Məhkəmə qərarları › İş №2(3-6)-1317/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1317/2026

30.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1317/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı iş üzrə Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi Hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “alimentin əmək haqqının dörddə bir hissəsi miqdarında tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında ##.##.2016-cı il tarixdə nikah bağlanmış, həmin nikahdan ##.##.2017-ci il tarixdə X2 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaq İddiaçı yanında saxlanılmış və uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment tutulmuşdur.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ##.##.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunmuşdur.Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.

3. Elektron məhkəmə informasiya sisteminin məlumatına əsasən hazırda İddiaçı "xxxx" MMC-də köməkçi, mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı 2.639 manat təşkil edir. Cavabdeh isə ″TƏHSİL TV″ MMC-də operator vəzifəsində işləyir və aylıq əmək haqqı 1.455 manat təşkil edir.

4. ##.##.2017-ci il təvəllüdlü X2 başqa İddiaçı hazırki nikahından iki, Cavabdeh isə hazırki nikahından bir uşağı var.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, ##.##.2017-ci il təvəllüdlü X2 üçün sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, minimum əmək haqqının 4 misli miqdarında müəyyən edilməklə cavabdehdən tutulmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edimişdir ki, uşağa görə tutulan aliment uşağın getdikcə daha da sürətlə artan bütün xərclərini qarşılamaqda kifayət etmir. 2017-ci ildən fərqli olaraq, hazırda borclunun artıq rəsmi iş yeri var və aylıq əmək haqqı 1.455 manat təşkil edir. Bundan əlavə, borclu fərdi sahibkarlıq fəaliyyəti ilə də məşğul olur və avtomobil satışından yaxşı qazanc əldə etməyə başlamışdır. Borcluya məxsus arskor_cars211 instagram səhifəsindən əldə edilmiş materiallardan açıq-aşkar görünür ki, borclunun maddi vəziyyətində yaxşıya doğru xeyli dəyişikliklər baş vermişdir. Eyni zamanda, o, yeni nikaha daxil olmuş və yeni nikahdan iki uşağı dünyaya gəlmişdir. Artıq üç uşaq anasıdır. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə aliment tutulduqdan sonra borclunun maddi vəziyyətində əhəmiyyətli dəyişikliklər baş vermiş və buna görə də təyin edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Borclu avtomobil alveri ilə məşğuldur və bütün bunları “arskor_cars211” şəxsi instaqram səhifəsindən həyata keçirir. Borclu Koreyadan avtomobil sifarişi saytı (“Encar.az”) ilə əməkdaşlıq edir və avtomobil satışını təşkil edir,hər satışdan təxmini komissiya qazancı 1000-1200 manat civarındadır. Qeyd etdikləri, hazırkı məhkəməyə təqdim etdiyi fotoşəkillərdən və cavabdehin özünün instagram səhifəsində yerləşdirdiyi videogörüntüdən aşkar bilinir. Həmçinin, borclu peşəkar video və foto görüntüləmə xidmətləri ilə də məşğul olur. Həmin xidmətləri “abamediacenter” instagram səhifəsi üzərindən edir. Eyni zamanda, mütəmadi olaraq, “ELUX” şadlıq sarayında peşəkar toy çəkilişləri aparır və hər toy çəkilişindən təxmini 600-800 manat arası qonorar alır. Qeyd etdikləri, məhkəməyə təqdim etdiyi foto-şəkillərdən və həmin təşkilatlara məxsus instagram səhifəsində yerləşdirilmiş videogörüntülərdən aşkar görünür. Həmçinin, borclunun istifadəsində olan **-OU-*** dövlət qeydiyyat nişanlı son model “FORD MUSTANG” markalı lüks avtomobil onun gəlir və yaşam səviyyəsinin nə dərəcədə yüksək olduğunu ifadə edir.

7. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2017-ci il təvəllüdlü X2 üçün sabit pul məbləğində tutulan alimentin üsulu və miqdarı dəyişdirilərək, ondan tutulan alimentin aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməklə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir.

8. Qarşılıqlı iddia da işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, sonuncu dəfə qərardadla bir uşağa görə ondan hazırda mövcud olan minimum əmək haqqı məbləğinin 1,72 misli həddində aliment tutulmuşdur ki, bu da 688 manat (400 manat x 1,72 = 688 manat) təşkil edir. 2017-ci ildə uşaqlar üçün yaşayış minimumu (136,6 manat) minimum əmək haqqı məbləğindən (116 manat) çox olmaqla, 1,18 %-ni təşkil etmişdir. 2025-ci ildə isə tamamilə əksinə, uşaqlar üçün yaşayış minimumu (246 manat) minimum əmək haqqı məbləğindən (400 manat) az olmaqla, cəmi 0,61-ni % təşkil etmişdir. Onun rəsmi iş yeri və stabil aylıq əmək haqqı 1.455 manat təşkil edir. Hazırki halda 1 uşağa görə ondan əmək haqqının təqribən 50% hissəsi aliment kimi tutulur. Nəzərə alınmalıdır ki, o, yeni ailə qurmuşdur. ##.##.2019-cu il tarixdə yeni nikaha girmiş və həmin nikahdan ##.##.2021-ci il tarixdə oğlu doğulmuşdur. Bu halda gəlirinin qalan 50% hissəsi digər 3 ailə üzvlərinə çatdığı halda, 1 uşağa görə qalan 50%-i tutulmalıdır. Göründüyü kimi, məhkəmə qətnaməsi və qərardadı ilə aliment tutulduqdan sonra onun ailə və maddi vəziyyətində əhəmiyyətli dəyişikliklər baş vermiş və buna görə də təyin edilmiş alimentin tutulması qaydası və miqdarı dəyişdirilməlidir.

9. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, məhkəməyə təqdim etdiyi 2017-ci ilin oktyabr ayından 2025-ci ilin aprel ayına qədər olan dövrə aid bank hesabı çıxarışına və *(***)-**** saylı mülki iş üzrə aparılmış ##.##.2025-ci il tarixli, */**** saylı ekspertizanın rəyinə əsasən cavabdeh aliment ödənişlərini qeyri-müntəzəm etmişdir. Belə ki, cavabdeh şəxsi məsələlərini səbəb gətirərək, ondan aliment ödənişlərini gecikmələrlə ödəməsini xahiş etmiş və o, humanist mövqedən çıxış edərək, iki-üç aydan bir ödənişlər etməsinə göz yummuşdur. Uzun müddət ödənişləri bu qaydada həyata keçirməkdə davam etdikdən sonra cavabdeh uşaqla görüşlərin birində ailə qurduğunu bildirmiş və sonrakı dövrlərdə alimentinin azaldılmasını xahiş etmişdir. O, buna etiraz etdikdən sonra uşağın ölkədən çıxmasına razı olmayacağını bildirmiş və belə də etmişdir. Məcburən uşağın onunla ölkə xaricinə səyahətləri üçün ##.##.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiası təmin olunmuşdur. Sonrakı görüşlərin demək olar ki, hamısında alimentin azaldılması məsələsi gündəmə gəlmiş, əsas səbəb kimi isə, 2021-ci ildə yeni övladının dünyaya gəlməsini göstərmişdir. O, bu məsələyə uşağının üstün mənafeyini əsas tutaraq, qəti etiraz etmiş və bildirmişdir ki, bu məsələ birbaşa Riadın mənafeyinə toxunan məsələ olduğuna görə hətta, o, imtina etsə belə, məhkəmə onun tələbini qəbul etməyə bilər. Sonrakı dövrlərdə yenə də, alimenti müntəzəm deyil, gecikmələrlə və vaxtaşırı ödəsə də, cavabdeh 2025-ci ildə artıq bu məsələni kəskin şəkildə qoymuş və arvadı Günay Hüseynovanın aliment ödənişlərinə tamamilə qarşı olduğunu və aliment ödənişlərini daha etməyəcəyini bildirmişdir. Cavab olaraq, aliment ödənişlərində keçmiş müddətə məhdudiyyətin olmadığını, həmin pulun Riada xərcləndiyini və ona aid olduğunu bildirmiş və böyüyəndə Riadın onunla haqq-hesab etmək hüququnun olduğunu bildirmişdir. Cavabında isə cavabdeh əgər, aliment ödənişinin ödənilməsi barədə icra şöbəsinə vaxtaşırı ərizə verməsə, uşaqla onsuz ünsiyyət üçün məhkəməyə müraciət etməklə və uşağın ayda bir neçə gün ondan ayrı qalacağını bildirməklə hədələmişdir. O, bunun uydurma bir tələb olduğunu, uşaqla ünsiyyətlə bağlı heç bir problemin olmadığını bildirmiş və uşağın onun iştirakı olmadan onunla ünsiyyət istəməməsinin uşağın şəxsi seçimi olduğunu bildirmişdir. Bu hadisədən sonra, 2024-cü ilin ortalarından başlayaraq aliment ödənişləri tamamilə dayandırılmışdır. Bu səbəbdən aliment ödənişləri üçün istifadə etdiyi həmin kart hesabını 2025-ci ilin aprelində bağlamışdır. Alimentin indeksasiyası məsələsinin hüquqi gündəmə gəlməsinin onun alimentlə bağlı gələcək planlarını tamamilə alt-üst edəcəyindən ehtiyatlanan cavabdeh dərhal bu məsələdə ona təzyiq etmək üçün uşaqla ünsiyyət tələbini gerçəkləşdirmək üçün lüzumsuz tədbirlərə başlamış və artıq ##.##.2024-cü il tarixdə (həmin qərardan 6 gün sonra) vəkili vasitəsilə 2017-ci ildə boşanma işinin qətnaməsinin nüsxəsinin ona verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. ##.##.2025-ci il tarixdə uşaqla ünsiyyət tələbinə dair onu məhkəməyə verdikdən sonra o da hər şeyin hüquqi müstəvidə həll olunmasına çalışmağa məcbur qalmışdır. Aprel ayında onun Ədliyyə Nazirliyinin qaynar xəttinə müraciəti əsasında gecikdirilmiş 3.200 manat aliment borcunun bir neçə gün ərzində ödənilməsi təmin edilmişdir. Qeyd etdikləri hazırki məhkəməyə təqdim etdiyi AR Ədliyyə Nazirliyinin İcra Xidməti tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli, *-**/*-*-*****/**** saylı məktubun surətindən aşkar bilinir. Maraqlısı odur ki, cavabdeh ödənişlərin etməməsinin səbəbi kimi həmişə maddi çətinliyini əsas göstərirdi, amma necəsə bir neçə gün içərisində 3.200 manat pulu rahatlıqla ödəmişdir. Maraqlısı odur ki, alimentin indeksasiyasından sonra məbləğin ona çətin olduğunu bildirərək aprelin 17-dən sentyabrın 13-nə qədər cəmi 300 manat pul ödəyən cavabdeh cəhdlərinin uğursuz olduğunu anladıqdan sonra necə oldusa keçən bir neçə ayda 4.000 manatdan yuxarı pulu ödəyə bilmişdir. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə alimentin artıq təsbit olunmuş tutulma qaydasının borclunun tələbi ilə sabit pul məbləğindən qazancın və ya digər gəlirlərin nisbəti şəklində yenidən müəyyən edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Hətta, alimentin indeksasiyası institutunun məhkəmələr tərəfindən gec də olsa, tətbiqi belə bu dəyişiklik üçün hüquqi əsas deyildir. Onsuzda alimentin indeksasiyasının gec də olsa, məhkəmələr tərəfindən tətbiqi onun üçün itirilmiş faydanı ortaya çıxarmış, həmin hüququnun təsbitini tapdıqdan sonra alimentin borclunun qazancın və ya digər gəlirlərin nisbəti şəklində hesablanmağa başlanılması onun yenidən həmin hüququndan iradəsinə zidd şəkildə məhrum edilməsi ilə nəticələnəcəkdir. Bu da, ümumilikdə, alimentin indeksasiyası institutun faktiki mahiyyətini aradan qaldırmaqla, onu formal bir maddi hüquq normasına çevirməyə xidmət edəcəkdir. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğdə tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də, həmin yöndədir, yəni alimentin sabit məbləğdə tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Bundan əlavə, uşağın saxlanılması üçün alimentin məbləğini müəyyənləşdirərkən aliment məbləğinin borclunun qazancının və ya başqa gəlirlərinin mənbələrindən sadəcə birini təşkil edən əmək haqqısının 50%-dən çox olmasını istisna edən maddi hüquq norması hələ bəşəriyyətə məlum deyildir və ya da borclu bunu bəşəriyyətdən gizləmək qərarına gəlmişdir. Əksinə olaraq, qeyd olunan halı istisna etməyən maddi hüquq norması isə mövcuddur. Borclu ötən müddət ərzində məhkəmə qətnaməsi ilə təsbit edilmiş aliment ödənişləri ödəməkdən hər vəchlə yayınmış və məhkəmə qərarını qeyri-stabil şəkildə icra etmişdir. Baxmayaraq ki, 2017-ci ildə 200 manat aliment tutulmasına razılıq verən borclu sonrakı dövrdə könüllü olaraq, məhkəmə qərarı ilə müəyyən edilən və indeksasiya edilməmiş aliment məbləğini belə 16 ay gecikdirmiş, alimentin indeksasiyasına qədər olan dövrdə isə fasiləsiz şəkildə 12 ay bir qəpik belə aliment ödəməmişdir. Həmin dövrdə borclunun alimenti gecikdirməsi üçün heç bir üzrlü səbəb olmamış, həmçinin, bu barədə nə məhkəməyə, nə də icra xidmətinə borclu tərəfindən heç bir rəsmi sənəd təqdim edilməmişdir. Görünən odur ki, aprelin 17-dən keçən qısa müddət ərzində borclunun ailə vəziyyətindən heç bir dəyişiklik olmamışdır. Həmin tarixdən öncəki vaxtlarda davamlı olaraq uzun müddətli aliment gecikmələri isə borclunun məhkəmə qərarına necə “məsuliyyətlə” yanaşdığını göstərir və ödənişlərin gecikməsinin heç də onun maddi durumu ilə deyil, sadəcə əsl vicdansız niyyəti ilə əlaqəli olduğunu bariz ifadə edir. Hesab edir ki, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində alimentin qeyri-müəyyən məbləği özündə ifadə edən qazancın və digər gəlirlərinin hansısa hissəsi şəklində müəyyən edilməsi maraq və mənafeyimin əhəmiyyəti pozulmasına gətirib çıxaracaqdır. Faktiki olaraq, borclunun qeyri-rəsmi qazancı əmək haqqındakı məbləğdən qat-qat yüksəkdir. Belə ki, məhkəməyə təqdim olunan sübutlardan da aşkar görünür ki, borclu muzdlu işdən əlavə fərdi sahibkarlıq fəaliyyəti ilə də məşğuldur. Bunun rəsmi və ya rəsmi olmaması barədə müəyyənləşmə etmək imkanları xaricində olduğundan məhkəmə araşdırılmasına ehtiyac duyulduğu düşünür. Borclu avtomobil alveri ilə məşğuldur və bütün bunları “arskor_cars211” şəxsi instagram səhifəsindən həyata keçirir. Borclu “Encar.az” adlı Koreyadan avtomobil sifarişi saytı ilə əməkdaşlıq edir və avtomobil satışını təşkil edir və hər satışdan təxmini komissiya qazancı 1000-1200 manat civarındadır. Qeyd etdikləri, hazırki məhkəməyə təqdim etdiyi foto-şəkillərdən və cavabdehin özünün instagram səhifəsində yerləşdirdiyi videogörüntüdən aşkar bilinir. Həmçinin, borclu peşəkar video və foto görüntüləmə xidmətləri ilə də məşğul olur. Həmin xidmətləri “abamediacenter” instagram səhifəsi üzərindən edir. Eyni zamanda mütəmadi olaraq, “ELUX” şadlıq sarayında peşəkar toy çəkilişləri aparır və hər toy çəkilişindən təxmini 600-800 manat arası qonorar alır. Borclunun hazırda da aliment borcları vardır və bundan öncəki dövrlərdə olduğu kimi hazırda da məhkəmə qərarının icrası ilə məşğul olan icra məmurunun qanunsuz hesab olunmuş hərəkətsizliyi qeydə alınmışdır. Bu hal, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadında aşkar şəkildə öz təsbitini tapmışdır. Gələcəkdə borclunun qazancının və ya digər gəlirlərinin müəyyənləşdirilməsində icra məmurunun qanunsuz hesab ediləcək hərəkətsizliyi halının mümkünlüyünün ehtimalı belə, maraq və mənafelərinin əhəmiyyətli pozulmasına gətirib çıxaracaqdır və ödənişlərin gəlirlərindəki sonrakı artımların nəzərə alınması ilə tutulması sadəcə icra məmurunun vicdanına buraxılmış olacaqdır. Üstəlik, indeksasiya nəticəsində borclunun 2025-ci il üçün ödəməli olduğu aliment məbləğinin bu zamana qədər ödədiyi aliment məbləğinin 3.5 mislində artırılması kimi qiymətləndirilə bilinməsi mümkünsüzdür. Belə ki, onun, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixdə nikahın pozulması haqqında çıxardığı qətnamənin qanuni qüvvəyə mindiyi andan Ailə Məcəlləsinin 110-cu maddəsini rəhbər tutmaqla, məhkəmə qaydasında yanında qalması müəyyən edilmiş uşağın saxlanılması üçün ona ödənilməsi təyin edilmiş aliment məbləğinin indeksasiyasını icra icraatı qaydasında tələb etmək hüququ olmuşdur. Ötən illərdə bu hüququndan istifadə etməməsi həmin hüququn məhdudlaşdırılması üçün əsas sayıla bilməz və bənzər halda həmin hüququ məhdudlaşdıran maddi hüquq norması mövcud deyildir. Sadəcə öncəki illərdə, aliment məbləğinin indeksasiyası qaydaları ilə bağlı səlis məhkəmə təcrübəsinin formalaşmaması bu tələb ilə çıxış etməni yubatmışdır. Həmçinin, borclu artıq xeyli müddətdir aylıq 688 manat olmaqla minimum əmək haqqının 1,72 misli miqdarında aliment ödənişlərini gecikdirmədən həyata keçirir və qüvvədə olan məhkəmə qərarının icrasının mümkünsüzlüyü ehtimalı hazırda mövcud deyil. Qeyd edilənlər, hazırki, məhkəməyə təqdim etdiyi aliment hesabına aid bank çıxarışından aşkar bilinir. Ondan fərqli olaraq cavabdehin uşağın saxlanılması ilə bağlı öhdəliyi yalnız ondan tutulan aliment məbləği ilə məhdudlaşdırılır. Uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz o, qarşılamaq məcburiyyətindədir. Alimentin miqdarı perspektivdə artırılması daha çox məntiqə uyğun hesab olunduğunu nəzərə alınsa, cavabdehin hazırkı durumunda alimentin miqdarın azalmasına gətirib çıxaran istənilən qərar məntiqsiz hesab olunacaqdır. Hesab edir ki, hazırki halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz. Borclunun fikrincə qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı qazancının və başqa gəlirlərinin ¼ hissəsi kimi tutulmalıdırsa, belə, bu zaman borclu unudur ki, istinad edilən maddi hüquq norması imperativ deyil, Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsi aliment ödənilən şəxsin də mənafelərini nəzərə almaqla dispozitivlik müəyyən edərək, qeyd edir ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Borclu 2017-ci ildən bəri ailə və maddi vəziyyətinin dəyişdiyinə dair sübutlar təqdim etsə də, həmin dəyişikliklərin mənfi yöndə olmasına dair və maddi vəziyyətinin çətinləşməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Əksinə, tərəfindən təqdim olunan sübutlar alimentin məbləğinin artırılması üçün yetərli hüquqi əsas formalaşdırmışdır. Göstərilənləri nəzərə almaqla hesab edir ki, borclunun qarşılıqlı iddia ərizəsində istinad etdiyi faktiki hallar ərizənin qəbulu üçün əsas yaratsa da, qüvvədə olan məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün heç bir hüquqi əsas vermir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir. (hakim X1)

11. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ##.##.2017-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmiş, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadına əsasən həmin aliment məbləği sonraki artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində (bugünkü günə aylıq 688 manat) indeksasiya edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

12. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hər iki tərəf nikah pozulduqdan sonra başqa nikaha daxil olmuş, İddiaçı 2 övladı - ##.##.2022-ci il tarixdə X3 və ##.##.2024-cü il tarixdə X5, Cavabdeh isə 1 övladı - ##.##.2021-ci il tarixdə X8 dünyaya gəlmişdir. Tərəflərin maddi vəziyyətində isə dəyişiklik olması və uşağın saxlanılması ilə bağlı xərclərin kəskin artdığını təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, alimentin artıq indeksasiya olunmuş sabit məbləğinin dəyişdirilməsi üçün hüquqi əsas mövcud olmadığından ilk iddia təmin edilməməlidir.

13. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə alimentin sabit pul məbləğində tutulması iddiaçının tələbi əsasında müəyyən edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Hazırda cavabdehin tələbi ilə alimentin sabit pul məbləğindən cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında dəyişdirilməsi uşağın hüquq və mənafeyinə uyğun olmadığından təmin edilə bilməz.

14. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin ailə və maddi vəziyyətini, uşağı saxlamağın hər iki valideynin öhdəliyi olmasını nəzərə alıb, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab etmişdir ki, hər iki iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4cü, 76.1.1-ci, 78-ci, 101.2-ci, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqında” Azərbaycan Respublikasının Qanununun 13-cü, 19-cu maddələrinə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli Sərəncamına, habelə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

16. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, ilk iddianın rədd edilən hissəsində ləğv edilməsini və ilk iddianın təmin olunmasını xahiş etmişdir.

17. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini ilk iddia ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan “xxxx” ASC-nin hesab çıxarışına əsasən İddiaçı ##.##.2026-cı il tarixdə 688 manat və ##.##.2026-cı il tarixdə 688 manat olmaqla, cəmi 1.376 manat aliment ödənişi köçürülmüşdür. Bundan başqa, ##.##.2026-cı il tarixdə 688 manat ödəniş olunmuş və ##.##.2026-cı il tarixinə qədər ödənişlər müvafiq qaydada aparılmışdır. Hesab edir ki, məhkəmənin qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə borclunun faktiki yüksək yaşam səviyyəsini müəyyən edən faktiki sübutları diqqətdən kənar qoymuşdur. Borclunun ötən müddət ərzində fərdi şəkildə yüksək gəlirli avtomobil satışı və foto-video xidmətlərin göstərilməsi ilə məşğul olması, o cümlədən lüks avtomobilləri idarə etməsinə dair tərəfindən təqdim edilmiş sübutlar alimentin məbləğinin artırılması üçün əsas kimi götürülməmişdir. Məhkəmə borclunun faktiki yüksək yaşam səviyyəsini diqqətdən kənar qoymaqla qanuni və əsaslı olmayan qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən hazırki halda uşağın üstün marağının təminatı üçün əhəmiyyətli olan bütün faktiki hallar (borclunun gəlirləri, yüksək həyat şəraiti və s.) aydınlaşdırılmamış və göstərilməmişdir. Məhkəmə tərəfindən ərizənin təmin edilməsi üçün əsas olacaq faktiki hallar araşdırılmamış qalmışdır Borclunun faktiki yüksək gəlir səviyyəsinə malik olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir.

18. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

19. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qanunsuz və əsassız olduğundan qismən ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ilə aşağıdakı səbəblərdən razılaşmaq olmaz. Belə ki, bir uşağa görə ondan hazırda mövcud olan minimum əmək haqqı məbləğinin 1,72 misli həddində alimentin tutulması qət edilmişdir ki, bu 688 manat (400 manat x 1,72 = 688 manat) təşkil edir. Qeyd edilən məbləğ ona görə ortaya çıxmışdır ki, indeksasiya qaydasında ondan sabit pul məbləğində tutulan 200 manat aliment minimum əmək haqqı məbləğinə uyğunlaşdırılmış və indeksasiya qaydasında ondan tutulan alimentin məbləği birdən-birə 3,5 dəfə artmışdır. Lakin bu ədalətsiz və əsassızdır. Ona görə də, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, 2017-ci ildə uşaqlar üçün yaşayış minimumu (136,6 manat) minimum əmək haqqı məbləğindən (116 manat) çox olmaqla, 1,18 %-ni təşkil etmişdir. 2025-ci ildə isə tamamilə əksinə, uşaqlar üçün yaşayış minimumu (246 manat) minimum əmək haqqı məbləğindən (400 manat) az olmaqla, cəmi 0,61-ni % təşkil etmişdir. Göründüyü kimi, hazırkı iş üzrə məhkəmənin mövqeyi fərdi olmamışdır. Onun rəsmi iş yeri və aylıq əmək haqqı vardır ki, 1.440 manat civarındadır. Hazırda 1 uşağa görə ondan əmək haqqının 50% hissəsi, yəni 688 manat aliment kimi tutulur. Nəzərə alınmalıdır ki, onun yeni nikahdan da bir uşağı var və bu halda gəlirinin qalan 50% hissəsi digər 3 ailə üzvünə çatdığı halda, 1 uşağa görə qalan 50%-i tutulur. Məhkəmə həmçinin, onların maddi və ailə vəziyyətini də nəzərə almamışdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı "xxxx" MMCdə köməkçi, mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı 2.639 manat təşkil edir. Belə olan halda, ondan bu qədər yüksək alimentin tutulması həyat şəraitini həqiqətən ağırlaşdırmışdır. Qarşı tərəf guya onun biznes fəaliyyəti olması barədə cəfəngiyyat dolusu saxta sübutlar təqdim etməyə çalışaraq məhkəmədə belə görüntü yaratmağa çalışmışdır ki, guya onun kənar gəlirləri vardır. Halbuki, onun əmək haqqından başqa gəliri mövcud deyil. Məhkəmə MPM-in 217-ci maddəsində nəzərdə tutulan prosessual hüquq normasının tələblərini pozmaqla onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsini konkret bu mübahisəyə və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Yalnız Ali Məhkəmə Plenumunun bu mübahisəyə münasibətdə uyğun gəlməyən mövqeyini qeyd etmişdir. Aliment məbləğinin birdən-birə 3,5 dəfə artırılmasının və uşağın yaşayış minimumundan 3 dəfə çox olmasının məntiqli izahı müəyyən edilmir. Onun yeni ailə qurmağı, digər övladının da olması ümumiyyətlə qiymətləndirilməmişdir. Bununla belə, məhkəmə tərəfindən istinad edilən hüquq normasının tələbləri pozulmuş, hazırki halda həm uşağın, həm də onun hüquqlarının balanslı təminatı üçün əhəmiyyətli olan bütün faktiki hallar (saxlanma xərcləri, həyat şəraiti və s.) aydınlaşdırılmamış və göstərilməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazını qarşılıqlı iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırmışdır.

21. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, ilk iddianın, qarşılıqlı iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

23. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddianın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobil ticarəti ilə heç bir əlaqəsi yoxdur, dostu xaricdən avtomobil gətirib satır, onun reklam bacarığı olduğu üçün onun adına sosial şəbəkə hesabı açılıb, avtomobillərin satışı barədə məlumatı o təqdim edir. Birgə nikahdan olan uşağı ilə qarşı tərəfin razılığı ilə görüşmüşdür. Uşaqla ünsiyyətlə bağlı ərizə verəndə onu uşaqda onunla bağlı mənfi fikirlər formalaşdıracaqları ilə hədələdilər, o da bu səbəbdən ərizəni geri götürdü. Bir dəfə uşağın oxuduğu orta məktəbə çəkilişə gedəndə iddiaçının məlumatı olmadan uşalqa görüşdü. Bu səbəblən mübahisə etdilər, uşağı növbəti 8 ay ona göstərmədilər. Həmişə aliment ödədiyi hesab bağlanıb, aliment ödəyə bilmir. Qarşı tərəf onu bu vəziyyətə salaraq valideynlik hüququndan məhrum etmək istəyir.

24. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddianın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

26. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 400 manat məbləğində müəyyən edilmişdir.

27. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

28. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

31. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarının:

32. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); 8.4-3-cü bəndinə əsasə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPMin 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir; 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Hazırda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində qətnaməni ilk iddianın rədd edilməsi hissəsində, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyindən qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən qarşılıqlı iddiaya aid hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu tələb üzrə öz qənaətində haqlı olmamışdır. Bu səbəbdən ilk iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “qarşılıqlı iddianın rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir.

37. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir.

38. Tərəflərin ailə vəziyyətinin dəyişməsi dedikdə isə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi, maddi vəziyyətinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər.

39. Belə ki, bu sahəni tənzimləyən qanunvericilik sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və ya az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Lakin bu o demək deyil ki, övladın saxlanılması ilə bağlı xərclər bütövlükdə bir valideynə həvalə olunmaqla onun da əmlak mənafelərinə ciddi xələl gəlməsi ilə nəticələnməlidir.

40. Hazırda ilk iddia üzrə iddiaçı müəyyən edilmiş alimentin miqdarının artırılaraq, minimum əmək haqqının 4 misli həddində müəyyən edilməsini tələb edir və tələbini qarşı tərəfin rəsmi əmək haqqı alması ilə yanaşı, avtomobillərin alqı-satqısı ilə də məşğul olduğunu, bunun nəticəsi olaraq yüksək gəlir əldə etməsi ilə əsaslandırır. Qarşılıqlı iddia üzrə iddiaçı birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimentin ödənilməsindən imtina etmir. Sadəcə olaraq ondan tutulan aliment miqdarının indeksasiya edilmiş həddini yüksək hesab edir və alimentin onun qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş edir. Öz mövqeyini əmək haqqıdan başqa hər hansı gəlirə malik olmaması, avtomobillərin alqı-satqısını həyata keçirməməsi, yenidən nikaha daxil olması, həmin nikahdan da bir yetkinlik yaşına çatmayan övladının olması ilə əsaslandırır və ailə vəziyyətində yaranmış bu dəyişikliklərin bilavasitə onun maddi vəziyyətinə təsir etdiyini bildirir.

41. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin fərdi şəkildə yüksək gəlirli avtomobil satışı və foto-video xidmətlərin göstərilməsi ilə məşğul olduğunu, o cümlədən lüks avtomobilləri idarə etdiyini qeyd edərək, “İnstagram” sosial şəbəkədə olan aidiyyəti səhifədən çıxarışları məhkəməyə təqdim etmişdir. Həmin çıxarışa əsasən səhifənin fəaliyyət istiqaməti avtomobillərin satışını təşkil etməkdən ibarətdir. Lakin qeyd edilənlər cavabdehin avtomobillərin alqı-satqısından gəlir əldə etməsi qənaətinə gəlmək və bu əsasla ondan məhkəmə qaydasında tutulan alimentin miqdarını artırmaq üçün əsas yaratmır və əlavə gəlirlərin olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. Hər bir halda, onun belə bir fəaliyyətlə məşğul olması və həmin fəaliyyətdən gəlir əldə etməsini təsdiq edən sübutlar mövcud olmalıdır ki, həmin gəlirin də hesablanması mümkün olsun. Lakin bu istiqamətdə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

42. Qeyd olunmalıdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş ##.##.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment tutulduqdan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə bu məbləğ sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunmuşdur. Lakin bundan sonra Cavabdeh maddi vəziyyətində nəinki bu miqdarın artırılmasını mümkün edən, hətta ümumiyyətlə hər hansı dəyişikliyin olması müəyyən edilmir. Onun tərəfindən bir neçə ay alimentin indeksasiya olunmuş həddə, yəni 688 manat məbləğində ödənilməsi isə onun maddi vəziyyətində müsbət dəyişikliyin olmasını təsdiq edən hal deyil. Hər bir halda, bu barədə qərardad qanuni qüvvəsini almış və bu baxımdan ötən dövr ərzində Cavabdeh qeyd edilən məbləği ödəmək məcburiyyətində olmuşdur. Qeyd edilənlər öz növbəsində ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir və onun təmin edilməməsini şərtləndirir. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi ilk iddianı təmin etməməkdə haqlı olmuşdur.

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli Qərarına istinadən qarşılıqlı iddia ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması yalnız məhkəməyə müraciət edən şəxsin bu barədə tələbi əsasında mümkündür. Qüvvədə olan qanunvericilik alimentin tutulması qaydasını imperativ formada müəyyən etmiş və məhkəməyə öz təşəbbüsü, yaxud cavabdehin vəsatəti əsasında alimentin sabit pul məbləğində tutulması səlahiyyətini verməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə qarşılıqlı iddiaçıdan tutulan alimentin onun qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsini qeyri-mümkün edir.

44. Lakin qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası o halı xüsusilə vurğulayır ki, məhkəmə tərəfindən aparılmış indeksasiya nəticəsində qarşılıqlı iddia üzrə iddiaçı hər ay 688 manat sabit pul məbləğində aliment ödəyir. Onun əmək haqqı isə 1.455 manat təşkil etdiyindən bu məbləğin ¼ hissəsi məbləğ etibarı ilə 688 manatdan aşağı olacaqdır. Bu baxımdan qarşılıqlı iddia üzrə iddiaçı alimentin onun əmək haqqının ¼ hissəsi miqdarında müəyyən edilməsini tələb etməklə, hüquqi nəticə etibarı ilə indeksasiya nəticəsində məhkəmə qaydasında müəyyən edilmiş alimentin miqdarının azaldılmasını tələb edir. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və nəticədə iddianı rədd etməklə düzgün qənaətə gəlməmişdir. Mövcud vəziyyətdə onun tələbi müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinin (azaldılmasının) mümkünlüyünə hüquqi qiymət verilməsini mümkün edir.

45. Bu kontekstdə məhkəmə kollegiyası qeyd edir ki, “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ″TƏHSİL TV″ MMC-də operator vəzifəsində çalışır və əmək haqqı 1.455 manat təşkil edir. Bununla yanaşı o, ikinci dəfə nikaha daxil olmuş və həmin nikahdan da yetkinlik yaşına çatmayan bir övladı var. Bu hal da onun digər övladı qarşısında valideyn kimi labüd xərclərinin yaranması ilə nəticələnir. Belə ki, hazırda o ilk iddia üzrə iddiaçı ilə birgə nikahdan doğulmuş bir və hazırki (ikinci) nikahdan doğulmuş bir, ümumilikdə iki uşağın saxlanılması vəzifəsini daşıyır. İlk uşaq ilk iddia üzrə iddiaçının himayəsində olsa da, artıq qarşılıqlı iddia üzrə iddiaçının özünün də himayəsində olan bir uşağı var. Bu baxımdan onun ailə vəziyyətində dəyişiklik baş vermişdir.

46. Digər tərəfdən onun ailə vəziyyətində baş verən bu dəyişikliyin onun maddi vəziyyətinə də təsiri danılmazdır. Hər bir halda, əvvəl qarşılıqlı iddia üzrə iddiaçı əvvəlki nikahından doğulmuş uşağın ehtiyacları ilə bağlı xərclərin bölüşdürülməsində iştirak edirdisə, hazırda 2 uşağın da zəruri xərclərini qarşılamalıdır. Buna görə də, məhkəmə kollegiyası uşaqların mənafeləri ilə yanaşı qarşılıqlı iddiaçının da əmlak mənafelərini nəzərə almalı və qarşılıqlı iddianı həll edərkən bütün diqqətəlayiq halları məcmu halında qiymətləndirməlidir. Hər bir halda, qarşılıqlı iddiaçının ikinci dəfə nikaha daxil olması və həmin nikahdan da bir övladının doğulması əvvəlki nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin miqdarının ən azı uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində müəyyən edilməsini istisna etmir.

47. Bu baxımdan məhkəmə kollegiyası hazırki iş üzrə iddia ərizəsinin 2025-ci ildə məhkəməyə təqdim olunmasını, 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqının 400 manat olmasını, qarşılıqlı iddia üzrə iddiaçının əmək haqqı məbləğini (1.455 manat) və onun bu məbləğin ¼ hissəsi miqdarında aliment ödəməyə razı olduğunu, ilk iddiaçının özünün aylıq gəlirlərini (2.639 manat əmək haqqı alır), habelə uşaqların sayı etibarı ilə qarşılıqlı iddiaçının ailə vəziyyətində baş vermiş dəyişikliyi və digər diqqətəlayıq halları nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddiaçıdan hər aya görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 (400 manat) misli həddində sabit pul mələğində alimentin tutulması ədalətli və ağlabatandır.

48. Belə ki, hazırda qarşılıqlı iddiaçı məbləğ etibarı ilə ondan hər ay (vergilər nəzərə alınmadan 1455:4=363) 363 manat məbləğində alimentin tutulmasına razıdır, həmin məbləğ isə minimum əmək haqqının 0,90 mislinə bərabərdir. Bu səbəbdən məhkəmə kollegiyası ödənişi qeyri-mümkün edəcək səviyyədə məbləğ fərqinin yaranmadığını və maddi vəziyyətə əhəmiyyətli dərəcədə təsir etməyəcəyini nəzərə alıb, alimentin miqdarını (nəticə etibarı ilə yuvarlaqlıq baıxmından) minimum əmək haqqının 1 (400 manat) misli həddində müəyyən edilməsini mümkün hesab edir.

49. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən – “qarşılıqlı iddianın rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, ##.##.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir.

50. Hazırkı iş üzrə qarşılıqlı iddiaya münasibtədə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, Cavabdeh qətnamədən kassasiya şikayəti verilə bilməz.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-385ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən – “qarşılıqlı iddianın rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. ##.##.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar