Məhkəmə qərarları › İş №2(3-6)-1378/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1378/2026

23.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1378/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilhm qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və X1 qarşı “maddi ziyanın ödənilməsi və mənzildə yaşamağa mane olan halların aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi və mənzildə yaşamağa mane olan halların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan əmlakına dəyən ziyana görə ümumilikdə 15000 manat maddi zərərin əvəzinin və iddia ərizəsinin verilməsinə görə 126 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, həmçinin cavabdehlərin üzərinə mənzillərin sanitar qovşağından divarın daxilində keçən kanalizasiya xəttinin təmir edilməsi öhdəliyinin qoyulması və mənzillərin hostel kimi (qeyri-yaşayış sahəsi kimi) istifadəsinin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının hazırda yaşadığı Bakı şəhəri, Səbail rayon, S.Vurğun küçəsində yerləşən, ev 1, ***/*** saylı mənzil onun xüsusi mülkiyyətindədir (çıxarışın surəti əlavə olunur). Özü yaşlı və Il qrup əlil olmaqla şəkər və yüksək təzyiq xəstəsidir. Ürəy çatışmazlığı və beyin işemiyası, bədəndə damarların quruması xəstəlikləri də vardır. Həmçinin Parkinson xəstəliyi ucbatından bütün bədəni əsir. Lakin üst qonşuları 4cü mərtəbədəki *** saylı mənzilin sahibi cavabdeh3, *** saylı mənzilin sahibi X2 və *** saylı mənzilin sahibi cavabdeh1 məsuliyyətsizliyi və etinasızlığı nəticəsində evində yaşaya bilmir və sağlamlığı təhlükə altındadır. Həmçinin onların təqsiri ucbatından evinə və əmlakına dəyən ziyanla bağlı küllü miqdarda maddi zərərə məruz qalmışdır. Belə ki, həmin mənzillərdən sanitar qovşağında divarın daxilindən keçən kanalizasiya xəttinin sıradan çıxması nəticəsində mütəmadi olaraq evinə çirkab sular axıdılır və otağın tavanının böyük hissəsi nəm vəziyyətdədir, hətta divarda böyük çatlar əmələ gəlmişdir. Mövcud halı təsdiq etmək üçün fotoşəkilləri ərizəyə əlavə edir. Üstəlik davamlı axan və dözülməz qoxu verən çirkab suları nəticəsində mənzilinin soyuducusu, stolüstü kompyüter, geyindiyi bütün paltarlar, yorğandöşək, ona və ailəsinə aid şəkillər, müqəddəs qədimi Qurani-Kərim kitabı axıdılan çirkab suların nəticəsində yararsız hala düşmüşdür. Mənzildəki iyrənc qoxudan heç evdə dayanmaq olmur. Qeyd edir ki, həmin 117, 120, *** saylı mənzillər hazırda icarəyə verilmiş və Hostel kimi fəaliyyət göstərir. Qeyd etdiyi maddi zərərlə bağlı həmin hosteldən gələn gecə yarısı yüksək səslər də onun kimi xəstə və yaşlı insanın sağlamlığına mənfi təsir göstərir. O, öz şəxsi mülkiyyətində sağlam və rahat yaşamaq hüququndan da istifadə edə bilmir. Dəfələrlə evinə axıdılan çirkab suların və gələn səslərin ucbatından əsəbdən infarkt və insult keçirtmə təhlükəsi altında qalmış, qonşuların və qohumların köməkliyi ilə sağ qalmışdır. Müraciəti əsasında Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi * saylı MKIS-nin mütəxəssisləri tərəfindən mənzilinə baxış keçirilmiş və sadaladığı hallar ##.##.2018-ci il, ##.##.2023-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli aktlarla təsdiq olunmuşdur. Həmin Aktlarda üst mənzillərin sahiblərinin ərizədə qeyd olunan cavabdeh3, X2, cavabdeh1 olduğu göstərilmiş və təsdiq olunmuşdur. Qeyd edir ki, sonuncu dəfə ##.##.2024-cü il tarixli müraciəti əsasında * saylı MKIS tərəfindən Səbail rayonu 39-cu Polis Bölməsinin sahə müvəkkili ilə birlikdə mənzilinə baxış keçirilmiş və tərtib edilən ##.##.2024-cü il tarixli akt Səbail rayonu 39- cu Polis Bölməsinin Runun imzası ilə də təsdiq olunmuşdur. Mövcud vəziyyətlə və dəyən maddi zərərlə bağlı ev sahiblərinə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır.Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin olunaraq, maddi zərərin əvəzi olaraq 14180 (on dörd min yüz səksən) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu kimi 126 (bir yüz iyirmi altı) manat pulun cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdehlərin üzərinə onlara məxsus Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən * saylı evin 117, 120 və *** saylı mənzillərin sanitar qovşağından divarın daxilində keçən kanalizasiya xəttinin (su axan hissələrdə) təmir edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd olunması, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X8, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi, “xxxx” MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manat pulun cavabdehlərdən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN**********; AZ43AIIB400800K9444095012102, Kapital Bank ASC, Mərkəzi filialı, 200026, VÖEN**********; Az37NABZ013501**********1944; S.W.İ.F.T. AIIBAZ2XXXX) köçürülməsi, dövlət rüsumunun kəsri olan 9 (doqquz) manat pulun iddiaçı İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdehlər qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehlərin məhkəmədə iştirak hüququnun təmin olunmaması, suyun axıdılmasına səbəb olan sahənin açarının iddiaçıda olması, cavabdehlərin həmin sahəyə yaxın buraxılmaması, şahid ifadəsi ilə də təsdiq olunduğu kimi iddiaçıya problemin aradan qaldırılması təklif olunsa da razılaşmaması, iddiaçının mənzilinə dəymiş zərərin səbəbinin və cavabdehlərin həmin zərərdə təqsirinin düzgün müəyyən olunmaması, əvvəllər həmin mənzildə yanğın hadisəsinin baş verməsi, ümumiyyətlə dəymiş zərərlə bağlı birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırmanın aparılmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Izahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun mənzili üstdə yerləşən hostel kimi istifadə olunan qonşu mənzillərdən axan sular nəticəsində yararsız vəziyyətə düşmüş, evdə tavan çökmüş və artıq yaşamağa uyğun olmadığından evi tərk etmiş, bütün əşyaları su içərisində qalmış, bu halla bağlı cavabdehlərə dəfələrlə məlumat vermiş, əvvəllər problemin aradan qaldırılacağını bildirsələr də, vədlərinə əməl etməmişlər. Eləcə də, cavabdehlərin apellyasiya şikayətində evin yanğın nəticəsində hazırkı vəziyyətə düşməsi qeyd olunsa da, bu tamamilə əsassızdır. Əvvəllər paltaryuyan maşında yaranmış nasazlıq nəticəsində tüstüləmə baş versə də, yanğın olmamışdır. Onnu mənzili məhz mütəmadi suyun axıdılması nəticəsində yararsız vəziyyətə düşmüş, bu hal işdə olan sübutlarda tam təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər (əvvəlki məhkəmə baxışı cavabdeh tərəfin vəsatətinə əsasən təxirə salınmış, lakin cavabdehlər hazırki məhkəmə iclasına da gəlməmiş, məhkəmə iclasının təkrarən təxirə salınması barədə vəsatət verilmiş, lakin bunun üzrlü səbəbləri barədə sübutlar təqdim olunmamışdır). Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehlərin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ilkin olaraq qeyd edilməlidir ki, tərəflərin qonşu olması, yəni iddiaçının ünvan 1 ünvanında yerləşən 104, *** saylı mənzilinin mülkiyyətçisi olması, cavabdehlərin isə iddiaçıya məxsus mənzilin bir mərtəbə üst mənzillərinin 117, 120 və *** saylı mənzillər) mülkiyyətçiləri olması işin mübahisə olunmayan hallarıdır (çıxarışlar, DƏDRX-nin məlumatları və s.). Eyni zamanda, işdə olan * saylı MKIS tərəfindən tərtib edilmiş ## #### 2018-ci il tarixli aktdan (akt * saylı MKIS-nin mühəndisi Rüstəm Əliyev, sahə bələdçiləri Çingiz Quliyev və Azər Osmanov, çilingəri Seyidhüseyn Bədəlov tərəfindən təsdiq olunmuşdur) görünür ki, Bakı şəhəri Səməd Vurğun küçəsi * saylı evin 4-cü mərtəbəsində yerləşən cavabdeh1 məxsus *** nömrəli mənzilin sanitar qovşağından həmin binanın 3-cü mərtəbəsində yerləşən İddiaçı Məqsud qızına məxsus ***/*** nömrəli mənzilə su axıntısı olmuş və nəticədə İddiaçı Məqsud qızına məxsus mənzilin tavanının bir hissəsi çökmüş, qəzalı vəziyyət yaranmışdır. Mənzildəki əşyalara ziyan dəymişdir. Işdə olan * saylı MKIS tərəfindən tərtib edilmiş ## ###### 2023-cü il tarixli aktdan (akt * saylı MKIS-nin mühəndisi Amal Babayev, sahə bələdçiləri Yaqub Əliyev və Rəşad Soltanov tərəfindən təsdiq olunmuşdur) görünür ki, Bakı şəhəri, Səməd Vurğun küçəsi * saylı evin ***/*** saylı mənzildə yaşayan İddiaçı Məshud qızı ##.##.2023-cü il tarixdə ərizə ilə MKIS-ə müraciət edərək bildirmişdir ki, onun yaşadığı mənzilinin üst 3-cü mərtəbəsində yerləşən *** saylı mənzildən (mənzil sahibi cavabdeh3), *** saylı mənzildən (mənzil sahibi cavabdeh2) və *** saylı mənzildən (mənzil sahibi cavabdeh1) güclü su axıntısı baş vermişdir. Tərəflərindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, ***/*** saylı mənzilin üst mərtəbəsində yerləşən *** saylı, *** saylı və *** saylı mənzillərdən sanitar qovşağında divarın daxilində keçən su borusunun sıradan çıxması nəticəsində, ***/*** saylı mənzilə çirkab su axıntısı baş vermişdir. Tərəflərindən *** saylı, 120 sayli və *** saylı mənzillərin suyu kəsilərək, su axıntısının qarşısı alınmışdır. Su axması nəticəsində ***/*** saylı mənzilin 1 (bir) otağın tavanının böyük hissəsinin nəm vəziyyətdə olması və tavanda çatlar əmələ gəlməsi müşahidə olunmuşdur. Bundan başqa mənzilin soyuducusu, stolüstü kompyuteri, geyindiyi bütün paltarları, yorğan - döşəyi, şəkilləri, qədimi Qurani-Kərim kitabı çirkab suyun nəticənidə yararsız vəziyyətə düşmüşdür. Bu hadisə ilə əlaqədar, ***/*** saylı mənzilin 1 (bir) otağına xeyli maddi zərər dəymişdir. Işdə olan * saylı MKIS tərəfindən tərtib edilmiş ## ####### 2024-cü il tarixli aktdan (akt * saylı MKIS-nin mühəndisi Amal Babayev, sahə bələdçiləri Fərasət Tomarov və Rəşad Soltanov tərəfindən təsdiq olunmuşdur) görünür ki, Bakı şəhəri, Səməd Vurğun küçəsi 1 saylt evin ***/*** saylı mənzildə yaşayan İddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə MKIS-ə müraciət edərək bildirmişdir ki, onun yaşadığı mənzilinin üst 3-cü mərtəbəsində yerləşən *** saylı mənzildən (mənzil sahibi cavabdeh3), *** saylı mənzildən (mənzil sahibi cavabdeh2), *** saylı mənzildən (mənzil sahibi cavabdeh1) çirkab suların axıntısı baş verib.Tərəflərindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, ***/*** saylı mənzilin üst mərtəbəsində yerləşən *** saylı *** saylı və *** saylı mənzillərdən sanitar qovşağında divarın daxilində keçən kanalizasiya xəttinin sıradan çıxması nəticəsində, tavanda, hal–hazırda nəmişlik davam edir. Mütamadi çirkab suyun axıdılması, mənzilə və mənzildə olan əşyalara ciddi ziyan dəymişdir. ***/*** saylı mənzildə çirkab suyun axıdılması ilə əlaqədar, ##.##.2018-ci ildə, ##.##.2023-cü ildə aktlar tərtib edilmişdir. Işdə olan * saylı MKIS və Səbail rayonu 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli aktdan (akt * saylı MKIS-nin mühəndisi Amal Babayev, sahə bələdçisi Fərasət Tomarov və Səbail rayonu 39-cu Polis Bölməsinin R Ildırım Şərifov tərəfindən təsdiq olunmuşdur) görünür ki, Bakı şəhəri, Səməd Vurğun küçəsi * saylı evin ***/*** saylı mənzildə yaşayan İddiaçı ##.##.2024-cü il tarixdə yenidən ərizə ilə MKIS-ə müraciət edərək onun yaşadığı mənzilinin üst 3-cü mərtəbəsində yerləşən hostel kimi fəaliyyət göstərən mənzildən ##.##.2024-cü il tarixində çirkab suyun axıntısı davam etdiyini bildirmişdir. Tərəflərindən mənzilə baxış keçirilmiş, baxış zamanı ***/*** saylı mənzildə çirkab suyun axıntısının davam etdiyi aşkar olunmuşdur. Çirkab suyun olması, onun rəngindən bəllidir. ***/*** saylı mənzilin otaqların tavanın nəm vəziyyətdə olması və çatlar əmələ gəlməsi müşahidə olunmuşdur. Bundan başqa mənzilin məişət avadınlaqları, paltarlar, yorğan döşək, ailə şəkilləri, müqəddəs qədimi Qurani-Kərim kitabı çirkab suyun nəticənidə yararsız vəziyyətə düşmüşdür. Mənzilə çirkab suyun nəticəsində dəymiş ziyanı, fotoşəkildə aydın görmək olar. Daha sonra *** saylı mənzildə (mənzil sahibi cavabdeh3), *** saylı mənzildə (mənzil sahibi cavabdeh2), *** saylı mənzildə (mənzilin sahibi cavabdeh1) hostel kimi fəaliyyət göstərdiyi mənzillərə baxış keçirilmidir. Təmir işləri ilə bağlı giriş qapısı açıq olsa da, hosteldə heç kəs olmamış və sahə müvəkkili tərəfindən telefon vasitəsi ilə məzilin icarədarına, çırkab suyun axıntısının qarşısını alınmasını tapşırılmışdır. Mənzilin icarədarı həmin problemi aradan qaldırılacağını bildirmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli *-**-**/*-**/***/**** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən * saylı evin ***/*** saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini nəzərə alaraq ***/*** saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 117, 120 və *** saylı mənzillərdən ibarət hosteldən suyun axıdılması müəyyən edilir. Görüləcək təmir işlərində istifadə olunacaq tikinti materiallarının həcminə dair cədvəl tərtib olunmuşdur və rəyin tədqiqat hissəsində göstərilmişdir. Işdə olan “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, mənzilə dəymiş ümumi maddi ziyanın məbləği 14180 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, cavabdehlərə məxsus 117, 120 və *** saylı mənzillərdən iddiaçıya məxsus mənzilə su axması halı baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinə maddi zərər vurulmuşdur. Bu səbəbdən də cavabdehlərin iddiaçının əmlakına vurulmuş maddi zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Birinci instansiya məhkəməsi maddi zərərin məbləğini müəyyən edərkən işdə olan sübutlara, həmçinin ekspertiza və mütəxəssis rəylərinə əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, yoxlanılan hissədə mübahisənin hüquqi həlli ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və III hissələrinə müvafiq olaraq hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Əsas Qanunun mənzil hüququnu müəyyən edən 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirə bilmələri ilə bağlıdır. Mülkiyyət, təhlükəsiz yaşamaq, mənzil toxunulmazlığı kimi digər konstitusion hüquqlarla sıx bağlı olan mənzil hüququnun reallaşdırıla bilməsi üçün şəxsin öz mənzilində dinc, təhlükəsiz və rahat yaşamaq imkanını təmin edən mühitin mövcudluğu mühüm əhəmiyyət daşıyır. Bu, şəxsin mənzildən təyinatına uyğun və maneəsiz istifadə etməsinin vacib şərtlərindən biri olmaqla, onun rifahının və normal yaşayış şəraitinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Konstitusiya ilə bəyan edilmiş mülkiyyət hüququnun həyata keçirilməsi qanunla müəyyən edilmiş məhdudiyyətlərlə şərtləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.5-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bir-birinə qarşılıqlı hörmət bəsləmək, yaşayış sahəsindən dinc və rahat istifadəyə maneə törədə biləcək hərəkətlərdən çəkinmək hər bir qonşu daşınmaz əmlak mülkiyyətçisinin vəzifəsi kimi çıxış edir. Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, … digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Ilkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırki işin hallarından isə qeyd edilən halların mövcudluğu müəyyən olunmuşdur. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, cavabdehlərə məxsus 117, 120 və *** saylı mənzillərdən uzun müddət ərzində təkrar xarakter daşıyan su və çirkab su axıntıları baş vermiş, bunun nəticəsində iddiaçıya məxsus ***/*** saylı mənzilin konstruktiv elementləri zədələnmiş, yaşayış sahəsi istifadəyə yararlılığını əhəmiyyətli dərəcədə itirmiş, maddi zərər dəymişdir. Iş materiallarında olan çoxsaylı aktlar, ekspertiza və mütəxəssis rəyləri, fotoşəkillər və digər sübutlar su sızmasının məhz cavabdehlərə məxsus mənzillərdən qaynaqlandığını, zərərin xarakteri ilə həmin hərəkətlər arasında birbaşa səbəbli əlaqənin mövcud olduğunu təsdiq edir. Cavabdeh tərəf suyun axıdılmasında təqsirinin dərəcəsinin düzgün müəyyən olunmamasını və s. bildirsə də, işdə olan sübutlarla su axıdılması və nəticədə iddiaçıya məxsus mənzilə zərər dəyməsi halları öz təsdiqni tapmışdır. Cavabdeh tərəf bu halı inkar etməsə də, formal mülahizərlərlə apellyasiya şikayəti vermişdir. Eyni zamanda, cavabdeh tərəf mənzildə daha əvvəl yanğının baş verməsini qeyd etsə də, bununa bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, eyni zamanda hazırki iddia tələbi ilə səbəbli əlaqəsini əsaslandıra bilməmişdir. Əksinə işdə olan çoxsaylı mötəbər sübutlarla (aktlar, ekspertiza və mütəxəssis rəyləri, fotoşəkillər və s.) iddiaçıya aid yaşayış sahəsinə cavabdehlərə məxsus mənzillərdən (hostel kimi istifadə olunan) su axıdılması nəticəsində mənzilin müvafiq tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu və həmin qüsürların məhs su sızmaya aid olduğu, bu səbəbdən mənzilin hazırkı yararsız vəziyyətə düşməsi müəyyən edilmişdir. Belə olan halda, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə mülki-hüquqi məsuliyyət daşımaları qanunauyğun hesab edilməlidir. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, işdə olan rəylərdən açıq aşkar görünür ki, susızma nəticəsində iddiaçıya məxsus yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 14180 manat müəyyən edilir. Cavabdeh tərəf apellyasiya şikayətində zərərin həcmini və qiymətini mübahisələndirsə də, bunun əksini sübut edə bilməmiş, həmçinin rəylərin əsassızlığı ilə bağlı dəlillərini əsaslandıra bilməmiş, mülahizələrini ümumi sözlərlə ifadə etmiş, ziyanın məbləğinin daha az olması ilə bağlı isə ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi qətnamə qeyd edilən hissədə əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Bununla yanaşı, birinci instansiya məhkəməsi cavabdehlərin üzərinə müvafiq sanitar xəttin təmir edilməsi öhdəliyi qoymaqda da haqlı olmuşdur. Belə ki, MM-in 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. MM-nin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mənzil Məcəlləsinin 9.2.2-ci maddəsinə əsasən mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması mənzil hüquqlarının müdafiə üsullarındandır. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərindən irəli gələn qonşuluq hüququnun mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak mülkiyyətçiləri öz hüquqlarını həyata keçirərkən qarşılıqlı hörmət prinsipi əsasında davranmalı, qonşunun əmlakına normal istifadəsini əhəmiyyətli dərəcədə çətinləşdirən və ya zərər vuran təsirlərdən çəkinməlidirlər. Bu vəzifə yalnız fəal hərəkətlərə deyil, eyni zamanda daşınmaz əmlakın texniki vəziyyətinin lazımi səviyyədə saxlanılmasına da şamil edilir. Mənzilin sanitar və kanalizasiya sisteminin saz vəziyyətdə saxlanılmaması nəticəsində davamlı su sızmasının baş verməsi qonşuluq hüququndan irəli gələn öhdəliklərin pozulması olmaqla yanaşı, Mülki Məcəllənin 152.6-cı maddəsinin mənasında mülkiyyət hüququndan başqasına zərər vuracaq şəkildə istifadə edilməsini ifadə edir. Bununla yanaşı, Mənzil Məcəlləsinin 9.2.2-ci maddəsinə əsasən pozulmuş mənzil hüquqlarının müdafiəsi yalnız dəymiş zərərin əvəzinin ödənilməsi ilə məhdudlaşmır, həm də hüquq pozuntusuna səbəb olan vəziyyətin aradan qaldırılmasını və əvvəlki vəziyyətin bərpasını əhatə edir. Hazırkı işdə su axıntısının epizodik deyil, illərlə davam edən və təkrar olunan xarakter daşıması müəyyən edildiyindən, yalnız pul kompensasiyasının tutulması iddiaçının hüquqlarının tam bərpasını təmin etmir. Bu səbəbdən cavabdehlərin üzərinə su və kanalizasiya xətlərindəki nasazlıqların aradan qaldırılması, müvafiq sanitar sisteminin təmir edilməsi öhdəliyinin qoyulması pozulmuş hüququn real bərpasına yönəlmiş, qanunun məqsədinə uyğun müdafiə vasitəsidir. Cavabdeh tərəfin şikayətinin növbəti dəlili işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər məhkəmə prosesindən məlumatlı olmamalarıdır. Lakin, iş materiallarından cavabdeh tərəfin birinci instansiya məhkəməsində işə baxılması barədə məlumatlandırılmaması ilə bağlı dəlilləri təsdiq olunmur. Belə ki, işdən görünür ki, cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə məhkəmə bildirişləri göndərilmiş, hətta cavabdehlərdən cavabdeh2 vəkil Vəkil ilə hüquqi yardım müqaviləsi bağlamış, həmin vəkil iki məhkəmə iclasında iştirak edərək cavabdehin mənafeyini müdafiə etmiş, cavabdeh tərəfdən şahid dindirilmişdir. Bu hallar cavabdehlərin işin məhkəmə icraatında olmasından və məhkəmə baxışlarının keçirilməsindən məlumatlı olduqlarını birmənalı təsdiq edir. Buna baxmayaraq, sonradan məhkəmə prosesindən xəbərsiz olmaları barədə irəli sürdükləri arqumentlər iş materialları ilə ziddiyyət təşkil edir və prosessual davranışın vicdanlı həyata keçirilməsi prinsipi ilə uzlaşmır. Kollegiya eyni zamanda nəzərə alır ki, cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsində də analoji davranış nümayiş etdirmiş, məhkəmə iclaslarının vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmiş, yalnız baxışın təxirə salınmasına yönəlmiş formal vəsatətlər təqdim etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin əsas prinsiplərinə görə proses iştirakçıları onlara məxsus prosessual hüquqlardan vicdanla istifadə etməli, məhkəmə araşdırmasının operativ və səmərəli həyata keçirilməsinə mane olmamalıdırlar. Bu baxımdan, məhkəmə baxışında iştirakdan qəsdən yayınmaq, işin baxılmasının əsassız olaraq uzadılmasına yönəlmiş formal vəsatətlər vermək və sonradan həmin davranışı prosessual pozuntu kimi təqdim etməyə çalışmaq prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə davranış nə milli prosessual qanunvericiliyin məqsədləri, nə də ədalətli məhkəmə araşdırmasını təmin edən prinsiplərlə uzlaşır (Avropa Insan Hüquqları Məhkəməsi dəfələrlə vurğulamışdır ki, məhkəmə araşdırmasının iştirakçıları öz hüquqlarından istifadə edərkən lazımi diqqət və səylə hərəkət etməli, onlara məlum olan məhkəmə icraatını izləməli və prosesin əsassız uzadılmasına səbəb olan davranışlardan çəkinməlidirlər) Bu səbəbdən, cavabdehlərin öz passiv davranışlarının nəticələrini sonradan məhkəmənin prosessual pozuntusu kimi qiymətləndirməyə çalışmaları əsaslı hesab edilə bilməz. Beləliklə, cavabdehlər apellyasiya şikayətində nə zərərin mənbəyini, nə də onun məbləğini təkzib edən mötəbər və yol verilən sübut təqdim edə bilmiş, ekspert və mütəxəssis rəylərinin elmi və metodiki cəhətdən əsassız olmasını da sübut etməmişlər. Əksinə, işdə toplanmış sübutlar zərərin məhz cavabdehlərə məxsus hostel kimi istifadə olunan mənzillərdən qaynaqlandığını, təmir-bərpa işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq müəyyən edildiyini və mövcud qüsurların yalnız su sızmasının nəticəsi olduğunu ardıcıl şəkildə təsdiq edir. Belə şəraitdə həm dəymiş maddi zərərin cavabdehlərdən tutulması, həm də gələcəkdə hüquq pozuntusunun davam etməsinin qarşısını almaq məqsədilə su və kanalizasiya xətlərinin təmir edilməsinin onların üzərinə vəzifə kimi qoyulması qanunvericiliyin tələblərinə, qonşuluq hüququnun mahiyyətinə və pozulmuş hüquqların tam bərpası prinsipinə uyğun hesab edilməlidir. Məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və X1 qarşı “maddi ziyanın ödənilməsi və mənzildə yaşamağa mane olan halların aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar