Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-143/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(3-6)-143/2026 (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndələri X3 və X2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7021/2025 nömrəli 06 noyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə imzalanmış 394-ABC0191-23 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə illik 28 faizlə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.
2. Ödəniş planına əsasən kredit razılaşması üzrə Cavabdeh tərəfindən aylıq ödənilməli məbləğ 274 (sonuncu ay üzrə 289,16 manat) manat təşkil edir.
3. 04.03.2023 – xx.xx.2024-ci il tarix aralığını əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 90 manat, xx.xx.2024-cü il tarixdə 300 manat məbləğində ödəniş edilmişdir.
4. BOKT "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit razılaşması üzrə əsas borcu 3251,23 manat, faiz borcu 1278,99 manat, cərimə borcu 487,68 manat olmaqla, cəmi borcu 5017,90 manat təşkil edir.
5. 04.03.2023 – xx.xx.2025-ci il tarix aralığını əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 90 manat məbləğində ödəniş edilmişdir.
6. BOKT "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit razılaşması üzrə əsas borcu 3251,23 manat, faiz borcu 1278,99 manat, cərimə borcu 397,68 manat olmaqla, cəmi borcu 4927,90 manat təşkil edir.
7. İddiaçı BOKT "xxxx" QSC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixinə 3251,23 manat əsas, 836,47 manat faiz, 453,39 manat cərimə borcu olmaqla, cəmi 4541,09 manat borcu yarandığı bildirilmiş, banka olan bütün borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Bildiriş Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3251,23 manat əsas borc, 1278,99 manat faiz borcu, 487,68 manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 70,58 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 5088,48 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3251,23 manat əsas borc, 1278,99 manat faiz borcu, 397,68 manat cərimə borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70,58 manat dövlət rüsumu olmaqla ümumilikdə 4998,48 manat məbləğində pulun tutularaq iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti 5000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin 3.1.1-ci bəndinə əsasən “borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Halhazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə əsas borcu 3251.23 manat, faiz borcu 1278.99 manat, cərimə borcu 487.68 manat olmaqla, ümumi borcu 5017.90 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2025-ci il tarixli 2(011)-7021/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Nağıyev) iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixli 394- ABC-0191-23 nömrəli kredit razılaşmasına əsasən 3251,23 manat əsas borc, 656,47 manat faiz borcu, 100 manat cərimə borcu və 60,07 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4067,77 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçı istehlak məqsədilə veridiyi borc pulu, aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə verməklə (onun mülkiyyətinə keçirməklə) özünün müqavilə ilə müəyyən edilmiş öhdəliyini icra etmişdir. Lakin cavabedeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəliyini pozmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərmişdir. Həmin bildiriş xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən qəbul edildiyindən, müqavilə xx.xx.2025-ci il tarixində birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Bundan sonra iddiaçının yalnız həmin tarixədək yaranmış olan öhdəliklərin icrasını cavabdehdən tələb etmək hüququ tanınmalıdır.
14. xx.xx.2025-ci il tarixli bildirişdə məhkəməyə müraciət edilən tarixədək faizlərin hesablanacağı cavabdehə bildirilsə də, bununla bağlı məhkəmə qeyd etmişdir ki, xx.xx.2025- ci il tarixdə iradə ifadəsinin bildirilməsi ilə artıq müqavilə ləğv edildiyindən, həmin tarixdən sonrakı dövr üçün iddiaçının müqavilə üzrə faiz hesablamaq hüququ olmamışdır.
15. Müxtəlif dövrləri əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixində müqavilə ləğv edildikdən sonra iddiaçı tərəfindən iddia ərizəsi ilə həm məhkəməyə müraciət edilənədək, həm də müraciət edildikdən sonra Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. Belə ki, hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində edilmiş 300 manat məbləğində ödənişdən 180 manat məbləği faiz borcuna, 120 manat məbləği isə cərimə borcuna çıxılmışdır. xx.xx.2025-ci il tarixində də 90 manat məbləğində ödəniş edilmiş, həmin məbləğ cərimə borcuna çıxılmışdır. Bununla bağlı məhkəmə qeyd eetmişdir ki, müqavilənin ləğvindən sonra edilmiş bu ödənişlər müqavilənin ləğvi tarixinə olan borcdan çıxılmalıdır.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixindən sonra edilmiş ümumilikdə 390 manat ödənişdən faiz borcuna silinmiş 180 manat məbləğində pul müqavilənin ləğvi tarixinə olan 836,47 manat faiz borcundan çıxılmalıdır. Belə olan təqdirdə cavabdehin iddiaçıya mövcud olan faiz borcunun məbləği 656,47 manat (836,47 manat (faiz borc) – 180 (faizə silinmiş ödəniş) = 656,47) təşkil edəcəkdir.
17. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində də 90 manat ödəniş edilsə də, həmin ödəniş müqavilənin ləğv edilməsinədək edildiyindən, yuxarıda göstərilən qayda həmin ödənişə şamil edilməməlidir.
18. Məhkəmə hesab etmişdir ki, həm əsas borc və cərimə borcunun nisbəti, həm də cavabdehin ödənişlərin cəriməyə silinmiş məbləğlər nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu ağlabatan həddə azaldılaraq xx.xx.2023cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit razılaşması üzrə 100 manat məbləğində müəyyən edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1, 385.1, 421.2, 423.1, 442, 443.1, 462.1, 467, 739.1, 739.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə göndərilən Xəbərdarlıq BOKT "xxxx" QSC-nin müqavilənin ləğv edilməsinə dair iradə ifadəsi hesab edilsə belə məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi anlayışı düzgün tövsif edilməyərək faiz borcun məbləği əsassız olaraq azaldılmışır. İş materiallarına əlavə edilən Kredit Müqaviləsindən də göründüyü kimi, tərəflər arasında müqavilə bağlandığı andan “Borcalana” verilən kredit məbləği və həmin məbləğə münasibətdə aylıq ödənişlər üzrə ödəniləcək əsas və faiz məbləğləri razılaşdırılmaqla müqavilədə ayrıca cədvəl formasında əks etdirilmişdir. Yəni Kredit müqavilə bağlandığı andan (Borcalana kredit məbləği verildiyi andan) cavabdehin verilən kredit məbləğini (əsas borcu) və ona münasibətdə hesablanmış faizləri ödəmək öhdəliyi yaranır. QSC cavabdehə göndərilən Xəbərdarlıqda müqavilənin ləğvedilməsinə dair iradə ifadəsi bildirmədən həmin tarixə olan əsas, faiz və cərimə borcunun ödənilməsi tələbini bildirmişdir. Xəbərdarlıqda qeyd edilən müddət ərzində cavabdeh tərəfindən borcun ödənilməsinə dair hər hansı təşəbbüs olmaması səbəbindən BOKT "xxxx" QSC tərəfindən tərtib edilən maliyyə arayışına əsaslanmaqla müqavilə üzrə ödənilməmiş bütün əsas, faiz borc məbləğlərinin və gecikdirilmiş günlərə münasibətdə cərimə borcunun vaxtından əvvəl cavabdehdən tutularaq ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 28.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
34. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiya).
35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiya).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir.
44. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmiş, lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin şərtlərinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır.
46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının xx.xx.2025-ci il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərməsi nəticəsinə gəlmişdir. Həmin bildiriş xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən qəbul edildiyindən, müqavilə xx.xx.2025-ci il tarixində birtərəfli qaydada ləğv edilmiş hesab edilir.
47. Bildirişdə cavabdehin xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə 3251,23 manat əsas, 836,47 manat faiz borcu və 453,39 manat cərimə borcu olduğu qeyd edilmişdir.
48. Hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli bildirişlə müqaviləyə xitam verildikdən sonra cavabdeh tərəfindən cəmi bir dəfə xx.xx.2025-ci il tarixdə 90 manat ödəniş edilmişdir ki, həmin vəsait də cərimə borcuna silinmişdir.
49. Lakin birinci isntansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə aralımşı 300 manat ödənişin tarixini səhv salaraq, ödəniş tarixini xx.xx.2025-ci il kimi qeyd etmiş və həmin ödənişin 180 manatını xx.xx.2025-ci il tarixə olan 836,47 manat faiz borcundan çıxmışdır.
50. Bundan başqa, məhkəmə xx.xx.2024-cü il tarixdə aparılmış 90 manat ödənişin tarixini də səhv salaraq, xx.xx.2025-ci il tarixdə aparılmış ödəniş kimi qeyd etməklə, həmin ödənişin müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildikdən əvvəl apaprılması əsası ilə yuxarıda göstərilən qaydanı bu ödənişə şamil etməmişdir.
51. Lakin işdə olan hesabdan çıxarışdan görünür ki, müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verildikdən sonra cavabdeh tərəfindən cəmi bir dəfə xx.xx.2025-ci il tarixində 90 manat ödəniş edilmişdir.
52. Kollegiya hesab edir ki, müqaviləyə xitam verildikdən sonra aparılmış ödənişin cərimə borcuna silinməsi yolverilməzdir və həmin 90 manat da faiz borcuna aid edilməlidir. Belə olan təqdirdə isə cavabdehdən tutulmalı olan faiz borcu 746,47 (836,47 - 90) manat müəyyən olunmalıdır.
53. Beləliklə Kollegiya hesab edir ki, qətnamə faiz borcuna aid hissədə dəyişdirilməli, müqaviləyə xitam verildiyi vaxt mövcud olmuş faiz borcu, yəni 746,47 manat tutulmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7021/2025 nömrəli iş üzrə 06 noyabr 2025-ci il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilərək, faiz borcu 746,47 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.