Məhkəmə qərarları › İş №2(3-6)-1109/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1109/2026

14.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № 2(3-6)-1109/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh X5 (X6mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә) tәhqiqat, istintaq, mәhkәmә vә prokurorluq orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә vurulmuş maddi vә mәnәvi zәrәrin әvәzinin ödәnilmәsi tәlәbinә dair mülki iş üzrә (açar sözlәr: maddi vә mәnәvi zәrәrin әvәzinin ödәnilmәsi) Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr X4 (sәdrlik edәn vә mәruzәçi), X2 vә X3 ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi X7 katibliyi илә, iddiaçı İddiaçı cavabdeh X5 (X6mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә) tәhqiqat, istintaq, mәhkәmә vә prokurorluq orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә vurulmuş maddi vә mәnәvi әvәzinin ödәnilmәsi tәlәbinә dair mülki iş üzrә Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn cavabdeh Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq aşağıdakı qәtnamәni qәbul etdi. Işin halları

1. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli, *(***)-*/**** saylı hökmündәn görünür ki, İddiaçı Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә tәqsirliliyi sübuta yetirilmәmәsinә görә bәraәt verilmiş vә o, tәqsirsiz elan edilmişdir.Hökmdәn müәyyәn edilir ki, şәxs barәsindә ##.##.2022-ci il tarixdәn polisin nәzarәti altına vermә qәtimkan tәdbiri seçilmişdir. ## ###### 2023-cü il tarixli şübhәli şәxsin tutulması haqqında protokoldan görünür ki, İddiaçı Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin Istintaq vә Tәhqiqat Idarәsinin Tәhqiqat bölmәsinin tәhqiqatçısı, R X1 tәrәfindәn Azәrbaycan Respublikası CM-in 234.4.1 vә 234.4.3-cü maddәlәrindә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәkdә şübhәli şәxs qismindә ## ###### 2023-cü il tarixdә saat 03:30 dәqiqәdә tutulmuşdur.

2. ## ###### 2023-cü il tarixli şübhәli şәxsin tutulması haqqında protokoldan görünür ki, İddiaçı Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin Istintaq vә Tәhqiqat Idarәsinin Tәhqiqat bölmәsinin tәhqiqatçısı, R X1 tәrәfindәn Azәrbaycan Respublikası CM-in 234.4.1 vә 234.4.3cü maddәlәrindә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәkdә şübhәli şәxs qismindә ## ###### 2023-cü il tarixdә saat 03:30 dәqiqәdә tutulmuşdur.

3. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ## ###### 2023-cü il tarixli qәrarından görünür ki, tәqdimat vә vәsatәt tәmin edilmiş, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәrindә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәkdә tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmiş İddiaçı barәsindә ## ###### 2023-cü il tarixdәn hesablanmaqla 04 (dörd) ay hәddindә hәbs qәtimkan tәdbiri seçilmişdir.

4. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ## #### 2023-cü il tarixli qәrarından görünür ki, tәqdimat vә vәsatәt tәmin edilmiş, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmiş İddiaçı hәbsdә saxlanılma müddәti 03 ay, yәni ## ######## 2023-cü il tarixәdәk uzadılmışdır.

5. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ######## 2023-cü il tarixli qәrarından görünür ki, vәsatәt tәmin edilmiş, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә tәqsirlәndirilәn şәxs İddiaçı hәbsdә saxlanılma müddәti 01 ay - 08 ayadәk, yәni ## ####### 2023-cü il tarixәdәk uzadılmışdır.

6. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә ittiham olunan İddiaçı vә Qurbanov Allahverdi Mәhәrrәm oğlunun tәqsirliliyi sübuta yetirilmәdiyinә görә onlar bәraәt almış vә hәmin hökm qanuni qüvvәyә minmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, tәhqiqat istintaq vә prokurorluq orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә ona vurulmuş ziyanın әvәzi olaraq Azәrbaycan Respublikası Maliyyә Nazirliyindәn 200 000 (iki yüz min) manatın tutularaq iddiaçıya ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

8. Iddia onunla әsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tәrәfindәn tәrtib edilmiş ittiham aktından görünür ki, Qurbanov Allahverdi Mәhәrrәm oğlu qabaqcadan әlbir olan bir qrup şәxs halında satış mәqsәdi ilә qanunsuz olaraq külli miqdarda narkotik vasitә vә psixotrop maddә әldә etmiş, saxlamış vә daşımışdır. Ibtidai istintaq orqanının gәldiyi nәticәyә görә, Qurbanov Allahverdi Mәhәrrәm oğlu Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ## ####### 2020-ci il tarixli hökmü ilә Azәrbaycan Respublikası CM-in 234.1-cü maddәsi ilә tәqsirli bilinәrәk 07 ay 29 gün müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edildikdәn vә ## #### 2021-ci il tarixdә cәzasının sonu ilә azad edildikdәn sonra mәhkumluğu qanunla ödәnilmәdiyi vә götürülmәdiyi halda yenidәn qәsdәn satış mәqsәdi ilә qanunsuz olaraq külli miqdarda narkotik vasitә vә psixotrop maddә әldә etmә, saxlama, daşıma vә satma barәdә tanışı İddiaçı ilә razılıq әldә edib cinayәt әlaqәsinә girәrәk qabaqcadan әlbir olan bir qrup şәxs halında birlәşәrәk istintaqa mәlum olmayan mәnbәdәn namәlum vaxtda vә şәraitdә 61,939 qram çәkidә narkotik vasitә qurudulmuş marixuana, külli miqdarda 2,135 qram çәkidә narkotik vasitә heroin vә 4,721 qram çәkidә psixotrop maddә metamfetamini satış mәqsәdilә qanunsuz olaraq әldә etmiş, әvvәlcәdәn aralarında әldә olunmuş cinayәtkar razılaşmaya әsasәn qeyd edilәn narkotik vasitә vә psixotrop maddәlәrdәn Qurbanov Allahverdi Mәhәrrәm oğlu iki әdәd bükümdә 19,577 qram çәkidә narkotik vasitә qurudulmuş marixuana, bir әdәd bükümdә 1,782 qram çәkidә narkotik vasitә heroin, üç әdәd bükümdә 4,721 qram çәkidә psixotrop maddә metamfetamini ayırıb satış mәqsәdilә üzәrindә saxlamaqla ünvan 1 saylı ünvanın qarşısına, İddiaçı 3 әdәd bükümdә 42,362 qram çәkidә narkotik vasitә qurudulmuş marixuana, bir әdәd bükümdә 0,353 qram çәkidә narkotik vasitә heroini ayırıb satış mәqsәdilә üzәrindә saxlamaqla Bakı şәhәri, Yasamal rayonu, Bakı dairәvi yolu, "Jasmin park" yaşayış sahәsinin qarşısına qanunsuz daşımış, bu barәdә daxil olmuş mәlumat әsasında Daxili Işlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin әmәkdaşları tәrәfindәn ## ###### 2023-cü il tarixdә keçirilmiş әmәliyyat-axtarış tәdbiri nәticәsindә İddiaçı hәmin gün saat 02:50-dә Bakı şәhәri, Yasamal rayonu, Bakı dairәvi yolu, "Jasmin park" yaşayış sahәsinin yaxınlığında saxlanılaraq Baş Idarәyә gәtirilib ## ###### 2023-cü il tarixdә saat 03:37-dәn etibarәn keçirilәn şәxsi axtarış zamanı İddiaçı әynindә olan gödәkçәsinin sağ yan cibindәn 1 әdәd bükümdә ümumi tәmiz çәkisi 28,911 qram narkotik vasitә qurudulmuş marixuana, gödәkçәsinin sol yan cibindәn 1 әdәd bükümdә 0,353 qram çәkidә narkotik vasitә heroin vә bir әdәd bükümdә 0,868 qram çәkidә narkotik vasitә qurudulmuş marixuana, әynindә olan şalvarının sol arxa cibindәn bir әdәd bükümdә 12,583 qram çәkidә narkotik vasitә qurudulmuş marixuana aşkar edilәrәk götürülmüşdür. Əmәliyyat-axtarış tәdbirinin davamı olaraq Qurbanov Allahverdi Mәhәrrәm oğlu ## ###### 2023-cü il tarixdә saat 04:33-dә ünvan 2 saylı ünvanın qarşısında Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә Idarәsinin әmәkdaşları tәrәfindәn saxlanılaraq Baş Idarәyә gәtirilib ## ###### 2023-cü il tarixdә 05:20- dәn etibarәn keçirilәn şәxsi axtarış zamanı Allahverdi Qurbanovun әynindә olan gödәkçәnin sol yan cibindәn 2 әdәd bükümdә ayrıayrılıqda çәkilәri 18,964 qram vә 0,613 qram, ümumi tәmiz çәkisi 19,577 qram çәkidә narkotik vasitә qurudulmuş marixuana, bir әdәd bükümdә 1,782 qram çәkidә narkotik vasitә heroin, üç әdәd bükümdә ayrı-ayrılıqda çәkilәri 3,785 qram, 0,545 qram, 0,391 qram, ümumi tәmiz çәkisi 4,721 qram psixotrop maddә metamfetamin vә gödәkçәnin sağ yan cibindәn üzәrindә psixotrop maddә metamfetamin izlәri İ olan bir әdәd elektron tәrәzi aşkar edilәrәk götürülmüşdür. Ibtidai istintaq orqanı tәrәfindәn tәrtib edilmiş ittiham aktından hәmçinin görünür ki, İddiaçı qabaqcadan әlbir olan bir qrup şәxs halında satış mәqsәdi ilә qanunsuz olaraq külli miqdarda narkotik vasitә vә psixotrop maddә әldә etmiş, saxlamış vә daşımışdır. Mәhkәmәdә tәqsirlәndirilәn şәxs qismindә dindirilmiş İddiaçı ona Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә elan edilmiş ittiham üzrә özünü tәqsirli bilmәdi vә ifadәsindә göstәrdi ki, onun bu işә heç bir aidiyyәti olmamışdır. Onu Sumqayıtda başqa iş ilә bağlı tutmuşlar, o da hәmin işi hәll etmişdir. Bәzi adamlar ona xәbәr göndәrmişdir ki, bu işdәn әl çәksin, hәtta o izlәnildiyini dә hiss etmişdir. O, Allahverdini tanıyır. Allahverdi onunla eyni cәzaçәkmә müәssisәsindә olmuşdur. Bir dәfә Allahverdi maşın almaq mәqsәdilә ona zәng edib "maşın verә bilirsәnsә, mәnә deyәrsәn" demiş, o da Allahverdiyә "gәl, mәn sәnә maşınımı verim, öz maşınımı dәyişәcәyәm" deyә bildirmişdir. Ilk öncә Allahverdi qiymәtlәrә narazıçılıq etmiş, amma sonra öz aralarında mәsәlәni hәll edә bilmişlәr. Sonra Allahverdi ona maşını sürüb yoxlamağı tәklif etmiş, onlar Sumqayıt yoluna getmiş, o da sürüb göstәrmiş, aralarında qiymәti danışmış, sonra o, Allahverdini öz evlәrindә düşürtmüşdür. Qayıdanda Allahverdi zәng edib evin açarının maşında qaldığını demiş, o da baxıb açarın doğrudan da maşında olduğunu görmüş vә Allahverdiyә gözlәmәsini demәklә yenidәn mәhәllәyә getmiş vә pәncәrәdәn açarı Allahverdiyә vermişdir. Qayıdanda yolda onu yol polisi saxlamış, o da pәncәrәni aşağı saldıqda yol polisi әmәkdaşı ona "indi deyәcәksәn ki, taksi sürücüsüyәm, niyә belә bәrk sürürsәn?" deyә bildirmiş, o da bәrk sürmәdiyini demişdir. Sonra әmәkdaş ondan şirinlik istәyәrәk "sәnәdi dә gәtir" demiş, o gedib sәnәdi gәtirmiş, maşından düşәndә "Lexus" markalı maşın, Allahverdigildәn gәlәndә yolda gördüyü maşın onu saxlayaraq Allahverdigilin hәyәtinә aparmış, orada onu vurmağa nalayiq sözlәr demәyә başlamışdır. Bir müddәt keçmişdir ki, Allahverdini dә gәtirmişlәr. Allahverdinin döyüldüyü üçün sәsi çıxmamışdır. Polis әmәkdaşları sonra onları Allahverdigilә apararaq evi axtarmağa başlamışlar. Allahverdigildәn çıxıb onun maşınına oturaraq "sür, sizә gedirik" demişlәr. O da "mәnim evimdә heç nә tapa bilmәzsiniz" deyә bildirmişdir. Onun evinә yollanmışlar, o da anasına gәlәnlәrin iş yoldaşları olduqlarını, geyimlәrini götürüb gedәcәklәrini demişdir. Polis әmәkdaşları onun evini axtarsa da, heç nә tapa bilmәmişlәr. Sonra o, polis idarәsinә aparılmış, orada da 2 gün döyülmüşdür. Allahverdidәn bunun nә olduğunu soruşmuş, elә bilmişdir ki, bu, Allahverdinin işidir. Allahverdi dә özünün heç nәdәn xәbәri olmadığını bildirmişdir. Sonra әmәkdaşlar onlara “gәlin sizi yüklәyәk, biriniz götürün, gedin" tәklifini vermişlәr. Sәhәr saat 9da bir nәfәr içәri girәrәk onu döyüb çox pis hala salmışdır. Ona deyilmişdir ki, "sәnә 30 qram narkotik maddә qoyacağıq". O, "niyә belә edirsiniz, mәnim günahım nәdir?" deyә soruşmuşdur. Polis әmәkdaşları isә heç bir cavab vermәmişlәr. Onun üzәrindәn heç bir qanunsuz vasitә çıxmamışdır. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)- ****/**** nömrәli qәrarından görünür ki, İddiaçı vә Qurbanov Allahverdi Mәhәrrәm oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә tәqsirlәndirilmәlәrinә dair cinayәt işi üzrә mәhkәmәyәdәk icraat zamanı kobud pozuntulara yol verildiyindәn cinayәt işinin baxılmasına xitam verilmiş vә cinayәt işi ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılmış, İddiaçı vә Qurbanov Allahverdi Mәhәrrәm oğlunun hәbsdә saxlama müddәti 2 (iki) ay uzadılmışdır. Tәqsirlәndirilәn şәxs yenidәn ittiham elan edilmәsi haqqında ##.##.2023-cü il tarixli qәrardan görünür ki, İddiaçı Azәrbaycan Respublikası CM-in 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә yenidәn tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmiş vә ona hәmin maddәlәrlә yenidәn ittiham elan olunmuşdur. Tәqsirlәndirilәn şәxs yenidәn ittiham elan edilmәsi haqqında ##.##.2023-cü il tarixli qәrardan görünür ki, Qurbanov Allahverdi Mәhәrrәm oğlu Azәrbaycan Respublikası CMin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә yenidәn tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmiş vә ona hәmin maddәlәrlә yenidәn ittiham elan olunmuşdur. Mәhkәmә kollegiyası, cinayәt tәqibi ilә bağlı mühüm әhәmiyyәtә malik olan halların araşdırılmasına, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin tәlәblәrinә uyğun olaraq tәqsirlәndirilәn şәxslәrin vә şahidlәrin ifadәlәrinin, ekspertiza rәylәrinin, istintaq hәrәkәtlәrinin protokollarının vә digәr sübutların vә onların mәcmusunun tam, hәrtәrәfli vә obyektiv baxılmasına әsaslanmaqla, hәr bir sübutun mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә qiymәtlәndirmәklә hesab edir ki, tәqsirlәndirilәn şәxslәr İddiaçı vә Qurbanov Allahverdi Mәhәrrәm oğlu tәrәfindәn Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә nәzәrdә cinayәtin törәdilmәsi ilә bağlı istintaq orqanının gәldiyi nәticә әsassızdır, onların hәmin cinayәtin törәdilmәsindә tәqsirliliyi sübuta yetirilmәmişdir. Bu sәbәbdәn dә mәhkәmә İddiaçı barәsindә bәraәt hökmü çıxarmışdır. Iddiaçı yuxarıda göstәrilәn dövlәt orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә maddi vә mәnәvi ziyan çәkmiş, şәrәf lәyaqәti alçaldılmışdır. Iddiaçıya qarşı uzun müddәt işgәncәlәr verilmiş, insan lәyaqәtini alçaldan rәftara yol verilmişdir. Iddiaçıya ağır ittiham narkotik satma ittihamı irәli sürülmüşdür. Heç bir әsas olmadan ona qarşı bu cür qondarma, yalançı, ittihamın verilmәsi barәsindә hökmlәrin çıxması iddiaçıya bir insan kimi çox dәhşәtli şәkildә pis tәsir etmiş, mәnәvi cәhәtdәn çökdürmüş, hәyata yaşamağa hәvәsini öldürmüşdür. Belә bir ittihamla yaşamamaq üçün dәfәlәrlә özünü öldürmә hәddinә çatmış, yaşamaq istәmәmiş, intihar etmәk istiәmişdir. Hәlә dә psixologiyası düzәlmәmiş, reablitasiya olunmamışdır. Hәbsdәn sonra uzun müddәtli depresiyalar yaşamışadır. Hesab edir ki, göstәrilәn dövlәt orqanları iddiaçıya vurduqları zәrәrә görә kompensasiya ödәmәlidirlәr. Iddia әrizәsindә iddiaçı barәsindә cinayәt işi istintaq edilәrkәn әmәliyyat, istintaq vә prokurorluq orqanlarının yol verdiyi ciddi qanun pozuntularını әtraflı şәrh etmәyi zәruri hesab edir. Belә ki, törәdilmiş qanunsuzluqların xarakteri vә hәyata keçirmә tәrzi vәzifәdәn açıq-aşkar sui-istifadә edildiyini göstәrir, bu isә hüquq mühafizә orqanlarının maddi vә mәnәvi mәsuliyyәtinin dәrәcәsinә vә ölçüsünә birbaşa tәsir edir. Iddiaçı qeyd olunan dövr әrzindә istintaq tәcridxanasında ağır şәraitdә saxlanılmış, uzun müddәt fiziki işgәncәlәrә mәruz qalmışdır, kameralarda sıxlıq olduğundan xüsusilә yay aylarında yatmaq, istirahәt etmәk vә başqa zәruri tәlәbatları tәmin etmәk imkanı son dәrәcә mәhdudlaşmışdır. Kamerada dәfәlәrlә halı pislәşmiş, müntәzәm dәrman preparatlarını әldә etmәk vә qәbul etmәk mümkün olmamışdır. Himayәsindә olan xәstә yaşlı anası açıq ürәk әmәliyyatı olmuş, iddiaçıya görә mәnәvi әzab çәkmiş, mәhrumiyyәtlәrlә üz-üzә qalmışdır. Azadlıq hüququnun mәhdudlaşdırılması himayәsindә olan uşaqlarına qayğı vә diqqәt göstәrmәk imkanından mәhrum edilmişdir. Ailәdә yeganә işlәmәk qabiliyyәti olan vә qazanc gәtirәn şәxs olduğundan, hәbsindәn sonra ailәsi ağır vәziyyәtә düşmüş vә ehtiyac içindә yaşamağa düçar olmuşlar. Iddiaçının qanunsuz hәbsindәn dәrin sarsıntılar keçirәn ailә üzvlәri dәrin sarsıntı keçirmiş, cәmiyyәtdә utanc hisslәri keçirmişlәr, narkotik satan kimi ağır bir maddә ilә mәhkum olunmuş insanın ailәsinin özünün vә yaxın qohumlarının keçirdiklәri hiss hәyәcan vә dәrin sarsıntıların hesab edir ki, әvәzini heç nә verә bilmәz. Hüquq mühafizә orqanlarının vә mәhkәmәlәrin qeyd olunan qanunsuz hәrәkәtlәri vә sui-istifadәsi iddiaçıya vә ailәsinә ağır mәnәvi ziyan vurmuşdur. Hәbsdәn әvvәl daimi iş yeri olmuş, tәhqiqat, istintaq, mәhkәmә vә prokurorluq orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә daimi işini itirmişdir, hesab edir ki, hәbsdә qaldığı müddәt әrzindә әmәk haqqı da hesablanaraq ödәnilmәlidir.

9. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsinә әsasәn iddia qismәn tәmin edilәrәk, iddiaçı İddiaçı vurulmuş mәnәvi zәrәrә görә 29000 (iyirmi doqquz min) manat pul vәsaitinin cavabdeh Azәrbaycan Respublikası Maliyyә Nazirliyi vasitәsi ilә Dövlәt büdcәsi vәsaiti hesabına ödәnilmәsi vә iddia tәlәbinin qalan hissәdә rәdd olunması qәt edilmişdir.

10. Qәtnamә onunla әsaslandırılmışdır ki, işin faktiki hallarına әsasәn, iddiaçı İddiaçı qanunsuz vә әsassız yerә kifayәt qәdәr uzun müddәt әrzindә törәtmәdiyi cinayәt әmәli ilә bağlı istintaqa cәlb edilmәsi, barәsindә hәbs qәtimkan tәdbiri seçilmәklә uzun müddәt әrzindә azadlığının әlindәn alınması işin mübahisәsiz halıdır. Tәqdim olunmuş sübutların mәcmusundan göründüyü kimi, iddiaçı İddiaçı iddia әrizәsindә qeyd etdiyi xüsusatlar doğrudur vә ona yuxarıda qeyd edilәn hallarla bağlı mәnәvi ziyanın vurulması aşkardır. Mәhkәmә iddiaçının qanunsuz vә әsassız yerә istintaqa cәlb edilmәsi, hәbsdә saxlanılması nәticәsindә mәnәvi iztirab çәkmәsi ilә bağlı dәlillәrinә hüquqi qiymәt verәrәk, belә nәticәyә gәlmişdir ki, iddia qismәn tәmin edilmәli vә iddiaçının xeyrinә ona vurulmuş mәnәvi ziyana görә әdalәtli hәddә pul vәsaiti tutulmalıdır. Belә ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli *(***)-*/**** saylı hökmündәn görünür ki, İddiaçı barәsindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә cinayәt işinin ibtidai istintaqı aparılarkәn, sonuncu, ##.##.2022-ci il tarixdә şübhәli şәxs qismindә tutulmuş, ##.##.2022-ci il tarixdә barәsindә “polisin nәzarәti altına vermә” qәtimkan tәdbiri seçilmişdir. Iş üzrә icraat dövründә şәxsin barәsindә olan digәr cinayәt işi üzrә o, ##.##.2023-cü il tarixdә tutulmaqla barәsindә hәbs qәtimkan tәdbiri seçilmişdir. Iş üzrә bәraәt hökmü isә ##.##.2024-cü il tarixdә qәbul edilmişdir. Belәliklә, hazırki cinayәt işi üzrә şәxs ##.##.2022-ci il tarixdәn ##.##.2023-cü il tarixәdәk polisin nәzarәti altında olmuşdur. Hәmin qәtimkan tәdbirinin tәtbiq olunduğu müddәtin 02 ay 07 gün olmasını nәzәrә alaraq, mәhkәmә bu dövr üçün iddiaçının xeyrinә 500 manat mәblәğindә mәnәvi zәrәrin әvәzinin tutulmasını qanuni vә әdalәtli hesab etmişdir. Bundan әlavә, İddiaçı Azәrbaycan Respublikası CM-in 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә tәqsirlәndirilmәsinә dair cinayәt işinin gedişatında onun barәsindә әvvәli ## ###### 2023-cü il tarixdәn hesablanmaqla hәbs qәtimkan tәdbiri seçilmiş, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.4.1 vә 234.4.3-cü maddәlәri ilә ittiham olunan İddiaçı tәqsirliliyi sübuta yetirilmәdiyinә görә ona bәraәt verilmişdir. Tәqsirlәndirilәn şәxs olaraq iddiaçı İddiaçı 02 il 04 ay 14 gün müddәtindә hәbsdә qalmasını nәzәrә alaraq mәhkәmә bu dövr üçün iddiaçının xeyrinә 28.500 manat mәblәğindә mәnәvi zәrәrin әvәzinin tutulmasını qanuni vә әdalәtli hesab etmişdir. Mәhkәmә iddiaçıya ödәnilmәli mәnәvi ziyanın hәcmini ümumilikdә 29000 manat müәyyәn edәrkәn, bütün diqqәtәlayiq mәqamları nәzәrә almışdır. Iddia әrizәsinin mәzmunundan vә tәqdim edilmiş sәnәdlәrdәn aşkar şәkildә görünür ki, iddiaçı әsassız yerә törәtmәdiyi әmәldә tәqsirlәndirilәrәk, hәbs olunmuş, rahatlığı әlindәn alınmış, uzun müddәt mәnәvi iztirab çәkmiş, tәqsiri olmadan çәtin dönәmdәn keçmişdir. Mәhkәmә iddia tәlәbinin maddi zәrәrin ödәnilmәsi hissәsi ilә bağlı bildirmişdir ki, iddiaçı tәrәfindәn ona dәymiş maddi ziyana dair heç bir sübut tәqdim edilmәdiyindәn iddia tәlәbi bu hissәdә rәdd edilmәlidir. Belә ki, iddiaçı hәbsdәn әvvәl daimi iş yeri olduğunu, tәhqiqat, istintaq, mәhkәmә vә prokurorluq orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә daimi işini itirdiyini qeyd etsә dә, iddia tәlәbinin bu hissәsi işin hәr hansı halı ilә öz tәsdiqini tapmır.

11. Mәhkәmә öz mövqeyini Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1101.1, “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 57.1, 58.1, 58.2, “Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi haqqında” Azәrbaycan Respublikası Qanununa, “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 21 vә 23-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin ## ### 2002-ci il tarixli Qәrarına, “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 23-cü maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ##### 2020-ci il tarixli Qәrarına, Avropa Mәhkәmәsinin “Ədalәtli kompensasiya tәlәblәri barәdә Praktiki Qaydaları”na istinadla әsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayәtinin dәlillәri

12. Cavabdeh Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi hәmin qәtnamәdәn apellyasiya şikayәti verәrәk, lәğv edilmәsi vә iddianın rәdd olunması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayәtinin dәlillәrinә görә, iddiaçıya münasibәtdә Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi heç bir delikt törәtmәdiyi vә iddiaçıya Nazirlik tәrәfindәn heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tәlәbini cavabdeh qismindә Maliyyә Nazirliyinә yönәltmәsinin heç bir hüquqi әsası yoxdur. Iddiaçının tәlәbi onunbarәsindә müvafiq hәrәkәtlәrә yol verәn orqana yönәlmәli vә iddia tәlәbinә hәmin orqana münasibәtdә baxılmalıdır. Maliyyә Nazirliyi heç bir delikt törәtmәdiyi halda son nәticәdә yanlış olaraq Nazirlik iş üzrә delikt törәtmiş şәxs kimi dәyәrlәndirilmişdir. Işә baxan mәhkәmә dә bu mәsәlә ilә bağlı konkret qanunverciliyә söykәnmәmişdir. Mövcud qanunvericilikdә zәrәr vurulmuş şәxsә dövlәtin adından ziyanın ödәnilmәsi öhdәliyi heç bir halda Maliyyә Nazirliyinә aid edilmәmişdir. Analoji mәhkәmә tәcrübәsindәn göründüyü kimi (mәsәlәn: yerli icra hakimiyyәti orqanlarının hәrәkәt vә hәrәkәtsizliyi ilә bağlı iddia tәlәblәri üzrә mәhkәmә işlәrindә vә s.) ziyanı vuran qurum delikt törәdәn şәxs kimi müәyyәn edilmәklә, ziyanın әvәzinin ödәnilmәsi öhdәliyi hәmin qurumun üzәrindә qalır. Qanunsuz hәyata keçirilmiş tәhqiqat, habelә istintaq fәaliyyәti ilә bağlı zәrәrçәkmiş şәxslәrә vurulmuş ziyanın hansı qurum vә ya hansı şәxs tәrәfindәn ödәnilmәli olmasımәsәlәsi hazırda mәhkәmәlәr tәrәfindәn araşdırılmır vә köhnә (vaxtı keçmiş) mәhkәmә praktikasının tәsiri altında bu mәsәlә hәr dәfә Maliyyә Nazirliyinә yönәlir. Halbuki, әdalәt mühakimәsi müstәqil surәtdә vә azad şәkildә qәrar qәbul etmәyә bocludur. Tam şәkildә aydındır ki, iddiaçıya ziyan vuran tәrәf müvafiq hüquq-mühafizә orqanıdır. Lakin mәhkәmә praktikasında bu mәsәlә hәr dәfә Nazirlik tәrәfindәn qaldırılsa da mәhkәmәlәr tәrәfindәn nәdәnsә buna әhәmiyyәt verilmir vә belә olanda iddiaçıya ziyan vurmuş hәqiqi şәxslәr mәsuliyyәtdәn kәnarda qalır. Qәbul edilmiş mәhkәmә qәrarlarında hәqiqi ziyanı vurmuş şәxslәrin kimliyi barәdә izah belә verilmir. Bu mәsәlәdә ziyan vuran şәxsin “dövlәt” vә ya “Azәrbaycan Respublikası” mәfhumu ilә eynilәşdirilmәsi isә kökündәn sәhv yanaşmadır. Hәqiqi ziyan vurmuş qurumun vә şәxslәrin mәsuliyyәtdәn kәnarda qalması yolverilmәz hesab olunmalıdır. Eyni zamanda Azәrbaycan Respublikası hüquq münasibәtlәrindә orqanları (qurumları) vasitәsilә tәmsil olunur. Bu mәnada yalnız Maliyyә Nazirliyi dövlәti tәmsil etmir. Hәr bir dövlәt orqanı (qurumu) müvafiq sәlahiyyәtlәr çәrçivәsindә fәaliyyәt göstәrir vә dövlәt adından çıxış edir. Buna görә dә dövlәtin cavabdehlik daşıması onu ayrı-ayrı sahәlәrdә tәmsil edәn vә müvafiq qәrarlar qәbul edәn orqanların öz hәrәkәtlәrinә görә mәsuliyyәt daşıması kimi qәbul edilmәlidir. Mәhkәmә Maliyyә Nazirliyini cavabdeh qismindә tanımaqla qanunvericiliyin tәlәblәrini pozmuşdur. Burada iddia tәlәbi hüquq pozuntusu törәtmiş orqan vә onun vәzifәli şәxsinә qarşı yönәlmәli vә iddiaya hәmin tәrәflәrә münasibәtdә baxılmalıdır. “Büdcә sistemi haqqında” Azәrbaycan Respublikası Qanununa uyğun olaraq hәr ilin dövlәt büdcәsi üzrә Azәrbaycan Respublikasının Milli Mәclisi tәrәfindәn Qanunla müәyyәn edilmiş ayırmalar ciddi şәkildә öz tәyinatına uyğun olaraq maliyyәlәşdirilir vә onların icra müddәti büdcә ilinin sonunda başa çatır. Maliyyә Nazirliyi hәr il üçün Qanunla tәsdiq edilmiş dövlәt büdcәsinin xәrc maddәlәri üzrә büdcә daxilolmalarının vәziyyәtindәn asılı olaraq bütün büdcә tәşkilatlarını onların sifarişlәri әsasında tәrtib olunmuş smetalarına uyğun olaraq mütәmadi maliyyәlәşdirir. Maliyyә Nazirliyinin kredit sәrәncamçıları(hüquq-mühafizә orqanları vә s.) әvәzinә vәsaiti hәr hansı bir tәyinata yönәltmәk sәlahiyyәti yoxdur. Xәrc maddәlәri isә qanunla tәsdiq olunduğundan vә Maliyyә Nazirliyinin onu dәyişdirmәk hüququ olmadığından mәhkәmә qәrarının icrasının aidiyyәti büdcә tәşkilatına deyil, birbaşa vә maliyyә mәnbәyi göstәrilmәdәn mücәrrәd şәkildә dövlәt büdcәsinә yönәldilmәsi tamamilә yanlışdır. Başqa sözlә, büdcә tәşkilatı Nazirliyin müvafiq xәzinәdarlıq qurumuna sifariş vermәk öhdәliyindәn kәnarda qaldığından xәzinәdarlığın әsas prinsiplәri pozulmuş vә vәsaitin hansı xәrclәrdәn ödәnilmәli olması mәsәlәsi isә mübahisә doğurmaqdadır. Mәhkәmә iddiaçı tәrәfindәn tәlәb olunan kompensasiya mәblәğinin әsasını araşdırmadan vә mötәbәr sübutlara istinad etmәdәn yalnız iddiaçının mülahizәlәrinә әsaslanaraq onun hüquq mühafizә orqanları tәrәfindәn qanunsuz olaraq cinayәt tәqibinә mәruz qalması ilә әlaqәdar ona vurulmuş mәnәvi zәrәrә görә 29.000 manat mәblәğindә vәsaitin iddiaçıya ödәnilmәsi qәnaәtinә gәlmişdir. Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin 2018-ci il ## #### tarixli “Bogdanov vә Vasilevski Rusiyaya qarşı” Qәrarında әrizәçinin 472 gün qanunsuz olaraq hәbsdә saxlanılması ilә әlaqәdar ona dәymiş mәnәvi zәrәrә görә 5000 avro (1 gün üçün tәxminәn 10 avro) mәblәğindә pulun kompensasiya qismindә әrizәçiyә ödәnilmәsi nәzәrdә tutulmuşdur. Avropa Mәhkәmәsinin qәrarında vurğulanmışdır ki, mәnәvi zәrәrin dәqiq mәblәği ni n qiymәtlәndirilmәsindә yerli sәviyyәdә verilәn pul kompensasiyasının sözügedәn ölkәnin sosial faktorlarının, habelә әrizәçinin hәbsdә saxlanma müddәti kimi işin faktiki elementlәrinin nәzәrә alınması ilә qiymәtlәndirilmәlidir. Bu baxımından tәrәfimizdәn mübahisәlәndirilәn qәtnamәdә müәyyәn edilmiş kompensasiya mәblәği şişirdilmiş vә absurd olmaqla yanaşı, beynәlxalq mәhkәmәlәrin analoji işlәr üzrә qәbul etdiyi qәrarlarla ziddiyәt tәşkil edir. Qeyd olunanları nәzәrә alaraq bildiririk ki, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş kompensasiya Avropa mәhkәmәsinin mövqeyinә әsasәn formalaşmış mәhkәmә tәcrübәsinә uyğun olmamaqla yanaşı, mәntiqi baxımdan da әsaslı deyildir. Iddia әrizәsindә iddiaçının hüquqmühafizә orqanlarının hәrәkәtini qanunsuz hesab etmәsi, bununla bağlı iddia tәlәbini Maliyyә Nazirliyinә yönәltmәsi vә Nazirliyin Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsi tәrәfindәn cavabdeh qismindә tanınması әsassız olduğundan, mәhkәmә tәrәfindәn iddia baxılmamış saxlanılmalı vә ya iş üzrә icraata xitam verilmәli idi. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun “Mәhkәmә qәtnamәsi haqqında” ## ###### 2005-ci il tarixli ** saylı Qәrarının 2.4cü bәndinә әsasәn qәtnamә o vaxt әsaslı hesab olunur ki, onda baxılan iş üçün әhәmiyyәtli olan, qanunun tәlәblәrinә uyğun olaraq işә aid edilәn vә mötәbәr sübutlarla tәsdiq olunan faktlar әks etdirilmiş olsun, mәhkәmәnin iş üzrә müәyyәn edilәn faktlardan irәli gәlәn qәti nәticәsi onda şәrh edilsin, habelә qәtnamәdә göstәrilәn hallar işin materiallarına uyğun olsun. Lakin mәhkәmәnin çıxardığı qәtnamә sözügedәn qәrarda sadalanan tәlәblәrә cavab vermir. Azәrbaycan RespublikasıCinayәt-Prosessual Mәcәllәsinin 58.2-ci maddәsinә әsasәn mәnәvi ziyan Azәrbaycan Respublikasının qanunvericiliyi ilә digәr hal nәzәrdә tutulmayıbsa, mәhkәmә tәrәfindәn әdalәtli hesab olunmuş mәblәğdә ödәnilir. Mәhkәmә qәtnamәsindә isә şәxsin barәsindә qanunsuz olaraq cinayәt tәqibinin aparılması vә mәhkum olunmasına görә hәm mәnәvi ziyanın әvәzinin ödәnilmәsi, hәm dә әlavә olaraq kompensasiya verilmәsi qәt edilmişdir. Mülki Prosessual Mәcәllәnin 385-ci maddәsinә әsasәn maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi, mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş, iş üçün әhәmiyyәti olan halların sübut edilmәmәsi, birinci instansiya mәhkәmәsinin qәtnamәdә göstәrilmiş nәticәlәrinin işin hallarına uyğun gәlmәmәsi mәhkәmә qәtnamәsinin apellyasiya qaydasında lәğv edilmәsi üçün әsasdır. Mülki Prosessual Mәcәllәnin 386-cı maddәsinә әsasәn maddi hüquq normaları o halda pozulmuş vә ya düzgün tәtbiq olunmamış hesab edilir ki, birinci instansiya mәhkәmәsi hüququn tәtbiq edilmәsindә sәhv buraxsın, tәtbiq edilmәli olan qanunu vә ya digәr normativ hüquqi aktı tәtbiq etmәsin, yaxud qanunu sәhv tәfsir etsin. Hәmçinin, qeyd edilir ki, Ali Mәhkәmә tәrәfindәn bütün mәhkәmәlәrә tövsiyyә xarakterli mәktub yazılaraq izah edilmişdir ki, dövlәt büdcәsi hesabına ödәnilәn pul tәlәblәri, o cümlәdәn tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz cinayәt mәsuliyyәtinә cәlb etmә, qәtimkan tәdbiri kimi hәbsә alma vә ya qanunsuz mәhkum etmә nәticәsindә fiziki vә hüquqi şәxslәrә vurulmuş zәrәrin ödәnilmәsi barәdә iddialar üzrә işlәrә baxarkәn xüsusilә diqqәtli olsunlar, ödәmә tәlәbinin әsaslarını әtraflı araşdırsınlar, ödәmәlәr üzrә hesablamalar apardıqda mütәxәssis rәyi alsınlar. Yuxarıda sadalananlardan görünür ki, mәhkәmә işә mahiyәti üzrә baxarkәn mәsәlәni tam, obyektiv vә hәrtәrәfli araşdırmamış, kifayәt qәdәr әsaslar olmadan iddiaçının xeyrinә qәtnamә çıxarmışdır. Mәhkәmә tәrәfindәn yalnız mülahizәlәrә әsaslanmaqla, heç bir sübut olmadığı halda vә qanunsuz olaraq iddia tәlәbi üzrә öhdәlik Maliyyә Nazirliyinin üzәrinә qoyulmuşdur. Mәhkәmә qәrarının nәticә hissәsi Mülki Mәcәllә, Mülki Prosessual Mәcәllәsi, “Büdcә sistemi haqqında” Qanun vә digәr qanunvericilik aktları ilә ziddiyyәt tәşkil etmәkdәdir. Hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәtnamәsi maddi vә prosessual hüquq normalarının pozulması ilә qәbul edildiyindәn lәğv olunmalıdır.

b) Apellyasiya şikayәtinә qarşı etirazın dәlillәri

14. Apellyasiya şikayәtinә qarşı etiraz tәqdim edilmәmişdir.

c) Mәhkәmә icraatı iştirakçılarının izahatları

15. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq, tәrәflәr (onların nümayәndәlәri) mәhkәmә iclasına gәlmәdiklәri üçün Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 376.2-ci maddәsinә әsasәn işә onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

16. Azәrbaycan Respublikasının Konstitusiyası: Maddә 68. II hissә. Hәr kәsin dövlәt orqanlarının, yaxud onların vәzifәli şәxslәrinin qanuna zidd hәrәkәtlәri vә ya hәrәkәtsizliyi nәticәsindә vurulmuş zәrәrin dövlәt tәrәfindәn ödәnilmәsi hüququ vardır.

17. ## ###### 1998-ci il tarixli “Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi haqqında” Azәrbaycan Respublikasının Qanunu: Maddә 1. Bu Qanunun vә Azәrbaycan Respublikasının digәr qanunvericilik aktlarının müddәalarına әsasәn Azәrbaycan Respublikasının әrazisindә Azәrbaycan Respublikasının tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının sәhvi vә ya sui-istifadәsi nәticәsindә: 1) barәsindә mәhkәmәnin bәraәt hökmü çıxarılan şәxsin cinayәt tәqibinә mәruz qalması; 2) barәsindәki cinayәt tәqibinә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 vә 39.2-ci maddәlәrindә nәzәrdә tutulmuş әsaslarla xitam verilәn şәxsin cinayәt tәqibinә mәruz qalması; 3) Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.3, 39.1.4, 39.1.10 vә 39.1.11-ci maddәlәrindә nәzәrdә tutulmuş әsaslarla barәsindә cinayәt tәqibinә xitam verilmәli olan şәxsin barәsindә cinayәt tәqibinә vaxtında xitam verilmәmәsi vә cinayәt tәqibinin davam etdirilmәsi; 4) Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.12-ci maddәsindә nәzәrdә tutulmuş әsaslarla barәsindә cinayәt tәqibinә xitam verilmәli olan şәxsdәn buna razılıq alınmasına baxmayaraq, hәmin şәxs barәsindә cinayәt tәqibinin davam etdirilmәsi; 5) şәxsin qanunsuz hәbs olunması vә ya tibbi, yaxud tәrbiyә müәssisәsinә mәcburi yerlәşdirilmәsi, habelә qanuni әsas olmadan müәyyәn edilmiş müddәtdәn artıq hәbsdә saxlanılması; 6) cinayәt tәqibi üzrә icraat zamanı şәxsin qanunsuz olaraq Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 176-cı vә 177-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda prosessual mәcburiyyәt tәdbirlәrinә mәruz qalması; 7) şәxsin barәsindә әmәliyyat-axtarış tәdbirlәrinin hәyata keçirilmәsi; 8) şәxsin barәsindә ictimai işlәr, inzibati hәbs vә ya cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәsi nәticәsindә hәmin şәxsә vurulmuş ziyan ödәnilmәlidir. Bu maddәnin birinci hissәsindә nәzәrdә tutulmuş hallarda vurulmuş ziyan tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının vәzifәli şәxslәrinin tәqsirindәn asılı olmayaraq tam hәcmdә ödәnilir. Maddә 4. Vurulmuş ziyanın bu Qanunla müәyyәn edilmiş hallarda, miqdarda vә qaydada ödәnilmәsi hüququ: 1) bәraәtverici hökm çıxarıldıqda; 2) cinayәt tәqibinә xitam verilmәsi haqqında qәrar çıxarıldıqda; 3) inzibati xәta haqqında işә xitam verildikdә yaranır. Bu Qanunun 1-ci maddәsindә göstәrilmiş әmәliyyat-axtarış tәdbirlәrinin cinayәt işi başlamazdan әvvәl keçirilmәsi nәticәsindә vurulmuş ziyanın ödәnilmәsi hüququ belә tәdbirlәr keçirildikdәn dәrhal sonra yaranır. Maddә 5. Bu Qanunun 1-ci maddәsindә nәzәrdә tutulmuş hallarda hәr bir şәxsә: 1) mәhrum olduğu әmәk haqqı, pensiya, müavinәt vә başqa gәlirlәr; 2) müsadirә edilmәsi, dövlәt nәfinә keçirilmәsi, istintaq orqanları Tәrәfindәn götürülmәsi, üzәrinә hәbs qoyulması ilә vurulmuş әmlak ziyanı; 3) ödәnilmiş mәhkәmә xәrclәri, habelә hökmün icrası zamanı ödәnilmiş vә ya tutulmuş cәrimә; 4) hüquqi yardımın göstәrilmәsi ilә әlaqәdar ödәnilmiş mәblәğlәr; 5) vurulmuş fiziki vә mәnәvi ziyan ödәnilmәlidir. Maddә 6. Bu Qanunun 5-ci maddәsindә nәzәrdә tutulmuş hallarda vurulmuş ziyanın ödәnilmәsi dövlәt büdcәsinin vәsaiti hesabına hәyata keçirilir. Maddә 7. Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının sәhvi vә ya sui-istifadәsi nәticәsindә şәxsә vurulmuş fiziki vә mәnәvi ziyan ödәnilmәlidir. Şәxsin barәsindә mәnfi fikrin formalaşmasına, onu әhatә edәn şәxslәrlә münasibәtlәrin pislәşmәsinә gәtirib çıxaran vә digәr mәnәvi xarakterli mәnfi nәticәlәr mәnәvi ziyan hesab edilir. Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә şәxsә vurulmuş fiziki vә mәnәvi ziyan mülki qanunvericiliklә nәzәrdә tutulmuş qaydada ödәnilir. Maddә 12. Bu Qanunun 5-ci maddәsinin 1-ci, 2-ci vә 4-cü bәndlәrindә nәzәrdә tutulmuş ziyanın mәblәği qanunvericiliklә nәzәrdә tutulmuş qaydada mәhkәmә tәrәfindәn müәyyәn edilir. Fiziki vә mәnәvi ziyan, Azәrbaycan Respublikasının qanunvericiliyi ilә digәr hal nәzәrdә tutulmayıbsa, mәhkәmә tәrәfindәn әdalәtli hesab olunmuş mәblәğdә ödәnilir. Istintaq vә ya inzibati icraat müddәtindә vә ya cәza çәkdiyi dövrdә şәxsә vurulmuş mәnәvi ziyanın ümumi mәblәği Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәhkәmә tәrәfindәn müәyyәn edilir.

18. Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsinin “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 21 vә 23-cü maddәlәrinin şәrh edilmәsinә dair” ## ### 2002-ci il tarixli Qәrarı: “Şәxsin şәrәfi, lәyaqәti vә işgüzar nüfuzu tәhqir olunursa, sarsıntı, iztirab keçirir vә bununla da mәnәvi tәhqirә mәruz qalır. Bunun nәticәsindә şәxsә mәnәvi vә maddi zәrәr yetirilir. Mәnәvi zәrәr adәtәn vәtәndaşların şәxsi qeyri-әmlak hüquqlarının pozulması nәticәsindә әmәlә gәlir. Mәnәvi zәrәr qeyri әmlak zәrәri olmaqla iqtisadi mәzmun vә dәyәr kәsb etmәyәn hüquq pozuntusudur. Belә zәrәr vәtәndaşa anadangәlmә vә ya qanun әsasında ona mәxsus olan qeyri-maddi nemәtlәrә aid (şәrәf, lәyaqәt, işgüzar nüfuz, şәxsi ailә sirri, hәrәkәt etmәk azadlığı, yaşayış yeri seçmә, ad hüququ, müәlliflik hüququ, sair şәxsi qeyriәmlak hüquqlar vә digәr maddi nemәtlәr) hüquqlarını pozmaqla fiziki şәxsә mәnәvi sarsıntı, iztirab verir. Mәnәvi zәrәr bilavasitә zәrәr vuran şәxsin hәrәkәtlәrindәn sonra zәrәr çәkmişin şüuruna tәsir göstәrmәklә mәnfi psixoloji reaksiyaya sәbәb olur. Mәnәvi zәrәr vәtәndaşların hüquqlarının pozulmasının müstәqil nәticәsidir. O hәm vurulmuş әmlak zәrәri ilә birlikdә yaxud әmlak zәrәri vurulmadığı hallarda kompensasiya edilir. Mәnәvi zәrәr ödәnilәrkәn mәnәvi vә fiziki iztirabların xarakteri vә dәrәcәsi, elәcә dә cavabdehin tәqsiri, әmlak vәziyyәti vә s. vacib halların nәzәrә alınması zәruridir vә hәr bir konkret halda belә zәrәrin ödәnilmәsi ilә bağlı xüsusatlar mәhkәmәnin mülahizәsinә görә müәyyәn olunmalıdır.”

19. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin “Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 87.6.14, 89.4.12 vә 422.3-cü maddәlәrinә dair” ## #### 2002-ci il tarixli Qәrarı: ““Cinayәt vә hakimiyyәtdәn sui-istifadә qurbanları üçün әdalәt mühakimәsinin әsas prinsiplәri haqqında” Bәyannamәyә istinad edilmişdir. Bәyannamәnin 4-cü maddәsindә göstәrilir ki, qurbanlara (qurbanlar dedikdә, milli cinayәt qanunlarının pozulması nәticәsindә bәdәn xәsarәti vә ya mәnәvi ziyan, emosional әzab, maddi zәrәr, yaxud әsas hüquqlarının xeyli dәrәcәdә sıxışdırılması daxil olmaqla fәrdi, yaxud kollektiv şәkildә zәrәr yetirilәn şәxslәr başa düşülür) mәrhәmәt göstәrmәk vә lәyaqәtlәrinә hörmәtlә yanaşmaq lazımdır. Onlara әdalәt mühakimәsinin vasitәlәrindәn istifadә etmәk vә milli qanunvericiliyә әsasәn dәymiş zәrәrin tezliklә ödәnilmәsini tәmin etmәk üçün şәrait yaradılmalıdır.”

20. Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi: Maddә 21.1. Zәrәrin әvәzinin ödәnilmәsini tәlәb etmәk hüququna malik olan şәxs ona vurulmuş zәrәrin әvәzinin tam ödәnilmәsini tәlәb edә bilәr, bu şәrtlә ki, qanunda vә ya müqavilәdә zәrәrin әvәzinin daha az miqdarda ödәnilmәsi nәzәrdә tutulmasın. Maddә 21.2. Zәrәr dedikdә, hüququ pozulmuş şәxsin pozulmuş hüququnu bәrpa etmәk üçün çәkdiyi vә ya çәkmәli olduğu xәrclәr, әmlakından mәhrum olması vә ya әmlakının zәdәlәnmәsi (real zәrәr), habelә hüququ pozulmasaydı, hәmin şәxsin adi mülki dövriyyә şәraitindә әldә edәcәyi gәlirlәr (әldәn çıxmış fayda) başa düşülür. Maddә 1100. Dövlәt orqanlarının, yerli özünüidarә orqanlarının vә ya bu orqanların vәzifәli şәxslәrinin qanunsuz hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә, o cümlәdәn dövlәt orqanının vә ya yerli özünüidarә orqanının qanuna vә ya digәr hüquqi akta uyğun gәlmәyәn aktının qәbul edilmәsi nәticәsindә fiziki vә ya hüquqi şәxsә vurulmuş zәrәrin әvәzini Azәrbaycan Respublikası vә ya müvafiq bәlәdiyyә ödәmәlidir. Maddә 1101.1. Qanunsuz mәhkum etmә, cinayәt mәsuliyyәtinә qanunsuz cәlb etmә, qәti imkan tәdbiri kimi hәbsә almanın vә ya başqa yerә getmәmәk haqqında iltizamın qanunsuz tәtbiqi, inzibati tәnbehin qanunsuz verilmәsi nәticәsindә fiziki şәxsә vurulmuş zәrәrin әvәzini tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının vәzifәli şәxslәrinin tәqsirindәn asılı olmayaraq, Azәrbaycan Respublikası qanunla müәyyәnlәşdirilmiş qaydada tam hәcmdә ödәyir. Maddә 1101.2. Tәhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fәaliyyәti nәticәsindә fiziki vә ya hüquqi şәxsә vurulmuş zәrәr bu Mәcәllәnin 1101.1-ci maddәsindә nәzәrdә tutulan nәticәlәrә sәbәb olmadıqda onun әvәzi qanunla müәyyәnlәşdirilmiş әsaslarla vә qaydada ödәnilir.

21. Azәrbaycan Respublikasının Cinayәt Prosessual Mәcәllәsi: Maddә 56.0. Aşağıdakılar cinayәt prosesini hәyata keçirәn orqanın sәhvi vә ya suiistifadәsi nәticәsindә vurulmuş ziyanın ödәnilmәsi hüququna malikdirlәr: 56.0.1. bәraәt almış tәqsirlәndirilәn şәxs. Maddә 57.1. Cinayәt prosesini hәyata keçirәn orqanın sәhvi vә ya sui-istifadәsi nәticәsindә bu Mәcәllәnin 56-cı maddәsindә nәzәrdә tutulmuş şәxslәrә vurulmuş mәnәvi, fiziki vә maddi ziyan ödәnilmәlidir. Hәmçinin, bu şәxslәrin әmәk vә mәnzil hüquqları bәrpa edilmәli, bunlar mümkün olmadıqda isә hәmin hüquqların pozulması nәticәsindә dәyәn ziyanın pul kompensasiyası tәmin edilmәlidir. Maddә 57.2. Vurulmuş ziyan aşağıdakı andan hesablanır: 57.2.1. Bu Mәcәllәnin 56.0.1, 56.0.2, 56.0.5 vә 56.0.6-cı maddәlәrindә göstәrilәn şәxslәrә - cinayәt prosesini hәyata keçirәn orqanın cinayәt tәqibini istisna edәn müvafiq halları bildiyi vә bilmәli olduğu gündәn 7 (yeddi) gün keçdikdәn sonra. Maddә 58.1. Cinayәt prosesini hәyata keçirәn orqanın sәhvi vә ya sui-istifadәsi nәticәsindә vurulmuş maddi ziyan әsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilmәklә tam hәcmdә ödәnilmәlidir. Maddә 58.2. Fiziki vә mәnәvi ziyan Azәrbaycan Respublikasının qanunvericiliyi ilә digәr hal nәzәrdә tutulmayıbsa, mәhkәmә tәrәfindәn әdalәtli hesab olunmuş mәblәğdә ödәnilir. Maddә 58.3. Bu Mәcәllәnin 56-cı maddәsindә göstәrilәn şәxslәrә aşağıdakılara görә kompensasiya verilir: 58.3.1. mәhrum olduğu әmәk haqqı, pensiya, müavinәt vә başqa gәlirlәr; 58.3.4. müdafiәçiyә ödәnilmiş pul mәblәği. Maddә 60.1. Cinayәt prosesini hәyata keçirәn orqanın sәhvi vә ya sui-istifadәsi nәticәsindә vurulmuş ziyanın ödәnilmәsini tәlәb etmәk vә kompensasiya almaq hüququna bu Mәcәllәnin 56-cı maddәsindә göstәrilәn şәxslәr, onların qanuni nümayәndәlәri, növbә üzrә daha yaxın vәrәsәlәri, habelә vurulmuş ziyanın ödәnilmәsi hüququ olan şәxs öldükdә qanuna әsasәn ailә başçısının itirilmәsinә görә pensiya ilә tәmin edilmәli ölmüş şәxsin ailә üzvlәri malikdir. Maddә 61.2. Bәraәt hökmündә vә ya cinayәt tәqibinә xitam verilmәsi haqqında qәrarda cinayәt prosesini hәyata keçirәn orqanın sәhvi vә ya sui-istifadәsi nәticәsindә vurulmuş ziyanın ödәnilmәsi mәsәlәsi әks olunmayıbsa, bu mәsәlәnin hәlli cinayәt tәqibi üzrә icraat qurtardıqdan sonra hәyata keçirilir. Maddә 63. Cinayәt prosesini hәyata keçirәn orqanın sәhvi vә ya sui-istifadәsi nәticәsindә vurulmuş ziyanın cinayәt tәqibi üzrә icraat qurtardıqdan sonra ödәnilmәsi qaydaları mülki mühakimә icraatı qaydasında “Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә hәyata keçirilir.

22. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin “Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 87.6.14, 89.4.12 vә 422.3-cü maddәlәrinә dair” ## #### 2002-ci il tarixli Qәrarı: “Cinayәt vә hakimiyyәtdәn sui-istifadә qurbanları üçün әdalәt mühakimәsinin әsas prinsiplәri haqqında” Bәyannamәyә istinad edilmişdir. Bәyannamәnin 4-cü maddәsindә göstәrilir ki, qurbanlara (qurbanlar dedikdә, milli cinayәt qanunlarının pozulması nәticәsindә bәdәn xәsarәti vә ya mәnәvi ziyan, emosional әzab, maddi zәrәr, yaxud әsas hüquqlarının xeyli dәrәcәdә sıxışdırılması daxil olmaqla fәrdi, yaxud kollektiv şәkildә zәrәr yetirilәn şәxslәr başa düşülür) mәrhәmәt göstәrmәk vә lәyaqәtlәrinә hörmәtlә yanaşmaq lazımdır. Onlara әdalәt mühakimәsinin vasitәlәrindәn istifadә etmәk vә milli qanunvericiliyә әsasәn dәymiş zәrәrin tezliklә ödәnilmәsini tәmin etmәk üçün şәrait yaradılmalıdır”.

23. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun “Şәxsiyyәt hüquqlarının müdafiәsi haqqında” ## ###### 2025-ci il tarixli, ** nömrәli Qәrarı: “4.43.Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri, habelә tәhqiqat orqanı hesab olunmayan dövlәt hakimiyyәti orqanları vә onların vәzifәli şәxslәrinin inzibati xәtalara dair işlәr üzrә icraat çәrçivәsindә yol verdiklәri qanunsuz hәrәkәtlәri ilә vurulmuş zәrәrin ödәnilmәsinә dair işlәrә baxılarkәn pozuntunun növü vә pozuntuya yol vermiş subyektlәrin dairәsindәn asılı olaraq tәlәbin maddi hüquqi әsasının fәrqli olduğu nәzәrә alınmalıdır. 4.45. Bundan fәrqli olaraq, tәhqiqat, prokurorluq vә mәhkәmә orqanlarının inzibati xәtalara dair işlәr üzrә eyni xarakterli vә dairәsi qanunla nәzәrdә tutulmuş digәr qanunsuz әmәllәri nәticәsindә vurulmuş zәrәrin kompensasiyası tәlәbinin maddi hüquqi әsasını Mülki Mәcәllәnin 1101-ci maddәsi, habelә “Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi haqqında” Azәrbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilәn Qanun) tәşkil edәcәkdir. Bu zaman nәzәrә alınmalıdır ki, mәnәvi zәrәrә sәbәb olan hüquqazidd әmәl dedikdә, orqanların sәhvi vә ya sui-istifadәsi başa düşülmәlidir. 4.46. Ilk növbәdә qeyd edilmәlidir ki, qeyd edilәn orqanların bütün növ qanunsuz hәrәkәtlәri nәticәsindә vurulmuş zәrәrә görә Azәrbaycan Respublikası birbaşa mәsuliyyәt daşıyır (tәqsirsiz mәsuliyyәt). 4.47. Dairәsi Mülki Mәcәllәnin 1101.1-ci vә bu paraqrafda istinad edilәn Qanunun 1-ci maddәlәrindә nәzәrdә tutulmuş qanunsuz hәrәkәtlәrә görә Azәrbaycan Respublikası hәmin orqanların vәzifәli şәxslәrinin tәqsirindәn asılı olmayaraq mәsuliyyәt daşıyır. 4.48.Tәhqiqat, ibtidai istintaq vә prokurorluq orqanlarının sözügedәn normalarla әhatә olunmayan digәr qanunsuz әmәllәrindәn irәli gәlәn zәrәrә görә isә Azәrbaycan Respublikasının mәsuliyyәti yalnız hәmin orqanların vәzifәli şәxslәrinin bu әmәllәri tәqsirli olaraq törәtmәsi sübuta yetirildiyi halda yaranır. Mәsәlәn, tәhqiqat vә ya ibtidai istintaq orqanının vәzifәli şәxsinin vәzifәsindәn sui-istifadә etmәklә, barәsindә cinayәt tәqibi aparılan şәxsә işgәncәnin verilmәsindә tәqsirliliyi, onu qanunsuz tutması vә ya digәr şәxslәrin ölkәdәn çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvәsini almış mәhkәmә hökmü vә ya digәr qәrarla tәsdiq olunduqda, Azәrbaycan Respublikası şәxsә bu әmәllә vurulmuş zәrәrә görә mәsuliyyәt daşıyacaqdır. 4.50. Azәrbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrә ibtidai araşdırma orqanının vә ya mәhkәmәnin qanuni qüvvәdә olan qәrarları ilә tәsbit edilmiş pozuntunun zәrәrçәkәnә vurduğu mәnәvi zәrәrin hәddinin müәyyәnlәşdirilmәsi vә onun dövlәt büdcәsinin vәsaiti hesabına ödәnilmәsi ilә bağlı mәsәlә hәll edildiyindәn, cavabdeh qismindә mәhz dövlәt büdcәsi vәsaitindәn istifadә vә digәr aidiyyәti mәsәlәlәr üzrә dövlәt nәzarәtinin hәyata keçirilmәsini tәmin edәn, mәrkәzi icra hakimiyyәti orqanı olan Maliyyә Nazirliyi cәlb edilmәlidir. 4.51. Bu halda qәbul edilәn qәtnamәnin nәticә hissәsindә mәnәvi zәrәrin әvәzinin Maliyyә Nazirliyindәn tutulması deyil, Azәrbaycan Respublikasının dövlәt büdcәsinin vәsaiti hesabına Maliyyә Nazirliyi vasitәsilә ödәnilmәsi göstәrilmәlidir. 4.52. Mәhkәmәlәr nәzәrә almalıdırlar ki, Mülki Mәcәllәnin 1100 vә 1101-ci maddәlәri vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 57-ci maddәsinin tәlәblәri baxımından qanunsuz cinayәt tәqibinә görә mәnәvi zәrәrin ödәnilmәsini tәlәb etmәk hüququ bәraәt hökmünün, yaxud cinayәt işinә bәraәtverici әsaslara xitam verilmәsi vә ya şәxsin tam reabilitasiya olunması barәdә qәrarın qәbul edilmәsindәn sonra yaranır. Bundan fәrqli olaraq, qanunsuz әmәliyyat-axtarış tәdbirlәri nәticәsindә vurulmuş mәnәvi zәrәrin ödәnilmәsini tәlәb etmәk hüququ isә belә tәdbirlәrin hәyata keçirilmәsindәn dәrhal sonra yaranır. 4.57.Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş mәnәvi zәrәrin kompensasiyası tәlәblәrinә baxılarkәn zәrәrin hәcminin müәyyәnlәşdirilmәsi üzrә ümumi meyarlarla yanaşı, bu pozuntulara xarakterik olan digәr xüsusiyyәtlәr dә nәzәrә alınmalıdır. 4.58. Bu xüsusiyyәtlәrә tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri ilә zәrәrçәkmiş şәxsә qarşı tәtbiq edilmiş mәhdudiyyәtlәrin xarakteri, müddәti vә digәr әlamәtlәri aiddir. Belә ki, ittiham edilәn әmәlin ağırlığı, şәxsin barәsindә tәtbiq edilәn qәtimkan tәdbirinin, inzibati tәnbehin vә cәzanın növü, azadlıqdan mәhrum etmә cәzasını hansı tipli cәzaçәkmә müәssisәsindә çәkmәsi, işgәncә faktının mövcudluğu, cinayәt tәqibinin, hәbsin vә ya mәhkumetmәnin müddәti, iddiaçının qohumları vә digәr ailә üzvlәri ilә yaxın ailә münasibәtlәrinin pozulması, onlara zәruri qayğı vә kömәklik göstәrilmәsindәn mәhrum olması vә digәr hallar mәnәvi zәrәrin hәcminin müәyyәnlәşdirilmәsi baxımından fәrqlәndirilmәlidir.”

24. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi: Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. Maddә 88. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur. Maddә 217.1. Mәhkәmәnin qәtnamәsi qanuni vә әsaslı olmalıdır. Maddә 217.3. Qәtnamә iş üzrә müәyyәn edilmiş hәqiqi hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır. Maddә 372.1. Apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Maddә 372.7. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Maddә 384.0. Apellyasiya instansiyası mәhkәmәsi: 384.0.1. qәtnamәni dәyişmәdәn, apellyasiya şikayәtini isә tәmin etmәdәn saxlaya bilәr. Maddә 385.2. Birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi-nәzәrindәn qanuni vә әsaslı olan vә mahiyyәti üzrә düzgün olan qәtnamәsi yalnız formal mülahizәlәrә görә lәğv edilә bilmәz.

25. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372-ci maddәsinin apellyasiya baxışının hәdlәri barәdә müddәalarının hәmin Mәcәllәnin 372.1 vә 372.7-ci maddәlәrinin tәlәblәri baxımından şәrh edilmәsinә dair” ## ### 2011-ci il tarixli Qәrarı: “Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәrini hәmçinin dispozitivlik prinsipinin mahiyyәtini tәşkil edәn “ne eat judex ultra petita partium” - “mәhkәmә tәrәflәrin irәli sürdüyü tәlәblәrdәn kәnara çıxmamalıdır” tәlәbi müәyyәn edir. Bu tәlәb mәhkәmәnin qәtnamәsindәn şikayәt verilmәsi mәrhәlәsindә “temtum devolutum qantum appelatum” - “nә qәdәr şikayәt - o qәdәr qәrar” qaydasına çevrilir. ... Buna görә dә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsini yalnız mübahisәlәndirilәn hissәdә yoxlayır. Bununla әlaqәdar olaraq, apellyasiya instansiyası mәhkәmәsi qәtnamәnin mübahisәlәndirilmәyәn hissәsinә toxunmamalıdır. Qәtnamәnin tәrәflәrin mübahisәlәndirilmәyәn, onun әsaslılığını şübhә altına alınmayan hissәdә lәğv edilmәsi vә ya dәyişdirilmәsi dispozitivlik vә çәkişmә prinsipinin pozulması kimi qiymәtlәndirilmәlidir”.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayәti ilә qәtnamәnin lәğvi xahiş edilsә dә, birinci instansiya mәhkәmәsinin bütövlükdә prosessual hüquq normalarına riayәt olunmaqla qәbul edilәn qәtnamәsinin әsaslılığına onun düzünә mübahisәlәndirilәn hissәdә, yәni apellyasiya şikayәti hәddindә hüquqi qiymәt verilmәli, qәtnamә apellyasiya şikayәtinin dәlillәri üzrә iddianın tәmin edildiyi hissәdә yoxlanılmalı, apellyasiya şikayәtinin dәlillәri ilә ehtiva olunmayan hissәlәrә toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması halları, o cümlәdәn qәtnamәnin lәğv olunması vә ya dәyişdirilmәsi üçün әsaslar müәyyәn edilmir.

28. Ilk öncә qeyd olunmalıdır ki, birinci instansiya mәhkәmәsi işin halları üzrә mәnәvi zәrәrin tutulmalı olması ilә bağlı ümumәn doğru nәticәyә gәlmişdir. Apellyasiya şikayәtinin dәlillәri qәtnamәnin lәğvinә әsas vermir.

29. Belә ki, cavabdehin apellyasiya şikayәtinin dәlillәri әsasәn, Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinin hazırkı iddiaya cavab vermәli olan orqan olmaması, Maliyyә Nazirliyinin, ümumiyyәtlә bu kateqoriya işlәr üzrә qәtnamәni icra etmәk sәlahiyyәtinin olmaması ilә bağlıdır.

30. Azәrbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli, ** nömrәli Fәrmanı ilә tәsdiq edilmiş “Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi haqqında” Əsasnamәnin 1-ci bәndindәn görünür ki, Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi Azәrbaycan Respublikasının maliyyә siyasәtini işlәyib hazırlayan vә hәyata keçirәn, dövlәt maliyyәsinin idarә olunmasını tәşkil edәn, dövlәt vә icmal büdcәlәrin layihәlәrini hazırlayan vә dövlәt büdcәsinin kassa icrasını tәmin edәn, dövlәt borcunun vә maliyyә öhdәliklәrinin idarә edilmәsi, mühasibat uçotunun tәşkili vә aparılması sahәlәrindә dövlәt tәnzimlәnmәsinin, dövlәt büdcәsi vәsaitindәn istifadә, qiymәtli metalların vә qiymәtli daşların istehsalı, emalı vә dövriyyәsi sahәlәrindә dövlәt nәzarәtinin hәyata keçirilmәsini tәmin edәn mәrkәzi icra hakimiyyәti orqanıdır.

31. Göründüyü kimi, Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi dövlәt büdcәsinin kassa icrasını tәmin edәn mәrkәzi icra hakimiyyәti orqanıdır. Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın dövlәt büdcәsinin vәsaiti әsasında ödәnilmәsi isә birbaşa qanunun tәlәbi olduğundan Maliyyә Nazirliyinin hazırkı iş üzrә cavabdeh olması doğru olmuşdur.

32. Cavabdehin digәr şikayәt dәlili - mәhkәmә tәrәfindәn dövlәt büdcәsindәn vәsaitin iddiaçıya ödәnilmәsi qәt edilәrkәn, hәmin vәsaitin gәlәcәkdә dövlәt büdcәsinә bәrpası (qaytarılması) mәqsәdilә ziyanı vuran tәqsirli vәzifәli şәxs müәyyәn edilmәmәsi barәdә dәlil dә әsassızdır, ona görә ki, bu tәlәb hazırkı mübahisәnin predmeti deyildir vә cavabdehin göstәrdiyi tәqsirli şәxslәr dә hazırkı icraat çәrçivәsindә müәyyәnlәşdirilә bilmәz.

33. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun “Şәxsiyyәt hüquqlarının müdafiәsi haqqında” ## ###### 2025-ci il tarixli, ** nömrәli qәrarında da qeyd olunmuşdur ki, orqanların bütün növ qanunsuz hәrәkәtlәri nәticәsindә vurulmuş zәrәrә görә Azәrbaycan Respublikası birbaşa mәsuliyyәt daşıyır (tәqsirsiz mәsuliyyәt), dairәsi Mülki Mәcәllәnin 1101.1ci vә bu paraqrafda istinad edilәn Qanunun 1-ci maddәlәrindә nәzәrdә tutulmuş qanunsuz hәrәkәtlәrә görә Azәrbaycan Respublikası hәmin orqanların vәzifәli şәxslәrinin tәqsirindәn asılı olmayaraq mәsuliyyәt daşıyır. Azәrbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrә ibtidai araşdırma orqanının vә ya mәhkәmәnin qanuni qüvvәdә olan qәrarları ilә tәsbit edilmiş pozuntunun zәrәrçәkәnә vurduğu mәnәvi zәrәrin hәddinin müәyyәnlәşdirilmәsi vә onun dövlәt büdcәsinin vәsaiti hesabına ödәnilmәsi ilә bağlı mәsәlә hәll edildiyindәn, cavabdeh qismindә mәhz dövlәt büdcәsi vәsaitindәn istifadә vә digәr aidiyyәti mәsәlәlәr üzrә dövlәt nәzarәtinin hәyata keçirilmәsini tәmin edәn, mәrkәzi icra hakimiyyәti orqanı olan Maliyyә Nazirliyi cәlb edilmәlidir. Bu halda qәbul edilәn qәtnamәnin nәticә hissәsindә mәnәvi zәrәrin әvәzinin Maliyyә Nazirliyindәn tutulması deyil, Azәrbaycan Respublikasının dövlәt büdcәsinin vәsaiti hesabına Maliyyә Nazirliyi vasitәsilә ödәnilmәsi göstәrilmәlidir.

34. Birinci instansiya mәhkәmәsinin gәldiyi mövqe Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun “Şәxsiyyәt hüquqlarının müdafiәsi haqqında” ## ###### 2025-ci il tarixli, ** nömrәli qәrarının 4.57 vә 4.58-ci bәndlәrindә әks olunan hüquqi mövqeyә uyğundur. Belә ki, hәmin bәndlәrdә qeyd olunmuşdur ki, tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş mәnәvi zәrәrin kompensasiyası tәlәblәrinә baxılarkәn zәrәrin hәcminin müәyyәnlәşdirilmәsi üzrә ümumi meyarlarla yanaşı, bu pozuntulara xarakterik olan digәr xüsusiyyәtlәr dә nәzәrә alınmalıdır. Bu xüsusiyyәtlәrә tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri ilә zәrәrçәkmiş şәxsә qarşı tәtbiq edilmiş mәhdudiyyәtlәrin xarakteri, müddәti vә digәr әlamәtlәri aiddir. Belә ki, ittiham edilәn әmәlin ağırlığı, şәxsin barәsindә tәtbiq edilәn qәtimkan tәdbirinin, inzibati tәnbehin vә cәzanın növü, azadlıqdan mәhrum etmә cәzasını hansı tipli cәzaçәkmә müәssisәsindә çәkmәsi, işgәncә faktının mövcudluğu, cinayәt tәqibinin, hәbsin vә ya mәhkumetmәnin müddәti, iddiaçının qohumları vә digәr ailә üzvlәri ilә yaxın ailә münasibәtlәrinin pozulması, onlara zәruri qayğı vә kömәklik göstәrilmәsindәn mәhrum olması vә digәr hallar mәnәvi zәrәrin hәcminin müәyyәnlәşdirilmәsi baxımından fәrqlәndirilmәlidir.”

35. Belәliklә, hazırkı mülki işә apellyasiya qaydasında baxan mәhkәmә kollegiyası yuxarıda qeyd olunanlara mәcmu halda hüquqi qiymәt verәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsinin iddianın qismәn tәmin edilmәsi ilә әlaqәdar gәldiyi nәticә faktiki cәhәtdәn әsaslı, maddi vә prosessual hüquq normalarının tәtbiqi baxımından qanunidir, apellyasiya şikayәtinin dәlillәri işin halları vә qanunvericiliklә tәkzib olunmaqla, qәtnamәnin lәğvinә vә ya dәyişdirilmәsinә әsas vermir. Bu sәbәbdәn qәtnamә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir.

36. Göstәrilәnlәrә әsasәn vә MPM-in 392, 402 vә 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qәt etdi:

Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn cavabdeh Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsi dәyişdirilmәdәn saxlanılsın. Qәtnamәdәn işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar