Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-146/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2388/2025 saylı, 10 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarədar qanuni əsaslarla ona mülkiyyət hüququ ilə məxsus olan “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verir, içarəçi isə həmin avtomobili Azərbaycan Respublikası ərazisində icarə müqaviləsi əsasında 18 yaşı tamam olmuş və qüvvədə olan sürücülük vəsiqəsi olan şəxslərə günlük və uzun müddət icarəyə vermək məqsədi ilə ondan qəbul edir. Müqavilənin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2030-cu il tarixədək müəyyən edilmişdir.
2. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində bağlanmış “Avtomobilin icarə müqaviləsi”nə əsasən Cavabdeh “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, bunun müqabilində hər gün üçün 45 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən avtomobilə YPX əməkdaşı və kameralar tərəfindən cərimə tətbiq olunarsa icarə götürən avtomobili təhvil verdiyi zaman cərimələri yerində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən müəyyən qəza hadisəsində və ya icarə götürmənin səhvinə görə (müəyyən edilmiş 120 sürət limitini aşdıqda) avtomobilin mühərrikinə, sürət qutusuna, şüşələrinə (ön, yan, arxa), ön işıq verən faralara, arxa stop siqnallarına, şinlərə və cızıqlara görə icarəyə verən cavabdehlik daşımır və bu halda ziyan icarəyə götürən tərəfindən ödənilir.
3. “Hyundai Badamdar” Servis Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilmişdir ki, “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin podresinin dəyişdirilməsi haqqı 761 manat təşkil etmişdir.
4. Məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdehin yol verdiyi qanun pozuntularına görə EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə 46,40 manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 51,60 manat, EQ-21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 52,40 manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 116 manat, EQ-22626319 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 131 manat, EQ-22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 147 manat və EQ- 22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 150 manat məbləğində tətbiq edilmiş inzibati cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin çatlamasına görə 435 manat, ödəmədiyi cərimələrə görə EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 46,40 manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 51,60 manat, EQ-21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 52,40 manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 116 manat, EQ-22626319 saylı xx.xx.2024cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 131 manat, EQ-22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 147 manat, EQ22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 150 manat, ümumilikdə 1.129,40 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, sürücü Cavabdeh xx.xx.2024-cü il tarixində 04 saylı (sıra nömrəsi) “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsinə əsasən 1 günü 45 manat olmaqla uzun müddətli icarəyə götürmüşdür. Buna baxmayaraq, sürücü Cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq bir neçə dəfə cərimə edilmişdir. Sürücü Cavabdeh avtomobili geri qaytardıqdan sonra cərimələri ödəməkdən boyun qaçırsa da dəfələrlə maddi ziyanın ödənilməsi tələb olunsa da, cavabdeh qərəzli olaraq ödənilmiş cərimələrin əvəzini geri qaytarmır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2388/2025 saylı, 10 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 46,40 (qırx altı manat qırx qəpik) manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 51,60 (əlli bir manat altmış qəpik) manat, EQ-21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 52,40 (əlli iki manat qırx qəpik) manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 116 (yüz on altı manat) manat, EQ-22626319 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 131 (yüz otuz bir) manat, EQ- 22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 147 (yüz qırx yeddi) manat, EQ-22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 150 (yüz əlli) manat, ümumilikdə 694,40 (altı yüz doxsan dörd manat qırx qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh təqsirli qanuna zidd hərəkətləri nəticəsində İddiaçı MMC-yə ziyan dəymişdir. Odur ki, iddia araşdırılan hissədə təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 46,40 manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 51,60 manat, EQ- 21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 52,40 manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 116 manat, EQ22626319 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 131 manat, EQ-22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 147 manat və EQ-22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutulmalıdır.
9. Məhkəmə iddianın “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin çatlamasına görə 435 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə əsassızdır və rədd edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3 və 1097.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2388/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv olunması və iddianın bütünlükdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qət edərkən iddiaçının məhkəməyə sözügdən avtomobilin ona təhkim edilməsinə dair müvafiq müqavilə və buna dair digər sənədlərin mövcud olmamasının, iddiaçının sübutun olmadığı, yalnız şifahi mülahizələr üzərində iddia tələbini verməsini AR MPM-nin 77.1-ci maddəsinin tələblərini pozmasını nəzərə almadan sübutu olmadığı bir iddianı təmin etmiş və kobud pozuntuya yol vermişdir. İddiaçı "xxxx"ASC və onun arasında bağlanmış müqaviləyə əsaslanmalı idi və (iddia tələblərinin əhatə olunduğu hallar üzrə) bağlanmış müqavilənin və onun alt sənədlərinin məhkəməyə təqdim edilib iş materiallarına əlavə edilməsi və məhkəmə tərəfindən iddiaçı "xxxx" ASC və onun arasında bağlanmış müqavilənin məhkəmə tərəfindən araşdırılması zərurəti var idi. Lakin məhkəmə bunu nəzərə almamışdır. Odur ki, hazırda Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2388/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı iddianın qismən təmin edilməsi hissəsində ləğv olunması və iddianın bütünlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsi zərurəti vardır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv olunması və iddianın bütünlükdə rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilən hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 22.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 25.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26.443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 27.445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 28.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 29.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 30.700.1 və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
31.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 32.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 35.Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissə üzrə qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 36.Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 37.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
39. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 1.129,40 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2388/2025 saylı, 10 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev