Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-1114/2026 17.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızı katibliyi, İddiaçı Yasamal-71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehi müəyyən hərəkəti etməyə məcbur etmə və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(5-98)-631/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehi müəyyən hərəkəti etməyə məcbur etmə və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər iki mənzilə görə ayrılıqda 1378,5 olmaqla ümumilikdə 2757 manat məbləğində maddi ziyanın və 48 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən binanın blok 8, mərtəbə 8, mənzil 1 (906) və blok 8, mərtəbə 11, mənzil 1 (927) ünvanlarında Cavabdeh tərəfindən binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisioner qurğularının sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(5-98)-631/2026 nömrəli, xx.xx.2026cı il tarixli qərardadı ilə (hakim İlyas Həsənov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılması, dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 48,60 manat manat məbləğində pulun İddiaçınə geri qaytarılması (qəbz №: **********) qərara alınmış, eyni zamanda iddiaçıya hazırkı tələblə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı qərardaddan şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(5-98)-631/2026 nömrəli, xx.xx.2026cı il tarixli qrardadla şikayət təmin olunmamış,baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçının tələbi iddiaçının tələbi yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi əmlakına münasibətdə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aiddir. İddia tələbi binanın tərkib hissəsinə aid olan fasadına quraşdırılmış kondisioner qurğularının sökülməsindən irəli gəlir. Mülki prosessual qanunvericiliyə əsasən, birbiri ilə əlaqədar olan bir neçə tələb birləşdirilmişdirsə, onlardan bir qisminə müstəsna aidiyyət tətbiq edilməlidirsə, tələblərə müstəsna aidiyyət üzrə məhkəmədə baxılmalıdır. Mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşir (Ünvan: Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 92a). Məhkəmənin qənaətinə görə, şəxslərin məhkəməyə əlçatanlığının, mübahisəyə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin, mübahisənin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi, mübahisə predmeti olan əşyanın yerində müayinəsi, sübutların olduğu yerdə tədiqiqinin aparılması, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsinin asanlaşdırılması, işə obyektiv baxılmasının təmin edilməsi məqsədilə hazırkı mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyətin, yəni onun olduğu yerdə baxılmasına dair qanunda təsbit olunmuş tələbin əsas məqsədi sübutların olduğu yerdə tədqiqini aparmaq və bununla da işlərə səmərəli və ağlabatan müddətdə baxılmasını təmin etməkdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Göstərilən daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi müstəsna aidiyyat qaydalarını müəyyən edən mülki prosessual qanunvericliyin təsiri altına düşür. Belə ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MPM-in 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli Plenum qərarına əsasən - müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırkı mülki iş üzrə iddiaçının tələbləri maddi ziyanın ödənilməsi və mübahisəli ünvanda (Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 2anunsuz şəkildə quraşdırılmış kondisioner qurğularının sökülməsi xahiş olunmuşdur. Göründüyü kimi, tələbin predmeti məhz daşınmaz əmlak üzərində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin (yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin) hüquqlarının pozulmasını aradan qaldırılmasına aid iddiadır. Tələb isə, binanın tərkib hissəsinə aid olan fasadına quraşdırılmış kondisioner qurğularının sökülməsindən irəli gəlir. Bundan başqa, bir-biri ilə əlaqəli olan birləşdirilmiş tələblərdən biri müstəsna aidiyyata aiddirsə (müstəsna aiddiyyat qaydasında baxılmalıdırsa), tələblərə müstəsna aidiyyət üzrə məhkəmədə baxılmalıdır. Belə olan halda, iddianın MPM-in 35.2-ci maddəsinə əsasən cavabdehin qeydiyyatda olduğu yerə görə verilməsi istisna olunur. Çünki, müstəsna aidiyyət qaydasının pozulmasına yol verilmir. Bu hal MPM-in 36.13, 40.4 və s. maddəlrindən də açıq görünür. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Yasamal-71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehi müəyyən hərəkəti etməyə məcbur etmə və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(5-98)-631/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(5-98)-631/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1114/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1114/2026
17.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver