Məhkəmə qərarları › İş №2(3-6)-1653/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1653/2026

04.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1653/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, “qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə”yə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh Cavabdeh 4000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh nümayəndəsi vəkil Vəkil iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Daha sonra cavabdeh Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(011)-3363/2025 qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(011)- ****/**** nömrəli qətnaməsi ##.##.2025-ci il tarixdə onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilsə də, həmin qətnamədən xəbəri olmamış, qətnamənin elektron kabinetdə yerləşdirilməsi barədə ona bildiriş gəlməmişdir. Çünki, onun ASAN imzası olsa da və “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti olsa da, həmin kabinetdə qeydiyyatdan keçməmiş, bu səbəbdən həmin kabinet barədə məlumatı olmamışdır. Bundan əlavə isə o bu vaxta qədər belə bir kabinetin mövcud olmasını bilməmiş, icra məmuru onu icra şöbəsinə dəvət etdikdən və bundan sonra qətnamə barədə məlumat aldıqdan sonra o bununla əlaqədar vəkilə müraciət etmiş, vəkil ona bildirmişdir ki, məhkəməyə müraciət etsin, əgər qətnamə məhkəmə tərəfindən şəxsi kabinetə yerləşdirilibsə, təkrar qətnamə verməyəcəklər, əgər qətnaməni rəsmən versələr, bu o deməkdir ki, qətnamə kağız daşıyıcıda rəsmi qaydada verildiyi gündən şikayət vermə müddəti var. Bundan sonra qətnaməni rəsmi qaydada almaq üçün məhkəməyə müraciət etmiş və ## ####### 2025-ci il tarixdə məhkəmədə ona qətnaməni rəsmi qaydada təqdim edib, bu barədə ona qəbzə imza etdirmişlər və ona demişlər ki, bu gündən şikayətvermə müddətin bir aydır. Ona görə də o qətnamədən apellyasiya şikayəti verən zaman müddətin bərpa edilməsi barədə vəsatət verməmişdir. Hal-hazırda isə məhkəmənin qərardadından da görünür ki, qətnamə onun şəxsi kabinetinə ## #### 2025-ci il tarixdə vurulub. Lakin həmin qətnamənin mövcudluğundan xəbərinin olmaması, qətnamənin şəxsi kabinetin yerləşdirilməsi barədə ona bildiriş gəlməməsi, ümumiyyətlə şəxsi kabinetin necə idarə olunması barədə onun anlayışının olmaması artıq həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxdığı müddətin üzürlü hesab edilməsi üçün əsasdır. Belə ki, ona qarşı iddia ərizəsi məhkəmə bildirişi ilə ona göndərilən zaman ən azından onun şəxsi kabinetinin, həmin kabinetin necə idarə edilməsi, qətnamənin kabinetə yerləşdirildiyi gündən müddətin hesablanması qaydaları barədə ona məlumat verilsəydi o, öz hüquqlarını və vəzifələrini bilər, buna uyğun hərəkət edərdi. Yəni burada onun indiki texnologiya ilə ayaqlaşa bilməməyi, bu barədə anlayışının olmaması artıq müddətin üzürlü səbəbdən buraxılmasının təsdiqi üçün kifayət qədər tutarlı səbəbdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.8, 133.1, 133.2, 133.4, 133.5, 133.6, 135.6, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfin izahatını dinləyib, ərizəni, *(***)- ****/**** nömrəli mülki işi nəzərdən keçirib hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, mülki işin sənədlərindən müəyyən olunur ki, məhkəmə aktı ##.##.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Tərəf ##.##.2025-ci il apellyasiya şikayətini və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, apellyasiya şikayətinin verilməsi üçün mülki prosessual qanunvericilikdə müəyyən edilmiş prosessual müddət 3 ay 1 gün ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 10-1-ci maddəsinə əsasən, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə sənədlərin göndərilməsi, qəbulu, elektron qeydiyyatı və elektron dövriyyəsi elektron kabinet vasitəsilə həyata keçirilir. Həmçinin, tərəflərin elektron kabinetlərinə yerləşdirilmiş bütün məhkəmə sənədləri onlara rəsmi qaydada təqdim edilmiş sayılır. Məhkəmə qeyd edir ki, iddia müddəti 3 ay 1 gün ötürülmüş, ərizəçi bu müddəti hansı üzrlü səsəblərdən ötürməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda müddətin bərpası ilə bağlı şikayət digər tərəfin haqlı narazılığına səbəb ola bilər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsindən ötrü qanunla nəzərdə tutulan müddətin ötürülməsinin səbəbləri üzürlü hesab edilərək, həmin qətnamədən şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 31.1, 135.2, 135.3, 135.5, 135.6, 135.8, maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə cavabdeh Cavabdeh rəsmi qaydada çatdırılmış, lakin onun apellyasiya şikayəti vəkil Vəkil elektron kabineti vasitəsilə ##.##.2025-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür. Daha sonra o, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət vermiş, eyni zamanda müddətin bərpa edilməsi barədə ərizə verərək, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmasının səbəblərini üzürlü hesab edərək, şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) ****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi rədd edilmişdir. Məhkəmə onun vəsatətini rədd edərkən müəyyən edilmiş hal kimi göstərmişdir ki, “məhkəmə aktı ##.##.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.” O məhkəmənin bu əsasları ilə razı deyil və belə hesab edir ki, Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ləğv edilməli və müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ##.##.2025-ci il tarixdə onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilsə də, onun həmin qətnamədən xəbəri olmamış, qətnamənin elektron kabinetdə yerləşdirilməsi barədə ona bildiriş gəlməmişdir. Çünki, onun ASAN imzası olsa da və “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti olsa da, o həmin kabinetdə qeydiyyatdan keçməmiş, bu üzdən həmin kabinet barədə məlumatı olmamışdır. Bundan əlavə isə o bu vaxta qədər belə bir kabinetin mövcud olmasını bilməmiş, icra məmuru onu icra şöbəsinə dəvət etdikdən və bundan sonra qətnamə barədə məlumat aldıqdan sonra o bununla əlaqədar vəkilə müraciət etmiş, vəkil ona bildirmişdir ki, “məhkəməyə müraciət et, əgər qətnamə məhkəmə tərəfindən şəxsi kabinetə yerləşdirilibsə sənə təkrar qətnamə verməyəcəklər, əgər sənə qətnaməni rəsmən versələr bu o deməkdir ki, qətnamə sənə kağız daşıyıcıda rəsmi qaydada verildiyi gündən sənin şikayət vermə müddətin var.” O da bundan sonra qətnaməni rəsmi qaydada almaq üçün məhkəməyə müraciət etdi və ## ####### 2025ci il tarixdə məhkəmədə ona qətnaməni rəsmi qaydada təqdim edib, bu barədə ona qəbzə imza etdirdilər və ona dedilər ki, bu gündən sənin şikayətvermə müddətin bir aydır. Ona görə də o qətnamədən apellyasiya şikayəti verən zaman müddətin bərpa edilməsi barədə vəsatət vermədi. Hal-hazırda isə məhkəmənin qərardadından da görünür ki, qətnamə onun şəxsi kabinetinə ## #### 2025-ci il tarixdə vurulub. Lakin onun həmin qətnamənin mövcudluğundan xəbərinin olmaması, qətnamənin şəxsi kabinetin yerləşdirilməsi barədə ona bildiriş gəlməməsi, ümumiyyətlə şəxsi kabinetin necə idarə olunması barədə onun anlayışının olmaması artıq həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxdığı müddətin üzürlü hesab edilməsi üçün əsasdır. Belə ki, ona qarşı iddia ərizəsi məhkəmə bildirişi ilə ona göndərilən zaman ən azından onun şəxsi kabineti, həmin kabinetin necə idarə edilməsi, qətnamənin kabinetə yerləşdirildiyi gündən müddətin hesablanması qaydaları barədə ona məlumat verilsəydi o, öz hüquqlarını və vəzifələrini bilər buna uyğun hərəkət edərdi. Yəni burada onun indiki texnologiya ilə ayaqlaşa bilməməyi, bu barədə anlayışının olmaması artıq müddətin üzürlü səbəbdən buraxılmasının təsdiqi üçün kifayət qədər tutarlı səbəbdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə sənədi o zaman rəsmən verilmiş hesab edilir ki, bu zaman MPM-nin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrinin tələblərinə əməl edilsin. MPM-nin 135.2 və 135.3-cü maddələri məhkəmə sənədinin yalnız şəxsən verilməsini və ya sənədlərin ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilməsini nəzərdə tutur. İşin halından da görünür ki, məhkəmə qətnaməsi ona şəxsən yalnız ## ####### 2025-ci ildə verilmişdir. Bundan əvvəl isə həmin qətnamə on şəxsən verilməmiş və ya onun ailə üzvlərinə təqdim edilməmişdir. Məhkəmə isə qətnamənin onun şəxsi kabinetinə yerləşdirilməsi yolu ilə təqdim edilməsinə əsaslansa da bu zaman sənədin təkcə şəxsi kabinetə yerləşdirilməsinin sənədin rəsmi qaydada çatdırlması üçün əsas olmamasını nəzərə almamışdır. Belə ki, Qanunvericiliyin tələbinə əsasən səəd o zaman rəsmi qaydada verilmiş hesab edilir ki, sənəd “elektron kabinet”lərində yerləşdirilsin və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada SMS və ya elektron poçt vasitəsi ilə verilsin. Bəlkə də məhkəmə sənədi elektron kabinetə yerləşdirmişdir, lakin nə qədər ki, məhkəmə ikinci şərt olan ona məlumat verilməsi şərtini yerinə yetirməmişdir bu zaman həmin sənəd ona rəsmi qaydada verilmiş hesab edilə bilməz. Göründüyü kimi məhkəmə sənədi rəsmi qaydada o zaman ona verilmiş hesab edilə bilərdi ki, o “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçəydi və məhkəmə sənədləri onun həmin sistemdə yaradılmış “elektron kabinet”imdə yerləşdirildikdən sonra bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) ona çatdırılaydı. Lakin o həmin sistemdən qeydiyyatdan keçməmiş, sənədləri həmin sistemdə yerləşdirilməsi barədə ona məlumat gəlməmişdir. Qanunvericiliyi təlbindən də görünür ki, ümumiyyətlə sənədin şəxsə elektron qaydad çatdırılması üçün 3 şərt yerinə yetilməlidir. 1. Şəxs “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməli. 2. məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirməli 3. Yerləşdirmə barədə məlumat şəxsə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. Bu şərtlərdən birinin olmaması artıq sənədi rəsmi qaydada çatdırlıması ehtimalını aradan qaldırır. Beləliklə də, məhkəmə qətnaməsi ona rəsmi qaydada çatdırılmasına istinad etməkdə məhkəmə haqlı olmamışdır. Bundan əlavə bildirmək istəyir ki, iddiaçı İddiaçı “DAİMAN” markalı yükləyici maşının sürücüsü kimi sahibkarlıqla məşğul olan və vergi ödəyicisi kimi qeydiyyatda olan fizki şəxsdir (VÖEN 7600667972). Həmçinin cavabdeh Cavabdeh da fərdi sahibkardır (VÖEN 1802375462). Yəni sahibkarlıqla məşğul olan iki nəfər fiziki şəxs arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış münasibətlərə dair iddiaya Kommersiya məhkəməsində baxılmalı idi. Yəni nə qədər ki, Xətai rayon məhkəməsinin bu iddiaya baxmaq səlahiyyəti olmamış, bu o deməkdir ki, hazırki qətnamə mübahisələndirildiyi andan etibarsızdır və müddətin ötüb-ötməməsindən asılı olmayaraq, həmin qətnamə ləğv edilməlidir. Məhkəmə qətnamədən apellyasiya şikayətinin vermə müddətini ötürməyinə istinad edən zaman, əsasən onun şəxsi kabinetinin olub-olmamasına, şəxsi kabinetin nə vaxt açılmasına, qətnamə şəxsi kabinetə yerləşdirildiyi andan bu barədə ona hansı yolla məlumat verilməsi məsələsinə diqqət yetirməli idi. Bu baxımdan belə hesab edir ki, məhkəmənin səhv nəticəyə gəlməsinin səbəbi məhz bu məsələlərə diqqət yetirməməsi olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin tələblərinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: 136.0.1. məhkəmənin adı və ünvanı; 136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair); 136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 60, 72 (III), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, 399 ,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. İş materialları ilə müəyyən edilir ki, sözügedən qətnamə cavabdehin elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş, icraya yönəlmiş və icraata başlamaq haqqında bildiriş ##.##.2025-ci il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş, ilk dəfə müraciət isə ##.##.2025ci il tarixdə edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar