Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1213/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İsmayılov Ryad Bəhruz oğluna qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, cavabdeh İsmayılov Ryad Bəhruz oğlunun iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh İsmayılov Ryad Bəhruz oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan ##.##.2025-ci il tarixli İXP ******* saylı protokoldan İsmayılov Ryad Bəhruz oğlunun AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qüsur aktına əsasən **-UN-*** dövlət qeydiyyat nişanlı BMW 530E Plug-In Hybrid markalı avtomobilə dəymiş zərərin 9.372 manat, “xxxx” MMCnin ##.##.2025-ci il tarixli **/**-*** nömrəli mütəxəssis rəyinə əsasən isə 9.801 manat təşkil etdiyi, habelə ##.##.2025-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçıya 4.000 manat məbləğində sığorta ödənişinin verildiyi müəyyən olunur.
2. “xxxx” MMC-nin **** nömrəli ## #### 2026-cı il tarixli rəyə əsasən **-UN-*** dövlət qeydiyyat nişanlı “BMW 530E Plug-İn Hibrid minik” markalı nəqliyyat vasitəsinin saz vəziyyətə gətirilməsi üçün tələb olunana vəsaitin məbləği – “xxxx” ASC-nin kalkulyasiyası əsas götürülməklə, həmçinin fotoşəkillərlə təsdiqlənən və real zədələrə uyğun gələn çatışmayan hissələrin “xxxx” və “xxxx” şirkətlərinin sənədlərindən əlavə edilməsi nəzərə alınmaqla 7.211 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın aparılması üçün 500 (beş yüz) manat xidmət haqqı təyin edilmişdir.
3. ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, tədqiqatın aparılması üçün xidmət haqqı olaraq 500 manat iddiaçı İddiaçı tərəfindən ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh İsmayılov Ryad Bəhruz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan **-UN-*** qeydiyyat nişanlı “BMW 530E Plug- İn Hibrid minik” markalı avtomobilə dəymiş 5.372 manat ziyanın və 74 manat dövlət rüsumunun cavabdeh İsmayılov Ryad Bəhruz oğlundan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, mülkiyyətində olan **-UN-*** qeydiyyat nişanlı “BMW 530E Plug-İn Hibrid minik” markalı avtomobilə dəymiş 5.372 manat ziyanın, 74 manat dövlət rüsumunun və 500 manat qiymətləndirmə üçün xidmət haqqının cavabdeh İsmayılov Ryad Bəhruz oğlundan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2025-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində cavabdehə məxsus “Mitsubishi Pajero minik” markalı avtomobil ilə ona məxsus **-UN-*** qeydiyyat nişanlı “BMW 530E Plug-İn Hibrid minik” markalı avtomobillə toqquşmuş və nəticədə onun avtomobilinə 9.372 manat maddi ziyan dəymişdir. “xxxx” ASC tərəfindən ona 4.000 manat sığorta ödənişi olunmuşdur. Yerdə qalan 5.372 manat ziyanın ödənilməsi üçün cavabdehə bir neçə dəfə müraciət etsə də ödəniş etməmiş, müxtəlif bəhanələrlə ödənişdən yayınmağa çalışmış və onunla hər hansı kompromisə gəlməmişdir. O, pozulmuş hüquqlarının bərpası və mülkiyyətinə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5919/2025 nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfinən təqdim edilmiş ##.##.2025-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, iddiaçıya məxsus **-UN-*** qeydiyyat nişanlı “BMW 530E Plug-İn Hibrid minik” markalı avtomobilə dəymiş ziyanın məbləği 9.372 manat təşkil edir. Məhkəmə baxışı alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/**-*** nömrəli mütəxəssis rəyinə əsasən, dəymiş zərərin həcmi 9.801 (doqquz min səkkiz yüz bir) manat müəyyən olunmuşdur. Eyni qaydada sığorta ödənişi nəzərə alınmaqla ödənilməmiş qalıq zərər (9.801 (ümumi zərər) – 4.000 (sığorta ödənişi)) 5.801 manat məbləğində hesablanmışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1 və 1115-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5919/2025 nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh İsmayılov Ryad Bəhruz oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmsını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onunla əlaqə saxlayanda ididaçıya sığorta ödənişi ilə narazı olduğu təqdirdə, həmin vəsaiti qəbul etməməyi tövsiyə etmişdir. Hətta 4.000 manat vəsaitə onun avtomobilini öz ustaları tərəfindən təmin edilməsini və ona təhvil verməsini təklif etmişdir. Lakin iddiaçı heç bir formada razı olmamışdır. Ən vacibi isə iddiaçı “xxxx” MMC-də (VÖEN **********) qüsur arktı əldə etmişdir. Qeyd etmişdir ki, həmin MMC 02.07.2024cü il tarixdə dövlət qeydiyyatından keçmiş və nizamnamə kapitalı cəmi 20 manat təşkil edir. Həmin təşkilatın heç 5 il ümumi fəaliyyəti yoxdur. Belə olan zaman isə həmin MMC-nin qüsur aktını hansı maraqlardan çıxış edərək, qeyri-müəyyən və şişirdilmiş akt tərtib edilməsi çox saylı suallar yaratmaqdadır. Məhkəmə tərəfindən ekspertiza təyin olunan zaman Azərbaycan Qiymətləndirmə Palatasına yox, “xxxx” MMC-yə rəy alınması üçün göndərilmişdir. Həmin təşkilatı Palatanın özü tərəfindən reyestrdə qeydiyyata alandan sonra özü müəyyən edərək göndərməlidir. Çünki hər hansı MMC-yə birbaşa göndərmək, qaranlıq məqamlar yaratmaqdadır. Digər halda isə iddiaçı heç bir halda ona müraciət etməmişdir, hətta onun özü müraciət edərək, avtomobilin düzəldib təhvil verilməsini bildirsə də, iddiaçı buna razı olmamışdır və səbəbini də açıqlamamışdır. Qeyd olunan qüsur aktındaki ziyan şişirdilmiş formadadır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmayılov Ryad Bəhruz oğlu apellyasiya şikyətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20.6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq vəazadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 22.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 25.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 26.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 27.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəməzərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
28.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın təmin olunan” hissəsində dəyişdirilməli, iddia bu hissədə qismən təmin edilməlidir. 31.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 32.Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. 33.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 34.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyəti təqsirindən asılı olmayaq yaranır. 35.Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan sübutlarla yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulduğu, həmin zərərin cavabdehin hüquqa zidd hərəkətlərinin nəticəsində baş verdiyi, zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin və cavabdehin təqsirinin mövcud olduğu müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin cavabdehin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka vurulmuş zərərə görə mülki məsuliyyət daşıması barədə gəldiyi nəticə əsaslıdır 36.Məhkəmə kollegiyası işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə apellyasiya baxışı zamanı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsini zəruri hesab etmişdir. Bununla əlaqədar mütəxəssis qarşısında **-UN-*** dövlət qeydiyyat nişanlı "BMW 530E Plug-In Hybrid" markalı minik avtomobilinə (hadisədən əvvəl mövcud olmuş zədələr istisna olmaqla) sığorta hadisəsi nəticəsində dəymiş zərərin, "xxxx" MMC-nin ##.##.2025-ci il tarixli qüsur aktı, "xxxx" ASC-nin ##.##.2025-ci il tarixli hesabatı, "İmprorex Motors" MMC-nin ##.##.2025-ci il tarixli qüsur aktı və "xxxx" MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyində əks olunmuş məlumatlar müqayisəli təhlil edilməklə müəyyən edilməsinə dair rəy verməsi məsələsi qoyulmuşdur. 37."xxxx" MMC tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, **** nömrəli rəyə əsasən, **-UN-*** dövlət qeydiyyat nişanlı "BMW 530E Plug-In Hybrid" markalı minik avtomobilinin saz vəziyyətə gətirilməsi üçün tələb olunan vəsaitin məbləği 7.211 manat müəyyən edilmişdir. Bu məbləğ hesablanarkən "xxxx" ASC tərəfindən tərtib edilmiş kalkulyasiya əsas götürülmüş, həmçinin fotoşəkillərlə təsdiq edilən və faktiki zədələrə uyğun olan, lakin həmin kalkulyasiyada nəzərə alınmayan hissələr "xxxx" və "xxxx" MMC-lərin sənədləri əsasında əlavə edilmişdir. 38.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. 39.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tədqiqatın aparılması həvalə olunmuş, xüsusi biliklərə malik və işin nəticəsində marağı olmayan "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəy iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy iş materialları ilə uzlaşır, özündə daxili ziddiyyət daşımır və tərəflər tərəfindən onun əsaslılığını şübhə altına alan hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 40.Beləliklə, məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, **** nömrəli mütəxəssis rəyini, habelə ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçıya məxsus **-UN-*** dövlət qeydiyyat nişanlı "BMW 530E Plug-In Hybrid" markalı avtomobil üzrə 4.000 manat məbləğində sığorta ödənişinin həyata keçirildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçı qarşısında mülki məsuliyyət daşımasına dair gəldiyi nəticə düzgün olmuşdur. Bununla belə, birinci instansiya məhkəməsi ödənilməli zərərin məbləğini müəyyən edərkən iş üzrə halları tam və hərtərəfli araşdırmamışdır.
41. Belə ki, iş üzrə toplanmış sübutlara, o cümlədən "xxxx" MMC-nin ## #### 2026-cı il tarixli, **** nömrəli mütəxəssis rəyinə əsasən, ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-UN-*** dövlət qeydiyyat nişanlı "BMW 530E Plug-In Hybrid" markalı minik avtomobilinə dəymiş zərərin ümumi məbləği 7.211 manat təşkil etmiş, iddiaçıya ödənilmiş 4.000 manat məbləğində sığorta ödənişi nəzərə alındıqda isə cavabdeh tərəfindən ödənilməli zərərin məbləği 3.211 manat müəyyən edilmişdir.
42. Bundan başqa, Mülki Prosessual Məcəllənin 107, 115.0.1, 117.1, 119.1 və 220.5-ci maddələrinin mənasına görə, ekspertlərə və mütəxəssislərə gördükləri işə görə ödənilən məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə, yəni məhkəmə xərclərinə aid edilir. Məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın təmin və ya rədd edilməsi barədə nəticəyə gəlinməklə yanaşı, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi də həll edilməlidir.
43. Bu məsələlərin həlli məqsədilə qanunvericiliklə müəyyən edilmişdir ki, ekspert və mütəxəssislərə ödənilməli olan məbləğ, habelə iş üzrə digər zəruri xərclər həmin xərclərin çəkilməsini xahiş etmiş tərəf tərəfindən əvvəlcədən məhkəmənin depozit hesabına köçürülməlidir. İstinad olunan prosessual hərəkətlər məhkəmənin təşəbbüsü ilə həyata keçirildikdə və ya tərəflərin hər ikisi belə xahişlə çıxış etdikdə ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər müvafiq hərəkətlərin həyata keçirilməsi üçün tələb olunan məbləğ tərəflər tərəfindən bərabər qaydada məhkəmənin depozit hesabına köçürülməlidir.
44. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, habelə "xxxx" MMC tərəfindən aparılmış tədqiqatla bağlı 500 manat məbləğində xərcin iddiaçı İddiaçı tərəfindən tam ödənildiyini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bölüşdürülməli olan 500 manat məbləğində xərcin yarısı, yəni 250 manat cavabdeh İsmayılov Ryad Bəhruz oğlundan tutulmalı və iddiaçı İddiaçı ödənilməlidir.
45. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh İsmayılov Ryad Bəhruz oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5919/2025 nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi “maddi zərər olaraq müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Dəymiş maddi zərərin əvəzi olaraq 3.211 (üç min iki yüz on bir) manat və iş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul cavabdeh İsmayılov Ryad Bəhruz oğlundan tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 74 manatın 44 manatı cavabdeh İsmayılov Ryad Bəhruz oğlundan tutularaq iddiaçı İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh İsmayılov Ryad Bəhruz oğlu tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 37 manatın 15 manatı iddiaçı İddiaçı tutularaq cavabdeh İsmayılov Ryad Bəhruz oğluna ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev