Məhkəmə qərarları › İş №2(3-6)-1388/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1388/2026

28.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1388/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı Bayramov İlqar Rəşid oğlu cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bayramov İlqar Rəşid oğlu cavabdeh Cavabdeh qarşı “31500 manat borc pulun və 3500 manat mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 31.500 manat pul, 3500 manat mənəvi zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Bayramov İlqar Rəşid oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ####### 2025ci tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı Bayramov İlqar Rəşid oğlu birinci dəfə ## ###### 2025-ci il tarixdə, ikinci dəfə ## ###### 2025-ci il tarixdə, üçüncü dəfə ## ###### 2026-cı il tarixdə, dördüncü dəfə ## ###### 2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci tarixli, ## ###### 2025-ci tarixli, ## ###### 2026-cı il tarixli və 30 tarixli 2026-cı il qərardadları ilə iddiaçının şikayətləri geri qaytarılmışdır. Daha sonra, iddiaçı Bayramov İlqar Rəşid oğlu ## ###### 2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Bayramov İlqar Rəşid oğlu ## ###### 2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş və ərizə verərək, şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət daxilində, yəni ##.##.2025-ci il tarixində (Elektron bildiriş №**********) ilkin şikayətini təqdim etmişdir. Lakin aşağıdakı obyektiv səbəblərdən şikayətin baxılması üçün apellyasiya instansiyasına göndərilməsi mümkün olmamış və müddəti Hakim ötürülmüş kimi qiymətləndirmişdir. Məhkəmənin ardıcıl qərardadları: Məhkəmə tərəfindən şikayət ##.##.2025, ##.##.2025, ##.##.2026, ##.##.2026 və son olaraq ##.##.2026-cı il tarixli qərardadlarla, əsasən texniki və prosessual səbəblər göstərərək (rüsum, forma, vaxt ötürülməsi, imza tələbi və s.) dəfələrlə geri qaytarılmışdır. İradəmdən kənar səbəblər. Hər dəfə məhkəmənin göstərdiyi nöqsanlar tərəfimdən dərhal aradan qaldırılsa da, qərardadların yenidən geri qaytarılması prosesi apellyasiya müddətinin faktiki olaraq bu günə qədər uzadılmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi, qətnamədən ## ###### 2026-cı il tarixdə verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh verdiyi şikayət məhkəmənin ## #### 2026cı il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehə izah olunmayıb ki, cavabdehin hüquqi təhsili olmadığı üçün "etiraz etmirəm" ifadəsini işin mahiyyətinə təsir etməyən texniki bir prosedur kimi başa düşmüşdür. Beləliklə, cavabdehin razılığı yanılma (iradənin qüsuru) nəticəsində verilmişdir. Məhkəmə iclası zamanı cavabdehin qarşı tərəfin müddətin bərpası barədə vəsatəti ilə tanış olmağı, hüquqi yardım almağı və vəsatətə qarşı əsaslandırılmış mövqe hazırlamağı üçün ona heç bir vaxt verilməmişdir. Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinə görə, məhkəmə tərəflərin bərabərliyini və çəkişmə prinsipini təmin etməli idi. Lakin vəsatət dərhal, yerindəcə müzakirəyə çıxarılmış və cavabdeh hüquqi məsləhət almaq imkanından məhrum edilmişdir. Bu isə onun ədalətli məhkəmə araşdırması hüququnun birbaşa pozulmasıdır. Qarşı tərəf müddəti ötürmək üçün heç bir ciddi sübut (xəstəlik, qarşısıalınmaz qüvvə və s.) təqdim etməmişdir. Tərəfin sadəcə "etiraz etməməsi" qanunla müəyyən olunmuş imperativ müddətlərin bərpası üçün mütləq əsas deyil. Uzun müddət ərzində şikayət verməmək hüquqdan düzgün istifadə edilməməsi iddiaçının öz problem olmuşdur. İstəsəydi peşəkar hüquqi yardım alardı. İş üzrə məhkəmə qərarı çıxarıldıqdan sonra apellyasiya müddətinin bitməsi cavabdehdə hüquqi müəyyənlik inamı yaratmışdır. Məhkəmə qərarı çıxandan 4 ay keçdiyi üçün cavabdeh tam əmin idi ki, məsələ bitib. İndi bu müddətin bərpası cavabdehin qanuni maraqlarını və hüquqi müəyyənlik inamını kobud şəkildə pozur. Müddətin əsassız bərpası məhkəmə prosesinin süni şəkildə uzadılmasına və qarşı tərəfin öz hüquqlarından sui-istifadə etməsinə şərait yaradır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya iddiaçının dəlillərini əsaslı hesab edir. Belə ki, ## ###### 2025-ci il tarixdə apellyasiya şikayətini nəzərdə tutulmuş müddət daxilində vermiş, şikayət məhkəmə tərəfindən geri qaytarılmışdır. Bu prosedur bir neçə dəfə təkrarlanmışdır. Sonda natamlıqlar aradan qaldırılmış və iddiaç yenidən apellyasiya şikayəti və hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəldiyindən Kollegiya hesab edir ki, müddət bərpa etməkdə məhkəmə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Məhkəmə haqlı olaraq müddətinin buraxılmasının səbəblərini üzrlü hesab edərək, apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərardadı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar