Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1158/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “pul”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32800 ABŞ dollarına rəsmi məzənnəyə uyğun olaraq 55760 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 258 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2022-ci ildə şahid X1 iştirakı ilə, ##.##.2022-ci ildə qaytarmaq şərti ilə 30.000 (otuz min) ABŞ dolları borc pul almış və borcun etirafı kimi həmin tarixdə yazılı iltizam (borcun etirafı) da vermişdir. Bu günədək keçən 14 aydan artıq müddət ərzində borcu qaytarmamışdır. ##.##.2023-cü ildə "Azərpoçt" vasitəsilə borcun qaytarılması haqqında cavabdehə pretenziya (tələbnamə) göndərmiş, cavabdeh həmin pretenziyanı ##.##.2023-cü ildə poçt qəbzini imzalayaraq almışdır. Bundan sonra ona dəfələrlə müxtəlif vaxtlarda borcun qaytarılmasına vəd vermiş, lakin vədini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqa, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə cavabdeh əsassız varlanmış şəxs hesab olunur və belə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. 2022-2023-cü illər ərzində bank uçot dərəcəsi (8,25 - 9) % olmuşdur. Bu hesabla ən azı illik 8% hesabı ilə götürsək geçikdirilən 14 ay üçün cavabdeh əlavə olaraq (8% : 12) x 14 ay x 30000$ / 100 = 2800 ABŞ dolları vəsait də ödəməlidir. Beləliklə, iddia ərizəsi məhkəməyə təqdim edilən vaxt cavabdehin ümumi borcu 30.000 + 2800 = 32800 ABŞ dolları və ya 55760 manat təşkil edir.
3. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Ruslan Mirzəliyev) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 30000 ABŞ dolları rəsmi məzənnəyə uyğun olaraq 51000 manat pulun tutularaq, iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh gecikdirilmiş 5% borcu 1750 ABŞ dolları rəsmi məzənnəyə uyğun olaraq 2975 manat pulun tutularaq, iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumundan 251,92 manat pulun cavabdehdən tutularaq, iddiaçı İddiaçı ödənilməsi müəyyən edilmişdir.
4. Iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri.
5. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsində baxış iclasları gedişində mötəbər əsaslar aşkar olundu ki, o, əsl cavabdeh deyil. Yəni, hakim qanunvericiliyə uyğun olaraq iddiaçının razılığı ilə onu əsl cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə əvəz etməli idi. Lakin məhkəmə baxışında qanuna zidd olaraq hakim belə bir cəhd etməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Rayon məhkəməsi tərəfindən dindirilmiş üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ifadəsində bildirmişdır ki, təsisçisi olduğu xxxx MMCnin direktoru vəzifəsində işləyən Heydər Cəfərovdan əmək haqqlarını ödəmək üçün borc pul tapmağı xahiş etmiş, H.Cəfərov ona 20000 ABŞ dolları vermişdir. H.Cəfərov pulu ancaq ona verə biləcəyini demiş, belə şərt qoymuşdur ki, 20000 ABŞ dolları ödənilir, 2000 ABŞ dolları həmən götürülür, 18000 ABŞ dolları Mustafaya çatır, qarantiya olsun deyə iltizama 30000 ABŞ dolları yazılmalı və imzalanmalıdır. Rayon məhkəməsi onun və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ifadələrinə biganə yanaşaraq mühüm olan halları aydınlaşdırmamışdır. Belə ki, bu hallardan məlum olur ki, kimin almasından asılı olmayaraq faktiki ödənilən məbləğ 18000 ABŞ dolları təşkil etmişdir. Iltizamda yazılan 30000 ABŞ dolları həqiqəti əks etdirməyib. Hesab edilsə ki, onunla iddiaçı arasında əqd (yazılan iltizama uyğun) bağlanmışdır, həmin əqd mülki qanunvericiliklə uydurma və yalan əqd sayılır. Qanunverici uydurma və yalan əqdi bağlandığı andan etibarsız hesab edir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, “xxxx” MMC-də mühasib kimi çalışırdı. Həmin dövrdə işçilərin əmək haqqısının verilməsində gecikmələr olurdu və bu səbəbdən şirkətin təsisçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-in rəhbəri olan H.Cəfərovdan vəziyyətdən çıxmaq üçün pul istəmiş, H.Cəfərov ilk öncə razı olmamış, daha sonra isə onun zamin duracağı təqdirdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs pulu verəcəyini bildirmişdir. O da şirkətin işləri getsin deyə və bunun əhəmiyyətsiz bir şey olduğunu düşünərək razı olmuş, H.Cəfərov onun otağına gəlmiş və o, vərəqə onun dediklərini yazaraq imzalamış, H.Cəfərov pul hazır olanda xəbər verəcəyini bildirmişdir. Daha sonra axşam Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə o pulu almaq üçün getmişlər və orada H.Cəfərov bir qadınla danışdı, ondan pulu götürüb 18.000 dollar pulu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir, Mustafa da həmin pulu hissə-hissə H.Cəfərova ödəmişdir. O, iddiaçını tanımır, onu görməmiş və onunla hər hansı ünsiyyət və münasibətdə olmamışdır.
7. Cavabdeh israrla iddiaçı S.Sultanovanın məhkəmə iclasında şəxsən iştirakının təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil3 cavabdehin izahatı ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, bu işdə iddiaçı S.Sultanova əsl iddiaçı, Cavabdeh isə əsl cavabdeh deyil, bu münasibətlərdə həqiqi tərəflər H.Cəfərovla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdır, Cavabdeh isə zamin olmuşdur, eləcə də iddiaçının istinad etdiyi yeganə sübut olan qəbz əhəmiyyətsizdir və əgər bu əqdirsə, onda bu uydurma əqddir. Alınan pula gəldikdə isə onun məbləği 18.000 dollar olmuş, onun da ödənilməsi ilə bağlı çeklər var, lakin həmin çeklərin bir hissəsini itirmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin əsassız olduğunu və təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdehin nümayəndəsi və vəkili də israrla iddiaçı S.Sultanovanın məhkəmə iclasında şəxsən iştirakının təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bildirdi ki, cavabdeh iddiaçıdan pulu alıb, pulun kimə verilməsinin əhəmiyyəti yoxdur, əsas odur ki, cavabdeh sənədi imzalayıb, H.Cəfərov isə şahid kimi sənədə imza atmışdır.
11. Bununla belə, nümayəndə iddiaçının məhkəmə iclasında şəxsən iştirakının təmininə dair məhkəmə tələbinin olmasına baxmayaraq, iddiaçının məhkəmə iclaslarına gəlməməsinin yayınmasının səbəbləri barədə izahat verərkən bidirdi ki, o vəkil və nümayəndə kimi iddiaçını təmsil edir, bu yetərlidir, iddiaçı iştirak etmək istəmir.
12. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirdi ki, o “xxxx” MMC-in təsisçisi və sahibidir, H.Cəfərov onun şirkətinin direktoru, Daməd isə baş mühasib olmuş, 2022-ci ilin yayında şirkətdə əməkdaşların əmək haqqlarının ödənilməsində çətinliklər yaranmış, vəziyyətdən çıxmaq üçün H.Cəfərovdan borca pul verməsini istəmişdir. Bu barədə H.Cəfərova bildirdikdə o, Damədin zamin durması şərti ilə pul verə biləcəyini demişdir. O, H.Cəfərovu 2010-cu ildən tanıyır və ondan müxtəlif dövrlərdə sələmə borc pul alıb. Bundan əvvəlki borcunu vaxtında ödəyə bilmədiyi üçün H.Cəfərov Damədin zamin kimi duracağı təqdirdə ona borc pul verməyi qəbul etmişdi. Bu minvalla həmin qəbz yazılmış, həqiqətdə Daməd hər hansı pul almamış, H.Cəfərovdan borc kimi 18.000 (on səkkiz min) dollar o özü götürüb, qarşılığında isə təxminən 50.000 (əlli min) dollar qaytarıb. H.Cəfərovla aralarında digər borc-pul münasibətləri də olub, həmin mübahisələr indi də davam edir. Cavabdehin dedikləri ilə razıdır və onun dediklərini tam təsdiq edir.
13. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs eyni zamanda aşağıdakı məzmunlu yazılı izahat da vermişdir:
14. “Bildirirəm ki, "xxxx" MMC-nin sahibi və rəhbəri vəzifəsində işləyirəm. Iş üzrə cavabdeh Cavabdeh "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən zaman, maliyyə çətinliyim yarandı, işçilərin əmək haqqılarını ödəyə bilmədiyim üçün pula ehtiyacım oldu və Cəfərov Heydərdən borc pul istədim.Cəfərov Heydər bildirdi ki,pulun verilməsi üçün yalnız Cavabdeh etibar edir və bir şərtlə mənə borc verməsi mümkündür ki, iltizam tərtib olunsun və həmin iltizamı Cavabdeh imzalasın. Daha bir şərt olaraq Cəfərov Heydər bildirmişdir ki, iltizamda borc məbləği 30.000 ABŞ dolları yazılmalıdır. Mən ##.##.2022-ci il tarixli iltizamda borcun 30000 ABŞ dolları yazılmasına ona görə razı oldum ki, həmin vaxt çox ciddi maliyyə sıxıntılarım movcud idi və hətta işçilərimə belə əmək haqqı üzrə borclarım yaranmışdı.
15. Cəfərov Heydər mənə 20.000 ABŞ dolları məbləğində borc pulu verdi və elə ordaca da 2000 ABŞ dolları (10 faiz) pulu ona geri ödədim, nəticədə cəmi 18.000 ABŞ dolları məndə qaldı. Yalan olaraq tərtib edilən 30.000 ABŞ dolları (həqiqətdə 18000 ABŞ dolları pul verildi) borc məbləğinin alınması barədə ##.##.2022-ci il tarixli iltizamı pul ödəyən tərəf kimi Cəfərov Heydər və pulu alan şəxs kimi Cavabdeh imzaladı, özünü iddiaçı hesab edən İddiaçı isə həmin anda orada iştirak etməmiş, hər hansı sənədi imzalamamışdır. Sual meydan çıxır: Sabunçu Rayon Məhkəməsi hansı əsaslarla iddia tələbini mümkün hesab edərək işin məhkəmə icraatına götürülməsi barədə məhkəmə aktı çıxarmışdır?
16. Odur ki, Məhkəmə Kollegiyasına rəsmən bildirirəm ki, birinci instansiya məhkəməsinə də bu izahatda qeyd etdiklərimi söyləmişəm. Lakin birinci instansiya məhkəməsi borc məbləğinin Cavabdeh deyil, mənə və mənim sahibi olduğum şirkətimə aid olmasını, həmçinin əslində Cəfərov Heydərdən aldığım borc məbləğinin 30000 ABŞ dolları deyil, 18000 ABŞ dollar olduğunu, ümumiyyətlə iş üzrə əsl cavabdeh tərəf Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğunu nəzərə almayıb, sədrlik edən hakim qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehin əsl cavabdehlə dəyişilməsi barədə qərardad qəbul etməyibdir.
17. Bu baxımdan birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsini səhv və əsassız hesab edirəm. Ona görə ki, Cavabdeh sözügedən borc məbləğindən 1 (bir) manat belə almayıb, habelə həmin borc məbləğindən özü üçün xərcləməyib, yararlanmayıb. Lakin əsassız olaraq birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh 30000 ABŞ dolları rəsmi məzənnəyə uyğun olaraq 51000 manat pulun tutularaq, üzünü görmədiyi, tanımadığı iddiaçı İddiaçı ödənilməsinə qət edilmişdir. Bu halı ədalətsizlik hesab edirəm. Işin hallarına görə,iş materiallarında mövcud sübutlara istinadən Cavabdeh özünə aid olmayan, habelə istifadə etmədiyi pul məbləği tutmaq və borc prosesində iştirak etməyən, lakin özünü iddiaçı elan edən vətəndaşa ödənməsi yolverilməzdir.
18. Bunlardan əlavə qeyd edirəm ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə əsasən iş üzrə mötəbər sübut - barəsində məlumat verdiyim ##.##.2022-ci il tarixli iltizamdır. Fikrimcə, həmin iltizam həqiqəti əks etdirmədiyi, iddiaçının imzasının olmaması səbəblərinə görə mötəbər sübut deyil, əksinə olaraq yalançı və etibarsız əqd sayılmalıdır. Qanunvericiliyin tələblərinə görə isə etibarsız əqd hər hansı hüquqi nəticələrə səbəb ola bilməz. Xüsusilə qeyd edirəm ki, 18000 dollar pulun mənə ödənilməsinə, buna rəğmən həmin puldan tam olaraq mən yararlandığıma görə məhkəmə icraatına cavabdeh tərəf kimi mən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməli idim.” Sübutların tədqiqi:
19. Mülki iş materiallarında Cavabdeh tərəfindən əlyazma üsulu ilə icra edilmiş ##.##.2022-ci il tarixli "Borcun etirafı"nın mətni aşağıdakı kimidir: “Mən, Cavabdeh (ş/v: seriya AZE № ********) ##.##.2022-ci il tarixində İddiaçı Xanməmməd qızından dostum Cəfərov Heydərin şahidliyi ilə 30.000 ABŞ dolları, yəni ##.##.2022-ci il tarixinə qədər qaytarmaq şərti ilə borc aldım. Qaytara bilmədiyim halda bütün məhkəmə xərclərinin öhdəliyini öz üzərimə götürürəm”. Həmin sənəd "##.##.2022" tarixi qeyd edilməklə Cavabdeh və Cəfərov Heydər tərəfindən imzalanmışdır.
20. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ilə, Cavabdeh arasında ##.##.2022-ci ildə aldığı 30.000 ABŞ dolları borc pulun 14 ay müddətə gecikdirdiyinə görə illik 5% hesablanmaqla faiz borcu 1750 (min yeddi yüz əlli) ABŞ dolları məbləğində müəyyən edilir.
21. Mülki iş materiallarına "Whatsapp" tətbiqi vasitəsi ilə aparılmış yazışmalar əlavə edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 16.1. fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
25. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
27. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
28. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
29. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
30. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
31. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
32. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
35. Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il ## ### tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
36. Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarı.
37. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarı
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli, ## #### 2022-ci il tarixli qərardadı. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
47. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
48. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
50. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
51. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
55. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
56. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
57. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
59. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
60. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
61. Məhkəmə qeyd edir ki, istənilən mülki mübahisənin düzgün həlli iddia tələbinin qanuni əsasının tapılmasından keçir.
62. Iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in 739.1-ci maddəsi təşkil edir. Həmin normada təsbit olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
63. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində qeyd olunmuşdur.
64. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi yalnız ##.##.2022-ci il tarixli “borcun etirafı” adlı sənədi təqdim etmişdir, bundan başqa hər hansı sübut təqdim etməmişdir.
65. Rayon məhkəməsi yuxarıda qeyd edilən və cavabdeh tərəfindən imzalanmış ##.##.2022-ci il tarixli “borcun etirafı” adlandırılmış yazılı vərəqə istinad etməklə hazırkı iddia tələbini qismən təmin etmişdir.
66. Məhkəmə rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
67. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
68. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli, ## #### 2022-ci il tarixli qərardadında da qeyd olunmuşdur.
69. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.
70. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi).
71. MPM-nin 76-cı maddəsində sübutların anlayışı verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).
72. Hazırkı halda iddiaçı cavabdehdən 55760 manat pulun qaytarılmasını tələb edir və bu zaman hazırkı iddia tələbinin əsası kimi Cavabdeh və Cəfərov Heydər tərəfindən imzalanmış ##.##.2022-ci il tarixli “borcun etirafı” adlandırılmış sənədə istinad edir.
73. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mülki Məcəllənin 740.1-ci maddəsinin tələbinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
74. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
75. Belə olan halda iddiaçının təqdim etdiyi “sənəd” yuxarıda qeyd olunan normanın tələbinə uyğun olan borc müqaviləsi olmayıb, yalnız borc münasibətlərini təsdiq edən sənəd və ya tərəflər arasındakı münasibətin təminatı ola bilər.
76. Həmin “sənədin” iddiaçının tələbində istinad etdiyi halın mövcudluğunu təsdiq edə biləcək sübut kimi qəbul olunmasının mümkünlüyü barədə Məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
77. Prosessual qanunda yazılı sübuta dair tələblər nəzərdə tutulmuşdur (maddə 89.1.), həmin normaya əsasən yazılı sübut - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (maddə 89.2.).
78. Iddiaçının sübut kimi təqdim etdiyi həmin ##.##.2022-ci il tarixli “borcun etirafı” adlandırılmış sənəd prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərinə qətiyyən cavab vermir.
79. Eləcə də, mülki işin 3-cü vərəqindəki həmin yazılı vərəqdən bəlli olur ki, yalnız cavabdeh və H.Cəfərov onu imzalamışdır, iddiaçının imzası yoxdur. Borc verən tərəf kimi “borcun etirafı”nı iddiaçının imzalamaması da hazırkı iddia tələbinin əsaslığını şübhə altına salır, tərəflər arasında həqiqi borc münasibətlərinin olmadığını göstərir.
80. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
81. Məhkəmənin qənaətinə görə, iddiaçının sübut kimi təqdim etdiyi yazılı vərəq yazılı sübuta dair tələblərə cavab vermədiyindən o, sübut kimi qəbul oluna bilməz.
82. Məhkəmə qeyd edir ki, iddia tələbinə etiraz edən cavabdeh öz izahatlarında həmin sənədi işlədiyi müəssisənin direktoru olan H.Cəfərov ondan tələb etdiyinə görə yazdığını və imzaladığını bildirmişdir. O, borc münasibətlərinin tərəfi olmamışdır. Borc münasibətlərinin tərəfləri H.Cəfərov və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdır.
83. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da izahatında və yazılı izahatında cavabdehin dediklərini təsdiq etmiş və borcun ona aid olduğunu, borc məbləğinin 20000 (iyirmi min) ABŞ dolları olduğunu, H.Cəfərovun həmin məbləğdən 10% - 2000 (iki min) ABŞ dolları özünə götürdükdən sonra 18000 (on səkkiz min) ABŞ dollarını ona verdiyini qeyd etmiş, H.Cəfərovla onun arasında əvvəllər də borc münasibətləri olduğunu, sonuncu dəfə borcunu vaxtında qaytarmadığına görə hazırda mübahisə edilən borc məbləğini ona vermək üçün H.Cəfərov Cavabdeh zamin olmasını istəmiş, buna görə də ##.##.2022-ci il tarixli “borcun etirafı”nı ona yazdırmış və imzalatmışdır. Əslində isə Cavabdeh ondan heç bir pul almamışdır. Ümumiyyətlə, həmin ##.##.2022-ci il tarixli həmin sənəd yazılan vaxt iddiaçı İddiaçı orada olmamış, pul həmin vaxt verilməmiş, sonradan verilmişdir. Cavabdeh iddiaçını tanımır, onu heç vaxt görməyib.
84. Məhkəmə onu da qeyd edir ki, həmin “sənədin” məzmununa diqqət yetirilən zaman və cavabdehin H.Cəfərovun rəhbərliyi altında işləməsini nəzərə aldıqda həmin yazının cavabdehin həqiqi iradəsinə uyğun olmadığı qənaətinə gəlmək olar. Belə ki, həmin “sənəd” təkzibedilməzlik, mötəbərlik tələblərinə cavab vermir.
85. ...Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il # ######, N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarları).
86. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi, işin hərtərəfli araşdırılması, qeyri-müəyyənliklərin aradan qaldırılması üçün iddiaçının məhkəmə iclasında iştirakı zəruri olmuşdur, bu baxımdan iddiaçının iştirakını təmin etmək üçün Məhkəmə 2 iclası növbəti tarixə təxirə salmış, buna baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, yayınmışdır. Yalnız sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 iştirak etmiş və vəkil və nümayəndə olaraq iştirakının yetərli olduğunu, iddiaçının məhkəmə iclasında iştirak etmək istəmədiyini qeyd edərək və təqdim olunmuş “borcun etirafı” adlanan sənədə əsaslanaraq, cavabdehin pulu aldığını və sənədi imzaladığını bildirərək iddia tələbini müdafiə etmişdir.
87. Faktları müəyyən etmək üçün Məhkəmə «əsaslı şübhə yeri qoymayan» sübutetmə standartını qəbul edir, belə sübut kifayət qədər ciddi, aydın və bir-biri ilə uzlaşan nəticələrin birgə mövcudluğunun nəticəsi ola bilər (son dövrlərə aid qərar qismində bax: Labita Italiyaya qarşı [GC], ərizə JN2 26772/95, b. 121, AIHM2000-IV).
88. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015ci il ## ###### tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarları).
89. Beləliklə də hazırkı iş üzrə tədqiq olunmuş sübutlarla - izahatlarla müəyyən olunur ki, həqiqətdə pul - borc münasibətləri Heydər Cəfərovla MMC-in sahibi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında yaranmış (hazırkı iddia tələbləri çərçivəsində Məhkəmə həmin borcun məbləği, eləcə də onun qaytarılıb-qaytarılmaması məsələlərinə qiymət verməyəcəkdir), hazırkı iş üzrə cavabdeh olan Cavabdehla olan münasibətlər ən yaxşı halda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs öhdəliyinin təminat üsulu olaraq zaminlik kimi qiymətləndirilə bilər ki, bu zaman da həmin münasibətlərə zaminliklə bağlı normalar tətbiq edilməlidir. Məhkəmə razılaşır ki, kreditorun öhdəliyin zamininə qarşı da tələb hüququ mövcuddur. Bu zaman əsas şərt tərəflər arasında etibarlı zaminlik müqaviləsinin olmasıdır.
90. Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il ## ### tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
91. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir.
92. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
93. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının istinad etdiyi və yeganə sübut kimi məhkəməyə təqdim etdiyi ##.##.2022-ci il tarixli həmin yazılı qəbz heç bir halda zaminlk müqaviləsi sayıla bilməz.
94. Yuxarıda qeyd edilənlərə əsasən, «affirmanti incumbit probatio – kim nəyi iddia edirsə, onu sübut etməlidir» prinsipinə əsasən, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı «əsaslı şübhə yeri qoymayan» sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir.
95. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
96. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından cavabdehin hüquqlarının pozulmasına gətirib çıxaran düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, bu səbəbdən də cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
98. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
99. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
100. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumu iddiaçı İddiaçı alınaraq cavabdeh Cavabdeh oğluna ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN 1401555071, m/h AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAAZ22, MEM VÖEN 1700326621, AZ34CTRE00000000000002088501 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.