Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1550/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh 2 qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin məbləğinin dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 2 qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh 3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “xxxx” QSC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ## ### 2021-ci ildən “xxxx” QSC-də X8 Baş Idarəsinin Rabitə Idarəsində Avtomatik telefon rabitəsinin Rabitə texniki vəzifəsində çalışır, əmək haqqı əlavələrlə birlikdə 900 manat təşkil edir.
2. “AZEMIS” Informasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis, keyfiyyətə nəzarət vəzifəsində işləyir. Aylıq əmək haqqı 400 manat təşkil edir.
3. Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin ## ###### 2025-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh 3 Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətində çalışır. Aylıq pul təminatı 3328,10 manat təşkil edir.
4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ## ###### 2018-ci il təvəllüdlü X3 və ## #### 2016-cı il təvəllüdlü Isgəndərli Şahin Elgiz oğlunun saxlanılması üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli (hər uşağa ayrı-ayrılıqda) həddində indeksasiya olunması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə borclu Cavabdeh 1 ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü Isgəndərli Şahin Elgiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün müəyyən edilmiş 200 manat olmaqla, 400 manat miqdarında alimentin dəyişdirilərək, iki uşağa görə hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment müəyyən edilməsi və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ##### 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh 1 ## ###### 2023-cü il tarixdən başlayaraq ## ###### 2018-ci il təvəllüdlü X3 və ## #### 2016-cı il təvəllüdlü Isgəndərli Şahin Elgiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, 400 manat sabit pul məbləğində aliment tutulub iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hesab edir ki, alimentin məbləği kifayət qədər azdır və uşaqların minimal xərclərinin ödənilməsinə çatmır, ona görə də həmin məbləğ artmalıdır. Qeyd edir ki, uşaqların xərcləri artmış və artmaqda davam edəcəkdir. Buna səbəb kimi qiymətlərin əhəmiyyətli dərəcədə artması ilə yanaşı, uşaqların böyüdükcə artan tələbatları, həmçinin məktəbə və əlavə hazırlıqlara getmələrini göstərmək olar.
7. Cavabdeh Cavabdeh 3 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, tələbkar İddiaçı tərəfindən verilmiş aliment məbləğinin yenidən artırılması barədə ərizə ilə əlaqədar aşağıdakı hüquqi mövqeyini bildirir: 1. Eyni mövzuda artıq bir neçə məhkəmə qərardadı mövcuddur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə onun barəsində təyin olunmuş aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,57 misli səviyyəsində indeksasiya edilmişdir. Bu qərardad ##.##.2024-cü il tarixli qətnamənin icra qaydasında dəyişdirilməsi nəticəsində qəbul olunmuşdur və hazırda qanuni qüvvədədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin məbləği yalnız ailə və maddi vəziyyətdə mühüm dəyişiklik olduqda dəyişdirilə bilər. Eyni məsələ üzrə qısa müddət ərzində təkrar müraciət edilməsi qanunun bu tələbinə uyğun deyil. Ali Məhkəmə Plenumunun ##.##.2024-cü il tarixli ** №-li qərarının 8.4-2-ci bəndində açıq şəkildə göstərilir ki, sabit pul məbləğində alimentin artırılması minimum əmək haqqının artımı ilə məhdudlaşır və bu artım icra mərhələsində tətbiq olunur. 2. Maddi vəziyyətində mühüm dəyişiklik yoxdur. Tələbkarın ərizəsində göstərilən arqumentlər (qiymət artımı, uşaqların böyüməsi, məktəb və əlavə hazırlıq xərclərinin artması) məhkəmənin ##.##.2025-ci il tarixli qərardadında artıq nəzərə alınıb. Bu hallar yeni və mühüm dəyişiklik hesab oluna bilməz. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə alimentin məbləği müəyyən edilərkən hər iki tərəfin maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Onun mövcud ailə öhdəlikləri, yaşayış xərcləri, həmçinin digər sosial məsuliyyətləri mövcuddur. Belə ki, ərizəçinin aktiv əmək müqaviləsinin olduğu, 1000 manatdan yuxarı əmək haqqı aldığı, mənzil məişət şəraitinə malik olması və digər amillər. Məlum olduğu kimi uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir və hər ikisi sabitqədəm olaraq öz hüquqlarını yerinə yetirməlidirlər. 2.1. Aktiv aylıq kredit öhdəlikləri-346,16 manat ABB də olan, 128,02 manat ABB də olan, AR IKZF ilə aramızda bağlanmış ##.##.2025-ci il tarixli KM**** nömrəli müqavilə üzrə 569,18 manat, “xxxx” açıq səhmdar cəmiyyəti ilə aralarında bağlanmış AIF-*-*-***-**-Z saylı müqavilə üzrə 848,14 manat ümumilikdə 1900 manat kredit öhdəliklərim təşkil edir. Əlavə olaraq yaşayış minimumuna əsasən 300 manat öz xərclərini və ödədiyi 456 manat aliment məbləği nəzərə aldıqda ümumi məbləğ 2656 manat təşkil edir. Iddia tələbinə nəzər yetirdikdə iddiaçının onun 2500 manat əmək haqqı almağı iddiasına münasibətdə belə yuxarıda sadalanan məbləğlər kifayət etmir ki, xərclər qarşılansın. 3. Ərizəçi tərəfindən balanssız qaydada tələb edilən aliment məbləği Ailə Məcəlləsinin 76-cı maddəsində göstərilən müvazinət prinsipinə ziddir. Bu həm də Konstitusiyanın 29-cu maddəsinə (mülkiyyət hüququ) və 38-ci maddəsinə (sosial müdafiə hüququ) zidd hesab olunmalıdır. 4. Alimentin artımı artıq avtomatik təmin olunur. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, sabit pul məbləğində təyin olunmuş aliment ölkə üzrə minimum əmək haqqı artdıqca avtomatik indeksasiya olunur. Məlum olduğu kimi minimum xərclər artdıqca minimum əmək haqqı da ona münasibətdə artır ki, buradan da aydın olur ki, aliment məbləği hər il avtomatik qaydada artacaq. Belə olan halda aralarında baş tutan məhkəmə çəkişmələri nəticəsində qəbul edilən ##.##.2025-ci il tarixli qərardad mötəbər hesab edilməli, əlavə araşdırmaya ehtiyac olmadığından dəyişdirilmədən saxlanılmalıdır. 5. Hüquqi qənaət prinsipi pozulur, Mülki Prosessual Məcəllənin 7-ci maddəsində təsbit edilmiş qənaət prinsipi eyni mövzu üzrə qısa müddətdə təkrar müraciəti istisna edir. Qeyd edilən faktları nəzərə alaraq hər ikisinin bərabər şəkildə uşaqları saxlamaq vəzifəsinin olmasını və digər amillərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 3ndan ## ###### 2018-ci il təvəllüdlü X3 və ## #### 2016-cı il təvəllüdlü Isgəndərli Şahin Elgiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, məhkəmə xərclərinə aid olan dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Qətnamənin əsaslarına görə, tərəflər rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar, onların nikahı pozulmuşdur. Birgə nikahlarından ## ###### 2018-ci il təvəllüdlü X3 və ## #### 2016-cı il təvəllüdlü Isgəndərli Şahin Elgiz oğlu doğulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024 cü il tarixli qətnaməsi ilə ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü Isgəndərli Şahin Elgiz oğlunun saxlanılması üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli (hər uşağa ayrı-ayrılıqda) həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda iddiaçı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə borclu Cavabdeh 1 ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü Isgəndərli Şahin Elgiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün müəyyən edilmiş 200 manat olmaqla, 400 manat miqdarında alimentin dəyişdirilərək, iki uşağa görə hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment müəyyən edilməsini xahiş edir. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, cavabdeh Cavabdeh 3 Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətində çalışır. Aylıq pul təminatı 3328,10 manat təşkil edir. Hazırda isə cavabdehdən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş X3 və Isgəndərli Şahin Elgiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün müəyyən edilmiş 200 manat olmaqla, 400 manat miqdarında alimentin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli (hər uşağa ayrı-ayrılıqda) həddində indeksasiya olunmuş məbləği (hər birinə 228 manat) tutulur. Göründüyü kimi cavabdehdən Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması uşaqların mənafeyinə daha uyğun gəlir. Bundan başqa uşaqların qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda indeksasiya olunmuş məbləğ 228 manat təşkil edir. Lakin 2026-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən uşaqlar üçün minimum yaşayış həddi 260 manat müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, işin faktiki hallarını, uşaqların və cavabdehin mənafeyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli və alimentin miqdarı dəyişdirilməlidir. ## ###### 2018-ci il təvəllüdlü X3 və ## #### 2016-cı il təvəllüdlü Isgəndərli Şahin Elgiz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh 3nun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən ## #### 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab etmişdir ki, miqdarı dəyişdirilmiş aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** nömrəli Qərarına, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Cavabdeh 1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti 8-ci bənddə göstərilən iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə cavabdehin iddia ərizəsinə etirazında qeyd etdiyi faktları nəzərə almamışdır. Məhkəmə tərəfindən cavabdehin də əlavə gəlirlərə sahib olması kifayət qədər araşdırılmamış və nəticədə eyni predmet üzrə qərardad qəbul edilməsinə baxmayaraq, mövcud qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarı: “Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər. Bununla belə, ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılması, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin hər ay hər uşağa görə 200 manat olmaqla, 400 manat sabit pul məbləğində aliment olmasını, uşaqları saxlamağın valideynin vəzifəsi olduğunu nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin müəyyən edilməsi ədalətli və qanunauyğun hesab edilməlidir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur.
22. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsində sabit pul məbləğində alimentin tutulması üçün şərtlər müəyyən edilmişdir: valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə sazişin olmaması, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.
23. Lakin işin hallarından görünür ki, cavabdehin qazancının (gəlirinin) qeyri-müntəzəm, dəyişən olması, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsinin natura və ya xarici valyuta ilə alması halları mövcud deyildir. Buna görə də alimentin məbləğinin Ailə Məcəlləsinin 76.1.2ci maddəsinə uyğun olaraq dəyişdirilməsi üçün əsaslar mövcuddur.
24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh 3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.