Məhkəmə qərarları › İş №2(3-6)-1312/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1312/2026

10.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1312/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı İddiaçı İddiaçının nümayəndəsi-vəkili vəkil2 Əhəd oğlunun Cavabdehin nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Gulieva Giunai mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh fərdi yaşayış evinin inşa və təmir etdirilməsi üçün müraciət etmişdir. Tərəflər arasında yazılı müqavilə bağlanamasa da, hər iki tərəf işin bu halı mübahisələndirməmişdir. Hazırda iddiaçı qeyd edir ki, cavabdehin qərəzli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir və dəymiş ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı xeyrinə cavabdeh Cavabdeh 12.637 (on iki min altı yüz otuz yeddi) manat ziyanın, həmçinin ziyan məbləğinə illik 5% məbləğində faiz borcunun ödənilməsinə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Səbail rayonu ərazisində yerləşən, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində inşa etdiyi yaşayış evini 2023-cü ilin sonlarında təmir etdirmək qərarına gəlmişdir. Elə həmin tarixlərdə usta işləyən, o cümlədən qohumluq münasibətində olduğu cavabdeh Cavabdeh ilə görüşmüş və evin təmiri ilə bağlı razılığa gəlmişdir. Lakin sonradan cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, əvvəlcədən ödənilmiş pulların müqabilində razılaşdırılmış işlər görülməmiş, görülmüş işlər isə keyfiyyətsiz olmaqla yanaşı, həm də natamam vəziyyətdə olmuşdur. İddiaçı cavabdehə evin təmiri üçün 2023-cü ilin sonlarından başlayaraq, 2024-cü ilin iyun ayına qədər ümumilikdə 28.000 (iyirmi səkkiz min) manat ödəniş etmişdir. Buna baxmayaraq, cavabdeh təmiri yarımçıq qoymuş və ümumiyyətlə aldığı pulların müqabilində işləri yerinə yetirməkdən boyun qaçırmışdır. Başqa sözlə, qohumluq münasibətlərindən suiistifadə edərək evin təmirini bitirməkdən imtina etmişdir. İddiaçı göstərilənlərlə bağlı Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət etmişdir. Səbəb isə cavabdehin təmiri yarımçıq qoyub getməsi, telefon zənglərinə cavab verməməsi, eləcə də aldığı pulun müqabilində işləri yerinə yetirməməsi, hətta yerinə yetirmədiyi işlərin müqabilində aldığı pulları geri qaytarmaması olmuşdur. Araşdırma zamanı kompleks məhkəmə əmtəəşünaslıq və məhkəmə mühəndis ekspertizası təyin olmuşdur. Təyin edilmiş ekspertizanın **/**** nömrəli, ##.##.2024cü il tarixli ekspert rəyinə əsasən, sözügedən yaşayış evində usta xərci 10.213 (on min iki yüz on üç) manat təşkil edir. Göründüyü kimi ekspert rəyini nəzərə alınsa, cavabdehin qərəzli hərəkətləri nəticəsində iddiaçıya 17.787 manat (dəqiqləşdirilmiş məbləğ 12.637 manat) məbləğində ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini, hətta mübahisənin yarandığı ilk vaxtlarda cavabdehdən işləri tam şəkildə yerinə yetirmək tələb olunsa da, cavabdeh qərəzli şəkildə bundan imtina etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 8.637 (səkkiz min altı yüz otuz yeddi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş 144 manat dövlət rüsumunun 87 manatı cavabdeh Cavabdeh oğllundan tutularaq iddiaçı İddiaçı ödənilməsi və artıq ödənilmiş dövlət rüsumu - 16 manat məbləğində pulun dövlət büdcəsindən iddiaçıya qaytarılması, qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdeh şifahi razılaşma üzrə fərdi yaşayış evinin təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən tam yerinə yetirilməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçının subyektiv hüququnun olmadığını, bütün danışıqların üçüncü şəxs Quliyeva Günay ilə aparıldığını, “xxxx” ASC-də olan hesabın sonuncuya məxsus olduğunu bildirsə də, məhkəmə qeyd etmişdir ki, mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən örünür ki, iddiaçı və üçüncü şəxs ## ###### 2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Eyni zamanda o da qeyd edilir ki, məhkəmə iclasında izahat verərək həm iddiaçı, həm də üçüncü şəxs cavabdehə ödənilən məbləğlərin onların birgə mülkiyyəti olduğunu qeyd etmişlər. Eyni zamanda həm iddiaçı, həm cavabdeh fərdi yaşayış evinin tikintisinin 2023-cü ilin sonlarından etibarən başladığını qeyd etmişlər. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı cavabdehin dəlili əsassızdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh şifahi razılaşma üzrə fərdi yaşayış evin inşa edilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən tam yerinə yetirilməmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyənləşdirilən mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı ona məxsus olan torpaq sahəsində inşa etdiyi yaşayış evini təmir etdirmək sifariş vermiş, bunun müqabilində cavabdehə hisə-hissə 19.700 (on doqquz min yeddi yüz) manat məbləğində pul ödəmişdir. Bu hal özünü iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “Whatsapp” sosial şəbəkə vasitəsi ilə aralarında olan danışqlar ilə təsdiqini tapır. Daha sonra evin tikintisi üçün materialların alındığı və cavabdeh tərəfindən qəbul edilməsi tərəflərin izahatları ilə təsdiqini tapır. Mübahisəli məsələ eyni zamanda cavabdehin etirazının əsasını da təşkil edən iddiaçı tərəfindən ona ödənilən məbləğin evinin tikintisi üçün xərclədiyini bildirərək, iddia tələbini qəbul etmir. Cavabdeh bu halı sübut etmək məqsədilə apardığı qeydi təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını ağlabatan mühakimə əsasında daha inandırıcı hesab etmişdir. Belə ki, cavabdeh özü də bildirmişdir ki, iddiaçı tərəfindən evin tikintisi ilə bağlı ona 19.700 manat məbləğ ödənilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ##.##.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən İddiaçı məxsus evin təmirində usta xərci 10.213.00 manat müəyyən edilmişdir. Tərəflərin təqdim etdiyi yazışmalardan görünür ki, iddiaçı cavabdehə ## ##### 2024-cü il tarixə qədər 19.700 manat məbləğində pul ödəmiş, bunun 4.600 manat hissəsi evin çölü, qalanı isə evin içərisinin təmiri üçün usta xərci olaraq ödənilmişdir. Cavabdeh həmin hissəni məhkəmə iclasında mübahisələndirsə də, yazışmaların özü tərəfindən aparıldığını etiraf etmişdir. Həmin yazışmalardan görünür ki, cavabdeh iddiaçı tərəfindən ona 19.700 manat məbləğində pulun ödənildiyi, onun 4.600 manatının evin çölü üçün olduğunu qəbul etmişdir. Cavabdeh məhkəmə iclasında həmin məbləğə həm də təmir üçün zəruri mal və materialın qiymətinin də daxil olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Fərdi yaşayış daxili hissəsinin təmiri üçün 2023-cü ilin axırlarından başlayaraq 2024-cü ilin aprel ayına qədər ödənilmiş 19.700 manat məbləğ pulun həcminə həm təmir haqqının, həm də mal-material məbləğlərinin olmasını məhkəmə ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Eyni zamanda tərəflərin arasında aparılan ## ### 2024-cü il tarixli başqa yazışmanın mətnində də cavabdehə usta xərci olaraq ödənilən məbləğ “sənə ödənilməlidi” deyə fərqləndirilib. Belə olan təqdirdə əsas mübahisə predmeti 2024-cü il ## ##### tarixindən sonra ödənilmiş məbləğin müəyyənləşdirilməsidir. Təqdim edilmiş “xxxx” ASC-nin çıxarışından müəyyən edilir ki, 29 aprel tarixdən sonra cavabdehə məxsus kart hesablarına ümumilikdə 5.530 manat məbləğ miqdarında ödəniş həyata keçirilmişdir. Digər ödəmə sistemləri “Mpay”, “MilliÖn”, “E-manat” vasitəsilə aparılmış ödənişlərin ümumi məbləği 4.140 manat təşkil edir. Lakin həmin ödənişlərdən ## #### 2024-cü il tarixdə 500 manat, ## ### 2024-cü il tarixdə 1.000 manat, ## ### 2024-cü il tarixdə 400 manat, ## #### 2024-cü il tarixdə 200, ## #### 2024-cü il tarixdə 440 manat, ## #### 2024-cü il tarixdə 110 manat, ## #### 2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 1.930 manat, ## ### 2024-cü il tarixdə 440, ## ###### 2024-cü il tarixdə 500 manat, manat məbləğində olan ödəmələrin təmirtikinti materialları üçün aparıldığı müəyyən edilir. Beləliklə, ## ##### 2024-cü il tarixdən sonra olan ümumilikdə 9.670 manat məbləğində ödənişin ümumilikdə 5.920 manat hissəsinin mal və materiallara xərcləndiyi təsbit edilir. Belə olan təqdirdə müəyyən edilir ki, qalan (9670-5920=)3750 manat olan hissəsi usta xərci olaraq ödənildiyini təkzib edən sübutlar iş materiallarında mövcud deyil. Evin daxili hissəsinin təmirinə ## ##### 2024-cü il tarixədək olan dövr ərzində (19.700- 4600) 15.100 manat məbləğində pulun ödənildiyi təsbit edildiyindən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, ekspert rəyi ilə müəyyənləşdirilmiş 10.213 manat məbləğində pul ümumi məbləğdən çıxıldıqda (15100+3750-10213) 8637 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “ziyan məbləğinə illik 5% məbləğin tutulması” hissəsində iddia tələbini əsassız hesab etmişdir. Belə ki, iddiaçının istinad etdiyi Mülki Məcəllənin 445.7-ci maddəsində illik 5% məbləğində pulun tutulması mexanizminin borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirildikdə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə tərəflərin arasında münasibətlər borc pul ödənilklərindən irəli gəlmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edildiyi hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının digər sübutlarla təsdiq edilməyən izahatlarını inandırıcılıq prinsipi ilə qəbul etmişdir. İşin digər halları ilə ziddiyyət təşkil edən ekspert rəyinə tənqidi yanaşmamış və işin bəzi hallarını ağlabatan olmaması səbəbindən rədd etmişdir. Məhkəmə aşağıda göstərilən iş üçün əhəmiyyətli bütün halları tam araşdırmamış, bu səbəbdən sübutlar yenidən araşdırılmalı, iş üzrə əlavə ekspertiza təyin edilməlidir. İddiaçı iddia ərizəsində iddia edir ki, cavabdehə 28.000 manat pul vermişdir. İşdə olan sübutdan görünür ki, Günay Quliyevanın bank kartından Nazim Əlləzovun kartına göndərilən pullar aşağıdakı kimidir. Məhkəmə qətnaməsində “xxxx”ASC-nin Günay Quliyevanın bank kart hesabından çıxarışa istinad edərək səhvlərə və qeyrli dəqiqliklərə yol verib. ## #### 2025 ci il tarixli “xxxx”ASC-yə məxsus çıxarışdan görünür ki, Ms.Giunai Gulieva (hesab № ****************) “Xalq Online” sistemi vasitəsilə **************** saylı karta: ## ######## 2023-cü il tarixdə 302 manat, ## ####### 2023-cü il tarixdə 200 manat, ## ###### 2024-cü il tarixdə 1.355 manat, ## ###### 2024-cü il tarixdə 500 manat, ## ###### 2024-cü il tarixdə 200 manat, ## ###### 2024-cü il tarixdə 250 manat, ## ###### 2024-cü il tarixdə 100 manat, ## ###### 2024-cü il tarixdə 500 manat, ## ##### 2024-cü il tarixdə 300 manat, ## ##### 2024-cü il tarixdə 300 manat, ## ##### 2024-cü il tarixdə 100 manat, ## ### 2024-cü il tarixdə 1.000 manat, ## ### 2024-cü il tarixdə 400 manat, ## ### 2024 cü il tarixdə 80 manat, ## ### 2024-cü il tarixdə 500 manat, ## ### 2024-cü il tarixdə 440 manat, ## #### 2024-cü il tarixdə 500 manat, ## #### 2024-cü il tarixdə 500 manat. Cəmi: 7.527,00 manat. **************** saylı karta ## #### 2024-cü il tarixdə 200 manat, ## #### 2024cü il tarixdə 440 manat (qətnamədə bu məbləğin digər karta gəldiyi kimi göstərilmişdir), ## #### 2024-cü il tarixdə 110 manat,( qətnamədə bu məbləğ 200 m kimi göstərilmişdir), ## #### 2024–cü il tarixdə 100 manat, (qətnamədə bu məbləğ ümumiyyətlə göstərilməmişdir), ## #### 2024–cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 200 manat, ## #### 2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 400 manat, ## #### 2024-cü il tarixdə 35 manat, ## #### 2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 25 manat ödəniş aparılmışdır. Cəmi: 2.010,00 manat. - “mpay”ödəniş sistemi basitəsilə həyata keçirilən köçürmənin qəbzindən görünür ki, “E***** N****F*** oğlu” nun adına olan 523915********** nömrəli karta ## ######## 2023-cü il tarixdə 800 manat, ## ######## 2023-cü il tarixdə 410 manat, ## ####### 2023 cü il tarixdə 1.500 manat, ## ###### 2023-cü il tarixdə 655 manat, ## ###### 2023-cü il tarixdə 1.330 manat, ## ###### 2024-cü il tarixdə 200 manat, ## ##### 2024-cü il tarixdə 200 manat, ## ### 2024-cü il tarixdə 200 manat, ## #### 2024-cü il tarixdə 1930 manat. Cəmi: 7.225,00 manat. Cavabdeh adına olan son 8 rəqəmi “71966570” olan kart hesabına ## #### 2024-cü tarixdə 1.000 manat. “E*****N****F*** oğlu” nun adına olan 416973********** nömrəli karta: ## ######## 2023cü il tarixdə 1.350 manat, ## ######## 2023-cü il tarixdə 121 manat, ## ######## 2023-cü il tarixdə 800 manat. Cəmi: 2.271,00 manat. “e-manat” sistemi vasitəsilə aparılan ## ### 2024-cü il tarixli ödənişin qəbzindən görünür ki, “E***** N****F*** oğlu” nun adına olan: 523915********** nömrəli karta ## ### 2024-cü il tarix 310 manat, ## ### 2024-cü il tarixdə 700 manat. Cəmi: 1.010 manat. “MilliÖn” elektron ödəmə sistemi “E***** N****F*** oğlu” nun adına olan 523915********** nömrəli karta: ## ####### 2023-cü il tarixdə 400 manat, ## ####### 2023-cü il tarixdə 100 manat, (bu qəbz təqdim edilməyib) ## ####### 2023-cü il tarixdə 1.240 manat, ## ###### 2023-cü il tarixdə 1.400 manat, ## ###### 2024-cü il tarixdə 200 manat, ## ###### 2024-cü il tarixdə 200 manat, ## #### 2024-cü il tarixdə 200 manat köçürmələr aparılmışdır. Cəmi: 3.740-100 manat. ## ###### 2024-cü il trixli qəbzin surətindən görünür ki, “5239151733300704” kart hesabına ## ###### 2024-cü il tarixdə 100 manat məbləğində köçürmə aparılmışdır. İmanov Vidadi Arf oğlunun adına, son 8 rəqəmi “10470775” olan karta: ## ######## 2023cü il tarixdə 220 manat, Bağırlı İsmayıl Amil oğlunun adına, son 8 rəqəmi “71948263” olan ## ######## 2023-cü il tarixdə 200 manat, LA***** İB***** adına “5***********9131” saylı karta ## ######## 2023-cü il taridə 570 manat, ## ###### 2024-cü il tarixdə 400 manat, (qətnamədə bu məbləğin guya e-manatla cavabdehin …**** nömrəli kartına gəldiyi göstərilmişdir) Cəmi: 1.390 manat. Beləliklə, Kartdan karta (0704-ə) 7.527 manat, Kartdan karta (6570-ə) 2.010 manat, “Mpay”dan karta (0704-ə) 7.225 manat, “Mpay”dan karta (6570-ə) 1.000 manat, “Mpay”dan karta (9228-ə) 2.271 manat, “E-manat”dan karta (0704-ə) 1.010 manat, “MilliÖn”dən karta (0704-ə) 3.740 manat, maməlum vasitədən (0704-ə) 100 manat. Cəmi:24.883,00 manat. Digər şəxslərə göndərilən kartına 1.390 manat 24.883+1.390 manat = 26.273 manat. Göründüyü kimi iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlər əsasında 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayına kimi cavabdehə 24.883 manat pul verdiyini sübut edə bilmişdir. İş materiallarında olan tərəflər arasında “Whatsapp” yazışmalarından açıq-aşkar müəyyən olunur ki, iddiaçının cavabdehə verdiyi pulların bir hissəsi təmir üçün tikinti materialları və bəzi avadanlıqların alınması üçün verilmişdir. Cavabdeh iddiaçıdan aldığı pullardan bəzilərinin məhz material alınması üçün ona verildiyini göstərən yazışmalar vardır. Bu yazışmalardan və həmin yazışmalarda keçən qəbzlərdən görünür ki, yuxarıda sadalanan məbləğlərdən aşağıdakı köçürmələrlə verilən pullara materiallar alınması üçün verilmişdir: ## ###### 2024-cü il tarixdə 1.355 manat, ## ###### 2024-cü il tarixdə 250 manat, ## ###### 2024-cü il tarixdə 100 manat, ## ###### 2024-cü il tarixdə 500 manat, ## ### 2024-cü il tarixdə 400 manat, ## ### 2024-cü il tarixdə 500 manat, ## ### 2024-cü il tarixdə 440 manat, ## #### 2024-cü il tarixdə 500 manat, ## #### 2024-cü il tarixdə 440 manat, ## ###### 2023-cü il tarixdə 655 manat, ## ###### 2023-cü il tarixdə 1400 manat, ## #### 2024-cü il tarixdə 1930 manat. Cəmi: 8.470,00 manat. Məhkəmə qətnaməsində yazır ki, “beləliklə, ## ##### 2024-cü il tarixdən sonra olan ümumilikdə 9.670 manat məbləğində ödənişin ümumilikdə 5.920 manat hissəsinin mal və materiallara xərcləndiyi təsbit edilir”. Bununla da yuxarıda qeyd edilən ödənişlərlə bağlı eyni cür sübutlar təqdim edilsə də, məhkəmə bu məbləğlərin bir qismini materiallar üçün ödənildiyini qəbul edir, bir qismini qəbul etmir. Bunu edərkən belə məhkəmə niyə bəzi sübutları qəbul etdiyini bəzi sübutları isə qəbul etmədiyini göstərmir. Xüsusilə də məhkəmə ## ##### 2024-cü il tarixə kimi ödənilən məbləğlərin material üçün olduğunu inandırıcı hesab etmədiyini qeyd edir. 24.883 manat – 8.470 manat = 16.413 manat göründüyü kimi cavabdehin iddiaçıdan aldığı məbləğdən materiallara xərclənmiş məbləğləri çıxdıqda 16.413 manat qalır. Məhkəmə qətnaməsində qeyd edir ki, “Belə ki, işin məhkəmə tərəfindən müəyyənləşdirilən mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı ona məxsus olan torpaq sahəsində inşa etdiyi yaşayış evini təmir etdirmək sifariş vermiş,bunun müqabilində cavabdehə hisə-hissə 19.700 (on doqquz min yeddi yüz) manat məbləğində pul ödəmişdir”. Məhkəmə bu halı iddiaçının təqdim etdiyi cavabdehlə arasında olan ## ##### 2024-cü il tarixli “Whatsapp” yazışmasına əsasən müəyyən etmişdir. X4 ilə Nazim Əlləzov arasında gedən yazışmada aşağıdakılar qeyd olunur: (mətn orfoqrafik səhvlər düzəldilməklə verilir. Günay: Nazim, zəhmət olmasa mən sənə çöllü və içərili nə qədər pul vermişəm. Yaz çox xahiş edirəm, dəftərimi yoxlayıram. Nazim: 19.700. Günay: Hə, onda düz imiş. Ordan 4.600 çöldü? Nazim: Hə. İddiaçı bu yazışmadan “Ordan 4.600 çöldü?” hissəsini sildikdən sonra, yazışmanın şəklini sübut kimi məhkəməyə təqdim etmişdir. Bununla da iddiaçı sübutu saxtalaşdırmağa çalışmışdır. Lakin həmin yazışmanın cavabdehdə qalan hissəsində açıq aşkar görünür. Beləliklə iddiaçının cavabdehə ödədiyi 19.700 manatın 4.600 manatı evin fasadının təmiri, 15.100 manatı isə evin içinin təmiri üçün verilmişdir. Məhkəmə qətnaməsində “cavabdeh məhkəmə iclasında həmin məbləğə həm də təmir üçün zəruri mal və materialın qiymətinin də daxil olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Fərdi yaşayış evinin daxili hissəsinin təmiri üçün 2023-cü ilin axırlarından başlayaraq 2024-cü ilin aprel ayına qədər ödənilmiş 19.700 manat məbləğ pulun həcminə həm təmir haqqının, həm də mal-material məbləğlərinin olmasını məhkəmə ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir.” Lakin məhkəmə qətnaməsində niyə bunu ağlabatan hesab etmədiyini əsaslandırmır. Məhkəmə işin hansı hallarının 2024-cü ilin aprel ayına qədər ödənilmiş 19.700 manat məbləğ pulun həcminə həm təmir haqqının, həm də mal-material məbləğlərinin olmasını şübhə altına almaya imkan verdiyini göstərmir. Ağlabatanlıq mücərrəd anlayış deyil, məhkəmələr bu sübutetmə standartına istinad edərkən bunu işin faktiki halları ilə izah etməli, hansı halların bunu inandırıcı etmədiyini göstərməli idilər. Məsələn, məhkəmə qeyd edə bilərdi ki, 2024-cü ilin aprelinə kimi təmir üçün tikinti materiallarına ehtiyyac olmadığı üçün məhkəmə bu dövrdə ödənilən məbləğlərin materiallar üçün olduğunu inandırıcı saymır. Belə bir arqument absurd olsa da (çünki istənilən təmir zamanı tikinti materiallarına ehtiyyac olur), yenə ağlabatanlığın əsaslandırma cəhdi olardı. Bundan əlavə məhkəmə qətnamədə qeyd etmişdir ki, “məhkəmə iddiaçının izahatını ağlabatan mühakimə əsasında daha inandırıcı hesab edir”. İlk əvvəl ona görə ki, mülki prosesdə tərəflərin verdikləri izahatlar özü özülüyündə inandırıcılıq prinsipi (sübutetmə standartı) ilə qiymətləndirə bilməz. Çünki, belə sübutların yoxlanılması və qiymətləndirilməsi standartı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsində bilavasitə nəzərdə tutulur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəfdən iddiaçı tərəfin izahatlarına daha skeptik (şübhə ilə) yanaşılmalı idi. Belə ki, həmin tərəf məhkəmə hüququndan sui-istifadə etmiş və vicdansızca rəftar edərək iki dəfə məhkəmənin aldatmağa çalışmışlar. Birinci dəfə ümumiyyətlə məhkəmənin aldatmağa çalışmış və cavabdehə ödədikləri məbləğlərin yalnız xidmət haqqı olduqlarını göstərmişlər. Bu fakt həm polisə verdikləri şikayət və izahatlarda, həm ilkin iddia ərizəsində, məhkəmə ekspertizasının rəyində birbaşa mətndə əks olunmuşdur. İkinci dəfə, iddiaçı tərəf “Whatsapp” yazışmalarını redaktə edərək məhkəməyə cəhd etmişlər. Bu faktlar da əlavə olaraq yetərli idi ki, məhkəmə iddiaçı tərəfin izahatlarına “inandırıcılıq” prizmasından yanaşmasın. Üstəlik baxmayaraq ki, cavabdeh tərəf olaraq yuxarıda göstərdiyi kimi məhkəməyə aşağıdakı 2024-cü ilin aprel ayınadək olan tarixlərdə ödənilən məbləğlərin məhz material almaq üçün ödənildiyini göstərən sübutlar təqdim etmişdirlər. ## ###### 2023-cü il tarixdə 655 manat, ## ###### 2023-cü il tarixdə 1.400 manat, ## ###### 2024-cü il tarixdə 1.355 manat, ## ###### 2024-cü il tarixdə 250 manat, ## ###### 2024-cü il tarixdə 100 manat, ## ###### 2024-cü il tarixdə 500 manat. Lakin məhkəmə bu sübutlara ümumiyyətlə münasibət bildirməmişdir. Bundan əlavə məhkəmə qətnaməsində müəyyən etmişdir ki, fərdi yaşayış evinin təmiri üçün 2023-cü ilin axırlarından başlayaraq 2024-cü ilin aprel ayına qədər 19.700 manat ödənilmiş, təqdim edilmiş “xxxx” ASC-nin çıxarışından müəyyən edilir ki, 29 aprel tarixdən sonra cavabdehə məxsus kart hesablarına ümumilikdə 5.530 manat məbləğ miqdarında ödəniş həyata keçirilmişdir. Digər ödəmə sistemləri “Mpay”, “MilliÖn”, “E-manat” vasitəsilə aparılmış ödənişlərin ümumi məbləği 4.140 manat təşkil etmişdir. Məhkəmənin bu təsbitindən belə çıxır ki, iddiaçı ümumilikdə təmir üçün iddiaçıya 29.370 manat pul ödəmişdir. Beləliklə, işdə iddiaçı tərəfdən cavabdehə ödənilmiş pulun məbləği ilə bağlı üç müxtəlif mənbədən üç müxtəlif məbləğ əmələ gəlmişdir: 1) İddiaçı iddia ərizəsində iddia edir ki, cavabdehə 28.000 manat pul vermişdir; 2) İşdə olan bank çıxarışları və qəbzlər göstərir ki, iddiaçının cavabdehə ödədiyi məbləğ 24.883 manat təşkil edir; 3) Məhkəmə isə qətnamədə müəyyən edir ki, iddiaçı cavabdəhə təmir üçün 29.370 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsi bu ziddiyyətləri qətnaməsində həll edə bilməmişdir. Hesab edir ki, işin bu ziddiyyətli halına aydınlıq gətirmək üçün ən mötəbər sübutlar bank çıxarışları və rəsmi ödəniş qəbzləridir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçının cavabdehə ödədiyi məbləğlərdən hansı hissəsinin usta pulu təşkil etdiyini müəyyən edərkən yanlışlığa yol vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ## ###### 2024-cü il tarixli Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən İddiaçı məxsus evin təmirində usta xərci 10.213 manat müəyyən edilmişdir. Ekspert rəyində bu məbləğ müəyyən edilərkən aşağıdakı usta-təmir işləri nəzərə alınmışdır: 1) Alçıpan vurulması (tavan); 2) Elektrik xəttlərinin çəkilməsi; 3) İsti pol, su kanalizasiya sistemi, isti su xətləri; 4) Divarlara alçı (ağdağ) vurulması; 5) Döşəməyə beton məhlul verilməsi; 6) Kafel-metlaxın vurulması. Lakin cavabdehin iddiaçının evində gördüyü işlərin həcmi təkcə yuxarıda sadalanlardan ibarət olmamışdır. Cavabdeh iddiaçının evində yuxarıda sadalananlarda əlavə aşağıdakı işləri də görülmüşdür: 1) evin içində arakəsmələrin tikintisi ilə bağlı hörgü işləri; 2) hamam otağıqda kafeldən əvvəl suvaq vurulması; 3) Alçıpanların ağardılması; 4) Tavanla divar arasında paduqaların vurulması; 5) Evin damında kərpic hörgüsü, damın betonlanması, kafel vurulması və s. Cavabdeh ilə iddiaçı arasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazışmalardan açıq-aşkar görünür ki, iddiaçı cavabdehə daş və kərpic alınması üçün pul ödəyir və cavabdeh həmin materialların istifadəsi ilə bağlı hesabat verir. Lakin ekspert rəyində nəzərə alınan işlərin heç birində daş və kərpic istifadə olunmur. Tərəflər arasında keçən ## ###### 2023-cü il yazışmasında Nazim məlumat verir “Daş 200 ədəd, kərpic 400 ədəd”, # ###### 2024-cü il tarixli yazışmada Nazim hesabat verir ki, “suvaq qumu bir kamaz..., tiyorka suvaq üçün”. Bu yazışmalar konkret göstərir ki, cavabdehin iddiaçının evində gördüyü işlər ekspert rəyində sadalananlardan məhdudlaşmamışdır, onun gördüyü işlərin qiymətinin dəyəri 10.213 manat deyil daha çox təşkil etmişdir. Məhkəmə məhkəmə-ekspertizasının rəyi ilə bağlı bildirmişdir ki, “ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır”. Göründüyü kimi, məhkəmə ekspertizasının rəyləri sübut olaraq məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur, yalnız digər sübutlarla təsdiq edildikdə sübut kimi qəbul edilir. Yuxarıda göstərilən məhkəmə tikinti-texniki eksperti iddiaçının evində görülmüş işlərin həcmini düzgün qiymətləndirməmişdir, bu baxımdan ekspert rəyi ilə təqdim olunan yazışmalar arasında ziddiyyət vardır. Göründüyü kimi məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamışdır. İşdən olan sübutlardan düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, işdə olan ödəniş qəbzlər bir daha yenidən qiymətləndirilməlidir. Tərəflərin yazışmasında olan məhkəmənin nəzərə almadığı məlumatlar bir daha araşdırmalıdır. Yenidən məhkəmə texniki-tikinti və əmtəəşünaslıq ekspertizası təyin edilməli, iddiaçının evində aparılmış işlərin həcmi ilə bağlı, xüsusi ilə də cavabdehin göstərdiyi işlərin görülüb görülməməsi ilə, görülübsə onların dəyəri ilə bağlı ekspertlər qarşısında suallar qoyulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, mütəxəssis rəyinin verilməsi “xxxx” MMC-nin mütəxəsisslərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. “xxxx” MMC-nin ##.##.2026-ci il tarixli, PQ-İ-140/2026 nömrəli məktubu ilə mütəxəssis rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası işə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı satqı qaydaları tətbiq edilir. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4-cü maddəsinə əsasən, əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsinə əsasən, əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3-cü maddəsinə əsasən, əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh fərdi yaşayış evinin inşa və təmir etdirilməsi üçün müraciət etmiş və tərəflər arasında yazılı müqavilə bağlanamasa da, hər iki tərəf işin bu halı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh şifahi razılaşma üzrə fərdi yaşayış evin inşa edib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən tam yerinə yetirilməmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən İddiaçı məxsus evin təmirində usta xərci 10.213 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən ekspert rəyinə münasibətdə hesab etmişdir ki, tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, cavabdehin iddiaçının evində gördüyü işlərin həcmi təkcə ekspert rəyində sadalanlardan ibarət olmamışdır. Cavabdeh iddiaçının evində yuxarıda sadalananlardan əlavə apellyasiya şikayətində qeyd edilən işləri də görmüşdür. Bu baxımdan hesab edir ki, işdə olan ödəniş qəbzləri bir daha yenidən qiymətləndirilməli, tərəflərin yazışmasında olan məhkəmənin nəzərə almadığı məlumatlar bir daha araşdırmalı, yenidən məhkəmə texniki-tikinti və əmtəəşünaslıq ekspertizası təyin edilməli, iddiaçının evində aparılmış işlərin həcmi ilə bağlı, xüsusi ilə də cavabdehin göstərdiyi işlərin görülüb-görülməməsi ilə, görülübsə onların dəyəri ilə bağlı ekspertlər qarşısında suallar qoyulmalıdır. Göründüyü kimi cavabdeh hazırda iddiaçının evində aparılmış işlərin həcmi ilə bağlı halları və gəlinmiş nəticəni mübahisələndirmişdir. Belə olan halda işin obyektiv həlli baxımından eləcə də cavabdehin dəlillərinə qiymət verilməsi üçün iddiaçının evində aparılmış işlərin həcmi ilə bağlı, eyni zamanda cavabdehin göstərdiyi işlərin görülüb-görülməməsi, görüldüyü halda onların dəyərinin müəyyən edilməsi zərurəti yarandığından apellyasiya baxışı zamanı iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyi alınmışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2026-ci il tarixli, PQ-İ-140/2026 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində içində arakəsmələrin tikintisi və onlar ilə bağlı hörgü işləri; hamam otağında kafeldən əvvəl suvaq vurulması; alçıpanların ağardılması; tavanla divar arasında paduqaların vurulması; evin damında kərpic hörgü işi, damın betonlanması və kafelin vurulması kimi işlər görülmüşdür. Bu hal həm vizual baxış zamanı müəyyən edilmiş həm də cavabdeh tərəfindən təkzib edilməmiş və iddiaçı tərəfindən təsdiq edilmişdir. Birinci sualda göstərilən işlərin xidmət dəyəri (usta xərci) 8,437.77 (səkkiz min dörd yüz otuz yeddi) manat 77 qəpik təşkil edə bilər. Mütəxəssis rəyində həmçinin qeyd edilmişdir ki, birinci sual üzrə tərəflərin iştirakı ilə akt tərtib edilmişdir. Lakin iddiaçı birinci sualda göstərilən işlərin aparılmasını təkzib etməsə də bu barədə tərtib olunmuş akta etiraz etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan torpaq sahəsində inşa etdiyi yaşayış evini təmir etdirmək sifariş vermiş, bunun müqabilində cavabdehə hissə-hissə 28.000 manat məbləğində pul ödəmişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “Whatsapp” sosial şəbəkə vasitəsi ilə aralarında olan danışqlar ilə təsdiqini tapır. İddiaçı tərəf hazırda cavabdeh Cavabdeh 12.637 (on iki min altı yüz otuz yeddi) manat ziyanın ödənilməsini tələb etsə də, apellyasiya baxışı zamanı iddiaçının evində aparılmış ekspert rəyində göstərilməyən əlavə işlərin həcmi ilə bağlı, eyni zamanda cavabdehin göstərdiyi işlərin dəyərinin müəyyən edilməsi üçün tərtib edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, xidmət dəyəri (usta xərci) 8,437.77 (səkkiz min dörd yüz otuz yeddi) manat 77 qəpik təşkil edə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, tərəflər arasında şifahi bağlanılmış müqavilə sifariş əsasında evin tikintisi və təmir işlərinin görülməsi ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edildiyindən hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları baxımından qiymət verilməlidir. Bu baxımdan Məhkəmə Kollegiyası podratçının üzərinə götürdüyü öhdəliyin pozulmasını və tam yerinə yetirilməməsini, bu səbəbdən də iddiaçının (sifarişçinin) öhdəliyin yerinə yetirilməsini deyil, ödənilmiş pulunun qaytarılmasını tələb etmək hüququnun qanunla müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni olsa da qismən əsaslı olmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində içində ekspert rəyində göstərilməyən arakəsmələrin tikintisi və onlar ilə bağlı hörgü işləri; hamam otağıqda kafeldən əvvəl suvaq vurulması; alçıpanların ağardılması; tavanla divar arasında paduqaların vurulması; evin damında kərpic hörgü işi, damın betonlanması və kafelin vurulması kimi işlər görülmüşdür. Bu hal həm mütəxəssis rəyində, həm də cavabdeh tərəfindən təkzib edilməmiş və iddiaçı tərəfindən təsdiq edilmişdir. Göstərilən işlərin xidmət dəyəri (usta xərci) 8,437.77 (səkkiz min dörd yüz otuz yeddi) manat 77 qəpik təşkil etməsi mütəzəssis rəyi ilə təsdiq edilmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi vəsaitindən görülmüş ekspert rəyində göstərilməyən əlavə işlərin dəyəri 4199.23 manat müəyyən edilməlidir (tələb olunan vəsaitdən 12.637-8437.77 manat çıxılmaqla cavabdehdən tutulmalı olan vəsait ) və həmin məbləğ cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Cavabdeh 4199.23 (dörd min yüz doxsan doqquz manat, iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar