Məhkəmə qərarları › İş №2(3-6)-1286/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1286/2026

25.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1286/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi (əri) Vəkil/Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli əlavə qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, * saylı evin ** saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququ ##.##.2021-ci ildə qeydiyyata alınmışdır. * saylı MKİS tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətat rayonu, N.Tusi küçəsi, ev 6, mənzil 26-da yaşayan İddiaçı ərizəsinə əsasən onun evinə keçirilən baxış zamanı həmin evin üst mərtəbəsində mənzil 28-də Paşayeva Aidə Əlibala qızına məxsus olan evdən su axıntısı aşkar olunmuşdur. xxxx MMC-nin ##.##.2025-ci il tarixli **/**-*** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən ** nömrəli mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamış, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən ** nömrəli mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən ** nömrəli mənzildən su axıdılmışdır. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən ** nömrəli mənzilə su sızması nəticəsində 2.598 manat maddi ziyan vurulmuşdur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənəlməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Paşayeva Aidə Əlibala qızından mənzilinə dəymiş 3.000 manat maddi ziyanın və 50 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutlmasına və əlavə olaraq ünvan 2 ünvanda yerləşən cavabdehin mənzilinin su borularının və hamam otağının cavabdehin öz hesabına təmir edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küç, ev-6., m-** saylı ünvanda yerləşən mənzil ona məxsusdur. Cavabdeh onun üst qonşusudur. Bakı şəhəri Xətai Rayon * saylı MKİS-dən aldığı akta əsasən Bakı şəh., Xətai r., Nəsrəddin Tusi küç, ev-6., m-28 cavabdeh Paşayeva Aidə Əlibala qızının mülkiyyətindədir. Cavabdeh Paşayeva Aidə Əlibala qızına məxsus mənzildə özü və ailəsi yaşayır. Cavabdehin mənzilinin hamam və mətbəxt otağının su boruları nasaz olduğundan onun mənzilinə indiyənə qədər küllü miqdarda ziyan dəymişdir. Hər dəfə o, cavabdehdən xahiş edəndə ki, su borularını düzəltdirin evinin təmiri bərbad hala düşür, bu xahişi heç bir müsbət nəticə verməmişdir. Uzun illərdir ki, onun mənzilili ara sıra suya verilmişdir. O, öz mülkiyyətində olan mənzilin mətbəxt otağını təmir etdirib bahalı mətbəxt mebeli yığdırmışdı. Mətbəxin təmiri üçün 5.000 manatdan artıq pul xərcləmişdir. Cavabdehin onun mənzilinə su axıtması nəticəsində mətbəxt mebeli və təmiri bərbad hala düşmüşdür. Mebellərin şəkillərini və videolarını çəkmiş, həmin çəkilişləri şəkil və disk vasitəsi ilə iddia ərizəsinə əlavə edir. Son bir neçə gündür ki, demək olar ki, hər gün cavabdeh olan üst qonşusundan onlara su axır. Nasaz olan su borularını isə düzəltdirmək istəmir. Hesab edir ki, cavabdeh öz mənzilindən axan suyun qarşısını almasa onun mənzilinin təmiri daha da bərbad hala salacaqdır. Mənzilinə dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Əksinə cavabdehdən mənzilini təmir etdirməsini tələb etsə də min bir bəhanələrlə bundan boyun qaçırmış, bu da azmış kimi hər dəfə onu təhqir edir və o, isə ağır sarsıntı və iztirab keçirir. Məhkəmə tərəfindən mənəvi ziyanın miqdarı müəyyən edilərkən iddiaçı olaraq mənə vurulmuş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirlərini və bundan başqa əmlak vəziyyətini, real imkanını nəzərə almalıdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi Vəkil/Nümayəndə iddia tələbini qəbul etməyərək, həmçinin məhkəməyə yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbinə qarşı bildirmək istəyir ki, onun ailəlikcə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil kifayət qədər təmirlidir. Su boruları qaydasında olmaqla su axıtmır. Bildirmək istəyir ki, qonşu olsalar da o, cavabdeh olaraq iddiaçını tanımır, ancaq qeyd edir ki, ondan xahiş edib ki, borularını düzəltdirsinlər. Guya uzun illərdir ki, bu xanımın mənzilinə ara-sıra ziyan vurmuşlar. Guya ki, 5.000 manatlıq mətbəx mebelinə böyük ziyan vurmuşlar. İddiaçının deməsinə görə, son bir neçə gündür ki, onların mənzilinə onlardan su axır. Əgər belə bir hal olsaydı, bu ailə onların qapısını qırıb içəri daxil olardı və çox böyük gərginlik yaradardılar. Bildirmək istəyir ki, iddiaçı mövcud vəziyyəti öz xeyrinə canlandırmaq üçün onun vəziyyətini çətinləşdirən böhtan xarakterli sözlərdən istifadə etmişdir. O, iddiaçının ərizəsində qeyd etdiyi halların heç biri ilə razı deyildir. Sonda cavabdehin nümayəndəsi qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Nəsibova (Paşayeva) Aidə Əlibala qızından Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən ** nömrəli mənzilə vurulmuş maddi ziyana görə 2.598 (iki min beş yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 6 ünvanında yerləşən ** nömrəli mənzilin iddiaçı İddiaçı məxsus olması, həmin mənzilə cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 6 ünvanında yerləşən ** nömrəli mənzildən su sızması hadisəsi baş verməsi və bunun nəticəsində iddiaçıya zərər dəyməsi müəyyən olunmuşdur. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək hesab etmişdir ki, ekspertin gəldiyi nəticələr əmlaka dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması üçün əsas kimi qəbul edilməli, iddiaçıya dəymiş maddi ziyanın həcmi 2.598 manat həddində müəyyən edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 170.2, 1096.1, 1096.2, 1097.1, 1111.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı əlavə qətnaməsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manatın Nəsibova (Paşayeva) Aidə Əlibala qızından alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli əlavə qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verib qətnamələrdə göstərilən şişirdilmiş maddi ziyan barədə məbləğin təkrar ekspertiza təyin edilməklə əsl həqiqətə uyğun şəkildə müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilinə dəymiş 3.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulmasına və əlavə olaraq ünvan 3 ünvanında yerləşən cavabdehin mənzilinin su borularının və hamam otağının onun öz hesabına təmir edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının irəli sürdüyü bütün tələblər demək olar ki, qətnamədə təmin edilmişdir. İddiaçı tərəf məhkəmədə verdiyi izahatda ancaq şər və böhtan xarakterli ifadələrindən istifadə etmişdir. Qeyd edir ki, nə o, nə də həyat yoldaşı iddiaçı tərəfindən heç kimi tanımırlar. Belə çıxır ki, iddiaçı tərəf iş olsun ki, onlara azda olsa maddi ziyan dəysin ki, böyük bir iddia tələbi ilə məhkəməyə müraciət etsinlər. İddiaçı heç vaxt onlara mənzilinə su axması barədə məlumat verməmişlər. Bundan əlavə də həyat yoldaşı dəfələrlə iddiaçıya usta gətirib mənzili təmir etməsini təklif etmişdir. Hətta ziyanın qiymətləndirməsinin aparılmasını da təklif etmişdir. Lakin bu təkliflərə iddiaçı razı olmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə * saylı MKİS-i aktına istinad edilmişdir. Əgər MKİS-in əməkdaşları obyektiv qərar qəbul etsəydilər onları da xəbərdar edib onların evinə də baxış keçirərdilər. Bəlkə su axını daha başqa mənzillərdən birindən divarın içərisi ilə gələrək iddiaçının mənzilinə çatanda üzə çıxır. Həmçinin onuda qeyd etmək istəyir ki, məhkəmə tərəfindən təyin edilən ekpertiza işin tam və hərtərəfli araşdırılıb özündə əks etdirən rəy vermək fikrində olsaydı onları da dəvət edərək birlikdə vəziyyəti aydınlaşdırardı. O, ekpertizanın rəyinə etiraz edir və əlavə ekspertiza təyin edilməsini mülki kollegiyadan xahiş edir. Ekspertizanın rəyində göstərilən bir halı məhkəmənin nəzərinə çatdırmaq istəyir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli nömrəli ekspert rəyində qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən ** nömrəli mənzilə (iddiaçının mənzilinə) su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq heç bir əsas olmadan, heç bir dəlil və sübuta söykənmədən rəy verilmişdir ki, üst mərtəbədən iddiaçının evinə su axıdılmışdır. Əgər ekspertiza onların iştirakı ilə və onların mənzilinə də baxış keçirilməklə aparılsaydı rəylər tam başqa cür olardı. Əsas qətnamədə iddiaçının xeyrinə 2.598 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manatın ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mövcud işə baxılarkən iş elə təşkil edilmişdir ki, onun təqdim edə biləcəyi sübutların yaranmasına şərait yaradılmamışdır. Məhkəmə tərtib etdiyi ##.##.2025-ci il tarixli qətnamədən əlavə ona qarşı “əlavə qətnamə qəbul edilməsi barədə” ərizə ilə yenidən müraciət etmişdir. Ekspertizanın verdiyi rəyə görə iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manatın onun tərəfindən ödənilməsi qət edilməklə ödəyəcəyi 3000 (üç min) manat müəyyən edilmişdir. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı əsas və ##.##.2025-ci il tarixli, *(***- ****/**** saylı əlavə qətnamələrində qeyd olunan maddi ziyanın şişirdilmiş məbləği ilə razı deyildir. Bu məbləğin dəqiqləşdirilməsi üçün onun iştirakı ilə təkrar ekspertiza keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi (əri) Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, qətnamədə cavabdehdən tutulan məbləğin çox olduğunu düşünür. Birinci instansiya məhkəməsində onlara razılaşmaları təklif olunmuşdur. Mənzilinə su onun evdə olmadığı vaxt gəlmişdir. Suyun haradan gəlməsini bilmir. O, mənzilinə baxmağı təklif etmişdir. Hələ də mənzili təmir etdirməmişdir. Bütün bunlara baxmayaraq su onun evindən qarşı tərəfin evinə gəlmişdir. Onun evinə isə haradan gəldiyini bilinmir. Ancaq burada qonşuluq var. Şəxsin özü də yeni qonşudur. 1997-ci ildən, yəni 30 ilə yaxındır ki, orada yaşayır. O, təklif etdi ki, dəyən zərər nədirsə öz aralarında həll etsinlər. Qonşular arasında sözsöhbət baş verməsin. Lakin qarşı tərəf çox pul istəyir, oradakı təmirə və s. nəyə ziyan dəyibsə, iddiaçı işarə edərək göstərsin, oda da ödəsin. Onun fikrincə qarşı tərəfin evinin xərci 500 manat ola bilər. Qonşuluq olduğu üçün o, 800-1000 manat ödəyər. Ekspertizanın keçirilməsi üçün əlavə xərclərin olduğunu başa düşür. Məhkəmə ekspertiza keçirib, lakin onun iştirakı təmin edilməyib. Ona görə də iş üzrə ekspertiza keçirilməsini xahiş edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdeh dəfələrlə iddiaçının mənzilinə su axıdıb. İddiaçı cavabdehə zəng edib deyib ki, hər ikisi qadındır. Mənzili pis vəziyyətə düşür. İş üzrə qiymətləndirməni məhkəmə təyin etmiş, ekspert gəlib mənzilə baxıb rəy verib. 400 manat qiymətləndirmə rəyinin məbləğini iddiaçı ödəyib. İddiaçı 6 ildir ki, həmin mənzildə yaşayır. O, təkrar eskpertiza keçirilməsinə etiraz edir. Cavabdehə dəfələrlə zəng edilsə də o, hər hansı bir tədbir görməmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı Mirzəcan qızına məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı İddiaçı Mirzəcan qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh qətnaməni və əlavə qətnaməni tam mübahisələndirsə də, iddia tələbləri qismən təmin edildiyi üçün, qətnamənin əsaslılığı faktiki mübahisələndirilən hissədə, əlavə qətnamənin əsaslılığı isə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarlarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, * saylı evin ** saylı mənzilindən iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, * saylı evin ** saylı mənzilinə su axıdılması nəticəsində iş üzrə alınmış xxxx MMC-nin ##.##.2025-ci il tarixli **/**-*** nömrəli mütəxəssis rəyinə əsasən 2.598 manat maddi ziyan vurulmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi ilə ondan iddiaçının xeyrinə tutulması müəyyən olunan məbləğlər şişirdilmiş məbləğlər olduğundan iş üzrə təkrar ekspertiza keçirilərək həqiqətə uyğun məbləğ müəyyən edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və apellyatorun iş üzrə təkrar ekpertiza keçirilməsinə dair vəsatətini araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. İş üzrə təkrar ekspertiza keçirilməsi üçün isə prosessual əsaslar mövcud deyildir. Belə ki, apellyator apellyasiya şikayətinin dəlillərinə, vəsatətində istinad etdiyi hallara dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsində araşdırma aparılarkən iş üzrə mütəxəssis cəlb edilməsini bildiyi halda aparılan tədqiqatda iştirak etməmişdir. Bu hallar isə işdə olan mütəxəssis rəyinin şübhə altına alınması üçün əsas ola bilməz. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, mülki iş üzrə tədqiq olunan sübutlarla iddiaçının mülkiyyətində olan mənzilə cavabdehə məxsus mənzildən su axıdılması faktı öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi apardığı tədqiqat zamanı gəldiyi nəticəsini qəbul etdiyi məhkəmə aktında kifayət qədər aydın şəkildə şərh edərək iddia tələblərini qismən təmin edib, iş üzrə məhkəmə xərclərini cavabdehə aid etməklə düzgün nəticəyə gəldiyindən, hər hansı bir sübuta söykənməyən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktları şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar