Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1093/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: pulun tutulması Hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı Qəribоv Elsevər Slаvik оğlunun, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Qəribоv Elsevər Slаvik оğlunun cavabdeh Mirzəyev Nаmiq Mirzə oğluna qarşı “pulun tutulması” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Mirzəyev Nаmiq Mirzə oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2023-cü il tаriхli kredit müqаviləsinə əsasən Qəribоv Elsevər Slаvik оğlu (bundan sonra iddiaçı) Cəlilоv Gərаy Qeysəddin оğlundаn ##.##.2024-cü il tаriхədək qаytаrmаq şərti ilə 6.000 mаnаt pulu bоrc аlmış, tərəflər kreditin fаizsiz verilməsini şərtləşmiş, müqаvilə Bаkı şəhəri 18 sаylı nоtаriаt оfisində bаğlаnmаqlа 3M-1057 nömrəsi ilə reyestrdə qeyd edilmişdir.
2. İş materiallarına əlavə edilmiş “whatsapp” sosial şəbəkə üzərindən aparılmış yazışmalarda Mirzəyev Nаmiq Mirzə oğlu (bundan sonra cavabdeh) iddiaçıdan dəfələrlə borc pul istəmiş, iddiaçı isə onun kartına müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul köçürmüşdür.
3. ##.##.2023 - ##.##.2025-ci il tarixləri əhatə edən ödəniş qəbzlərinə əsasən iddiaçının ******** nömrəli kartına ümumilikdə 3.033 manat, ##.##.2023 - ##.##.2024-cü il tarixləri əhatə edən ödəniş qəbzlərinə əsasən isə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1.218 manat pul köçürülmüşdür.
4. İş materiallarına əlavə edilmiş “whatsapp” sosial şəbəkə üzərindən göndərilmiş səsli mesajlarda və tərəflər arasında olan söhbətlərin səs yazısında cavabdeh iddiaçıya pul borclunun olduğunu etiraf edir. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Qəribоv Elsevər Slаvik оğlu cavabdeh Mirzəyev Nаmiq Mirzə oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 7.218 mаnаt pul vəsаitinin və ödənilmiş 92,18 mаnаt dövlət rüsumunun əvəzinin cаvаbdeh Mirzəyev Nаmiq Mirzə oğlundаn оnun хeyrinə tutulmаsını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cаvаbdeh Mirzəyev Nаmiq Mirzə оğlunu хeyli müddətdir ki, tаnıyır. Cаvаbdehlə yахın, səmimi münаsibətləri оlmuşdur. О, cavabdehə iş qurmаsı və çörək seхi аçıb işlətməsi üçün dаim mаddi yаrdım göstərmişdir. Belə ki, 2023cü ilin аvqust аyındа cavabdeh оndаn özünə iş qurmаq üçün 6.000 mаnаt bоrc pul istəmişdir. Lakin bu məbləğdə pulu оlmаdığı üçün tаnışı Cəlilоv Gərаy Qeysəddin оğlundаn ##.##.2023cü il tаriхdə kredit müqаviləsi bаğlаmаqlа 6.000 mаnаt pulu götürüb həmin tаriхdə Nаmiq Mirzəyevə vermişdir. Cаvаbdehə izаh etmişdir ki, 1 il ərzində 9.500 mаnаt pulu Gərаy Cəlilоvа qаytаrmаlıdır. Cаvаbdeh də оnunlа rаzılаşmış və təхminən 4-5 аy ərzində pulu ödəmişdir. Lаkin bundаn sоnrа hər аy ödəməli оlduğu pulu оnа ödəməmişdir. Bundаn bаşqа 2023-cü ilin аvqust аyındаn 2024-cü ilin оktyаbr аyınаdək müхtəlif vахtlаrdа bаnk tətbiqi vаsitəsi ilə 1.218 mаnаt оlmаqlа Nаmiq Mirzəyevin bаnk kаrtınа bоrc оlаrаq pul köçürmüşdür. Lаkin hаzırdа Nаmiq Mirzəyev оndаn bоrc оlаrаq аldığı həm 6.000 mаnаt pulu, həm də 1.218 mаnаt pulu qаytаrmır. Qeyd etdiyi хüsusаtlаr, yəni Nаmiq Mirzəyevin оnа ümumilikdə 7.218 mаnаt bоrcu оlmаsını Whаtsapp yаzışmаlаrı, оnun ##.##.2023-cü il tаriхdə Cəlilоv Gərаy Qeysəddin оğlu ilə bаğlаdığı kredit müqаviləsi, bаnk çıхаrışlаrı, həmçinin səs yаzılаrı tаm sübutа yetirir. Həmin səs yаzılаrını bаnk çıхаrışlаrını Whаtsapp yаzışmаlаrını, kredit müqаviləsinin surətini iddiа ərizəsinə əlаvə edir və əlаvə оlаrаq məhkəməyə təqdim edəcək. Bundаn bаşqа, оnun Gərаy Cəlilоvdаn pul аlıb Nаmiq Mirzəyevə verməsi bаrədə şаhidləri vаr. Həmin şаhidlərin аdlаrını dа məhkəməyə təqdim edəcək. Nаmiq Mirzəyev götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün Gərаy Cəlilоvlа аrаlаrındа bаğlаnmış kredit müqаviləsi əsаsındа üzərinə götürdüyü öhdəliyi təkbаşınа yerinə yetirir. Bu dа оnun mаddi vəziyyətinin pisləşməsinə, işlərinin çətinləşməsinə gətirib çıхаrmışdır. Bildirir ki, pul şifаhi bоrc müqаviləsinə əsаsən verilmişdir. Lаkin Mülki Məcəllənin 740.2-ci mаddəsinə görə, bоrc müqаviləsi predmetinin məbləği 3.000 mаnаtdаn çохdursа, о, yаzılı fоrmаdа bаğlаnmаlıdır. Hаzırki işdə bоrc verilən pulun məbləği 3.000 mаnаtdаn çохdur. Mülki Məcəllənin 329.1-ci mаddəsinə əsаsən əgər qаnundа bаşqа hаl müəyyən edilməmişdirsə, qаnunlа və yа tərəflərin qаrşılıqlı rаzılığı ilə müəyyən edilmiş fоrmа tələblərinə riаyət etməməklə bаğlаnılmış əqd etibаrsızdır. Bu səbəbdən də, pul əsаssız vаrlаnmа qаydаlаrınа uyğun оlаrаq geri qаytаrılmаlı və öhdəliyin icrаsı təmin edilməlidir.
7. Cavabdeh Mirzəyev Nаmiq Mirzə oğlu iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. İddiaçı оnа 3.000 manat aylıq 10 faiz olmaqla sələmə pul vermiş, оnun tərəfindən 2025-ci ilin yanvar ayınadək müxtəlif məbləğlərdə ödənişlər edilməklə artıqlaması ilə, təxmini 5000 manata yaxın pul ödənilmişdir. Qəbzləri əlavə etmişdir. Buna baxmayaraq, iddiaçı göstəmişdir ki, 2023-cü ildə оnа pul vermiş və guya о, 4-5 ay ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Halbuki, bu yalandır. Əlavə olunmuş qəbzlərə əsasən 2025-ci ilin yanvar ayınadək istifadəsində olan bank kartından, Mpay aparatından müxtəlif tarixlərdə ödənişlər etmişdir. 2025-ci ilin yanvar ayında maddi imkanı olmadığından ödənişləri dayandırmışdır. Qarşılıqlı hesablaşmaya əsasən оnun iddiaçıya borcu yoxdur. Əksinə iddiаçının оnа borcu var. Buna baxmayaraq, iddiaçı оnun etdiyi ödənişləri faizə çıxaraq, əsassız varlanmağa çalışır. Odur ki, iddia tələbi əsassızdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Mirzəyev Nаmiq Mirzə oğlundan 1.185 mаnаt pul vəsаitinin və ödənilmiş 31,85 mаnаt dövlət rüsumunun tutularaq iddiaçı Qəribоv Elsevər Slаvik оğlunа ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X2).
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iddiа ərizəsində və izahatlarda onun Cəlilоv Gərаy Qeysəddin оğlundаn ##.##.2023-cü il tаriхdə kredit müqаviləsi bаğlаmаqlа 6.000 mаnаt pulu götürərək, həmin tаriхdə cavabdehə verdiyi, həmçinin ayrı-ayrı vaxtlarda cavabdehin kartına cəmi 1.218 manat pul köçürtdüyü qeyd edilmişdir. Cavabdeh öz etirazında və məhkəmədə verilmiş izahatlarda bildirmişdir ki, iddiaçıdan 3.000 manat pul borc götürmüş, lakin onu qaytarmış və bu halları təsdiq etmək uçün, məhkəməyə Qəribоv Elsevər Slаvik оğlunun ******** nömrəli kartına 3.033 manat pul köçürülməsini təsdiq edən qəbzləri təqdim etmişdir. Eyni zamanda, məhkəmə iclasında iddiaçı tərəfinin şahidləri dindirilmiş, lakin, şаhid ifаdələrinə tənqidi yаnаşılmаlıdır. Belə ki, bu ifаdələr subyektiv mülаhizələr оlmаqlа, iş üzrə mötəbər sübut sаyılа bilməzlər.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamış, halbuki müqavilənin bağlandığı dövrdə qüvvədə olan mülki qanunvericilik – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740 və 740.2-ci maddələrinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa ..., borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yəni, tərəflər arasında bağlanmış borc müqaviləsi də yazılı formada bağlanmalı idi. Belə olan halda, borc müqaviləsinin forması ilə bağlı mülki qanunvericilikdə göstərilən tələbə riayət edilmədiyinə görə, borc müqaviləsi etibarsız hesab olunur. Belə olan halda, yəni, müqavilə etibarsız olduqda, tərəflərdən hər biri müqavilə (əqd) üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə, onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, etibarsız əqdin nəticəsi olaraq, cavabdeh iddiaçıdan etibarsız borc müqaviləsi əsasında aldığı pulun bütün hissəsini iddiaçıya geri qaytarmalıdır, çünki, o,əssassız varlanmışdır.
11. Beləliklə, iddiaçı Qəribоv Elsevər Slаvik оğlu cavabdeh Mirzəyev Nаmiq Mirzə oğluna verdiyi pulu geri tələb etməkdə haqlı olmuşdur. Lakin məbləğə gəldikdə, məhkəmə qeyd etmişdir ki, MPM-nın tələblərinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı tərəf borc olaraq cavabdehə 6.000 manat verilməsini sübut edə bilməmişdir. Cavabdeh isə bu məbləğdən yalnız 3.000 manatı etiraf etmiş və təqdim edilmiş qəbzlərə əsasən 3.033 manat pulu iddiaçıya qaytarmışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə 1.218 manat pul məbləğinin köçürülməsi təqdim edilmiş qəbzlər və vatsap-yazışmaları ilə təsdiq olunur, cavabdeh isə buna dair əsaslı etiraz təqdim edə bilməmişdir.
12. Məhkəmə işin qeyd edilən hаllаrınа düzgün hüquqi qiymət vermək üçün həm iddiаçının, həm cаvаbdehin təqdim etdiyi ödəniş sənədlərini qаrşılıqlı hesаblаşmа üsulu ilə təhlil etmişdir: (cavabdehin etiraf etdiyi məbləğ) 3000 manat + (iddiaçı tərəfindən təqdim edilmiş qəbzlər üzrə məbləğ) 1218 manat = 4218 manat – (cavabdeh tərəfindən təqdim edilmiş qəbzlər üzrə məbləğ) 3.033 mаnаt = 1185 manat. Belə оlduğu təqdirdə, iddiа tələbi 1.185 manat hissəsində əsаslı hesаb edilə və qismən təmin оlunа bilər.
13. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 31,85 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 329.1ci, 337.5-ci, 385.1-ci, 386.1-ci, 425-ci, 439.4-cü, 442-ci, 443-cü, 445-ci, 448-ci, 739.1-ci, 740cı, 1091-1093-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci, 76-cı, 77.1-ci, 88-ci, 119.1-ci, 124.1-ci, 217-ci, 218.1-ci, “Dövlət rüsumu haqqında” Azrbaycan Respublikasının Qanununun 8.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh Mirzəyev Nаmiq Mirzə oğlu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə 1.185 manat pulun ondan tutulması hissəsində yalnış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ona 3.000 manatı faizlə borc vermiş, lakin 1.218 manat pulu isə borc verməmiş, həmin pul kiçik məbləğlərlə olmaqla aralarında olan alverin ödənişləridir. İddiaçı ondan həmin pulun əvəzinə mal götürmüş bu barədə Whatsapp yazışmaları vardır. Məhkəmə isə zəruri araşdırma aparmadan həmin pulu da ona borc hesablamışdır. Tarixlərə baxmaq kifayətdir ki, iddiaçının yalanı ifşa olunsun. İddiaçı ##.##.2023-cü il tarixdə 6.000 manat borc aldığı halda guya ondan əvvəl,##.##.2023cü il tarixdə borc verməyə başlamışdır ki, bu da iddiaçının gətirdiyi dəlillərin uydurma olduğunu göstərir. İddiaçı sadəcə onunla aralarında olan alverlə əlaqədar olan pul köçürmələrini borc kimi qələmə verərək məhkəməni aldatmışdır. Məhkəmə də buna düzgün qiymət verməyərək maddi və prosessual huquq normalarını kobud pozmuşdur. O, ##.##.2025-ci il tarixdə sonuncu ödəniş etmiş və maddi imkanı olmadığından ödənişləri dayandırmışdır. Qarşılıqlı hesablamaya əsasən onun iddiaçıya boru yoxdur. Əksinə iddiaçının ona borcu var. İddiaçı gətirdiyi dəlillər heç bir sübuta əsaslanmasa da, məhkəmə buna düzgün qiymət verməmişdir. Məhkəmə iddia tələbindən göstərilən borc məbləğinin süni surətdə şişirdildiyinə qiymət verməməklə MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı çörək bişirilməsi ilə məşğul olur. Ona mütəmadi olaraq un alıb göndərmişdir. İddiaçının ona göndərdiyi pullar o verdiyi məhsulların ödənişidir. Özü sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Səs yazısı ilə də təsdiq olunur ki, ondan çörək üçün qablaşdırma kağızı gətirməyi xahiş edir və o məqsədlə 400 manat pul ödəyib. İddiaçı ona verdiyi bütün malların pulunu ödəyibdir. İddiaçıya borcu qalmayıb. O, iddiaçıya 5.000 manata yaxın pul ödəmiş, faiz vermişdir. Onun bununla bağlı qəbzləri yoxdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iddiaçı Qəribоv Elsevər Slаvik оğlu apellyasiya şikayətini qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, qətnamənin tez icra olunması üçün və şəxsi işləri ilə bağlı apellyasiya şikayəti verməmişdir. Cavabdeh 3.000 manat borcu qəbul etdiyi üçün birinci instansiya məhkəməsi cavabdehin ödədiyi pulu çıxıb, qalan hissədə iddianı təmin etmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi halların heç bir sübutu yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; əvvəlki redaksiyasında 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; əvvəlki redaksiyada 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır;
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində ləğv edilməklə iddianın rədd edilməsinə, habelə məbləğ etibarı ilə dəyişdirilməsinə hər hansı əsas yoxdur. Apellyasiya şikayəti əsassızdır, bu səbəbdən təmin edilə bilməz.
26. Məhkəmə kollegiyası iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, tərəflər arasında yoldaşlıq və iddiaçının fəaliyyət göstərdiyi sahə üzrə (çörəyin bişirilməsi, un məmulatının və çörək üçün qablaşdırma kağızının daşınması və sair) əməkdaşlıq münasibətləri olmuşdur. Eyni zamanda, onların arasında borc münasibətləri yaranmışdır.
27. Belə ki, iddiaçı cavabdehin müraciəti əsasında şahid2 adlı şəxsdən 9.500 manat qaytarmaq şərti ilə 6.000 manat məbləğində pulu borc aldığını və cavabdehə verdiyini, lakin həmin pulun bügünədək cavabdeh tərəfindən ona qaytarılmadını bildirir. Cavabdeh iddiaçı tərəfindən ona 10 faiz ödəmək şərti ilə 3.000 manat pulun borc verildiyini və ötən dövr ərzində faizlərlə birlikdə iddiaçıya təxmini 5.000 manata yaxın pul ödədiyini bildirməklə, hüquqi nəticə etibarı ilə aralarında borc münasibətlərinin yarandığını etiraf etmişdir.
28. İddiaçı bu məbləğdən başqa 2023-cü ilin oktyabr ayından 2024-cü ilin avqust ayına kimi (qətnamənin yoxlanılan hissəsi) hissə-hissə, müxtəlif məbləğlərdə cavabdehə ümumilikdə 1.218 manat məbləğində pulu da borc verdiyini bildirir və bu halın təsdiqi olaraq ödəniş qəbzlərini, whatsapp sosial şəbəkə üzərindən aparılmış yazışmalardan çıxarışları və göndərilən səsli mesajları təqdim edir. Həmin qəbzlərə əsasən iddiaçı tərəfindən cavabdehin göstərdiyi bank kartlarına həmin müddət ərzində müxtəlif məbləğlər olmaqla, ümumilikdə 1.218 manat pul göndərilmişdir.
29. Cavabdeh 3.000 manat puldan başqa iddiaçıdan hər hansı məbləğdə borc almadığını, həmin borcu da artıqlaması ilə qaytardığını bildirməklə, artıq bu məbləğdə pulun ona borc verilmədiyi mövqeyindən çıxış etmiş olur. Lakin bu məbləğin mövcudluğunu inkar etmir və apellyasiya şikayətində həmin pulun borc verilmədiyini, aralarında olan alış-verişin (alverin) kiçik məbləğlərdə aparılan ödənişləri olduğunu, bunun əvəzinə iddiaçının ondan mal götürdüyünü və bu halı təsdiq edən yazışmaların olduğunu qeyd edir.
30. Bununla belə, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə göndərildiyinin öz təsdiqini tapdığı və iddiaçının həmin məbləğin ona bügünədək qaytarılmadığını bildirdiyi bir halda, bu məbləğin borc deyil, aparılmış alış-veriş nəticəsində iddiaçı tərəfindən ödənilən pul məbləği olduğunu və həmin pulun əvəzinə iddiaçının mal götürdüyünü məhz cavabdeh sübut etməlidir. Başqa sözlə, mövcud vəziyyətdə sübutetmə yükü cavabdehin üzərinə düşür.
31. Lakin cavabdeh öz mövqeyini sübuta yetirə bilməmiş, qeyd edilən məbləğin müqabilində iddiaçıya malın verildiyini təsdiq edən hər hansı sübut, o cümlədən istinad etdiyi səs yazısını təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilən whatsapp sosial şəbəkə üzərindən aparılmış yazışmalardan çıxarışlarda isə əksinə bu məbləğin məhz borc olaraq verildiyi müəyyən edilir. Belə ki, yazışmalara əsasən cavabdeh dəfələrlə iddiaçıya kart nömrəsi yazmaqla həmin nömrəyə müxtəlif məbləğlərdə pulun göndərilməsini xahiş edir və hər müraciətinin sonunda istədiyi məbləği görüşəndə ona qaytaracağını bildirir. İddiaçı da buna razılıq verərək, həmin nömrəyə cavabdehin istədiyi məbləğlərin tərəfindən göndərilməsini təsdiq edən ödəniş qəbzlərinin şəkillərini çəkərək, cavabdehə ğöndərir. Hər bir halda, bu məbləğlər iddiaçı tərəfindən borc qismində deyil, alınan malın dəyəri olaraq cavabdehə verilən pul məbləğləri olsa idi həmin yazışmalarda cavabdeh “20 manat göndər, cekini at, qaytaracam” (i.v. 20), “Hardasan?, menim kartıma 10 manat, görüşəndə verəcəm, gözlüyürəm” (i.v.27) cümlələrindən istifadə etməzdi, lakin cavabdeh qeyd edilən və bütün digər müraciətlərində iddiaçıdan istədiyi məbləğlərin məhz qaytarılacağını bildirmişdir. Bu məbləğlərin hər hansı birinin iddiaçı tərəfindən malın dəyərinin əvəzi olaraq ödənilməsi ümumiyyətlə yazışmaların məzmunundan müəyyən edilmir.
32. Həmin dəyərdə olan malın cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi qənaətinə gəlmək üçün hər hansı sübut mövcud deyil və bu mövqe yalnız cavabdehin sözlərindən ibarətdir. Cavabdehin belə bir mövqedən çıxış etməsi (iddiaçıya həmin dəyərdə malın təhvil verməsi) ümumiyyətlə onun tərəfindən aparılmış ödənişlərin hər hansı hissəsinin bu məbləğdən çıxılmasını qeyri mümkün edir. Cavabdehin iddiaçıya borcunun olması tərəflərin biri birinə göndərdiyi səsli mesajlarla, habelə aralarında baş vermiş söhbəti əks etdirən audioyazı ilə də öz təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “2025-ci ilin ######ın ##-da sonuncu ödəniş etmişəm və maddi imkanım olmadığından ödənişləri dayandırmışam” cümləsi isə bitmənalı olaraq onun hələ də iddiaçıya borcunun qaldığını təsdiq edir. Belə ki, borc tam ödənilmişdirsə, onda hansı səbəbdən cavabdeh məhz maddi imkansızlığına istinadən ödənişlərin dayandırıldığını bildirir sualı yaranmış olur. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.
33. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış (6.000 manatla bağlı iddia tam fərqli dövrü əhatə edir, fərqli əsaslara söykənir, 3.000 və ya 6.000 manat olmasından asılı olaraq bir dəfəyə verilmişdir. Bu səbəbdən hazırki münasibətlərə ayrıca yaranmış borc münasibətləri kimi qiymət verilməlidir), həmin münasibətlər çərçivəsində iddiaçı hissə-hissə cavabdehə ümumilikdə 1.218 manat məbləğində pulu borc vermişdir. Lakin cavabdeh həmin məbləği qəbul edib, onun qaytarılması barədə üzərinə öhdəlik götürsə də, bu məbləğin ödənilməsini təmin etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, hazırda mövcud olan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilməməsini və bu baxımdan apellyasiya baxışının hədlərini (1.185 manatın tutulmasının əsaslığı) nəzərə alıb, habelə cavabdehin iddiaçıya daha az məbləğdə borcunun qaldığını sübuta yetirə bilmədiyini (cavabdeh 3.000 manat borca görə 3.033 manat qaytardığını sübuta yetirir, bu məbləğdən artıq hər hansı ödənişin edildiyi müəyyən edilmir) əsas götürüb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə məhz 1.185 manat məbləğində pul vəsaiti və bu məbləğə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 31,85 manat hissəsinin əvəzi tutulmalıdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası vurğulayır ki, yoxlanılan hissədə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Mirzəyev Nаmiq Mirzə oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Mirzəyev Nаmiq Mirzə oğlunun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Mirzəyev Nаmiq Mirzə oğluna aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.