Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1252/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər:faiz və cərimələrin silinməsi, aylıq ödəniş qrafikinin müəyyən edilməsi və mənfi məlumatların kredit reyestrindən silinməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, Işin halları
1. Cavabdeh ASC ilə İddiaçı arasında ##.##.2024-cü il tarixdə bağlanmış BPM************ nömrəli istehlak krediti (Tamkart kredit xətti vasitəsilə) müqaviləsinin surətindən görünür ki, İddiaçı üçün 35 ay müddətli, illik 24% olmaqla 1500 manat məbləğində kredit xətti ayrılmışdır. Sözügedən müqavilənin 15.3-cü bəndinə əsasən müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, Tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər, həmçinin Tam kartdan istifadə qaydası və şərtləri (həm kredit, həm debet və ya əmək haqqı funksiyaları üzrə), o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, Müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) Hesablardan vəsaitin silinməsi şərtləri, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi barədə ABB tərəfindən məlumat verilmişdir.
2. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdə verilmiş kredit (35 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 15.000 manat həcmində) üzrə ##.##.2025-ci il tarixə 1499.91 manat əsas borc, 178.24 manat faiz olmaqla, 1678.15 manat borcu vardır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadından görünür ki, ərizəçi İddiaçı Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin icra tədbirlərinin dayandırılması barədə ərizəsi təmin edilməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş iddia icraatına keçirilmişdir.
5. ##.##.2025-ci il tarixli Mərkəzlə dirilmi Kredit Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı Cavabdeh ASC və «xxxx» ASC qarşısında aktiv kredit öhdəliyi vardır.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış ##.##.2025-ci il tarixli Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə işsiz olaraq qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış ##.##.2025-ci il tarixli Ünvanlı dövlət sosial yardım ödənişləri haqqında arayışdan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı ünvanlı dövlət sosial yardım ödənişi barədə məlumat mövcud deyil.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyi PHŞ-nin * saylı DOST Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı «kredit müqavilələri üzrə əsassız hesablanmış faizlərin ləğvi, yalnız əsas borcun ödənilməsi və ödənişlərin uzunmüddətli aylara bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh bank və təşkilatlar tərəfindən hesablanmış əsassız faizlər və əlavə cərimələrin ləğv edilməsi, iddiaçının indiyədək etdiyi ödənişlər nəzərə alınmaqla yalnız ödənilməmiş əsas borcun müəyyən edilməsi, əsas borcun ödənilməsi üçün uzunmüddətli aylara bölünmüş ödəniş qrafikinin tərtib edilməsi, maddi vəziyyəti nəzərə alınaraq ona güzəştli mexanizmlərin tətbiq edilməsi (ödəmələrin təxirə salınması, hissə-hissə ödənilməsi, faizlərin dayandırılması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı iddianı onunla əsaslandırmışdır ki, iddiaçı müxtəlif bank və təşkilatlarla kredit müqavilələri bağlamışdır. Bu müqavilələr əsasında: “xxxx” ASC qarşısında 5.000 manat, “xxxx” MMC (“Kontakt Home”) qarşısında 4.900 manat, “ABB Bank” qarşısında 1.500 manat məbləğində öhdəliyi yaranmışdır. Maddi vəziyyətinin ağır olması, işsiz olması və yalnız həyat yoldaşının işləməsi səbəbindən kredit öhdəliklərinin tam ödənilməsində çətinliklər olmuşdur. Bununla yanaşı, iddiaçı həmin öhdəliklər üzrə müəyyən ödənişlər etmiş və bu fakt müvafiq qəbzlərlə təsdiq olunur. Lakin cavabdeh təşkilatlar tərəfindən əsas borcla yanaşı əsassız olaraq ikiqat faizlər hesablanmış, nəticədə borclarının ödənilməsi mümkünsüz hala gətirilmişdir. Məhkəmədən xahiş edir ki, həmin ödənişlər nəzərə alınsın və hesablamalar yalnız faktiki ödənilməmiş əsas borc əsasında aparılsın.
11. Iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işsizlik statusu haqında məlumatlı olaraq kredit müqavilə üzrə əsassız hesablanmış faizlərin və cərimələrin (dondurulması və ya silinməsi) ləğvi, yeganə əsas borcunun uzunmüdətli aylara ayda 50 manat ödəməklə ödənişin ədalətli qaydada təmin olunması və mənfi kredit tarixçəsinin Mərkəzi Kredit Reyestrindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müştəri nömrəsi: №*******, Müqavilə № BPM************ üzrə iddiaçı işsiz qaldıqdan sonra hesablanmış faiz və cərimələrin ləğv edilməsi, yalnız əsas borcun müəyyənləşdirilib aylıq 50 manat olmaqla ödənilməsi qrafikinin təsdiqi, kredit öhdəliyi icra edildikdən sonra mənfi məlumatların Kredit Reyestrindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ABB ASC ilə istehlak krediti, müştəri nömrəsi: №*******,müqavilə № BPM************ bağlamışdır. Kredit istehlak məqsədlidir. Müqavilə üzrə ödəniş etmiş, lakin qəfil işdən çıxarıldığına görə gəlir mənbəyi itib və ödəniş qabiliyyəti dayanıb. ## #### 2025-ci il tarixli DOST arayışı ilə işsiz statusu barədə bankı məlumatlandırmışdır. ## ###### 2025-də poçtla yenidən sənəd göndərmişdir. Bank məlumatlı olduğu halda belə, cərimə və dəbbə faizlərini hesablanmağa davam etdirmişdir. Müqavilədə işsizlik halı üçün güzəşt mexanizmi göstərilməmiş, istehlakçı hüquqları pozulmuşdur. Iddiaçı borcdan imtina etmir, yalnız real ödəmə qabiliyyətinə uyğun qrafik istəyir – ayda 50 manat. Cavabdeh Mülki Məcəllənin 422-ci maddəsinə istinad etsə də, həmin maddə şərait dəyişəndə məhkəmənin müqaviləyə müdaxiləsinə icazə verir.
14. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi yazılı mülahizəsində qeyd etmişdir ki, aylıq ödənişin 50 manata endirilməsi müqavilənin birtərəfli qaydada dəyişdirilməsi kimi başa düşülür. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında da göstərildiyi kimi müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız "şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi" halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədənkənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018ci il tarixli Qərarında göstərildiyi kimi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Hazırkı iş üzrə iddiaçı İddiaçı ilə ##.##.2024-cü il tarixli, BPM************ nömrəli istehlak krediti müqaviləsi (Tamkart kredit xətti vasitəsilə) bağlanmışdır. Həmin müqavilədən göründüyü kimi iddiaçı İddiaçı 35 ay müddətli, illik 24% olmaqla 1500 manat məbləğində kredit xətti ayrılmışdır. Iddiaçının halhazırda işsiz olmasına istinad edərək kredit müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi əsassızdır. Istehlak krediti müqaviləsinin (Tamkart kredit xətti vasitəsilə) birtərəfli qaydada dəyişdirilməsi üçün həm məhkəmədənkənar, həm də məhkəmə qaydasında yuxarıda Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən əsaslardan heç biri mövcud deyildir. Nə Cavabdeh ASC tərəfindən müqavilə pozuntusuna yol verilmiş, nə də müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi halı baş vermişdir. Həmçinin, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Iddiaçı tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş etirazda (etiraz cavabdehin iddia ərizəsinə münasibətinə cavab olaraq təqdim edilmişdir) bildirmişdir ki, ##.##.2024-cü il tarixdə ABB ASC ilə aralarında BPM************ nömrəli istehlak krediti müqaviləsi (TamKart vasitəsilə) bağlanmışdır. Bu müqaviləyə əsasən ona 35 ay istifadə müddətli, illik 24% olmaqla 1500 (bir min beş yüz) AZN məbləğində kredit xətti ayrılmışdır.TamKartın təyinatı müqavilədə açıq şəkildə “şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədləri” kimi göstərilmiş, sahibkarlıq fəaliyyəti üçün istifadəsi qadağan edilmişdir. Bu, mübahisəli münasibətlərin istehlak krediti xarakteri daşıdığını təsdiq edir. Bankın ##.##.2025ci il tarixli maliyyə arayışına əsasən bu günə qədər:***********"Kredit xəttindən ümumilikdə 8684,79 AZN istifadə etmiş; Əsas borcdan 7184,88 AZN ödəmiş; Qalıq əsas borc 1499,91 AZN, Ödənilmiş faiz 90,68 AZN, ödənilməmiş faiz 142,99 AZN, Cəmi borc 1642,90 AZN təşkil edir.***************"Göründüyü kimi, kredit limitinin nominal məbləği 1500 AZN olsa da, müqavilənin “revolver” mexanizminə uyğun olaraq illər ərzində bu məbləğ dəfələrlə dövr etmiş, bank xeyli faiz gəliri əldə etmiş, o isə çox böyük həcmdə ödənişlər həyata keçirmişdir. Hazırda işsiz qalmış, sosial və ailə vəziyyəti xeyli ağırlaşıb, gəlirində ciddi azalma baş verib. Mövcud iqtisadi şərait, inflyasiya və gündəlik zəruri xərclərin artması fonunda əvvəlki kimi ödəniş etmək obyektiv olaraq mümkün deyildir. Cavabdeh bank da öz münasibətində onun işsiz olmağını qeyd etməklə bu faktı inkar etmir. Bu səbəbdən iddia tələbləri ilə iddiaçı borcdan imtina etmir, yalnız faiz yükünün bir hissəsinin silinməsini və qalan borcun aylıq 50 AZN məbləğində, real ödəmə qabiliyyətinə uyğun qrafiklə ödənilməsini xahiş etmişdir. Cavabdeh bank Mülki Məcələnin 421.2, 422, 423-cü maddələrinə və Konstitusiya Məhkəməsinin ##.##.2023 və ##.##.2018-ci il tarixli qərarlarına istinad etməklə müqavilə şərtlərinin dəyişdirilməsinin guya yalnız “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” halında mümkün olduğunu, bu halda belə birtərəfli qaydada dəyişiklik edilə bilməyəcəyini bildirir. Birincisi, iddiaçının iddiası müqavilənin birtərəfli qaydada banker tərəfindən deyil, məhz məhkəmə yolu ilə, istehlakçını qoruyan hüquqi mexanizmlər əsasında dəyişdirilməsinə yönəlib. Yəni Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan qaydadan istifadə edir, “birtərəfli imtina” etmir. Ikincisi, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarları müqavilə azadlığı prinsipini qorumaqla yanaşı, həm də “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında məhz məhkəmənin müdaxiləsi ilə müqavilə şərtlərinin yenidən nəzərdən keçirilməsinə imkan tanıyır. Bu qərarlar istehlakçının və zəif tərəfin ziyanına müqavilə şərtlərinin dəyişməsinə qapını bağlamır, əksinə balanslaşdırılmış yanaşma tələb edir. Üçüncüsü, cavabdeh yalnız öz maraqlarını önə çəkərək iddiaçının maliyyə və sosial durumundakı ciddi pisləşməni hüquqi cəhətdən qiymətləndirmir. Halbuki Mülki Məcələnin 422-ci maddəsi ilə “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” dedikdə, o cümlədən iqtisadi şəraitin, gəlir imkanlarının, inflyasiya dərəcəsinin və digər mühüm faktorların ciddi dəyişməsi nəzərdə tutulur. Iddiaçının işsiz qalması, gəlirinin faktiki yoxa çıxması, eyni zamanda zəruri yaşayış xərclərinin artması bu maddənin mahiyyətinə uyğun olaraq müqavilənin bağlandığı dövrdə mövcud olan şəraitdən kəskin fərqlənən vəziyyətdir. Dördüncüsü, cavabdeh bank mübahisəli münasibətlərin məhz istehlak krediti olması faktını nəzərə almır. Istehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanunun müddəalarına əsasən istehlak krediti üzrə şərtlər istehlakçının əhəmiyyətli dərəcədə zərərə uğramasına, ağır və qeyrimütənasib şərtlərin tətbiqinə gətirib çıxardıqda, məhkəmə tərəfindən bu şərtlərə düzəliş edilməsi mümkündür. Müqavilə şərtlərinin dəyişdirilməsinin zəruriliyi Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflər öz öhdəliklərini vicdanlılıq, ədalətlilik və qarşılıqlı hörmət prinsiplərinə uyğun yerinə yetirməlidir. Iddiaçı bir neçə il ərzində böyük həcmdə ödəniş etmiş, bu günə qədər 7 275,56 AZN (əsas və faiz daxil olmaqla) banka qaytarmışdır. Buna baxmayaraq, limit məbləği 1500 AZN olan kredit xətti üzrə hələ də 1642,90 AZN borc göstərilməsi balanssızlıq və istehlakçı üçün həddən artıq ağır yük formalaşdırır. Bu şəraitdə: iddiaçının borcdan tam imtina tələbi yoxdur; yalnız faiz borcunun bir hissəsinin silinməsi və qalan məbləğin ödəmə qabiliyyətinə uyğun aylıq 50 AZN məbləğində – qrafik üzrə ödənilməsi tələb olunur; bu dəyişiklik bankın əsas borcunun taleyini kökündən dəyişmir, əksinə, borcun real ödənilməsini təmin etməklə həm bankın, həm də istehlakçının mənafelərini uzlaşdırır. Məhz bu səbəbdən iddiaçının tələbləri Mülki Məcələnin 421.2 və 422-ci maddələrinin məntiqinə uyğundur və cavabdehin iddia tələblərinin tam rədd edilməsi barədə mövqeyi obyektiv hüquqi əsaslardan məhrumdur. Məhkəmədən yuxarıda göstərilənləri, həmçinin kredit müqaviləsinin istehlak xarakterini; iddiaçının işsiz qalması və gəlirinin ciddi azalmasını; indi də böyük həcmdə faktiki ödəniş etməyini; cavabdehin “iddia ərizəsinə münasibət”ində yalnız bank maraqlarının müdafiə olunmasını, balanslı və ədalətli yanaşmanın olmamasını nəzərə alaraq, cavabdeh Cavabdeh ASC-nin e-*(***)-****/**** saylı mülki iş üzrə təqdim etdiyi “iddia ərizəsinə münasibət”də qeyd olunmuş əsassız hüquqi mövqeyini nəzərə almadan iddia ərizəsi üzrə tələblərini təmin etməyi, mübahisəli kredit müqaviləsi üzrə faiz borcunun bir hissəsinin silinməsi və qalan borcun aylıq 50 (əli) AZN məbləğində ödənilməsi barədə tələblərini ədalətlilik, vicdanlılıq və istehlakçıların müdafiəsi prinsiplərini rəhbər tutmaqla qismən və ya tam təmin etməyi xahiş edir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın rədd edilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 405.1, 405.2, 407.2, 421.2, 422.1, 423.2, 445.2.1, 445.2.2, 739.1, 739.2, 743.1, 743.2, 746.1, 746-5.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4, 227, 233, 360cı maddələrinə istinadən əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamışdır. MPM-in 9, 14 və 217-ci maddələrinin tələbinə görə məhkəmə sübutları hərtərəfli araşdırmalıdır. Lakin məhkəmə iddiaçının işsiz statusunu, gəlirinin olmamasını, faktiki olaraq banka böyük məbləğdə ödəniş etməyini, kreditin istehlak krediti olmasını hüquqi baxımdan düzgün qiymətləndirməmişdir. Mülki Məcəllənin 422-ci maddəsi düzgün tətbiq edilməmişdir. Mmüqavilədən birtərəfli imtina etməmişdir. Müqavilənin məhkəmə qaydasında dəyişdirilməsini tələb etmişdir. Aşağıdakı hallar mövcuddur: müqavilə bağlandıqdan sonra işsiz qalmış, gəlir mənbəyi tam itmişdir, inflyasiya və yaşayış xərcləri ciddi artmışdır. Bu hallar şəraitin əhəmiyyətli dəyişməsi hesab edilməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə belə hallarda məhkəmə müqaviləyə müdaxilə edə bilər. Istehlakçı kimi hüquqları nəzərə alınmamışdır. Kredit istehlak kreditidir. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə: zəif tərəf olan istehlakçı qorunmalıdır, ağır və qeyri-mütənasib şərtlər dəyişdirilə bilər. Məhkəmə bu prinsipləri tətbiq etməmişdir. Qətnamə sosial dövlət prinsipinə ziddir. Konstitusiyanın 38-ci maddəsinə əsasən dövlət sosial müdafiəni təmin etməlidir. Işsizdir, sosial yardım almır, ailənin yeganə sabit gəliri həyat yoldaşına məxsusdur. Bu hallar nəzərə alınmamışdır. Təklif etdiyi ödəniş mexanizmi bankın mənafelərinə zidd deyil. Borcdan imtina etmir. Tələbi borcun real şəkildə ödənilməsi uzunmüddətli qrafikdir. Bu isə bank üçün də borcun qaytarılmasını təmin edir, müqavilə balansını bərpa edir. Məhkəmə sübutlara tam hüquqi qiymət verməmiş, tərəflərin maraqlarının balansını təmin etməmiş, qərarı formal müqavilə azadlığı prinsipinə əsaslandırmışdır. Bu isə MPM-in 217.3-cü maddəsinin pozuntusudur. Iddiaçının faktiki ödəmə qabiliyyətinin real vəziyyəti araşdırılmamışdır. Iş materiallarında iddiaçının ##.##.2025-ci il tarixdən rəsmi işsiz kimi qeydiyyatda olması, qüvvədə olan əmək müqaviləsinin mövcud olmaması, ünvanlı dövlət sosial yardım almaması öz təsdiqini tapsa da, məhkəmə bu halların iddiaçının kredit öhdəliyini icra etmək imkanına təsirini qiymətləndirməmişdir. Bu hal Mülki Məcəllənin 422-ci maddəsi baxımından şəraitin əhəmiyyətli dəyişməsinin mövcud olub-olmamasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Iddiaçı tərəfindən banka faktiki ödənilmiş məbləğin müqavilə balansına təsiri araşdırılmamışdır Iş materiallarından görünür ki: iddiaçı kredit limitindən dəfələrlə istifadə etmiş banka yüksək məbləğdə ödənişlər etmişdir Lakin bu ödənişlərin əsas borca və faizlərə necə silinməsi bankın əldə etdiyi real faiz gəliri mövcud borcun formalaşma mexanizmi məhkəmə tərəfindən iqtisadi-hüquqi baxımdan araşdırılmamışdır. Bu hal tərəflərin müqavilə üzrə əmlak maraqları balansının pozulubpozulmamasını müəyyən etmək üçün mühüm idi. Kredit münasibətlərinin istehlak krediti xarakteri üzrə hüquqi qiymətləndirmə aparılmamışdır. Iş materialları ilə müəyyən olunur ki, kredit sahibkarlıq fəaliyyəti üçün deyil, şəxsi istehlak məqsədi ilə verilmişdir Bu halda məhkəmə “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi imkanını zəif tərəf olan istehlakçının müdafiəsi prinsipini qeyri-mütənasib öhdəlik yükünün mövcud olub-olmamasını araşdırmalı idi. Bu hüquqi qiymətləndirmə aparılmamışdır. Kredit üzrə faizlərin hesablanmasının qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Məhkəmə gecikdirilmə faizlərinin hesablanma müddətini faizlərin istehlak krediti üzrə qanuni hədlərə uyğun olub-olmamasını əlavə ödənişlərin tətbiq edilib-edilməməsini araşdırmamışdır. Bu hallar Mülki Məcəllənin 746-5.2-ci maddəsinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Iddiaçının bankla müqavilənin məhkəməyə qədər dəyişdirilməsi təşəbbüsünün olub-olmaması araşdırılmamışdır Mülki Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi tələbi irəli sürülməzdən əvvəl qarşı tərəfə müraciət edilməlidir. Iş materiallarında bankın iddiaçının işsiz qalması barədə məlumatlandırılması bankla yazışmalar mövcud olsa da, məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. Sosial vəziyyətin Konstitusiya prinsipləri baxımından qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə iddiaçının ailə vəziyyətini, yeganə gəlir mənbəyinin həyat yoldaşı olmasını, minimum yaşayış xərclərini araşdırmadan formal müqavilə azadlığı prinsipinə üstünlük vermişdir. Bu isə Konstitusiyanın sosial dövlət və sosial müdafiə prinsiplərinin tətbiq edilməməsi ilə nəticələnmişdir. Faizlərin və borcun qanunauyğun hesablanması sübut edilməmişdir. Məhkəmə hesab etmişdir ki, kredit üzrə hesablanmış faizlər müqavilə şərtlərinə uyğundur. Lakin iş materiallarında faizlərin hesablanma qaydasını göstərən detallı çıxarış, gecikdirilmə faizlərinin hansı dövr üçün tətbiq edilməsi, faizlərin istehlak krediti üzrə qanuni həddən artıq olmaması barədə hər hansı maliyyə-hesablama sənədi tədqiq edilməmişdir. Yalnız bank tərəfindən təqdim edilmiş arayışa istinad olunmuşdur ki, bu da MPMin 88-ci maddəsinə görə sübut kimi kifayət etmir, çünki həmin sənəd maraqlı tərəf tərəfindən tərtib edilmiş birtərəfli sənəddir. Cərimə tətbiq edilməməsi barədə nəticə sübut olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, borca görə cərimə hesablanmamışdır. Lakin kredit hesabı üzrə əməliyyatların tam çıxarışı borcun strukturunu göstərən rəsmi maliyyə hesablaması tədqiq edilməmişdir. Bu səbəbdən məhkəmənin bu nəticəsi sübutlarla təsdiq olunmur. Iddiaçının müqavilə şərtlərini sərbəst qəbul etməsi barədə nəticə sübut olunmamışdır. Məhkəmə göstərmişdir ki, iddiaçı kredit müqaviləsinin bütün şərtləri ilə razılaşmışdır. Lakin standart şərtlərin iddiaçıya təqdim olunması, onların izah edilməsi, istehlakçı kimi məlumatlandırılmış razılığın alınması barədə sübutlar mövcud deyil. Standart şərtlərə istinad edilməsi onların faktiki olaraq istehlakçıya izah edildiyini sübut etmir. Müqavilə balansının pozulmaması barədə nəticə sübut olunmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbləri müqavilə tərəflərinin bərabərliyi prinsipini pozur. Lakin iddiaçının banka ödədiyi ümumi məbləğ bankın əldə etdiyi faiz gəliri mövcud borcun formalaşma mexanizmi müqayisəli şəkildə araşdırılmamışdır. Bu halları müəyyən etmədən müqavilə balansının pozulub-pozulmaması barədə nəticəyə gəlmək mümkün deyil. Iddiaçının vəziyyətinin müqaviləyə təsir etməməsi barədə nəticə sübutsuzdur Məhkəmə iddiaçının işsiz qalmasını müqavilənin dəyişdirilməsi üçün əsas hesab etməmişdir. Lakin iddiaçının gəlirinin olmaması, ailənin faktiki maliyyə vəziyyəti, minimum yaşayış xərcləri ilə müqayisə araşdırılmamışdır. Bu hallar müəyyən edilmədən iddiaçının öhdəliyi icra etmək imkanına malik olması barədə nəticə çıxarıla bilməz. Restrukturizasiya imkanının yalnız bankın iradəsindən asılı olması barədə nəticə sübut olunmamışdır. Məhkəmə göstərmişdir ki, ödəniş qrafiki yalnız bankla yeni müqavilə bağlanmaqla müəyyən edilə bilər. Lakin: Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəmənin müqaviləni dəyişdirmək səlahiyyətinin mövcud olub-olmaması bu mexanizmin tətbiqi üçün hüquqi şərtlərin mövcudluğu araşdırılmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələr iş materialları ilə təsdiq olunmur, sübutlar tam, obyektiv və hərtərəfli qiymətləndirilməmişdir, bir sıra nəticələr ehtimallara əsaslanmışdır. Bu isə MPM-in 217.3-cü maddəsinə əsasən qətnamənin ləğv edilməsi üçün müstəqil əsasdır. Kredit reyestri ilə bağlı tələbin rədd edilməsi barədə nəticə əsas tələbin mahiyyətindən asılı olaraq düzgün qiymətləndirilməmişdir. Iddiaçının məqsədi borcun ödənilməsi idi. Əgər real ödəniş mexanizmi müəyyən edilsə idi, onda kredit öhdəliyinin icrası mümkün olardı. Bu halda törəmə tələbin rədd edilməsi də işin faktiki məqsədi ilə uzlaşmır. Apellyasiya şikayəti ilə birlikdə iş üzrə mühüm əhəmiyyət kəsb edən və birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmayan yeni sübutlar təqdim olunur. Bu sübutların əvvəl təqdim edilməməsi iddiaçının iradəsindən asılı olmamışdır və obyektiv səbəblərlə bağlıdır. Iddiaçının hazırkı maliyyə vəziyyətini təsdiq edən yeni sənədlər apellyasiya instansiyasına aşağıdakı yeni sübutlar təqdim olunur: son tarixli işsizlik barədə arayış, ailənin gəlirləri haqqında arayış, bank hesablarından çıxarışlar, kommunal və digər zəruri yaşayış xərclərini təsdiq edən sənədlər. Bu sübutlar iddiaçının faktiki ödəmə qabiliyyətinin olmamasını, mövcud ödəniş qrafiki ilə öhdəliyin icrasının qeyrimümkünlüyünü aydın şəkildə təsdiq edir. Təqdim edilməməsinin səbəbi həmin sənədlər birinci instansiya məhkəməsində işə baxıldıqdan sonra əldə edilmiş və ya müvafiq dövlət orqanları tərəfindən gec verilmişdir. Bu səbəbdən onların əvvəl təqdim edilməsi mümkün olmamışdır. Bankla aparılmış son yazışmalar və restrukturizasiya barədə müraciətlər apellyasiya instansiyasına banka edilən restrukturizasiya müraciətləri həmin müraciətlərə verilmiş cavablar (və ya cavabsız qalması) təqdim olunur. Bu sübutlar təsdiq edir ki, iddiaçı mübahisəni məhkəmədənkənar həll etməyə cəhd etmiş, öhdəliyin icrasından imtina etməmişdir. Apellyasiya şikayətinə əlavə edilən genişləndirilmiş ödəniş çıxarışları iddiaçının banka qaytardığı ümumi məbləği kredit limitinin faktiki neçə dəfə dövr etməsini təsdiq edir. Bu sübutlar müqavilə balansının pozulmasını göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin çıxarışlar bank tərəfindən əvvəl təqdim edilməmiş iddiaçının əldə etmək imkanı məhdud olmuşdur. Ailə tərkibi və himayəsində olan şəxslər barədə yeni arayış - bu sənəd iddiaçının sosial vəziyyətinin ağır olduğunu, asılı şəxslərinin mövcudluğunu təsdiq edir. Bu hal öhdəliyin icra imkanının qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini,. iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələblərinin təmin edilməsini, yəni: kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun azaldılmasını və ya ləğv edilməsini; ödənilmiş məbləğlər nəzərə alınmaqla yalnız əsas borcun müəyyən edilməsini; qalan borcun real ödəmə qabiliyyətinə uyğun uzunmüddətli aylıq ödəniş qrafikinin (ayda 50 - 80 manat olmaqla) təsdiq edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
24. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
27. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
28. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
29. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
31. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
32. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
33. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
34. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
35. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
36. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
37. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
38. 746-5.2-ci maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarında göstərmişdir ki, tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar.Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
47. Hazırki halda qətnamə iddiaçı tərəfindən mübahisələndirilərək ləğv edilməsi və iddianın təmin edilməsini xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Cavabdeh ASC ilə İddiaçı arasında ##.##.2024-cü il tarixdə bağlanmış BPM************ nömrəli istehlak krediti (Tamkart kredit xətti vasitəsilə) müqaviləsinin surətindən görünür ki, İddiaçı üçün 35 ay müddətli, illik 24% olmaqla 1500 manat məbləğində kredit xətti ayrılmışdır.
50. Iş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdə verilmiş kredit (35 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 15.000 manat həcmində) üzrə ##.##.2025-ci il tarixə 1499.91 manat əsas borc, 178.24 manat faiz olmaqla, 1678.15 manat borcu vardır.
51. Iddiaçı apellyasiya şikayətində müqavilə bağlanandan sonra işsiz qalmasının, gəlir mənbəyinin olmamamasının, ailəsinin yeganə gəlirinin həyat yoldaşına məxsus olmasının, banka böyük məbləğdə ödəniş etməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd etmişdir.
52. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
54. Belə ki, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.
55. Kollegiya iddiaçının hesablanmış faiz və cərimələrin ləğv edilməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur və müqavilə şərtlərinə, habelə qanunvericiliyin yol verdiyi tənzimləməyə uyğun olaraq iddiaçı cavabdeh bank qarşısında öhdəlik daşıyır. Iş materiallarından göründüyü kimi, bank tərəfindən borcalana münasibətdə cərimə hesablanması tətbiq edilməmişdir. Müəyyən edildiyi kimi, borcalan bankdan kredit götürərkən bankın kredit siyasətinə uyğun olaraq təklif etdiyi faiz şərti ilə razılamışdır. Iddiaçının hazırda işləməməsinə və başqa öhdəliklərinin də olmasına istinad edərək müqavilə üzrə hesablanmış faizin ləğv edilməsini tələb etməsi bankın mənafelərinə zərər vurmaqla yanaşı müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun deyildir və tərəflər arasında bağlanmış müqavilənin müddəalarına da ziddir. Iddiaçının işdən azad edilməsi halında onun bank qarşısında öhdəliklərini icra edə bilməməsinin onun vəziyyətini çətinləşdirən hal kimi irəli sürməsinə dair dəlili bankın da müqavilə şərtlərinin borcalanın istəyinə uyğun dəyişdirilməsini mümkün hesab etməməsinə dair dəlilindən daha üstün qiymətləndirilməməlidir. Əksini hesab etmək kredit münasibətlərində borcalan tərəfin işdən azad edilməsinin müqavilə münasibətlərinin dəyişdirilməsinə əsas verən hal olaraq qiymətləndirilməsinə gətirib çıxara bilər. Iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hal qanunvericilikdə nəzərdə tutulmuş müqavilə münasibətlərinin tənzimlənməsi zamanı tərəflərin hüquq bərabərliyi və iradə azadlığı prinsipinə uyğun deyildir.
56. Məhkəmə apellyasiya şikayətinin yalnız əsas borcun müəyyənləşdirilib aylıq 50 manat olmaqla ödənilməsi qrafikinin təsdiqi hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında qüvvədə olan müqavilənin mövcudluğu nəzərə alınmaqla iddiaçı qeyd edilən məsələni borcun restrukturizasiya edilməklə bankla yeni müqavilənin bağlanması yolu ilə həll etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış istehlak krediti müqaviləsində bütün zəruri şərtlər razılaşdırılmışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırda iddiaçının maddi durumu nəzərə alınmaqla müqavilə üzrə aylıq ödənişlərin 50 manat həcmində müəyyən edilməsi müqavilə tərəfinin mənafeyinə zidd olaraq dəyişdirilə bilməz. Həmçinin, mövcud təcrübədə adətən borc məbləğindən əhəmiyyətli həcmdə ödəniş olduqdan sonra bank aylıq ödənişlərin həcmində güzəştlər tətbiq edir. Hazırki halda isə iddiaçı tərəfindən belə bir əhəmiyyətli həcmdə ödəniş də həyata keçirilməmişdir.
57. Apellyasiya şikayətinin kredit öhdəliyi icra edildikdən sonra mənfi məlumatların Kredit Reyestrindən silinməsi dəlilinə münasibətdə kollegiya hesab edir ki, bu hissədə iddia əsas tələbdən törəmə olduğundan və əsas tələb təmin edilməməli olduğundan birinci instansiya məhkəməsinin iddianı bu hissədə də rədd etməsinə dair gəldiyi nəticə əsaslıdır.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Kollegiya hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Hazırkı halda da apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.