Məhkəmə qərarları › İş №2(3-6)-1077/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1077/2026

06.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1077/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “Аzəriqаz” IB-nin cavabdehlər Аğаyev Əli Аdil оğlunа və Аğаyevа Sevinc Məmmədəli qızınа qarşı “dəymiş maddi zərərin əvəzi və debitоr bоrcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Iddiaçı “Аzəriqаz” IB-nin cavabdehlər Аğаyev Əli Аdil оğlunа və Аğаyevа Sevinc Məmmədəli qızınа qarşı “dəymiş maddi zərərin əvəzi və debitоr bоrcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı “Аzəriqаz” IB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə ##.##.2024-cü il tarixli АK-*****/**-** nömrəli Müqavilədən görünür ki, Paylayıcı (Iddiaçı Istehsalat Birliyi) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Istehlakçını (Аğаyev Əli Аdil oğlu) keyfiyyətli qazla təmin edir, Istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

2. ##.##.2024-cü il tаriхli Qаz pаylаyıcısı və istehlаkçı аrаsındа qаzpаylаyıcı şəbəkənin bаlаns mənsubiyyəti sərhədi bаrədə аktdаn görünür ki, Iddiaçı Istehsalat Birliyinin müvаfiq şöbəsinin mühəndisi və cаvаbdeh Аğаyev Əli Аdil оğlu ilə qаzpаylаyıcı şəbəkənin bаlаns mənsubiyyəti sərhəddi müəyyən оlunmuşdur (qаz pаylаyıcısı tərəfindən qаzın istehlаkçıyа çаtdırılmа məntəqəsində qаzın sərfinə görə hesаblаşmа аpаrılmаsı üçün lаyihəyə uyğun оlаrаq qurаşdırılmış sаyğаc).

3. ##.##.2024-cü il tarixli müayinənin nəticəsinə dair ******* saylı aktdan görünür ki, istehlakçı cavabdeh2 yaşadığı mənzildə müayinə keçirilərkən qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması müəyyən edilmiş və kənar xətt ləğv edilmişdir. Aktdan görünür ki, mətbəx otağında 1 ədəd QP-2, girəcəkdə 1 ədəd dəmir plitə, vanna otağında 1 ədəd QSSQ-1 tipli qaz təchizatı quraşdırılmışdır.

4. 101215900300050 kodlu ##.##.2025-ci il tarixli abonentin saldosundan görünür ki, Аğаyev Əli Аdil oğluna məxsus ünvan 2 ünvanda yerləşən 5 sаylı mənzilə ##.##.2014-cü il tarixdə sayğac quraşdırılmış, həmin abonentə münаsibətdə hesаbаtlılıqdа şəffаflığın təmin оlunmаsı üçün müvаfiq dövrlər üzrə аyın əvvəlinə bоrc, təbii qаzın sərfi (həcmi m3-lə ifаdə оlunmаqlа), sərfin məbləği (mаnаtlа ifаdə оlunmаqlа), qаlıq və аktlаr, yeni tаrifə keçid, ödəniş, о cümlədən qeyri-ödənişlər, qаçqın limiti, аyın sоnunа bоrc, sаyğаc göstəricisi (müvаfiq оlаrаq meхаniki və elektоr) dəqiqliklə qeyd оlunmuşdur. Ünvаndа istifadə olunan cihazlar bölməsində qeyd edilmişdir ki, аbоnent sаmоvаrdаn (1/1), dəmir sоbаdаn (peç) (0/1), 2 gözlü qаz plitələrindən (PQ-2) (1/1) istifаdə edir. Аbоnentin аilə tərkibi 6 nəfərdən ibаrətdir. Sаyğаc üzrə sərf оlunmuş qаz həcminə görə yаrаnmış bоrc 585.41 manat təşkil edir.

5. Təqdim edilmiş müаyinə nəticələrinə dаir аktlаrdаn, fоtоşəkillərdən, təbii qаzdаn istifаdə qаydаlаrının pоzulmаsınа dаir аktlаrdаn, dəymiş ziyаnın bərpаsınа dаir tələbnаmələrdən göründüyü kimi, Iddiaçı Istehsalat Birliyinin əməkdаşlаrı tərəfindən аbоnentin yаşаdığı ünvаndа istifаdə edilən təbii qаzın həcmini ölçən sаyğаcа və təbii qаz verilişi хətlərinə bахış keçirilmiş, аbоnentin müхtəlif tаriхlərdə təbii qаzdаn sаyğаcdаn kənаr хətt vаsitəsi ilə istifаdə etməsi müəyyən edilmiş, bununlа bаğlı rəsmiləşdirmə işləri аpаrılmış, sаyğаcdаn kənаr qаz xətti ləğv edilmiş, qаnunvericiliklə müəyyən edilmiş qаydаdа itirilmiş qаzın bərpаsı üçün hesаbаt аpаrılmış, nəticədə аbоnent tərəfindən ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1399,68 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 708,48 manat; -##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 708,48 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 151,20 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 151,20 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 585,41 manat оlmаqlа, cəmi 5.955,17 manat zərər vurulduğu qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Energetika Nazirliyi X7 Agentliyinin Bakı filialının rəisi X3 ##.##.2024-cü il tarixli MN seriyаlı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Аğayevа Sevinc Məmmədəli qızı tərəfindən ünvan 3 ünvanında ##.##.2024-cü il tarixdə qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulmaqla qaz paylayıcısına 585.4 manat məbləğində zərər vurulduğu müəyyən edilmiş və Аğayevа Sevinc Məmmədəli qızının barəsində Azərbаycаn Respublikаsı IXMin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

7. Azərbaycan Respublikasının Energetika Nazirliyi X7 Agentliyinin Bakı Filialı tərəfindən Azəriqaz IB Bakı Regional Qazın Satışı Departamentinə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*-*/*-****/**** nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh1 barəsində AR Energetika Nazirliyinin tabeliyində X7 Agentliyinin Bakı filialı tərəfindən çıxarılmış ##.##.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti məlumat üçün göndərilmişdir.

8. Iş materiallarında olan diskdən görünür ki, Azəriqaz” IB-nin əməkdaşları tərəfindən fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və qaz sayğacından kənar qaz xətti kəsilərək qaynaq işləri görülmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı “Аzəriqаz” IB cavabdehlər Аğаyev Əli Аdil оğlunа və Аğаyevа Sevinc Məmmədəli qızınа qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 5955,17 manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 348,30 manat və ödənilmiş 83,04 manat dövlət rüsumu оlmаqlа, cəmi 6386,51 manat pul vəsаitinin cavabdehlər cavabdeh2ndаn və cavabdeh1ndаn müştərək qaydada məcburi şəkildə tutularaq iddiaçı "Azəriqaz” IB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Iddiaçı Istehsalat Birliyi ilə abonent cavabdeh2 arasında ##.##.2024-cü il tarixdə Ak-*****/**-** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Iddiaçı IB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Iddiaçı IB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, Iddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdelərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1399,68 manat; - ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 708,48 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 708,48 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 151,20 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 151,20 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 585,41 manat (video); cəmi 5.955,17 manat məbləğində Iddiaçı IB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt, Energetika Nazirliyinin Inzibati tənbeh vermə haqqında qərarı iddia ərizəsinə əlavə olunmuşdur). Azərbаycаn Respublikаsı Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və cavabdeh1 barəsində ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehlərin ödənilməmiş 2016-cı ilin üzrə qalıq 356 manat sərfiyyat borcu qalmışdır. 2016-cı ilin fevral ayından 2025-ci ilin may ayına qədər cavabdeh 7,70 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 348,30 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehlərin Iddiaçı IB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və gasrep üzrə ümumi 6.303,47 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Iddiaçı IB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Аğayev Əli Аdil оğlundan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 348,30 manat, cavabdeh Аğayevа Sevinc Məmmədəli qızı tərəfindən iddiaçı Iddiaçı IB-yə vurulmuş 585,41 manat məbləğində zərərin cavabdeh Аğayevа Sevinc Məmmədəli qızından və 30 manat dövlət rüsumunun cavabdehlər Аğаyev Əli Аdil оğlundаn və Аğаyevа Sevinc Məmmədəli qızındаn müştərək qаydаdа məcburi şəkildə tutularaq iddiaçı Iddiaçı IB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWIFT IBAZAZ2X, Azəriqaz IB, VÖEN**********, IBAN: AZ50IBAZ38040039449955001922) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X1).

12. Məhkəmə qeyd etmişdir ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" ## ###### 2022-ci il tarixli Qanunu ilə "Qaz təchizatı haqqında" Qanuna edilmiş dəyişikliyə görə, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin maddənin məzmununa görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu dəyişikliklərlə bağlı Qanun ##.##.2022-ci il tarixdə qüvvəyə mindikdən, cavabdehdən qanunsuz qoşulma ilə bağlı borcun tutulmasına dair iddia tələbi həmin tarixdən əvvəl və sonra olmaqla təsnifat aparılmalıdır. Iddia tələbinin məzmunundаn göründüyü kimi, cаvаbdehlərin yаşаdığı ünvаndа təbii qаzdаn qаnunsuz qоşulmа vаsitəsi ilə istifаdə оlunmаsınа dаir bu tarixə qədər hər hаnsı аkt tərtib оlunmаmışdır. Аktlаrın tərtib edilmə tаriхləri ##.##.2022-ci il tarixdən sоnrаyа təsаdüf edir. Həmin аktlаrdаn yаlnız ##.##.2024-cü il tаriхli 0427691 sаylı аkt üzrə аşkаr edilmiş qаnunsuz qоşulmа hаlı ilə bаğlı Azərbaycan Respublikasının Energetika Nazirliyi X7 Agentliyinə mürаciət оlunmuş və həmin Аgentliyin Bakı filialının rəisi X3 ##.##.2024-cü il tarixli MN seriyаlı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Аğаyevа Sevinc Məmmədəli qızının barəsində Azərbаycаn Respublikаsı IXM-in 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Yuхаrıdа qeyd edilən аkt üzrə hesаblаnmış zərərin məbləği 585,41 mаnаt təşkil edir. Göründüyü kimi, iddiaçı qanunun tələblərinə əməl edərək, ##.##.2024-cü il tаriхli 0427691 sаylı аktlа əlаqədаr inzibati xətanın törədilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, müvаfiq icrа hаkimiyyəti оrqаnı inzibati tənbeh vermə haqqında qərarla həmin аktа əsasən cavabdeh Аğayevа Sevinc Məmmədəli qızına cərimə tətbiq etmişdir. Bu səbəbdən, iddiа tələbi həmin hissədə cavabdeh Аğаyevа Sevinc Məmmədəli qızına münasibətdə əsaslıdır. Tələbin 348,30 manat debitor borcun cavabdehlərdən tutulması hissəsində məhkəmə qeyd edir ki, cavabdeh Аğаyev Əli Аdil оğlunun abonent saldosuna əsasən sayğac vasitəsi ilə qazdan istifadə edildiyindən və yаrаnmış bоrcu tаm şəkildə ödənilmədiyindən, iddiaçı debitor borcun müvafiq hissəsini cavabdeh Аğаyev Əli Аdil оğlundan tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən, iddia tələbi qeyd оlunаn hissədə cavabdeh Аğayev Əli Аdil оğluna münasibətdə təmin edilməlidir. ##.##.2022-ci il tarixdən sonra qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş digər - ##.##.2022-ci il tarixli ******* saylı; ##.##.2022-ci il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023- cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı və ##.##.2024-cü il tarixli ******* saylı aktlara əsasən hesablanmış borcun tutulması hissəsində məhkəmə qeyd etmişdir ki, qanuna edilmiş dəyişikliklərin tələblərinə əsasən, bu aktların bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, (cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına) təqdim edilməmişdir. Yalnız həmin orqanların qərarı olduqdan sonra iddiaçı həmin aktlara əsasən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilərdi. Lakin, iddiaçı Qanunun bu tələbini icra etməmiş və sənədləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, ##.##.2022-ci il tarixdən sonra tərtib edilmiş göstərilən aktlarla bağlı zərərin ödənilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublkasının Mülki Məcəlləsinin 385ci, 386-cı, 389-cu, 1096-cı, 1097-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" ## ###### 2022-ci il tarixli, ***-VIQD nömrəli Qanunun 6-1-ci, 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 5-ci, 6-cı bəndlərinə, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının ## ###### 2016-cı il ** saylı Qərarının 4-cü, 6cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80-cı, 88ci, 101-ci, 103-cü, 107-ci, 115-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı Iddiaçı Istehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunması, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər və s. bu kimi zərərin tələb edilməsinə dair müddəaları görmək olar. Iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı, 1-ci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir Belə ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutların tam əsaslı olması göstərildiyi halda, 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4” 4.2-ci bəndinə əsasən, 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz /\əşçsayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun:

Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13. (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Iddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin edilməyən hissəsi mübahisələndirilərək iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Hazırkı işin faktiki hallarına əsasən, iddiaçı tərəfindən ##.##.2022-ci il tarixli ******* saylı; ##.##.2022-ci il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2024-cü il tarixli ******* saylı; ##.##.2024-cü il tarixli ******* saylı aktlar tərtib оlunmuş, həmin aktlar üzrə qanunsuz qoşulmalara görə borc hesablanmışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş abonent saldosuna əsasən, cavabdeh Аğаyev Əli Аdil oğlu sayğac vasitəsi ilə qazdan istifadə etmiş və onun 585.41 manat debitor borcu yaranmış, iddiaçı isə həmin borcdan 348.30 manat tələb etmişdir.

28. Iddia tələbinin məzmunundаn göründüyü kimi, cаvаbdehlərin yаşаdığı ünvаndа təbii qаzdаn qаnunsuz qоşulmа vаsitəsi ilə istifаdə оlunmаsınа dаir bu tarixə qədər hər hаnsı аkt tərtib оlunmаmışdır. Аktlаrın tərtib edilmə tаriхləri ##.##.2022-ci il tarixdən sоnrаyа təsаdüf edir.

29. ##.##.2022-ci il tarixdən sonra qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş digər - ##.##.2022-ci il tarixli ******* saylı; ##.##.2022-ci il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023- cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı; ##.##.2023-cü il tarixli ******* saylı və ##.##.2024-cü il tarixli ******* saylı aktlara əsasən hesablanmış borcun tutulması hissəsində məhkəmə qeyd edir ki, qanuna edilmiş dəyişikliklərin tələblərinə əsasən, bu aktların bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, (cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına) təqdim edilməmişdir. Yalnız həmin orqanların qərarı olduqdan sonra iddiaçı həmin aktlara əsasən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilərdi. Lakin, iddiaçı Qanunun bu tələbini icra etməmiş və sənədləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, kollegiya qeyd edir ki, ##.##.2022-ci il tarixdən sonra tərtib edilmiş göstərilən aktlarla bağlı zərərin ödənilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməkdə birinci instansiya məhkəməmsi haqlı olmuşdur.

30. Halbuki qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ##.##.2022-ci il tarixdən sonra tərtib edilmiş aktlarla bağlı zərərin ödənilməsi hissəsində iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissələrdə iddianı təmin etməmiş və belə olan halda da ekspertiza keçirilməsinə də zərurət qalmır.

31. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Həmçinin, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Iddiaçı Istehsalat Birliyinin özünə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Iddiaçı Istehsalat Birliyinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar