Məhkəmə qərarları › İş №2(3-6)-1078/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1078/2026

04.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1078/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Qulizadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Ağcabədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə Cavabdeh törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddə ilə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh ## ###### 2023-cü il tarixdən Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərərkən ## ###### 2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında hüquqlarını müdafiə etdiyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X2 icraatında olan *(***)-****/**** nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Əliyev Elgiz İsmayıl oğlunun arvadı İddiaçı 2024-cü ilin aprel ayının əvvəllərində Elgiz Əliyevin cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərəcəyi adı ilə yalan vəd verməklə etibardan suiistifadə edib aldadaraq ## ##### 2024-cü il tarixdə iki dəfə 2.500 manat və ## ##### 2024-cü il tarixdə 3.000 manat və 2.000 manat olmaqla vahid niyyətlə ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini Ağcabədi şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Megastore” supermarketində olan “Mpay” ödəniş sistemi vasitəsilə “xxxx” ASC-də mövcud olan 4098 **** **** **** nömrəli kartına köçürülməklə ələ keçirmiş və İddiaçı xeyli miqdarda, yəni 10.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən daha sonra görünür ki, İddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmünün Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 8.000 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin oktyabr ayında əri Əliyev Elgiz İsmayıl oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından onunla əlaqə saxlayaraq vəkil Cavabdeh mobil nömrəsini vermiş və vəkillə əlaqə saxlamağını bildirmişdir. O, da Cavabdeh ilə əlaqə saxlayıb atası ilə birlikdə Cavabdeh Bakı şəhərində yerləşən ofisində görüşmüşlər. Görüş zamanı Cavabdeh məhkəmə hökmünün ərinin xeyrinə çıxarılmasına köməklik göstərəcəyinə söz vermiş və 2023-cü ilin noyabr ayında Cavabdeh onunla əlaqə saxlayaraq yoldaşı Elgiz Əliyevin hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə bağlanmalı olduğunu bildirib ondan 500 manat məbləğində pul istəmişdir. O, da, həmin pulu ## ###### 2023-cü il tarixdə Cavabdeh bank kartı hesabına göndərmişdir. Bundan sonra, 2024-cü ilin yanvar ayında Cavabdeh yenidən onunla əlaqə saxlayaraq işin məhkəmədə müdafiəsi üçün əlavə 300 manat pul istəmişdir. O da, həmin pulu ## ###### 2024-cü il tarixdə Cavabdeh bank kartı hesabına köçürmüşdür. 2024-cü ilin aprel ayında Cavabdeh onunla yenidən əlaqə saxlayaraq 10.000 manat məbləğində pul vəsaitinin 1 gün ərzində veriləcəyi təqdirdə ərinin xeyrinə qərar qəbul ediləcəyini bildirərək onu inandırmışdır. O, da, Ağcabədi şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Megastore” supermarketində olan “MPay” ödəniş sistemi vasitəsilə ## ##### 2024-cü il tarixdə iki dəfə 2.500 manat və ## ##### 2024-cü il tarixdə 3.000 manat və 2.000 manat, yəni qeyd olunan tarixlərdə dörd dəfəyə, ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini Cavabdeh bank kartı hesabına köçürmüşdür. Pulu aldıqdan sonra Cavabdeh məhkəmə hökmünün ərinin xeyrinə çıxarılacağını vəd etmişdi. Bundan sonra Cavabdeh əri barəsində olan cinayət işində kifayət qədər sübutun olmadığını bildirib ərinə bəraət almağın mümkün olacağını ona demişdir. Lakin, Cavabdeh ## ##### 2024-cü il tarixdə ərinin məhkəməsində iştirak etməmiş və həmin gün ərinin buraxılacağını bildirsə də, əri buraxılmamışdır. Bundan sonra, Cavabdeh ilə əlaqə saxlayıb ərinin nə üçün buraxılmamasını soruşduqda, Cavabdeh məsələni qısa müddət ərzində həll edəcəyini bildirmişdir. Bu danışıqlardan xeyli vaxt keçəndən sonra, ərinin işində heç bir dəyişiklik olmadığı üçün Cavabdeh onu aldadaraq pulunu ələ keçirdiyini düşünüb verdiyi pulu geri tələb etmişdir. 17-## ### 2024-cü il tarixlərdə Cavabdeh həmin puldan hissə-hissə ümumilikdə 2.000 manatı onun bank hesabına geri qaytarmışdır. Bundan sonra o, pulunu tələb etmək üçün Bakı şəhərinə getmiş, 8 gün Cavabdeh ofisində qalmışdır. Lakin Cavabdeh tapa bilməmişdir. Bundan sonra o, polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində Cavabdeh barəsində cinayət işi başlanıb aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan sonra Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən apellyasiya şikayəti versə də Şirvan Apellyasiya Məhkəməsi ##.##.2025-ci il tarixli qərarla Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünü qüvvədə saxlamışdır. Lakin bütün qeyd olunanlara baxmayaraq Cavabdeh onun 8.000 manat pulunu qaytarmır. Odur ki, pulun məhkəmə qaydasında alınaraq ona verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 8.000 manat tələb edir, cavabdeh borcun 2.000 manatını ödəmişdir. İddianın təmin olunmasını xahiş edir. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 8.000 manat məbləğində pul və 100 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin *(***)- */**** saylı, ##.##.2025-ci il tarixli hökmündən göründüyü kimi, cavabdeh Cavabdeh özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək iddiaçı İddiaçı qarşı dələduzluq etmişdir. Həmin hökmdən görünür ki, cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya qarşı dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh bu əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə dələduzluq (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) kimi tövsif edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə həmin hökm qüvvədə saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə iddiaçı və cavabdehin həmin hadisəyə aidiyyatı tam sübut olunur. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüququndadır. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 1(017)-6/2025, saylı ##.##.2025-ci il tarixli hökmündə mülki iddianın olmadığı görünür. Ağcabədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra iddiaçı cinayət əməli nəticəsində onlara dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə mülki qaydada müraciət etmişdir. Belə olan halda, iddiaçı cinayət əməli nəticəsində ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Tələbin cavabdeh Cavabdeh 8.000 manat məbləğində pulun tutulması hissəsində məhkəmə qeyd etmişdir ki, 10.000 manat məbləğin cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut edilmişdir. Həmçinin, iddiaçı ərizəsində cavabdehin 10.000 manat puldan hissə-hissə, ümumilikdə 2.000 manatı onun bank hesabına köçürməklə geri qaytardığını qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi 8.000 manat hissədə əsaslıdır. Tələbin dövlət rüsumu kimi məhkəməyə ödənilmiş 100 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində məhkəmə qeyd edir ki, yuxarıda göstərilmiş qanunvericiliyinin tələblərinə görə, iddiaçı onun tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh 8.000 manat məbləğində pul və 100 manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 119, 119.1, 124.1-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2, 180.3-cü maddələrinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 178.2, 178.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh Bakı şəhəri şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı iddia tələbi təmin edilmiş və ondan 8.000 manat məbləğində pul və 100 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, "cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya qarşı dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh bu əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə dələduzluq (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) kimi tövsif edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə həmin hökm qüvvədə saxlanılmışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə iddiaçı və cavabdehin həmin hadisəyə aidiyyatı tam sübut olunur. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüququndadır. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı hökmü qanuni qüvvəyə mindikdən sonra iddiaçı cinayət əməli nəticəsində onlara dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə mülki qaydada müraciət etmişdir. Belə olan halda, iddiaçı cinayət əməli nəticəsində ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur". Təəssüf ki, məhkəmə apellyasiya instansiyasının qərarına istinad etsə də, onun həmin qərardan kasassiya icraatı qaydasında şikayət vermək hüququnu reallaşdırmadığını nəzərə almamış və mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul etmək əvəzinə işə mahiyyəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin üzrə baxmış və yekun qərar qəbul etmişdir. Halbuki, sözügedən cinayət işi üzrə ona elan edilən ittihamla razı olmamışdır, özünü təqsirsiz bilmiş və təqsirsizlik prezumpsiyası hüququnun mövcudluğunu və həmin qərarın preyudisial xarakter daşımadığını nəzərə alaraq cinayət təqibi üzrə kasassiya icraatı qaydasında yekun qərar qəbul edilənədək mülki işin icraatının dayandırılmasının zəruri olduğunu hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə mülki mübahisəyə məhz cinayət nəticəsində vurulmuş zərər kimi baxsa da, iddiaçı ilə aralarında yaranan münasibətlər mülki xarakter daşımış, tapşırıq müqaviləsi əsasında iddiaçının əri Əliyev Elgiz İsmayıl oğluna hüquqi yardım göstərərək onu həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində müdafiə etmişdir. Təəssüf ki, vəkillik fəaliyyəti göstərdiyi Azərbaycan Respublikası Vəkillər X5 müvafiq qərarı ilə fəaliyyəti 3 aylıq müddət ərzində müvəqqəti dayandırıldığından özündən asılı olmayan səbəbdən müvəkkilinə xidmət göstərməyə davam edə bilməmiş, nəticədə tapşırıq müqaviləsi üzrə öhdəliklərini qismən icra etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ bəndinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin II bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin III bəndinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Həmin maddənin IV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin V bəndinə əsasən məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Məhkəmə haqsız olaraq onun Azərbaycan Respublikası CPM-in 408-410-cu maddələrində nəzərdə tutulan hüquqlarını nəzərə almadan Ağcabədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qanunsuz və əsassız hökmünə istinad etməklə onu özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək iddiaçı İddiaçı qarşı dələduzluq etməkdə təqsirli bilmişdir. Məhkəmə, onun cinayət işi üzrə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmamasını nəzərə almamışdır. Məhkəmə mülki iş üzrə icraatı dayandırmadan yekun qərar qəbul etməkdə haqlı olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı və cavabdeh Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ II. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi Maddə 8. Hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş sübutlardan görünür ki, qanuni qüvvəsini almış Ağcabədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə Cavabdeh törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh ## ###### 2023-cü il tarixdən Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərərkən ## ###### 2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında hüquqlarını müdafiə etdiyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X2 icraatında olan *(***)-****/**** nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Əliyev Elgiz İsmayıl oğlunun arvadı İddiaçı 2024-cü ilin aprel ayının əvvəllərində Elgiz Əliyevin cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərəcəyi adı ilə yalan vəd verməklə etibardan suiistifadə edib aldadaraq ## ##### 2024-cü il tarixdə iki dəfə 2.500 manat və ## ##### 2024-cü il tarixdə 3.000 manat və 2.000 manat olmaqla vahid niyyətlə ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini Ağcabədi şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Megastore” supermarketində olan “Mpay” ödəniş sistemi vasitəsilə “xxxx” ASC-də mövcud olan 4098 **** **** **** nömrəli kartına köçürülməklə ələ keçirmiş və İddiaçı xeyli miqdarda, yəni 10.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən eyni zamanda görünür ki, İddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmünün Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırkı mülki iş üzrə iddiaçı cavabdehdən qanuni qüvvəsini alan məhkəmə aktları ilə müəyyən edilmiş cavabdehin cinayət əməlləri nəticəsində ona vurulmuş maddi ziyanın qaytarılmayan hissəsi olan 8.000 manatı tələb edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində barəsində olan məhkəmə aktları ilə razılaşmadığını, tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərini icra edə bilmədiyini, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya vermək hüququnun hələ reallaşdırılmadığını qeyd etsə də, kollegiya bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olaraq qəbul etmir və öz qənaətini aşağıdakı qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İstinad olunan qanuni qüvvəsini alan məhkəmə aktlarından müəyyən olunur ki, cavabdehin cinayət əməlləri nəticəsində iddiaçıya 10.000 manat həcmində maddi ziyan vurulmuş, cinayət mühakimə icraatı zamanı zərərçəkən mülki iddia qaldırmadığından bu hüququndan mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar