Məhkəmə qərarları › İş №2(3-6)-1327/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1327/2026

09.07.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1327/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bir icraatda birləşdirilmiş iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı və iddiaçı Mirzəliyeva Mənsurə Mədət qızının cavabdehlər Qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı və cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: mediasiyada bağlanmış barışıq sazişinin qismən etibarsız hesab edilməsi, özbaşına tikilidən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, özbaşına tikilidən çıxarılma Hakimlər X11 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili vəkil3 İmran oğlunun, Birinci və ikinci iş üzrə cavabdeh cavabdeh2, onun nümayəndəsi və vəkili X3, Birinci iş üzrə cavabdeh cavabdeh1, İkinci iş üzrə iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı iştirakı ilə, Bir icraatda birləşdirilmiş iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “özbaşına tikilidən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair birinci və iddiaçı Mirzəliyeva Mənsurə Mədət qızının cavabdehlər Qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı və cavabdeh2 qarşı “mediasiyada bağlanmış barışıq sazişinin qismən etibarsız hesab edilməsi, özbaşına tikilidən istifadəyə yaradılmış maneənin aradan qaldırılması, özbaşına tikilidən çıxarılma” tələbinə dair ikinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. İddiaçı ilə cavabdeh2 arasında ##.##.2017-ci il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından ##.##.2018-ci il tarixdə X4 doğulmuşdur. Onların arasında ##.##.2023-cü il tarixdə Qarşılıqlı iddia üzrə cavabdeh mediator X7 (reyestr № M-00259) tərəfindən bağlanmış barışıq sazişinə əsasən 1. Onlar * saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.2017-ci il tarixli, 808 № ilə qeyd edilmiş nikahın 3 ay barışıq müddəti verilmədən pozulması, 2. birgə nikahda doğulan ##.##.2018-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində qalması; 2.1. atası cavabdeh2 300 manat alimentin ödəməsi və həmin məbləğin 2023-cü il dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi anası İddiaçı adına olan bank kartı hesabına köçürməsi, 3. Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 80B ünvanında yerləşən 80 kv.m. yaşayış sahəsinin (sənədsiz), həmin ünvanda yerləşən 15 kv.m. sahəsi olan qeyri-yaşayış sahələrinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyri-yaşayış sahəsinin onların arasında hər birinin ½ hissədə mülkiyyət hüququnun tanınması barədə razılığa gəlmişlər.

2. Laçın Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh2 arasında Bakı şəhəri ** saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinin, yəni cavabdeh2 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 300 (üç yüz) manat alimentin tutulub İddiaçı adına olan bank kart hesabına köçürülməsinə dair hissəsi təsdiq edilmiş, barışıq sazişinin 2.1-ci bəndinin məcburi icrasının həyata keçirilməsi qət edilmişdir.

3. Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur.

4. Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi ünvanında yerləşən torpaq sahəsində bir neçə tikili mövcuddur, iki mərtəbəli fərdi yaşayış evində cavabdeh2, cavabdeh1 (iddiaçının keçmiş qayınatası) və Mirzəliyeva Mənsurə Mədət qızı (iddiaçının keçmiş qayınanası) yaşayır, bir tikilidə iddiaçı və övladı yaşayır, digər tikililər isə yarımtikili vəziyyətində olmaqla, onlarda yaşayış yoxdur.

5. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli hesabatına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 80B (sənədlə 80 E) ünvanında yerləşən fəri yaşayış evinin koordinantlarını müəyyən etməklə 2008-ci ildə inşa edildiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Birinci iş üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı ##.##.2018-ci il təvəllüdlü X4 ilə birlikdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, **B saylı 1 mərtəbəli fərdi yaşayış evindən sərbəst istifadə etməyinə və maneəsiz yaşamaqlarına cavabdehlərin qanunsuz müdaxilələrinə son qoyulması və ödədiyi 100 manat dövlət rüsumun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ##.##.2016-cı il tarixdə qız toyu, ##.##.2016-cı il tarixdə isə oğlan toyu olmuş, nikahları isə ##.##.2017-ci il tarixdə rəsmiləşdirmişdir. Toydan sonra ünvan 1 ünvanına gəlin köçmüş və bütün cehiz əmlakını da bu ünvana gətirmişdir. 2020-ci ilədək qayınatasına məxsus olan həmin evdə yaşamışdılar. Bundan sonra, 2018-2019-cu illərdə, gəlin köçdüyü evin yanında keçmiş əri cavabdeh2 və ailəsinin razılığı əsasında öz şəxsi vəsaitləri hesabına qayınatasına məxsus həyət evinin sənədsiz torpaq sahəsində özlərinə 1 mərtəbəli yaşayış evi inşa etmişdilər. Həmin evə giriş-çıxışda problem olduğu üçün, qayınatasına hissə-hissə olmaqla cəmi 12.400 manat pul vəsaiti ödədikdən sonra, qarşılıqlı razılaşma əsasında həmin evi hazırda yaşadığı digər 1 mərtəbəli yaşayış evi ilə dəyişdilər, ##.##.2020-ci ildə isə həmin evə köçdülər. Sonrakı müddətdə də, həmin təmirsiz yaşayış evinə xeyli məbləğdə əlavə xərc çəkərək yaşayışa yararlı vəziyyətə gətirdilər. Köçdükləri evin həyətində də ümumi sahəsi təxminən 15 kv.m olan qeyri-yaşayış sahəsi, yəni qadın gözəllik salonu tikdi ki, gələcəkdə həmin sahədən istifadə edərək, yaşayışını təmin edə bilsin. Cavabdeh cavabdeh1 isə həmin pula özünə əvvəlcə ** VK *** nömrə nişanlı “Toyota Prius” markalı maşın aldı. Həmin maşınla X2 avtoqəza keçirdikdən sonra satıb, əvəzində hazırda idarə etdiyi ** VK *** nömrə nişanlı “Mercedes E-240 markalı” avtomobili aldı. Karantin müddətində aralarında mütəmadi münaqişələr yaranmağa başladı. Sonda isə, cavabdeh2 tərəfindən verilmiş iddia ərizəsinə əsasən 2024-cü ilin yanvar ayında Nərimanov Rayon Məhkəməsi tərəfindən nikahları məhkəmə qaydasında pozuldu. Bundan başqa, ##.##.2023-cü ildə Qarşılıqlı iddia üzrə cavabdeh onun keçmiş əri arasında barışıq sazişi imzalandı. Həmin sazişin 3cü bəndinə görə tərəflər Nərimanov rayonu, X1 küçəsi, 80B ünvanda yerləşən 80 kv.m yaşayış sahəsinin (sənədsiz), həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyri-yaşayış sahələrinin tərəflər arasında hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması barədə razılığa gəlirlər. Eləcə də, keçmiş qayınatası cavabdeh1 oğlunun nümayəndəsi qismində ##.##.2024-cü ildə Nərimanov Rayon Məhkəməsinə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, onun aliment tələbinə dair razılaşması çox olmaqla yanaşı evin inşasına çəkilən xərclər birgə yaşayış dövründə və birgə vəsait hesabına tikilməsinə və ona məxsus torpaq sahəsində tikildiyinə görə bərabər şəkildə bölünməlidir. Sonrakı müddətdə, keçmiş əri aliment ödəmədiyinə görə, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etdi. Laçın Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, 2(047)- ***/**** saylı qətnaməsi ilə ərizəsi təmin edilərək, onunla cavabdeh2 arasında Bakı şəhəri ** saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndi, yəni cavabdeh2 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 300 (üç yüz) manat alimentin tutulub onun adına olan bank kart hesabına köçürülməsinə dair hissəsi təsdiq edilmiş, barışıq sazişinin 2.1-ci bəndinin məcburi icrasının həyata keçirilməsi qət edilmişdir. İcra sənədinin icrası Nərimanov rayon İcra Şöbəsinə (icra məmuru Emil Zeynalov) həvalə edilmiş, onun çox saylı şikayətlərindən sonra icra məmuru aliment borcunu ödəməyi cavabdeh2 tələb edən kimi, cavabdeh2 və atası onun yaşadığı evin kommunal xidmətlərini tamamilə kəsmişdir. Belə ki, ata-bala hər ikisi əvvəlcə ona hədə-qorxu gələrək, alimenti guya ki, aldığı barədə icra məmuruna məlumat verməyini bildirdilər. Əks təqdirdə, ona müxtəlif hədə-qorxu gəlməyə başladılar. Onların bu hədələrindən bezdiyini və dövlətə və qanunlara güvəndiyi üçün, onların bu hədələrindən qorxmadı. Onu da qeyd edir ki, aralarında dəfələrlə münaqişə və mübahisələr olmuş, sonuncu dəfə ##.##.2024-cü ildə cavabdehlər yaşadığı evin qazını açıq qoyması səbəbindən qazın partlaması nəticəsində xəsarət almışdır. Elşənin psixotrop maddə aludəçisi olmaqla onu öldürməklə və analıqdan məhrum edəcəyi ilə hədələdiyindən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsinə şikayət etdi. Sonda həmin idarə tərəfindən ##.##.2024-cü ildə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli, **(***)- ***/**** saylı qərardadı ilə ərizəsi təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, **B saylı 1 mərtəbəli yaşayış evinə kommunal xidmətlərin (elektrik, təbii qaz və su) dayandırılması cavabdehlər cavabdeh1 və cavabdeh2 1 ay müddətinə, yəni ##.##.2024-cü il tarixədək qadağan edilmişdir. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, yeni təminat tədbirinin görülməsinə zərurət yaranmışdır. Cavabdehlər aliment ödəməkdən yayınma və digər qanunsuz və əsassız hərəkətlərlə onu yaşamaqdan məhrum etməyə çalışırlar. Hazırda yaşadığı həyətdə bütün kommunal xidmətlər cavabdehlər tərəfindən tamamilə dayandırılmış, azyaşlı və xəstə övladı ilə qış ayında kommunal şəraitsiz qalmışdır. Cavabdehlər qışda Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə köçmüş, min bir əziyyət çəkmişlər. Erməni işçalçılarının onların başına gətirdiklərini bu dəfə onun və azyaşlı övladının başına gətirir, havaların soyuq və şaxtalı keçdiyi, onun isə qalmağa və getməyə yerinin olmadığını bildikləri halda, min bir əziyyətlə və zəhmətlə gecə-gündüz işləməklə tikdiyi özbaşına tikilidə də rahat yaşamağına imkan vermir, evin kommunal xidmətlərini kəsirlər ki, o məcburiyyətdən və ya xəstəliklərdən yaşayış evini onlara verib tərk etsin. Cavabdeh başa düşmür ki, ona qarşı bu qanunsuzluğu etsələr də, bu qanunsuzluqdan onların varisləri olan azyaşlı oğlu da əziyyət çəkir. Bu ailənin dağılmasını baiskarı cavabdeh2 narkotik vasitələrdən asılılığı və xəyanətləridir. Nikahın pozulması barədə iddianı qaldıran ilk şəxs də cavabdeh2 özüdür. Hazırda yaşadığı mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, onların hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. Onun gəlin köçməyi ilə əlaqədar ailə münasibətləri çərçivəsində orada yaşamağına, sonradan isə külli məbləğdə xərc çəkdiyinə görə həmin evə iqtisadi marağı yaranmışdır. Habelə, onun azyaşlı övladı ilə birgə mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi də mövcud deyil. Cavabdehlər isə özləri yaşadıqları evdən əlavə, evin həyətində çoxlu sayda 1 və 2 otaqlı 1 mərtəbəli yaşayış evləri tikib, azı 14 nəfər ailəni kirayəçi kimi saxladıb, onlardan kirayə haqqı almaqla rahat həyat sürürlər. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən yaşamaları, köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zaman-zaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Hazırki işdə yaşadığı 1 mərtəbəli fərdi yaşayış evində yaşamağını cavabdehlərin özləri də etiraf edir, icra sənədini icra edən icra məmuru Emin Zeynalov da faktiki görüb. Habelə, həmin evdə yaşamağına maneələr məhz cavabdehlər tərəfindən həyata keçirilməsini cavabdehlər özləri də etiraf edirlər. Habelə, cavabdehlərin müdaxilələri o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (kommunal xidmətləri dayandıran və s.) yol verən cavabdehlərin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüquqları olsun. Cavabdehlər də onun kimi, sənədsiz torpaq sahəsində yaşayış evi tikmiş və orada yaşamağa davam edirlər. Qeyd olunanlara əsasən hesab edir ki, faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinsipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, mübahisəli yaşayış evi özbaşına tikili olmaqla, birgə qazanc hesabına əldə edildiyindən, cavabdehlərin ona qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən iddia təmin edilməlidir.

8. İkinci iş üzrə iddiaçı Mirzəliyeva Mənsurə Mədət qızı cavabdehlər Qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı və cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 ilə İddiaçı arasında bağlanmış və cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli Barışıq Sazişinin “Tərəflər cavabdeh2 və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 80 B ünvanında yerləşən 80 kv.m. yaşayış sahəsinin (sənədsiz) həmin ünvanda yerləşən 15 kv.m. sahəsi olan qeyri-yaşayış sahələrinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyri-yaşayış sahəsinin tərəflər arasında hər birinin ½ hissədə mülkiyyət hüququnun tanınmasına razılığa gəldilər” məzmunlu 3-cü müddəasının etibarsız hesab edilməsi, onun əri cavabdeh1 ilə birgə nikah dövründə tikilən və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 80B (sənədlə 80E) ünvanında yerləşən 80 kv.m. yaşayış sahəsindən və 15 kv.m. qeyri-yaşayış sahəsindən (sənədsiz) yerləşən fərdi yaşayış evindən istifadəsi üçün cavabdehlər cavabdeh2 ilə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq onu da qeyd etmişdir ki, hər iki tərəfin Qarşılıqlı iddia üzrə cavabdeh ona məxsus əmlak üzərində razılığa gəlmələri qanunsuzdur. Belə ki, tərəflər nikah dövründə onun razılığı ilə həmin evdə müvəqqəti yaşayırdılar. Ərinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 80A ünvanda yerləşən evdən ora su və işıq kommunal xətləri çəkilmişdir. Boşandıqdan sonra tərəf İddiaçı orada yaşamağa davam etmişdir. Kommunal xərclərin ödənilməsi ilə bağlı mübahisə yarandı və o, əri cavabdeh1 və cavabdeh2 məhkəməyə verdi, nəticədə kommunal xidmətlərin verilməsinin qadağan edilməsi barədə 16(005)-426/2024, saylı, ##.##.2024-cü il tarixli qərardad çıxarılmışdır. Həmin qərardadda cavabdeh İddiaçı qeyd etmişdir ki, “guya onlar qayınatasına məxsus torpaqda öz şəxsi vəsaitlərinə həmin evi tikmişdilər”. Karantin müddətində aralarında mütəmadi münaqişələr başlamış və onların 2024-cü ilin yanvar ayında nikahları pozulmuşdur. Nikahın pozulması zamanı Qarşılıqlı iddia üzrə cavabdeh ##.##.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar və ona məxsus və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 80E (Sazişdə 80B) özbaşına tikilini cavabdeh tərəflər İddiaçı və cavabdeh2 ilə guya evi birgə nikah dövründə tikilmiş və ½ hissədə bölünməlidir”. Onlar məsələni araşdırmağa başladılar. O, cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh pretenziya məktubu göndərərək, mediatorun hansı əsasla ona məxsus evi tərəflər arasında bölməsini təsdiqlənməsini, tərəflərin bir arayış belə sazişdə qeyd etmələrini və həmin bəndin etibarsız hesab edilməsini tələb edib. Lakin ona yazılı cavab veriləcəyi bildirsə də, buna baxmayaraq bu günədək ona heç bir cavab verilməmişdir. Belə olduğu halda, mediator üçüncü şəxslərin hüquqlarının pozulmasına səbəb olmuşdur. Onlara məxsus iki ev Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 80A və Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 80E (Sazişdə 80B) ünvanda yerləşən mübahisəli evin su və işığı ərinin evindən çəkilmişdir, qaz isə 2017-ci ildə “AzəriQazLayihə İnşaat” MMC tərəfindən layihələndirilərək onun adına qaz sayğacı qoyulmuşdur. Ondan əlavə olaraq bir çox şahidlər həmin evin 2008-ci illərdə artıq mövcud olduğunu, eyni zamanda Google Map tətbiqindən də illər üzrə çıxarışlar verərək sübut edir. Mübahisələndirilən tikili özbaşına tikili olmasına baxmayaraq 2008-ci ildə onun və ərinin vəsaiti hesabına tikilmişdir. Yaxınlarda özbaşına tikililərə çıxarış veriləcəkdir. Onun həmin tikiliyə gözlənti hüququ var. Cavabdeh cavabdeh2 ona məxsus tikilinin digər cavabdehlə aralarında ½ hissəyə bölünməsinə razılıq vermişdir. Onlar Barışıq sazişi bağlayarkən bilməyiblər ki, həmin ev 80B yox, 80E ünvanı verilmişdir. Qeyd edilən tikili cavabdehlərin nə birgə nikah dövründə, nə də ki, birgə vəsaitləri hesabına tikilmişdir. Həmin tikili onların ailəsinə məxsusdur. Cavabdeh İddiaçı onun həmin evdən istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Hazırda cavabdeh İddiaçı həmin evdə yaşayayaşaya onun oğlu və əri cavabdeh1 qarşı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi verərək, azyaşlı övladı ##.##.2018-ci il təvəllüdlü X4 ilə birlikdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ** saylı 1 mərtəbəli fərdi yaşayış evindən sərbəst istifadə etməsinə və maneəsiz yaşamasına və cavabdehlərdən qanunsuz müdaxilələrin son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şər-böhtan xarakterli, heç bir sübuta yetirilməyən iddialar irəli sürmüşdür. Guya cavabdeh İddiaçı onun ərinə həmin evə görə 12.400 manat pul ödəyib və s. Ancaq onun evinə müdaxilə edən, maneə yaradan özüdür. Necə olur ki, başqasının evində yaşaya-yaşaya hansısa müdaxilədən danışır. Müvəqqəti xarakterli təminat tədbiri barədə ərizə verərkən bildirmişdir ki, guya həmin evi birgə nikah dövründə tikmişdilər. İndiki ərizədə isə göstərir ki, qonşu yerdə başqa ev tiksələr də, guya onlar o evi bu evlə dəyişmişlər. Cavabdehlər hansı evi tikiblərsə, getsinlər onu da bölsünlər, özləri bilərlər. O, zülmlə, məcburi köçkün olmaqla həmin evi tikmişdir, əri ilə birlikdə nəyə görə ona məxsus evə sahiblənməlidirlər. Əri ilə onun nikahı pozulmuşdur. O vaxtdan onlar aralarında şifahi razılığı gəlmişdilər ki, mübahisə olunan ev onun istifadəsində olacaqdır. Əri və oğlu Laçın rayonundan məcburi köçkündürlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən iddiasının təmin ediməsini xahiş edir.

10. Cavabdeh İddiaçı iddiaya qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı iddia tələbinin barışıq sazişinin qismən etibarsız hesab edilməsinə dair hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354-cü maddələrinə istinad edilmişdir, yəni, bağlanmış əqdin əhəmiyyətsizliyi və etibarsızlığı mübahisələndirilmişdir. İddiaçı iddia ərizəsində əqdin etibarsız hesab edilməsinə dair hissəsində əqdin etibarsızlığın mübahisələndirmiş olsa da, nə üçün 1 il 2 ay sonra məhkəməyə müraciət etdiyini əsaslandırmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** saylı mülki iş üzrə iddiaçı cavabdeh2 səlahiyyətli nümayəndəsi, atası cavabdeh1 məhkəməyə ##.##.2024-cü il tarixli etiraz göndərərək, ona məxsus olan torpaq sahəsi üzərində tikiliyə oğlu cavabdeh2 və gəlini olmuş İddiaçı birgə vəsait hesabına həmin yaşayış sahəsinin tikilməsini qeyd etmişdir. Göründüyü kimi, cavabdeh cavabdeh2, atası cavabdeh1 (hansı ki, həmin şəxslər hazırki tələb üzrə iddiaçı ilə eyni evdə yaşayırlar) həmin tarixlərdə Bakı şəhəri ** saylı Mediasiya Təşkilatında tərtib edilmiş ##.##.2023-cü il tarixli tərəflər arasında bağlanmış barışıq sazişi və onun bəndlərindən xəbərdar olmuşdurlar və bununla da tərəflər arasında bağlanmış barışıq sazişinin mübahisləndirdiyi bəndinin etibarsızlığı üçün qanunvericiliklə nəzərdə tutulmuş tələbetmə müddətini üzürsüz səbəbdən ötürmüşdürlər. Nə qədər ki, iddia ərizəsində əqdin etibarsızlığı ilə bağlı məsələnin mübahisələndirilməsi ilə bağlı məsələyə toxunulmuşdursa, iddianın həmin hissədə mahiyyəti ilə bağlı məsələyə toxunmayacaq. Buna görə də, əqdin etibarsızlığı üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət bitdikdən sonra, məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi üçün həmin hissədə müddətin keçməsi ilə əlaqədar olaraq iddia tələbininin rədd edilməsini xahiş edir. Qeyd edir ki, mülki iş üzrə iddiaçı iddia ərizəsində barışıq sazişində qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 80B (sənədlə 80E) ünvanında yerləşən (Barışıq Sazişində qeyd edilən) 80 kv.m. yaşayış sahəsindən və 15 kv.m. qeyri-yaşayış sahəsindən (sənədsiz) yerləşən fərdi yaşayış evindən çıxarılmağını qeyd etsə də, o, evin onun vəsaiti hesabına tikilməsini unudur. Belə ki, həmin evi onun vəsaiti hesabına nikah dövründə tikməyi istər mediasiya prosssesində iddiaçının oğlunun razılaşması, istərsə də, cavabdeh1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli etiraz ərizəsi ilə də təsdiqini tapır. Həmin xüsusatları təsdiq edənlərdən biri iddiaçının əri, digəri isə oğludur. İddia tələbindən anlaşıldığı qədəriylə onun mediasiya təşkilatında iddiaçının oğlu ilə bağladığı barışıq sazişində nəzərdə tutulan evdən çıxarılmağı qeyd olunur. Həmin evin tikintisi və təmiri bilavasitə onun vəsaiti hesabına həyata keçirilmişdir və həmin fərdi yaşayış evinə gələcəkdə gözlənilən mülkiyyət hüququ var. Həmçinin qeyd edir ki, o hazırda həmin evdə yaşamır, onun tikintisi və təmirini öz vəsaiti hesabına ərsəyə gətirdiyi ev hazırda boşdur və o həmin torpaq sahəsi üzərində yerləşən digər evdə yaşayır ki, öz vəsaiti hesabına tikdirdiyi (hazırda o ev boşdur) evə giriş-çıxışda problem olduğu üçün, cavabdeh1 hissəhissə olmaqla cəmi 12.400 manat pul vəsaiti ödədikdən sonra, qarşılıqlı razılaşma əsasında həmin evi hazırda yaşadığı digər 1 mərtəbəli yaşayış evi ilə dəyişdi, ##.##.2020ci ildə isə həmin evə köçdü. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin rədd edillməsini xahiş etmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə bu işlər bir icraata birləşdirilmişdr.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, ikinci iş üzrə Mirzəliyeva Mənsurə Mədət qızının cavabdehlər Qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı və cavabdeh2 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi, fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 80B (sənədlə 80E) ünvanında yerləşən 80 kv.m. yaşayış sahəsindən və 15 kv.m. qeyri-yaşayış sahəsindən (sənədsiz) yerləşən fərdi yaşayış evindən istifadə üçün cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı təhvil verilməsi, iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı iddiasının digər hissələrdə təmin edilməməsi, ikinci iş üzrə ödənilmiş dövlət rüsumunun ikinci iş üzrə iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı aid edilməsi qət edilmişdir (hakim X10).

13. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, hər iki iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməsi üçün ilk və birləşdirilmiş iddiaların dəlilləri nəzərə alınmaqla ilk öncə birləşdirilmiş iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq bu tələblərin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda ilk iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi ona görə zəruridir ki, ilk iddiada qaldırılmış tələb birləşdirilmiş iddiada qaldırılmış tələblərə verilən hüquqi qiymətdən tam asılıdır. Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin qeyd edilən ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir.

14. Məhkəmə hesab etmişdir ki, birləşdirilmiş iddia üzrə iddiaçı tərəfin mübahisələndirdiyi müqavilənin hissəvi etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, Qarşılıqlı iddia üzrə cavabdeh ##.##.2023-cü il tarixdə cavabdehlər olan oğlu cavabdeh2 ilə onun arvadı İddiaçı arasında bağlanmış barışıq sazişinin 3-cü bəndində onların Nərimanov rayonu, X1 küçəsi 80B ünvanında yerləşən 80 kv.m. yaşayış sahəsinin (sənədsiz), həmin ünvanda yerləşən 15 kv.m. sahəsi olan qeyri-yaşayış sahələrinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyri-yaşayış sahəsinin tərəflər arasında hər birinin ½ hissədə mülkiyyət hüququnun tanınmasına razılığa gəlmələri özü-özlüyündə və bağlandığı andan etibarsızdır. İşin materiallarından görünür ki, həmin özbaşına tikiliyə heç bir mülkiyyət hüququ qeydə alınmamışdır və həmin ünvandakı ev cavabdeh2 valideynləri Mirzəliyeva Mənsurə Mədət qızının və onun həyat yoldaşı olmuş cavabdeh1 sahibliyindədir. Qeyd edilən tikilinin nömrəsi sazişdə 80B göstərilsə də sənədlə nömrəsi 80E olmaqla bütün kommunal xidmətlər də Mirzəliyeva Mənsurə Mədət qızının adınadır. Sözügedən sazişin 3-cü bəndi qeyd edilən əsasa görə etibarsız olsa da, iddiaçı Mirzəliyeva Mənsurə Mədət qızının həmin bəndi mübahisələndirməyə subyektiv hüquqa malik olmamışdır.

15. Beləliklə məhkəmə hesab etmişdir ki, Qarşılıqlı iddia üzrə cavabdeh ##.##.2023cü il tarixdə cavabdehlər olan oğlu cavabdeh2 ilə onun arvadı İddiaçı arasında bağlanmış barışıq sazişinin 3-cü bəndi bağlandığı andan etibarsız olsa da, iddiaçı Mirzəliyeva Mənsurə Mədət qızının həmin bəndi mübahisələndirməyə subyektiv hüquqa malik olmaması əsası ilə iddia bu hissədə rədd edilməlidir.

16. Məhkəmə iddianın Qarşılıqlı iddia üzrə iddiaçı əri cavabdeh1 ilə birgə nikah dövründə tikilən və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 80B (sənədlə 80E) ünvanında yerləşən 80 kv.m yaşayış sahəsindən və 15 kv.m qeyri-yaşayış sahəsindən (sənədsiz) istifadəsi üçün cavabdehlər cavabdeh2 ilə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, yerində müayinə zamanı həmin ünvanda 3 fərqli, təcrid olunmuş evin olması müəyyən edilmişdir. Onlardan biri hazırda İddiaçı yaşadığı ev, daha sonra Qarşılıqlı iddia üzrə iddiaçı, əri cavabdeh1, eləcə də cavabdeh2 yaşadıqları ev, onun arxasında isə inşası yarımçıq saxlanılmış tikilidir. İddiaçı hazırda yaşadığı evin barışıq sazişində qeyd edilən evin olmasını qeyd etsə də müəyyən edilmişdir ki, o əvvəlcə cavabdeh2 ilə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra (toyları 2016-cı ildə olsa da, nikah ## #### 2017ci ildə rəsmiləşdirmiıdir) Nərimanov rayonu, X.R.Ulutürk küçəsi, 80A ünvana gəlin köçmüş və bütün cehiz əmlakını da bu ünvana gətirərək 2020-ci ildək həmin evdə yaşamışlar. 2018-2019-cu illərdə, gəlin köçdüyü evin yanında qayınatasına məxsus həyət evinin sənədsiz torpaq sahəsində 1 mərtəbəli yaşayış evi inşa etmişlər. İddiaçı bu evi (hazırda yarımçıq qalmış) keçmiş həyat yoldaşı cavabdeh2 və ailəsinin razılığı əsasında öz şəxsi vəsaitləri hesabına tikməyə başlamasını və həmin evə giriş-çıxışda problem olduğu üçün, cavabdeh1 hissə-hissə olmaqla cəmi 12.400 manat pul vəsaiti ödədikdən sonra, qarşılıqlı razılaşma əsasında həmin evi hazırda yaşadığı digər 1 mərtəbəli yaşayış evi ilə dəyişərək ##.##.2020-ci ildə isə həmin evə köçməsini, cavabdeh cavabdeh1 da məhz həmin pulla özünə əvvəlcə ** VK *** nömrə nişanlı “Toyota Prius” markalı, daha sonra isə hazırda idarə etdiyi “Mercedes E-240 markalı”, ** VK *** nömrə nişanlı avtomobili almasını göstərsə də, bu hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 80B (sənədlə 80E) ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı və əri tərəfindən 2007-2009-ci illər arasında tikilməsinə baxmayaraq iddiaçı İddiaçı evin guya onun birgə nikah dövründə 2017-2023-cü illər arasında tikildiyini iddia etməsi ilə bağlı mübahisənin ədalətli həlli üçün tikinti-texniki ekspertizanın təyin olunmasına dair vəsatəti nəzərə alınaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və “xxxx” MMC-yə həvalə edilməklə ekspertlər qarşısında Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 80B (sənədlə 80E) ünvanda yerləşən fərdi yaşayış evinin koordinatlarını müəyyən etməklə hansı dövrdə tikilməsi kimi sual qoyulmuşdur. (Texniki cihaz GPS vasitəsilə və sair.) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli məlumata əsasən ekspertiza qarşısında qoyulmuş suallarda sözügedən mənzillər üzrə aparılmış tikinti təmir işlərinin müddətini və bazar dəyərini müəyyən etmək tələb olunmuşdur. Bununla bağlı qeyd olunmuşdur ki, tikililər üzrə aparılmış tikinti, yenidənqurma və təmir işlərinin müddətinin müəyyən edilməsinə dair məhkəmə ekspertiza mərkəzində metodika yoxdur. “xxxx” MMCnin ##.##.2025-ci il tarixli, *** saylı Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 80B (sənədlə 80E) ünvanda yerləşən fərdi yaşayış evinin hansı dövrdə tikildiyinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, evin koordinantları müəyyən edilməklə 2008-ci ildə inşa edildiyi müəyyən edilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı hazırda yaşadığı ev 2008-ci ildə inşa edilərək Qarşılıqlı iddia üzrə iddiaçı əri cavabdeh1 tərəfindən kirayəyə verilmiş, aralarında olan münaqişəli vəziyyətlə bağlı qeyd edilən yarımçıq tikili inşa edilməyə başlasa da, sonradan yarımçıq qalmış və cavabdeh2 ilə İddiaçı həmin evə köçərək yaşamağa başlamışlar. İddiaçı köçdüyü həmin təmirsiz yaşayış evinə xeyli məbləğdə əlavə xərc çəkərək yaşayışa yararlı vəziyyətə gətirməsi və köçdükləri evin həyətində də ümumi sahəsi təxminən 15 kv.m olan qeyri-yaşayış sahəsi, yəni qadın gözəllik salonu tikməsini göstərsə də, buna dair də heç bir sübut təqdim etməmişdir.

17. Beləliklə də, müəyyən edilmişdir ki, mübahisəli həyətdə sənədlə 80E, daha sonra sənəddə olmayan 80 B və 80 A saylı evlər vardır ki, bunlardan yalnız yarımçıq qalmış tikilinin İddiaçı aidiyyatı olması sübut olunur. Qarşılıqlı iddia üzrə iddiaçı, əri cavabdeh1, eləcə də cavabdeh2 həmin yarımçıq tikilinin sonuncu ilə İddiaçı yaşaması üçün inşa edilməsini etiraf etməklə onun inşasından sonra orada övladı ilə yaşamasına heç bir etirazlarının olmamasını bildirmişlər.

18. Məhkəmə hesab etmişdir ki, İddiaçı müvəqəti təminat tədbiri barədə ərizəsinin də təmin edilməsinə dair qərardadının mövcudluğuna baxmayaraq onun sonradan köçdüyü, özünün vəsaiti hesabına inşa etməsini iddia etdiyi və hazırda yaşadığı evə hüququnun olması müəyyən edilməmişdir. cavabdeh1 digər bir mülki işdə (aliment tələbi) nümayəndə olaraq ##.##.2024-cü il tarixli etiraz ərizəsində torpaq sahəsində inşa edilmiş bərabər payların İddiaçı ilə bərabər bölünməsini göstərməsi isə mübahisəli ünvandakı yarımçıq tikiliyə aid olmuşdur. Hazırki məhkəmə iclasında da verdiyi izahatında cavabdeh1 12.400 manat pulun almasını etiraf etməsə də, yarımçıq qalmış fərdi yaşayış evi ilə bağlı İddiaçı 2.700 manat, 6.700 manat pulun isə oğlunun verməsini inkar etməmişdir. Evə çəkilən xərclərin nümayəndə olaraq ##.##.2024-cü il tarixli etiraz ərizəsində əksini tapmışdır.

19. Beləliklə də məhkəmə hesab etmişdir ki, cavabdeh2 mübahisələndirilən tikilidə deyil, Qarşılıqlı iddia üzrə iddiaçı, əri cavabdeh1 ilə birlikdə yaşadığından Qarşılıqlı iddia üzrə iddiaçı ona qarşı iddiası rədd olunmalı, iddia İddiaçı hazırda yaşadığı fərdi yaşayış evinə heç bir hüququ olmadığı üçün onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və oradan çıxarılmaqla fərdi yaşayış evinin təhvil verilməsi hissəsində işin faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşığından əsaslıdır və təmin edilməldir.

20. Məhkəmə həmçinin iş üzrə dindirilmiş şahid ifadələrinə və iş üzrə keçirilmiş ekspertiza rəylərinə qiymət verərək hesab etmişdir ki, bu ifadələr və rəy iddiaçı Mirzəliyeva Mənsurə Mədət qızının tələbinin təmin edilmiş hissəsi üzrə əsası kimi istinad edilən hallarla uzlaşmışdır. Məhkəmə bu qənaətə gələrkən Qarşılıqlı iddia üzrə iddiaçı, əri cavabdeh1, eləcə də cavabdeh2 mübahisəli ünvanda olan yarımçıq tikilinin sonuncu ilə İddiaçı yaşaması üçün inşa edilməsi üçün nəzərdə tutulması və onun inşasından sonra onların (razılaşma olarsa İddiaçı övladı ilə) orada yaşamasına heç bir etirazlarının olmamasına dair məhkəmədə bildirdiklərini də nəzərə alır.

21. Məhkəmə Qarşılıqlı iddia üzrə iddiaçı iddiasının təmin edilmiş hissələri ilə bağlı yuxarıda gəlinmiş hüquqi əsaslandırma və nəticəyə əsasən hesab etmişdir ki, İddiaçın ilə birlikdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, **B saylı 1 mərtəbəli fərdi yaşayış evindən sərbəst istifadə etməyinə və maneəsiz yaşamaqlarına və cavabdehlərin qanunsuz müdaxilələrinə son qoyulması iddiası əsaslı sayıla bilməz. Belə ki, onun hazırda yaşadığı fərdi yaşayış evinə heç bir hüququ (hətta gözlənilən mülkiyyət hüququ) olması, konkret həmin evin inşasında, təmirində hər hansı şəxsi vəsaitinin sərf edilməsi kimi hallar öz təsdiqini tapmamış, iddiasında bu hallar üzrə göstərilən subyektiv mülahizələri olmuşdur.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir.

23. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı İddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş onun tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmamaqla dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından onun iddiası əsaslı sayıla və təmin edilə bilməz.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 62.1-ci, 76-cı, 77.1-ci, 88-ci, 106.1-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiasının təmin edilməsi, ikinci iş üzrə iddianın isə tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini birinci iş üzrə iddia ərizəsinin və ikinci iş üzrə iddiaya etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, qeyd olunan tikili özbaşına tikili olmaqla, onun azyaşlı övladı ilə birlikdə yaşadığı yeganə yaşayış sahəsidir. O, 2016-cı ildə həmin həyət evində inşa edilmiş və qarşı tərəfin də yaşadığı digər özbaşına tikiliyə gəlin köçmüş, 2020-ci ilin əvvəllərindən hazırki vaxtadək isə mübahisəli ünvanda azyaşlı övladı ilə birlikdə yaşayır. Mənzil hüquq münasibətləri mənzil subyektlərinin hüquq və vəzifələri ilə bilavasitə bağlı olduğundan mənzildən istifadə hüququ da konstitusiya ilə elan olunan mənzil hüququ fonunda “heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının yolverilməzliyi”nə hesablanmış qanunvericlik təminatı kimi çıxış edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, onun yaşadığı tikili dövlət mülkiyyətində olan torpaq sahəsində və lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikilmiş özbaşına tikilidir. Bu tikilinin kim tərəfindən və hansı tarixdə inşa edilməsi müəyyən olunmasa da, məhkəmə araşdırması zamanı sübuta yetmişdir ki, o, 2020-ci ilin əvvəllərindən hazırki vaxtadək azyaşlı övladı ilə birlikdə həmin özbaşına tikilidə yaşamış və həmin tikili onun sahibliyində və istifadəsində olmuşdur. Eləcə də, yerində baxış iclası zamanı da müəyyən olundu ki, ilk iddia üzrə cavabdehlər onunla eyni ərazidə, lakin ondan sol tərəfdə yerləşən iki mərtəbəli özbaşına tikilidə yaşayırlar. Həmin ərazidə yerləşən tikililərlə bağlı hər hansı hüquq müəyyənedici sənəd mövcud deyil. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız cavabdehin mövqeyini nəzərə almaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəməyə sübut qismində təqdim etdiyi Nərimanov bələdiyyəsinin ##.##.2025-ci il tarixli, **/*** saylı cavab məktubunda da görünür ki, nə Qarşılıqlı iddia üzrə iddiaçı, nədə ki onun əri cavabdeh1 adına Nərimanov rayonu ərazisində torpaq sahəsi və yaşayış evi qeydiyyata alınmamışdır. Məhkəmə isə bu sübuta əhəmiyyət verməmiş, yalnız qarşı tərəfin təqdim etdiyi evə qaz çəkiləsi barədə 2017-ci ildə tərtib edilməsi istinad olunan texniki şərtə istinad etmişdir ki, həmin texniki şərtdə çəkilmiş sxemlə mübahisəli özbaşına tikilinin ölçüləri tamamilə fərqlidir. Bundan başqa, qarşı tərəf onun 2020-ci ilin əvvəllərində həmin özbaşına tikilinin təmir edib qarşılıq razılıq əsasında yaşamasını etiraf eləsə də, məhkəmə bu hala əhəmiyyət verməmişdir. Qarşı tərəf tələbinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, onun tərəfindən tədim edilən sübutlar isə məhkəmə tərəfindən nəzərə alınmamış, onların iştirakı olmadan dindirilmiş şahidlər isə hazırki mübahisəyə heç bir aidiyyəti olmamaqla, qarşı tərəfin yaxın dostları və qohumlarından ibarətdir. Həmin şahidlər də işin mahiyyəti üzrə bağlı hər hansı məlumat verməmiş, ümumi sözlərlə qarşı tərəfin xeyrinə bir-iki cümlə işlətmişlər. Məhkəmə yalnız qarşı tərəfin şifahi formada istinad etdiyi dəlillərə əsaslannmış, eləcə də mübahisəni düzgün araşdırmamışdır. Hazırki iş üzrə bir-birinə zidd ekspert rəyləri mövcuddur. Məhz mübahisəli yaşayış evinin hansı tarixdə inşa edilməsinin müəyyən edilməməsi barədə səlahiyyətli dövlət qurumu olan Məhkəmə Ekspertizası Mərkəzinin məlumatı olduğu halda, belə bir rəy vermək səlahiyyətində olmayan MMC-nin rəyi məhkəmə üçün sübut kimi qəbul edilmişdir. Mənzildən istifadə, mənzil hüquq münasibətlərinin tərkib hissəsi olaraq, mənzildə faktiki yaşamaqla ifadə olunan, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda mənzilə olan ehtiyacın ödənilməsinə yönəlmiş, əldə edilməsi və itirilməsi qanunla müəyyən olunan və məhkəmə müdafiəsi təminatlarını özündə ehtiva edir. Mənzildən istifadə imkanının öz təbiət və məzmununa görə hüquqi xarakter daşıması isə dövlət vəzifəsi yarada bilməsi ilə izah olunmaqla, ümumilikdə hakimiyyətə müəyyən tələblər kimi dövlətin şəxsin yaşayış təminatlarına kömək edilməsinə, şəxsiyyətin ləyaqət və mənəvi inkişafına aid olan vəzifələri kimi özünü təsdiq edir. Hazırki vəziyyətdə də, onun azyaşlı övladı ilə birlikdə yaşadığı və yeganə yaşayış sahəsi olan özbaşına tikilidə ona yaradılan qanunsuz müdaxilələri dayandırmaq əvəzinə, mənzildən çıxarılması əsassız və qanunsuz olmaqla, mülki qanunverciliyin tələblərinə ziddir. Belə ki, Qarşılıqlı iddia üzrə iddiaçı özü də onun kimi eyni statusda dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş digər özbaşına tikililərdə yaşayır və həmin şəxsin bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Eləcə də, məhkəmə nəzərə almamışdır ki, iş üzrə qarşı tərəfin hamısı eyni ünvanda yaşamaqla, mediasiya sessiyasında iştirakdan məlumatlı olmuşlar. Qarşılıqlı iddia üzrə iddiaçı oğlu cavabdeh2 mediasiya təşkilatına müraciət edərək, barışıq sazişinin şərtlərinin tərtib edilməsində şəxsən iştirak etmiş, Qarşılıqlı iddia üzrə iddiaçı əri cavabdeh1 boşanma ilə bağlı etibarnamə əsasında məhkəmə iclasında iştirak edərək, özbaşına tikilinin hər iki tərəfin vəsaiti əsasında tikilməsini etiraf etmiş və alimentin azaldılması barədə məhkəməyə ərizə vermişdir ki, bu zaman Qarşılıqlı iddia üzrə iddiaçı digər ailə üzvlərinin bu hərəkətləri barədə məlumatsız olması inandırıcı deyil. Hər 3 şəxsin bir ünvanda yaşaması, ailə münasibətlərinin normal olması, habelə Qarşılıqlı iddia üzrə iddiaçı iddiası üzrə oğlu cavabdeh2ona qarşı qaldırılan iddianı məhkəmədə qəbul etməsi bu işdə ikinci iddianın qabaqcadan planlaşdırlmış formada verilməsinin bariz sübutudur. Mənzil qanunvericiliyində mənzil münasibətlərini tənzimləyən normalarda boşluqlar vardır. Bu, onda ifadə olunur ki, qanunvericiliklə mənzildən (özbaşına tikili) istifadə hüququnun normativ məzmunu müəyyən deyil, özbaşına tikililərdən istifadə hüququ və buna dair müdafiə təminatları sistemli formada deyil, ayrı-ayrı maddələrin müddəaları tərkibində verilmişdir. Eləcə də, qanunvericiliklə mənzil fondunu təşkil etməyən mənzil istifadəçilərinin mənzil hüquq münasibətlərinin tənzimlənməməsi də hüquq və vəzifələrin həcminə əhəmiyyətli dərəcədə təsir edir. Yeni mənzil qanunvericiliyi mənzil hüquq münasibətlərini nə qədər əhatəli ifadə etsə də, bu növ mübahisələr hələ də mövcuddur və məhkəmə iş yükünün az olmayan hissəsini təşkil edir. Məhkəmə təcrübəsi göstərir ki, mübahisələrin həllində məhkəmələr əsasən vahid təcrübədən çıxış etmir, qəbul edilən qərarların böyük qismi yuxarı instansiya məhkəmələrində mübahisələndirilir, hətta məhkəmələr və ayrı-ayrı şəxslər bu hüquq münasibətləri üzrə müvafiq məsələlərin həlli məqsədilə Konstitusiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalırlar. Qanunvericiliklə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən, həmçinin də belə yerlərdən istifadə hüququna dair normaların qanunvericiliklə nəzərdə tutulmaması hüquq münasibətləri qeyri-müəyyənliyə, hətta məhkəmə təcrübəsində fərqli nəticələrə gətirib çıxarır, konkret normanın olmaması məhkəmə təcrübəsində bu qəbildən olan iddialar üzrə qanunun analogiyasının tətbiqi ilə bağlı fərqli yanaşmalarla müşayiət olunur, hətta təcrübədə hüquq münasibətlərini tənzimləyən normaların olmamasına görə, onun rədd olunması hallarına da rast gəlinir. Mənzil hüquq münasibətləri üzrə qanunvericiliyin zamana görə tətbiqi məsələləri də mübahisəyə yol açan hallar kimi qeyd edilməlidir. Hazırki mübahisə üzrə, cavabdehlərin ona qarşı müdaxilələri o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (kommunaı xidmətləri dayandıran və s.) yol verən cavabdehlərin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüquqları olsun. Cavabdehlər də onun kimi, sənədsiz torpaq sahəsində yaşayış evi tikmiş və orada yaşamağa davam edirlər. Qeyd olunanlara əsasən hesab edir ki, faktiki vəziyyətə uyğun olaraq, onun özbaşına tikilidən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma bərabərlik prinsipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, mübahisəli yaşayış evi özbaşına tikili olmaqla, birgə qazanc hesabına əldə edildiyindən, cavabdehlərin ilk iddia üzrə iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun və birinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, birgə nikah dövründə arxa tərəfdə yerləşən hazırda yarımtikili vəziyyətdə olan evi inşa etmişlər. Ev tikilənə qədər Elşənin valideynləri ilə birlikdə hazırda onların yaşadıqları iki mərtəbəli evdə yaşamışdılar. Aralarında ailə münaqişəsi olandan sonra ailə böyüklərinin məsləhəti ilə onları evlə təmin etdilər ki, ayrı yaşasınlar və onlar hazırda yaşadığı mübahisəli evə köçdülər. Həmin evi birinci iş üzrə cavabdeh cavabdeh1 satıb avtomobil almaq istəyirdi. Onlara görə həmin evi satmadılar. Evi satış qiymətindən daha aşağı qiymətə ona satdılar. O, hissə-hissə ödəniş etməklə yaşadığı evi almış, onun əvəzinə arxadakı yarımtikilini onlara vermişdir. Ödənişi etmək üçün cavabdeh1 ilə birgə gedib bankdan kredit götürmüşdür. Sonradan məhkəmə prosesləri gedən zaman da ona təklif etdilər ki, evi satıb yarı bölsünlər. İkinci iş üzrə iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı ilə olan yazışmalar da onun bu təklifini təsdiq edir. Ona bu evdə haqqının olduğu bildirsələr də, daha sonra bunu təkzib etdilər. Hazırda yaşadığı evi onlara 2020-ci ilin yanvar ayında yaşamaqları üçün verdilər. Barışıq sazişini birlikdə tərtib etmişlər. O, övladının xəstəliyi ilə bağlı 500 manat aliment istəyirdi, 300 manat alimentlə razılaşmışdır. Evi dəyişdirdiklərini qeyd etməyi təklif etmişdir. Mediator izah etmişdir ki, bu halda cavabdeh1 də iştirak etməlidir. Vaxt itkisi olmaması üçün sazişdə öz tikdikləri evi qeyd etmişlər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

29. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili vəkil3 İmran oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun və birinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsi və üzərindəki tikililər ümumiyyətlə hər hansı şəxsin mülkiyyətində deyil, həmin torpaq sahəsinin ayrılmasına və tikililərin qeydiyyata alınmasına dair heç bir hüquq müəyyənedici sənəd mövcud deyil. Bu hal məhkəməyə təqdim etdiyi Nərimanov bələdiyyəsinin ##.##.2025-ci il tarixli, **/*** saylı arayışı ilə təsdiq olunur. Mübahisəli özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi Metrologiya institutunun yanında yerləşməklə, “Spark Beton” zavodunun ərazisində yerləşir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamənin 13-cü vərəqinin 5-ci abzasında göstərir ki, həmin özbaşına tikilinin nömrəsi sazişdə 80B göstərilsə də, sənədlə nömrəsi 80E olmaqla bütün kommunal xidmətlər də Mirzəliyeva Mənsurə Mədət qızının adınadır. Halbuki, həmin ünvanda çoxlu sayda özbaşına tikililər mövcuddur və özbaşına olduğuna görə konkret olaraq hansısa dövlət orqanı tərəfindən bu tikililərə ünvan verilməmiş və qeyd olunan ünvanların konkret olaraq hansı tikili olması müəyyən edilməmişdir. Eləcədə, Mirzəliyeva Mənsurə Mədət qızı əri cavabdeh1 və övladı cavabdeh2 ilə birlikdə İddiaçı yaşadığı özbaşına tikilinin sol tərəfində olan iki mərtəbəli özbaşına tikilidə yaşayırlar ki, İddiaçı onların həmin tikilidə yaşamalarına heç bir müdaxilə etmir. Mənsurə Mirzəliyeva Qarşılıqlı iddia üzrə cavabdeh və cavabdeh2 təklifi əsasında hazırlanmış ##.##.2023-cü il tarixli mediasiya sazişinin etibarsızlığı barədə iddia qaldırmışdır ki, həmin şəxsin bu iddianı qaldırmağa həm subyektiv hüququ yoxdur, həm də etibarsızlıqla bağlı 1 illik iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilsə də, birinci instansiya məhkəməsi həmin ərizəyə münasibət bildirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Mirzəliyeva Mənsurə Mədət qızı oğlu cavabdeh2 və əri cavabdeh1 ilə bir ünvanda, yəni eyni mənzildə yaşayırlar. Mənsurə Mirzəliyevanın övladı cavabdeh2 İddiaçı ilə nikahının pozulmasından və mediasiya sazişi bağlamasından məlumatı olmuş, hətta Mənsurə Mirzəliyevanın əri cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsində də mediasıya sazişinin bəndlərindən razılaşmadığını və yaşayış sahəsinin ona məxsus torpaq sahəsində tikilməsini nəzərə alaraq bərabər şəkildə bölünməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almır ki, İddiaçı ##.##.2024-cü ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırandan iki ay sonra, yəni ##.##.2025-ci il tarixdə Mənsurə Mirzəliyeva “barışıq sazişinin qismən etibarsız hesab edilməsi və evdən çıxarılma” tələbi ilə həmin məhkəmədə iddia qaldırmış, həmin ərizəsində doğma övladı cavabdeh2 da formal olaraq cavabdehlər sırasında göstərmiş, habelə məhkəmə iclaslarında iştirak edən cavabdeh2 da ona qarşı irəli sürülən iddianı qəbul etməsini bəyan etmişdir. Yəni, bu qarşı tərəfin formal olaraq görüntü yaratmaq xatirinə iddia qaldırmasını təsdiq edir. Hansı ki, Mənsurə Mirzəliyeva ##.##.2023-cü il tarixli mediasiya sazişi üzrə tərəf deyil və bır illik iddia müddətini ötürməklə həmin sazişin etibarsızlığı barədə ərizə ilə məhkəməyə müraciət edib və həmin müqavilənin etibarsızlığını qaldırmaq üçün subyektiv hüququ yoxdur. Eyni zamanda, Mənsurə Mirzəliyeva İddiaçı evdən çıxarılması barədə iddia qaldırmışdır. Lakin qeyd olunan özbaşına tikilinin ona məxsus olması barədə hər hansı sübut təqdim etməmişdir. Mənsurə Mirzəliyeva hazırda da İddiaçı qonşulundakı özbaşına tikilidə ailə üzvləri ilə birlikdə yaşayır və İddiaçı bununla bağlı onun yaşamasına hər hansı formada maneçilik törətmir. Habelə, iddiaçı Mənsurə Mirzəliyeva barışıq sazişində istinad edilən X.R.Ulutürk küçəsi, 80B (sənəddə 80E) ünvanda yerləşən 80 kv.m yaşayış sahəsindən və 15 kv.m. qeyri-yaşayış sahəsindən cavabdeh2 ilə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh İddiaçı həmin yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsini tələb etdiyi halda, birinci instansiya məhkəməsi İddiaçı hazırda da məhz mediasiya sazişində göstərilən özbaşına tikilidə deyil, məhz onun qonşuluğundakı digər tikilidə tərəflərin qarşılıqlı razılığı əsasında 2020-ci ilin yanvar ayından yaşamasını nəzərə almamışdır. Eləcə də, Mənsurə Mirzəliyevanın əri cavabdeh1 da ##.## 2024-cü il tarixli məhkəməyə ünvanladığı ərizəsində həmin özbaşına tiklinin məhz İddiaçı nikah dövründə və birgə vəsait hesabına tikilməsini etiraf etmişdir. Belə olan vəziyyətdə İddiaçı nikah dövründə tikdiyi və yaşamadığı tikilidən çıxarılması barədə qətnamə qəbul etməsi başadüşülən deyil. Daha sonra, İddiaçı özbaşına tikilidən çıxarılmasını tələb edən şəxs Mənsurə Mirzəliyeva da onunla eyni hüquqlu bir şəxsdir və eyni statusa malik olan şəxslərin bir-birilərinə qarşı iddia qaldırması və məhkəmənin bu iddianı hansı əsaslarla təmin etməsi mülki qanunvericliyin hər hansı norması ilə uzlaşmır. Habelə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı İddiaçı 2016-cı ildə Mənsurə Mirzəliyevanın hazırda ailəsi ilə birlikdə yaşadığı özbaşına tikiliyə gəlin köçmüş, 2017-ci ildə həmin şəxsin övladı cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş, cavabdeh2 həmin vaxt ailə üzvlərinin sayının çox olması ilə əlaqədar qarşılıqlı razılaşma əsasında tikilinin ətrafındakı boş sənədsiz torpaq sahəsində sənədsiz bir ədəd özbaşına tikili və 1 ədəd 15 kv.m-lik qeyri-yaşayış sahəsi tikmişlər. Həmin tikililərdə kommunal xidmətlər olmadığına görə, qarşılıqlı razılaşma əsasında 2020-ci ilin yanvar ayında digər tikilini yararlı vəziyyətə gətirib, həmin ünvanda yaşamağa bağlamışlar. Həmçinin, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı bu tikilidən başqa yaşamağa başqa yeri yoxdur. Onun adına hər hansı daşınar və ya daşınmaz əmlak mövcud deyil. Qarşı tərəf bununla bağlı hər hansı sübut təqdim etməyib. Sübutlar olmadığı halda, qonşu və qohumlardan ibarət 2-3 nəfər şəxsin onların iştirakı olmadan şahid qismində dindirilərək, onların ifadələrinə istinad edilərək qətnamə qəbul edilməsi əsassız və qanunsuz olmuşdur. Mənsurə Mirzəliyeva tələbinin əsası kimi “yaşayış evinin qazlaşdırlması ilə bağlı izahat və cizgilər” adlı sənəd surətini məhkəməyə təqdim etmişdir ki, həmin sənədin sorğu blankı adlanan ikinci vərəqində olan yaşayış evinin sxemi ilə İddiaçı çıxarılması tələb olunan özbaşına tikilinin ölçüləri arasında kifayət qədər fərq vardır. Habelə, həmin sxemdə özbaşına tikilinin nömrəsi ümumiyyətlə qeyd edilməyib və hansı tikiliyə aid olmasını müəyyən etmək mümkün deyil. İş materiallarında olan sənədlərlə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında özbaşına inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinin nə qədər təşkil etdiyi müəyyən edilməmişdir. Ümumiyyətlə, tikilinin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd iş materiallarına əlavə edilməmişdir. Mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydiyyatdan keçməmişdir. Mənsurə Mirzəliyevanın hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Mülkiyyətçi olmayan şəxs vindikasiya tələbi ilə məhkəməyə müraciət edə bilməz. Birinci instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmadan, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu hallar ona dəlalət edir ki. məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Halbuki, İddiaçı 2020-ci ilin yanvar ayından azyaşlı övladı ilə birlikdə yaşadığı özbaşına tikilini şəxsi vəsaiti hesabına yararlı vəziyyətə gətirərək, həmin tikilidən yeganə yaşayış sahəsi kimi istifadə edir. İş uzrə cavabdehlər isə həmin tikiliyə dair kommunal xəttləri kəsməklə və digər vasitələrlə İddiaçı həmin tikilidə yaşamasına maneçilik törədirlər ki, bu maneçilik məhkəmə tərəfindən cavabdehlərə qadağan edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

30. Birinci və ikinci iş üzrə cavabdeh cavabdeh2 apellyasiya şikayətini qəbul etməyib, izahat verərək göstərmişdir ki, sazişdə arxadakı yarımtikili ev nəzərdə tutulub. Ev 80 kv.m, qarşısında da 15 kv.m. torpaq yazıldı. Lakin iddiaçı qarşıdakı evin ona verilməsini tələb edir. 15 kv.m. arxadakı evin qarşısında artırma var idi, sonradan söküldü. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

31. Birinci və ikinci iş üzrə cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir.

32. Birinci iş üzrə cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etməyib, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddiaçının vəkili evin yarımçıq tikili olduğunu bildirir. Hazırda mübahisə predmeti olan ev 25 il əvvəl onun tərəfindən tikilib. Həmin vaxt ilk iş üzrə iddiaçının 12 yaşı var idi. Həm şahid ifadələri ilə, həm də peyk görüntüləri ilə evin onun tərəfindən tikildiyi təsdiq olunur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

33. İkinci iş üzrə iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, ikinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, birinci iş üzrə iddiaçı onun oğlu ilə arxadakı evin bölünməsi ilə bağlı razılaşsa da, iddiaçı qarşıda olan və ona məxsus olan evə iddialıdır, buna görə bilərəkdən sazişdə həmin evin ölçülərini qeyd etmişdir. Mübahisəli evi əri ilə birlikdə inşa etmişdir, oraya ünvan verilməmişdir. İddiaçı və onun əri, yəni oğlu üçün inşa etdikləri ev tam hazır olmadığı üçün müvəqqəti olaraq yaşamaq üçün mübahisəli evi onlara vermişdilər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər; 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur; 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər; 736.3-ci maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır; 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur; 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdı.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2010-cu il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzmununu və irəli sürülmüş dəlilləri nəzərə alaraq, qətnaməni birinci iş üzrə iddianın rədd edilən, ikinci iş üzrə iddianın təmin edilən, habelə mediasiyada bağlanmış barışıq sazişinin qismən etibarsız hesab edilməsinin rədd edilməsi hissələrində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “mediasiyada bağlanmış barışıq sazişinin qismən etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd edir ki, İddiaçı ilə cavabdeh2 arasında ##.##.2017-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan ##.##.2018-ci il tarixdə X4 doğulmuşdur. Onların arasında Qarşılıqlı iddia üzrə cavabdeh bağlanmış ##.##.2023-cü il tarixli barışıq sazişinə əsasən onlar nikahın 3 ay barışıq müddəti verilmədən pozulması, uşağın ananın himayəsində qalması, onun saxlanılması üçün almentin ödənilməsi qaydası, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 80B ünvanında yerləşən 80 kv.m. yaşayış sahəsinin (sənədsiz), həmin ünvanda yerləşən 15 kv.m. sahəsi olan qeyri-yaşayış sahələrinin tikintisi və təmir xərcləri nikah dövründə ortaq vəsait hesabına tikildiyinə görə həmin yaşayış və qeyri-yaşayış sahəsinin onların arasında hər birinin ½ hissədə mülkiyyət hüququnun tanınması barədə razılığa gəlmişlər. Onların arasında bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

43. Hazırda İddiaçı birgə nikah dövründə Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində yerləşən sənədsiz torpaq sahəsində cavabdeh2la birlikdə fərdi yaşayış evi inşa etdiklərini, lakin həmin evə giriş-çıxışda probləmlər olması səbəbindən həmin tikilini qayınatası cavabdeh1 hissə-hissə 12.400 manat da ödənilməklə hazırda yaşadığı fərdi yaşayış evi ilə dəyişdiklərini, bundan sonra həmin evin yararlı vəziyətədə salınması üçün xeyli vəsait xərclədiyini, ##.##.2023-cü il tarixdə Qarşılıqlı iddia üzrə cavabdeh bağlanmış barışıq sazişi ilə bu evin artıq ona və ərinə məxsus olmasının öz təsdiqini tapdığını, hazırda başqa yaşayış yerinin olmadığını, həmin barışıq sazişinin etibarsız hesab edilməsini tələb etmək üçün Qarşılıqlı iddia üzrə iddiaçı subyektiv hüququnun olmadığını, onun həmin tələb üzrə bir illik iddia müddətini ötürdüyünü iddia edir və evdən sərbəst istifadəsinə maneələrin yaradılmasına, habelə müdaxilələrin edilməsinə son qoyulmasını tələb edir. Eyni zamanda, ona qarşı irəli sürülmüş iddianın rədd edilməsini tələb edir. Birinci iş üzrə cavabdeh tərəf iddianı qəbul etmir, mübahisəli evin daha əvvəl, cavabdeh1 və Qarşılıqlı iddia üzrə iddiaçı birgə nikahı dövründə, onlar tərəfindən inşa edildiyini və onlara da məxsus olduğunu, İddiaçı ilə cavabdeh2 tərəfindən isə həmin həyətdə yerləşən hazırda yarımtikili vəziyyətdə olan tikilinin inşa edildiyini, müvəqqəti olaraq mübahisəli evə köçürüldüyünü və bu evə hər hansı hüququnun yaranmadığını bildirirlər.

44. İkinci iş üzrə iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı da mübahisəli evin onun və əri cavabdeh1 vəsaiti hesabına, onların nikahı dövründə inşa edildiyini, İddiaçı həmin tikilinin inşası üçün heç bir vəsait sərf etmədəyini, ev inşa edilən zaman onun ümumiyyətlə uşaq olduğunu, bu evin onlara müvəqqəti olaraq yaşamaq üçün verildiyini, İddiaçı hazırda həmin evdə yaşamasının onun həmin evlə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr yaratdığını, bu evin əsassız olaraq barışıq sazişinə daxil etdiyini iddia edir və sazişin bu evə aid hissəsinin etibarsız hesab edilməsini, İddiaçı həmin evdən çıxarılmasını və evin ona təhvil verilməsini tələb edir.

45. Məhkəmə kollegiyası hər iki iş üzrə irəli sürülmüş iddianın mahiyyətini nəzərə alıb ilk növbədə vurğulayır ki, mübahisəli tikililər hüquqi vəziyyətinə görə özbaşına tikilidir. İş materialları, o cümlədən “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli hesabatı və tərəflərin özlərinin izahatı ilə mübahisəli evin müddət etibarı ilə (2008-ci il) İddiaçı ilə cavabdeh2 arasında nikahın bağlandığı tarixdən (2017-ci il) əvvəl inşa edildiyi və həmin tikiliyə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin ikinci iş üzrə iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı ilə bağlandığı öz təsdiqini tapır. Həmin tikili yaşayış sahəsi (evi) kimi istifadə edilməsi məqsədi ilə inşa edilmiş, bu məqsədlə də istifadə edilir. Hazırda onun qarşısında 15 kv.m ölçüsü olan bir tikili (qeyri-yaşayış təyinatlı) də mövcuddur. Bu tikililərin dəqiq ünvanı yoxdur. Təbii qazdan istifadə edilməsinə dair Qarşılıqlı iddia üzrə iddiaçı abonent saldosunda evin Bakı şəhəri, Nərimanov rayonu, Ulutürk küçəsində yerləşdiyi göstərilmişdir. İddiaçı bu evin 80 B saylı, cavabdehlər və ikinci iş üzrə iddiaçı 80 E saylı olduğunu bildirir. Evin əvvəlki giriş qapısının (darvazasının) üzərində 80E yazısı olmuş, bu darvaza sonradan götürülmüş və yerində yuxarıda göstərilən 15 kv.m ölçüsü olan tikili yaradılmışdır.

46. Həmin evə 15 kv.m olan tikilidən daxil olmaq olur (bu sahə evin girişində yerləşir) və evdə hazırda İddiaçı öz oğlu ilə yaşayır. Onunla cavabdeh2 arasında nikah bağlandıqdan sonra onlar ilk olaraq sonuncunun valideynlərinə məxsus olan iki mərtəbəli özbaşına tikiliyə köçərək, orada yaşamağa başlamışlar. 2020-ci ildə isə mübahisəli evə köçmüşlər və həmin vaxtdan hazırki vaxtadək İddiaçı bu evdə yaşayır.

47. Yerində müayinə zamanı mübahisəli evin və onun qarşısında olan 15 kv.m tikilinin yoldan birinci tikili olduğu, bu tikilinin girişindən sağ tərəf üzrə keçən yolun üstündə, yəni həmin istiqamətdə bu tikilidən sonra ikinci (verilən məlumata əsasən bu tikilidə kirayə əsaslarla başqa bir şəxs yaşayır), daha sonra isə iki mərtəbəli üçüncü (İddiaçı nikaha daxil olduqdan sonra köçüb, 2020-ci ilədək yaşadığı) tikilinin yerləşdiyi müəyyən edilmişdir. Üçüncü tikilinin qarşısından keçərək, orada yerləşən qapıdan digər tikililərin olduğu sahəyə daxil olmaq olur. Sahənin sonunda ayrı-ayrı giriş qapısı olan iki bir otaqlı tikili, bu tikililərlə üzbəüz durduqda sol tərəfdə yarımtikili vəziyyətdə olan tikili (sanitar qovşaq kimi istifadə olunması nəzərdə tutulmuşdur) yerləşir. Bir otaqlı tikililərlə üzbəüz duranda sol tərəfdə, yarımtikili (sanitar qovşaq) ilə bir otaqlı tikilini sol (arxa) tərəfdən birləşdirən divar hörülmüş və onun daxilinə pəncərə quraşdırılmışdır. Yarımtikilinin (sanitar qobşağın) qabaq hissəsi ilə bir otaqlı tikilini birləşdirən divar (daxilinə pəncərə quraşdırılmış divarla üzbəüz) inşa etməklə, daha bir otaq yaratmaq olar. Qeyd edilən divar daxilində pəncərə də məhz bu məqsədlə (yəni gələcəkdə otağın yaradılması) quraşdırılmışdır. cavabdeh1 İddiaçı istinad etdiyi 15 kv.m sahəsi olan tikilinin də məhz bu yarımçıq tikili (daxilində pəncərə quraşdırılmış divar) olduğunu, sadəcə olaraq onun qabaq divarının hörülmədiyini qeyd edir. Həmin sahənin texniki vəziyyəti, o cümlədən divar daxili pəncərənin inşa edilməsi də bu qənaətə gəlməyə əsas verir (yerində müayinəyə aid 02:45 dəqiqəlik videogörüntü). Ümumiyyətlə həmin tikililərin hər hansı biri mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, hüquqi vəziyyətinə görə özbaşına tikilidir.

48. İddiaçı özü də həmin tikililərin (ayrı qapısı olan iki bir otaqlı tikili, yarımtikili (sanitar qovşaq) və onları birləşdirən – daxilində pəncərə olan divar) onun və keçmiş əri cavabdeh2 tərəfindən inşa edildiyini bildirir. cavabdeh1 bu tikililərin inşasına köməklik etdiyini söyləyir, eyni zamanda, İddiaçı və cavabdeh2 tərəfindən mübahisəli deyil, məhz bu tikililərin inşasına xərc çəkdiklərini etiraf edir.

49. Bununla belə, mübahisəli ev İddiaçı nikaha daxil olduğu tarixdən əvvəl cavabdeh1 və Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən, onların vəsaiti hesabına inşa edilmiş və onun nikaha daxil olduğu vaxt artıq mövcud olmaqla həmin şəxslərin istifadə və sahibliyində olmuş, o cümlədən evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr də Qarşılıqlı iddia üzrə iddiaçı adına rəsmiləşdirilmişdir.

50. İddiaçı 2020-ci ilin yanvar ayından etibarən mübahisəli evin onun istifadə və sahibliyinə keçdiyini iddia edir. Onun mövqeyinə əsasən cavabdeh1 və Qarşılıqlı iddia üzrə iddiaçı ilə aralarında əldə edilmiş razılığa əsasən o və keçmiş əri inşa etdikləri və onlara məxsus olan tikililəri (ayrı-ayrı girişi olan iki bir otaqlı tikili, yarımtikili (sanitar qovşaq) və daxilində pəncərə olan divar) cavabdeh1 və Qarşılıqlı iddia üzrə iddiaçı təhvil verməklə, əlavə olaraq da onun tərəfindən hissə-hissə 12.400 manat cavabdeh1 ödənilməklə mübahisəli evə köçmüşlər, yəni bu qaydada həyata keçirilmiş əvəzləşdirmə nəticəsində o, mübahisəli evə istifadə və sahiblik hüququ əldə etmişdir.

51. Lakin İddiaçı öz mövqeyini sübuta yetirə bilmir, ümumiyyətlə bu məbləğin nə vaxt və hansı hissələrlə ödənilməsi barədə məlumat belə verə bilmir. Yerində müayinə zamanı isə cavabdeh2 15.000 manat məbləğində pul verdiyini söyləməklə, ümumiyyətlə məbləğlə bağlı ziddiyyətli mövqedən çıxış edir. cavabdeh1 isə aralarında belə bir razılığın olmadığını, mübahisəli evlə bağlı İddiaçı tərəfindən ona hər hansı məbləğdə pulun verilmədiyini, evin müvəqqəti olaraq onların istifadə və sahibliyinə verildiyini göstərir. İddiaçı tərəfindən cavabdeh1 nəinki bu məbləğdə, ümumiyyətlə hər hansı məbləğdə ödənişin edilməsi məhkəmə tərəfindən də müəyyən edilmir.

52. Nəzərə alınmalıdır ki, 2020-ci ildə, qaynatası və qaynanası ilə birlikdə iki mərtəbəli özbaşına tikilidə yaşayan zaman İddiaçı ilə keçmiş əri cavabdeh2 arasında yaranmış ailə daxili mübahisənin nəticəsi olaraq İddiaçı öz valideynlərinin evinə qayıtmışdır. Sonradan tərəflər arasında barışıq əldə edilmiş və ayrı yaşamalarının təmin edilməsi məqsədi ilə onlar mübahisəli evə köçmüşlər. Bunu iş üzrə tərəflər, o cümlədən İddiaçı özü də etiraf edir, lakin İddiaçı həmin evə əvəzsiz qaydada deyil, dəyəri ödənilməklə (pul ödənilməklə və öz tikilisi ilə əvəzləşdirməklə) və bu baxımdan daimi əsaslarla köçdüyünü, yəni evə sahiblik və istifadə hüququ əldə etdiyini bildirir.

53. Lakin bu mövqedən çıxış etsə də İddiaçı bu evə görə cavabdeh1 hər hansı məbləğdə pul vəsaitinin ödənilməsini və özlərinə məxsus özbaşına tikili ilə əvəzləşdirilməsini sübuta yetirə bilməməsi belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı və həmin vaxt əri olmuş cavabdeh2 bu evə məhz onun sahibi olan Qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh1 razılığı ilə onların arasında olan barışığın şərti olaraq, yəni ayrı yaşamalarının təmini məqsədi ilə köçürülmüşlər. Hüquqi nəticə etibarı ilə bu ev məhz əvəzsiz qaydada onların istifadəsinə verilmişdir. İddiaçı mövqeyi də nəticə etibarı ilə bunu təsdiq edir. Belə ki, İddiaçı həmin evin onlara bağışlandığını bildirmir, onun dəyərinin ödənildiyini söyləyir. Bununla da o özü də həmin evə dair istifadə və sahiblik hüquqlarının yalnız əvəzli qaydada əldə edilməsinin mümkünlüyünü təsdiq edir. Bu halı da sübuta yetirə bilmir.

54. Bununla belə, 52-53-cü bəndlərdə göstərilənlər də nəzərə alınmaqla, aparılmış araşdırma nəticəsində mübahisəli evin İddiaçı ilə cavabdeh2 ailəsinin (nikahının) qorunub saxlanılması, o cümlədən ayrıca (valideynlərdən ayrı) yaşamasının təmin edilməsi məqsədi ilə əvəzsiz qaydada onların istifadəsinə verildiyi sübuta yetir (əks nəticəyə gəlmək üçün isə ümumiyyətlə hər hansı əsas mövcud deyil). Lakin sonra onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, onların birgə yaşaması da mümkün olmamışdır. Bunun nəticəsi olaraq həmin evdə hazırda yalnız İddiaçı və onun uşağı yaşayır, cavabdeh2 isə öz valideynləri ilə birlikdə qalır. Belə olan halda, onun 2020-ci ildən etibarən bu evdə yaşaması həmin evə münasibətdə istifadə və sahiblik hüquqlarının yaranması kimi qiymətləndirilə bilməz. Hüquqi nəticə etibarı ilə İddiaçı bu evə hər hansı hüququ yaranmamış, onun bu evdə yaşaması əvəzsiz istifadə qaydalarına uyğun olaraq qanuni sahibin evin qaytarılması tələbi ilə məhdudlaşdırılmışdır. Həmin evin inşasına cavabdeh1 və Qarşılıqlı iddia üzrə iddiaçı xərc və əziyyət çəkmiş və hazırda iqtisadi dəyərə malik olan həmin tikiliyə məhz onların istifadə və sahiblik hüquqları yaranmışdır (mülkiyyət hüququnun əldə edilməsinə gözləntisi mövcuddur). Hazırda da Qarşılıqlı iddia üzrə iddiaçı əvəzsiz qaydada İddiaçı istifadəsinə verilmiş bu evin ona geri qaytarılmasını tələb edir. Bu səbəbdən İddiaçı həmin evdən və onun qarşısında olan 15 kv.m qeyriyaşayış sahəsindən Qarşılıqlı iddia üzrə iddiaçı istifadəsinə maneə yarada bilməz, əksinə sonuncunun tələbi qarşılığında oradan çıxmalı və həmin tikililəri Qarşılıqlı iddia üzrə iddiaçı təhvil verməlidir. Qeyd edilənlər öz növbəsində İddiaçı iddiasının əsassız olduğunu, Qarşılıqlı iddia üzrə iddiaçı bu barədə tələblərinin isə əsaslı olduğunu təsdiq edir.

55. Nəzərə alınmalıdır ki, İddiaçı evin qarşısında olan 15 kv.m sahəsi olan tikilinin də onun hesabına inşa edildiyini sübuta yetirə bilmir. Hər bir halda, əvəzsiz olaraq onun istifadəsinə verilmiş və bu baxımdan ona məxsus olmayan evin qarşısında onun tərəfindən belə bir tikilinin inşa edilməsi üçün həmin evin sahibləri olan Qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh1 razılığı olmalıdır. Lakin belə bir razılığın olduğu müəyyən edilmir, həmin şəxslər bu tikilinin İddiaçı deyil, məhz onlar tərəfindən inşa edildiyini bildirirlər. İddiaçı tərəfindən mübahisəli evdə təmir-tikinti işlərinin aparılması da öz təsdiqini tapmır.

56. Belə ki, yerində müayinə zamanı evin tavanının təmirsiz olduğu, hətta qaraldığı, otaqlarda çılçıraqların olmadığı, divarların təmirinin yeni olmadığı, evin qarşısında olan 15 kv.m tikilinin isə ümumiyyətlə təmirsiz olduğu, evin bir otağının giriş qapısının pəncərəsinin bir hissəsinin, habelə həmin otağın pəncərəsinin bir hissəsinin olmadığı müəyyən edilmişdir. Baxışova Əfsanənin sözlərinə əsasən otağın giriş qapısının pəncərəsinin bir hissəsi 1 il, həmin otağın divar pəncərəsinin bir hissəsi isə 4-5 ay əvvəl sınmışdır (qarşı tərəf isə ümumiyyətlə İddiaçı evə köçəndən sınıq olduğunu bildirir). Halbuki, evə xeyli məbləğdə əlavə xərc çəkərək, onu yaşayış üçün yararlı vəziyyətə gətirən bir şəxs olaraq, İddiaçı ötən dövr ərzində, daha az, hətta cuzi xərc tələb edən bu çatışmazlığı aradan qaldırmalı, xüsusilə də qış aylarında otağın istiliyini təmin edən pəncərənin şüşəsini düzəltdirməli idi. İddiaçı ötən dövr ərzində bunun mümkünsüzlüyünü evdə tək qadın olaraq yaşaması və bu baxımdan kənar ustanın dəvət edilməsinin sözsöhbətə səbəb olması, evdə təmir işləri aparan qohumunun isə uzaqda yaşaması ilə əsaslandırmışdır. Belə çıxır ki, vaxtı ilə bu evi təmir etmiş və bu məqsədlə dəfələrlə həmin evə gəlməyə vaxt tapan qohum, ən azı 4-5 ay ərzində bu evə gəlmək üçün bir gün belə vaxt tapmamışdır. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı həmin evə 2020-ci ildə köçən zaman ev məhz bu səviyyədə təmir edilmiş, ötən 6 il ərzində isə onun tərəfindən bu sahədə qismən və əsasən zərurətdən doğan, yəni yaşayışını təmin edən işlər görülmüşdür.

57. Məhkəmə kollegiyası İddiaçı ilə cavabdeh2 arasında ##.##.2023-cü il tarixdə Qarşılıqlı iddia üzrə cavabdeh bağlanmış barışıq sazişinin 3-cü bəndinin etibarsızlığı ilə bağlı qeyd edir ki, İddiaçı özü də orada göstərilən evin hazırda mübahisələndirilən ev olmadığını, mediasiyada ona mübahisəli evin sazişə daxil edilməsi üçün cavabdeh1 də mediasiyada iştirak etməli olduğunun izah edildiyini, lakin vaxt itkisinin olmaması üçün sazişdə özlərinin inşa etdikləri evi qeyd etdiklərini söyləyir. Halbuki, bu sazişin tezliklə bağlanmalı olmasının səbəbi aydın deyil, onun növbəti gün və ya bir neçə gün sonra bağlanmasını qeyri-mümkün edən hər hansı hal göstərilmir. cavabdeh1 onlarla qonşudur, bu baxımdan əlçatandır, onun da mediasiyada iştirakının təmin edilməsi üçün hər hansı maneənin olduğu müəyyən edilmir. Göstərilənlər vaxt itkisi ilə bağlı dəlilin əsassız olduğunu təsdiq edir. Digər tərəfdən İddiaçı bu evin pulunu hissə-hissə cavabdeh1 ödədiyini, üstündə də özlərinə məxsus yarımtikilini ona təhvil verdiyini (qarşılıqlı razılıq əsasında bu qaydada əvəzləşdirmə apardığını) və bu qaydada bu evə sahibləndiyini bildirdiyi bir halda, sazişə məhz həmin evin daxil edilməsi üçün cavabdeh1 dəvət edilməsinə olan zərurət aydın deyil.

58. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, tərəflər, yəni İddiaçı və cavabdeh2 barışıq sazişində əks olumuş 80 kv.m evin və həmin ünvanda yerləşən 15 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin tikintisi və təmirinin nikah dövründə ortaq vəsait hesabına aparıldığını qeyd etmişdilər. Halbuki, məhkəmə kollegiyası mübahisəli evin onların nikahından xeyli əvvəl, 15 kv.m qeyri-yaşayış sahəsinin isə artıq onlar nikahda olduqları dövrdə cavabdeh1 və Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən inşa edildiyini artıq müəyyən etmişdir. Belə olan, habelə cavabdeh2 15 kv.m sahənin onlar tərəfindən inşa edilmədiyini bildirdiyi, İddiaçı isə onlar (onun) tərəfindən inşa edilməsini sübuta yetirə bilmədiyi bir halda, sazişə məhz mübahisəli evin qarşısında yerləşən 15 kv.m sahənin daxil edilməsi qənaətinə gəlmək üçün hər hansı əsas qalmır. Bu şəxslər ümumiyyətlə həmin tikililərdən hər hansı birini həmin sazişə daxil edə bilməzdilər. Mübahisəli evlə bağlı cavabdeh1 iştirakını zəruri hesab etdiyi bir halda, mediatorun, həmin evin qarşısında yerləşən (evə bu sahədən keçərək daxil olmaq olur) 15 kv.m sahənin məhz saziş tərəflərinə məxsus olması qənaətinə gəlməsi qeyri-mümkündür.

59. Məhkəmə kollegiyası yuxarıda, xüsusilə də 57-58-ci bəndlərdə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, həmin sazişdə məhz İddiaçı ilə cavabdeh2 tərəfindən inşasına başlanmış və yarımtikili səviyyəsinə çatdırılmış tikililər əks olunmuşdur. Sazişdə göstərilən evin və digər tikilinin sahə etibarı ilə (80 kv.m və 15 kv.m) mübahisəli evin və onun qarşısında olan tikilinin sahəsi ilə eynilik təşkil etməsi də sazişə məhz mübahisəli tikililərin daxil edilməsini təsdiq etmir. Başqa sözlə, tərəflər sazişdə haqqı çatanları, yəni tərəflərindən inşa edilmiş yarımtikililəri göstərmişdilər. Sadəcə olaraq İddiaçı öz iddiasının əsaslı olmasını təsdiq etmək üçün hazırda bu mövqedən çıxış edir. Bu baxımdan sazişdə göstərilən tikililərin Qarşılıqlı iddia üzrə iddiaçı hər hansı aidiyyəti yoxdur, hüquqi nəticə etibarı ilə bu şəxs sazişin ona hər hansı aidiyyəti olmayan tikililərə dair payların müəyyən edilməsi ilə bağlı hissəsinin etibarsızlığını mübahisələndirir. Bu da onun bu tələbinin əsassız olduğunu (bu əsasla subyektiv hüquqa malik olmadığını) təsdiq edir. Başqa sözlə, onun iddiası üzrə sazişin həmin bəndi etibarsız hesab edilə bilməz. Bununla da hazırki tələbə kəsici və ya iddia müddətinin tətbiq edilməli olub-olmaması məsələsinə də hüquqi qiymət verilməsinə hər hansı zərurət qalmır. Lakin birinci instansiya məhkəməsi bu tələb üzrə fərqli mövqedən çıxış etmişdir. Bu da qətnamənin həmin hissədə ləğv edilməsini və iddianın həmin hissədə qeyd edilən əsasla rədd edilməsini şərtləndirir.

60. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi “mediasiyada bağlanmış barışıq sazişinin qismən etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı aid edilmədir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi “mediasiyada bağlanmış barışıq sazişinin qismən etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar