Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1153/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı QSC “xxxx” KB-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə əsas borcun tutulması və tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X6 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı LPO QSC “xxxx” KB-nin nümayəndəsi vəkil2 iştirakı ilə, İddiaçı LPO QSC “xxxx” KB-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ## ###### 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları QSC “xxxx” KB-nin “xxxx” filialı ilə Cavabdeh arasında bağlanmış ##.##.2011-ci il tarixli, ***/**/****/** saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh avtomobil almaq məqsədi 60 ay müddətinə (##.##.2016-cı il tarixədək) illik 18 faiz olmaqla 15.707 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdeh ona məxsus “Skoda Fabia” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini banka girov kimi təqdim etmiş, bankın ##.##.2014-cü il tarixli məktubu əsasında ipotekadan azad olunmuş, nəqliyyat vasitəsi ##.##.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmış və yeni **-TX-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC “xxxx” KB-nin cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, QSC “xxxx” KB-nin “xxxx” filialı ilə Cavabdeh arasında bağlanmış ## #### 2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən əsas borc üzrə 7.157 (yeddi min yüz əlli yeddi) manat, faiz üzrə 5.100 (beş min yüz) manat, ümumilikdə isə 12.257 (on iki min iki yüz əlli yeddi) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın QSC “xxxx” KB qarşısında girov ilə yüklü edilmiş “Skoda Fabia” markalı, boz rəngli, 2011- ci il istehsalı olan, ban TMBJD45J8B3155009 olan **-KT-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək həmin avtomobilin açıq hərracdan satılmasına və borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh əsas borc üzrə 7.157 (yeddi min yüz əlli yeddi) manat, faiz borcu üzrə 5.100 (beş min yüz) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.287 (on iki min iki yüz səksən yeddi) manat pulun alınaraq QSC “xxxx” KB-yə verilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh məxsus “Skoda Fabia” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, borcun ödənilməsindən artıq qalan pul məbləğinin Cavabdeh qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 7157 manat, faiz borcu üzrə 5100 manat, cəmi 12257 manat məbləğində borcu yaranmışdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 296.1, 317.1, 319.1, 442, 443.1, 448.1, 449.1, 739-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasyiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bankdan ##.##.2011-ci il tarixdə 15.707 manat kredit götürmüş və "Skoda Fabia" markalı avtomobili girov qoymuşdur. Sonradan krediti vaxtında ödəyə bilməmiş və avtomobili bankın əməkdaşlarına təhvil vermişdir. Bununla da borc tam ödənilmişdir. Lakin hazırda məlumatı olmuşdur ki, ondan pulun tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, 2(006)- **/**** nömrəli qətnaməsi qəbul olunmuşdur. Hazırda avtomobilin harada olmasından məlumatı yoxdur, avtomobili həmin borcun qarşılığında vermişdir. Öhdəliyini icra etmiş və bank qarşısında öhdəliyi qalmamışdır. Bank tərəfindən borcun tam ödənilməsi barədə ona məktub verilmişdir. Lakin hazırda həmin borc yenidən ondan tələb olunur. Əgər məhkəmə banka sorğu verərsə bu zaman öhdəliklərinin icra olunması sübuta yetiriləcəkdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfdən borcun hansı məbləğdə olması sübuta yetirilməmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə- əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025ci il tarixli, *-**-**/*-*/****-*/****/**** saylı məktubu ilə ekspert rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025ci il tarixli, *-**-**/*-*/****-*/****/**** saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ## #### 2011-ci il tarixli ##/##/2847/11 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Cavabdeh iddiaçı "xxxx" QSC-yə olan borcu müəyyən edilsə də, “Skoda Fabia” markalı, **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilə bağlanan tarixə dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla bağlı olaraq ekspert qeyd etmişdir ki: Ekspertiza təyini haqqında qərardadda iş materiallarında göstərilən 2011-ci il buraxılışlı, “Skoda Fabia” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsi bağlanan tarixə (## ###### 2014-cü il) Bakı şəhərində yerləşən avtobazarlarda, internet saytlarında satışı və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından tədqiqat aparılmamışdır. Borca münasibətdə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış ## #### 2011-ci il tarixli ##/##/2847/11 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Cavabdeh iddiaçı "xxxx" QSC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: ##.##.2014-cü il tarixə (alqı-satqı müqaviləsi bağlanılan tarixə): əsas borc üzrə - 5.378,76 manat; faiz borcu üzrə - 3.382,15 manat; ##.##.2015-ci il tarixə (maliyyə arayışı tərtib edilən tarixə): əsas borc üzrə-5.378,76 manat; faiz borcu üzrə-3.938,85 manat; ##.##.2017-ci il tarixə (qətnamə qəbul edilən tarixə): əsas borc üzrə-5.378,76 manat; faiz borcu üzrə isə 5.530,96 manat təşkil edir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış, qiymətləndirilmənin keçirilməsi “xxxx” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli, MEB-***-**** saylı məktubu ilə rəy daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məmməd Məmmədov) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddiaçı QSC “xxxx” KB-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş sorğu əsasında təqdim edilmiş ## ###### 2024-cü il tarixli məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin “xxxx” filialının xeyrinə yüklü edilmiş və həmin bankın ##.##.2014-cü il tarixli məktubu əsasında ipotekadan azad olunmuşdur. Qeyd olunan “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmış və yeni **-TX-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmiş, nəqliyyat vasitəsi sonradan başqa şəxsə satılmışdır. Eyni zamanda “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məktuba əlavə olunmuş qoşmadan görünür ki, mübahisəli avtomobilə dair X2 (##.##.2011-##.##.2016: qüvvədən düşüb ##.##.2016), X4 (##.##.2014-##.##.2015: qüvvədən düşüb ##.##.2015) etibarnamə əsasında istifadə hüquqları olmuşdur. ##.##.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X1 adına rəsmiləşdirilmişdir. Bundan sonra həmin avtomobilə dair X7 (##.##.2014-##.##.2015: qüvvədən düşüb ##.##.2015), X14 (##.##.2015-##.##.2015: qüvvədən düşüb ##.##.2015) etibarnamə əsasında istifadə hüquqları olmuşdur. Mübahisəli avtomobil alqı-satqı müqaviləsi əsasında ##.##.2015-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin “xxxx” filialının xeyrinə yüklü edilmiş və həmin bankın ##.##.2014-cü il tarixli məktubu əsasında ipotekadan azad olunmuşdur. Qeyd olunan “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmış və yeni **-TX-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər tam olaraq icra edilmişdir, yəni öhdəliyin təminatı kimi ipoteka qoyulmuş avtomobil ipotekadan azad edilməklə özgəninkiləşdirilmişdir ki, həmin vaxta avtomobilin orta bazar dəyəri 11.600 manat təşkil etmişdir və bununla da bank avtomobilin ipotekada azad edilməsi barədə iradə ifadəsini nümayiş etdirmiş, bunun əvəzinə hər hansı girov və ya ipoteka qəbul edilməmişdir. Həmçinin cavabdehə verilmiş kredit məhz ipoteka müqaviləsi ilə bank qarşısında təminat qoyulmaqla götürülmüşdür ki, hazırda ipoteka predmeti ipotekadan azad edilərək satılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti satılan vaxt cavabdehin iddiaçı qarşısında olan öhdəlikləri də yerinə yetirilmiş olmuşdur. Həmçinin qeyd edilməlidir ki, avtomobilin satışından gəlirin iddiaçıya verilməməsini təkzib edən hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin ipoteka predmetinin ipotekadan azad edilərək satılmasına baxmayaraq cavabdehin hazırda borcunu ödəməməsinə dair dəlilinə qiymət verərək ilk olaraq qeyd etmişdir ki, borc öhdəliyi və bu öhdəliyin də təminatı avtomaşın olduğu halda ipotekadan azad edilməsinə razılıq verilməsi sözsüz ki, borcun ödənilməsi üçün borcluya müvafiq şərait yaradılması idi. Bank bu riski göz önünə alaraq qeyd edilən razılığı 2014cü ilin sentyabr ayında verdikdən sonra ağlabatan müddətdə borcun ödənilməsinin təmin edilməməsini gördükdə ən azından avtomaşının hüquqi taleyi ilə maraqlanaraq (satılıb –satılmaması) satıldığı halda borclu tərəfindən əldə edilmiş vəsait ilə borcu ödəmədiyi faktı olsa idi dərhal bütün hüquqi vasitələrdən istifadə etməklə verdiyi razılıq ərizəsinin və ya həmin məktub əsasında aparılmış alqı-satqı əməliyyatının etibarsızlığını mübahisələndirərək avtomaşının borc öhdəliyinin təminatı olaraq qaytarmaq kimi hüquqi müstəvidə mübarizə apara bilərdi. Lakin iş materiallarından görünür ki, bank öhdəliyin təminatı olan avtomobilin öz iradəsi əsasında könüllü olaraq ipotekadan azad edildikdən sonra məhkəməyə ##.##.2015-ci il tarixdə iddia ilə müraciət etsə də, ipoteka predmeti ilə bağlı məhkəməyə doğru məlumat verməmiş, faktiki olaraq ipoteka predmeti olmayan avtomaşına dair tutma həyata keçirilməsinə nail olmuşdur. Hətta birinci instansiya məhkəməsində işə baxılarkən belə iddianın təmin tədbiri ilə bağlı məhkəməyə də müraciət edilmiş və ##.##.2015-ci il tarixli qərardad ilə ərizəsinin də təmin edilməsinə də nail olmuşdur. Həmçinin işə əlavə edilmiş icra işindən görünür ki, qətnamə qəbul edildikdən sonra belə icra hərəkətləri uzun müddət həyata keçirilməmiş, cavabdeh isə icra ilə bağlı hətta 2017-ci ildə çağırış zamanı icra orqanına da avtomaşını banka borc əvəzi təhvil verilməsini qeyd etmişdir. Kollegiya qeyd etmişdir ki, icra orqanı tərəfindən ##.##.2017-ci il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul olunaraq eyni tarixli məktubla, DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunsa da, həmin qərarın göndərilməsini təsdiq edən sənəd (reyestr, qəbz və s.) olmamasından əlavə, sözügedən idarənin də cavab məktubu icra işində müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hallar icra orqanı tərəfindən ##.##.2017-ci il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul olunsa da, onun icra edilməsi üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə eyni tarixli məktubun göndərilməsi faktı mövcud olmaması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Belə ki, qərar sözügedən idarəyə icra üçün daxil olduğu təqdirdə həmin avtomaşının artıq cavabdehə məxsus olmamasına dair icra orqanına müvafiq məlumat verilməsi təmin edilərdi. Məktubun DİN Baş Dövlət Yol Polisi İdarəsinə daxil olması halında belə onun icra şöbəsinə qərarın icrası barədə məlumat verməməsi də öz növbəsində icra orqanı kimi həmin idarənin də buna məsul şəxslərinin vəzifələrinə səhlənkar və məsuliyyətsiz yanaşmalarının təsdiqidir. Eyni hallar iddiaçı tərəfə də şamil olunur. Belə ki, ən azından axtarış barədə icra orqanın qərarının icrasını həyata keçirilməsində maraqlı olmalı və vaxtında avtomaşının mülkiyyətçinin dəyişməsi barədə məlumatı olmaqla məhkəməyə dürüst məlumat verməli idi. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsində iddiada avtomaşının ipoteka predmeti olması göstərilsə də, cavabdehin iştirakı olmadan, kredit borcu üzrə də müəyyən şübhələr yarandığı üçün müvafiq ekspertiza təyin edilməsini zəruri saysa da, ipoteka predmeti ilə bağlı BDYP-nə müvafiq sorğu (ipotekanın qüvvədə olubolmamasına dair) verməmiş, bununla bağlı araşdırma aparmadan faktiki olaraq ipoteka predmeti olmayan əmlaka qarşı tutma yönəldilmişdir. Hal-hazırda BDYP-nin cavab məktubunda müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün sənədlərin müvafiq qaydada məhv edilməsi göstərilməsi qeyd olunan “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmasının hansı əsaslarla (yəni etibarnamə olub-olmaması) çıxarılaraq yeni **-TX-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilməsini müəyyən etmək olmamışdır. Halbuki, məhkəmə işə baxarkən bu halı aydınlaşdırmaq üçün prosessual müddət imkan verməklə bunun üçün şəraiti də olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının bilərəkdən məhkəməyə səhv məlumatlar verməsi faktı özü-özlüyündə iddianın da öz mövqeyində səmimi olmamasının təsdiqidir. Apellyasiya instansiyası məhkəməsi bütün bu göstərilənlərlə bağlı xüsusilə vurğulayır ki, bank borc öhdəliyinin ödənilməsinə perspektiv və real şərait olmadan ipoteka predmetini şüurlu surətdə əldən verməsi (ipotekadan azad etməsi) qətiyyən inandırıcı deyildir. Buna görə də kollegiya işin araşdırılmış halları və daxili inam əsasında şikayətin avtomobili bank əməkdaşlarına borc əvəzi təhvil verməsinə dair dəlilini tamamilə əsaslı və inandırıcı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını düzgün müəyyən etməyərək, iddia tələbinin təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296.1, 317.1, 319.1, 442, 443.1, 448.1, 449.1, 739.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat İddiaçı QSC “xxxx” KB kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında görünür ki, ##.##.2014cü il tarixdə cavabdeh tərəfindən banka 4.692 manat məbləğində ödəniş edilmişdir. Lakin məhkəmə bu ödənişin mahiyyətini və məqsədini araşdırmamış, qiymət verməmişdir. Məhkəmə tərəfindən nəqliyyat vasitəsinin alqı-satqısının aparıldığı tarixə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilmişdir. Mühasibatlıq ekspetizası üzrə həmin tarixə cavabdehin 8760,91 manat banka borcunun olması, qiymətləndirmə ekspertizası üzrə isə normal vəziyyətdə saxlanılmış nəqliyyat vasitəsinin dəyərinin təqribən 11.600 manat olması müəyyənləşdirilmişdir. Əvvəla, ekspert tərəfindən cavabdehin Banka olan borc öhdəliyinə dair rəy ##.##.2014-cü il tarixinədək hesablanmışdır. Məhkəmənin gəldiyi nəticəyə əsaslansalar, (##.##.2014-cü il tarixli istifadə hüququna dair etibarnamə əsasında X5 tərəfindən nəqliyyat vasitəsinin etibarnamə əsasında özgəninkiləşdirilməsinə dair) ##.##.2014-cü il tarixində ödənilmiş 4.692 manat da ümumi borc məbləğinə münasibətdə hesablanmalıdır. Məhkəmə tərəfindən X5 etibarnamə verilən tarix nəqliyyat vasitəsinin banka təhvil verilməsi tarixi kimi ehtimal edilir, belə olduqda ##.##.2014-cü il tarixində cavabdehin Banka olan borc məbləği 13.452,91 manat təşkil edir. Sözügedən borc məbləğini mütəxəssis rəyində qeyd edilmiş dəyərdə olan nəqliyyat vasitəsi ilə əvəzləşdirmək ağlabatan deyildir. Belə ki, məhkəmə Bankın nəqliyyat vasitəsinin yüklülükdən azad edilməsinin səbəbini araşdırmamış, etibarnamə və ödənişin qarşılıqlı bağlılığını müəyyən etmədən şəxsi mülahizələrinə istinad etmişdir. Bu səbəbdən məhkəmə işdə olan sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, nəticə etibarilə cavabdehin hüquqlarını müdafiə etmişdir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin banka təhvil verilməsinə dair heç bir sübut təqdim edilməmiş, sadəcə formal mülahizələr irəli sürülmüşdür. Bununla belə, məhkəmə sübutetmə yükü məsələsində yanlış qənaətə gəlmişdir. Belə ki, apellyasiya şikayəti cavabdeh tərəfindən verilmiş, iddialarına, irəli sürdüyü mülahizələrinə dair sübut təqdim etməmişdir. Məhkəmə, sərəncamvermə səlahiyyətləri olmadan X5 cavabdehin adından nəqliyyat vasitəsini özgəninkiləşdirməsi barəsində, eləcə də mülkiyyətçinin öz əmlakına dair hüquqlarını təmsilçilik əsasında digər şəxslərə verməsinin məhdudlaşdıraraq, həmçinin sübutemə yükü ilə bağlı səhv hüquqi nəticəyə gəlmişdir. İşə məhkəmə tərəfindən həm maddi, həm də prosessual normaların pozulması ilə baxılmış, məhkəmə tərəfindən sübutlara obyektiv qiymət verilməmiş, şəxsi mülahizələrinə əsaslanıb qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin banka təhvil verilməsinə dair sübutları təqdim etməmiş, hətta alqı-satqı müqaviləsinin tərəfi olan “satıcı” qismində cavabdehin şəxsən özünün olması, sübutlarla təsdiq edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə cavabdeh tərəfindən etiraz verilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etirazda qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsi hazırkı işin faktiki hallarını çox düzgün və qanuni araşdırmış və müəyyən olunmuşdur ki, avtomobilin dəyəri 11.600 manat olmuş və banka borcunun 8760.91 manat olmuşdur. Avtomobil bank tərəfindən satılmış və borc tam şəkildə ödənilmişdir. Hazırkı vəziyyətdə banka olan borcun bağlanmasını təkzib edən hər hansı sübut yoxdur. Ona görə də iddia tələbi rədd olunmuşdur. Bank tərəfindən isə əsassız olaraq kasssasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsi bütün sorğuları göndərmiş və avtomobilin banka təhvil verilməsi, borcun bağlanması və bankın avtomobili satması təsdiq olunmuşdur. Belə olan halda cavabdehin bank qarşısında icra olunmamış öhdəliyi qalmamışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Repsublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ilə iddiaçı QSC “xxxx” KB tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən-## #### 2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 12.257 manat məbləğində borcun tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən əsaslıdır. Kassatorun tutmanın QSC “xxxx” KB qarşısında girov ilə yüklü edilmiş “Skoda Fabia” markalı, **-KT-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək həmin avtomobilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsinə dair iddia tələbinin rədd edildiyi hissə ilə bağlı kollegiya qeyd edir ki, bu hissədə apellyasiya məhkəməsi işin hallarına tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun qiymət vermiş və sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilmişdir. Məhkəmə müəyyən etmişdir ki, bank 2015-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Skoda Fabia” markalı, **-KT-*** dövlət nömrə nişanlı avtomobil borclunun mülkiyyətində olmamış və ipoteka yüklülüyündən azad edilmişdir. Belə olan halda cavabdehin kredit borcuna görə tutmanın başqa şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə yönəldilməsi barədə tələb əsassız olmuşdur. Lakin kollegiya kassatorun bu dəlili ilə razılaşır ki, kredit borcunun tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə məhkəmə sübutları qiymətləndirərkən prosessual normaların tələblərini pozmuş, sübutetmə yükü düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaya etirazın əsaslarını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, onun kredit öhdəliyi 2014-cü ildə xitam olunmuşdur. Belə ki, kredit borcunu ödəyə bilmədiyi üçün girov predmeti olan avtomobili bankın əməkdaşlarına təhvil vermiş, bununla da borc öhdəliyini tam icra etmişdir. Apellyasiya məhkəməsi cavabdehin dəlillərini əsaslı hesab etsə də, bu dəlillərin hansı sübutlarla təsdiq edildiyini qətnamədə əsaslandırmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf cavabdehin bu mülahizələrini təkzib edən sübutları təqdim etməyə borclu olduğu halda təqdim bilməmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, hazırkı halda yüklülükdən azad edilməzdən iki gün əvvəl nəqliyyat vasitəsinə dair adına etibarnamə verilmiş X5 adlı şəxsin məhz QSC “xxxx” KB-nın əməkdaşı olduğuna, avtomobilin cavabdeh tərəfindən banka təqdim edildiyinə və bunun müqabilində kredit öhdəliyinin xitam olunduğuna dair işdə sübutlar olmadığından iddiaçının cavabdehin sübutlarla təsdiq edilməmiş mülahizələrini təkzib etmək vəzifəsi yaranmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bank tərəfindən nəqliyyat vasitəsinin ipoteka yüklülüyündən azad edilməsi faktı borcun tam ödənildiyinə dair cavabdehin dəlillərinin əsaslı olduğunu təsdiq edir. Kollegiya bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsində ipoteka predmetinin ipoteka qoyan tərəfindən ipoteka saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirmək hüququ müəyyən edildiyindən ipoteka saxlayanın belə bir razılıq verməsi digər sübutlar olmadan kredit öhdəliyinin tam icra edilməsi kimi qiymətləndirilə bilməz. Kassatorun dəlillərindən biri bundan ibarətdir ki, nəqliyyat vasitəsi ipoteka yüklülüyündən azad edildikdən sonra kredit borcunun 4.692 manatı ödənilmiş, lakin məhkəmə bu ödənişi girov predmetinin yüklülükdən azad edilməsi üçün həyata keçirilmiş hissəvi ödəniş kimi qiymətləndirməmiş, iddiaçının bununla bağlı dəlilinə münasibət bildirilməmişdir. MPM-nin 220.4cü maddəsinin tələbinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun ehtimallar və mülahizələrlə deyil, tərəflərin təqdim etdiyi sübutlara istinad edərək əsaslandırılmalıdır. Azərbaycan Respublikası MM-nin 529-cu maddəsinə əsasən, pul ödənişi formasında icra edilməli olan öhdəliyi əmlak təqdim etməklə icra etmiş normanın tələbinə əsasən qalıq borcun bank tərəfindən silindiyi və kredit öhdəliyinin xitam olunduğunu işə birinci instansiya məhkəməsində baxılarkən sübutlarla təsdiq etmək cavabdehin vəzifəsi olmuşdur. Kollegiya eyni zamanda qeyd edir ki, kredit öhdəliyi olan cavabdeh qeydiyyatda olduğu və kreditora öz ünvanı olaraq təqdim etdiyi ünvanda faktiki yaşamadığından 2015-ci ildə ona qarşı irəli sürülmüş iddia tələbi barədə 2017-ci ilədək məlumatı olmamasına görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən-## #### 2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 12.257 manat məbləğində borcun tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasyiya instansiyası məhkəməsində ikinci icraat Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, cavabdeh Cavabdeh QSC xxxx KB-dan 12.287 manat kredit götürmüşdür. Bir müddət ödənişlər edilsə də, sonra çətinliklə üzləşdiyindən maşını Gündüz adılı qonşuya idarə etmək, kredit borcunu yavaş-yavaş ödəmək üçün vermişdir. Gündüz borcu ödəyə bilmədiyindən, maşını banka təhvil verməyi təklif etmişdir. Bundan sonra o, cavabdehlə birlikdə maşını QSC xxxx KB-a təhvil vemiş, həmin vaxt Reyhan xanıma maşının banka təhvil verilməsi barədə sənəd verilmişdir. Onlar həmin sənədi məhkəməyə təqdim etməkdə çətinliklə üzləşmişlər. Belə ki, cavabdeh həmin sənədi hara qoyduğunu bilmir. Digər tərəfdən Gündüz dünyasını dəyişdiyindən onun məhkəməyə dəvət edilməsi mümkün olmamışdır. Cavabdeh bildirir ki, maşını banka təhvil verdikdən sonra ona hansısa məktub gəlməmiş, onu çağıran olmamışdır. Kredit müqaviləsində qeyd olunan cavabdehə məxsus olan nömrələrə zəng olunmamışdır. Neçə ildən sonra cavabdehə icra məmurundan zəng edilərək 2017-ci ildə qətnamə qəbul edilməsi bildirmişdir. 4.000 manat pul qaytarılmış, maşın girovdan çıxdıqdan sonra cavabdeh ümumiyyətlə banka getməmiş, ödəniş qəbzinin aşağısında ödəniş edənin kim olduğu yazılır. Cavabdeh bildirir ki, o qətiyyən ödəniş etməmişdir. Cavabdeh hesab edir ki, banka heç bir ödəniş etməli deyildir. Çünki cavabdeh maşını təhvil verərkən bankdan ona heç bir borcunun qalmadığı deyilmişdir. Deməli razılaşıblar ki, maşın girovdan çıxarılsın, sonra iddiaçı kimə satıb özü bilər. Onlar maşını banka təhvil vermişlər. Onların sübutları maşının təhvil verilməsi barədə cavabdehə verilən sənəddir. Bu sənəd indi yoxdur. 4.000 manatı Reyhan xanım banaka ödəməyib, onun bu ödənişdən xəbəri yoxdur. Cavabdeh razılıq verməsəydi mülkiyyətində olan əmlak satıla bilməzdi. Maşın banka təhvil verilib, maşının pulu borcu bağlayırdı. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, maşını evində işləyən qadının əri üçün öz adına almışdır. Onların qeydiyyatı Şəkiyə olduğundan, evində işləyən qadın ona yoldaşının maşın istədiyini demiş, o da, «nə olar, gedək götürək, krediti də hər ay keçirərsən demişdir.» Maşını 2011-ci ildə almışlar. Sonra onun qızı vəfat etmiş, sentyabr ayında QSC xxxx KB-dan ona maşını qaytarmasını demişlər. O, 2014-cü ildə maşını banka qaytarmışdır. QSC xxxx KB-nin işçiləri də hər gün onların evinə gəlirdilər. Maşını sürən Gündüz rəhmətə getmişdir. Maşını qaytarandan sonra ona zəng edən belə olmamışdır. 2025-ci ildə ona zəng etmişlər. Sonra onlar apellyasiyaya müraciət etmiş, Ali Məhkəməyə müraciət etmişlər. O, borcunun qalmadığını necə sübut edə bilər. Maşını təhvil verib gedib. Maşını ondan alanda ona heç nə demədilər, bir dənə kağız verdilər, o, da artıq neçə il keçib, itmişdir. 2014-cü ildə maşını verib gedib. O, xəstə insandır necə banka ödəniş edə bilər. Bilir ki, maşını alan adam banka borcunu 3 ay iyul, avqust və sentyabr aylarını ödəməyib. Onu bəlkə necəsə ödəyə bilər, qalan heç nə ödəyə bilməz. O, Gündüzə borcunu ödəməli olduğunu demişdir, o, dəqiq bilir ki, 3 ayın borcunu ödəməmişdir. Gündüz 7-ci mikrorayonda kirayədə yaşamış, hər gün bankın işçiləri gedib-gəlmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh nümayəndəsi (qızı) X3 izahatında göstərmişdir ki, anası insult xəstəsidir. Bu yay problem yarandığından onu onkoloji xəstəxanada qeydiyyata saldırmışlar. Ona görə məsələnin dərindən araşdırılmasınısı xahiş edir. Belə ki, onların iddiaçıya heç bir borcu yoxdur. Anası maşını qaytaranda ona kağıza imzalatdırmışlar. Həmin vaxt anası bacısı vəfat etdiyindən həyəcanlı olmuşdur. Bu müddət ərzində də iddiaçı onlara heç bir məlumat verməmişdir. O, Gündüzün yoldaşı ilə danışmışdır. Bu məsələni onlara 10 il ərzində desəydilər normal baxardı. Onlar yaşadıqları ünvanı dəyişsələrdə sistemdə telefon nömrələri vardır. Bankdan onlara zəng vuran olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO QSC “xxxx” KB-nin nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, bankın işçisi kimi qeyd olunan şəxs – X4 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş məlumata əsasən, verilən etibarnamədə istifadə hüququ nəzərdə tutub, sərəncam hüququ verilməmişdir. Apellyasiya instansiyasında işə birinci dəfə baxılarkən qeyd olunan şəxsə verilmiş etibarnamədə sərəncam vermə səlahiyyətlərinin olmasının nəzərə alınması qeyd olunmuşdur. Maşının satılmasına onlar razılıq vermişlər. Lakin maşın onlar tərəfindən satılmamışdır. Cavabdeh tərəf iddia edir ki, maşını bankın nümayəndəsi satmışdır. Bankın nümayəndəsinə verilən etibarnamə ilə bu hal mümkün deyildir. Məhkəməyə müraciət edilməmişdən əvvəl tərəflərə bildiriş göndərilir. Alqısatqıdan sonra ödənilmiş 4.692 manat ##.##.2014-də son ödəniş olaraq borcdan silinmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (hüquq münasibəti yaranan zaman qüvvədə olmuş redaksiyada) “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibəti yaranan zaman qüvvədə olmuş redaksiyada) Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə Azərbaycan Repsublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərarı ilə iddiaçı QSC “xxxx” KB tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən-## #### 2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 12.257 manat məbləğində borcun tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alındığından birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 12.257 manat məbləğində borcun tutulmasına dair hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(102)-3826/2025-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləği hissəsində dəyişdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o, cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, cavabdeh apellyasiya şikayətində iddiaçı qarşısında olan kredit öhdəliyinə 2014-cü ildə xitam verilməsini bildirsə də, etirazında istinad etdiyi halları təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmiş, bununlada etirazında istinad etdiyi halları sübuta yetirmək vəzifəsini icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaya etirazın əsaslarını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, ipoteka saxlayanın razılığı ilə ipoteka predmeti satılmış, əldə olunan vəsait 4.692 manat cavabdehin borcuna görə banka ödənilmiş, borcalan öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı ##.##.2015-ci ildə hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli, *-**-**/*-*/****-*/****/**** saylı rəyi ilə tərəflər arasında bağlanmış ## #### 2011-ci il tarixli, ##/##/2847/11 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Cavabdeh iddiaçı "xxxx" QSC-yə olan borcunun ##.##.2014-cü il tarixə (alqı-satqı müqaviləsi bağlanılan tarixə): əsas borc üzrə - 5.378,76 manat; faiz borcu üzrə - 3.382,15 manat; ##.##.2015-ci il tarixə (maliyyə arayışı tərtib edilən tarixə): əsas borc üzrə-5.378,76 manat; faiz borcu üzrə-3.938,85 manat; ##.##.2017-ci il tarixə (qətnamə qəbul edilən tarixə): əsas borc üzrə-5.378,76 manat; faiz borcu üzrə isə 5.530,96 manat olması müəyyən edilmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edərkən tərəflər arasında bağlanmış kredit müqaviləsinə birtərəfli qaydada xitam verməsinə dair iradə ifadəsini nümayiş etdirdiyindən, cavabdeh etirazında istinad etdiyi halları, yəni iddiaçıya borcunun olmamasını sübuta yetirə bilmədiyindən, əksinə mülki iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə cavabdehin iddiaçıya ##.##.2015-ci il tarixə olan əsas borc üzrə 5.378,76 manat, faiz borcu üzrə 3.938,85 manat borcunun qalması öz təsdiqini tapdığından apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan əsas və faiz borcu hissəsində dəyişdirilərək iddia həmin hissədə qismən təmin edilib cavabdeh Cavabdeh iddiaçı LPO QSC “xxxx” KB-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 5378,76 manat (beş min üç yüz yetmiş səkkiz manat yetmiş altı qəpik), faiz borcunun məbləği 3938,85 manat (üç min doqqquz yüz otuz səkkiz manat səksən qəpik) müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan əsas və faiz borcu hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı LPO QSC “xxxx” KB-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 5378,76 manat (beş min üç yüz yetmiş səkkiz manat yetmiş altı qəpik), faiz borcunun məbləği 3938,85 manat (üç min doqqquz yüz otuz səkkiz manat səksən beş qəpik) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-1153/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1153/2026
12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver