Məhkəmə qərarları › İş №2(3-6)-1097/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1097/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1097/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Elxan qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh2 ASC-yə olan 981,21 dollar borcunun Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixində *** nömrəli Fərmanına uyğunlaşdıraraq restrukturizasiya olunması və qalıq məbləğinin 1 manata vurularaq yekun borc məbləğinin müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun “xxxx” ASC-yə 981,21 dollar borcu olmuşdur (Laçın Rayon Məhkəməsinin ## ##### 2017-ci il, 2(047)-386/2017-ci il qətnaməsi). Bu tipli kreditlərlə bağlı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il ## ###### tarixində *** nömrəli Fərmanı olmuşdur. Bu fərmanın 6.1. bəndində banklara tövsiyə olunub ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni yaradılmış kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Bundan başqa, məlum formanın 6.2. bəndində qeyd olunub ki, keçmiş kreditlərin restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay ərzində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin etmək üçün tədbirlər görsünlər. Fərmanla bağlı bütün hüquqi işlər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına tapşırılmışdır. Fərmanın icrası müddətində Maliyyə Bazarlarına Nəzarət in metedologoyası və tənzimləmə idarəsinin rəisi Orxan Ismayılovun bir çox çıxışı və müsahibələri olmuşdur. Həmin çıxışlarda hər bir bank tərəfindən öz məlumat veriləcəyini, prezidentin fərmanının əhatə dairəsinə düşən bütün göndəriləcəyini, bağlanan banklar, bank olmayan kredit təşkilatı və yaxud ləğv olunmaqda olan banklarda krediti olan vətəndaşlara SMS Azərpoçtdan göndəriləcəyini şəxsən qeyd etmişdir. Banklar tərəfindən göndəriləcək həmin bildiriş əsasında banka yaxınlaşmağı qeyd etmişdir. Keçən dövr ərzində ona nə bank, nə də Azərpoçt tərəfindən heç bir bildiriş və ya göndərillməmişdir. Hazırda isə məhkəmə qərarını (Laçın rayon Məhkəməsinin ## ##### 2017-ci il, 2(047)-386/2017-ci il qətnaməsi) əsas gətirərək (halbuki iş məhkəmədən geri çağrılmalı idi) onun kreditinin heç bir faizi silinmədən, yeni 5 illik müqavilə bağlanmadan qalıq məbləğini 1 manat 70 qəpiyə vuraraq ondan tələb olunur. Bununla bağlı ##.##.2025-ci il tarixində etdiyi müraciətə Əmanətlərin Sığortalanması Fondunun 12- */*-****-**-****/**** saylı,##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunur ki, restrukturizasiya məqsədi ilə müraciətlərin qəbulu ##.##.2019-cu il tarixində başa çatmışdır. Əslində isə Əmanətlərin Sığortalanması Fondu vətəndaş müraciəti olmadan, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il ## ###### tarixində ** nömrəli Fərmanını həmin tarixdə icra etməli idi. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, LPO cavabdeh2 ASC-nin əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim Gülşən Fərəcova) ilə iddia təmin edilməmişdir. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun xxxx ASC-yə olan 981.21 dollar borcunun Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixində *** nömrəli fərmanına uyğunlaşdıraraq restrukturizasiya olunması və qalıq məbləğinin 1 manata vurularaq, yekun borc məbləğinin müəyyən olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən, məlum fərmanın bəndlərini qeyd etməsinə baxmayaraq, güzəştlərin müəyyən olunması qaydaları haqqında heç nə qeyd olunmayıb. Məhkəmə qətnaməsində qeyd olunur ki, guya onun normativ hüquqi aktdan xəbərsiz olmağı hüquqi nəticə doğurmur və fərmandan xəbərsiz olaraq məsuliyyəti bankın üzərinə qoyur. Əslində isə yuxarıda qeyd etdiyi kimi heç bir halda vətəndaşın banka müraciət etməsi qeyd olunmayıb, bütün hallarda vətəndaşa müxtəlif vasitələrlə (SMS, elektron poçt və ya alınmasını təsdiq edən digər formada) bildiriş göndərilməsi nəzərdə tutulur ki, bu da onun qanundan və ya fərmandan xəbərsiz olaraq məsuliyyətdən qaçmağı anlamına gəlmir. Qətnamədə qeyd olunur ki, guya iddia tələbinin hüquqi və faktiki əsası mövcud deyil. Halbuki adi vətəndaş araşdırması ilə yuxarıdakı sübutları qeyd etmişdirsə, deməli məhkəmə istəsə daha çox sübut müəyyən edə bilər. Buradan da belə bir nəticəyə gəlmək olar ki, məhkəmə istənilən halda bankın xeyirinə qərar çıxarmaqda qərarlı olub. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmunun uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehlər LPO cavabdeh2 ASC-yə və LPO cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəməyə gəlməmiş, LPO cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdeh isə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, cavabdehlərin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Laçın Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(047)- ***/**** saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı əsas borc üzrə 981.21 ABŞ dolları, faiz borcu üzrə 388.19 ABŞ dolları, cərimə üzrə 70 ABŞ dolları, cəmi 1439.4 ABŞ dolları məbləğinin ödəniş günü Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borcun və 20 manat dövlət rüsumunun cavabdeh2 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının ##.##.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Sözügedən Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu ##.##.2019-cu il tarixdə başa çatmışdır. Iddiaçı tələbində cavabdeh2 ASC-yə olan 981,21 dollar borcunun Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixində *** nömrəli Fərmanına uyğunlaşdıraraq restrukturizasiya olunması və qalıq məbləğinin 1 manata vurularaq yekun borc məbləğinin müəyyən olunmasını xahiş etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli, *** nömrəli Fərmanının 6.2-ci bəndinə əsasən Banklara tövsiyyə edilir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Həmin Fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Hazırki işdən görünür ki, cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyindən Bank tərəfindən məhkəməyə iddia tələbi ilə müraciət edilmiş və Laçın Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(047)- ***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı əsas borc üzrə 981.21 ABŞ dolları, faiz borcu üzrə 388.19 ABŞ dolları, cərimə üzrə 70 ABŞ dolları, cəmi 1439.4 ABŞ dolları məbləğinin ödəniş günü Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borcun və 20 manat dövlət rüsumunun cavabdeh2 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn borc münasibətləri ilə bağlı artıq məhkəmə mübahisəsi yekunlaşmış və hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Kollegiya vurğulayır ki, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş borcun ödənilməsi mexanizmində hər hansı güzəştin (o cümlədən xüsusi fərman və ya normativ aktlarla nəzərdə tutulan güzəştlərin) tətbiqi məsələsi müstəqil iddia predmeti ola bilməz. MPM-nin 231.1-ci maddəsinə və “Icra haqqında” Qanunun 15-ci maddəsinə müvafiq olaraq, qətnamənin icrasına möhlət verilməsi, onun hissə-hissə icra edilməsi, icra üsulunun və qaydasının dəyişdirilməsi barədə məsələlər yalnız həmin qətnaməni çıxarmış məhkəmə tərəfindən icra mərhələsində həll edilə bilər. Azərbaycan Respublikası Prezidentin *** nömrəli Fərmanının 8.10-cu bəndi birbaşa göstərir ki, məhkəmədə olan işlərin geri çağırılması və ya icra sənədləri üzrə tədbirlərin görülməsi MPM və “Icra haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilməlidir. Bu o deməkdir ki, fərman məhkəmə icraatı yekunlaşmış olan işlərə dair prosessual hüquq normaları çərçivəsində tətbiq olunur. Iddiaçı restrukturizasiya hüququnun pozulduğunu hesab edirsə, o, yeni iddia qaldırmaqla deyil, Laçın Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi (Fərmana uyğunlaşdırılması) barədə ərizə ilə müraciət etməli idi. Fərmanın tələblərini nəzərə alan kollegiya hesab edir ki, artıq borc üzrə məhkəmə qətnaməsi mövcud olduğundan borcun restrukturizasiya olunması ilə bağlı məsələyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “Icra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq icra icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia icraatı qaydasında baxılan hazırkı işin predmeti artıq başqa bir qüvvəyə minmiş məhkəmə aktının icrası məsələlərini əhatə edir. MPM-in 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Kollegiyanın mövqeyinə görə məhkəmə hazırkı tələbə mahiyyəti üzrə hüquqi qiymət verməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də qətnamə ləğv edilməlidir. Kollegiya hesab edir ki, hazırkı halda borcun restrukturizasiya edilməsi ilə bağlı iddia tələbi məhkəmə qətnaməsinin icrası qaydasında məhkəmə baxışının tərkib hissəsi olduğundan və buna icra icraatı qaydasında baxılmalı olduğundan hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməldir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 263-264, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilsin. Iddiaçıya izah edilsin ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli, *** nömrəli Fərmanından irəli gələn hüquqları ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququ vardır. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova Hakimlər Nigar Nəbizadə Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar