Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1105/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “dəymiş zərərin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı və digər iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1, Cavabdehin nümayəndəsi nümayəndə2, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri və bərpa üçün təmir işlərinin dəyəri olan cəmi 30.000 manat, həmçinin kirayə müqaviləsinin xitamı əsasında 85.000 manat məbləğində pul vəsaiti və həmçinin, 405 manat dövlət rüsumu olmaqla, cəmi 115.405 manat məbləğində pul vəsaitinin cavabdeh «xxxx» ASC-dən xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Daha sonra ##.##.2025-ci il tarixdə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kirayə müqaviləsinə xitam verilməsi nəticəsində vurulmuş 85.000 manat, məişət avadanlıqları və digər avadanlıqlarının sıradan çıxması, yararsız hala düşməsi nəticəsində vurulmuş 36.022 manat, ödənilmiş 415 manat dövlət rüsumu olmaqla, ümumilikdə 121.437 manat məbləğdə pul vəsaitinin cavabdeh «xxxx» ASCdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı iddiaçı2 2006-cı ildən etibarən Sabunçu rayonu Buzovna qəsəbəsi Albalı-1 massivi yaşayır. ## #### 2023-cü il tarixdə təxminən günorta saat 14:00 radələrində vətəndaş iddiaçı2 adına olan, iddiaçı1 məxsus olan Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan ərazidə «xxxx» ASC-yə məxsus elektrik naqillərində baş vermiş nasazlıq və ya cərəyan naqillərinin üst-üstə düşməsi nəticəsində həyətyanı bağ sahəsində müxtəlif avadanlıqlar yararsız hala düşmüşdür. Yararsız hala düşən avadanlıqlara 2 ədəd elektrik şiti, 2 ədəd mandipuskatel, 2 ədəd Avtomat, 2 ədəd Mitsubishi markalı kondisioner, 1 ədəd Sharp soyuducu, 1 ədəd vodoley su motoru, 1 ədəd Espa su motoru, hovuzun işləməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən 3 ədəd bahalı motoru (tək hovuzun motorlarının dəyəri 30.000 manatdır), hovuzun işləməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən digər elektrik sistemləri aiddir. Təxminən 500 metr 10-luq, 500 metr 4-lük, 500 metr 6-lıq elektrik ötürücü xətlər və digər avadanlıqlar yanaraq məhv olmuşdur. Su hovuzunun motorxanası və elektrik xətlərinin təmir olunmasına 10.000 manat usta pulu işçilik haqqı tələb olunur. Bağ sahəsinin digər elektrik işlərinin görülməsi və təmiri üçün əlavə 8.000 manat usta pulu, işçilik haqqı tələb olunur. Dəymiş zərərin hesablanması üçün hadisə yerinə mütəxəssis dəvət edilmiş və zərərin məbləği 30.000 manat dəyərindədir. Həmin bu zərər mütəxəssis rəyində öz əksini tapmışdır. Rəy qoşma olaraq məhkəməyə təqdim edilmişdir. Baş vermiş hadisə saat 20:00 radələrində iddiaçılar tərəfindən aşkar edilmişdir. Daha sonra 199 qəza xidməti vasitəsi ilə «xxxx» ASC-yə hadisə ilə bağlı aktlaşdırmanın aparılması üçün müraciət edilmiş, lakin gələn əməkdaşlar, Zona üzrə qəza xidməti və satış xidməti üzrə müvəkkil şəxslər aktı imzalamaqdan və aktda öz qeydlərini etməkdən səbəb göstərmədən imtina etmişlər. iddiaçı1 ## ### 2023-cü il tarixdə X5 ilə həmin bağın sonuncunun istifadəsinə verilməsi ilə bağlı kirayə müqaviləsi imzalanmışdır. Belə ki, müqavilə 4 aylıq (may-avqust) müddətə bağlanmış və aylıq ödəniş 10.000 ABŞ dolları müəyyən edilmişdir. Kirayəçi isə 4 aylıq məbləği müqavilə imzalandığı gün birdəfəlik ödəmişdir. Baş verən qəza nəticəsində elektrik avadanlıqları istifadə üçün yararsız hala düşdüyündən müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Müqavilə ## #### 2023-cü ildə ləğv edilmiş və imzalanan zaman kirayəçi tərəfindən ödənilən birdəfəlik vəsait olan 40.000 ABŞ dolları və müqavilədə nəzərdə tutulan kirayə verənin təqsirindən asılı olmayaraq baş verən hər hansı hadisə nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə 10.000 ABŞ dolları məbləğində pul vəsaiti X5 geri ödənilmişdir. Ödənilmiş məbləğ ümumilikdə məzənnəyə əsasən (1 ABŞ dolları = 1.7 manat) 85.000 manat məbləğində pul vəsaitidir. «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsində cəmiyyətin əsas məqsədlərindən biri kimi elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdir. Bu məqsədə uyğun olaraq cəmiyyətin elektrik qurğularının texniki təhlükəsizliyinin, həmçinin elektrik şəbəkəsinin fəaliyyətini təmin edən proqram və texniki vasitələrin təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsi üzrə fəaliyyətlər həyata keçirir. Buna baxmayaraq, əmlaka kifayət qədər zərər vurulmuşdur.
4. Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC-dən dəymiş maddi ziyana görə 21.337 (iyirmi bir min üç yüz otuz yeddi) manat məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumunun 155 (yüz əlli beş) manat hissəsinə görə pul tutularaq iddiaçılar iddiaçı2 və iddiaçı1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçılara aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 479 (dörd yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitinin iddiaçılar iddiaçı2, iddiaçı1 və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən bərabər qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, X20, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 01360100000000003944 SWIFT Bik: CTREAZ22) hesabına ödənilməsi qərara alınmışdır.
5. Iddiaçılar və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Iddiaçılar birgə verdikləri apellyasiya şikayətini belə əsaslandırmışlar ki, iddiaçı iddiaçı2 2006-cı ildən etibarən ünvan 4 ünvanında yaşayır. 2022-ci ilin may ayından etibarən onun yaşayış sahəsinə verilən elektrik enerjisi üzrə borc yarandığından tərəflər arasında məhkəmə mübahisəsi yaranmış, elektrik enerjisinin verilməsi yaranmış borca görə təchizatçı tərəfindən kəsilmişdir. Nəsimi Rayon Məhkəməsinin **(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə iddiaçının ərizəsi təmin edilmiş, ünvan 3 ünvanında elektrik enerjisi təminatının dayandırılmasına dair maraqlı şəxs “xxxx” ASC tərəfindən hər hansı hərəkətin edilməməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Sonradan elektrik təchizatı bərpa edilsə də, qüsurlu bərpa edilmişdir. Nəsimi rayon Məhkəməsinin *(***)-****/**** saylı,##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” ASC tərəfindən ***********A*** nömrəli kod üzrə ##.##.2022-ci il tarixə hesablanmış 914 (doqquz yüz on dörd) manat 88 (səksən səkkiz) qəpik məbləğində borc əsassız hesab edilərək silinməsi qərara alınmışdır. Qətnamədə qeyd edilir ki, “Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı22006-cı ildən etibarən Xəzər rayonu, Buzovnaqəsəbəsi, Albalı bağları ev (bina) 0685 mənzil A000-də yaşayır.##.##.2022-ci il tarixində 03020180685A000 kodla ##.##.2022-ci il tarixinə1373 manat borc olduğu sms vasitəsilə ona göndərilmişdir. Işmateriallarınaəlavə edilmiş qəbzdə də göstərildiyi kimi son ödəniş tarixi ##.##.2020-ci ildir və bu tarixdən etibarən ona borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. Iddiaçının evində biri Sabunçu rayonu, digəri isə Xəzər rayonunda qeydiyyatda olmaqla 2 işıq xətti vardır. “xxxx” ASC-nin əməkdaşı tərəfindən sayğaclara baxış keçirilmiş və qanunsuz olaraq elektrik xəttinə qoşulma halının olmadığı müəyyən edilmişdir. Bir müddət sonra elektrik enerjisi təminatını dayandırıldığı üçün iddiaçı bununla bağlı yenidən “xxxx” ASC-yə müraciət etmişdir. Bundan sonra elektrik xətti aktivləşdirilmişdir, lakin elektrik xətti düzgün qoşulmadığından hazırda bir çox məişət avadanlıqlarının işləməməsinə səbəb olmuşdur”. Rayon Məhkəməsinin dəymiş zərərin qiymətləndirilməsinə münasibətdə hüquqi mövqeyi yanlış olduğundan, ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Rayon məhkəməsi iddia tələbini qismən təmin edərək yanlış nəticəyə gəlmişdir. Mülki məhkəmə icraatı zamanı təyin edilmiş mühəndistexniki ekspertizaları və məhkəmə-trasoloji ekspertizaları nəticəsində də təsdiq edilmişdir ki, bağ evində baş vermiş yanğın və dəymiş zərər birbaşa cavabdeh tərəfindən sayğaca müdaxilə nəticəsində baş vermişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** saylı rəyinə əsasən ekspert baxışı zamanı bağ sahəsində su hovuzunun mühərrikxanasında yerləşən, yararsız vəziyyətdə olan malların yenisi ilə əvəz edilməsi nəzərə alınmaqla dəymiş ziyanın orta bazar qiyməti təxminən 15.610 manat, işıq xəQi ilə qidalanan məişət avadanlıqları, digər suvarma, elektrik cihazları və santexnik avadanlıqları üzrə isə 20.412 manat müəyyən edilmişdir. Ekspert rəyində hansı məişət əşyalarına və elektrik avadanlıqlarına zərər dəydiyi sadalanmışdır. Lakin məhkəmə ekspert rəyində müəyyən edilmiş yararsız hala düşən bütün avadanlıqları nəzərə almayaraq Mülki Məcəllənin 21, 1097 və 1108-ci maddələrinin tələblərini pozmuşdur.
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi işə baxarkən sübutlara düzgün qiymət verməmiş, cavabdehin təqsirinin nədə ifadə olunduğunu konkret olaraq müəyyən etməmiş, eləcə də ASC-nin baş vermiş hadisədə təqsiri, o cümlədən təqsirli əməl ilə iddiaçılara dəymiş ziyan arasında səbəbli əlaqə yoxdur. Bu səbəbdən də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1 özlərinin apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin dəlillərinə uyğun izahat verdi, şikayətin təmin edilməsini xahiş etdi, və əlavə olaraq da qeyd etdi ki, iş üzrə ekspertiza rəyləri mövcuddur. Rayon məhkəməsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertiza keçirilmiş, lakin rayon məhkəməsi qərar qəbul edən zaman həmin rəyi deyil, onların sifarişi əsasında keçirilən özəl ekspert rəyini əsas kimi götürmüşdür. Əslində isə Məhkəmə Ekspertiza Mərkəzinin rəyində dəyən zərərin məbləği daha yüksək göstərilmişdir. Cavabdehin şikayətinə münasibətdə isə qeyd etdi ki, şikayət əsassızdır və təmin edilməməlidir.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə2 iddiaçıların şikayəti ilə razı olmayaraq, təmin edilməməsini, öz şikayətlərini isə müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, ASC-nin əməkdaşları həmin evdə olan zaman evdə çoxlu elektrik avadanlıqlarının olduğunu müşahidə etmişlər. Belə olduğu təqdirdə, çoxlu yüklənmə nəticəsində həmin qəza baş vermiş ola bilər.
10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaçıların şikayəti ilə razı olmayaraq, təmin edilməməsini, öz şikayətlərini isə müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə etdi ki, sayğacdan sonrakı çıxış xətti artıq iddiaçının məsuliyyətinə aiddir. Bəlkə də, iddiaçı texniki nəzarət etməyib və ya ev daxilində yüklənmələr olub, gərginlik çox olub deyə həmin qəza baş vermişdir. Qeyd edilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi:
11. Mülki iş materiallarında olan ## ### 2023-cü il tarixli * saylı kirayə müqaviləsindən görünür ki, iddiaçı1 ünvan 2ndə yerləşən 24 sot əraziyə malik olan bağı X5 vermiş, kirayə haqqı müqavilə müddəti üzrə 4 aylıq müqavilə imzalanarkən öncədən ABŞ dollarının Azərbaycan manatına günlük məzənnəsinə uyğun olaraq nağd şəkildə ödənilməsi və kirayə obyektinin aylıq kirayə haqqı 10.000 ABŞ dolları (Azərbaycan manatı ilə 17.000 manat) müəyyən edilmişdir.
12. ## #### 2023-cü il tarixli aktdan görünür ki, aktı tərtib edən şəxslər – X1, iddiaçı2, Əlizadə Ələkbər Əli oğlu, X3 və X6 həmin tarixdə təxminən günorta saat 14:00 radələrində vətəndaş iddiaçı2 adına olan, iddiaçı1 məxsus olan Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan ərazidə «xxxx» ASC-yə məxsus elektrik naqillərində baş vermiş nasazlıq və ya cərəyan naqillərinin üst-üstə düşməsi nəticəsində həyətyanı bağ sahəsində müxtəlif avadanlıqların yararsız hala düşdüyünü qeyd etmişlər. Aktda qeyd olunan avadanlıqlar aşağıdakılardır: 1) 2 ədəd elektrik şiti; 2) 7 ədəd mandipuskatel;3) 2 ədəd avtomat;4) 2 ədəd “Mitsubishi” markalı kondisioner;5) 1 ədəd “Sharp” markalı soyuducu;6) 2 ədəd vodoley su motoru;7) 1 ədəd espa su motoru; 8) kamera sistemləri və onun bloku;9) 2 ədəd “Samsung” markalı 180 sm ölçülü televizor;10) Hovuzun işləməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən 3 ədəd bahalı motor (tək hovuz motorunun dəyəri 3.000 manatdır);11) Hovuzun işləməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən digər elektrik sistemləri;12) Təxminən 500 metr 10-luq, 500 metr 4-lük, 500 metr 6-lıq elektrik ötürücü xətlər və digər avadanlıqlar yanaraq məhv olmuşdur;
13. iddiaçı2 tərəfindən yazılmış ##.##.2023-cü il tarixli ərizədən görünür ki, o, tərtib edilmiş müvafiq aktı təqdim etməklə «xxxx» ASC-dən dəymiş zərərin ödənilməsini xahiş etmişdir.
14. Mülki işə əlavə olunmuş ## #### 2023-cü il tarixli aktdan görünür ki, ## #### 2023cü il tarixdə təxminən günorta saat 14:00 radələrində Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan ərazidə «xxxx» ASC-yə məxsus Transformatorunda fazaların birləşməsi və digər elektrik naqillərində baş verən qəza nəticəsində Transformatorun yaxınlığında yerləşən iddiaçı1 məxsus bağ evində yaşayış üçün zəruri olan elektrik avadanlıqları, hovuz və s. istifadə üçün yararsız hala düşmüşdür. Bağ sahəsinin həyətində işıq şitində yanğın baş vermiş və bununla bağlı «xxxx» ASC-nin nümayəndəsi çağırılmışdır. ASC-nin nümayəndəsi gəlib baxış keçirmiş, bağ sahəsində yaranan problemləri aşkar etmiş, lakin bu barədə hər hansı akta imza etməkdən imtina etmişdir. Qeyd edilmişdir ki, həmin baş verən nasazlıq səbəbilə bağ sahəsində olan avadanlıqlara geniş miqyaslı zərər dəymişdir. X4, X7, Əlizadə Ələkbər Yolçuəli oğlu, iddiaçı2, X6, X1 və X5 tərəfindən imzalanmışdır.
15. Iddiaçının təqdim etdiyi ## #### 2023-cü il tarixli aktdan və izahatlardan görünür ki, iddiaçı1 və X5 arasında imzalanan ## ### 2023-cü il tarixli * saylı kirayə müqaviləsinə ## #### 2023-cü il tarixdə tərəflərin razılığı ilə xitam verilmişdir. Müqaviləyə baş vermiş qəza ilə əlaqədar olaraq vaxtından əvvəl xitam verilmişdir. Belə ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün uzun müddət lazımdır. Müqavilə imzalananda birdəfəlik ödənilən 40.000 ABŞ dolları və müqavilədə nəzərdə tutulan kompensasiya olan 10.000 ABŞ dolları məbləğində pul vəsaiti X5 ödənilmişdir. Bu səbəbdən onun kirayəverən tərəfə qarşı heç bir iddiası yoxdur. X5 ödənişi tam aldığını bildirmişdir.
16. Iddiaçı tərəfindən təqdim edilmiş «xxxx» MMC-nin ##.##.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalı Bağları yaşayış massivində Transformatorda (enerji tənzimləyicidə) baş vermiş qəza nəticəsində iddiaçı1 məxsus fərdi yaşayış evində avadanlıqlara (Televizor LC; Televizor; Soyuducu Şarp; Kondisioner Mitsubişi (120 m2-lik), Kondisioner AUX (60 m2-lik) Quyu üçün su nasosu (podreznoy); Baktelekom internet avadanlıqları və quraşdırılması; Mühərrik (Nozbart); Metal korpuslu Rusiya istehsalı motor; SPA (nasos, Ispaniya istehsalı); Kamera (DVR) bərpası; Şit, avtomat açarlar, borular, filtrlərin yenisi ilə əvəz olunması (hovuz üçün) quraşdırılması (işçilik daxil)) qısa qapanma nəticəsində dəymiş ziyanın ümumi məbləği 25.250 manat müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli, *-**-**/*-**/**** saylı mühəndis-texniki ekspertiza rəyindən görünür ki, ## #### 2023-cü il tarixdə Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan bağ sahəsində baş vermiş qəza əlaməti bağ sahəsinin hasarının xarici tərəfində divarda quraşdırılmış metal qutunun içərisində yerləşən üçfazalı elektrik sayğacının çıxış «sıfır» xəttinin üzərində mövcuddur. Həmin hissədə çoxməftilli mis naqilin izolyasiyası ərimiş və qırılmış vəziyyətdədir. Buzovna qəsəbəsi Albalı-1 massivi adlanan bağ sahəsini elektrik enerjisi ilə təmin edən üçfazalı elektrik şəbəkəsinin «sıfır» xəttində qəza halının rəyin tədqiqat hissəsində açıqlaması verilmiş «keyfiyyətsiz ilkin quraşdırma» və «cari xidmətin olmaması» səbəbindən baş verməsi mümkündür. Lakin qəza halından əvvəl üçfazalı elektrik sayğacının çıxış «sıfır» xəttində mövcud olmuş vəziyyət (kəsilmə, qopma səbəbi, birləşdirilmə üsulu, izolyasiyanın vəziyyəti və s.) barədə məlumat (foto, videogörüntülər və s.) olmadığına görə, nasazlığın, yəni «sıfır» xəttinin ayrılmasının (qopmasının) konkret səbəbini müəyyən etmək mümkün olmadı. «Sıfır» xəttinin qırılması zamanı fazalar üzrə yüklərin qeyri-bərabər paylanması səbəbindən gərginliyi yolverilməz dərəcədə yüksələn (380V-a qədər) fazalara qoşulu və işlək vəziyyətdə olmuş elektrik avadanlıqları sıradan çıxa bilərdi. Bağ sahəsində baş vermiş elektrik qəzası halı nəticəsində yanğın hadisəsi qeydə alınmamışdır. Bununla belə, yanğın təhlükəsizliyinə dair mövcud qaydalarda yaşayış evlərində yanğın-texniki inventarların quraşdırılmasına dair tələblər nəzərdə tutulmamışdır. Buzovna qəsəbəsi Albalı-1 massivi adlanan bağ sahəsində baş vermiş qısa qapanma nəticəsində elektrik avadanlıqlarının hazırda yararsız vəziyyətdə olub-olmamasının müəyyən edilməsi hazırki ekspertizasının həll etdiyi məsələlərin dairəsinə aid olmadığına və Mərkəzdə bu sahə üzrə xüsusi biliyə malik olan mütəxəssis (ekspert) olmadığına görə, bu sual üzrə tədqiqat aparılmamışdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir.
18. Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, **(***)-**/**** saylı qərardadından görünür ki, ərizəçi iddiaçı2 müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi, iş üzrə iddia tələbinə dair yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək, ərizəçinin yaşadığı ünvan 3 ünvanında elektrik enerjisi təminatının dayandırılmasına dair maraqlı şəxs “xxxx” ASC tərəfindən hər hansı hərəkətin edilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
19. Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı iddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh «xxxx» ASC tərəfindən ***********A*** nömrəli kod üzrə ##.##.2022-ci il tarixə hesablanmış 914 manat 88 qəpik məbləğində borcun əsassız hesab edilərək silinməsi, 34 manat dövlət rüsumunun cavabdeh «xxxx» ASC-dən tutularaq iddiaçı iddiaçı2 ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin təsviri hissəsində iddianın əsaslandırılması ilə bağlı göstərilmişdir ki, “...Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı2 2006-cı ildən etibarən Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı bağları ev (bina) 0685 mənzil A000-də yaşayır. ##.##.2022-ci il tarixində 03020180685A000 kodla ##.##.2022-ci il tarixinə 1373 manat borc olduğu sms vasitəsilə ona göndərilmişdir. Iş materiallarına əlavə edilmiş qəbzdə dəgöstərildiyi kimi son ödəniş tarixi ##.##.2020-ci ildir və bu tarixdən etibarən ona borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. Iddiaçının evində biri Sabunçu rayonu, digəri isə Xəzər rayonunda qeydiyyatda olmaqla 2 işıq xətti vardır. “xxxx” ASC-nin əməkdaşı tərəfindən sayğaclara baxış keçirilmiş və qanunsuz olaraq elektrik xəttinə qoşulma halının olmadığı müəyyən edilmişdir. Bir müddət sonra elektrik enerjisi təminatını dayandırıldığı üçün iddiaçı bununla bağlı yenidən “xxxx” ASC-yə müraciət etmişdir. Bundan sonra elektrik xətti aktivləşdirilmişdir, lakin elektrik xətti düzgün qoşulmadığından hazırda evdə bir çox məişət avadanlıqlarının işləməməsinə səbəb olmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” ASC tərəfindən iddiaçıya göndərilmiş Bildirişdə 1373 manat 72 qəpik məbləğində borc göstərilmişdir. Lakin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abunə haqqında məlumatda ##.##.2022-ci il tarixinə iddiaçıya 914.88 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh 1373 manat 72 qəpik borcun yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus abunə haqqında hesabında göstərilən istifadə edilmiş ##.##.2022-ci il tarixinə elektrik enerjisinə görə hesablanmış 914.88 manat məbləğ iddiaçının abunə hesabından silinməlidir...”
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2024- cü il tarixli, */**** saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərardadda göstərilən 05 adda malların zədələnməmişdən əvvəl, istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 3.050 manat müəyyən olunur. Qeyd edilən malların yararsız vəziyyətdə olubolmaması, onların təmiri üçün və usta pulunun müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Təqdim edilmiş qərardadda göstərilən digər 1 ədəd Mitsubishi markalı kondisioner tədqiqata təqdim edilmədiyindən tədqiqat aparılmamışdır. Digər yanğın nəticəsində yanaraq sıradan çıxmış tədqiqat obyektlərinin (2 ədəd elektrik şiti, 2 ədəd mandipuskatel, 2 ədəd avtomat, 1 ədəd vodoley su motoru, kamera sistemləri və onun bloku, hovuzun işlənməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən 3 ədəd motor, hovuzun işlənməsini, təmizlənməsini, su dövriyyəsini təmin edən digər elektrik sistemləri təxminən 500 metr 10-luq, 500 metr 4-lük, 500 metr 6-lıq elektrik ötürücü xətləri üzərindəki markalanma göstəriciləri aydın olmadığından və təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olduğundan həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
21. ## ### 2024-cü il tarixli işlərin təhvil-təslim aktından görünür ki, iddiaçılarla briqada rəhbəri X2 bağın içərisində yerləşən su hovuzunun (basseyninin) motorxanasında yararsız hala düşmüş materialların yenisi ilə əvəz edilməsi, motorxanada yerləşən qəzalı vəziyyətdə olan mühərriklərin çıxarılması, yenisi ilə əvəz edilməsi, santexnika işləri, elektrik şəbəkə işlərini görərək, bağ sahiblərinə təhvil verilməsi barədə akt tərtib etmişlər. Iş materialları və iş haqqı bənd-bənd ətraflı şəkildə qeyd olunmuşdur. Cəmi 14.392 manat pul vəsaiti sərf olunduğu göstərilmişdir.
22. ## ### 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən briqada rəhbəri X2 14.392 manat ödəniş edilmişdir.
23. ## ### 2024-cü il tarixli işlərin təhvil təslim aktından görünür ki, iddiaçılarla briqada rəhbəri X2 bağın içərisində yerləşən su hovuzunun (basseyninin) motorxanasında yararsız hala düşmüş materialların yenisi ilə əvəz edilməsi, motorxanada yerləşən qəzalı vəziyyətdə olan mühərriklərin çıxarılması, yenisi ilə əvəz edilməsi, santexnika işləri, elektrik şəbəkə işlərini görərək, bağ sahiblərinə təhvil verilməsi barədə akt tərtib etmişlər. Iş materialları və iş haqqı bənd-bənd ətraflı şəkildə qeyd olunmuşdur. Cəmi 1.105 manat pul vəsaiti sərf olunduğu göstərilmişdir.
24. ## ### 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən briqada rəhbəri X2 1.105 manat ödəniş edilmişdir.
25. ## ### 2024-cü il tarixli işlərin təhvil-təslim aktından görünür ki, iddiaçılarla briqada rəhbəri X2 bağın içərisində yerləşən su hovuzunun (basseyninin) motorxanasında yararsız hala düşmüş materialların yenisi ilə əvəz edilməsi, motorxanada yerləşən qəzalı vəziyyətdə olan mühərriklərin çıxarılması, yenisi ilə əvəz edilməsi, santexnika işləri, elektrik şəbəkə işlərini görərək, bağ sahiblərinə təhvil verilməsi barədə akt tərtib etmişlər. Iş materialları və iş haqqı bənd-bənd ətraflı şəkildə qeyd olunmuşdur. Cəmi 21.942 manat pul vəsaiti sərf olunduğu göstərilmişdir.
26. ## ### 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən briqada rəhbəri X2 21.942 manat ödəniş edilmişdir.
27. ******* saylı qaimə fakturadan görünür ki, fakturada qeyd edilən materialların alınması üçün 2.650 manat pul vəsaiti hesablanmışdır.
28. «xxxx» QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli təklifdən görünür ki, 2 ədəd A9R41463 Diferensial 4x63A 30mA Schneider alınması üçün 130 manat pul vəsaiti tələb olunur.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, **/**** saylı mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Buzovna qəsəbəsi Albalı 1 massivi adlanan bağ sahəsini elektrik enerjisi ilə təmin edən üçfazalı elektrik şəbəkəsinin «sıfır» xəttində mövcud olmuş vəziyyət (kəsilmə, qopma səbəbi, birləşdirilmə üsulu, izolyasiyanın vəziyyəti və s.) barədə məlumat (foto, video (görüntülər və s.) olmadığına görə, nasazlığın, yəni «sıfır» xəttinin ayrılmasının (qopmasının) konkret səbəbini müəyyən etmək mümkün olmadı. Bununla belə, «Elektrik qurğularının quraşdırma qaydaları»nın 2.1.1.15 və 2.1.1.16-cı bəndlərinin tələblərinə görə, naqillərin və kabellərin damarlarının birləşmələri presləmə, qaynaq, lehimləmə vasitəsi ilə və ya sıxqaclar (vintli, boltlu və s.) vasitəsi ilə aparılmalıdır. Naqillərin və kabellərin damarlarının birləşmə, budaqlanma və qoşulma yerlərində, təkrar birləşmə, budaqlanma və ya qoşulma imkanını təmin edən ehtiyat naqil (kabel) nəzərdə tutulmalıdır. Sıfır xəttinin qırılması zamanı fazalar üzrə yüklərin qeyri-bərabər paylanması səbəbindən Bakı şəhəri Buzovna qəsəbəsi Albalı-1 massivi adlı bağ sahəsində gərginliyi yolverilməz dərəcədə yüksələn (380V-a qədər) fazalara qoşulu və işlək vəziyyətdə olmuş elektrik avadanlıqları sıradan çıxa bilərdi. «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə görə (9.3.1 və 9.4-cü bəndləri) elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməli, eyni zamanda, Bakı şəhəri Buzovna qəsəbəsi Albalı-1 massivi adlı bağ sahəsində «xxxx» ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman naqillərin və kabellərin damarlarının birləşmələrinin qüvvədə olan təlimata uyğun presləmə, qaynaq, lehimləmə vasitəsi ilə və ya sıxqaclar (vintli, boltlu və s.) vasitəsi ilə aparılması üçün tədbirlər görülməli idi. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** saylı rəyindən görünür ki, ekspert baxışı zamanı bağ sahəsində su hovuzunun mühərrikxanasında yerləşən, yararsız vəziyyətdə olan malların yenisi ilə əvəz edilməsi nəzərə alınmaqla dəymiş ziyanın orta bazar qiyməti təxminən 15.610 manat, işıq xətti ilə qidalanan məişət avadanlıqları, digər suvarma, elektrik cihazları və santexnik avadanlıqları üzrə isə 20.412 manat müəyyən edilir. Rəydə bağ sahəsində su hovuzunun mühərrikxanasında yerləşən əşyalar qismində 3 ədəd üzərində “ВОДОЛЕЙ-60/60” БЦПЭ- 0,5-40 У yazıları oaln su nasosu; 3 ədəd “TÜM” markalı, PTF-030 model su nasosu və filteri (dəst); 4 ədəd “Nozbart 3.5 hp” markalı su motoru; 1 ədəd “Espa” markal su motoru (300m); 1 polister materiallı 800 mm su filter və işıq xətti ilə qidalalan məişət avadanlıqları, digər suvarma, elektrik cihazları və santexnik avadanlıqları qismində "Sharp” markalı, SJ-PT63R- HS model soyuducu; “leka” markalı, TKD 1480 model, 8 kqlıq, 1400RPM paltaryuyan; "Samsung” markalı, LN26A330J1D model televizor; “LG” markalı, **CS***-TA model televizor; “Mitsubishi” markalı,SRK71HE-S1 model kondisioner (mühərriki ilə birlikdə); “LG” markalı, 20M35A-B model monitor; “HiWatch” markalı, DS-H116G model DVR; “Tplink” markalı model; "Voltam” markalı, 12V30A model qidalanma bloku; “LG” markalı, 49LH510V model televizor; “Fagor" markalı, üzərində “X18 AAA” yazılan olan qabyuyan; “Samsung” markalı, UE40H4200AK model televizor; “Nippur Kona” markalı, su filteri; “Ardo” markalı, ARDO 609 Black model elektrik sobası; "Hitachi” markalı, R-VG470PUK3 model soyuducu; “leka” markalı, LI4 1270 model, 7 kq-lıq, 1200RPM paltaryuyan; “Bosch” markalı, SMV4HMX65Q/27 model qabyuyan; “AUX” markalı, ASW-H18A4/FFR1 model kondisioner; "AUX” markalı, ASW-H24A4/FFR1 model kondisioner; “Maktek” markalı, EPSILON 40 model kombi aparatı; “Alpha” markalı, CM 28 TF model kombi aparatı qeyd olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, */*** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 1 adlı bağ sahəsində yerləşən evə quraşdırılmış işıq sayğacının 0 (sıfır) xətti olan sarı rəngli naqilin başlığı düz xətt formada olmaqla göstərilən ünvanda elektrik cərəyanından ayrılması məqsədi ilə kəsici predmetlə (kəlbətinlə) kəsilmişdir. Təqdim edilmiş ünvan 1 adlı bağ sahəsində yerləşən evə quraşdırılmış işıq sayğacının 0 (sıfır) xətti kəsilərək müdaxilə edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli, */*** saylı məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən ünvan 1 ünvanında yerləşən sayğacın çıxışı 0 (sıfır) xətti naqilin uclarının (kəsilərək bir-birilərinə boltla bağlanmaqla) kəsilmə səbəbi ekspert trasoloqun səlahiyyətlərinə aid deyildir. Təqdim edilmiş 0 (sıfır) xətti naqilin səthində trasoloji izləri aşkar edilmədi. Lakin buna baxmayaraq 0 (sıfır) xətti naqilə müdaxilə olunubolunmamasını müəyyən etmək mümkün deyildir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir.
33. ##.##.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün 405 manat dövlət rüsumu ödənilmişdir.
34. ##.##.2025-ci il tarixli, *********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə əlavə olaraq 10.40 manat dövlət rüsumu ödənilmişdir.
35. ##.##.2024-cü il tarixli, ****** saylı Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, 03020180685A000 abunə kodu üzrə istehlakçı iddiaçı2 adına olan ******** saylı sayğac (tipi, göstəricisi, dövlət və alt qapaq möhürləri protokolda qeyd edilmiş) iş tapşırığına əsasən möhürlənmişdir.
36. Mülki iş materiallarına əlavə edilmiş “CD” diskdəki foto-şəkillərdən görünür ki, “xxxx” ASC-nin nümayəndələri hadisə yerinə baxış keçirmişdir. Tətbiq edilən maddi hüquq normaları:
37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə.1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 5.3. Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. 10.1 Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17. Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X21 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur. Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il ## ### tarixli *-**/*-*-*/**** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası” Qaydaları: 2-ci bəndinin tələblərinə əsasən elektroenergetika subyektləri tikinti, quraşdırma, istismar və təmir işləri apararkən bu Qaydaların tələblərinə riayət etməli, quraşdırılan və istismar edilən qurğuların zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirlər həyata keçirməlidir. Elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və istehlakı üçün nəzərdə tutulmuş elektrik stansiyalarının, elektrik şəbəkələrinin avadanlıqları, istehlakçıların elektrik qurğuları texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Elektrik qurğuları və şəbəkələri təhlükəsiz istismarın, habelə onlarla təmasda olan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il ## #### tarixli *-**/*-*-*/**** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması” Qaydaları: 76.15 və 76.16-cı bəndlərinə əsasən naqillərin və kabellərin damarlarının birləşmələri, budaqlanmaları və damarların uclanması presləmə, qaynaq, lehimləmə vasitəsilə və ya sıxaclar (vintli, boltlu) vasitəsilə aparılmalıdır. Naqillərin və kabellərin damarlarının birləşmə, budaqlanma və qoşulma yerlərində təkrar birləşmə, budaqlanma və ya qoşulma imkanını təmin edən ehtiyat naqil (kabel) nəzərdə tutulmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:
38. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçılar və cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, işin faktiki halları, iş materiallarındakı sübutlarla müəyyən olur ki, ## #### 2023-cü il tarixində ünvan 2 ünvanında yerləşən iddiaçılara məxsus bağ evində elektrik naqillərində yaranmış nasazlıq nəticəsində müxtəlif elektrik və texniki avadanlıqlar sıradan çıxmışdır. Tərəflər bu halı mübahisələndirmirlər.
43. Iddiaçıların apellyasiya şikayətində əsas mübahisələndirdiyi məsələlər rayon məhkəməsi tərəfindən dəymiş zərərin məbləğinin düzgün müəyyən olunmaması, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyin yox, iddiaçıların sifarişi əsasında keçirilmiş ekspert rəyinin əsas götürülməsi, eləcə də əldən çıxmış faydayla bağlı isə sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır.
44. Məhkəmə ilk növbədə iddia tələbinin rayon məhkəməsi tərəfindən təmin edilməyən - 85.000 manat məbləğində kirayə pulunun - əldən çıxmış zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı bir neçə sübut (kirayə müqaviləsi, akt, izahat) təqdim etsə də, həmin sənədlər mötəbər və şübhədənkənar sübut hesab edilə bilməz. Belə ki, iddiaçılara məxsus bağın aylıq kirayə haqqının 10000 (on min) ABŞ dolları olması inandırıcı görünmür. Çünki məlum faktdır ki, artıq uzun illərdir ayrı-ayrı fiziki şəxslərlə yanaşı sahibkarlıq subyektləri də ixtisaslaşmış şəkildə yay mövsümlərində Bakı şəhərində bağ evlərinin kirayəyə verilməsi sahəsində fəaliyyət göstərirlər və həmin sahibkarlar tərəfindən hətta 5***** bağ evlərinin aylıq kirayə haqqının məbləği mövsümün ən tələbatlı aylarında belə 5000-7000 manat təşkil edir. Rayon məhkəməsi iddia tələbinin həmin hissəsinə tənqidi yanaşmaqda düzgün nəticəyə gəlmişdir. Eləcə də, iddiaçının təqdim etdiyi kirayə müqaviləsi, akt və izahatın notariat qaydasında və sair formada qeydə alınmadığından, həmin sənədlərin iddiaçılara məxsus bağ sahəsində baş vermiş qəza hadisəsindən əvvəl və ya sonra tərtib olunması da müəyyən edilə bilmədiyindən, həmin sənədlərə istinadən iddianın əsaslığı qənaətinə gəlmək mümkün deyildir. Buna dair iddiaçıların başqa sübutları olmamışdır. Demək ki, iddiaçılar iddia tələbinin 85.000 manat məbləğində kirayə pulunun - əldən çıxmış faydanın tutulması hissəsinin əsaslılığına dair biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və şübhədənkənar sübutlar verə bilməmişlər.
45. Məhkəmə baş vermiş qəza nəticəsində zərər dəymiş məişət və texniki avadanlıqlarla bağlı isə qeyd edir ki, mülki iş materiallarında olan ##.##.2023-cü il tarixli aktda göstərilən avadanlıqların bir hissəsi sonradan həm iddiaçıların təqdim etdiyi müstəqil qiymətləndirmə sənədində, həm də ##.##.2025-ci il tarixli məhkəmə ekspertizasının rəyində öz əksini tapmışdır.
46. Bu baxımdan Məhkəmə mülki işdə olan ilkin sübutları və ekspert rəylərini qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, hadisə baş verən gün tərtib edilmiş ##.##.2023-cü il tarixli aktla ekspert rəyləri arasında uyğunluq təşkil edən, yəni hadisənin baş verdiyi tarixdən etibarən müvafiq sənədlərlə təsdiqlənmiş və zədələnməsi sübuta yetirilmiş avadanlıqlara dəymiş zərərin məbləğinin tutulması barədə rayon məhkəməsinin qənaəti də əsaslı olmuşdur.
47. Beləliklə də müəyyən olunur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
48. Cavabdehin apellyasiya şikayətinin dəlili cavabdehin təqsirli əməli ilə iddiaçılara dəymiş ziyan arasında səbəbli əlaqənin olmamasıdır.
49. Ilk növbədə qeyd etmək lazımdır ki, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatları nəticəsində qəzanın baş verməsinə səbəb olmuş əsas texniki problem bağ sahəsinin hasarının divarında quraşdırılmış metal qutunun içərisində yerləşən üçfazalı elektrik sayğacının çıxış “sıfır” xəttinin üzərində izolyasiya materialının əriməsi və naqilin qırılmasıdır. Həmçinin mülki iş materiallarında olan sübutlar baş vermiş qəzanın nəticəsində iddiaçıların əmlakına zərər dəydiyini və bu zərərin müəyyən məbləğdə maddi itkilərlə nəticələndiyini sübuta yetirir.
50. Məlumdur ki, tərəflər arasında daha əvvəl də məhkəmə mübahisəsi olmuşdur. Mülki iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən görünür ki, “xxxx” ASC-nin əməkdaşı tərəfindən sayğaclara baxış keçirilmiş və qanunsuz olaraq elektrik xəttinə qoşulma halının olmadığı müəyyən edilmişdir. Bir müddət sonra elektrik enerjisi təminatını dayandırıldığı üçün iddiaçı bununla bağlı yenidən “xxxx” ASC-yə müraciət etmişdir. Bundan sonra elektrik xətti aktivləşdirilmişdir, lakin elektrik xətti düzgün qoşulmadığından hazırda evdə bir çox məişət avadanlıqlarının işləməməsinə səbəb olmuşdur.
51. Rayon məhkəməsində icraat zamanı aparılan əlavə ekspertiza araşdırmaları göstərmişdir ki, “sıfır” xəttinin qırılması nəticəsində fazalar üzrə gərginlik balanssız paylanmış, bəzi fazalarda gərginlik yolverilməz həddə (380 V-a qədər) yüksəlmiş və bu da birbaşa şəkildə həmin fazalara qoşulmuş avadanlıqların sıradan çıxmasına səbəb olmuşdur. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğaca əvvəlki baxış zamanı naqillərin birləşmələri qüvvədə olan texniki normativlərə (məsələn, “X23 Qaydaları”) uyğun olaraq presləmə, qaynaq və ya sıxqac vasitəsi ilə aparılmalı olduğu halda, bu tələblər yerinə yetirilməmiş, naqillər sadəcə kəlbətinlə soyuq burma üsulu ilə birləşdirilmişdir.
52. Mülki iş üzrə araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi olan dövrdə iddiaçı iddiaçı2 bağ evinə cavabdeh tərəfindən elektrik enerjisi verilməsi dayandırıldığı üçün müvəqqəti təminat tədbirinin tətbiqi qaydasında (Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, **(***)-**/**** saylı qərardadı) elektrik enerjisinin bərpası barədə məhkəməyə müraciət etmiş və bundan sonra sayğac aktivləşdirilmişdir. Lakin işin hazırkı müəyyən edilən halları onu deməyə əsas verir ki, ekspertiza tədqiqatları zamanı sayğaca müdaxilə edilib-edilməməsi müəyyən edilməsə də, ilkin məhkəmə mübahisəsi zamanı cavabdehin əməkdaşları tərəfindən sayğaca müdaxilə edildikdən və enerji bərpa olunduqdan sonra texniki normalar pozulmaqla naqillər düzgün qoşulmamış və bunun nəticəsi olaraq istinad edilən qəza hadisəsi baş vermişdir.
53. Beləliklə də, iddiaçılara məxsus bağda ##.##.2023-cü il tarixdə baş verən hadisənin cavabdehin əməkdaşlarının səhlənkarlığı və təhlükəsizlik qaydalarına əməl etməməsi ilə birbaşa əlaqəli olması öz təsdiqini tapır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri də əsassızdır, cavabdeh tərəfindən şikayətin dəlillərini təsdiq edən hər hansı sübutlar Məhkəməyə təqdim edilməmişdir.
54. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
56. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
57. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 58.
59. Beləliklə də aparılmış araşdırmalarla müəyyən olunur ki, iddiaçıların və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, apellyasiya şikayətləri təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır.
60. MPM-in 385.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
61. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Nəticə:
62. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
64. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
65. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətləri təmin edilmədiyindən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir.
66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Iddiaçılar iddiaçı2, iddiaçı1 və cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.