Məhkəmə qərarları › İş №2(3-6)-1556/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1556/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1556/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməsi, cavabdeh Cavabdeh tapşırıq müqaviləsi üzrə vurduğu zərərə görə 4000 (dörd min) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

2. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir.

3. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları:

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərardadı ilə (hakim R.Qafarova) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunla qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddət buraxılmışdır.

Şikayətin dəlilləri:

6. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnamə ##.##.2026-ci il tarixli bildirişlə ona təqdim olunmuş, həmin qətnamə ##.##.2026-cı il tarixdə tərəfindən oxunmuşdur. Bu səbəbdən də qətnamədən apellyasiya şikayətini elektron məhkəmə sistemində hazırlamış, lakin, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu onlayn qaydada ödəmək mümkün olmadığından şikayəti ##.##.2026-cı il tarixdə saat 00:24-dən sonra icra olunmuş və elektron sistemdə tərəfindən elektron imza ilə təsdiq olunmuşdur. Sözügedən məhkəmə qərarının icra vərəqəsi ##.##.2026-ci il tarixdə deyil, tərəfindən verilmiş apellyasiya şikayəti verildikdən sonra, yəni ##.##.2026-cı il tarixdə verilmişdir. Belə olan halda hesab edir ki, apellyasiya şikayəti qanunvericiliyə müvafiq qaydada tərtib olunmuş və göndərilmişdir.

Tətbiq edilən hüquq normaları:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; - Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; - Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır; - Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; - Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; -Maddə 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. -Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir.

11. Həmçinin, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsi ilə məhkəməyə ##.##.2026-cı il tarixdə təqdim etmişdir.

12. Cavabdeh Cavabdeh şikayətində qeyd etdiyi dəlil ondan ibarətdir ki, mülki iş üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnamə ##.##.2026-ci il tarixli bildirişlə ona təqdim olunmuş, həmin qətnamə ##.##.2026-cı il tarixdə tərəfindən oxunmuşdur. Bu səbəbdən də qətnamədən apellyasiya şikayətini elektron məhkəmə sistemində hazırlamış, lakin, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu onlayn qaydada ödəmək mümkün olmadığından şikayəti ##.##.2026-cı il tarixdə saat 00:24-dən sonra icra olunmuş və elektron sistemdə tərəfindən elektron imza ilə təsdiq olunmuşdur.

13. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

14. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

15. Göründüyü kimi, cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud olduğundan və məhkəmə tərəfindən qətnamə həmin kabinetə yerləşdirildiyi üçün rəsmi qaydada verilmiş sayılır.

16. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş qətnaməni gec oxuması, həmçinin dövlət rüsumunu onlayn qaydada ödəmək mümkün olmadığından şikayəti ##.##.2026-cı il tarixdə saat 00:24-dən sonra verilməsini məhkəmə kollegiyası üzrlü səbəb kimi qəbul etmir.

17. Beləliklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh ##.##.2026-ci il tarixdə çatdırıldığından və qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün 1 aylıq müddət üzrsüz səbəbdən ötürülmüşdür.

18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar