Məhkəmə qərarları › İş №2(3-6)-1185/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1185/2026

17.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1185/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, ##.##.2018-ci il təvəllüdlü uşaq X2 üçün cavabdehdən (atadan) iddiaçının (ananın) xeyrinə Binəqədi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı (aylıq qazancın və başqa gəlirlərin ¼ hissəsi) dəyişdirilərək hər ay 1.500 manat məbləğində aliment tutulsun. 2.Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə qət olunub ki, Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin, sonrakı artımlar nəzərə alınmaqla əvvəli ##.##.2025-ci il tarixdən tutulmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,25 misli (hazırda 500 manat) həddində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 3.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 1.500 manat aliment tutulması barədə qətnamə qəbul edilsin. 4.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 5.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Apellyasiya şikayətində qətnamənin bir hissəsi – alimentin miqdarına aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. 7.Apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə alimentin miqdarına aid hissədə dəyişdirilməli, alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,75 misli (hazırda 700 manat) həddində müəyyən edilməlidir. 7.Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 8.Cavabdeh həkim-uroloqdur. “xxxx” informasiya sistemindən görünür ki, cavabdeh 4 tibb müəssisəsində uroloq vəzifəsində işləyir. Həmin tibb müəssisələrinin adı və cavabdehin əmək haqqının məbləği göstərilən kimidir: 1) “xxxx” MMC-də 556 manat əmək haqqı; 2) “X1 Center” MMC-də 158,73 manat əmək haqqı; 3) “xxxx” MMC-də 500 manat əmək haqqı; 4) “xxxx” MMC-də 100 manat əmək haqqı. 9.İddiaçı apellyasiya şikayətində bildirib ki, əmək haqqının məbləği barədə həmin məlumat cavabdehin real gəlirlərini əks etdirmir, cavabdehin real gəlirləri göstərildiyindən çoxdur. İddiaçının vəkili və nümayəndəsi apellyasiya icraatı zamanı bildirib ki, uşağın aylıq xərci hazırda 1.000 manata yaxındır, minimum əmək haqqı məbləğinin 1,25 misli həddində (yəni hazırda 500 manat) aliment bu xərci ödəməyə imkan vermir, alimentin məbləği ən azı 700 manat müəyyən edilsə iddiaçı buna etiraz etməz. Apellyasiya icraatı zamanı cavabdeh alimentin məbləğinin 600 manatdan artıq müəyyən edilməsinə etiraz etdiyini bildirdi. 10.Uşağın saxlanması ilə bağlı gündəlik qayğılar ananın üzərinə düşdüyündən hesab olunur ki, ana uşağın saxlanmasında öz əməyi ilə iştirak edir. Uşağın əvvəlki təminatının mümkün qədər maksimal saxlanması üçün atadan tutulan alimentin miqdarı minimum əmək haqqının 1,75 misli (hazırda 700 manat) həddində müəyyən edilməlidir. Cavabdeh həmin məbləğdə aliment ödəmək iqtidarındadır. Alimentin miqdarının bu həddə müəyyən edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrnin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilsin. ##.##.2018-ci il təvəllüdlü uşaq X2 üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmalı olan alimentin miqdarı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,75 misli həddində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar