Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1227/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı iddiaçı1 ASC-nin nümayəndəsi İlhamə Həsənovanın iştirakı ilə, iddiaçı iddiaçı1 ASC-nin ( “xxxx”xxxx” ASC-nin hüquq varisi) cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Borc verən “xxxx”xxxx” ASC ilə borc alan Cavabdeh arasında ##.##.2019-cu il tarixli *****sBKX/** nömrəli kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, 60 ay müddətinə, illik faiz dərəcəsi 29 faiz olmaqla 2.000 manat məbləğində kredit xətti açılıb. Müqavilənin 4.2.16-cı bəndinə görə, bank bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. 2.Bankın maliyyə arayışına görə, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borcun məbləği 3.276,27 manat, faiz borcunun məbləği 622,25 manat, cərimə borcunun məbləği 469,92 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 3.“xxxx”xxxx” iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borc kimi 3.276,27 manat, faiz borcu kimi 622,25 manat, cərimə borcu kimi 469,92 manat borc alandan bankın xeyrinə tutulsun. 4.Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməsi Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə görə, ##.##.2025-ci il tarixə (bankın borcun qaytarılması barədə xəbərdarlıq məktubunun tarixinə) əsas borcun məbləği 3.360,74 manat, faiz borcunun məbləği 494,23 manat, ##.##.2025-ci il tarixə (bankın maliyyə arayışında göstərilən tarixə) əsas borcun məbləği 3.360,74 manat, faiz borcunun məbləği 643,13 manat təşkil edir. 5.Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 3.276,27 manat, faiz borcu kimi 476,5 manat, cərimə borcu kimi 320 manat, cəmi 4.072,77 manat borc alandan bankın xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 7.Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, iddiaçı “xxxx”xxxx” ASC hüquq varisi iddiaçı1 ASC (əvvəlki “xxxx” MMC) ilə əvəz edilib. Belə ki, kredit müqaviləsi üzrə tələb həmin subyektlərin arasında daha əvvəl (##.##.2022-ci il tarixdə) bağlanmış müqaviləyə əlavə edilməsi barədə ##.##.2026-cı il tarixli ** nömrəli müqaviləyə əsasən “xxxx”xxxx” ASC tərəfindən iddiaçı1 ASC-yə güzət edilib. Göründüyü kimi, tələb birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra güzəşt edilib. Ona görə də iddiaçı onun hüquq varisi ilə apellyasiya icraatı zamanı əvəz edilib. 8.Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 ASC-nin nümayəndəsi İlhamə Həsənova cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 9.Cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Qətnamə iddianın təmin edilməsinə aid hissədə yoxlanılmalıdır, çünki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi tələb olunsa da, şikayətin ümumi məzmunundan görünür ki, cavabdeh qətnamənin iddianın təmin edilməsinə aid hissəsini mübahisələndirir. 11.Qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlardan və mühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği 3.276,27 manat təşkil edir. Faiz borcunun məbləğinin 476,5 manatdan, cərimə borcunun məbləğinin isə 320 manatdan az müəyyən edilməsi üçün əsas yoxdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 743-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə əsas, faiz və cərimə borcun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-1227/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1227/2026
24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver