Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1121/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra, cavabdeh) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz həbs olunduqdan sonra işdən kənarlaşdırılması və 6 ay müddətində ala bilmədiyi əmək haqqına görə 7200 manat, eyni zamanda təhsil aldığı Universitetə ödədiyi 1141 manat maddi zərərin, həmçinin qanunsuz həbsdə qalması ilə bağlı vurulmuş mənəvi ziyana görə 40000 manat kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin IŞ-nin müstəntiqi Natiq Allahverdiyevin vəsatəti əsasında, Binəqədi rayon prokuroru Fuad Məmmədovun təqdimatı təmin edilərək, Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş İddiaçı barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1- 1-ci maddəsi ilə barəmdə seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılması qərara alınmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 4(001)- ***/**** saylı qərarı ilə İddiaçı barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad olunmağı qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin IŞ-nin müstəntiqi Natiq Allahverdiyev tərəfindən İddiaçı ## ###### 2024-cü il tarixli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarının ləğv edilməsi və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin qüvvədən düşmüş hesab edilməsi, onun təqsirləndirilən şəxs statusundan çıxmış hesab edilməyim qərara alınmışdır. Barəsində qaldırılmış cinayət işi ilə bağlı əsassız olaraq həbs edildiyindən, uzun müddət gərginlik şəraitində, mənəvi iztirab və əziyyət içərisində yaşamışdır, ailəsi 6 aydan da artıq müddətində bu ağır vəziyyətin acısını yaşamışlar. Təqsirləndirilən şəxs qismində cəlb olunduğu andan hüquqları cinayət prosesini həyata keçirən orqanlar - Bakı şəhəri Binəqədi rayon Polis Idarəsi və Binəqədi rayon prokurorluğu tərəfindən pozulmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, həmin müddətdə o, mənəvi sarsıntı keçirmiş, depressiyaya düşmüş, bu isə öz növbəsində səhhətinə pis təsir göstərmişdir. Hazırda barəsində zərəçəkmiş qismində cəlb olunma ilə bağlı qərar ləğv olmasına baxmayaraq, bəzi dost, tanış, qohumlar ondan uzaqlaşıblar. Həbsdə olarkən ailəsi maddi-mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona dövlət orqanlarının səhvi nəticəsində yapışdırılmış "narkoman” damğası ilə yaşamaq məcburiyyətində qalmışdır. Qanunsuz həbs edildiyindən şəxsiyyətinə elə zərbə vurulmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışır. Həyatın istənilən sferasında bunu hiss edir. Uzun müddət ərzində istintaq orqanının əsassız ittihamının əziyyətini çəkmişdir. Sonda müəyyən edilmişdir ki, cinayət işi açıq-aşkar əsassız, qanunsuz və qərəzlidir. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində hüquqları pozulmuş, ona küllü miqdarda maddi zərər dəymiş və mənəvi istirablar çəkmiş, işgüzar nüfuzun xələl gətirilmişdir. Eləcə də qeyd etmək istəyir ki, Sumqayıt Dövlət Universitetində "Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alırdı və 2024/2025-ci tədris ilinin payız semestrində 5 fənn üzrə alt qruplarda və əlavə tədris qrupunda iştirak etmək üçün, 1141 manat ödəniş etmişdir. Lakin, əsassız həbsi ödənişini etdiyi imtahanlarda iştirakını əngəllədi və ödədiyim məbləğ heçə getdi. Eyni zamanda təhsil almaqla bərabər, məcburi köçkün olan ailəsinin çətin vəziyyətini nəzərə alaraq, həm də işləyirdi. X11 əldə etdiyi Fərdi şəxsi hesab haqqında arayışda əməkhaqqı 350 manat göstərilsə də, əslində aylıq 1200 (min iki yüz) manal əmək haqqı alırdı. Ona görə də, hesab edir ki, ona dəymiş maddi və mənəvi ziyan adiyyəti orqanlar tərəfindən ödənilməlidir. Mənəvi zərərin miqdarını müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırkı iş üzrə məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların kifayət qədər uzun bir müddət ərzində, yəni 6 aydan çox müddət ərzində davam etməsi nəzərə alınmalı, mənəvi zərərin miqdarını ən azı 40000 (qırx min) manat müəyyən edilməlidir. Hesab edir ki, ona maddi ziyan olaraq ən azı əmək haqqı kimi alacağı 7200 manat, eyni zamanda təhsil aldığı Universitetə ödədiyi 1141 manat ziyan dəymişdir və həmin maddi ziyanın əvəzinin ödənilməsi təmin olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia qismən təmin olunaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi ziyana görə 3007 (üç min yeddi) manat, mənəvi zərərə görə 6033 (altı min otuz üç) manat olmaqla, ümumilikdə 9040 (doqquz min qırx) manat məbləğində pulun iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunması və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları) əvəzinə vəsaitin hər hansı bir təyinata yönəltmək səlahiyyətinin olmaması, büdcə təşkilatı olan Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsiplərinin pozulması, ziyan vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozan hər hansı hüquq pozuntusunun törədilməməsi, onun mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamasına baxmayaraq və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçının iddiasının qismən təmin olunması, mənəvi zərər hissəsində Avropa Məhkəməsinin, eləcə də mövcud məhkəmə təcrübəsinin ziddinə qərar qəbul olunması, maddi zərər hissəsində hüquq pozuntusu ilə həmin zərər arasında səbəbli əlaqənin müəyyən olunmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Izahatlar, prosessual məsələlər: Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, eyni zamanda tələbin təhsil haqqı kimi ödənilmiş 1141 manat məbləğində maddi zərər hissəsində iddiadan imtina etməsini bildirərək, bu barədə ərizəni məhkəmə kollegiyasına təqdim etmiş və qeyd etmişdir ki, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunmuş, təmin olunan hissədə onun təhsil aldığı universitetə ödədiyi 1141 manat vəsaitin də cavabdehdən tutularaq ona ödənilməsi olmuş, lakin həmin hissədə mötəbər sübutları olmadığından həmin hissədə iddiadan imtina edir, imtinanın nəticələrinin ona aydındır, birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv olunaraq, mülki işin icraatına xitam verilməsini, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Bundan başqa, apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, tələbin “təhsil haqqı kimi ödənilmiş 1141 manat məbləğində maddi zərərin tutulması” hissədə iddiadan imtina etmiş, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “təhsil haqqı kimi ödənilmiş 1141 manat məbləğində maddi zərərin tutulması” hissəsində ləğv olunaraq, həmin hissədə icraata iddiadan imtina olunması ilə əlaqədar icraata xitam verilmişdir. Bu səbəbdən, məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsinə apellyasiya baxışının predmeti olan yoxlanılan digər hissələrinə (cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi ziyana görə 1866 manat, mənəvi zərərə görə 6033 manat tutularaq, iddiaçıya ödənilməsi) münasibət bildirib, hüquqi dəyərləndirmə aparır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi iiə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın təmin edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməsi, İddiaçı həbsdə saxlanılma müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən, saat 17:00-dan hesablanması, İddiaçı barəsində “ev dustaqlığı" qətimkan tədbirinin seçilməsinə dair müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X4 vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarının surətinə əsasən Bakı şəhəri Binəqədi rayon Polis Idarəsinin Istintaq şöbəsində istintaq olunan *********) nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə seçilmiş "həbs" qətimkan tədbiri "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad olunması, İddiaçı ev dustaqlığında saxlanma müddəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarında müəyyən edilmiş müddətdək, yəni ## #### 2025-ci il tarixədək müəyyən edilməsi, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin tətbiq edildiyi dövrdə onun cinayət prosesini həyata keçirən və ya davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla üzərinə yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, Memarlıq-Inşaat Universitetinin yataxanası ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Bakı şəhəri hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, təhsilini davam etdirmək vəzifələri qoyulması, İddiaçı cinayət IşTuzrə keçən digər şəxslərlə və onların qohumları ilə əlaqə-saxlamasına, yaşadığı ünvanda həmin cinayət işi ilə bağlı olan şəxsləri qəbul etməsinə və onlarla görüşməsinə, habelə həmin şəxslərlə rabitə və sair vasitələrlə əlaqə saxlamasına qadağa qoyulsun, ona, onun davranışına nəzarət edən orqana müəyyən edilmiş vaxtlarda zona etmək, həmin orqanın, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına şəxsən və təxirə salınmadan gəlmək vəzifələri qoyulması qərara alınmışdır. Işdə olan Bakı şəhəri Binəqədi rayon prokurorunun ##.##.2025-ci il tarixli 2-2/310/2- ******/**** saylı qərarının surəinə əsasən Binəqədi rayon polis idarəsinin Istintaq şöbəsinin müstəntiqi, R Natiq Allahverdiyev tərəfindən İddiaçı ## ###### 2024-cü il tarixli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarı ləğv edilməsi və barəsində seçilmiş ev dustağlığı qətimkan tədbiri qüvvədən düşmüş hesab edilməsi və İddiaçı təqsirləndirilən şəxs statusundan çıxmış hesab edilməsi barədə qərar qəbul edilmişdir. Işdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin portalından çıxarılmış arayışdan görünür ki, İddiaçı ilə ofisiant vəzifəsinə dair ##.##.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və müqaviləyə ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2/a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. Işdə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2024cü ilin noyabr və dekabr aylarında 350 manat əmək haqqı almışdır. Birinci instansya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının bəraətverici əsaslarla həbsdən azad olunanadək 05 ay 10 gün (##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək) müddətində həbsdə saxlanılması, 01 ay 12 gün (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək) ev dustaqlığı qətimkan tədbirinə məruz qalması işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə iddiaçının əsassız olaraq həbs edilməsi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Həbs qətimkan tədbirinə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqdim olunmuş sübutların məcmusundan da göründüyü kimi iddiaçı İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirlərinin seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması) doğrudur. Iddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının 05 ay 10 gün müddətində həbsdə saxlanılması, 01 ay 12 gün müddətində ev dustaqlığı qətimkan tədbirinə məruz qalması nəticəsində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 05 ay 10 gün həbs müddətinə görə hər ayı üçün 1000 manat, 10 günə görə isə 333 manat hesablanmaqla 5333 manat məbləğində, ev dustaqlığına görə isə ayı 500 manat, 12 günə görə 200 manat hesablanmaqla 700 manat, ümumilikdə isə 6033 manat müəyyən olunmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin “maddi ziyana görə 8341 manat pulun ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, işdə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış arayışlardan İddiaçı ilə ofisiant vəzifəsinə dair ##.##.2024-cü il tarixdə əmək müqaviləsinin bağlandığı, müqaviləyə ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2/a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi, 2024-cü ilin noyabr və dekabr aylarında 350 manat əmək haqqı aldığı müəyyən edilir. Göründüyü kimi iddiaçı həbsə alınanadək əmək fəaliyyəti ilə məşğul olaraq əmək haqqı almış və həbs olunduqdan sonra həmin gəlirlərindən məhrum olmuşdur. Belə olan halda məhkəmə iddiaçının həbsdə olduğu müddətə görə aylıq əmək haqqının 350 manat olmasını, həbs edilməsəydi yeni başladığı əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olunduğunu nəzərə almaqla, həbsdə olduğu 05 ay 10 günə görə 1866 manat (1750 manat (350manatx5ay) +116 manat (10 günə görə)=1866 manat) maddi zərərin əvəzinin iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işin birinci instansiya məhkəməsi tərəfindən (qüvvədə olan məhkəmə aktlarına istinadən) müəyyən olunur ki, iddiaçı bəraətverici əsaslarla həbsdən azad olunanadək 05 ay 10 gün (##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək) müddətində həbs, 01 ay 12 gün (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək) müddətində isə ev dustaqlığı qətimkan tədbirinə məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. MM-nin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. MM-nin 1101.2-ci maddəsinə əsasən, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Göründüyü kimi, dairəsi Mülki Məcəllənin 1101.1 və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Azərbaycan Respublikası “Polis haqqında” Qanunun 5-ci maddəsinin 6-cı və 7-ci bəndlərinə əsasən şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. Polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. Həmin Qanunun 39-cu maddəsinə əsasən polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyri-dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya münasibətdə normada qeyd edilən dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (iddiaçının qanunsuz həbs olunması və s.) qüvvədə olan qərarlarla öz təsdiqini tapmışdır. Belə olan halda işin faktiki hallarına əsasən iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsi, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılması, şərəf və ləyaqətinə zərər dəyməsi, barəsində mənfi fikir formalaşması və s. mənfi, arzuolunmaz hallarla qarşılaşması aşkar müəyyəndir. Bu zaman isə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçının müvafiq tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, dövlət orqanlarından şəxsin ona dəymiş zərəri tələb etmək hüququ aşkardır. Yəni, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərlətinin (hərəkətsizliyinin) nəticəsində şəxsə vurulmuş zərərin əvəzi Azərbaycan Respublikası tərəfindən ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarına əsasən, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarında izah edilmişdir ki, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri, habelə təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində yol verdikləri qanunsuz hərəkətləri ilə vurulmuş zərərin ödənilməsinə dair işlərə baxılarkən pozuntunun növü və pozuntuya yol vermiş subyektlərin dairəsindən asılı olaraq tələbin maddi hüquqi əsasının fərqli olduğu nəzərə alınmalıdır. Belə ki, təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin başladığı inzibati xətalara dair işlər üzrə icraata şəxsin əməlində inzibati xəta hadisəsinin (tərkibin) olmaması və ya müvafiq qərar qəbul edildiyi zaman əsas götürülmüş halların sübuta yetirilməməsi əsası ilə xitam verildiyi halda, zərərin ödənilməsi tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1100-cü maddəsi təşkil edəcəkdir. Bundan fərqli olaraq, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir. Ilk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət). Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının sözügedən normalarla əhatə olunmayan digər qanunsuz əməllərindən irəli gələn zərərə görə isə Azərbaycan Respublikasının məsuliyyəti yalnız həmin orqanların vəzifəli şəxslərinin bu əməlləri təqsirli olaraq törətməsi sübuta yetirildiyi halda yaranır. Məsələn, təhqiqat və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin vəzifəsindən suiistifadə etməklə, barəsində cinayət təqibi aparılan şəxsə işgəncənin verilməsində təqsirliliyi, onu qanunsuz tutması və ya digər şəxslərin ölkədən çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvəsini almış məhkəmə hökmü və ya digər qərarla təsdiq olunduqda, Azərbaycan Respublikası şəxsə bu əməllə vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko Italiyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edilir. Qeyd edilməlidir ki, iddiaçının qanunsuz həbs olunması (5 ay 10 gün), daha sonra qətimkan tədbiri qismində ev dustaqlığının (1 ay 12 gün) seçilməsi onun ailəsindən və cəmiyyətdən təcrid olunması ilə nəticələnməklə, onda ciddi fiziki məhrumiyyətlərə səbəb olmuş, o əzab çəkmiş və mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, müzakirə mövzusu olmaqla onun barəsində mənfi fikir formalaşmışdır. Bu isə, iddiaçıya narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 6033 manat mənəvi zərər məbləği işin hallarına uyğun olmaqla, ədalətli və qanunidir, onun miqdarının apellyasiya şikayətinə əsasən azaldılmasına qanuni əsaslar müəyyən edilmir. Bundan başqa, tələbin iddiaçının qanunsuz həbs olunması nəticəsində onun əmək hüquqlarının pozulması və maddi zərər düşməsinə münasibətdə qeyd olunmaldır ki, işdə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış arayışlardan İddiaçı ilə ofisiant vəzifəsinə dair ##.##.2024-cü il tarixdə əmək müqaviləsinin bağlandığı, müqaviləyə ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2/a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi, 2024-cü ilin noyabr və dekabr aylarında 350 manat əmək haqqı aldığı müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunduğu kimi, iddiaçı həbsə alınanadək əmək fəaliyyəti ilə məşğul olaraq əmək haqqı almış və həbs olunduqdan sonra həmin gəlirlərindən məhrum olmuşdur. Belə olan halda məhkəmə iddiaçının həbsdə olduğu müddətə görə aylıq əmək haqqının 350 manat olmasını, həbs edilməsəydi yeni başladığı əmək fəaliyyətini davam etdirmək imkanından məhrum olunduğunu nəzərə almaqla, həbsdə olduğu 05 ay 10 günə görə 1866 manat (1750 manat (350 manat x 5ay) +116 manat (10 günə görə)=1866 manat) maddi zərərin əvəzinin iddiaçının xeyrinə tutulmasını əsaslı olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Təbii ki, iddiaçıya ziyan bilavasitə Maliyyə Nazirliyi tərəfindən vurulmamışdır, lakin bu hal özü-özlüyündə sonuncunun cavabdeh kimi iştirakını aradan qaldırmır. Çünki, dəymiş maddi və mənəvi zərərlə bağlı məhkəmənin müəyyən etdiyi müvafiq pul vəsaiti məhz dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bununla yanaşı, apellyasiya şikayətində reqres tələblərin mümkünlüyü baxımından müvafiq şəxslərin icraata cəlb olunmaması göstərilsə də, işdən görünür ki, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi cavabdeh qismində icraata cəlb olunmuşlur. Həmçinin, cavabdehin apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsində nəzərdə tutulmuş müvafiq kompensasiya məbləğləri hazırki tələbi aradan qaldırmamaqla, onu istisna etmir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə (cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi ziyana görə 1866 (bir min səkkiz yüz altımış altı) manat, mənəvi zərərə görə 6033 (altı min otuz üç) manat tutularaq, iddiaçıya ödənilməsi) dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə (yəni, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi ziyana görə 1866 (bir min səkkiz yüz altımış altı) manat, mənəvi zərərə görə 6033 (altı min otuz üç) manat tutularaq iddiaçıya ödənilməsi) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1121/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1121/2026
14.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver