Məhkəmə qərarları › İş №2(3-6)-1589/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1589/2026

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1589/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc məbləğinin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 110000 manat borcun, vəkilə ödənilmiş 326 manat və 401 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə aralarında notarial qaydada bağlanmış ##.##.2025-ci il tarixli borc müqaviləsinə əsasən sonuncuya 110000 manat borc verilmişdir. Cavabdehlə aralarında borc müqaviləsi Bakı şəhəri Binəqədi rayonunda yerləşən ** saylı Notariat ofisində bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürmüş öhdəliyi lazımı qaydada icra etməmiş, tərəfindən olunmuş borcunun ödənilməsinə dair müraciətləri cavabsız qoymuşdur. Belə olan halda borcun alınmasına dair məhkəməyə müraciət etməli oldu. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 110000 manat məbləğində pul, hüquqi yardım üçün ödənilmiş 326 manat pul və ödənilmiş 401 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə görə iddiaçı 110.000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə həmin pulu/borcu ##.##.2027-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə müddəalarından müəyyən olunur ki, ilkin olaraq iddiaçı borc məbləği notariusun depozit hesabına mədaxil etməli, cavabdeh isə həmin borcu hesabdan məxaric etməli idi. Bundan əlavə, borcun qaytarılma müddəti ##.##.2027-ci il tarixədək müəyyən edildiyi halda, iddiaçı həmin müddət tamam olmamış cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə işə baxarkən göstərilən halları (İddiaçı tərəfindən pulun notariusun depozit hesabına ödənilib-ödənilməməsini, cavabdehin isə pulu hesabdan çıxarıb-çıxarmamasını və s.) araşdırmamışdır. Digər tərəfdən, iddiaçı cavabdehdən hüquqi yardıma görə 326 manat xərcin ödənilməsini tələb etsə də, həmin vəsaitin kimin hesabına ödənildiyi məlum deyil. Həmin vəsait müəyyən kart hesabına ödənilmişdir ki, həmin kart məlumatlarının kimə məxsus olması aydın görünmür. Beləliklə, məhkəmə həqiqətə nail olamaq, iş üzrə qanuni və əsaslı qətnamənin qəbul edilməsindən ötrü, cavabdeh tərəfindən iddiaçıdan borcun alınıbalınmamasını və s. məsələləri müəyyən etməli idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi ətraflı araşdırmamış, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. İş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ## ###### 2027-ci il tarixədək qaytarmaq şərtilə 110000 manat borc vermişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 110000 manat məbləğində borcu qaytarmaq üçün 3 gün vaxt vermiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirmişdir ki, müqavilə müddəti başa çatmadan iddia qaldırmağının səbəbi cavabdehlə daha əvvəl başlanmış müqavilə üzrə cavabdehin 40000 manat borclu qalması olmuşdur. Sonradan hazırki müqavilə bağlanmaqla daha 110000 manat cavabdehə borc pul vermişdir. Əvvəlki müqavilə üzrə də öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyinə görə, həmin müqavilə üzrə borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin müqavilə üzrə öhdəlik icra edilmədiyinə görə hazırki müqavilə üzrə də vaxtından əvvəl iddia qaldırmışdır. Hazırda hər iki mülki iş üzrə icraatın birləşdirilməsinə etiraz etmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 40000 manat məbləğində pul, 326 manat vəkil xərci və 211 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli *(*-*)- ****/**** nömrəli qərardadından (hakimlər Rəşid Səmədov (sədrlik edən), Xumar Mərdanova və Vahid Sadıqov) görünür ki, qeyd edilən qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Göründüyü kimi, həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırkı iş, Bakı Apellyasiya Məhkəməsinə ## ##### 2026-cı il tarixdə daxil olmaqla hakim Rəşid Səmədovun icraatında olan, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbinə dair” mülki işlə eyni icraatda birləşdirilməlidir, ona görə ki, apellyasiya instansiyası məhkəməsində olan hər iki mülki iş bir-biri ilə əlaqəlidir, hakim Rəşid Səmədovun icraatında olan iş daha əvvəl icraata götürülmüşdür. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 43, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc məbləğinin qaytarılması tələbinə dair” hazırkı *(*-*)-****/**** saylı mülki iş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbinə dair” *(*-*)-****/**** nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar