Məhkəmə qərarları › İş №2(3-6)-1608/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1608/2026

14.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1608/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, iddiaçı Əliyev İlyas Əmir oğlunun cavabdeh Cavabdeh qarşı “tikintiyə çəkilən xərcin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk, cavabdehin iddiaçıya qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəyə görə kompensasiyanın və dəymiş maddi, habelə mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə tərəflərin bir-birinə qarşı irəli sürdüyü iddialara dair mülki işə baxmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə hər iki iddianın rədd edilməsini qət etmişdir. İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) ##.##.2026-ci il tarixli qərardadı ilə icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Həmin işə apellyasiya qaydasında baxılan zaman apellyator ərizə ilə Məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, Rayon Məhkəməsinin hazırkı iş üzrə ##.##.2026-cı il tarixdə qəbul etdiyi «“qarşılıqlı iddia tələbinin həcminin artırılması haqqında” ərizənin qaytarılması» barədə qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir və buna görə də, o, hazırkı iş üzrə apellyasiya baxışı iclasının təxirə salınmasını xahiş edir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən həmin qərardaddan Rayon Məhkəməsinə e-kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə şikayət vermişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Məhkəmə tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” ##.##.2026-ci il tarixli qərardad ləğv edilməli, mülki iş, ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) Rayon Məhkəməsinin qəbul etdiyi «“qarşılıqlı iddia tələbinin həcminin artırılması haqqında” ərizənin qaytarılması» barədə ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayətə baxılması üçün apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, qeyd edilən qərardaddan verilmiş şikayətin rədd edilməsi ehtimalı istisna edilmədiyi kimi, təmin edilməsi və qərardadın ləğv edilməsi ehtimalı da istisna edilmir və əgər qərardad ləğv edilib, “qarşılıqlı iddia tələbinin həcminin artırılması haqqında” ərizə icraata qəbul edilərsə, onda bu hal hazırkı işin nəticələrinə təsir göstərə bilər. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 398-ci maddəsinin tələbinə görə, qərardaddan verilmiş şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-in 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” ##.##.2026-cı il tarixli qərardad ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq, ilk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixdə qəbul etdiyi «“qarşılıqlı iddia tələbinin həcminin artırılması haqqında” ərizənin qaytarılması» barədə qərardadından e-kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə verdiyi şikayətə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar