Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1194/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Bakı Şəhər İşığı” X8 cavabdehlər cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və X1 qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “Bakı Şəhər İşığı” X8 cavabdehlər cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və X1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI İddiaçı “Bakı Şəhər İşığı” X8 Cavabdehlər cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və X1 İddia tələbi İddiaçı “Bakı Şəhər İşığı” X8 vurulmuş 1451,47 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı təqdim edilmiş Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### tərəfindən qəbul edilmiş 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia məhkəmə aktı qismən təmin edilmiş, cavabdeh2 Sığorta Şirkəti ASCdən vurulmuş maddi ziyanın əvəzi kimi “Bakı Şəhər İşığı” X8 xeyrinə 1.451,47 (bir min dörd yüz əlli bir manat, qırx yeddi qəpik) manat və dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 34,51 (otuz dörd manat, əlli bir qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin cavabdeh cavabdeh1 münasibətdə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Birinci instansiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, məhkəməsinin hüquqi 386.1, 389.1, 926.1-ci maddələri, “İcbari Sığorta əsaslandırması haqqında” AR Qanunun 3.1.2, 4.1, 15.1, 20.2, 56.1, 56.1.1, 56.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ Apellyasiya şikayəti verən şəxs cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Apellyasiya şikayətinin Cavabdehin apellyasiya şikayəti onunla məzmunu əsaslandırılmışdır ki, cavabdehin hadisə nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Sığortaçı zərəri qiymətləndirmiş amma iddiaçı zərər məbləği ilə razılaşmadığına görə sığorta ödənişini həyata keçirə bilməmişdir. İddiaçı tərəfindən təqdim olunan "xxxx" qeyd edilən məbləğ, sığorta şirkətinin iştirakı və razılığı olmadan, birtərəfli qaydada tərtib olunmuşdur. Zərərin təhlili və qüsurların müəyyən edilməsi sığortaçı tərəfindən həyata keçirilməmiş, bu barədə qarşı tərəflə hər hansı razılaşdırılmış akt və ya ekspert rəyi də mövcud olmamışdır. Beləliklə, əmlaka dəymiş zərərin qiymətləndirilməsi qanunla sığortaçının səlahiyyətinə aid olduğu halda, iddiaçı tərəfindən təqdim edilən və 1451.47 manat məbləğini göstərən “xxxx” sığorta şirkətinin iştirakı və razılığı olmadan, birtərəfli qaydada tərtib edilmişdir. Həmin sənəd texniki ekspert və ya müstəqil qiymətləndirici tərəfindən tərtib edilmədiyindən hüquqi baxımdan mötəbər sübut hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə əmlakı tam məhv olmuş hesab edərək sığortaçıdan 1451.47 manat məbləğində tam zərərin tutulması nəticəsinə gəlmişdirsə, bu halda sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq zərər dəymiş əmlakın qalıqları sığortaçıya keçməli idi. Lakin nə qalıqların mövcudluğu məsələsi araşdırılmış, nə də onların sığortaçıya verilməsi barədə hər hansı qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə bir tərəfdən əmlakın tam məhv olmasını sübuta yetirən sənədləri tələb etmədən, digər tərəfdən isə tam məhv olma halının hüquqi nəticələrini nəzərə almadan əsassız nəticəyə gəlmişdir. Apellyasiya şikayəti qarşı Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. təqdim edilmiş etiraz MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI Cavabdeh cavabdeh2 Sığorta Apellyasiya şikayətinin məzmununa uyğun izahat Şirkəti ASC-nin nümayəndəsi verərək, şikayətin təmin edilməsini xahiş etdi. L.Abbaszadə İddiaçının nümayəndəsi Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. R.Hüseynov X1 Məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR İddiaçı tərəfindən təqdim edilmiş 1) İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat sübutlar şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Polo” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 adına qeydiyyata alınmışdır. 2) İş üzrə X5 tərəfindən verilmiş ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətinə əsasən V.Hüseynzadəyə məxsus «Volkswagen Polo» minik markalı, **-OR-*** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi cavabdeh1 9 il 6 ay 25 gün müddətinə - ##.##.2033-cü il tarixədək etibar edilmişdir. 3) İş üzrə “Bakı Şəhər İşığı” EŞM tərəfindən tərtib edilmiş xxxxsının surətindən görünür ki, Nizami rayonu, Olimpiya stadionun qarşısında naməlum sürücünün idarə etdiyi “Volkswagen Polo” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyinin bərpasına sərf olunan xərcləri: 1 ədəd 12 metrlik 1 çıraqlı işıq dirəyi (1520 manat (ilkin dəyəri), 13,5% (amortizasiya dərəcəsi) – 1314,8 manat, 1 ədəd işıqlandırıcı 400W (158 manat (ilkin dəyəri), 13,5% (amortizasiya dərəcəsi) – 136,67 manat, cəmi 1451,47 manat təşkil etmişdir. 4) İş üzrə “Bakı Şəhər İşığı” X8 tərəfindən Bakı şəhər DYP İdarəsinə ünvanlanmış ##.##.2024-cü il tarixl məktubun surətindən görünür ki, ##.##.2024-cü il tarixdə Nizami rayonu, Olimpiya stadionun qarşısında “Bakı Şəhər İşığı” EŞM-nə məxsus 1 ədəd 12 metrlik 1 çıraqlı işıq dirəyini naməlum sürücü idarə etdiyi “Volkswagen Polo minik” markalı, 90-OR283 dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq sıradan çıxarmış, nəticədə müəssisəsinə 1451,47 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəməyə müraciət etmək və müəssisəyə dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə qəzanı törədən şəxs barəsində ətraflı məlumatı (adı, soyadı, ata adı və yaşadığı ünvan) və hadisə ilə bağlı toplanmış bütün materialları təsdiq olunmuş qaydada göndərməsini xahiş edilmişdir. 5) İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, cavabdeh1 ##.##.2024-cü il tarixdə “Volkswagen Polo minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində cavabdeh1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. 6) İş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti “Bakı Şəhər İşığı” X8 direk toru Eldar Eldarova ünvanlanmış ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri üzrə Baş Mavliyyə İdarəsi “Bakı Şəhər İşığı” X8 2025-ci il yerli xərclərinin, rüblük və aylıq bölgüsü barədə məlumatları göndərərək, 2024-cü il ## ###### tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun imzalandığını rəhbər tutaraq əlavə olaraq bildirirlər ki, bu məktubla göndərilən təsdiq edilmiş dövlət büdcəsinin göstəriciləri əsas götürülməklə, zərurət yaranarsa aparılmış satınalma planlarında bu göstəricilərə müvafiq dəqiqləşdirmələr edilməklə, 2025-ci ilin yanvar ayından başlayaraq satınalmaların müəyyənləşdirilməsinin başlanılması ilə bağlı müvafiq sifarişlərin X15 idarələrinə təqdim olunmalıdır. Eyni zamanda bildirir ki, idarənin xərc xxxxsı, müəssisə və təşkilatların titul siyahısı müvafiq qaydada tərtib edilməli və 2025-ci il ## ###### tarixinədək Baş Maliyyə İdarəsinə təqdim edilməlidir. 7) İş üzrə “Bakı Şəhər İşığı” X8 tərəfindən cavabdeh2 Sığorta Şirkəti ASC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubun surətindən görünür ki, ##.##.2024-cü il tarixdə Nizami rayonu, Olimpiya stadionun qarşısında “Bakı Şəhər İşığı” EŞM-nə məxsus 1 ədəd 12 metrlik 1 çıraqlı işıq dirəyini naməlum sürücü idarə etdiyi “Volkswagen Polo minik” markalı, 90- OR-283 dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq sıradan çıxarmış, nəticədə müəssisəsinə 1451,47 manat dəyərində maddi ziyan dəymişdir. Bildirirlər ki, “Volkswagen Polo minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası cavabdeh2 Sığorta Şirkətində sığortalanmışdır. Qeyd edilənləri nəzərə alaraq müəssisəsinə dəymiş maddi ziyana görə sığorta ödənişini aşağıda qeyd olunan bank hesabına köçürülməsini xahiş edilmişdir. 8) İş üzrə portaldan çıxarışının surətindən görünür ki, “Volkswagen Polo minik” markalı, 90-OR283 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh2 Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. 9) “Bakı Şəhər İşığı” ESM-nin ##.##.2024-cü il tarixli, ** nömrəli aktından müəyyən olunur ki, Olimipiya ətrafı, X2 yolunda ##.##.2024-cü il tarixdə **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil Müəssisəyə məxsus dayaq H-12 və işıqlandırıcını yararsız hala salmışdır. Cavabdeh tərəfindən təqdim Cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. edilmiş sübutlar TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid hissədə yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 386.1, 389.1, Məcəlləsinin 14, 77, 119.1, 384, 392, 393 və 926.1-ci maddələri, “İcbari Sığorta 402.1 ci maddələri haqqında” AR Qanunun 3.1.2, 4.1, 15.1, 20.2, 56.1, 56.1.1, 56.1.2-ci maddələri Məhkəmə kollegiyası qeyd edir ki, hadisənin baş verdiyi ##.##.2024-cü il tarixdə hadisəni törədən “Volkswagen” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən sığorta müqaviləsi bağlanılmışdır. Belə olan halda hadisənin baş verdiyi ##.##.2024-cü il tarixdə həmin avtomobil üzrə sığorta şirkəti ilə sığorta münasibətləri yaranmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qaldırılan tələb üzrə yalnız cavabdeh2 Sığorta Şirkəti ASC cavabdehlik daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096-cı maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. -1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübuta yetirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-1194/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1194/2026
13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver