Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1175/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia tələbi üzrə hüquqi dəyərləndirmə) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh nümayəndəsi-vəkili vəkil2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. ##.##.2021-ci il tarixli Karantin fitosanitar nəzarəti aktından görünür ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan 18 ton təzə pomidor partiyası fitosanitar nəzarətindən keçirilmiş, ixracatçının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC, idxalçının isə "MR-TRAYDİNG" MMC olduğu göstərilmişdir. Aktda aparılmış nəzarət nəticəsində karantin fitosanitar tələblərinin pozulmasının aşkar edilmədiyi, məhsulun ixracına (realizə hüququ olmadan) icazə verildiyi qeyd edilmişdir.
2. Avrasiya İqtisadi İttifaqının uyğunluq bəyannaməsindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən istehsal edilmiş təzə pomidorların Avrasiya İqtisadi İttifaqının qida təhlükəsizliyi və markalanma sahəsində tətbiq edilən texniki reqlamentlərinin tələblərinə uyğun olduğu təsdiq edilmişdir.
3. Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, R Babayev Fuad Ələmdar oğlunun ##.##.2024cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Cavabdeh İddiaçı pulunu etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirməsinə dair kifayət qədər məlumatın müəyyən edilmədiyi, tərəflər arasında yaranmış mübahisənin mülki-hüquqi xarakter daşıdığı səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir.
4. İş materiallarından göründüyü kimi, iddiaçı öz tələblərinin əsası kimi audio və video yazılara, fotoşəkillərə istinad etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 25.000 ABŞ dolları məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyası Moskva şəhərində meyvətərəvəz
6. məhsullarının satışı ilə məşğul olur. Cavabdeh Cavabdeh 2021-ci ilin əvvəllərindən tanıyır və normal münasibətləri olmuşdur. Həmin ildə Cavabdeh ona zəng vuraraq Rusiya Federasiyasına pomidor məhsulu göndərdiyini, lakin sata bilmədiyini demiş və təklif etmişdir ki, onun pomidor məhsullarını orada satmaqda köməklik göstərsin. O da onun pomidor məhsullarını satarkən məhsulun keyfiyyətinin yaxşı olduğunu və bazarda da satışından yaxşı mənfəət əldə edə biləcəyini düşünmüşdür. Bu səbəblə cavabdehə təxminən 15.000-20.000 ABŞ dolları dəyərində pomidor məhsulunun pulunu ödəyib ondan alıb daha sonra həmin məhsulları satmışdır. 2021-ci ilin noyabr ayında cavabdeh ona zəng vuraraq onda daha yaxşı pomidor məhsullarının olduğunu və onların satışından yaxşı gəlir ələ edəcəyini bildirmişdir. Cavabdeh məhsulların keyfiyyətinə özü zəmanət vermiş və məhsulların keyfiyyətində problem olarsa və ya yararsız hala düşərsə, özü bütün zərəri ödəyəcəyini qeyd etmişdir. O, cavabdehdən əvvəllər yaxşı keyfiyyətli mallar aldığı üçün ona inanıb təklifinə razılıq vermişdir və 28.600 ABŞ dolları dəyərində pomidor məhsulu sifariş vermişdir. Cavabdeh malın pulunu əvvəlcədən ondan tələb etmiş, o da yeznəsi Famil Abdullayevlə cavabdeh Nizami Kərimzadəyə çatdırması üçün 20.000 ABŞ dolları göndərmişdir. Famil ##.##.2021-ci il tarixdə cavabdehlə Xəzər rayonu, Zirə kəndində görüşüb ona 20.000 ABŞ dollarını vermişdir. Geri qalan 8.600 ABŞ dolları pulu isə bir neçə gün sonra dostu Namiq Məmmədovla cavabdehə çatdırması üçün göndərmişdir. ##.##.2021-ci il tarixdə Namiq Nərimanov rayon ərazisində cavabdehlə görüşmüş və göndərdiyi pulu ona vermişdir. ##.##.2021-ci il tarixdə cavabdehin göndərdiyi bir fura pomidor məhsulu Rusiya Federasiyasının Moskva şəhərinə çatmışdır. Məhsul gədikdən sonra görmüşdür ki, pomidor məhsulunun çoxu, yəni təxminən 70 faizi xarab olmuş və yararsız vəziyyətə düşmüşdür. O, həmin məhsulların fotoşəklini və videosunu çəkib cavabdehə göndərmiş və ona bildirmişdir ki, həmin məhsul yararsız vəziyyətdə olduğundan heç cür satmaq mümkün deyildir və əgər satışa çıxarsa yüksək miqdarda zərər görə bilər. Cavabdeh isə ona demişdir ki, “nə qədər sata bilirsən sat, geri qalan ziyanını isə özü ödəyəcəkdir”. O, bütün pulunun Nizamidə olduğu üçün məcbur qalıb onunla razılaşmışdır. Daha sonra malları satmış və bütün gömrük və logistika xərclərini ödədikdən sonra 25.000 ABŞ dolları dəyərində maddi ziyana məruz qalmışdır. Cavabdehlə əlaqə saxlayıb 25.000 ABŞ dolları dəyərində ziyan etdiyini və xərclərini qarşılamasını, göndərdiyi puldan 25.000 ABŞ dollarını qaytarmasını tələb etmişdir. Cavabdeh ona həmin pulu bir neçə gün ərzində qaytaracağını söyləmişdir. Lakin o, verdiyi vədə əməl etməyərək uzun bir müddət keçməsinə baxmayaraq, hələ də borcunu ödəmir, hər dəfə əlaqə saxlayanda müxtəlif bəhanələrlə ona dəymiş zərəri ödəməkdən könüllü surətdə boyun qaçırırdı. Bununla əlaqədar olaraq, o, Nərimanov RPİ-nə müraciət edib cavabdehin onun etibarından sui-istifadə etməsi və aldadaraq əmlakını əvəzsiz olaraq ələ keçirməsi barədə şikayət etmişdir. Nərimanov RPİ İŞ-nin müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilən ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla cavabdehlə aralarında olan pul mübahisəsi mülki xarakterli oluğundan cinayət işi rədd edilmişdir. Qərarda onunla cavabdehin ona verdiyi pul müqabilində sifariş etdiyi pomidor məhsulunu Rusiya Federasiyasına göndərməsi, lakin pomidor tırı idarə edən sürücünün soyuducunu lazımi dərəcədə tənzimləməməsi, yanacağa qənaət etmək üçün soyuducunu hərdən söndürməsi, eləcə də məhsulu bazara müəyyən edilmiş vaxtda çatdıra bilməməsi səbəbindən pomidor mallarının xarab olaraq yararsız vəziyyətə düşməsi, bu səbəblə ona maddi ziyanın dəyməsi qeyd edilmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Cavabdeh 25.000 (iyirmi beş min) ABŞ dolları maddi ziyana görə pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla və 217,50 manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın 25.000 ABŞ dolları təşkil etməsi və cavabdehin məhkəmədə ziyanın bundan az və ya daha çox olması barədə etiraz bildirmədiyi nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçıya 25.000 ABŞ məbləğində maddi zərər dəymişdir. Göründüyü kimi, hazırda tərəflər arasında olan şifahi razılaşmanın lazımınca icra edilməməsi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh özü araşdırma aparılan zaman polisdə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı ilə aralarında mal alğı-satqısı olmuşdur. Lakin məhkəmədə onu mübahisələndirir ki, iddiaçı ilə onun arasında hər hansı alğı-satqı münasibətləri olmamış, həmin münasibətlər pomidor məhsulunun satışı ilə məşğul olan üçüncü şəxs və Hakan adlı şəxs arasında olmuş, müvafiq olaraq da iddiaçıya xarab məhsul onun tərəfindən göndərilməmiş, bu səbəbdən də iddiaçıya satıcı şirkət tərəfindən maddi zərər vurulduğunu bildirmişdir. Lakin işin faktiki hallarından müəyyən olunmuşdur ki, iddiaçı məhz cavabdehlə razılıq əldə etmiş və malı da ondan sifariş etmişdir. Cavabdehin isə sifariş verilən malı başqa şəxsdən alması onun dəymiş zərərin əvəzinin ödənilməsindən azad etmir.
9. Həmin zərəri isə həm verdiyi ifadəsində, həm də iddiaçı ilə olan danışıqlarını əks etdirən səs yazılarında aradan qaldıracağını bildirmiş, bundan əlavə çox böyük maddi ziyana düşdüyünü, bacardıqca iddiaçıya dəymiş ziyanı da aradan qaldıracağı vədini vermişdir. Bu baxımdan məhkəməyə təqdim edilən audio (səs) yazılarına münasibətdə ilk növbədə qeyd edilmişdir ki, MPM-in 10.10-cu maddəsinə görə şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Hazırkı işdə iddiaçı tərəfindən təqdim edilmiş audio (səs) yazıları şəxsi məlumatları əks etdirmədiyindən məhkəmə onların açıq məhkəmə iclasında tədqiq edilməsini mümkün hesab etmişdir. Bu baxımdan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarına münasibətdə məhkəmə bildirmişdir ki, həmin səs yazılarında cavabdehin “mən böyük ziyanlıq etmişəm, uşaqlar sağ olsun köməklik ediblər əkin əkmişəm, orada mənim 50 faiz payım var, oradan nə qazanc çıxacaqsa, sənin pulun veriləcək”, “Mübariz, sağlıq olsun hələ təzə başlamışıq, özün bilirsən də...məndə pul yox idi, dostlarımız pul qoyubdur, yavaş-yavaş satış olsun, xərclərimiz götürüldükdən sonra ortalıqda pul olsun verəcəyik sənə”, “mənim vəziyyətimi bilirsən, mən pulu ancaq birtəhər düzəldib verə bilərəm, oradan satış olacaq mənə düşən qazancdan yavaş-yavaş verəcəm”, “pul olacaq veriləcək, başqa söhbət ola bilməz”. Belə olan təqdirdə iddiaçıya məhz cavabdehin əməlləri nəticəsində maddi zərərin dəyməsinin müəyyən edilməsi məqsədi baxımından istinad edilən səs yazıları sübut qismində əhəmiyyət kəsb edir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 443.1, 443.2, 443.3, 443.10, 448.1 və 448.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
11. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaranmış ziyanın, borcun (bu ziyanın da Moskva şəhərində yarandığını yalnız video görüntülərlə müşayiət etmək olur ki, bunun özü belə ziyanın baş verib verməməsini tam müəyyən etmir, məhz “xxxx” MMC tərəfindən satılan pomidorun xarab olduğu məlum olmur, sadəcə bir video çəkilişlə bir nəmalum furanın içində çəkiliş aparılır və pomidorlar nümayış edilir, ziyanla bağlı isə hər hansı akt-rəsmi qaimə təqdim edilmir) ona aid edilməsi mülki hüququn fundamental sahələrindən biri olan müqavilə hüququ prinsiplərini pozur. Müqavilədən irəli gələn öhdəliklər nəticəsində vurulmuş ziyanın belə məhkəmə tərəfindən dəqiqləşdirilməməsi, neçə yeşik pomidorun xarab olması, bazarda olan qiymətlə faktiki satış arasında olan marjanın nə qədər təşkil etməsi,vurulan ziyanın dəqiq müəyyən edilməsi və sair hallara hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ekspertizasının aparılmaması bu işə məhkəmə tərəfindən səthi yanaşıldığına əyani sübutdur. 25 000 ABŞ dolları məbləğində ziyanın necə yarandığı, ziyanın yaranmasına zəmin olmuş amillər, məhz bu ziyanın “xxxx” MMC-nin satdığı pomidorlardan əmələ gəlməsi və sair hallardan yarandığı isə ümumiyyətlə araşdırlmadan bu hissədə yekun nəticəyə gəlinmişdir. Göründüyü kimi məhkəmə qeyd edilən halları araşdırmamaqda vurulan ziyanın hesablanmasında belə yanlışlığa yol vermişdir. Borcun etirafı barədə mücərrəd müqavilə borclunun borcun yaranması üçün əsas olmuş başlıca əqddən ayrılmış şəkildə, həmin əqdin məqsədindən asılı olmayaraq (mücərrəd şəkildə) borcun etiraf edilməsinə dair bağladığı əqddir. Həmin müqavilə əsasında borclunun müqavilədə etiraf edilmiş borcu ödəmək barədə mücərrəd öhdəliyi (yaranma əsasından ayrılmış) yaranır. Bu baxımdan mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etiraz irəli sürülməsi istisna olunur. Göründüyü kimi borcun etirafı barədə yazılı və ya qanununun tələb etdiyi formaya uğun olaraq müqaviləyə əsaslanan öhdəlik olmadığına görə, hazırkı iddianın əsaslı hesab edilməsi yuxarıda qeyd etdiyim ipmerativ normaların qanuniliyini sübhə altına alır. Təəsüflər olsun ki, bununla bağlı mülahizələrini məhkəməyə rəsmi şəkildə təqdim etməyinə, məhkəmənin bunu etiraz kimi qətnaməsində belə qeyd etməyinə baxmayaraq əsaslandırıcı hissədə bu məsələyə dair heç bir münasibət bildirilməmiş və nəticədə konstitusion hüquqlarını öhdəlik çərçivəsinə salmaqla məhdudlaşdırmışdır. Birinci instansiya məhkəməsi iki müqavilə tərəfi arasında baş vermiş mülki dövriyyədən irəli gələn öhdəliklərə hər hansı aidiyyətinin olmadığı halda onu zorla müqavilə tərəfi olaraq borclu hesab etməklə onunla bağlı mövqeyində yanlışlığa yol vermiş və qanunvericiliyin müvafiq normalarını bu xüsusda düzgün tətbiq etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı, o, Qazaxstan Respublikasında olduğu zaman da oranın kriminal avtoritetləri vasitəsilə ondan qeyd edilən 25 000 ABŞ dolları pulun tərəfindən qaytarılacağı barədə görüntülü etiraf videosunu əldə etmək istədiyi zaman belə oradakı kriminal avtoritetlərə, qanunsuz məhkəmə qurmuş şəxslərə qeyd edilən vəsaitin ona aid olmadığını, satan şəxsin “xxxx” MMC olduğunu, yalnız tərəfləri biri-biriləri ilə əlaqələndirdiyini və xarab olmuş pomidorlara görə onun hər hansı təqsirinin və öhdəliyinin olmadığını bildirmişdir. Sonradan iddiaçı əlinin kriminal avtoritetlərdən üzüldüyünü gördükdən Polis vasitəsilə ona hədə-qərxu gələrək yenidən o vəsaitin onun tərəfindən qaytarılmasına nail olmaq istədikdə onun polisə verdiyi ifadəsində də qeyd edildiyi kimi belə bir öhdəlik daşımadığını bildirmişdir. İndi belə çıxır ki, “Oğru Aləmi”nin əli ilə qeyd edilən vəsaitin qaytarılması öhdəliyi sübuta yetirilmədiyi təqdirdə birinci instansiya məhkəməsi iki telefon danışığı əsasında qeyd edilən səs yazısını əsas götürməklə onu əsassız yerə 25.000 ABŞ dolları vəsaiti qaytarmağa məcbur edir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştiak edən cavabdeh Cavabdeh nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 15.Məhkəmə kollegiyasının iclasında iştiak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
21.14.1-ci maddəsinə əsaən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 22.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.324.1 və 324.2-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 24.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 27.390.1-ci maddəsinin məzmununa görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 28.394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 29.406.1-ci maddəsinə əsaən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 30.407.2-ci maddəsinə əsaən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 31.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 32.431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur 33.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 34.443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 35.443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 36.443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 37.448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 38.448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 39.452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 40.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 41.882.1-ci maddəsinə əsaən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 42.1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 43.1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 44.1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 45.1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
46.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 49.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 51.384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 52.385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 54.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 55.Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. 56.Mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış şifahi razılaşmanın cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçıya 25.000 ABŞ dolları məbləğində zərər dəymişdir. Məhkəmə cavabdehin həmin məbləğin üçüncü şəxs tərəfindən göndərilməsi və ya başqa şəxsdən alınmasına dair izahat verməsini onun məsuliyyətini istisna edən hal kimi qiymətləndirməmişdir. Bundan əlavə, cavabdehin polisə verdiyi izahat və məhkəmədə tədqiq edilmiş səs yazıları əsasında onun iddiaçıya zərər vurduğunu etiraf etdiyi və həmin zərəri ödəməyi öhdəsinə götürdüyü qənaətinə gəlmiş, nəticədə zərərin məhz cavabdehin hərəkətləri nəticəsində yarandığını qəbul edərək iddianı əsaslı hesab etmişdir. 57.Bununla belə, məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin həqiqi mahiyyətini müəyyən etməmiş, iddiaçının tələb etdiyi pul vəsaitinin hansı hüquqi əsasdan irəli gəldiyini, cavabdehin həmin vəsaiti ödəməməklə konkret hansı öhdəliyi pozduğunu və mübahisəyə tətbiq edilməli maddi hüquq normasını araşdırmamışdır. Bu isə iş üzrə müəyyən edilmiş faktiki halların tərəflər arasında mövcud hüquq münasibətlərinə və qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməməsinə səbəb olmuş, nəticədə prosessual hüquq normalarının pozulması ilə yekunlaşmışdır. 58.Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.) və yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik müqavilədən və ya qanunda nəzərdə tutulmuş digər hüquqi əsaslardan (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) yarana bilər. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır.
59. Məhkəmə sübutetmə yükünün tərəflər arasında düzgün bölüşdürülməsi məqsədilə işin hallarının sadalanan qanuni əsaslar baxımından yoxlanılmasını zəruri hesab edir və eyni zamanda qeyd edir ki, cavabdehin pul ödəmək öhdəliyinin yaranmasına səbəb olan qanuni əsasların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməlidir.
60. Çünki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
61. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
62. İddiaçının istinad etdiyi hallardan görünür ki, o, cavabdehin təklifi və keyfiyyətə dair verdiyi zəmanət əsasında ondan 28.600 ABŞ dolları dəyərində pomidor məhsulu almış, məhsulun dəyərini əvvəlcədən tam ödəmişdir. Məhsul Moskva şəhərinə çatdırıldıqdan sonra onun təxminən 70 faizinin xarab olduğu müəyyən edilmiş, bu barədə foto və video materiallar cavabdehə göndərilmişdir. Cavabdeh məhsulun mümkün qədər satılmasını, qalan zərəri isə ödəyəcəyini bildirsə də, sonradan bu öhdəliyi yerinə yetirməmişdir. İddiaçı malların satışı, gömrük və logistika xərclərini ödədikdən sonra 25.000 ABŞ dolları məbləğində zərərə məruz qaldığını bildirərək həmin məbləğin cavabdehdən tutulmasını tələb etmişdir.
63. İddiaçı öz tələblərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324.1, 325.1, 329, 385, 386, 387.1, 425, 430, 441, 450, 752.1 və 1091.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
65. İddiaçının göstərdiyi faktiki hallar nəzərə alındıqda, ilk növbədə tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin mahiyyəti müəyyən edilməli, cavabdehin məhsulun keyfiyyətinə, daşınma prosesinə, sərhəddən keçirilməsinə, sənədləşmənin aparılmasına və nəticə etibarilə iddiaçının uğradığı zərərə görə mülki məsuliyyət daşıyıb-daşımadığı araşdırılmalıdır. Yalnız bundan sonra cavabdehin hərəkət və ya hərəkətsizliyinin hüquqazidliyi, əməli ilə iddiaçının iddia etdiyi zərər arasında səbəbli əlaqənin mövcudluğu və zərərin məbləği müəyyən edilməlidir. Hüquqi münasibətin müəyyən edilmədən birbaşa zərərin və ya mülki məsuliyyətin araşdırılması maddi hüquq normalarının tətbiq ardıcıllığına uyğun hesab edilə bilməz.
66. Belə ki, Mülki Məcəllənin 21-ci maddənin müddəalarını nəzərə alaraq qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
67. Göstərilən normanın tələblərinə əsasən, şəxsin mülki məsuliyyətə cəlb edilməsi üçün onun hüquqa zidd hərəkətlərinin (hərəkətsizliyinin) mövcudluğu, həmin hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqənin olması və zərərin məhz həmin şəxsin təqsiri nəticəsində yaranması sübuta yetirilməlidir.
68. İş materiallarından göründüyü kimi, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün audio və video yazılara, fotoşəkillərə, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, R Babayev Fuad Ələmdar oğlunun ##.##.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara, habelə gömrük sənədlərinə istinad etmişdir.
69. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ##.##.2021-ci il tarixli Karantin fitosanitar nəzarəti aktından görünür ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan 18 ton təzə pomidor partiyası fitosanitar nəzarətindən keçirilmiş, ixracatçının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC, idxalçının isə "MR-TRAYDİNG" MMC olduğu göstərilmişdir. Aktda aparılmış nəzarət nəticəsində karantin fitosanitar tələblərinin pozulmasının aşkar edilmədiyi, məhsulun ixracına (realizə hüququ olmadan) icazə verildiyi qeyd edilmişdir (iş v. 56-57).
70. İşdə olan Avrasiya İqtisadi İttifaqının uyğunluq bəyannaməsindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən istehsal edilmiş təzə pomidorların Avrasiya İqtisadi İttifaqının qida təhlükəsizliyi və markalanma sahəsində tətbiq edilən texniki reqlamentlərinin tələblərinə uyğun olduğu təsdiq edilmişdir (iş v. 58).
71. İş materiallarında olan digər sənəddə daşınan pomidor partiyasına dair yeşiklərin sayı, qablaşdırma göstəriciləri, hər qabın çəkisi, paletlər və digər logistika məlumatları öz əksini tapmışdır. Sənədin yuxarı sol hissəsində firma kimi “SONER”, alıcı qismində isə “HAKAN TUNAR” qeyd olunmuşdur (iş v. 59).
72. İddiaçı həmçinin Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, R Babayev Fuad Ələmdar oğlunun ##.##.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara istinad etmişdir (iş v. 11-14).
73. Qərarda göstərilən Cavabdeh izahatından görünür ki, o, cavabdeh İddiaçı ilə pomidor məhsulunun alınması və Rusiya Federasiyasına göndərilməsi prosesində vasitəçi qismində iştirak etmiş, Türkiyə vətəndaşı Hakan vasitəsilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin istixanasından pomidor məhsulunun seçilməsi, qiymətinin razılaşdırılması və ödənişin həyata keçirilməsi ilə bağlı halları təsvir etmişdir. Onun izahatına əsasən, Hakan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətindən mütəmadi mal alan şəxs kimi satış meneceri ilə danışıqlar aparmış, Mübarizin göndərdiyi pulun şirkətə ödənilməsində iştirak etmiş və məhsulun göndərilməsindən sonra alıcı tərəfindən məhsulun bir hissəsinin xarab olması barədə iradlar bildirilmişdir. Həmin izahatda cavabdeh məhsulun həqiqətən təxminən 70 faizinin xarab vəziyyətdə alıcıya çatdığını, xarab olmanın səbəblərini və ya bunun iddiaçı və ya cavabdehin təqsiri nəticəsində baş verdiyini birbaşa təsdiq etməmiş, o, izahat verərkən üçüncü şəxslərdən eşidilən məlumatlara və sonradan əldə edilmiş məlumatlara əsaslanmışdır.
74. İzahatı alınmış X3 izahatından görünür ki, o, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-də direktor vəzifəsində çalışmış, şirkətin fəaliyyətinin pomidor məhsullarının yetişdirilməsi və satışı olduğunu bildirmişdir. O, Cavabdeh tanıdığını, lakin İddiaçı Abdulləli oğlunu tanımadığını, Türkiyə vətəndaşı Hakanın isə əvvəllər dəfələrlə şirkətdən pomidor alaraq Rusiya Federasiyasına ixrac etdiyini qeyd etmişdir. Onun izahatına görə, ixrac olunan məhsullar göndərilməzdən əvvəl sifarişçi tərəfindən yoxlanılır, həmçinin səlahiyyətli dövlət orqanı tərəfindən baxış keçirilərək müvafiq sertifikat verildikdən sonra ixraca buraxılır. Bununla yanaşı, Araz Qurbanzadə 2021-ci ilin noyabr ayında Hakan tərəfindən konkret mübahisəli partiyanın sifariş edilməsini dəqiq xatırlamadığını bildirmiş, keyfiyyətsiz məhsulun Rusiyaya göndərilməsinin mümkün olmadığını ifadə etmiş və məhsulun yolda xarab olmasının ehtimal olunan səbəbləri kimi soyuducu rejiminə əməl edilməməsi, daşınmanın gecikməsi və s. göstərmişdir.
75. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsindən də görünür ki, araşdırmanı aparan orqan toplanmış materiallar əsasında Cavabdeh İddiaçı Abdulləli oğlunun sifarişi ilə pomidor məhsulunu Rusiya Federasiyasına göndərdiyi, məhsulun bir hissəsinin isə daşınma zamanı soyuducu rejiminə lazımi qaydada əməl edilməməsi, məhsulun vaxtında çatdırılmaması və digər səbəblərdən yolda xarab olduğu qənaətinə gəlmişdir. Həmin qərarda Cavabdeh İddiaçı pulunu etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirməsinə dair kifayət qədər məlumatın müəyyən edilmədiyi, tərəflər arasında yaranmış mübahisənin mülki-hüquqi xarakter daşıdığı və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edildiyi göstərilmişdir.
76. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş karantin fitosanitar nəzarəti aktı, Avrasiya İqtisadi İttifaqının uyğunluq bəyannaməsi və çəki-qablaşdırma siyahısı birlikdə qiymətləndirildikdə, mübahisəli pomidor partiyasının ixrac edildiyi, fitosanitar nəzarətdən keçdiyi və məhsulun müvafiq texniki tələblərə uyğun olduğu müəyyən edilir.
77. Bununla belə, həmin sənədlərdən mübahisə predmeti olan alqı-satqı münasibətində alıcı və satıcının məhz tərəflər olduğu, yaxud sənədlərdə əks etdirilən hüquq münasibətlərinin bu mülki iş üzrə tərəflər arasında yarandığı müəyyən edilmir. Həmçinin, qeyd olunan sənədlər məhsulun təhvil verildiyi andakı faktiki keyfiyyətini, onun daşınma və saxlanma şəraitini, məhsulun xarab olmasını və bunun səbəblərini, habelə həmin nəticənin cavabdehin üzərinə düşən müqavilə və ya qanundan irəli gələn öhdəliyi lazımi qaydada icra etməməsi ilə səbəbli əlaqədə baş verdiyini təsdiq edən mötəbər sübut kimi də qiymətləndirilə bilməz.
78. Nərimanov Rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi, R Babayev Fuad Ələmdar oğlunun ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı cinayət təqibinin başlanması üçün qanuni əsasların olmamasına dair qəbul edilmiş prosessual qərardır. Bu qərar mülki iş üzrə mübahisənin predmeti olan hüquqi əhəmiyyətli halları müəyyən edən sübut xarakteri daşımadığından, onun həmin halların təsdiqi üçün sübut kimi qiymətləndirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir.
79. Bununla belə araşdırma zamanı cavabdehin verdiyi izahatdan müəyyən edilir ki, o, məhsulun əldə edilməsində həqiqətən də vasitəçi (əlaqələndirici) qismində iştirak etmişdir. Lakin cavabdehin bu halı etiraf etməsi mülki iş üzrə tərəflərin hüquq və öhdəliklərini, eləcə də məhsulun xarab olmasının səbəblərini və buna görə mülki məsuliyyətin cavabdehin üzərinə düşməsini müəyyən edən sübut olaraq nəzərə alına bilməz.
80. Məhkəmə həmçinin iddiaçının məhsulun gömrük sərhədindən çıxarılması, qəbul edilməsi, fitosanitar nəzarətdən keçirilməsi və s. dair sənədləşdirmə işlərinin qaydasında aparılmasına görə cavabdehin məsuliyyət daşıdığına, habelə həmin sənədlərin məhz cavabdeh tərəfindən hazırlandığına dair dəlilləri əsaslı hesab etmir. Belə ki, iş materiallarından cavabdehin Rusiya Federasiyasının karantin fitosanitar nəzarətini həyata keçirən qurumlarına, həmin qurumların keyfiyyəti aşağı olan məhsula karantin fitosanitar tələblərinə uyğun olması barədə arayış verməsinə hər hansı təsir imkanına malik olması ağlabatan görünmür. Həmin sənədlərin məzmununa cavabdeh tərəfindən təsir göstərilməsi barədə də iş materiallarında sübut mövcud deyildir.
81. Beləliklə də, işdə toplanmış sübutlar əsasında tərəflər arasında öhdəlik hüquq münasibətinin yarandığını, cavabdehin iddiaçı qarşısında konkret hüquqi öhdəlik daşıdığını, həmin öhdəliyin cavabdehin hüquqazidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulduğunu, eləcə də bunun nəticəsində iddiaçıya dəymiş zərərə görə cavabdehin mülki məsuliyyət daşıdığını müəyyən etmək mümkün olmur.
82. Birinci instansiya məhkəməsi tərəfindən istinad etdiyi səs yazılarında cavabdehin “mən böyük ziyanlıq etmişəm”, “orada mənim 50 faiz payım var, oradan nə qazanc çıxacaqsa, sənin pulun veriləcək”, “dostlarımız pul qoyubdur, yavaş-yavaş satış olsun, xərclərimiz götürüldükdən sonra ortalıqda pul olsun verəcəyik sənə”, “mən pulu ancaq birtəhər düzəldib verə bilərəm, oradan satış olacaq mənə düşən qazancdan yavaş-yavaş verəcəyəm” və “pul olacaq veriləcək, başqa söhbət ola bilməz” məzmunlu ifadələri da cavabdehin iddiaçıya müəyyən məbləğin ödənilməsi niyyətini və ya tərəflər arasında əmlak xarakterli münasibətlərin mövcudluğunu göstərə bilsə də, bu ifadələr öz-özlüyündə cavabdehin iddia edilən borcu hüquqi baxımdan etiraf etməsini, öhdəliyin qanuni əsasını birmənalı şəkildə təsdiq etmir. Buna görə də, səs yazıları iş üzrə digər sübutlarla məcmi şəkildə qimətləndirilən zaman iddia tələbinin tam əsaslılığını təsdiq edən kifayət qədər sübut hesab edilə bilməz.
83. Belə ki, Mülki Məcəlləninnin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsi haqqında mücərrəd müqavilə yalnız yazılı formada bağlandığı halda hüquqi qüvvəyə malikdir. Buna görə də cavabdehin iddiaçıya dəymiş zərəri ödəyəcəyinə dair şifahi vədi həmin maddənin tələbləri baxımından onun üçün öhdəlik yaratmır. Bu cür etiraf məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi üçün zəmin yarada bilməz. Çünki məhkəmə iddia tələbinin əsaslılığını yalnız cavabdehin müəyyən məbləği ödəməyə razı olduğunu bildirən ifadələrə deyil, həmin öhdəliyin qanundan və ya hüquqi münasibətdən irəli gəlib-gəlməməsinə əsasən qiymətləndirməlidir.
84. Öhdəliyin yaranmasını şərtləndirən qanundan irəli gələn əsas olaraq əsassız varlanmaya, mülki hüquq pozuntularına (deliktlərə) gəldikdə də qeyd edilməlidir ki, hazırkı halda işin müəyyən olunmuş hallarının Mülki Məcəllənin 1091 və ya 1096-cı maddələrinin şərtlərinə uyğun olması da müəyyən edilmir.
85. Beləliklə işin müəyyən edilmiş halları nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı öhdəlik hüquq münasibətlərinin yaranması müəyyən edilməmişdir. İddiaçı öz tələbinin müqavilədən, müqaviləyə bənzər hüquq münasibətlərindən, hüquqazidd davranışdan (deliktdən) və ya əsassız varlanmadan irəli gəldiyini iş üzrə mövcud sübutlarla təsdiq edə bilmədiyindən, cavabdehin mülki məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas müəyyən edilmir. Bu halda cavabdehdən iddiaçının tələb etdiyi məbləğin tutulması üçün qanuni əsas mövcud deyildir. Belə ki, pozulmuş hüquqların məhkəmə qaydasında məcburi müdafiəsi üçün iddia tələbinin qanuni əsası tapılmalı, iddianın əsasını təşkil edən faktiki hallar isə tətbiq edilməli qanun normasının dispozisiya şərtləri ilə uzlaşmalıdır.
86. Birinci instansiya məhkəməsi tərəfindən isə baxılan iş üzrə faktiki hallar tam və hərtərəfli araşdırılmamış, tərəflər arasında müqavilə və ya müqaviləyə bənzər hüquq münasibətlərinin mövcud olub-olmamasına hüquqi qiymət verilməmiş, həmçinin müvafiq maddi hüquq normalarının tətbiqi üçün zəruri olan faktiki hallar araşdırılmamışdır, nəticədə işə tətbiq edilməli maddi hüquq norması da düzgün müəyyən edilməmişdir.
87. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
88. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası rədd edilməlidir. 89.Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçı tərəfindən ona ödənilməlidir. 90.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC cəlb edilməklə) “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev