Məhkəmə qərarları › İş №2(3-6)-114/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-114/2026

15.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-114/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İdrak qızının cavabdeh Cavabdeh MTK-ya qarşı mülki iş üzrə Açar sözlər: kirayə haqqının ödənilməsi Hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı İddiaçı İdrak qızının cavabdeh Cavabdeh MTK-ya qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İdrak qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı İdrak qızı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MTK (bundan sonra “cavabdeh”) arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh söküntüsü nəzərdə tutulmuş binada iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 28,1 kv.m olan ** saylı mənzili sökülmək üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 58,13 kv.m-dən ibarət 1 otaqlı təmirli mənzili iddiaçıya verməyi, iddiaçı isə bu Müqavilənin imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində ona məxsus mənzili söküntü üçün cavabdehə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmçinin mənzilin söküntüsü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil iddiaçıya təhvil verilən günədək ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə şərtləşdirilmiş kirayə haqqı ##.##.2023-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı İdrak qızı cavabdeh Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il - ##.##.2024-cü il tarixləri, yəni 15 ay üzrə ödənilməli olan cəmi 7.500 manat kirayə haqqı pulunun, həmçinin tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə ##.##.2018-ci il tarixdə aldadılaraq müqavilə bağlamışdır. Onun S.Rəhimov 201, mənzil 33 ünvanında yerləşən 44kv.metrlik evini cavabdeh aldadaraq ələ keçirmiş və ##.##.2018-ci il tarixdə söz vermişdir ki, iki il ərzində ev hazır olacaq, ev hazır olana qədər, yəni çıxarışı verənədək, ayı 500 manat olmaqla, üç aylıq, hər üç aydan gec olmayaraq kirayə haqqı ödəyəcəkdir. Lakin onu aldatmış, indiyə qədər nə normal kirayə haqqı verir, nə də mənzili tam hazır vəziyyətdə və çıxarışı ilə ona təhvil verir, cavabdeh pulu olmadığını deyir. O, hər dəfə kirayə pulunu xidmət orqanları vasitəsilə alır, hazırda ona xeyli məbləğdə kirayə haqqı borcludurlar. Cavabdehin gücü çatmırsa niyə götürürdü? Adınıda qoyublar ki, guya dövlətin layihəsini həyata keçirilər, insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edirlər, halbuki, bu sakinlərin deyil, onların özlərinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlibdir. Qonşular yığılaraq hər dəfə narazılıq edir, lakin onlar yalançı vədlər verərək ört-basdır edirlər. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti də onlara dəstək olur. Onlar dövlət əhəmiyyətli layihə olduğuna, dövlətin adı keçdiyinə görə inanıblar, lakin nəticədə aldadılıblar, indi küçələrdə qalır. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti tərəfindən də kirayə haqqının verilməsi üçün dəstək göstərilmir, həmçinin, bu qurum tərəfindən göndərilən məktubda mənzilin açarlarının onda olduğu, onun təmir üçün şərait yaratmadığı göstərilmişdir. Halbuki, bu doğru məlumatdırsa, ona mənzilin açarının təhvil verilməsi barədə sənədi göstərsinlər. Hazırda binada təhvil-təslim işləri aparılmayıb, qonşulara kirayə haqlarının ödənilməsi dayandırılıb, məcburi köçürülüblər, hər gün ya işığı, ya da suyu kəsirlər. Bina təhvil-təslim edilmədiyinə görə qazla təchiz edilmir. Binada xəstə olan, habelə körpə uşağı olanlar var, hər gün mübahisə olur. Bu insan hüquqlarının kobud pozulmasıdır. Cavabdehə görə çoxlu borcu yaranmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu ödəməyibdir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşübdür.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (Hakim Əliyeva Qumru Yəhya qızı)

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində mənzilin təhvil verilməməsi nəticəsində kirayədə yaşadığını və bu səbəbdən də ona kirayə haqqı verilməli olduğunu göstərmişdir. Həmçinin, məlum olmuşdur ki, binanın tikintisi başa çatmış və müqavilə üzrə sözügedən mənzil təmir edilsə də, iddiaçı binanın istismara verilməməsi, ona mülkiyyət hüququna dair çıxarış verilmədiyi üçün mənzilə köçməkdən imtina etmiş, mənzildə kommunal sisteminin olmaması ilə əlaqədar mənzilin ona tam təhvil verilmədiyi, mənzildə yaşamağın mümkün olmadığını qeyd etmişdir.

6. Tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq ##.##.2018-ci il tarixdə mənzil tikintisi müqaviləsi bağlanmış, müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş və müqavilənin şərtləri tərəflərin istəyinə uyğun olaraq müəyyən edilmişdir. Həmin müqavilənin 1.3 və 1.4-cü bəndlərinin şərtlərinə əsasən cəmiyyət mənzil söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 (bir) dəfə olmaqla, yeni mənzil iddiaçıya təhvil verilən günədək ödəməyi və *** saylı mənzili iddiaçıya təmirli şəkildə təhvil verməyi öhdəsində götürmüşdür.

7. Məhkəmə iclasında tərəflərin iştirakı ilə binanın "D" girişinin, 3-cü mərtəbəsində yerləşən, *** saylı mənzilə və mənzilin yerləşdiyi ünvana yerli baxış həyata keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi binada olan liftlər istismara verilib. Sözügedən mənzil təmirlidir. Hazırda iddiaçı həmin mənzildə yaşamır. Mənzilin yerləşdiyi binada yaşayan sakinlər var və mənzillərin işıqla təmin olunduğu müşahidə olunur. İddiaçı mənzilə ilk dəfə gəldiyini, mənzilin nə zaman təmir olunduğunu bilmədiyini, mənzilin dizaynını özünün vermək istədiyini, mənzilə gəldikdə isə mənzilin bağlı olduğunu, müqaviləyə əsasən mənzilinin sahəsinin 58 kv.metr olduğunu, lakin faktiki olaraq sahəsinin az olduğunu, təhvil-təslim olmadığını, bir neçə gün ərzində gündəlik olaraq işığın kəsildiyini, binada yaşayan sakinlərin şikayət etdiyini, binanın işıq, qaz, su və digər kommunal xidmətlərlə təmin edilmədiyini, sözügedən mənzilin yerləşdiyi bina ilə üzbəüz binanın inşasına daha sonra başladığını, lakin tez tamamlandığını, həmin binanın iki il əvvəl təhvil verildiyini, qeyd olunan binada yaşayan sakinlərin mənzillərinə çıxarış əldə etdiklərini bildirir. Cavabdehin nümayəndəsi (direktor) sözügedən binanın işıq və su ilə təmin olunduğunu, lakin qazla təmin olunmadığını, binada yaşayan digər sakinlərin mənzilin isitməsində, hamamda aristondan, işıqla işləyən digər cihazlardan istifadə etdiklərini, binanın istismarı ilə əlaqədar müraciət etdiyini, hələlik binanın istismara verilmədiyini, sakinlərdən çıxarış əldə edən olmadığını bildirir. Cavabdehin nümayəndəsi və vəkili binada kifayət qədər sakinin yaşadığını, liftlərin istismara verildiyini, birinin isə yük daşınması üçün axşam saat 17:00-a qədər istifadə olunduğunu, mübahisəli mənzilin açarının MTK-da olduğunu, təhlükəsizliklə əlaqədar olaraq yaşayış olmayan mənzilə işıq verilmədiyini, iddiaçı köçdükdən sonra isə mənzilin avtomatik işıqla təmin olunacağını, binaya hələlik qaz verilmədiyini, lakin gələcəkdə qazla təmin olunacağını, digər binanın işıqla təmin edilməsi üçün gündəlik fasilərlə 1-2 saatlıq işıqların kəsildiyini, binanın altında su anbarının olduğunu bildirir. Binada yaşayan sakin, X9 1 il olar ki, Cavabdeh MTK tərəfindən inşa edilmiş mənzildə yaşadığını, binada ancaq işıq probleminin olduğunu, həmin problemin də artıq həll olduğunu, trasfarmator yerləşdirildiyini, binanın su ilə təmin olunduğunu, lakin işıq olmayanda suyun da olmağıdığını, suyun motorla işlədiyini, binada qazın isə ümumiyyətlə olmadığını, mənzili elektriklə isitdirdiklərini, kommunal xidmətlərə görə nə qədər haqq ödədiklərini bilmədiyini, ailə üzvlərinin ödənişləri etdiklərini bildirir. Binada mənzili olan, lakin mənzildə yaşaman X4 istismar aktının olmadığını, binanın təhvil verilmədiyini, qaz, işıq su olmadığına görə mənzildə yaşamağın mümkün olmadığını bildirir. Həmçinin, iddiaçı 7 ildir ki, binanın tikilintisinin davam etdiyini, 5 il müddətində kirayə haqqının vaxtında ödənildiyini, müqavilədə nəzərdə tutulmuş kirayə haqqının 3 ay olmaqla ödənildiyini, oktyabr ayından isə 1.500 manat kirayə pulun ödənilməli olduğunu, mənzil təhvil-təslim olandan sonra orada yaşaya biləcəyini, təhvil-təslim barədə akt tərtib olunmalı olduğunu, hazırda isə binada heç bir kommunal şəraitin olmadığını bildirmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, adıçəkilən müqavilənin 2.2.1-ci bəndinə əsasən yeni tikililəcək binanın bünövrəsi (təməli) qoyulduqdan sonra tikinti işləri 24 ay müddətinə başa çatdıraraq, müqavilə şərtlərinə əsasən mənzil iddiaçıya təhvil verilməlidir. Hazırda iddiaçıya məxsus *** saylı mənzil təmirli vəziyyətdədir, binadakı mənzillərdə ayrı-ayrılıqda kommunal sayğaclar quraşdırılmasa da, binada işıq və su sistemi var, lift mövcuddur və işləkdir, qaz sistemi isə yoxdur. Mənzillərdə günün bəzi vaxtlarında müəyyən səbəblərdən işıqla təmin edilməsi müvəqqəti dayandırılır, bu zaman sakinlər sudan istifadə edə bilmirlər. Hazırda binadan yaşayış var, binada bir neçə ailə yaşayır. Yerli baxış zamanı sakinlərdən ancaq birinin dindirilməsi mümkün olmuş və sakin artıq 1 ildir ki, binada yerləşən mənzildə yaşadığını bildirmişdir. Həmçinin, binanın həyətindəki dayanacaqda sakinlərin avtomobilləri, mənzillərin eyvanlarındakı asılqanlarda paltarların olduğundan binada yaşayışın olduğu müşahidə edilmiş, MTK aid qonşu binananın tikintisinin tamamlanmaq üzrə olduğu müəyyən edilmişdir. 21. Məhkəmə araşdırması zamanı cavabeh tərəfin dediklərinə əsasən tikintinin istismara verilməsi ilə bağlı artıq müvafiq qaydada müraciət olunmuşdur. Müraciətin son dövrlərdə edilməsinin səbəbini binanın həyətində yerləşən başqa bir binanın tikintisinin yeni başa çatması ilə əlaqəlandirmişlər.

9. Hazırda tərəflər arasında bağlanmış və onların qarşılıqlı hüquq və vəziflərini müəyyən edən ##.##.2018-ci il tarixli müqaviləyə uyğun olaraq iddiaçıya təhvil verilməli olan *** saylı mənzilin tam təmirli vəziyyətdə olduğu, artıq binada sakinlərin yaşadığı, bu səbəbdən də kirayə haqlarının verilməsinin dayandırıldırıldığı, cavabdehin müqaviləyə uyğun olaraq mənzili tam təmir etdirdiyi, lakin iddiaçının mənzili təhvil almaqda imtina etdiyi müəyyən olunur. İddiaçının özünün dediyi məlumata əsasən o, mənzilin təmir vəziyyəti barədə ilk dəfə yerli baxış zamanı tanış olmuş, daha əvvəl mənzilə baxış keçirməmişdir.

10. Məhkəmə göstərmişdir ki, Bakı şəhəri ərazisində müvafiq qaydada istismara qəbul olunmamış, lakin tikilərək sakinlərin istifadəsinə verilmiş çoxsaylı mənzillər mövcuddur. Belə ki, mənzilin istifadəyə tam yararlı olduğu halda həmin mənzil sahibinin MTK-dan kirayə haqqı tələb etməsi özündə hüquqdan sui-istifadənin elementlərini ehtiva edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ərizəsində əlavə olaraq Nəsimi rayonu təsərrüfat şöbəsinin rəhbəri Asim Rzayevin ona məktub yazaraq mənzilin açarının iddiaçıda olması və təmir üçün hər bir şəraitin olduğunu göstərdiyini qeyd edərək, bu səbəbdən də Azərbaycan Respublikası MM-in 22-ci maddəsini pozduğuna görə ona şərböhtan atdığına görə həm cəzalanmasını və 5000 AZN cərimə edilib ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-in 22-ci maddəsi məcəllədən çıxarılmışdır. Həmçinin, həmin şəxs iş üzrə tərəf olmamaqla, qeyd edilən hallar məhkəmə araşdırmasının predmeti olmamışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı, 21-ci, 324.1-ci, 390.1-ci, 390.5-ci, 421.3-cü, 425.1-ci, 427.3-cü, 430.1ci, 442-ci, 560.1-ci, Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 9.1-ci, 14.2-ci, 77.1-ci, 107-ci, 119.1ci, 217.3-cü, 218.3-cü, 220.4-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.10-cu, 47.1-ci, 47.4.6cı, 63.1-ci, 75.15-ci, 101.1-ci, 101.2-ci, 102.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı İddiaçı İdrak qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddiasının təmin edilməsini, məhkəmə bitən tarixədək ona kirayə haqqının ödənilməsini, 2.000 manat məhkəmə xərclərinin və dövlət rüsumunun tutulub ona verilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, onun təqdim etdiyi sübutlar, Fövqəladə Hallar Nazirliyinin sənədi (*-**-*/*-M-****-**/**** saylı ##.##.2025-ci il tarixli) nəzərə alınmamış, məhkəmə öz araşdırmasında qərəzli olmuşdur. Fövqəladə Hallar Nazirliyi ##.##.2025-ci il tarixdə Cavabdeh MTK-nı yenidən cərimə etmişdir. İnsanlar qanunsuz olaraq təhvil-təslim edilməyən binaya köçürüldüyünə görə, ona artıq ##.##.2023-cü il tarixindən kirayə haqqı verilmir, ona mənzilə köçərək orada yaşamağı bildirilir. Birinci instansiya məhkəməsi qanunvericilyə zidd qətnamə çıxarmış, onun bütün hüquqlarını pozmuş, heç bir sübut olmadığı halda, sübutsuz qətnamə çıxarmışdır. İşə baxılan zaman məhkəmə tərəfindən prosesual hüquq normaları da pozulmuşdur. Belə ki, məhkəmə, Mülki Prosessual Məcəllənin 77-ci və 88-ci maddələrinin tələbini pozmuşdur. Hesab edir ki, məhkəmə işə yenidən baxarkən, həmin faktlara hüquqi qiymət verməli, məhkəmənin qıtnaməsinin nə dərəcədə qanuna uyğun olub olmamasına münasibət bildirməlidir. Məhkəmənin gənaəti heç bir qanunla tənzimlənmir. Məhkəmə heç bir qanuna əsaslanmayıb, qətnamə qəbul edərkən onu əsaslandıra bilməyibdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Fuad Talışınski, Azad İmanov).

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh MTK, onunla iddiaçı arasında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. MTKnın iddiaçı qarşısında icra etmədiyi öhdəlik yoxdur. İddiaçının bildirdiyi məsələlər MTK-nın öhdəliyinə daxil deyil. İddiaçı hüquqdan sui-istifadə edərək, cavabdeh MTK-dan kirayə haqqının ödənilməsini tələb edir.

17. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri, S.Rəhimov küçəsi, bina № ***-də yerləşən ** №-li mənzil iddiaçıya məxsus olmuşdur. İddiaçı ilə cavabdeh MTK arasında ##.##.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı, özünə məxsus mənzilin yerləşdiyi binanın söküntüsü məqsədi ilə mənzilini MTK-ya təhvil verir (müqavilənin 1.2-ci bəndi), bunun müqabilində MTK üzərinə həmin ərazidə inşa ediləcək yeni binadan, binanın inşası yekunlaşdıqdan sonra iddiaçıya 58,13 kv.m-dən ibarət 1 otaqlı təmirli mənzili verəcək (bənd 1.4.), iddiaçı söküntü üçün mənzili MTK-ya təhvil veridikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 500 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə olmaqla, yeni mənzil iddiaçıya təhvil verilən günədək iddiaçıya ödəyəcəyini (bənd 1.2.) öhdəsinə götürür. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən işə baxmış Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-**/**** saylı məktubuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 1.8-ci bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən “xxxx” tərtib edilərək imzalandıqdan sonra bağlanmalıdır. Cavabdeh MTK tərəfindən Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində inşa edilmiş yaşayış binasının sakinləri ilə Nəsimi Rayon Sukanal İdarəsi arasında sudan istifadə və MTK ilə Nəsimi Rayon Sukanal İdarəsi arasında imzalanmış müqaviləyə istinadən binanın su təchizatı xəttinin birləşmə nöqtəsində quraşdırılmış su sayğacına əsasən aparılır. “xxxx” ASC tərəfindən işə baxmış Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, **-**/*-*/**-****/**** saylı məktubuna əsasən cavabdeh MTK tərəfindən Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində inşa edilmiş yaşayış binasında yerləşən mənzillər üzrə ASC tərəfindən elektrik sayğacları quraşdırılmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X14 Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli 3-18-2/2- M-****-**/**** saylı məktuba əsasən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.2017-ci il tarixli sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti ilə Ş.Əzizbəyov, M.Qaşqay və S.Rəhimov küçələrin kəsişməsində yerləşən torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi üçün pilot layihə çərçivəsində cavabdehin istifadəsinə verilmiş və Nəsimi RİH başçısının ##.##.2018-ci il tarixli, *** nömrəli sərəncamı ilə ərazidə yaşayış, qeyri-yaşayış binaların tikintisinə icazə verilmişdir. Yeni inşa edilmiş çoxmənzilli yaşayış binasının müvafiq qaydada istismarına icazə əldə edilmədən sakinlərin məskunlaşdırılması yolverilməzdir.

18. Rayon Məhkəməsi tərəfindən ##.##.2024-cü il tarixdə yerində müayinə zamanı şahid qismində dindirilmiş binanın sakini Ağayev Nofer Dadaş oğlu Rayon Məhkəməsinə verdiyi ifadədə göstərmişdir ki, o, cavabdeh MTK-da iş icraçısı vəzifəsində işləyir. Hazırda iddiaçı mənzilə köçmədiyi üçün mənzilə işıq verilməsi təhlükəsizliyə görə mümkün deyil, iddiaçı mənzilə köçən kimi digər mənzillərə verildiyi kimi işıqla təmin olunacaq. İddiaçıya məxsus mənzilin yerləşdiyi mərtəbədəki digər mənzillərdə yaşayan yoxdur, lakin binada 17 nəfər qonşu yaşayır. Qışa hazırlıqla əlaqədar naqilləri gücləndirmək üçün hərdən binada işıq kəsilib.

19. İddiaçı cavabdeh MTK-ya qarşı irəli sürdüyü iddia tələbini və qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırır ki, cavabdeh MTK, aralarında bağlanmış ##.##.2018ci il tarixli müqavilə üzrə onun qarşısında üzərinə öhdəlik götürmüşdür ki, ona tam təmirli mənzil və mənzilə dair “xxxx” verəcək, lakin bu öhdəliyi yerinə yetirməmiş, “xxxx” ona verməmişdir. Odur ki, MTK tərəfindən ona mənzilə “xxxx” verənədək MTK ona kirayə haqqını ödəməlidir. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilədən görünür ki, MTK bu kimi öhdəliyi üzərinə götürməmişdir.

20. Bundan başqa daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması və buna uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq “xxxx” verilməsi cavabdeh MTKnın deyil, “xxxx” X1 səlahiyyətlərinə aiddir. Göründüyü kimi iddiaçının bu dəlili əsassızdır və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.

21. İddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçı bildirir ki, o, yeni mənzilə köçə bilmir, çünki bina dövlət tərəfindən istismara qəbul edilməmişdir. Buna görə də, MTK ona kirayə haqqını ödəməkdə davam etməlidir.

22. İddiaçının bu dəlili ilə bağlı məhkəmə bildirmişdir ki, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilədən görünür ki, MTK üzərinə öhdəlik götürmüşdür ki, mənzilin təmiri başa çatdırdıqdan sonra mənzili iddiaçıya təhvil verəcək, həmin vaxta kimi isə iddiaçıya kirayə haqqı ödəyəcək (bənd 1.3.). MTK tərəfindən iddiaçıya kirayə haqqının bina dövlət tərəfindən istismara qəbul edilənədək və ya iddiaçı mənzilə köçənədək ödənilməsi barədə şərt müqavilədə nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının bu dəlili əsassızdır və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.

23. İddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçı daha sonra bildirir ki, mənzilin yerlədiyi bina istismara qəbul edilmədiyi üçün bina təbii qazla təchiz edilmir, buna görə də o, mənzilə köçə bilmir. Bu səbəbdən də, MTK ona kirayə haqqının ödənilməsini davam etməlidir. İddiaçının bu dəlili ilə bağlı məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilədə nəzərdə tutulmamışdır ki, bina təbii qazla təchiz edilənədək MTK iddiaçıya kirayə haqqı ödəməlidir. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının bu dəlili də əsassızdır.

24. İddiaçı, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, onun tərəfindən dəvət edilmiş ekspert mənzilə baxış keçirərək, belə nəticəyə gəlmişdir ki, mənzilin təmiri natamamdır. Mənzil keyfiyyətsiz təmir olunub, istilik kombisi yoxdur. Məhkəmə bildirir ki, iddiaçının verdiyi bu məlumatda iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır ki, mənzilin təmirinin keyfiyyəti və ya mənzildə kombinin quraşdırılmaması kirayə haqqının ödənilməsi müddətinə təsir göstərə bilər. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilədən görünür ki, MTK üzərinə öhdəlik götürmüşdür ki, mənzilin təmiri başa çatdırdıqdan sonra mənzili iddiaçıya təhvil verəcək, həmin vaxta kimi isə iddiaçıya kirayə haqqı ödəyəcək. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddia tələbini əsassız hesab edərək, təmin etməməkdə haqlı olmuşdur.

25. Həmçinin, iddiaçı ilk dəfə verdiyi iddia ərizəsinin mətnində bildirmişdir ki, Bakı Şəhəri Nəsimi RİH-nin təsərrüfat şöbəsinin rəhbəri Asim Rzayev ona məktub yazaraq mənzilin açarının onda (iddiaçıda) olması və mənzilin hər bir şəraitinin olduğunu göstərmişdir. Halbuki, həmin məktubda qeyd edilənlərə həqiqətə uyğun deyil, həmin məlumat şər-böhtan xarakterlidir. Buna görə də, Asim Rzayev Mülki Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq 5.000 manat məbləğində cərimə olunmalı və həmin məbləğ ona ödənilməlidir. İş materiallarından isə görünür ki, Rayon Məhkəməsinə ilk dəfə verilmiş iddia ərizəsində, sonradan verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələrdə iddiaçı həmin şəxsi cavabdeh kimi göstərməmiş, ona qarşı iddia tələbi irəli sürməmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi Asim Rzayev adlı şəxs barəsində iddiaçının bildirdiklərinə hüquqi qiymət vərməməkdə haqlı olmuşdur.

26. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilmişdir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 16.1-ci 390-cı, 405.1-ci, 421.1-ci, 442-ci, 445-ci, 448-ci, Mülki Posessual Məcəlləsinin 4.1-ci, 50-ci, 119.1-ci, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

28. İddiaçı İddiaçı İdrak qızı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır (X6 (məruzəçi), X2 və X10).

30. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus yaşayış sahəsinin sökülərək həmin ərazidə cavabdeh tərəfindən inşa ediləcək çoxmənzilli yaşayış binasında iddiaçıya təmirli vəziyyətdə yeni mənzilin təhvil verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilə ilə həmçinin nəzərdə tutulmuşdur ki, yeni mənzil təhvil verilən günədək cavabdeh iddiaçıya ayda bir dəfə olmaqla, hər ay 500 manat məbləğində kirayə haqqı ödəyəcəkdir. Bundan başqa, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən yaşayış binası işıq və su ilə təchiz olunmuş (mənzillərdə fərdi sayğaclar qoyulmamışdır), liftlər quraşdırılmış, lakin binanın bir hissəsində tikinti davam etdiyi üçün qazla təmin olunmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, qeyd edilən bina istismar üçün qəbul edilməmişdir.

31. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, binanın ayrı-ayrı mənzillərində yaşayış mövcuddur, iddiaçıya verilməsi üçün nəzərdə tutulmuş mənzil təmirlidir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında # ####### 2018-ci il tarixdə bağlanmış müqavilə mülki hüquqi mənada özündə alğı-satqı və podrat müqavilələrinin elementlərini əks etdirən qarışıq müqavilədir. Müqavilənin hazırkı mübahisənin həlli baxımından əhəmiyyətli olan hissəsi, yəni cavabdehin yeni tikiləcək binada iddiaçıya təmirli vəziyyətdə mənzil verməsinə dair müddəaları iddiaçı ilə cavabdehin arasında podrat münasibətlərinin yaranmasına səbəb olur. Hazırkı mübahisə isə müqavilə ilə nəzərdə tutulan aylıq kirayə haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi ilə bağlıdır. Bu tələbin əsas dəlili kimi iddiaçı müqavilə ilə nəzərdə tutulmuş mənzilin iddiaçı tərəfindən ona təhvil verilməməsinə istinad etmişdir. Nəzərə alınsa ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqının iddiaçıya yeni mənzilin təhvil verildiyi günə qədər ödənilməsi şərtləndirilmişdir, ilk növbədə cavabdeh tərəfindən müqavilənin bu bəndinə əməl edilib-edilmədiyi mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normaları əsasında araşdırılmalıdır.

33. Mülki Məcəllənin podrat hüquq münasibətlərini tənzimləyən normalarına əsasən podratçı podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi daşıyır. Başqa sözlə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olsun. Bu baxımdan, hazırkı iddia tələbinin əsaslığı müqavilə ilə nəzərdə tutulmuş mənzilin həmin müqavilənin şərtlərinə, habelə qanunvericiliklə müəyyən edilən şərtlərə uyğun şəkildə iddiaçıya təhvil verilib-verilmədiyinin müəyyən edilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, müqavilə ilə iddiaçıya təmirli mənzilin verilməli olması nəzərdə tutulsa da, bu təmirin parametrləri, o cümlədən kommunal xidmətlərlə təchizatı ilə bağlı müqavilədə hər hansı qeyd yoxdur. Belə olduğu halda, podrat hüquq münasibətlərini tənzimləyən normalar baxımından cavabdeh müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olan mənzili təhvil vermək vəzifəsi daşımışdır.

34. Hazırkı iddiaya etiraz edən cavabdeh iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzili təmir etdiyini və onun yaşayış üçün yararlı olduğunu iddia etmişdir. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, həmin mənzil qazla təmin olunmamış, mənzildə istilik sistemi quraşdırılmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, mənzil qanunvericiliyində müəyyən edilən mənzil anlayışına görə, mənzil sakinlərin yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yaşayış sahəsidir. Başqa sözlə, hüquqi baxımdan yaşayış sahəsinin mənzil hesab edilməsi üçün o, bir sıra digər tələblərlə yanaşı, ondan istifadə edən sakinlərin məişət və digər ehtiyaclarını ödənilməsi üçün zəruri tələblərə cavab verməlidir.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddiaya etirazın dəlili kimi mənzilin təmir edilməsinə istinad edildiyindən, bu təmirin müqavilənin və qanunvericiliyin tələbləri baxımından qiymətləndirilməsi də yuxarıda şərh edilən hallar nəzərə alınmaqla, yəni mənzilin təmirinin ondan qaydada istifadə edilməsinə imkan verib-verməməsi, adi istifadə dedikdə isə bu mənzilin orada yaşayacaq sakinin məişət və digər ehtiyaclarını tam ödəyib-ödəməməsi baxımından həyata keçirilməlidir. Lakin iş materiallarından görünür ki, işə baxan apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış, yalnız tərəflər arasında bağlanmış müqavilənin hərfi mənasına və məzmununa istinad etməklə kifayətlənərək həmin müqavilədə belə şərtlərin nəzərdə tutulmadığına əsaslanmışdır.

36. Nəzərə alınmalı olan başqa bir hal ondan ibarətdir ki, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri baxımından çoxmənzilli yaşayış binası tikinti obyekti olaraq həm tikintisinə, həm də istismarına icazə verildikdən sonra müvafiq işlər aparılır və ya təyinatı üzrə istifadə edilir. İstismarına icazə verilməyən tikinti obyektindən təyinatı üzrə istifadə edilməsinə isə yol verilmir. Tikinti obyektinin istismarına icazə verilməsinin məqsədi həmin obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün yoxlanılaraq müəyyən edilməsindən ibarətdir. Belə yoxlama həm də, tikinti obyektinin yaşamaq üçün yararlı və təhlükəsiz olub-olmadığını müəyyən etmək üçün həyata keçirilir. Hazırkı işin müəyyən edilən hallarından görünür ki, iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin yerləşdiyi binanın tikintisi tam başa çatmamış və həmin bina istismar üçün qəbul edilməmişdir. Belə olan halda, tərəflər arasında bağlanmış müqavilənin şərtləri yalnız onun hərfi mənasına görə deyil, qanunvericiliyin yuxarıda şərh edilən tələbləri baxımından təfsir edilməklə hazırkı mübahisəyə tətbiq edilməlidir.

37. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin tərəfləri müqavilə azadlığı prinsipinə uyğun olaraq istədikləri müqaviləni bağlamaqda sərbəst olsalar da, belə müqavilənin müddəaları qanunla müəyyənləşdirilmiş qaydalara zidd olmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın predmetini təşkil edən kirayə haqqının ödənilməsi tələbinin əsaslılığının yoxlanılması yuxarıda sadalanan hallara düzgün qiymət verilməsindən sonra mümkündür

38. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı, 404.1-404.2-ci, 421.3-cü, 425.1-ci, 427.3-cü, 430.1-ci, 442-ci, 560.1-ci, 762-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-cı, 77.1-ci, 88-ci, 416-cı, Mənzil Məcəlləsinin 13.3-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

ə) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

40. İştirak etdiyi məhkəmə iclaslarında iddiaçı İddiaçı İdrak qızı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda həmin mənzildə yaşamağı qeyri-mümkündür. Belə ki, elektrik enerjisinin verilməsində tez-tez fasilələr olur. Su ilə bağlı problemlər yeni həll olunub. Qaz ümumiyyətlə yoxdur, çünki təhvil-təslim olmayıb. O, mənzili ##.##.2025-ci il tarixdə təhvil alıb və həmin ilin dekabr ayından kirayə veribdir. Həmin vaxt qaz yox idi, işıq sayğacları quraşdırılmamışdı, sonradan quraşdırıldı. Mənzili orta təmirli təhvil alıb. Fövqəladə Hallar Nazirliyinin sənədinə əsasən həmin binada yaşamaq qeyri-qanunidir. Bu səbəbdən cavabdeh bir neçə dəfə cərimə edilib. Mənzilə bir az düzəliş ediblər, qapı və pəncərənin qırıq hissələrini düzəldiblər, bunun kimi bəzi kiçik işlər görülübdür. Cavabeh MTK ona ümumilikdə 12.000 manat pul verməli idi. İddia qaldırılandan sonra həmin pulun 5.000 manatı ##.##.2025-ci il tarixdə ödənilmişdir. Belə ki, cavabdeh 24 ay üçün kirayə pulu ödəməli olduğunu qəbul etmişdir. İddia üzrə tələb edilən 7.500 manat 12.000 manat borca daxildir. Ona ödənilən 5.000 manat 2025-ci ilin yanvar ayından oktyabr ayınadək olan kirayə haqqı borcudur. Bu məbləğin iddia üzrə tələb edilən məbləğə hər hansı aidiyyəti yoxdur. İddia üzrə tələb edilən məbləğ bügünədək ödənilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən, cavabdeh Cavabdeh MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehinnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

44. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.

45. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

49. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və mövcud vəziyyətdə apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnaməni tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə səhv qənaətə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməlidir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus yaşayış sahəsinin sökülərək həmin ərazidə cavabdeh tərəfindən inşa ediləcək çoxmənzilli yaşayış binasında iddiaçıya təmirli vəziyyətdə yeni mənzilin təhvil verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilə ilə həmçinin nəzərdə tutulmuşdur ki, yeni mənzil təhvil verilən günədək cavabdeh iddiaçıya ayda bir dəfə olmaqla, hər ay 500 manat məbləğində kirayə haqqı ödəyəcəkdir. Qeyd edilən yaşayış binası işıq və su ilə təchiz olunmuş (mənzillərdə fərdi sayğaclar qoyulmamışdır), liftlər quraşdırılmış, lakin binanın bir hissəsində tikinti davam etdiyi üçün bina qazla təmin olunmamışdır. Həmçinin, bina istismar üçün qəbul edilməmişdir.

52. Nəzərə alınmalıdır ki, tərəflər arasında ##.##.2018-ci il tarixdə bağlanmış müqavilənin hazırkı mübahisənin həlli baxımından əhəmiyyətli olan hissəsi, yəni cavabdehin yeni tikiləcək binada iddiaçıya təmirli vəziyyətdə mənzil verməsinə dair müddəaları iddiaçı ilə cavabdehin arasında podrat münasibətlərinin yaranmasına səbəb olur.

53. Hazırkı mübahisə isə müqavilə ilə nəzərdə tutulan aylıq kirayə haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi ilə bağlıdır. Bu tələbin əsas dəlili kimi iddiaçı müqavilə ilə nəzərdə tutulmuş mənzilin iddiaçı tərəfindən ona təhvil verilməməsinə istinad etmişdir. Nəzərə alınsa ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqının iddiaçıya yeni mənzilin təhvil verildiyi günə qədər ödənilməsi şərtləndirilmişdir, ilk növbədə cavabdeh tərəfindən müqavilənin bu bəndinə əməl edilib-edilmədiyi mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normaları əsasında araşdırılmalıdır.

54. Mülki Məcəllənin podrat hüquq münasibətlərini tənzimləyən normalarına əsasən podratçı podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi daşıyır. Başqa sözlə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olsun. Bu baxımdan, hazırkı iddia tələbinin əsaslığı müqavilə ilə nəzərdə tutulmuş mənzilin həmin müqavilənin şərtlərinə, habelə qanunvericiliklə müəyyən edilən şərtlərə uyğun şəkildə iddiaçıya təhvil verilib-verilmədiyinin müəyyən edilməsi ilə bağlıdır.

55. Qeyd edilməlidir ki, müqavilə ilə iddiaçıya təmirli mənzilin verilməli olması nəzərdə tutulsa da, bu təmirin parametrləri, o cümlədən kommunal xidmətlərlə təchizatı ilə bağlı müqavilədə hər hansı qeyd yoxdur. Belə olduğu halda, podrat hüquq münasibətlərini tənzimləyən normalar baxımından cavabdeh müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olan mənzili təhvil vermək vəzifəsi daşımışdır. Hazırkı iddiaya etiraz edən cavabdeh iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzili təmir etdiyini və onun yaşayış üçün yararlı olduğunu iddia etmişdir.

56. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, qeyd edilən yaşayış binası işıq və su ilə təchiz olunmuş, lakin mənzillərdə fərdi sayğaclar quraşdırılmamışdır. Liftlər quraşdırılmış, lakin binanın bir hissəsində tikinti davam etdiyi üçün bina qazla təmin olunmamış, mənzildə istilik sistemi də quraşdırılmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, qeyd edilən bina istismar üçün qəbul edilməmişdir.

57. Qeyd edilməlidir ki, mənzil qanunvericiliyində müəyyən edilən mənzil anlayışına əsasən mənzil - sakinlərin yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yaşayış sahəsidir. Başqa sözlə, hüquqi baxımdan yaşayış sahəsinin mənzil hesab edilməsi üçün o, bir sıra digər tələblərlə yanaşı, ondan istifadə edən sakinlərin məişət və digər ehtiyaclarını ödənilməsi üçün zəruri tələblərə cavab verməlidir.

58. Məhkəmə kollegiyası hesab edir ki, mənzil qazla təmin olunmadığından, mənzildə istilik sistemi quraşdırılmadığından həmin mənzil iddiaçının məişət və digər ehtiyaclarının ödənilməsi üçün zəruri tələbərə cavabdeh vermir. Belə ki, mənzil qazla təmin olunmaması, mənzildə istilik sistemi quraşdırılmaması iddiaçının gündəlik ehtiyaclarının qarşılamasının təmin etməsini qeyri-mümkün edir. Qeyd edilən halların mövcudluğu isə iddiaçının iddia etdiyi müddət ərzində cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazimi qaydada icra edilmədiyini və mənzilin müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya təhvil verilməsi üçün hazır olmadığını təsdiq edir.

59. Bundan başqa, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri baxımından çoxmənzilli yaşayış binası tikinti obyekti olaraq həm tikintisinə, həm də istismarına icazə verildikdən sonra müvafiq işlər aparılır və ya təyinatı üzrə istifadə edilir. İstismarına icazə verilməyən tikinti obyektindən təyinatı üzrə istifadə edilməsinə isə yol verilmir. Tikinti obyektinin istismarına icazə verilməsinin məqsədi həmin obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün yoxlanılaraq müəyyən edilməsindən ibarətdir. Belə yoxlama həm də, tikinti obyektinin yaşamaq üçün yararlı və təhlükəsiz olub-olmadığını müəyyən etmək üçün həyata keçirilir. Hazırkı işin müəyyən edilən hallarından görünür ki, iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin yerləşdiyi binanın tikintisi tam başa çatmamış və həmin bina istismar üçün qəbul edilməmişdir.

60. Eyni zamanda, tərəflər arasında müqavilənin ##.##.2018-ci il tarixdə bağlanmasına və cavabdehin müqavilə üzrə üzərinə yeni tikiləcək binanın bünövrəsi (təməli) qoyulduqdan sonra tikinti işlərinin 24 ay müddətinə başa çatdırılaraq, müqavilə şərtlərinə əsasən mənzili iddiaçıya təhvil verilməsi öhdəliyini götürməsinə baxmayaraq, 2023-cü ilin oktyabr ayına kimi iddiaçıya kirayə haqqı ödənilmişdir. Qeyd edilənlər öz növbəsində binanın, o cümlədən iddiaçıya təhvil verilməli olan mənzilin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə inşa edilmədiyini təsdiq edir və mənzilin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya təhvil verilənədək, cavabdeh tərəfindən razılaşdırılmış kirayə haqqının ödənilməsini şərtləndirir.

61. İddiaçı ##.##.2023-cü il tarixdən başlamaqla (hesablanmaqla), 15 ay üzrə (2024-cü ilin dekabr ayı daxil) ümumilikdə 7.500 manat kirayə haqqının ödənilməsini tələb etmişdir. Lakin işə ikinci dəfə apellyasiya icraatında baxılan zaman mənzili yalnız ##.##.2025-ci il tarixdə təhvil aldığını, bu baxımdan cavabdehin ona ümumilikdə 24 ay üzrə, yəni (500 x 24 = 12.000) 12.000 manat kirayə haqqı borcunun yarandığını, cavabdeh tərəfindən ona 2025-ci ilin oktyabr ayında bu pulun 5.000 manat hissəsinin ödənildiyini, bu məbləğin 2025-ci ilin yanvar ayından başlayaraq oktyabr ayınadək olan dövr üçün yaranmış kirayə haqqı borcunun əvəzi olaraq ona verildiyini, həmin məbləğin hazırda tələb edilən dövrü əhatə etmədiyini qeyd etmişdir.

62. Bununla belə, iddiaçı cavabdehin ona ümumilikdə 12.000 manat kirayə haqqı borcunun olduğunu, iddia üzrə tələb edilən 7.500 manat pulun həmin 12.000 manat borcun tərkib hissəsi olduğunu və bu borcun 5.000 manat hissəsinin 2025-ci ilin oktyabr ayında ödənildiyini etiraf edir. Qeyd edilənlər bir daha iddia üzrə göstərilən müddət ərzində mənzilin cavabdehin təqsiri üzündən iddiaçıya təhvil verilmədiyini təsdiq edir. Lakin iddiaçı 5.000 manat pulun məhz 2025-ci ilin yanvar - oktyabr ayları üçün yaranmış kirayə haqqı borcunun olduğunu sübuta yetirə bilmir, bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. Digər tərəfdən əvvəlki aylar üçün kirayə haqqı borcunun qaldığı və məhkəmə qaydasında mübahisələndirildiyi, habelə etiraf edilmədiyi (əksinə qəbul edilmədiyi) bir halda, cavabdeh tərəfindən məhz iddiaçının mübahisələndirmədiyi, eyni zamanda, mövcud vəziyyətdə sübuta yetirilmədiyi bir dövr üçün kirayə haqqı borcunun ödənilməsi qənaətinə gəlmək üçün də hər hansı əsas yoxdur.

63. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının etiraf etdiyi 5.000 manat pul cavabdeh tərəfindən məhz hazırda tələb olunan 7.500 manat kirayə haqqı borcunun (onun bir hissəsinin) ödənilməsi məqsədi ilə verilmiş və bu səbəbdən həmin məbləğdən çıxılmalı, qalan (7.500 – 5.000 = 2.500) 2.500 manat cavabdeh tərəfindən ödənilməli olan, lakin ödənilməmiş kirayə haqqı olaraq ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçı 2023-cü ilin oktyabr – 2024-cü ilin dekabr ayları, yəni 15 ay üzrə yaranmış kirayə haqqı bocunu tələb etmiş və qeyd edilən 2.500 manat kirayə haqqı məbləği də həmin dövr ərzində yaranmış və ödənilməmiş məbləğdir.

64. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin (2.500 manat) qiymətini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə cavabdehdən iddiaçının xeyrinə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 45 manat hissəsinin əvəzi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 22,50 manat hissəsinin əvəzi tutulmalıdır. İddiaçı apellyasiya şikayəti üzrə məhkəmə xərclərinin əvəzi olaraq 2.000 manat pulun tutulmasını da tələb etsə də, belə bir məbləğdə xərcinin yaranmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu da öz növbəsində bu məsələ üzrə cavabdehdən iddiaçının xeyrinə hər hansı məbləğin tutulmasını istisna edir.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən edilməli, cavabdeh Cavabdeh MTK-dan 2.500 manat məbləğində pul (kirayə haqqı), habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 45 manat hissəsinin əvəzi tutularaq iddiaçı İddiaçı İdrak qızına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 22,50 manat hissəsinin əvəzi də cavabdeh Cavabdeh MTK-dan iddiaçı İddiaçı İdrak qızının xeyrinə tutulmalıdır.

66. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsində qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-385ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı İdrak qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh MTK-dan 2.500 (iki min beş yüz) manat məbləğində pul (kirayə haqqı), habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsinin əvəzi tutularaq iddiaçı İddiaçı İdrak qızına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 22,50 (iyirmi iki manat, əlli qəpik) manat hissəsinin əvəzi cavabdeh Cavabdeh MTK-dan iddiaçı İddiaçı İdrak qızının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı İddiaçı İdrak qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar