Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1326/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İnqilab qızının cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı İnqilab qızının cavabdeh Cavabdeh qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə “borcun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı İnqilab qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2021-ci il tarixli yazılı iltizamın surətindən görünür ki, "İddiaçı İnqilab qızı qızılları mağazadangeri götürmək üçün mağazaya Anarın əvəzindən yəni mənə ödəməyə söz verdiyi üçün özüm 4000 manat ödədim. Anar pulu ödədikdən sonra mən mağazadan borcumu istəməyəcəyimə görə yazdıqlarımı imzalayıram.”qeydi aparılmış və İddiaçı İnqilab qızı və Cavabdeh öz imzası ilə təsdiq etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmdən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1- ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) gün müddəti hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi; iş üzrə maddi sübut kimi tanınmış 5.500 manat və 300 ABŞ dolları məbləğində pul vəsaiti zərərçəkmiş şəxs İddiaçı İnqilab qızına qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməsi hökm edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı İddiaçı İnqilab qızının cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 3500 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə aralarında ##.##.2021-ci il tarixdə aralarında borcla bağlı ərizə imzalamışlar. Həmin borc ərizəsinə əsasən iddiaçı cavabdeh Cavabdeh 4000( dörd min) manat borc pul vermişdir. Borc sənədinə əsasən cavabdeh borcu 1 il ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, müqavilənin üstündən neçə vaxt keçməsinə baxmayaraq cavabdeh iddiaçıya borcu qaytarmamışdır. İddiaçı onun iş yerinə gedib narazılığını bildirdirdikdən sonra cəmi 2024-cü ilin avqust ayı cavabdeh cəmi 500 ( beş yüz) manat pul ödəmişdir. Bununla bağlı şahidlərində vardır və zərurət olduqda onlar məhkəmədə iştirak edə bilərlər. Cavabdeh iddiaçıya borc bitənədək hər ay 200 manat ödəyəcəyini bildirsə də, öz öhdəsinə götürdüyü vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı İnqilab qızı cavabdeh Cavabdeh tanımamışdır və aralarında münasibət olmamışdır. Belə olan halda iddiaçı ilə cavabdeh arasında heç bir borc müqaviləsi olmamışdır və aralarında borc münasibətlərin olması mümkün deyil. İddiaçı İddiaçı İnqilab qızı tərəfindən təqdim edilən əlyazmada göstərilir ki, iddiaçı özü şəxsən Əlinin əvəzinə qızılın dəyərin bir hissəsini ödəmişdir və iddiaçı qızıl əşyalarını mağazadan götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsində qeyd olunur ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Beləliklə, iddiaçı İddiaçı İnqilab qızı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Hesab edirəm, iddia tələbləri əsassız olduğundan və iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia ərizəsi təmin edilməməlidir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X5)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; həmin Məcəllənin 1091 -ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğini cavabdehlərə verdiyini, beləliklə də həmin şəxslərin əsassız varlandığını, yaxud icra olunmamış öhdəliyin mövcudluğunu sübuta yetirməlidirlər. Mülki işin materialları ilə tərəflərin arasında hər hansı yazılı müqavilənin, cavabdehlər tərəfindən verilmiş iltizamın olmadığı təsdiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin arasında öhdəlik münasibətləri yaranmamışdır. Eyni zamanda iddiaçı təqdim edilmiş iltizamən əslini məhkəmə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim olunmuş qanuni qüvvəyə minmiş hökmdən görünür ki, iddiaçı İddiaçı İnqilab qızının üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı mülki iddiası olmamış; iş üzrə maddi sübut kimi tanınmış 5.500 manat və 300 ABŞ dolları məbləğində pul vəsaiti zərərçəkmiş şəxs İddiaçı İnqilab qızına qaytarılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən iltizam surətindən İddiaçı Anarın əvəzindən onun əvəzindən 4000 manat ödənilmiş; Anar pulu ödədikdən sonra borcu mağazadan istəməyəcəyinə söz vermişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən ifadələrdən cavabdehin 4000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu qənaətinə gəlmək mümkün deyildir. Digər tərəfdən iddiaçı qəbzin əslini təqdim etməmiş, cavabdeh iltizamın onun tərəfindən imzalandığını təsdiq etməmişdir. Məhkəmə daha sonra hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1 -ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsasland Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 4000 manat məbləğində pul verildiyi göstərilsə də, bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, yenə də iddiaçının istinad etdiyi izahatlarda da cavabdeh tərəfindən 4000 manat məbləğində borc pulun alındığı göstərilməmişdir. Digər tərəfdən iddiaçı cavabdehin 500 manat pulun geri qaytarıldığını bildirmiş,lakin bunu da təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci, 385-ci, 389-cu, 386.1-ci, 442-ci, 443-cü, 445-ci, 448-ci, 449-cu, 1092-ci,1096-cı, 1099-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sizə 4000 min manat pulu qaytarmasa ödənişi o ödəyəcək deyə və bu barədə də qəbz yazıldı, Cavabdeh də öz imzası ilə yazılmış qəbzi təsdiq etdi. Həmin qəbzin surətini ona təqdim olundu. Əsli isə cavabdehdə qaldı. Halbuki məhkəmədə çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil həmin qəbzin əslinin cavabdehdə qalmasını məhkəmə iclasında təsdiq edərək, əslini məhkəməyə təqdim edəcəyinə söz versə də sonradan sözü gedən qəbzi məhkəməyə təqdim etmədi. 500 manat pulun 2024-ci ilin avqust ayında cavabdehin qaytarmasını məhkəmə iclasında, şahid qismində iştirak edən X2 təsdiq etmişdir. Lakin, şahidin məhkəmə iclasında iştirak etməsi və verdiyi izahat məhkəmə qətnaməsində öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş, məhkəmə iclas zalında aidio-vido çəkilişinə baxmaq kifayət edər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. İştirak etdiyi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 328.3-ci maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. 328.4-ci maddəsinə əsasən pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
20. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
21. Hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, ##.##.2021-ci il tarixli yazılı iltizamın surətindən görünür ki, "İddiaçı İnqilab qızı qızılları mağazadan geri götürmək üçün mağazaya Anarın əvəzindən yəni mənə ödəməyə söz verdiyi üçün özüm 4000 manat ödədim. Anar pulu ödədikdən sonra mən mağazadan borcumu istəməyəcəyimə görə yazdıqlarımı imzalayıram.” qeydi aparılmış və İddiaçı İnqilab qızı və Cavabdeh öz imzası ilə təsdiq etmişdir.
22. Məhkəməyə təqdim olunmuş qanuni qüvvəyə minmiş hökmdən görünür ki, iddiaçı İddiaçı İnqilab qızının üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı mülki iddiası olmamış; iş üzrə maddi sübut kimi tanınmış 5.500 manat və 300 ABŞ dolları məbləğində pul vəsaiti zərərçəkmiş şəxs İddiaçı İnqilab qızına qaytarılmışdır.
23. İddiaçı məhkəmə araşdıması zamanı da aralarında yazılmış qəbzlə bağlı qeyd etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4000 manat verməsə qızılların ona qaytarılmasının mümkün olmamasını bildirmişdir. Hazırki iş üzrə cavabdehə 4000 manatı verdikdə qızıllar ona qaytarılsa da, Cavabdeh həmin pulun Anar tərəfindən ona qaytarılmayacağı halda özünün qaytaracağını bildimiş və bu qəbzi imzalamışlar.
24. Göründüyü kimi, tərəflər arasında raşılaşma məhz hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Razılaşmada qeyd edilən şərt baş tutmadığından yəni iddiaçının pulu qaytarılmadığından razılaşmaya uyğun haqlı olaraq iddiaçı pulu hazırki iş cavabdehdən tələb edir. Hazırki əqd üzrə onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir ki, bu da məhkəmə araşdırması zamanı razılaşma zamanı tərəflərin həqiqi niyyəti təfsir edilməklə qanuna uyğun hesab edilir. Belə olan halda kollegiya hesab edir ki, müqavilədəki şərt həyata keçmədiyindən cavabdeh tərəfindən müqavilənin şərtinin pozulması halı baş vermiş olur. Bu səbəbdən sonuncu tərəfindən götürülmüş məbləğdən 500 manatın ödənildiyi iddiaçı tərəfindən təsdiq edildiyindən, geriyə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
25. İddia müddətinin tətbiqinə dair cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında borc münasibətləri olmadığından hazırki tələbə münasibətdə iddia müddətinin tətbiqi istisna edilir. Hətta belə olmuş olsaydı belə, məbləğin qaytarılmalı olduğu son müddət müəyyən edilmədiyindən iddia müddətinin axımının hansı tarixdən başlaması da müəyyən edilə bilməzdi.
26. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan əqdə qiymət verərkən səhv hüquqi nəticəyə gəlmiş və tərəflər arasındakı münasibətə əqdin yazılması zamanı tərəflərin əsl niyyətinin müəyyən edilməsi istiqamətində araşdıma aparmamaqla düzgün qiymət verməmişdir.
27. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.
28. Hazırkı iş üzrə iddianın qiyməti mübahisələndirilən hissədə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Cavabdeh 3500 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı İnqilab qızına ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.