. Cavabdeh (ilkin iddiaçı) İddiaçı ilə tanış olduğu vaxtlarda onun maşın alveri ilə məşğul olduğunu bilirdi. Bu səbəbdən də hətta özü kömək etməyi təklif etmişdir. Cavabdeh (ilkin iddiaçı) eyni zaman da onun himayəsində xəstə uşağının olmasını, uşağın da baxıcıya ehtiyacı olduğuna və aylıq maaşının da heç 400 manat olmadığını bilirdi. Bu səbəbdən də ilk dəfə təxminən 2022-ci ildə cavabdehdən (ilkin iddiaçıdan) 10000 ABŞ dolları borc pul almış və bir neçə ay sonra həmin borcun hamısını cavabdehə (ilkin iddiaçıya) qaytarmışdır. Bundan sonra cavabdehlə (ilkin iddiaçı ilə) yenə də münasibətini kəsmək istəsə də, onun yalvarışlarına görə istəməsə də münasibətləri məcburən davam etdirməli olmuşdur. Cavabdeh (ilkin iddiaçı) ondan tələb etdiyi 19300 ABŞ dolları pulu ona 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlinədək 4-5 dəfəyə, hissəhissə verib. Axırıncı dəfə də 2024-cü ilin fevralında ona Inşaatçılar Metrosunun qarşısında borc pul verib və ona deyib ki, "hazırda pula ehtiyacı yoxdur, ürəyini sıxma, işlərin qaydasına düşəndə yavaş- yavaş ödəyərsən, yetər ki, məndən ayrılma.” O, indiyənədək heç vaxt cavabdehə (ilkin iddiaçıya) olan borcunu danmamışdır. Ondan müxtəlif inzibati orqanlara verdiyi şikayətlərlə əlaqədar da izahatlar verərkən də həmin borcunu etiraf etmiş və imkan düşdükcə də ödəyəcəyini bildirmişdir. Əgər onun cavabdehin (ilkin iddiaçının) ona vermiş olduğu borcu qaytarmaq fikri olmasaydı, onu aldatmaq fikri olsaydı, heç həmin borcları da etiraf etməzdi, çünki borc pulla bağlı cavabdehlə (ilkin iddiaçı ilə) onun arasında heç bir yazılı razılaşma olmayıb. Sadəcə olaraq, cavabdeh ilkin iddiaçı ondan ayrıldığı üçün ondan heyif çıxır. Bu səbəbdən də 2024-cü ilin mart ayında o, cavabdehə (ilkin iddiaçıya) ondan ayrılmaq barədə fikrinin qəti olduğunu, borcu da danışdıqları kimi qaytaracağını bildirdi. Bundan sonra Jalə yenə ona gah yalvardı, gah da özünü öldürüb onu tutduracağı ilə hədələdi. Bunun da bir nəticəsi olmadığını görüncə evlənəcəyi qadınla münasibətlərini pozmağa çalışdı. Onun ailəsinə həmin qadın barəsində olmazın böhtanlar danışdı, lakin heç bir nəticəsi olmadığını bildikdən sonra onun pulunu razılaşdıqları qaydada hissə-hissə ödəyəcəyini, hətta hazıradək həmin puldan 4500 manat cavabdehə (ilkin iddiaçıya) ödəməyini nəzərə almayaraq, eyni zamanda mülkiyyətində olan "Cadillac CT4 Luxury” markalı **EL*** X6 avtomaşını satıb ona olan borcunu tam şəkildə qaytarcağını bildirdiyi halda, (45 min ABŞ dolları dəyərində olan Cadillac CT4 Luxury” markalı avtomaşını) Jalə hər vasitə ilə ona ziyan vurmaq məqsədi ilə işlədiyi ofisini darmadağın etdi. Yerdən götürdüyü daş parçası ilə "'Cadillac CT4 Luxury” markalı **EL*** X6 avtomaşının 4 tərəfini cızmaqla maşına 8200 manat maddi zərər vurmuşdur. Cavabdehin (ilkin iddiaçının) bu hərəkətindən sonra əlində olan görüntüləri götürərək və bu hadisənin şahidi olan komendantı da götürərək, polis bölməsinə getmiş olsa da, yenə də Jaləyə yazığı gəldiyi üçün, onun etdiyi hərəkətləri evdəkilər, eləcə də işlədiyi iş yerində (Qərbi Kaspi Universitetində) adına xələl gəlməsin deyə, biabır olmasın deyə ondan şikayətçi olmadı. Hətta Jalənin maşına 8200 manat maddi zərər vurmasına baxmayaraq, Jalə ona olan borcundan 5000 manat çıxacağını bildirsə də, o, yenə də onun qadınlığına görə onunla razılaşdı. Lakin bütün bunlara baxmayaraq, ona olan qalmış borcunu da hissə-hissə ödəyəcəyini bildirdiyi halda, onu yenidən məhkəməyə verdi. Jalənin maşına vurduğu maddi ziyana görə maşının satış qiyməti də əsas satış qiymətindən, yəni 100 faizdən 40 faiz köhnəlmə əmsalı olaraq maşının real bazar qiyməti 45000 ABŞ dollarından (76500 manatdan) 18000 ABŞ dolları, yəni 30600 manat aşağı düşərək 45900 manat olmuşdur. Bununla da cavabdeh (ilkin iddiaçı) ümumilikdə ona 38800 manat maddi ziyan vurmuşdur. Cavabdeh (ilkin iddiaçı) onun barəsində yazmış olduğu şikayət ərizələrində də maşına ziyan vurduğunu etiraf etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsinin qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh Cavabdeh 28300 manat pulun alınaraq ilk iddia üzrə iddiaçı İddiaçı ödənilməsi, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun 800 manat hissəsi və 200 manat dövlət rüsumunun əvəzi ilk iddia üzrə cavabdeh Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçı İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 8000 manat pulun alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun 800 manat hissəsi və 200 manat dövlət rüsumunun əvəzi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 445.7, 449.1, 459.1, 1091.1, 1091.2, 1092.1-ci; Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 9.2, 9.3, 76.1, 76.2, 77.1, 80, 81, 88, 119.1, 121.1, 164.1, 164.2, 217.3, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» ## #### 2009-cu il tarixli qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarına; S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarına; "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına; AIHM-in “Zvierzinski Polşaya qarşı” işi üzrə ## #### 2001-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, ilk iddia üzrə iddiaçı tərəfindən cavabdehə 32800 manat məbləğində pul verilmiş, cavabdeh isə öz növbəsində Polis Idarəsində həmin məbləği aldığını, məbləğdən 5000 manat hissəsini qaytardığını, qalan məbləği geri qaytarmadığını etiraf etmişdir. Bu səbəbdən ilk iddia üzrə iddiaçı cavabdehə qarşı hazırki iddianı irəli sürmə hüququ yaranmışdır. Ilkin iddia tələbi üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 28300 manat məbləğində pul qalmış, məhkəmə iclasında ilk iddia tələbi həmin hissədə etiraf edildiyindən ilk iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin 11232 manat məbləğində əldən çıxmış fayda məbləği hissəsində ilkin iddia tələbi üzrə iddiaçı İddiaçı 19300 ABŞ dolları məbləğində pulun Cavabdeh dostluq münasibəti nəticəsində kömək etmək niyyəti ilə verdiyini tərəflər arasında olan və məhkəmə iclasında həqiqiliyi təsdiq edilən yazışmalarda öz təsdiqini tapmaqla qeyd edilən məbləğin hansı şərtlərlə verilməsini, qaytarılma müddətini və qaytarılmaması nəticəsində hansı faydanın əlindən çıxmasını təqdim edilmiş sənədlərlə sübut edə bilməmişdir. MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır:- qanunsuz saxlama;qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə iddia tələbini əldən çıxmış fayda olaraq 11232 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı hesab etmir. Ilk iddia tələbinin mənəvi ziyan tələbi ilə bağlı hissəsinə münasibətdə qeyd edilməlidir ki, həmin iddia ilə bağlı İddiaçı tələbinin əsası kimi Cavabdeh pul verməsi nəticəsində ailə üzvləri tərəfindən şiddətə məruz qalmasını və nəticədə mənəvi iztirablar keçirməsini və mənəvi ziyanın yaranması ilə əlaqələndirməyə çalışsa da, ilkin iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, ilkin iddia tələbi üzrə iddiaçı mənəvi ziyanın cavabdehin hərəkətləri nəticəsində deyil, qardaşlarının hərəkətləri nəticəsində vurulduğunu öz tələbinin əsasında təsdiq etmişdir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli qərarında aşağıdakılar göstərilmişdir: "... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Iş materiallarından iddiaçının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində mənəvi sarsıntı keçirməsi müəyyən edilmir. Belə ki, iddiaçıya mənəvi ziyan pulun qaytarılmaması ilə bağlı deyil, ailə üzvlərinin məlumatı olmadan pulun verilməsi ilə bağlı yetirilməsi iddiaçının özünün izahatı və təqdim etdiyi arayışla təsdiq edilməklə cavabdehin qanunazidd hərəkət kimi qəbul edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: " ... Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Iş üzrə qarşılıqlı iddia tələbi üzrə iddiaçıya Cadillac CT4 markalı avtomobillə bağlı maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Tərəflər arasında həmin iddia tələbi ilə bağlı mübahisə dəymiş zərər məbləği ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktı ilə 18200 manat müəyyən edilsə də, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza nəticəsində mübahisəli avtomobilin təmiri üçün 8200 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında aparılmış yazışmalar zamanı iddiaçı 5000 manat tələb etsə də, cavabdeh 2000 manatla razılaşmış, qalan məbləği isə silinməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi qüsur aktı ilə həmin avtomobilə dəymiş ziyanın təmir bərpası üçün ümumilikdə 600 manat tələb edildiyini əlaqələndirməyə çalışsa da, Paşa Sığorta tərəfindən ##.##.2025-ci il tarixdə qiymətləndirilmə keçirilmiş və həmin qiymətləndirmədə arxa sol faranın dəyəri 1800 manat qiymətləndirilmişdir. Avtomobilin əvvəlki qüsur aktı ilə qeyd edilmiş təmir bərpa işləri hazırki qiymətləndirmə barədə hesabatla müqayisələndirildiyində 8000 manat məbləğin şişirdilmiş məbləğ olmadığı və avtomobilin təmir bərpası üçün real məbləğ olmağı öz təsdiqini tapır. Məhkəmə qarşılıqlı iddia tələbinin digər avtomobilin satış dəyərinin azalmasının tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edilir ki, X2 HSE minik markalı avtomobil məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair qərardad əsasında özgəninkiləşdirilməsi qadağan edilmiş, yuxarı instansiya tərəfindən qərar qüvvədə saxlanılmış, şikayət təmin edilməmişdir. Həmin avtomobilin satiş dəyərinin aşağı düşməsi nəticəsində 19600 manat məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutulması əsaslı tələb hesab edilmir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - Yasamal RPI-nin 29cu PŞ-nin əməliyyat müvəkkili, R Tural Isaqov tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışın surətinə əsasən, ##.##.2024-cü il tarixdə İddiaçı Yasamal RPI-nin 29-cu PŞ-nə müraciət edərək, əvvəlcədən tanıdığı Cavabdeh işlərini görməsi məqsədi ilə hissə-hissə ümumilikdə 19300 dollar məbləğində pul verdiyini, lakin geri qaytarmadığını bildirmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müraciət mülki xarakterlidir və şikayəti olduğu təqdirdə məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiq olması barədə məlumat verilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh verdiyi izahatında bildirmişdir ki, Jalə xanımdan hissə-hissə ümumilikdə 32800 manat borc pul götürdüyünü, həmin məbləğdən 5000-ni qaytarmış, hal-hazırda 28800 manat borcunun qaldığını etiraf etmişdir; - Yasamal RPI-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, R Tural Isaqov tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışın surətinə əsasən, ##.##.2024-cü il tarixdə İddiaçı Yasamal RPI-nin 29-cu PŞ-nə müraciət; - ##.##.2025-ci il tarixli, **** saylı hesabata əsasən, "Cadillac CT4 Luxury” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8200 manat təşkil edir. Hazırki bazar qiyməti isə 45000 manat təşkil edir; - Tərəflər arasında Whatsapp sosial yazışma programı vasitəsi ilə aparılan yazışmaları tərəflər onların arasında aparıldığını təsdiq etmiş və Təqdim edilmiş yazışmalarda İddiaçı 19300 ABŞ dolları məbləğində pulu Cavabdeh tərəfindən ödənilməsini tələb etməsi, həmçinin Cavabdeh sonuncunun avtomobilinə ziyan vurması nəticəsində 5000 manatın ödənilməsinin tələb edilməsi və İddiaçı 2000 manat məbləğində ziyanın borclu olduğu puldan çıxılmasının təklif edilməsi, qalan məbləğin silinməsini təklif etdiyi əks olunur; - Təqdim edilmiş qəbzlərə əsasən, ##.##.2024-cü ildə 3000, ##.##.2024-cü il tarixdə 500, ##.##.2024-cü il tarixdə 500 və ##.##.2024-cu il tarixdə 500 manat olmaqla Cavabdeh tərəfindən İddiaçı hesabına ödənişlər edilmiş, tərəflər məbləğləri mübahisələndirməmişlər; -"Təmiz Dünya” X11 Birliyi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli arayışa əsasən, İddiaçı məişət zorakılığından zərərçəkmiş şəxs kimi ##.##.2024-cü il tarixində azyaşlı uşağı ilə birlikdə "Təmiz Dünya” X12 Birliyinin nəzdində fəaliyyət göstərən "Gender əsaslı zorakılıq qurbanları üçün” Sığınacağa qəbul edilmiş, tanışı Cavabdeh İddiaçı aldatma yolu ilə 19300 ABŞ dolları məbləğində pul almış və qaytarmamış, İddiaçı qardaşlarına məlum olduqda İddiaçı evdə gərginlik keçirmiş və bu səbəbdən də, azyaşlı uşağı ilə birlikdə Sığınacağa müraciət etmişdir. Reabilitasiya məqsədilə ona Sığınacaqda müxtəlif növ yardımlar, o cümlədən psixoloji yardım göstərilmişdir. Onunla psixoterapiya seanslarında aparılan müşahidələrə və klinik müsahibəyə əsasən pasient İddiaçı stress, gərginlik, təşviş, qorxular, yuxu pozuntuları və özünə inamın pozulması aşkarlanmışdır. Aparılan konsultasiyalar nəticəsində pasient İddiaçı post travmatik stress pozuntusunun bir sıra əlamətləri, o cümlədən travmatik hadisəni tez-tez xatırlama və yenidən yaşama hissi, travmadan sonra inkişaf etmiş təşviş və qorxu, davamlı emosional narahatlıq müşahidə edilmişdir. Seanslar müddətində pasient İddiaçı vəziyyətində müəyyən irəliləyişlər müşahidə olunsa da, hələ də tam sağalma müşahidə edilməmişdir. Pasient İddiaçı hələ də keçmiş travmanın mənfi təsirlərini hiss edir. Pasient İddiaçı yaşadığı zorakılığın onun psixoloji sağlamlığına mənfi təsiri açıq şəkildə müşahidə edilir; - "Deluxe Pro” Avtoservis tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən, sedan tipli avtomobilin bir tərəfinin (qabaq və arxa qapılar) cızılmasının təmiri üçün "Deluxe Pro" avtoservizdə aşağıdakı işlər görülməlidir və işlərin xərclər üçün aşağıdakı məbləğ tələb olunur. 1. Rəngsaz işi - avtomobilin bir detalı üçün 200 manat; 2. Polirovka işi - avtomobilin bir detalı üçün 100 manat. Sedan tipli avtomobilin bir tərəfinin cızılmasının təmiri - 2 qapısının rənglənməsi (400 manat) və polirovkası (200) üçün ümumilikdə 600 (altı yüz) manat tələb olunur. Xərclər siyahısı müştərilər üçün bir mütəxəssiz rəyidir, ödəniş sənədi deyildir. Təmir zamanı əlavə xərclər çıxması ehtimal olunur; - Ilk iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim edilmiş avbtomobil satışına dair elektron səhifələrdən çıxarılmış Cadillac CT 6 markalı avtomobilin satışı ilə bağlı fotoşəkillərdən görünür ki, modelin buraxılış ili və sürüş məsafəsi nəzərə alınmaqla qiymətlər 23000, 24600, 27000 ABŞ dolları aralığında dəyişir; - ilk iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim edilmiş avbtomobilin ehtiyyat hisslərinin satış dəyəri ilə bağlı elektron portallardan edilmiş çıxarışa əsasən, X8 X3 Light OEM faraların satış qiyməti 180, 250, 299, 329 ABŞ dolları aralığında dəyişir; - Ilk iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, Cadillac CT4 markalı avtomobil ölkəyə qəzalı şəkildə gətirilmişdir; - Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X5 tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatında qeyd edilir ki, Cavabdeh məxsus "X4 Rover minik " markalı **-NL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ## ### 2025-ci il tarixə olan bazar dəyəri 64100 manat, Likvid dəyəri 57 700 manat təşkil edir; - Paşa Sığorta Şirkəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsinin qiymətləndirmilməsinə dair hesabatdan görünür ki, Cadillac CT markalı avtomobilin arxa sol farası 1800 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlillər;
5. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilkin iddia ərizəsi üzrə tələbin təmin edilməməsi hissələrində, yəni tələbin “11232 manat məbləğində əldən çıxmış fayda məbləğinin, 2000 manat mənəvi zərərin əvəzinin, 200 manat hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəkil qonorarının, 44,80 manat məbləğində iddia ərizəsinin və 71,80 manat məbləğində müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizələrin (şikayətlərin) verilmələrinə görə dövlət rüsumlarının tutulmaları” hissələrində ləğv edilməsini, ilkin iddia ərizəsinin həmin hissələrdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, hazırkı apellyasiya şikayətinin verilməsi üçün ödədiyi 107,20 manat dövlət rüsumunun, habelə apellyasiya icraatı üçün hüquqi yardımın göstərilməsi üçün ödədiyim 1000 manat məbləğində vəkil qonorarının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 127.2, 127.7; Mülki Məcəlləsinin 21.1, 21.2, 449.1, 449.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 77.1, 121.1, 372.2, 372.5, 385.1,1, 386-cı maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin sərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2009-cu il tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin sərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2009-cu il tarixli Qərarına; “S.Əliyevanın sikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2006-cı il tarixli Qərarına; “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mulki prosessual qanunvericiliyi baxımından sərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2019- cu il tarixli Qərarına; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2012-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qarşılqılı iddia tələbi ilə bağlı belə nəticəyə gəlmişdir ki, “məhkəməyə təqdim edilmiş qüsur aktı ilə 18200 manat müəyyən edilsə də, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza nəticəsində mübahisəli avtomobilin təmiri üçün 8200 manat məbləğində müəyyən edilmişdir”. Işə baxan birinci instansiya məhkəməsi qətnaməsində əsassız olaraq göstərmişdir ki, “Məhkəmə ilk iddia tələbinin mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, həmin iddia ilə bağlı İddiaçı tələbinin əsası kimi Cavabdeh pul verməsi nəticəsində ailə uzvləri tərəfindən siddətə məruz qalmasını və nəticədə mənəvi iztirablar kecirməsini və mənəvi ziyanın yaranması ilə əlaqələndirməyə calıssa da, ilkin iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, ilkin iddia tələbi uzrə iddiacı mənəvi ziyanın cavabdehin hərəkətləri nəticəsində deyil, qardaşlarının hərəkətləri nəticəsində vuruldugunu oz tələbinin əsasında təsdiq etmimdir”. Işə baxan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbinin əldən cıxmıs fayda olaraq 11232 manat məbləğində pulun cavabdehdən iddiasının xeyrinə tutulması hissəsində iddia tələbini əsaslı hesab etmir. Belə ki, ilkin iddia tələbinin 11232 manat məbləğində əldən cıxmıs fayda məbləği hissəsində, ilkin iddia tələbi uzrə iddiacı İddiaçı 19300 ABS dolları məbləğində pulun Cavabdeh dostluq munasibəti nəticəsində komək etmək niyyəti ilə verdiyini tərəflər arasında olan və məhkəmə iclasında həqiqiliyi təsdiq edilən yazılmalarda oz təsdiqini tapmaqla qeyd edilən məbləğin hansı sərtlərlə verilməsini, qaytarılma muddətini və qaytarılmaması nəticəsində hansı faydanın əlindən cıxmasını təqdim edilmis sənədlərlə subut edə bilməmişdir”. Daha sonra Məhkəmə qətnaməsində qeyd edir ki, “Paşa Sığorta” tərəfindən ##.##.2025-ci il tarixdə qiymətləndirilmə keçirilmiş və həmin qiymətləndirmədə arxa sol faranın dəyəri 1800 manat qiymətləndirilmişdir”. Məhkəmənin bu əsassız mövqeyi ilə bağlı Məhkəmə Kollegiyasına aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh Cavabdeh ilə tanışlıqları cavabdehin təşəbbüsü ilə baş vermişdir. Cavabdeh, onunla məqsədli şəkildə dostluq münasibəti yaratmışdır və onun etibarından sui-istifadə edərək ondan böyük məbləğlərdə pul vəsaitləri almışdır. Onun niyyəti cavabdehə köməklik etmək olsa da, cavabdehin niyyəti ondan aldığı pulu mənimsəmək olmuşdur. Bu səbəbdən də, hesab edir ki, pulun verilməsinə tək onun niyyəti deyil, həmçinin cavabdehin niyyəti nəzərə alınmalıdır. Digər tərəfdən, pulun hansı niyyətlə verilməsindən asılı olmayaraq, əgər onun qaytarılmasını xahişindən (tələbindən) sonra cavabdeh pul vəsaitini qaytarmaqdan imtina edirsə, hesab edir ki, bu hal “Azərbaycan Respublikası Mulki Məcəlləsinin 449-cu maddəsinin sərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2009-cu il tarixli Qərarının təsiri altına düşür. Belə ki, cavabdeh onun pul vəsaitini onun qaytarılması xahişindən (tələbindən) sonra qaytarmaması nəticəsində həmin vəsaiti qanunsuz saxlamış, qaytarmaqdan boyun qaçırmış, ödənilməsini digər səkildə gecikdirmişdir. Bütün bunlar, cavabdeh Cavabdeh ilk iddia üzrə iddiaçının pul vəsaitindən faydalanmasını təsdiq edir. Bu səbəbdən hesab edilir ki, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış və maddi hüquq normaların pozuntusuna yol vermişdir. Ümumiyyətlə, ekspertiza düzgün aparılmamışdır. Belə ki, məhkəmə vasitəsilə ekspetiza üçün yazılı şəkildə təqdim etdiyi suallar cavablandırılmamışdır. Ekspert MMC Məhkəmə iclasında şahid qismində iştirak etmiş, qiymətləndirməni həyata keçirmiş Ekspert MMC-nin qiymətləndiricisi suallara cavab olaraq bildirmişdir ki, avtomobilə dəymiş zərərlə bağlı hər hansı qiymətləndirmə aparmamışdır, yalnız “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli “Qüsur aktı”na istinad edərək, həmin aktı rəyə “köçürmüşlər”. Bundan başqa, “Qüsur aktı”nda “sağ faranın stopu” qeyd edilsə də, rəydə “sol faranın stopu” göstərilmişdir. Ekspert MMC-nin hesabatında qiymətləndirməni internet resurslarında olan “Cadillac CT6” avtomobilin qiymətlərinə istinad edilməsi ilə bağlı, qiymətləndirici bildirmişdir ki, internet resurslarında “Cadillac CT4 Luxury” avtomobil ilə bağlı məlumat olmadığı üçün “Cadillac CT6” avtomobilin qiymətlərinə istinad edilmişdir. Halbuki, “Cadillac CT6” avtomobil daha yeni nəsil model avtomobil hesab olunur və onun qiyməti əvvəlki nəsil olan “CT4”-dən bahadır. Qiymətləndiricinin yalnız ##.##.2025-ci il tarixində şəhadətnamə alması, onun və tərtib etdiyi hesabatın mötəbərliyinə ciddi şübhələr yaradır. Iş materiallarında olan psixoloqun arayışında qeyd olunur ki, “Tanışı Cavabdeh böyük miqdarda pul verməsi İddiaçı qardaşlarına məlum olduqda İddiaçı evdə gərginlik keçirmiş və bu səbəbdən də, azyaşlı uşağı ilə birlikdə Sığınacağa müraciət etmişdir. Reabilitasiya məqsədilə ona Sığınacaqda müxtəlif növ yardımlar, o cümlədən psixoloji yardım göstərilmişdir”. Belə ki, 2024-cü il iyul ayında cavabdeh sevgilisi X7 ilə birlikdə ilk iddia üzrə iddiaçının yaşadığı ünvana gələrək qapını 15-20 dəqiqə daşla döymüş, qapı-qapı gəzərək qonşulara ilk iddia üzrə iddiaçı haqda şər-böhtan xaraketerli sözlər demiş, qapının üstünə ilk iddia üzrə iddiaçını və ailəsini qonşulara rüsvay etmək məqsədilə nalayiq şər-böhtan xarakterli cümlə yazmışdır. Cavabdeh qapımızın üstünə yazdırdığı yazının şəklini çəkərək öz telefon nömrəsi ilə ilk iddia üzrə iddiaçıya göndərmiş, eləcə də səsli hədələyici ismarıclar yazmışdır. (CD-də təqdim edilir). Bununla kifayətlənməyərək o, qızlarının, eləcə də ilk iddia üzrə iddiaçının Nurlanın özü ilə olan şəkillərinin üzərinə nalayiq kəlmələr yazaraq 3-4 dəfə sevgilisinin Tiktok və instagram səhifələrində paylaşmış, getcontakt ilk iddia üzrə iddiaçının səhifəsində onun haqda olmazın nalayiq şər-böhtan xarakterli cümlələr yazaraq telefon kontaktındakı bütün ətrafına (ailə üzvləri, qohumları, müəllim yoldaşları, tələbələri və digər yoldaşları) onu rüsvay etmiş, eləcə də geniş auditoriyası olan sosial şəbəkələrdə rüsvay etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa yenidən Ə.Nurlan ##.##.2024-cü il tarixində onu qonşularına və ailəsinə rüsvay etmək məqsədilə yaşadığı ünvana gələrək qapını bir neçə dəfə bərk döymüş, açmadığı üçün telefon nömrəsinə öz şəxsi nömrəsi ilə (**********) “Qapıdayam, çıx, yoxsa gəlirəm içəri” kimi hədələyici ismarıc göndərmişdir. Cavabdehin bütün bu qanunazidd hərəkətlərindən sonra ətrafı, o cümlədən ailəsi olanlardan xəbər tutmuşdur. Qızı və o bu olanlara görə çox böyük, dərin mənəvi sarsıntı keçirıb, travma alıb. Bu utanclığa dözməyərək evdən çıxmış, sığınacağa yerləşmiş, həm qızı, həm də özü uzun müddət psixoloji dəstək alıb. Göründüyü kimi, mənəvi zərər qardaşlarının hərəkətləri nəticəsində deyil, cavabdehin hərəkətləri nəticəsində vurulmuşdur. Bu illər ərzində ailəsiylə, o cümlədən qardaşlarıyla arasında hər hansı bir narazılıq olmamışdır. Onun dərin psixoloji travma alaraq övladını götürüb evdən getməyinə tək səbəbkar yalnız və yalnız Nurlandır. Bu hal psixoloqun arayışında da öz əksini tapmışdır. Belə olan halda, cavabdehin qanunazidd hərəkətləri ilə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə vardır. Beləliklə, hesab olunur ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə özü də, “Paşa Sığorta”nın ##.##.2025-ci il tarixli sənədində faranın dəyərinin 1800 manat olmasını göstərməklə etiraf etmişdir ki, ##.##.2024-cü il tarixli “Qüsur aktı”nda göstərilən məbləğ şişirdilmişdir. Lakin buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi həmin “Qüsur aktı” mötəbər sübut sayaraq, orada göstərilən məbləğdə iddianı təmin etmişdir. Mənəvi zərər adətən vətəndaşların səxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən huquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (sərəf, ləyaqət, isguzar nufuz, səxsi ailə sirri, hərəkət etmək azadlığı, yasayıs yeri secmə, ad hijququ, muəlliflik hijququ, sair səxsi qeyri-əmlak huquqlar və digər maddi nemətlər) huquqlarını pozmaqla fiziki səxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran səxsin hərəkətlərindən sonra zərərçəkmisin suuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların huquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmus əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadıgı hallarda kompensasiya edilir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıdakılara görə razılaşmıram. Belə ki, cavabdehin Məhkəməyə təqdim etdiyi “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli “Qüsur akti’nda “sağ faranın stopu - 2300 manat, armaturçu, sökülüb yığılma işləri - 1850 manat, rəngsaz işi - 3700 manat, ümumi polirovka işi - 350 manat, dəymiş ziyan ümumilikdə isə - 8200 manat” məbləğində qiymətləndirilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilmiş həmin markalı avtomobilin yerli və xarici “avtomobil ehtiyyat hissələrin satışı” internet portallarında faranın qiymət 400 - 600 ABŞ dolları məbləğində olması təsdiq olunur. Tərəflərindən məhkəməyə təqdim edilmiş “Deluxe Pro” Avtoservis-in ##.##.2025-ci il tarixli arayışı ilə avtomobilin 2 qapısının rənglənməsinin və polirovkasının dəyəri ümumilikdə 600 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş video- çəkilişdən də göründüyü kimi, avtomobilin heç bir farasına hər hansı bir zərərin yetirilməsi yoxdur. Işə baxan birinci instansiya məhkəməsi qətnaməsində nə belə bir video-çəkilişin olduğunu, nə də ümumiyyətlə, bu videoçəkilişdə fara sınığı olmadığını qeyd etməmişdir. Bundan başqa, Ekspert MMC-nin hesabatında da, avtomobilə dəymiş zərərin hansı tarixə və ya dövrə təsədüf etdiyi göstərilməmişdir. Bunu Ekspert MMC-nin qiymətləndiricisi məhkəmədə şahid qismində bir daha təsdiq etmişdir. Digər tərəfdən məhkəmə iclaslarında cavabdeh də bildirmişdir ki, avtomobilə mütəmadi olaraq naməlum şəxslər tərəfindən zərərlər yetirilmişdir. Hətta məhkəməyə təqdim etdiyi Yasamal RPI-nin məktubu ilə də müəyyən olunur ki, cavabdeh avtomobilin qabaq şüşəsinə zərər vurulması ilə bağlı polisə müraciət etmişdir. Belə olan halda, avtomobildə olan zərərin onun tərəfindən yetirilməsi məhkəmədə sübuta yetirilməmişdir. Məhkəmənin bu yanlış mövqeyi ilə bağlı Məhkəmə Kollegiyasına bildirilmişdir ki, “Qüsur aktı”nda göstərilən rəqəm 18200 manat deyil, 8200 manatdır. “Qüsur aktı”nın mötəbər sübut olmaması ilə bağlı dəfələrlə Məhkəməyə dəlillər gətirilsə də, Məhkəmə bunları qəbul etməmişdir. “Qüsur aktı”nın tərtib edilmə tarixi ##.##.2024-cü il tarixində olsa da, cavabdeh tərəfindən Məhkəməyə təqdim olunmuş ##.##.2024-cü il tarixinədək dövrü əhatə edən “WhatsApp” yazışmalarında, o cümlədən onun məhkəməyə təqdim etdiyi cavabdehlə ən son ##.##.2024-cü il tarixində “WhatsApp” yazışmalarımızda, eləcə də ##.##.2024-cü il tarixindəki səs yazısında cavabdeh ondan avtomobilin cızılması ilə bağlı vurulmuş zərərə və guya maşını 4 tərəfli rənglətdirdiyinə görə 5000 manat tələb etmişdir. ##.##.2024-cü il tarixinədək bir dəfə də olsa ##.##.2024-cü il tarixli 8200 manat məbləği qeyd olunan “Qüsur akt”ına istinad etməmiş, arxa sağ stopun sınması haqda heç bir şey yazmamış, bunun üçün heç bir məbləğ tələbi olmamışdır. Bu hal onu təsdiq edir ki, yazışma dövründə, yəni ##.##.2024-cü il tarixinə qədərki dövrdə ##.##.2024-cü il tarixli “Qüsur aktı” mövcud olmamışdır. Məhkəmə iclaslarında cavabdeh bildirmişdir ki, o, Bakı şəhərinin Binəqədi rayonunda yaşayır, həmin rayonda qeydiyyatdadır, Yasamal rayonunda işləyir. Lakin, “Qüsur aktı”nı ünvan 1 7 ünvanında fəaliyyət göstərən “xxxx” MMC-dən (VÖEN: 3101409191) əldə etmişdir. Halbuki onun yaşadığı və çalışdığı Bakı şəhərinin Binəqədi və Yasamal rayonlarında kifayət qədər qiymətləndirici şirkətlər mövcuddur. Cavabdehin “Qüsur aktı”nın alınması üçün bir şəhərdən digər şəhərə getməsi həmin “Qüsur aktı”nın mötəbərliyinə şübhə yaradır. “Qüsur aktı” avtomobilin təmir edildiyi yerdən alınmamışdır. Bu isə ümumiyyətlə avtomobilin təmir edilməsinə şübhə yaradır. Tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd CD-də olan səs-yazısında cavabdeh bildirir ki, “istəsə 5000 manat yox 10000-lik də akt ala bilər”. - Əldə etdikləri məlumata əsasən, “xxxx” MMC (VÖEN: 3101409191) yalnız “kağız üzərində” olan şirkətdir. Onun real fəaliyyəti və əməkdaşları yoxdur, “xxxx” MMC-nin (VÖEN: 3101409191) yeganə işçisi - direktor X14r və şirkət “kağız üzərində” direktorun Ş.Gənciyevanın mənzilində fəaliyyət göstərir. Bundan başqa, şirkətin vergi orqanında fəaliyyət istiqaməti (kodu) tamamilə fərqlidir və avtomobillərə, yaxud ziyanın qiymətləndirilməsinə heç bir aidiyyəti yoxdur. “xxxx” MMC-nin fəaliyyət istiqaməti haqqında məlumatın əldə edilməsi üçün tərəflərindən Dövlət Vergi Xidmətinə sorğu verilsə, bu məlumatların konfidensial olması səbəbindən cavab verilməmişdir. Sübutları müstəqil qaydada əldə etmək imkanım olmadığı üçün Məhkəməyə vəsatətlə müraciət edərək “xxxx” MMC-nin fəaliyyət istiqaməti haqqında məlumatın əldə edilməsi üçün Dövlət Vergi Xidmətinə məhkəmə sorğunun verilməsi xahiş edilmiş və vəsatətə DVX-nin imtina məktubu əlavə edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi vəsatəti rədd etmişdir. Belə ki, işin obyektiv araşdırılması və ədalətli qətnamə qəbul edilməsi üçün Məhkəmə Cavabdeh öz avtomobilini təmir edib-etməməsini araşdırmamış, cavabdehin öz avtomobilini təmir etdirdiyi müəssisəyə onun hansı tarixdə müəsissəyə müraciət etməsi, avtomobilin hansı hissələrinin təmir etməsi, təmirin həcmi və dəyəri barədə məlumatların əldə edilməsi üçün məhkəmə sorğusu verməmişdir. Təəssüflər olsun ki, məhkəmə həqiqətin üzə çıxması üçün heç bir tədbir görməmiş, şübhəli “Qüsur aktı”na istinad edərək əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, “xxxx” MMC-nin fəaliyyət istiqaməti tamamilə başqa sahədir, MMC-nin iqtisadi fəaliyyət növü barədə məlumatın əldə edilməsi üçün AR IN yanında Dövlət Vergi Xidmətinə sorğu verilməsini barədə Məhkəməyə vəsatətlə müraciət etmişdir. Vəsatətə bu məlumatın əldə edilməsi üçün göndərdiyi sorğuya Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2025-ci il tarixli imtina məktubunu əlavə edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi vəsatətləri əsassız olaraq rədd etmişdir. Işə baxan birinci instansiya məhkəməsi, vəsatətlərini rədd edərək, “xxxx” MMC-nin fəaliyyət istiqaməti haqqında məlumatın əldə edilməsi üçün Dövlət Vergi Xidmətinə sorğu göndərməmişdir. Cavabdeh məxsus avtomobilin ABŞ-dan alınan zaman hansı vəziyyətdə olmasını təsdiq edən fotokoşəkillərlə müəyyən olunur ki, həmin avtomobilidə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı vuruqlar və zədələr vardır. Belə olan halda, avtomobildə olan zədələrin onun tərəfindən yetirilməsini məhkəmə sübut edə bilməmişdir; - “Cadillac CT6” avtomobilin “turbo.az” saytından çıxarışları. Həmin çıxarışlara Ekspert MMC-nin öz Hesabatında istinad edərək cavabdeh Cavabdeh məxsus “Cadillac CT4” avtomobilin qiyməti müəyyən etmişdir. Bu isə hesabatın mötəbərliyinə şübhə yaradır. “Cadillac CT4” avtomobilin faralarının satış qiymətləri barədə yerli və xarici saytlarından çıxarışlar. Həmin çıxarışlarda 1 ədəd faranın satış qiyməti 400-600 ABŞ dolları məbləğində olması təsdiq olunur. Işə baxan birinci instansiya məhkəməsi aşağıdakı mühüm əhəmiyyətli halları aydınlaşdırmamışdır: Cavabdeh həqiqətən avtomobilinin təmir etdirməsi, təmirin həcmi və dəyəri barədə məlumatın əldə edilməsi üçün təmir etdirdiyi müəssisədən məlumat əldə etməmişdir. Belə ki, məhkəmə iclaslarında cavabdeh Cavabdeh avtomobili təmir etdirdiyi müəssisə barədə məlumat vermiş, həmin müəsissədən arayış almadığını bildirmişdir; ##.##.2024-cü il tarixli “Qüsur aktı”nın mötəbərliyinin təsdiq edilməsi üçün “xxxx” MMC-nin fəaliyyət növünün müəyyən etməmiş, MMC-nin bu növ Aktların tərtib etmək səlahiyyətinin olubolmamasını müəyyən etməmişdir. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli “Qüsur aktı”nda və Ekspert MMC-nin Hesabatında cavabdeh Cavabdeh məxsus avtomobilə hansı dövrdə zərər yetirilməsi öz əksini tapmamışdır. Məhkəmə isə öz qətnaməsində avtomobilə məhz hansı zərərin mənim tərəfimdən yetirilməsini müəyyən edə bilməmişdir.xxxx” MMC-nin ##.##.2024cü il tarixli “Qüsur aktı” və Ekspert MMC-nin hesabatında avtomobilə vurulmuş zərərin hansı dövrə aid edildiyi müəyyən edilməmişdir. Nəzərə alsaq ki, avtomobil xaricdən gətirildikdə artıq zədəli idi və avtomobilə sonradan da başqa şəxslər tərəfindən zədələr yetirilmişdir, birinci instansiya məhkəməsi tərəfindən həmin zərərin məhz mənim tərəfimdən yetirilməsi sübuta yetirilməmişdir. Qətnamədən apellyasiya şikayəti verildiyi üçün məcburiyyət qarşısında qalaraq yenidən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil ilə müqavilə bağlanılıb və Vəkil Bürosuna 1000 (bir min) manat məbləğində hüquqi yardıma görə haqq ödənilib. Bundan başqa hazırkı apellyasiya şikayətinin verilməsi üçün 107,20 manat dövlət rüsumu ödənilib. Nəticədə, cavabdeh hərəkətləri səbəbindən əlavə olaraq maddi zərərə düşülüb. Buna görə də hesab edilmişdir ki, apellyasiya mərhələsində vəkilin göstərdiyi yardıma görə əlavə çəkdiyim xərc və dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməlidir. Əlavə ödədiyi hüquqi yardıma görə haqq və dövlət rüsumu apellyasiya mərhələsində baş verdiyi üçün həmin qəbzlərin birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkünsüz olmuşdur.
6. Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qarşılıqlı iddia tələbi üzrə "CadillacCT4 Luxury"xxxx"xxxx MMC” tərəfindən qiymətləndirilərkən avtomaşının ona ziyan vurulmamışdan əvvəlki bazar qiymətinin 55000 manat, ziyan vurulandan sonrakı bazar qiymətinin isə 45000 manat məbləğində qiymətləndirilsə də, məhkəmə bu hala öz qətnaməsində qiymət verməməklə onun mülkiyyət hüququnu pozmuşdur. Əlavə olaraq o da qeyd edilib ki, iddiaçı öz iddia tələbinin məbləğini əsassız iddialarla süni şəkildə artırmış və işə baxan məhkəmə də şişirdilmiş iddia tələbinin 2 qatından çox dəyərində olan avtomaşınların üzərinə həbs qoymaqla da cavabdehin mülkiyyət hüququ məhdudlaşdırmışdır. Halbuki, mülkiyyət hüquqları süni iddialarla məhdudlaşdırılmasaydı, yəqin ki, hazırda cavabdehin iddiaçıya olan borcunu da ödəmiş olardı. "Məhkəmə cavabdehin mülkiyyətində olan Cadillac CT4 Luxury"markalı 77EL 877 X9 avtomaşına qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən ziyan vurulandan sonra maşının əvvəlki bazar qiyməti ilə ziyan vurulandan sonrakı bazar qiyməti arasında 10000 manat (maşına ziyan vurulmamışdan əvvəl 55000 manat, ziyan vurulandan sonra isə 45000 manat) fərqin yaranması məhkəmə tərəfindən təyin edilmiş Qiymətləndirici "xxxx MMC” tərəfindən müəyyən edilmiş olsa da məhkəmə bu sübuta ümumiyyətlə qiymət verməmiş, məhkəmə qətnaməsində adını belə çəkməmişdir. Məhkəmə öz qətnaməsində yalnız MTT olaraq həbs qoyulmuş "X2 HSE"minik markal avtomaşınla bağlı Cavabdeh vurulmuş ziyanla bağlı münasibət bildirilmişdir. Digər tərəfdən, məhkəmə öz qətnaməsində qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına əsasən dəymiş ziyanın məbləğini düzgün olmayaraq,18200 manat məbləğində qiymətləndirərək, nəticədə yenə də həmin qüsur aktı ilə müəyyən edilmiş 8200 manat maddi ziyandan 8000 manat hissəsini təmin etmiş, lakin "Cadillac CT4 Luxury "markalı,** EL *** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan vurulandan sonra onun bazar qiymətinin də 55000 manatdan 45000 manatadək azalmasını və bu zərərin də ilkin iddiaçı və qarşılıqlı cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olmasına ümumiyyətlə münasibət bildirməmişdir. Yuxarıda qeyd olunan hallar isə ona əsas verir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Halbuki qanunun tələbinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, mülki iş materiallarından da göründüyü kimi,məhkəmə hansı səbəbdən qarşılıqlı iddianın (37800 manat məbləğindən) 18200 manat hissəsindən də 8000 manat hissəsini təmin etməsini, 10200 manat hissəsini isə təmin etməməsini aydınlaşdırmamışdır. Mülki iş materiallarından da göründüyü kimi, ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehin mülkiyyətində olan "Cadilllac CT4 Luxury"markalı avtomaşının dörd tərəfini də cızmaqla ona həm həmin hissələrin bərpası (təmiri ilə) əlaqədar avtomaşına 8200 manat xərc çəkməyinə ən azından hüquqi qiymət vermiş olsa da, avtomaşınına vurulmuş ziyandan sonra onun bazar qiymətinə uyğun satış qiymətinin də 10000 manat aşağı düşməsinə və maşının qiymətinin aşağı düşməsinin səbəbinin də iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı qanunsuz hərəkətərinin nəticəsi olmasına ümumiyyətlə qiymət vermədiyi üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinin adı çəkilən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Apellyasiya icraatında müəyyən edilən hallar:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı tərəflər arasında 2021-ci ildə münasibətlərin yarandığını, qarşı tərəf maşın alveri ilə məşğul olur. Maşınlardan hansısa biri ölkəyə daxil olarkən gömrükdə yaranan problemlə əlaqədar olaraq cavabdeh ondan külli miqdarda ABŞ Dolları borc aldığını, bir müddət sonra aralarındakı sevgi münasibətləri pozulduğunu və iddiaçının cavabdehdən pulunu geri qaytarmağı tələb etdiyini, lakin qarşı tərəfin onun tələblərinə heç bir əhəmiyyət verməyərək borcunu ödəməkdən boyun qaçırdığını,belə olan halda, iddiaçının cavabdehin çalışdığı ofisə gedərək dərhal pulunu qaytarmasını cavabdehdən tələb etdiyini, cavabdehin isə yenə də tələblərdən boyun qaçırdığını və hətta maşını onun üzərinə sürdüyünü, iddiaçı bu hərəkətdən acıqlanaraq cavabdehin maşını üzərində cızıqlar çəkdiyini və maşına zərər yetirdiyini, cavabdehin onun barəsində 29-cu Polis Bölməsinə şifahi şikayət etdiyini, daha sonra Polis Bölməsində qarşılıqlı razılığa gəldiklərini, həmin razılığa əsasən iddiaçının cavabdehə vurduğu zərəri ödəməyə hazır olduğunu həmin zərərin isə 2000 manat civarında olduğunu, hadisədən xeyli müddət keçdikdən sonra 2025-ci ilin avqust ayında cavabdehin saxta qüsur aktı tərtib edərək, onun maşınını cızdığı üçün dəyən zərərin əvəzinin 8000 AZN olduğunu bildirdiyini, halbuki 2025-ci ilin avqust ayınadək olan yazışmalarda qüsur məbləği kimi sadəcə 5000 AZN-dən söhbət getdiyini, cavabdehin hazırki iddia üzrə onda 28800 AZN əsas borc, 11323 AZN əldən çıxmış fayda, 1000 AZN peşəkar vəkillik xidməti üçün çəkdiyi xərclər və 2000 AZN mənəvi zərər məbləğləri üzrə borcu olduğunu, cavabdehin bu məbləğin 28300 hissəsini etiraf etdiyini, qeyd edilənlər nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil vəkil1 Maarif oğlu cavabdeh tərəfindən təqdim olunmuş qüsur aktının iddiaçının vurduğu xəsarət bərpa edildikdən xeyli müddət sonra əldə edildiyini, cavabdehin 2 maşının üzərinə həbs qoyulduğunu, bu halın aradan qalxması üçün cavabdehə və onun nümayəndəsi və vəkilinə borcun ödənilməsi şərtilə, müvəqqəti təminat tədbiri ilə bağlı şikayətin geri götürüləcəyi bildirilsə də, qarşı tərəf heç bir ortaq məxrəcə gəlməyə səy göstərmədiyini, cavabdehin qüsur aktını nə işlədiyi, nə də qeydiyyatda olduğu ünvandan əldə etmədiyini, qüsur aktını əldə etdiyi şirkətin isə qiymətləndirmə ilə bağlı fəaliyyətləri həyata keçirmək səlahiyyətlərinə malik olmadığını qeyd etmiş, apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddiaçı ilə 2021-ci ildə sosial şəbəkə üzərindən tanış olduğunu, özünün həmin vaxtı subay olduğunu, iddiaçıdan borc üçün pul istəmədiyini və iddiaçının özünün ona borc vermək istədiyini, 2024-cü ilin mart ayında iddaçının cavabdehin işlədiyi ofisə yaxınlaşaraq, cavabdehdən ona olan borcunu qaytarmasını tələb etdiyini, o isə pulunun olmadığını və bu məsələni daha sonra həll edəcəyini bildirdiyini, bundan sonra iddiaçının onun maşınını qəsdən cızdığını, iddiaçının bu hərəkəti etməsinin əsas səbəbinin isə ondan ayrılmasına maneə olması ilə bağlı olduğunu, 18200 AZN məbləğin 10000 AZN-i maşının üzərinə həbs qoyulduğu üçün satış qiymətinin enməsi ilə bağlı olduğunu, digər bir hissəsi isə maşının cızılması ilə bağlı yaranan xərclərlə əlaqədar olduğunu,həmçinin cavabdehin RANGE-ROVER markalı maşını üzərinə də həbs qoyulduğu üçün sözügedən maşının da satış qiymətinin aşağı düşdüyünü və qarşı tərəfdən hər iki maşının üzərinə qoyulmuş həbslə bağlı satış qiymətlərində yaranan azalma məbləğlərinin ödənilməsini məhkəmədən xahiş etdiyini qeyd etmişdir.
10. Ilk iddia üzrə iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş “xxxx” MMC-nin rəyinə əsasən “Cadillac” markalı CT4 model nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1350 (bir min üç yüz əlli) manat təşkil edir. Icraçı “xxxx” QSC tərəfindən tərtib edilmiş qüsur aktı “ Cadillac” markalı CT4 model nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1130 manat müəyyən edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə qarşılıqlı olduğundan) mübahisə edilən hissədə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 503. Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. 543.Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.544.Öhdəliklərin icrası üçün müxtəlif yerlər nəzərdə tutulduqda da onların əvəzləşdirilməsinə yol verilir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. 2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin. 3. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
15. Ilkin iddia tələbi üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 28300 manat məbləğində pul qalmış, məhkəmə iclasında ilk iddia tələbi həmin hissədə etiraf edildiyindən ilk iddia tələbi həmin hissədə əsaslıdır. Iddiaçı İddiaçı 19300 ABŞ dolları məbləğində pulun Cavabdeh dostluq münasibəti nəticəsində kömək etmək niyyəti ilə verdiyini tərəflər arasında olan və məhkəmə iclasında həqiqiliyi təsdiq edilən yazışmalarda öz təsdiqini tapmaqla qeyd edilən məbləğin hansı şərtlərlə verilməsini, qaytarılma müddətini və qaytarılmaması nəticəsində hansı faydanın əlindən çıxmasını təqdim edilmiş sənədlərlə sübut edə bilməmişdir. Iddiaçıya mənəvi ziyan pulun qaytarılmaması ilə bağlı deyil, ailə üzvlərinin məlumatı olmadan pulun verilməsi ilə bağlı yetirilməsi iddiaçının özünün izahatı və təqdim etdiyi arayışla təsdiq edilməklə cavabdehin qanunazidd hərəkət kimi qəbul edilə bilməz. Iş üzrə qarşılıqlı iddia tələbi üzrə iddiaçıya Cadillac CT4 markalı avtomobillə bağlı maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halı olsa da mübahisə dəymiş zərər məbləği ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktı ilə 18200 manat müəyyən edilsə də, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza nəticəsində mübahisəli avtomobilin təmiri üçün 8200 manat məbləğində müəyyən edilmişdir. Qarşılıqlı iddianın təmin edilən hissəsinə aid iddiaçı qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı tərəfindən "Cadillac CT4 Luxury” markalı **EL*** X6 avtomaşının 4 tərəfini daşla cızmaqla maşına 8200 manat maddi zərər vurmuş, polis bölməsinə getmiş olsa da, yenə də Jaləyə yazığı gəldiyi üçün, onun etdiyi hərəkətləri evdəkilər, eləcə də işlədiyi iş yerində (Qərbi Kaspi Universitetində) adına xələl gəlməsin deyə, biabır olmasın deyə ondan şikayətçi olmamışdır. Qeyd edilməlidir ki, əslində qeyd edilən əməllər cinayət təqibi (CM 186 maddəsi) və ya inzibati xəta haqqında (IXM 232-1) araşdırmanın nəticəsi olaraq yekun olan sənədlərlə təsdiq edilməli olan (tərkib yaradan) hallardır ki, belə sübutlar təqdim edilməmiş, lakin ilk iddia üzrə iddiaçının etirafı hissəində təmin edilməsini istisna edən prosessual əsasların mövcud olmadığı diqqətə çatdırılmalıdır. Tərəflər arasında aparılmış yazışmalar zamanı iddiaçı 5000 manat tələb etsə də, cavabdeh 2000 manatla razılaşmış, qalan məbləği isə silinməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi qüsur aktı ilə həmin avtomobilə dəymiş ziyanın təmir bərpası üçün ümumilikdə 600 manat tələb edildiyini əlaqələndirməyə çalışsa da, Paşa Sığorta tərəfindən ##.##.2025-ci il tarixdə qiymətləndirilmə keçirilmiş və həmin qiymətləndirmədə arxa sol faranın dəyəri 1800 manat qiymətləndirilmiş, apellyasiya icraatı zamanı təqdim edilmiş “xxxx” MMC-nin rəyinə əsasən isə “Cadillac” markalı CT4 model nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1350 , icraçı “xxxx” QSC tərəfindən tərtib edilmiş qüsur aktı ilə isə “Cadillac” markalı CT4 model nəqliyyat vasitəsinə dəymiş zərər məbləği 1130 manat dəyərində müəyyən edildiyi qeyd edilmişdir. Ilk iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, Cadillac CT4 markalı avtomobil ölkəyə qəzalı şəkildə gətirilmiş cavabdeh bunu təkzib edən sübutlar təqdim etməmişdir.
16. Ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd CD-də olan səs-yazısı əsasında - cavabdeh bildirir ki, “istəsə 5000 manat yox 10000-lik də akt ala bilər”. - Əldə etdikləri məlumata əsasən, “xxxx” MMC (VÖEN: 3101409191) yalnız “kağız üzərində” olan şirkətdir. Onun real fəaliyyəti və əməkdaşları yoxdur, “xxxx” MMC-nin (VÖEN: 3101409191) yeganə işçisi - direktor X14r və şirkət “kağız üzərində” direktorun Ş.Gənciyevanın mənzilində fəaliyyət göstərir. Bundan başqa, şirkətin vergi orqanında fəaliyyət istiqaməti (kodu) tamamilə fərqlidir və avtomobillərə, yaxud ziyanın qiymətləndirilməsinə heç bir aidiyyəti olmadığı qeyd edilmiş, qarşılıqlı tələb üzrə iddiaçı bunu təkzib edən sübut təqdim etməmişdir. Bundan əlavə Məhkəməyə təqdim olunmuş ##.##.2024-cü il tarixinədək dövrü əhatə edən “WhatsApp” yazışmalarında, o cümlədən onun məhkəməyə təqdim etdiyi cavabdehlə ən son ##.##.2024cü il tarixində “WhatsApp” yazışmalarda, eləcə də ##.##.2024-cü il tarixindəki səs yazısında cavabdehin iddiaçıdan avtomobilin cızılması ilə bağlı vurulmuş zərərə və maşını 4 tərəfli rənglətdirdiyinə görə 5000 manat tələb etmiş, ##.##.2024-cü il tarixinədək ##.##.2024-cü il tarixli 8200 manat məbləği qeyd olunan “Qüsur akt”ına istinad etməmiş, arxa sağ stopun sınması haqda heç bir şey yazmamış, bunun üçün heç bir məbləğ tələbi olmamış kimi halların yazışma dövründə, yəni ##.##.2024-cü il tarixinə qədərki dövrdə ##.##.2024-cü il tarixli “Qüsur aktı”nın mövcud olmamasına aid ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilinə cavabdeh tərəfindən təkzibedici sübut təqdim edilməmişdir.
17. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən əsaslıdır. Ilk öncə ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı cavabdehdən əldən çıxmış faydanı və mənəvi zərərin əvəzini tələb etsə də bununla bağlı kifayət qədər mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarında olan tərəflər arasındakı yazışmalarla müəyyən edilir ki, iddiaçı cavabdehin avtomobilinə vurulmuş zərəri qəbul etsə də, həmin zərərin ümumi məbləğini 2000 manat hesab etdiyini və cavabdehin ona olan borcundan 2000 manatın silinməsinə razı olduğunu, cavabdeh isə dəymiş zərərin 5000 manat olduğunu bildirmiş və ondan həmin məbləği tələb etmişdir. Lakin sonradan apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatında avtomobilə dəymiş zərər 8200 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən cavabdehin maşınına ziyan dəyməsi işin mübahisəsiz halı olsa da, həmin ziyanın məbləği ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş ekspert rəyinin mötəbərliyi şübhə altındadır. Belə ki, hər iki rəyə diqqət yetirildikdə görünür ki, rəylər avtomobil təmir olunduqdan sonra hadisə zamanı avtomobildə olan cızıqları görmədən tərtib edilmiş olduğundan hazırkı mərhələdə həmin rəylər mötəbər sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən də nə qədər ki cavabdeh tərəfindən avtomobilə dəyən zərər və həmin zərərlə əlaqədar olaraq onun satış qiymətinin aşağı düşməsi ilə bağlı mötəbər sübut təqdim edə bilməmiş, iddiaçı isə avtmobilə dəyən zərərin 2000 manat olduğunu qəbul etmiş və onu cavabdehin ona olan borcundan çıxmağa hazır olduğunu bildirmişdir, bu zaman məhkəmə kollegiyası avtomobilə dəyən zərərin məbləğinin 2000 manat müəyyən edilməsini ağlabatan hesab edir və həmin 2000 manat məbləğin cavabdehin iddiaçıya olan borcundan çıxılmaqla , ilk və qarşılıqlı iddia tələblərini əvəzləşdirilməklə cavabdeh tərəfindən iddiaçıya 26300 manat məbləğində pulun tutulmasını məhkəmə qərarının icrasının mümkünlüyü baxımından ədalətli hesab edir. Ilk iddia üzrə cavabdehin maşınlar üzərində qoyulmuş həbsin götürülməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd edilməlidir ki, həmin tələb ayrıca məhkəmə icraatı qaydasında baxıldığından hazırkı mülki iş üzrə mübahisələndirilə bilməz. Tərəflər arasında mövcud münasibətlərin qarşılıqlı şəxsi əsaslarla baş verdiyi, habelə etiraf edilən borcun verilməsi hər hansı müddət və şərtlə məhdudlaşmadığından, maşına dəyən zərər isə etiraf edilən hissə istisna edilməklə, məhkəmə tərəfindən istinad edilən sübutların mötəbərliyi ilə təsdiq edilmədiyindən, o cümlədən qarşılıqlı tələblərin təmin edilən hissəsi əvəzləşdirilməklə qismən təmin edilməli olduğundan, digər hissələrdə tələblər təmin edilməməli və məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, apellyasiya icraatı zamanı müraciət nəzərə alınmaqla, ilk iddia üzrə cavabdeh şəhid ailəsi olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən şəhid ailəsi üzvləri dövlət rüsumu ödəməkdən azad edildiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən tutularaq ilk iddia üzrə cavabdehə geri qaytarılmalıdır.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Ilk iddia üzrə iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ######## 2025ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilsin. Ilk iddia tələbi əsas borcun tutulması hissədə 28300 manat olmaqla və qarşılıqlı iddia tələbi avtomobilə vurulmuş ziyan hissədə 2000 manat olmaqla qismən təmin edilib, əvəzləşdirilməklə cavabdeh Cavabdeh 26300 (iyirmi altı min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia tələbləri qalan hissədə təmin edilməsin. Ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən tutularaq cavabdeh Cavabdeh geri qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.