Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1439/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı9, iddiaçı8 və iddiaçı6 cavabdeh Cavabdeh MMMC-nə qarşı işi üzrə Açar sözlər: (“liftlərə tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, liftlərdə quraşdırılmış üz tanıma cihazlarının demontaj edilərək çıxarılması, iddiaçıların liftlərdən maneəsiz istifadələrinin təmin edilməsi”) hakimlər X12 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , iddiaçılar iddiaçı6, iddiaçı8 nümayəndəsi X5 , cavabdeh Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, iddiaçılar iddiaçı9, iddiaçı8 və iddiaçı6 cavabdeh Cavabdeh MMMC-nə qarşı "liftlərə tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, liftlərdə quraşdırılmış üz tanıma cihazlarının demontaj edilərək çıxarılması, iddiaçıların liftlərdən maneəsiz istifadələrinin təmin edilməsi”" tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçılar iddiaçı9, iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı8, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh MMMC-nə qarşı “liftlərə tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, liftlərdə quraşdırılmış üz tanıma cihazlarının demontaj edilərək çıxarılması, iddiaçıların liftlərdən maneəsiz istifadələrinin təmin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar Məmməd zadə Mikayıl Arif oğlunun, iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı8, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 yaşadıqları Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən * saylı binanın liftlərinə cavabdeh tərəfindən tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, liftlərdə quraşdırılmış üztanıma (face-control) cihazının demontaj edilərək çıxarılması və iddiaçıların liftlərdən sərbəst istifadə etmələri üçün şəraitin yaradılması öhdəliyinin cavabdeh Cavabdeh MMMC-nin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən * saylı binada mənzil mülkiyyətçiləridirlər. Binaya cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (VÖEN: **********) tərəfindən xidmət göstərilir. Binada yaşayan bəzi sakinlər, o cümlədən də iddiaçılar, göstərilən xidmətin keyfiyyətindən və tələb edilən xidmət haqqının əsassız yüksəkliyindən narazıdırlar və buna görə də ödənişləri haqlı olaraq dayandırıblar. Iddiaçıları ödəniş etməyə məcbur etmək məqsədi ilə cavabdeh tərəfindən məhkəməyə müraciət edilmir, bunun əvəzinə qeyri-qanuni və sakinlərin hüquqlarını məhdudlaşdıran addımlar atılır. Cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (VÖEN: **********) tərəfindən üztanıyıcı qurğu (face control) montaj edilərək liftlərdən istifadə məhdudlaşdırılmışdır. Cavabdeh bu hərəkətini təhlükəsizlik məqsədləri ilə əsaslandırmağa çalışmış, lakin MMMC-nin ümumi yığıncağında belə bir məsələ qaldırılmamış və bu məhdudiyyətin tədbiqi ilə bağlı sakinlərin fikri öyrənilməmişdir. Belə ki, mənzil mülkiyyətçiləri və onların ailə üzvləri məcbur edilir ki, bir-bir foto-qeydiyyatdan keçsinlər, bundan sonra liftlərdə montaj edilmiş qurğular onların üzlərini tanısın. Xidmət haqqı borcu olan sakinlər borcunu ödəyənə qədər qeydiyyatdan keçə bilmir, bu mümkün olduqda isə qısa müddətdən sonra onların liftdən istifadəsi dayandırılır. Bu səbəbdən də bir sıra sakinlər, o cümlədən iddiaçılar, şifahi və pretenziya məktubu ilə cavabdehə müraciət etmişlər. Müraciətlərdən fayda olmadığına görə iddiaçılar birləşərək məhkəməyə müraciət edirlər. Iddiaçıların tələbləri ondan ibarətdir ki, liftlərdə quraşdırılmış üztanıyıcı qurğular demontaj edilərək xaric edilməlidir. Hazırki vaxtda iddiaçılar öz birgə mülkiyyəti hesab olunan liftlərdən sərbəst şəkildə istifadə etmək istəyirlər.
2. Daha sonra iddiaçı iddiaçı9 nümayəndəsi və vəkili vəkil2 məhkəməyə iddia tələbinin həcminin iddiaçı9 aid hissədə artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən * saylı binanın liftlərinə cavabdeh tərəfindən tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, liftlərdə quraşdırılmış üztanıma (face control) cihazının demontaj edilərək çıxarılması və iddiaçıların liftlərdən sərbəst istifadə etmələri üçün şəraitin yaradılması öhdəliyinin cavabdeh Cavabdeh MMMC-nin üzərinə qoyulması və hüquqi yardıma görə 2400 manat pul məbləğinin Cavabdeh MMMC-dən tutularaq iddiaçı iddiaçı9 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçılar iddiaçı7, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh MMMC-nə qarşı “liftlərə tətbiq edilmiş məhdudiyyərin ləğv edilməsi, liftlərdə quraşdırılmış üz tanıma cihazlarının demontaj edilərək çıxarılması, iddiaçıların liftlərdən maneəsiz istifadələrinin təmin edilməsi” barədə iddia ərizələrinin baxılmamış saxlanılması qərara alınmışdır.
4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən * saylı binanın liftlərində cavabdeh Cavabdeh MMMC tərəfindən quraşdırılmış üz tanıma sisteminin tətbiqinin ləğv edilməsi və iddiaçıların liftlərdən maneəsiz istifadə etmək imkanları cavabdeh tərəfindən təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh MMMC-dən tutularaq iddiaçı iddiaçı9 ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.2, 36.1, 43.1, 43.2, 44.6, 45.1-45.6, 125.2, 126.8, 141.2, 141.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, xxxx” MMMC-nin Idarə Heyətinin sədri R.Qasımov tərəfindən ##.##.2025-ci il tarixdə lift xidmətlərinə dair müqavilə bağlanılaraq, Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən * saylı binanın liftlərində üz tanıma sistemləri quraşdırılmışdır. Həmçinin işin mübahisəsiz halıdır ki, bu sistemin tətbiqi təhlükəsizliyin təmin edilməsi məqsədilərinə xidmət etməklə yanaşı, mülkiyyətçilərin liftdən istifadələrini məhdudlaşdırmaqla, onların liftlə mənzillərinə sərbəst girişçıxışını da məhdudlaşdıra bilir. Bununla da, qeyd edilən sistemlərin tətbiqi vasitəsilə mülkiyyətçilərin lift vasitəsilə mənzillərinə daxil olmaq hüquqları məhdudlaşdırıla bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, bu sistemlərin tətbiqi ##.##.2025-ci il tarixdən cavabdeh təşkilatın Idarə Heyəti tərəfindən təmin edilmişdir. Işin mübahisəsiz halıdır ki, bu qurğular istismara hazır vəziyyətdə olsalar da, hazırda faktiki istifadə olunmurlar. Iddiaya münasibətdə cavabdeh təşkilatın dəlilləri ondan ibarət olmuşdur ki, ##.##.2026-cı il tarixdə qiyabi səsvermə yolu ilə Cavabdeh MMMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncaqda digər tədbirlərlə yanaşı xxxx” MMMC-nin idarə heyəti seçilmiş, binanın saxlanması üçün müəyyən edilmiş aylıq xərcləri ödəməyən sakinlərin liftlərdən istifadəsinə məhdudiyyətin tətbiq edilməsi, binanın əsas girişində və hər 3 blokun giriş hissəsində üztanıma sisteminin quraşdırılması məsələləri üzrə mənzil mülkiyyətçilərin səs çoxluğu ilə müsbət qərar qəbul edilmişdir. Keçirilmiş səsvermənin qanunauyğunluğu hazırki iddia predmetinin əsasını təşkil etmədiyindən, məhkəmə həmin səsvermənin keçirilməsi proseduruna hüquqi qiymət vermir. Məhkəmə tərəfindən iddiaçıların mülkiyyətçi olaraq binanın ümumi mülkiyyətdə olan sahələrindən, o cümlədən liftlərdən istifadə olunması ilə bağlı hüquqlarının, o cümlədən onların mülkiyyətlərində olan mənzillərinə sərbəst şəkildə daxil olmaq hüquqlarının pozulubpozulmaması hallarına hüquqi qiymət verilərək, iddiaçıların mülkiyyət hüquqlarına qanunsuz müdaxilənin olub-olmaması yoxlanılır. Belə ki, işin mübahisəsiz halıdır ki, liftlərin yerləşdiyi sahələr bina mülkiyyətçilərinin ümumi mülkiyyətində olmaqla, həmin sahələrdən sərbəst istifadə etmək hüququ hər bir mülkiyyətçiyə məxsusdur və hüquq sahiblərinin razılığı olmadığı halda, bu hüquqa törədilən maneələr qanunsuzdur. Eyni ilə mənzil mülkiyyətçiləri öz mənzillərindən istədikləri kimi istifadə etmək hüquqlarına malik olduqlarından, buna dair qanunla nəzərdə tutulmuş əsaslar olmadan onların liftlərdən istifədələrinin məhdudlaşdırılması sonuncuların mənzilə sərbəst giriş-çıxışlarına maneələr törətməklə, nəticədə mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnəcəkdir. Yuxarıda sadalanmış normaların təhlilindən görünür ki, mənzil mülkiyyətçilərinin ümumi yığıncağı geniş səlahiyyətlərə malik olmaqla, özünün idarəetmə üsulunun mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti formasında təşkil olunmasına dair qərar verə bilər. Bu işdən görünür ki, 2021-ci ildə binanın mənzil mülkiyyətçilərinin yığıncağı tərəfindən binanın Cavabdeh MMMC tərəfindən idarə olunması qərara alınmışdır. Həmçinin, yuxarıda sadalanmış normaların təhlilindən görünür ki, səlahiyyətlərin həcmi baxımından sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvlərinin ümumi yığıncağı ilə müqayisədə daha geniş səlahiyyətlərə malikdir. Belə ki, Mənzil Məcəlləsinin 126.8-ci maddəsində qeyd edilmişdir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı ilə bağlı hər hansı bir qərarı ilə cəmiyyətin iştirakçısı olmayan və özünün mülkiyyət hüquqlarının pozulmasını güman edən həmin binanın sahə mülkiyyətçisi razı olmadıqda belə qərar tətbiq edilmir. Bu halda həmin məsələlərlə bağlı qərar bu Məcəllənin 43-47-ci maddələrinə müvafiq olaraq keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən qəbul olunmalıdır. Hazırki işin mübahisəsiz halıdır ki, gündəliyin digər məsələləri ilə yanaşı liftlərdə üz tanınma sisteminin tətbiqi barədə gündəliyin 4-cü məsələsi üzrə ##.##.2026-cı il tarixdə keçirilmiş qiyabi səsvermədə müsbət qərar qəbul edilmişdir və bu sistemin tətbiqi MMMC-nin üzvlərinin səs çoxluğu ilə qərara alınmışdır. Cavabdehin izahatı ilə təsdiq olunan işin növbəti mübahisəsiz halı ondan ibarətdir ki, sahə mülkiyyətçilərindən: iddiaçı1, iddiaçı7, iddiaçı5 (bu iş üzrə iddia vermiş, iddiaları məhkəmə iclaslarında iştirak etmədiklərinə görə baxılmamış saxlanılmış şəxslər) bu sistemin tətbiqinin əleyhinə səs vermişlər. Bu şəxslərin Cavabdeh MMMC-nin iştirakçılarının siyahısına daxil olması iş materialları ilə öz təsdiqini tapmır. Eyni ilə iddianı müdafiə etmiş iddiaçılar iddiaçı9, iddiaçı8, iddiaçı6 sahə mülkiyyətçiləri olaraq bu sistemin tətbiqinin əleyhinə olmaqları işin mübahisəsiz halıdır. Həmin şəxslərin də Cavabdeh MMMC-nin iştirakçılarının siyahısına daxil olması iş materialları ilə öz təsdiqini tapmır. Bundan əlavə iddiaları məhkəmə iclaslarında iştirak etmədiklərinə görə baxılmamış saxlanılmış iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 da yeni sistemin tətbiqinin əleyhinə olmaqları işin mübahisəsiz halıdır. Onların da Cavabdeh MMMCnin iştirakçılarının siyahısına daxil olması iş materialları ilə öz təsdiqini tapmır. Bununla da, Cavabdeh MMMC-nin iştirakçısı olmayan ən azı 1 nəfər sahə liftlərdə mübahisələndirilən cihazlar tətbiq edilə bilməzdi. Bununla da keçirilmiş yığıncağın legitimliyinə dair hüquqi əsasları yoxlamadan məhkəmə qeyd edir ki, qeyd olunan yığıncağın qərarı mötəbər olduğu halda belə, MMMC-nin iştirakçısı olmayan sahə mülkiyyətçilərin ən azı birinin narazılığı üz tanınma sistemlərinin tətbiqi ilə bağlı həmin qərarın icrasını istisna edir. Eyni zamanda, qanunvericilik bu kimi hallarda qeyd olunan məsələ ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsini istisna etmir. Işin hallarından görünür ki, ##.##.2026-cı il tarixli yığıncağın gündəliyində olan məsələlərlə bağlı MMMC-nin bir və ya birdən çox sahə mülkiyyətçilərinin etirazı əsası ilə sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilməmişdir. Məhkəmə iddiaçıların mübahisəli binada sahə mülkiyyətçiləri olduqlarını, həmçinin sonuncuların binanın ümumi mülkiyyətində olan sahələrə (o cümlədən liftlərə) də ümumi mülkiyyət hüququ əsasında sahib olduqlarını və öz mənzillərindən sərbəst istifadə etmək üçün liftlərdən istifadənin zəruri olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən * saylı binanın liftlərində cavabdeh Cavabdeh MMMC tərəfindən quraşdırılmış üz tanıma sisteminin tətbiqi ləğv edilməli, iddiaçıların liftlərdən maneəsiz istifadə etmək imkanları cavabdeh tərəfindən təmin edilməlidir. Liftlərdə quraşdırılmış üztanıma (face-control) cihazının demontaj edilərək çıxarılması barədə iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülkiyyətçilərin razılığı olduqda, liftlər ümumi əmlak olduğu kimi, həmin liftlərdə quraşdırılmış cihazlar da ümumi əmlaka aiddir. Belə olduğu halda, mülkiyyəçi olaraq öz mülkiyyətindən maneəsiz istifadənin təmin edilməsini tələb edən iddiaçıların hüquqları gözlənildiyi kimi, ümumi mülkiyyətə (liftlərə və liftlərdə quraşdırılan əmlaka) birgə sahib olan digər sahə mülkiyyətçilərinin də hüquqları gözlənilməlidir. Buna görə də mübahisəli qurğuların sökülərək demontaj edilməsi tələbləri təmin edilməməlidir. Qurğuların demontajı ilə bağlı məsələlərin həllinin sahə mülkiyyətçilərinin ümumi yığıncağında, MMMCnin ümumi yığıncağında (və ya sahə mülkiyyətçilərinin qərarına əsasən digər idarəetmə üsulu tətbiq edilməklə) müzakirəsi istisna edilmir. Iddiaçı iddiaçı9 hüquqi yardıma görə ödənilmiş 2400 manat pul məbləğinin Cavabdeh MMMC-dən tutularaq ona ödənilməsi barədə iddia tələblərinə gəldikdə qeyd edir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərclər iş materiallarında müvafiq sənədlərlə təsdiq olunmadığından (misal üçün xərclərin təyinatı ilə bağlı bağlanılmış müqavilə və buna dair qeydlə aparılmış ödəniş əməliyyatlarını təsdiq edən sənədlər), qeyd olunan iddia tələbləri təmin edilməməlidir. Iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh MMMCdən tutularaq iddiaçı iddiaçı9 ödənilməlidir.
5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X21 Reyestrindən ##.##.2024-cü il tarixli çıxarışın surətinə əsasən, Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ##.##.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X3r. (yenidən seçilmişdir). Qeydiyyata alınmanın əsası: ##.##.2024-cü il tarixli ümumi yığıncağın qərarıdır. Dəyişikliyin qeydiyyat tarixi ##.##.2024-cü il tarixidir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87, mənzil 94 (yeni qaydalarla: AZ 1025 ünvan 4) ünvanında yerləşən ümumi sahəsi 123,40 kv.m. olan mənzil iddiaçı6 mülkiyyətindədir; - “xxxx” MTK-nın direktoru X1 (“Satıcı”) ilə iddiaçı9 (“Alıcı”) arasında bağlanmış ##.##.2017-ci il tarixli, ****** saylı alqı-satqı müqaviləsinin surətinə əsasən, satıcı bu müqavilənin * saylı əlavəsində nəzərdə tutulan ödəniş müqabilində “xxxx” MTK ya məxsus Bakı şəhəri, Xətai rayonu, BW-30-31-32-33 torpaq sahəsində yerləşən “Ağ Şəhər” yaşayış kompleksinin 9-cu blok, 2-ci mərtəbəsində yerləşən,ümumi satış sahəsi 167,43 kv.m olan 4 otaq nəzərdə tutulmuş *** saylı mənzili və 2 mərtəbədə *** saylı avtodayanacağı Alıcının mülkiyyətinə verəcəkdir; - “xxxx” MTK (“Satıcı”) ilə iddiaçı9 (“Alıcı”) arasında bağlanmış ##.##.2017-ci il tarixli ****** nömrəli müqaviləyə ##.##.2017-ci il tarixli * saylı X20 surətinə əsasən, tərəflər arasında imzalanmış ****** nömrəli alqı-satqı müqaviləsinə əsasən hazırki Razılaşma Protokolu ilə “Satıcıya” ödəniləcək ümumilikdə 253380 manat məbləğdən ilkin ödənilmiş 115000 manat çıxılmaqla qalan qalıq 138380 manatı 2017-ci ilin fevral ayından 2018-ci ilin yanvar ayınadək aylıq 9530 manat, 2018-ci ilin yanvar ayında 33550 manat pul məbləğinin ödənilməsinə dair razılığa gəliblər; - Pretenziya məktubunun surətinə əsasən, iddiaçı9, iddiaçı6, X5 və digərləri tərəfindən liftdən istifadəni məhdudlaşdıran hər-hansı qurğunun tətbiq edilməsi (o cümlədən üztanıma sistemi və s.) kimi hərəkətlərdən çəkinilməsi, artıq quraşdırılmış qurğuları demontaj edərək əvvəlki vəziyyətin təmin edilməsi, əks halda pozulmuş hüquqların bərpa olunması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi ilə əlaqədar Cavabdeh MMMC-nə xəbərdarlıq ünvanlanmışlar; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri Kommersiya X7 Qeydiyyatı haqqında Şəhadətnamənin surətinə əsasən, Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ##.##.2021-ci il tarixində dövlət qeydiyyatına alınmışdır; - Cavabdeh MMMC (“Sifarişçi”) və “xxxx” MMC (“Icraçı”) arasında bağlanılmış ##.##.2025-ci il tarixli, ******/* saylı texniki xidmət müqaviləsinin surətinə əsasən, “Xidmət göstərən” Sifarişçiyə məxsus ünvan 1 ünvanında yerləşən binada quraşdırılmış 10 ədəd “KONE” markalı liftlərə mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. “Sifarişçi” göstərilən xidmətlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bir liftin xidmət üzrə aylıq qiymət 70 manat olmaqla cəmi 700 manat təşkil edir; - Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən, iddiaçı9 Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87, mənzil 116 (yeni qaydalarla: AZ 1025 ünvan 3) ünvanındakı mənzilin mülkiyyətçisidir; - Cavabdeh MMMC-nin ##.##.2021-ci il tarixdə təsdiq edilmiş nizamnaməsinin surətinə əsasən, nizamnamənin 1.1-ci maddəsinə əsasən “Xətai 29” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bundan sonra - "Cəmiyyət" adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 2 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Həmin nizamnamənin 6.1-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Həmin nizamnamənin 6.2-ci maddəsinə əsasən cəmiyyət iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, həmçinin bu nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 7.1-ci maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən müəyyən edilir. Ümumi yığıncaq ümumi səslərin əlli faizindən çoxuna malik olan cəmiyyət iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin nizamnamənin 7.2-ci maddəsinə əsasən illik ümumi yığıncaqdan başqa cəmiyyətin idarə heyətinin, təftiş komissiyasının (müfəttişin) və ya iştirakçılarından birinin təşəbbüsü ilə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncaqları çağırıla bilər. Həmin nizamnamənin 7.8-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağının çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı ilə bağlı hər hansı bir qərarı ilə cəmiyyətin iştirakçısı olmayan və özünün mülkiyyət hüquqlarının pozulmasını güman edən həmin binanın sahə mülkiyyətçisi razı olmadıqda belə qərar tətbiq edilmir. Bu halda həmin məsələlərlə bağlı qərar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43-47-ci maddələrinə müvafiq olaraq keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən qəbul olunmalıdır. Həmin nizamnamənin 8.3-cü maddəsinə əsasəncəmiyyətin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Həmin nizamnamənin 10.1-ci maddəsinə əsasən cəmiyyətin idarə heyətinin sədri 2 (iki) il müddətinə seçilir Cəmiyyətin idarə heyətinin sədri idarə heyətinin qərarlarının icrasını təmin edir və onların icrası ilə bağlı cəmiyyətin bütün vəzifəli şəxsləri üçün məcburi olan göstəriş və sərəncamlar verir; - Cavabdeh MMMC-nin ## ###### 2024-cü il tarixli ümumi yığıncağının qərarının surətinə (qiyabi səsvermə formasında) əsasən, gündəlikdəki aşağıdakı hallarla bağlı qiyabi səsvermə keçirilmişdir: Cavabdeh MMMC nin idarə heyətinin, o cümlədən sədrin seçilməsi, bina üzrə ##.##.2024-cü ilə qədər illik gəlir və xərc smetasının təsdiqi; təsdiqlənmiş illik gəlir və xərc smetasına uyğun olaraq kompleksin ümumi əmlakının saxlanma və cari təmir xərcləri üzrə kompleksdəki sahə mülkiyyətçisinin kompleksin ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq aylıq ödənişinin məbləğinin və vaxtının müəyyən edilməsi, aylıq haqqın artırılma şərtlərinin və gecikmə faizinin təsdiq edilməsi; cəmiyyətin kompleksə xidmət göstərən işçilərin əməyin ödənilməsi (ştat cədvəlinin) təsdiq edilməsi; cəmiyyətdə Ehtiyat Fondunun yaradılmasının müzakirəsi; sakinləri maraqlandıran sualların müzakirəsi; - Cavabdeh MMMC-nin ##.##.2026-cı il tarixli ümumi yığıncağının qərarının surətinə (qiyabi səsvermə formasında) əsasən, ümumi yığıncaqda (qiyabi səsvermədə) iştirak edən mülkiyyətçilərin sayı 295 nəfər olmaqla, gündəlikdə aşağıdakı məsələlər olmuşdur: 1. Cavabdeh MMMC-nin yeni Idarə Heyətinin seçilməsi 2. Cavabdeh" MMMC-nin Təftiş Komisiyyasının seçilməsi, 3. Binanın saxlanması üçün müəyyən edilmiş aylıq xərcləri ödəməyən sakinlərin liftlərdən istifadəsinə məhdudiyyətin tətbiq edilməsi 4. Binanın əsas girişində və hər 3 blokun giriş hissəsində üztanıma sisteminin quraşdırılması 5. Cavabdeh MMMC-nin növbəti Ümumi Yığıncaqlarının qiyabi səsvermə formasında keçirilməsinin müəyyən edilməsi. Gündəlikdə duran 3-cü məsələ üzrə (binanın saxlanması üçün müəyyən edilmiş aylıq xərcləri ödəməyən sakinlərin liftlərdən istifadəsinə məhdudiyyətin tətbiq edilməsi) qiyabi səsvermə keçirilərək lehinə verilmiş 268 səslə həmin məsələ üzrə müsbət qərar qəbul edilib. Gündəlikdə duran 4-cü məsələ üzrə (binanın əsas girişində və hər 3 blokun giriş hissəsində üztanıma sisteminin quraşdırılması) qiyabi səsvermə keçirilərək lehinə verilmiş 271 səslə həmin məsələ üzrə müsbət qərar qəbul edilib; - Qiyabi səsvermə blanklarına əsasən, digər hallarla bağlı səsvermə ilə yanaşı, X6, X8, X2, X4 gündəlikdə duran 4 cü məsələnin (liftlərdə üz tanınma sistemlərinin quraşdırılması) əleyhinə səs vermişlər. (müvafiq olaraq cild 2, i.v. 88; cild 3, i.v. 219; cild 5, i.v. 175, i.v. 185). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) ****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43, 45, 125, 126.8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki haları tam və hərtərəfli araşdırmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. MMMC-nin ümumi yığıncağının qərarı qanuni əsaslarla qəbul edilmişdir. ##.##.2026-cı il tarixdə Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağı qiyabi səsvermə formasında keçirilmiş və sahə mülkiyyətçilərinə səsvermə blankları paylanılmışdır. Keçirilmiş səsvermənin nəticələrinə əsasən: binanın saxlanması üçün müəyyən edilmiş aylıq xərcləri ödəməyən sakinlərin liftlərdən istifadəsinə məhdudiyyətin tətbiq edilməsi barədə qərar 268 səs çoxluğu ilə, binanın giriş hissələrində üz tanıma sisteminin quraşdırılması barədə qərar isə 271 səs çoxluğu ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 125-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin fəaliyyəti ilə bağlı məsələlər üzrə qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Bu baxımdan mübahisələndirilən qərarların qəbul edilməsi qanuni əsaslara söykənir. Mənzil Məcəlləsinin 126.8-ci maddəsi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir Birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 126.8-ci maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçıların etirazı səbəbindən mübahisələndirilən qərarın tətbiqi mümkün deyildir. Lakin iş materiallarından görünür ki: qiyabi səsvermə blankları sahə mülkiyyətçilərinə paylanılmışdır; iddiaçılar tərəfindən həmin səsvermə blanklarında hər hansı formada etiraz bildirilməsi və ya əleyhinə səs verilməsi faktı müəyyən edilməmişdir. Iddiaçılar tərəfindən qəbul edilmiş qərara münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada etiraz etdiklərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən həmin maddənin tətbiqi üçün zəruri olan halların mövcudluğu müəyyən edilmədən Mənzil Məcəlləsinin 126.8-ci maddəsinə istinad edilməsi əsassızdır. Təhlükəsizlik məqsədilə tətbiq olunan giriş sistemləri qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarında qeyd edilmişdir ki, çoxmənzilli binada liftlərdə kart sisteminin tətbiqinin məqsədi kənar şəxslərin liftlərdən istifadə etməsinin qarşısının alınması və bina sakinlərinin təhlükəsiz şəraitdə yaşamalarının təmin edilməsidir və belə tədbir özlüyündə sakinlərin liftdən istifadəsini qadağan edən məhdudiyyət kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, tərəflər tərəfindən təqdim edilmiş sübutlara obyektiv hüquqi qiymət verməmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə işin faktiki hallarına uyğun olmayan və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul edilmişdir. Halbuki iş materialları ilə təsdiq olunur ki, mübahisələndirilən tədbirlər mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin ümumi yığıncağının qərarı əsasında qəbul edilmiş və binanın təhlükəsizliyinin təmin edilməsi, habelə ümumi əmlakın idarə olunması məqsədi daşımışdır. Bu baxımdan iddiaçıların hüquqlarının pozulduğunu təsdiq edən hər hansı etibarlı sübut mövcud deyildir. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğun gəlmədiyindən həmin qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. MMMC iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanı olduğu halda, məhkəmə bu orqanın binanın idarə olunması və təhlükəsizlik tədbirlərinin müəyyən edilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətini nəzərə almamış və həmin qərarların hüquqi qüvvəsini əsassız olaraq inkar etmişdir. Ümumi yığıncaqda səs çoxluğu ilə qəbul edilmiş qərarın bütün mülkiyyətçilər üçün məcburi olması nəzərə alınmamış və bu normanın hüquqi nəticələri tətbiq edilməmişdir. Mənzil Məcəlləsinin 126.8-ci maddəsi yalnız mülkiyyətçinin qəbul edilmiş qərara qarşı iradəsini açıq şəkildə bildirdiyi hallarda tətbiq oluna bilər. Halbuki iş materiallarında iddiaçıların qiyabi səsvermə zamanı hər hansı etiraz bildirmələri sübuta yetirilməmişdir. Buna baxmayaraq məhkəmə bu normanı tətbiq edərək səhv nəticəyə gəlmişdir. Məhkəmə mübahisələndirilən məsələnin sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olub-olmadığını əsaslandırmadan bu maddəyə istinad etmiş və normanı geniş şərh etmişdir. Sübutetmə yükü iddiaçıların üzərində olduğu halda, onların hüquqlarının pozulduğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə sübut olunmamış hallara əsaslanaraq qətnamə qəbul etmişdir. Iş materiallarında olan sübutlara (ümumi yığıncaq qərarı, səsvermə nəticələri və s.) düzgün hüquqi qiymət verilməmiş və sübutlar natamam qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəmə tərəfindən: ##.##.2026-cı il tarixli ümumi yığıncağın qiyabi səsvermə formasında keçirilməsi, səsvermə blanklarının sahə mülkiyyətçilərinə paylanılması və səsvermə nəticələrinin hüquqi əhəmiyyəti lazımi qaydada qiymətləndirilməmişdir; iddiaçıların həmin səsvermədə iştirak etməməsi və mövqelərini bildirməmələri faktına hüquqi qiymət verilməmişdir; mübahisələndirilən tədbirlərin təhlükəsizlik məqsədi daşıması və binanın idarə olunması çərçivəsində tətbiq edilməsi araşdırılmamışdır; qəbul edilmiş qərarın ümumi əmlakın hüquqi statusunu dəyişməməsi, yalnız istifadə qaydasına dair təşkilati tədbir olması nəzərə alınmamışdır. Nəticədə məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam müəyyən etmədən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən bəzi hallar sübut olunmamışdır. Belə ki: iddiaçıların hüquqlarının pozulması barədə nəticə heç bir konkret sübutla təsdiq edilməmişdir; iddiaçıların liftlərdən istifadə imkanının faktiki olaraq məhdudlaşdırılması sübuta yetirilməmişdir; iddiaçıların qanunvericiliklə nəzərdə tutulmuş qaydada ümumi yığıncağın qərarına etiraz etmələri faktı sübut edilməmişdir; mübahisələndirilən sistemin onların mülkiyyət hüquqlarına real müdaxilə yaratması barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən üz tanıma sisteminin tətbiqi mülkiyyətçilərin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilmiş, lakin iş materiaları bunun əksini göstərir; qəbul edilmiş qərarın təhlükəsizlik və idarəetmə məqsədi daşıdığı nəzərə alınmamışdır; iddiaçıların hüquqlarının pozulduğu sübuta yetirilmədiyi halda, məhkəmə əks nəticəyə gəlmişdir; məhkəmə tərəfindən Mənzil Məcələsinin 126.8-ci maddəsi faktiki halara uyğun olmayan şəkildə tətbiq edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı6, iddiaçı8 nümayəndəsi X5 apelyasiya şikayətini əsassız hesab etdiklərini bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişlər.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
9. Iddiaçı Məmmədzadə Mikayıl Arif oğlu ərizə ilə müraciət edərək, məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir.
10. Iddiaçı iddiaçı6 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etirazını təqdim etmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
12. .Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 2.2. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 5.2. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 35.1.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementlər də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2 Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 36.1. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək;43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək;43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək;43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir.44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir.44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin XIII fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.1. cəmiyyətin nizamnaməsinə dəyişikliklər etmək; 125.2.2. cəmiyyətin yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul etmək; 125.2.3. cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 125.2.5. cəmiyyətin xüsusi fondunu, o cümlədən ehtiyat fondunu, çoxmənzilli binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunu yaratmaq; 125.2.6. borc alınması, o cümlədən bank kreditlərinin alınması haqqında qərar qəbul etmək; 125.2.7. cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirin istifadə istiqamətlərini müəyyən etmək; 125.2.8. cəmiyyətin maliyyə fəaliyyəti haqqında illik planı və bu planın icrası haqqında hesabatı təsdiq etmək; 125.2.9. cəmiyyətin idarə heyətinin, idarə heyəti sədrinin və təftiş komissiyasının (müfəttişin) hərəkətlərindən şikayətlərə baxmaq; 125.2.10. cəmiyyətin idarə heyəti sədrinin təqdimatı ilə çoxmənzilli binaya xidmət göstərən işçilərə aid daxili nizam qaydalarının qəbul və onlara dəyişiklər edilməsi, o cümlədən onların əməyinin ödənilməsi haqqında qərar qəbul etmək; 125.2.11. cəmiyyətin idarə heyəti üzvlərinin mükafatlandırılması məbləğini müəyyən etmək; 125.2.12. çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək; 125.2.13. bu Məcəllə ilə və ya qanunla nəzərdə tutulmuş digər məsələlər. 126.8. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı ilə bağlı hər hansı bir qərarı ilə cəmiyyətin iştirakçısı olmayan və özünün mülkiyyət hüquqlarının pozulmasını güman edən həmin binanın sahə mülkiyyətçisi razı olmadıqda belə qərar tətbiq edilmir. Bu halda həmin məsələlərlə bağlı qərar bu Məcəllənin 43-47-ci maddələrinə müvafiq olaraq keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən qəbul olunmalıdır 128.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri aşağıdakılardır: 128.0.1. cəmiyyət tərəfindən qanunvericiliyə və cəmiyyətin nizamnaməsinə riayət edilməsini təmin etmək; 128.0.2.müəyyən edilmiş mütləq ödənişlərin və haqların cəmiyyət iştirakçıları tərəfindən vaxtında ödənilməsinə nəzarət etmək; 128.0.3. müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək; 128.0.4. çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq; 128.0.5. çoxmənzilli binaya (binalara) xidmət göstərmək üçün işçiləri işə qəbul etmək və işdən azad etmək; 128.0.6.çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamaq; 128.0.7. cəmiyyət iştirakçılarının siyahısını, kargüzarlığı, mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək; 128.0.8. cəmiyyət iştirakçılarının illik və zəruri hallarda növbədənkənar ümumi yığıncağını çağırmaq və keçirmək; 128.0.9. qanunvericilikdən və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsindən irəli gələn digər vəzifələri yerinə yetirmək. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə;141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. Idarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4- cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir.
17. Işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh xxxx” MMMC-nin Idarə Heyətinin sədri R.Qasımov tərəfindən ##.##.2025-ci il tarixdə lift xidmətlərinə dair müqavilə bağlanılaraq, Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən * saylı binanın liftlərində üz tanıma sistemləri quraşdırılmış, bu sistemin tətbiqi təhlükəsizliyin təmin edilməsi məqsədilərinə xidmət etməklə yanaşı, mülkiyyətçilərin liftdən istifadələrini məhdudlaşdırmaqla, onların liftlə mənzillərinə sərbəst giriş-çıxışını da məhdudlaşdırmışdır. ##.##.2026-cı il tarixdə qiyabi səsvermə yolu ilə Cavabdehxxxx” MMMC-nin binanın saxlanması üçün müəyyən edilmiş aylıq xərcləri ödəməyən sakinlərin liftlərdən istifadəsinə məhdudiyyətin tətbiq edilməsi, binanın əsas girişində və hər 3 blokun giriş hissəsində üztanıma sisteminin quraşdırılması məsələləri üzrə mənzil mülkiyyətçilərin səs çoxluğu ilə müsbət qərar qəbul edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, liftlərdə üztanınma sisteminin quraşdırılmasından narazı olan vətəndaşların Cavabdeh MMMC-nin iştirakçılarının siyahısına daxil olmamışdır. MMMC-nin iştirakçısı olmayan sahə mülkiyyətçilərin ən azı birinin narazılığı üz tanınma sistemlərinin tətbiqi ilə bağlı həmin qərarın icrasını istisna edir. Eyni zamanda, qanunvericilik bu kimi hallarda qeyd olunan məsələ ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsini istisna etmir. Işin hallarından görünür ki, ##.##.2026-cı il tarixli yığıncağın gündəliyində olan məsələlərlə bağlı MMMC-nin bir və ya birdən çox sahə mülkiyyətçilərinin etirazı əsası ilə sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilməmişdir. Diqqətə çatdırılmalıdır ki, iddia üzrə tələb veriləndən sonra qəbul edilmiş ümumi yığıncağın qərarının hüquqi əhəmiyyəti mövcud deyildir. Belə ki, onun qəbul edilməsinə aid şübhələrdən kənar əsasların mövcudluğu bir tərəfdən, digər tərəfdən əsas odur ki, qərarla müəyyən edilmiş hərəkətlərin realizə edilməsi qərar mövcud olmadığı halda baş vermişdir ki, bu da apellyasiya şikayəti ilə mübahisələndirilən hərəkətlərin əsassız olmasını və mənzil mülkiyyətçilərinin hamısının iradə ifadəsinin olmadığını müəyyən edir.
18. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh Cavabdeh MMMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.