Məhkəmə qərarları › İş №2(3-6)-12/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-12/2026

06.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-12/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi ilə, Iddiaçı Iddiaçı IB-nin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Iddiaçı IB ilə X1 arasında ##.##.2022-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

2. Iddiaçı IB-nin əməkdaşları tərəfindən sayğacdankənar təbii qazdan istifadə edilməsi səbəbindən istehlakçı Fazil Bağırov barəsində ##.##.2015-ci il tarixli ****** nömrəli, ##.##.2015-ci il tarixli ****** nömrəli, ##.##.2015-ci il tarixli ****** nömrəli, ##.##.2015-ci il tarixli ****** nömrəli, ##.##.2016-cı il tarixli ******* nömrəli, ##.##.2016-cı il tarixli ******* nömrəli, ##.##.2016-cı il tarixli ******* nömrəli, ##.##.2022-ci il tarixli ******* nömrəli, ##.##.2022-ci il tarixli ******* nömrəli, ##.##.2022-ci il tarixli ******* nömrəli, ##.##.2022-ci il tarixli ******* nömrəli, ##.##.2022-ci il tarixli ******* nömrəli və ##.##.2022-ci il tarixli ******* nömrəli aktar tərtib edilmişdir.

3. Tərtib edilmiş digər 39 akt üzrə iddia tələbinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli qətnaməsi ilə qiymət verilərək iddia tələbi rədd olunmuş və qətnamə qanuni qüvvəsini almışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Iddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı Iddiaçı IB-yə vurulmuş 15.464,94 manat məbləğində zərərin, debitor borc üzrə 3.695 manatın və 147,48 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 19.307,42 manat pulun cavabdehdən məcburi qaydada tutularaq Iddiaçı Istehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Iddiaçı Istehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2022-ci il tarixində **-***** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Iddiaçı IB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Iddiaçı IB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Iddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, tərtib edilmiş ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 399,60 manat, ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 151,20 manat, ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 172,80 manat, ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 113 manat, ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 214 manat, ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 189,70 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 606,80 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 216 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 483,40 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 802,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 170,80 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 199 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 398 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 120,40 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, cəmi 15464,94 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin cavabdehin ##.##.2011-ci il tarixdən ##.##.2013-cü il tarixədək tərtib edilmiş aktlar əsasında cəmi 697 manat məbləğində istifadə edilmiş lakin dəyəri ödənilməmiş sərfiyyat borcu vardır. Cavabdehin 2010-cu ildən qalıq borcu 1949,20 manat və 282,20 manat, 2011-ci ilin yanvar-dekabr ayları üzrə 766,60 manat sərfiyyat borcu, cəmi 2998 manat sərfiyyat borcu qalmışdır. 2010-cu ilin iyun ayından 2022-ci ilin oktyabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Beləliklə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3.695 manat debitor borcu, ümumilikdə 19.159,94 manat borcu vardır.

6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi ilə iddia ərizə təmin edilmişdir.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmənin ##.##.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir.

8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə “iddia tələbinin ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 606,80 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 216 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, ##.##.2017-ci il tarixli ******* saylı akt əsasında 483,40 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 802,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 170,80 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 199 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 398 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 120,40 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, ##.##.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, ##.##.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat pul tutulması hissəsində” iş üzrə icraata xitam verilmişdir.

9. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 399,60 manat, ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 151,20 manat, ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 172,80 manat, ##.##.2015-ci il tarixli ****** saylı akt əsasında 113 manat, ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, ##.##.2016-cı il tarixli ******* saylı akt əsasında 214 manat, ##.##.2016-cı il tarixli ******* saylı akt, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat, ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat olmaqla, ümumilikdə 3.383.4 manat borc üzrə sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.

11. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın iddiaçının təqsiri ucbatından baş verməsini cavabdeh sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın iddiaçının hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da «X6» haqqında normativ aktın tələblərini pozmaqla iddiaçı tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktları tərtib etmişlər. Odur ki, məhkəmə hesab etmişdir ki, tərtib edilmiş aktlar əsassızdır.

12. Məhkəmə 2022-ci ilin may ayından sonra tərtib edilmiş aktlara (##.##.2022-ci il, ##.##.2022-ci il və ##.##.2022-ci il tarixli) münasibətdə aşağıdakıları qeyd edir.

13. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh Iddiaçı Istehsalat Birliyi tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin akların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən ##.##.2022-ci il tarixindən sonra tərtib edilmiş aktların bir surəti inzibati xəta ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli idi. Hazırki halda talanması iddia edilən qazın məbləği 5.000 manatdan aşağı olduğundan (362,88 manat, 362,88 manat və 362,88 manat) cavabdeh inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aktların surətini EN-ə göndərməli və yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın qərarı ilə müəyyən edildikdən sonra dəymiş ziyanın ödənilməsini tələb edə bilərdi.

14. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsini cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Eyni zamanda istehlakçı olan iddiaçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında müvafiq orqanın qərarı ilə müəyyən olunmamışdır.

15. Bundan başqa debitor borcun tutulması hissəsində də iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinin 3-cü hissəsinə, 13-cü maddəsinin 8-1-ci hissəsinə, 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X6»nın 4.8, 5.2, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi bardə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Iddiaçı IB-nin əməkdaşlarıtərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X6nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda 1-ci instansiya məhkəməsi Iddiaçı IB-nin iddia tələbini təmin etməməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. Iddiaçı IB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Iddiaçı IB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda Iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsindən məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi ekspertizaya göndərməmişdir. Hesab edir ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində Paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, bundan öncə iş üzrə ##.##.2023-cü ildə Qiyabi qaydada qətnamə qəbul edilmiş və iddia ərizəsi tam təmin edilmişdir. Daha sonra cavabdeh 2 ildən sonra ərizə verərək Qiyabi Qətnamənin ləğv edilməsini və icraatın təzələnməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilən işlə əlaqədar Icra Vərəqəsi qəbul edərək Xəzər rayon Icra Şöbəsinə göndərmişdir. Iş materiallarında mövcud olan sənədlər nəzərdən keçirilərkən məlum olmuşdur ki, cavabdeh Qiyabi Qətnaməni 2023-cü ilin mart ayında almış, 2023-cü ilin aprel ayına kimi Qətnaməni Apellyasiya qaydasında mübahisələndirmədiyi üçün haqqında 2023-cü ilin Aprel ayında icraata başlanılmışdır. Lakin Xəzər Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 243-cü Maddəsinin tələblərini pozaraq, yəni 2023-cü ilin mart ayında cavabdeh tərəfindən Qiyabi Qətnamənin alınması haqqında Poçt xəbərnaməsi olmasına baxmayaraq, ##.##.2025-ci il tarixində, yəni Qətnamənin alınması tarixindən iki il sonra, cavabdehdən elektron qaydada ərizə qəbul etmişdir. Bu isə ciddi prosessual pozuntudur. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Iddiaçı məhz istehlakçıtərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyanhəcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “X6”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

23. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia təmin olunmadığından və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27.

28. Işdən müəyyən olunur ki, sayğacdankənar təbii qazdan istifadə edilməsi səbəbindən tərtib edilmiş “Təbii X6nın pozulması” haqqında 52 akta əsasən dəymiş ziyanın əvəzi 15.464,94 manat və debitor borc olaraq 3.695 manat tələb edilmişdir.

29. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbinin 39 akt üzrə (10.992,9 manat) ziyanın əvəzinin tutulması hissəsində iş üzrə icraata xitam verilmiş, iddiaçı həmin qərardadı mübahisələndirməmişdir.

30. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla həmin illər üzrə itirilmiş qazın dəyəri: 2015-ci il üzrə 1700 m3x 0.10 man +3448 m3 x 0.20 man = 859,60 manat, 2016-cı il üzrə 1476 m3 x 0.10 man= 147,60 manat. 2022-ci il üzrə 1200 m3x0.12 man +1300x0.20 man + 1676 m3x0.25 man= 823 manat olmaqla cəmi 1830,20 manat təşkil edə bilər. Cavabdeh tərəfindən 2022-ci ilin may ayından sonra tərtib edilmiş aktlar əsasında aparılmış hesabatlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8 bəndinin tələbinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. Abonent saldosunun təhlili 2010-2022-ci illərdə iddiaçı tərəfindən qazdan istifadəyə görə heç bir ödəniş edilmədiyini, həmin illərdə Iddiaçı IB tərəfindən istehlakçıya 19159,94 manat debitor borc (o cümlədən 3695 manat istehlak borcu, yəni qaz sayğacından keçən qazın dəyəri) hesablandığını müəyyən etmişdir. Iddiaçı IB əməkdaşları tərəfindən cavabdehin ünvanında quraşdırılmış sayğacla bağlı ******* nömrəli, ##.##.2023-cü il tarixli akt tərtib edilmiş, aktda abonent tərəfindən qeyri-qanuni olaraq sayğacın dəyişdirildiyi göstərilmişdir.

31. Məhkəmə kollegiyası 13 akt üzrə (4.472,04 manat) cavabdehdən iddiaçının xeyrinə zərərin əvəzinin tutulması barədə iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, bu tələb əsassızdır. Belə ki, iddiaçı cavabdehdən həmçinin 3.695 manat məbləğində debitor borcun tutulmasını tələb edir. Debitor borc olduğu, yəni iddiaçı sayğac üzrə təbii qazdan istifadə etdiyi təqdirdə onun tərəfindən təbii qazdan qeyri-qanuni olaraq istifadə etməsi ağlabatan deyil.

32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin bu hissədə ləğv edilməsi üçün əsas deyil.

33. Mütəxəssis rəyindən göründüyü kimi, cavabdehin təbii qazdan istifadəyə görə debitor borcu 3.695 manat təşkil etmişdir.

34. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi sərfiyyata görə hesablanmış debitor borc tələbinə dair iddianın təmin edilməyən hissəsində ləğv edilməli və 3.695 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, iş materiallarına məhkəmənin qiyabi qətnaməsinin cavabdehə rəsmi qaydada çatdırılmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh yalnız 2025-ci ilin oktyabr ayında müraciət edərək qiyabi qətnaməni əldə etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Iddiaçı Iddiaçı Istehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən - sərfiyyata görə hesablanmış debitor borc tələbinə dair iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh sərfiyyata görə hesablanmış 3.695 manat məbləğində debitor borc iddiaçı Iddiaçı Istehsalat Birliyinin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar