Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1656/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2, cavabdeh1 qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi; iddia müddəti) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Işin halları
1. ## #### 2023-cü il tarixdə AR DIN Bakı Şəhəri Nərimanov Rayon Polis Idarəsi tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, müxtəlif instansiyalara ünvanlanan ərizələri əsasında toplanmış material üzrə Nərimanov RPI-nin Istintaq Şöbəsində araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Qərarda qeyd edilib ki, cavabdeh2 təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirərkən müəyyən edilmişdir ki, həmin 01 ədəd DVD diskdə cavabdeh2 və İddiaçı arasında telefon danışıqlarının səs yazıları vardır. Səs yazılarında cavabdeh2 İddiaçı imzaladığı borc kağızını istəyir, İddiaçı isə əvvəlki borclarını qaytardıqda həmin kağızı qaytaracağını bildirir. cavabdeh2 onun deyil Baratın borcunun olmasını bildirdikdə X.Abdulayeva Baratı onun gətirməsini, Baratı tanımadığını, ona görə Barata pul verməsini qeyd edərək, pulu verdiyi Barat olmasını bildirdikdə İddiaçı Baratı tanımadığını, ona görə Barata pul verməsini qeyd edərək, pulu verdiyi təqdirdə həmin kağızı verəcəyini qeyd edir.
2. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında”## #### 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
3. İddiaçı və cavabdeh2 arasında razılaşmaya əsasən görünür ki, cavabdeh2 layihələrin hazırlanması məqsədi ilə əvvəllər İddiaçı 4700(dörd min yeddi yüz) manat, ##.##.2021-ci il tarixdə isə 4000 (dörd min) manat aldığını,vəsaitin isə ##.##.2021- ci il tarixdə geri ödəniləcəyini qeyd edib. Tərəflər arasında bağlanmış razılaşma cavabdeh2 və İddiaçı öz imzası ilə təsdiq etmişdir.
4. AR Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xəstəlik tarixndən çıxarış(epikriz) görünür ki, İddiaçı C-50.8 Sağ süd vəzinin xərçəngi II(A) mər.II ki.qr diaqnozu qoyulmuşdur.Əməliyyatdan sonrakı dövrdə xəstəyə antibakterial və infuzion terapiya aparılıb.##.##.2022-ci il tarixdə döş əzələlərinin saxlanması ilə sağ tərəfli mastektomiya cərrahi müdaxilə edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 8700(səkkiz min dörd yüz) manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1.680 (bir min altı yüz səksən) manat məbləğində pulun və dəymiş mənəvi zərərin əvəzi qismindən 2000 (iki min) manat pulun,ümumillikdə 12.080 (on iki min səksən) manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir)
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı bildirdirir ki, fiziki qüsurludur, birinci qrup gözdən əlildir, cavabdeh2 təxminən 40 ildir ki, tanıyır, Bəybala da onun kimi fiziki qüsurludur, onunla münasibətləri çox yaxşı olmuş, hər hansı ədavət və düşmənçilikləri olmamışdır. cavabdeh2 ondan müxtəlif vaxtlarda, müxtəlif yerlərdə özünə iş qurmaq adı ilə 4700 manat borca pul almışdır. ##.##.2021 -ci il tarixdə Bəybala oğlu Nihadla birlikdə yaşadığı ünvan 1 ünvanına gələrək hazırladığı lahiyənin yekunlaşması, lakin, bəzi əksiklərinin olması səbəbindən ondan əlavə 4000 manat pul istəmişdir. Hətta bildirmişdir ki, gələcəkdə lahiyədən əldə olunacaq gəlirdən ona da pay verəcəkdir. Onların sözünə görə həmin pulu, ümumillikdə 8700 manat pulu ##.##.2021-ci il tarixdə qaytaracaqdır. Lakin, bu günə kimi qaytarmaqdan imtina etmişdir.
7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh fiziki qüsurlu, birinci qrup gözdən əlildir. Iddiaçı İddiaçı Məmməd qızına borcu yoxdur. Ondan iddia tələbində göstərilən 4000 və 4700 manat məbləğində borc almamışdır. Iddia tələbində olan məbləğin alınması və ##.##.2021-ci il tarixində qaytarılacağını göstərməyi ilə bağlı qeyd edir ki, iddiaçı İddiaçı həqiqətən layihə üçün 4000 manat pul istəmişdir. Lakin iddiaçı İddiaçı ona borc verməmişdir. Həmin vaxt iddiaçı İddiaçı borc vermək üçün pulunun olmadığını, lakin bir şərtlə pulu əmisi oğlundan və qardaşından alıb ona verilə biləcəyini demişdir. Iddiaçının şərti isə ondan ibarət olmuşdur ki, 2018-ci ildə tanışı Cəlilabad rayon sakini X1 verdiyi 2000 manat pulu hal-hazırki faizi ilə 4700 manat pulu ala bilmədiyindən,həmin pulun ödənilməsini öz üzərinə götürməyini həmin yazılı şəkildə istəmişdir. O isə 4000 manatı verəcəyi halda bu şərtlə razılaşacağını bildirmişdir. Bundan sonra İddiaçı bildirmişdir ki, 4000 manat vəsaiti ona verməsi üçün əmisi oğlu Vüqar Abdullayevdən və onun qardaşı Abdullayev Vüsaldan pulu almaq üçün onlara pulu kimə və nə məqsədlə verəcəyi barədə imzalı təsdiq olunmuş şəkildə kağız göstərməlidir. Ona görə də 4700 və 4000 manat məbləğində pulu guya təhvil aldığını yazmağını istəmişdir ki, o da həmin ərizəni əmisi oğluna və qardaşına göstərərək 4000 manat pulu alıb cavabdehə verə bilsin. Cavabdeh isə iddiaçının sözünə inanaraq,onun istəyi ilə həmin kağızı imzalamışdır. Kağızı imzaladıqdan sonra iddiaçı İddiaçı ona heç bir məbləğdə pul verməmişdir. Iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda X1 ifadəsi və digər ifadələr onun hər hansı məbləğdə pul almadığını təsdiq edir. Qərardan görünür ki, verilən ifadələri iddiaçı İddiaçı inkar etməmişdir, eyni zamanda səs yazılarında borcun ona aid olmadığı, 4000 manat ona pul vermədiyini və 4700 manat məbləğin isə Barat Cəfərova aid olması və cavabdehin dediklərinin həqiqət olduğu başa düşülür. Hazırda isə iddiaçı əsassız olaraq, cavabdehə heç bir məbləğdə pul vermədiyini halda aldadaraq imzaladığı sənədə əsasən ondan pul tələb etdiyini bildirmişdir. Iddiaçı pul tələb etmək üçün müəyyən edilmiş iddia müddətindən üç ildən artıq müddət keçmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.
8. Iddiaçı İddiaçı, onun vəkili vəkil3 tərəfindən iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında cavabdeh bildirdi ki, iddiaçıdan aldığı borc məbləği müqavilədə göstərilən qədər deyildir, vaxt edək məbləğləri razılaşdıraq ödənişləri edim. Bu iddia müddətinin keçmədiyini, cavabdehin borc məbləğini qismən də olsa, qəbul etdiyini göstərir. Mülki Məcəllənin aşağıdakı maddəsinə əsasən: Maddə 382. Iddia müddətinin bərpası Iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Iddiaçı 1-ci qrup gözdən əlildir, tamamilə köməksiz vəziyyətdədir, öz hüquqlarını müdafiə etmək üçün sənədləri toplmaq, iddia ərizəsi hazırlamaq, məhkəməyə təqdim etmək imkanlarından məhrumdur, həmçinin müstəqil şəkildə hərəkət edib vəkil bürosuna belə gedə bilmir. Bu barədə tibbi sənədləri məhkəməyə təqdim etmişdir.Bundan başqa iddiaçı 2021-2022-ci illərdə sağ süd vəzisində yaranmış problemlə bağlı özünü çox pis hiss etmişdir. Vəziyyəti getdikcə pisləşən iddiaçını Azərbaycan Tibb Universitetinin Onkoloji Kilinikasına yerləşdirmişdirlər. ##.##.2022-ci ildə iddiaçıya xərçəng diaqnozu qoyulmuşdur. Iddiaçı 2 ay 18 gün müddətində klinikada stationar müalicəyə qəbul edilərək tibbi prosedurlara cəlb edilmişdir. Belə ki, iddiaçı klinikada diaqnostik və laborator müayinələrdən keçmişdir. ##.##.2022-ci ildə döş əzələlərinin saxlanılması ilə sağtərəfli mastektomiya əməliyyatı olunmuşdur. Uzun sürən müalicə, prosedur və əməliyyatdan sonra nəhayət evə yazılmışdır. Iddiaçı evə yazıldıqdan sonra demək olar ki, indiyədək adyuvant kimyəvi dərman müalicəsi (adyuvant kimyaterapiya) alır. Bu müalicə növü şişin cərrahi yolla çıxarılmasından sonra xəstənin orqanizmində qalmış mikroskopik (gözə görünməyən) xərçəng hüceyrələrini məhv etmək məqsədilə verilən dərman müalicəsidir. Iddiaçı əsasən tabletlə və ya iynələrlə bu müalicəni almışdır, almaqda davam edir. Iddiaçının keçirdiyi xəstəliyin tarixçəsi məhkəməyə təqdim edilən tibbi sənədlərlə tam təsdiqini tapmışdır. Qeyd edilən hallar iddiaçının iddia müddətini ötürməsinə səbəb olan müstəsna hallardır. Bu qədər ağır xəstəlik və ciddi prosedurlardan sonra iddiaçı öyrənmişdir ki, dövlət hesabına hüquqi yardım alıb məhkəməyə müraciət edə bilər. Ona görə də ## ####### 2024-cü il tarixdə iddiaçı dövlət hesabına hüquqi yardım almaq məqsədilə “Femida” Vəkil Bürosuna müraciət etmişdir. “Femida” Vəkil Bürosu isə İddiaçı cavabdehə qarşı Nərimanov rayon Məhkəməsində iddia qaldırmaq və məhkəmədə təmsil olunması üçün dövlət hesabına hüquqi yardımın göstərilməsi barədə qərardad qəbul edilməsi məqsədilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin ##.##.2024-ci il tarixli **(***)-***/**** saylı qərardadı ilə iddiaçıya dövlət hesabına hüquqi yardım göstərilməsi qərara alınmışdır. Məhkəmənin qərardadı büroya ##.##.2024- cü ildə daxil olmuş, həmin güm büro tərəfindən iddiaçının vəkilinə order verilmişdir.Iddiaçının vəkili sənədlər hazırlandıqdan sonra ##.##.2025-ci il tarixdə iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Iddia müddəti borc müqaviləsindəki göstərilmiş ##.##.2021-cü ildən hesablanarsa, iddia müddəti ##.##.2024-cü ildə bitir. Bundan sonra iddiaçı 3 ay tamam olmamış hüquqi yardım almaq məqsədilə “Femida” Vəkil Bürosuna müraciət etmişdir. Cavabdeh 2022-ci ildə iddiaçıya söz verib ki, borcunu ödəyəcək. Lakin sözünün üstündə durmamış, ödəniş etməmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən iddia müddətinin bərpa edilməsini xahiş etmişdir.
9. Daha sonra cavabdeh iddia müddətinin bərpa edilməsinə etiraz ərizəsi məhkəməyə təqdim edərək bildirmişdir ki, vəkil ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 382-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh borc məbləğini məhkəmədə qismən qəbul etmiş, iddiaçı xərçəng xəstəliyi olmuş, məhkəməyə müraciət etmək imkanından məhrum olmuş və göstərilən səbəblər iddia müddətinin son 3 ayında baş verdiyindən iddia müddəti bərpa olunmalıdır. Qeyd edir ki, cavabdeh belə bir ifadə məhkəmədə verməmişdir, iddiaçı məhkəmədə borc götürmədiyini bildirmişdir. Iddiaçının cavabdehin ifadəsinin əksini qeyd etdiyi qismən borcun qəbul edilməsinin iddia müddətinin keçməməsi kimi qiymətləndirməsinin də iddia müddətinin bərpası üçün əsas deyildir. Iddiaçının sosial həyat sürməsi, qazanc əldə etməsi ilə bağlı aktiv həyat sürərək müxtəlif şəxslərə borc verməsi ilə tanımır, ən azından iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”la, iddiaçının polis idarasinə şikayət etməsi, hüquqlarını həyata keçirməsi üçün hərəkətlər etməsi, orada izahatlar verməsi iddiaçının tamamilə köməksiz vəziyyətdə olmamasını, öz hüquqlarını müdafiə edə bilməsi imkanında olmasını təsdiq edir. Iddiaçının xəstə olması ilə bağlı cavabdeh qeyd edir ki, ərizədən və iş materiallarına əlavə edilən tibbi sənədlərdən götünür ki, iddiaçının xərçəng diaqnozu 2022-ci ilin yanvar ayında qoyulub və xəstəxana şəratində 2 ay 18 gün müalicə olunmuş və ##.##.2022-ci ildə isə əmliyyat olmuşdur, müəyyən müddətdən sonra evə buraxılmışdır. Iddiaçı xəstəliyi ilə bağlı xəstəxanada müalicə alması və əməliyyat olması dövrü 2022-ci ili əhatə edir. 2022-ci ildən sonra iddiaçı hüquqlarını həyata keçirmək imkanında olmuşdur. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı polisə şikayət etməsi, orada izahat verməsi 2023-cü ilin mart ayında olmuşdur. Qanunvericiliyin tələbinə əsasən, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında baş verdikdə üzrlü sayıla bilər. Ərizədə iddia müddətinin ötürülməsi səbəbini göstərən xəstəlik iddia müddətinin son altı ayında deyil, son 24 aydından artıq müddətdə baş vermişdir, həmin müddətdə iddiaçının xəstəliyi davam etsə də, hüquqlarını həyata keçirmə imkanında olmuşdur. Cavabdeh 2022-ci ildə borcunu ödəyəcəyinə söz verməmişdir. Iddiaçı heç bir vaxt borcunun olduğunu bildirməmiş və onu ödəyəcəyinə söz veməmişdir. Iddiaçı hər dəfə cavabdehin ona pul vermədiyini bildirmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiasının rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2, 445.2.1, 445.2.2, 448, 739.1, 739.2, 372.1, 377.1, 382-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(005)- ****/**** saylı qətnaməsində aşağıdakı düzəlişin edilməsi: Qətnamənin “Məhkəmə iclasında verilən izahatlar” hissəsində “Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Şahid Sevtar oğlu izahatında bildirdi ki,” sözləri “Məhkəmə iclasında şahid qismində dəvət edilmiş X2 izahatında bildirdi ki,” sözləri ilə əvəz edilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 377.1, 382, 385.1, 386.1, 442, 445.2, 445.2.1, 448, 739.1, 739.2 826.1 və 826.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1,217.4-cü maddələri ilə əsaslandırmışdır.Hesab edir ki, sözügedən qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qətnamənə iş üçün zəruri olan hallar yetərincə araşdırılmamış və təqdim edilmiş əsaslı sübutlara düzgün qiymət verilməmiş, eyni zamanda təqdim edilmiş sübutlar məhkəmə iclasında əsassız səbəblərdən qəbul edilməyərək tədqiq edilməmişdir. Işin faktiki hallarından da qeyd edildiyi kimi tərəflər arasında borc münasibətəri ##.##.2021-ci il tarixdə yaranmış, bu münasibətlərin təsdiqi kimi iş materiallarına cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən 8700 manat pulun borca alınmasına dair əlyazma iltizam əlavə edilmişdir. Həmin iltizama əsasən ##.##.2021-ci il tarixədək cavabdehlər tərəfindən borc məbləği hüquqlarını müdafiə etdiyi şəxsə (İddiaçı) qaytarılmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti tətbiq edilərək iddiaçının ##.##.2024-cü il tarixədək məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Yuxarıda qeyd edilən halla razılaşmayaraq qeyd edir ki, cavabdehlər tərəfindən davamlı olaraq hüquqlarını müdafiə etdiyi şəxsə yalan vədlər verilmiş, borc məbləğinin qaytarılacağı bildirilməklə onun məhkəməyə müraciət etməsinə əngəl olunmuşdur. Məhkəmə hazırlıq iclasında da cavabdehlər borc məbləğini qismən etiraf etmiş, aralarında razılaşma əldə olunmasını təklif etmişlər. Göründüyü kimi, cavabdehlər borc məbləğini qaytaracaqları ilə bağlı yalan vədlər verməklə, iddiaçı ilə aralarında olan müqavilə münasibətlərini dolayı yolla davam etdirmiş hesab edilirlər. Iddiaçı 1-ci qrup gözdən əlildir, tamamilə köməksiz vəziyyətdədir, öz hüquqlarını müdafiə etmək üçün sənədləri toplamaq, iddia ərizəsi hazırlamaq, məhkəməyə təqdim etmək imkanlarından məhrumdur, həmçinin müstəqil şəkildə hərəkət edib vəkil bürosuna belə gedə bilmir. Bu barədə tibbi sənədləri məhkəməyə təqdim etmişdir. Bundan başqa iddiaçı 2021-2022-ci illərdə sağ süd vəzisində yaranmış problemlə bağlı özünü çox pis hiss etmişdir. Vəziyyəti getdikcə pisləşən iddiaçını Azərbaycan Tibb Universitetinin Onkoloji Kilinikasına yerləşdirmişdirlər. ##.##.2022-ci ildə iddiaçıya xərçəng diaqnozu qoyulmuşdur. Iddiaçı 2 ay 18 gün müddətində klinikada stationar müalicəyə qəbul edilərək tibbi prosedurlara cəlb edilmişdir. Belə ki, iddiaçı klinikada diaqnostik və laborator müayinələrdən keçmişdir. ##.##.2022-ci ildə döş əzələlərinin saxlanılması ilə sağtərəfli mastektomiya əməliyyatı olunmuşdur. Uzun sürən müalicə, prosedur və əməliyyatdan sonra nəhayət evə yazılmışdır. Iddiaçı evə yazıldıqdan sonra demək olar ki, indiyədək adyuvant kimyəvi dərman müalicəsi (adyuvant kimyaterapiya) alır. Iddiaçının keçirdiyi xəstəliyin tarixçəsi məhkəməyə təqdim edilən tibbi sənədlərlə tam təsdiqini tapmışdır. Qeyd edilən hallar iddiaçının iddia müddətini ötürməsinə səbəb olan müstəsna hallardır. Bu qədər ağır xəstəlik və ciddi prosedurlardan sonra iddiaçı öyrənmişdir ki, dövlət hesabına hüquqi yardım alıb məhkəməyə müraciət edə bilər. Ona görə də ## ####### 2024-cü il tarixdə iddiaçı dövlət hesabına hüquqi yardım almaq məqsədilə “Femida” Vəkil Bürosuna müraciət etmişdir. “Femida” Vəkil Bürosu isə İddiaçı cavabdehə qarşı Nərimanov rayon Məhkəməsində iddia qaldırmaq və məhkəmədə təmsil olunması üçün dövlət hesabına hüquqi yardımın göstərilməsi barədə qərardad qəbul edilməsi məqsədilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin ##.##.2024-ci il tarixli **(***)-***/**** saylı qərardadı ilə iddiaçıya dövlət hesabına hüquqi yardım göstərilməsi qərara alınmış, vəkil təərfindən sənədlər hazırlandıqdan sonra ##.##.2025-ci il tarixdə iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Iddia müddəti borc müqaviləsindəki göstərilmiş ##.##.2021-ci ildən hesablanarsa, iddia müddəti ##.##.2024-cü ildə bitir. Bundan sonra iddiaçı 3 ay tamam olmamış hüquqi yardım almaq məqsədilə “Femida” Vəkil Bürosuna müraciət etmişdir. Cavabdeh 2022-ci ildə iddiaçıya söz verib ki, borcunu ödəyəcək. Lakin sözünün üstündə durmamış, ödəniş etməmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən iddia müddəti iddiaçının özündən asılı olmayan və üzrlü hesab edilə biləcək hallara görə ötürülmüşdür. Odur ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəməyə iddia müddətinin bərpa edilməsinə dair ərizə ünvanlanmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə də etinasız yanaşılmış, iddia müddətinin bərpa edilməməsinin səbəbləri qətnamədə əsaslandırılmamışdır. Hazırda cavabdeh tərəf borclu olduğu təqdirdə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca və vaxtı-vaxtında icra etməməsi nəticəsində tərəflər arasında mübahisəyə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi müvafiq işə baxarkən, iş üzrə əhəmiyyət kəsb edən bütün faktları nəzərə almayaraq yalnız cavabdeh tərəfin verdiyi mülahizələrə istinad etməklə qətnamə qəbul etmişdir. Işin halları ilə müəyyən edilir ki, tərəflər arasında borc münasibətlərindəndən irəli gələn öhdəlik hüquq münasibətləri mövcuddur. Işə baxan hakim tərəfindən borc münasibətlərinin mövcud olmasının sübuta yetirilmədiyi qeyd edilmiş, iş materiallarında olan iltizamların cavabdehlər tərəfindən imzalanmasının onlar tərəfindən etiraf edilməsi halı diqqətdənkənar qalmış, qətnamədə buna hər hansı hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən mövcud qanunvericiliyin tələblərinə tam riayət etməmiş, nəticədə iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yol verilmiş, cavabdehin hərəkətləri nəticəsində maddi zərərə məruz qalmışdır. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təqdim edilən əsaslı sübutlara lazımi qiymət verməmiş və işin hallarını obyektiv araşdırmadan, cavabdehin xeyrinə qətnamə çıxarmışdır. Bu səbəbdən, həmin qətnamə ilə razılaşmır və onun ləğv olunaraq iş üzrə obyektiv, qərəzsiz və ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən göründüyü kimi, iddiaçı tərəfdən məhkəməyə təqdim olunmuş sübutların əksəriyyəti nəzərə alınmamışdır. Halbuki iş materiallarında cavabdeh cavabdeh2 iddiaçıdan 8.700 (səkkiz min yeddi yüz) manat məbləğində vəsait almasını təsdiq edən və onun imzası ilə təsdiqlənmiş yazılı razılaşma, iş üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar və digər sübutlar mövcuddur. Həmin sübutlar iddianın əsaslı və qanuni olduğunu tam təsdiq etdiyi halda, məhkəmə onları lazımi qaydada araşdırmamış, düzgün hüquqi qiymət verməmişdir. Bu hal isə Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı müddəalarının pozulması deməkdir. Birinci instansiya məhkəməsi tərəfindən AR MPM-nin 4.1-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, iddia müddətinin bərpasına dair ərizənin AR MM-nin 382-ci maddəsi ilə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduğu halda təmin edilməməsi, hüquqlarını müdafiə etdiyim şəxsin məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozur. Birinci instansiya məhkəməsi tərəfindən AR MPM-nin 217.1-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən AR MPM-nin 218.1-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, əsassız yanaşmalardan iddianın təmin edilməsi ilə bağlı təqdim edilmiş sübutlar yetərsiz hesab edimiş, bəzi sübutlar isə araşdırılmalı olduğu halda belə araşdırılmamışdır. Iddia ərizəsi verilərkən və məhkəmə tərəfindən araşdırma aparılarkən iddia tələbini əsaslandıran bütün sübutlar təqdim olunsa da, məhkəmə həmin sübutları idddianı təmin etməyə yetərli hesab edəcək qədər mötəbər sübut kimi qəbul etməmiş, onlara doğru hüquqi qiymət verməmişdir. Iddiaçı tələbinin əsaslılığını təqdim etdiyi sübutlarla sübut edə bilmişdir. Cavabdehlər tərəfindən göstərilən xüsusatları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə yalnız cavabdehlərin şəxsi mülahizələrinə əsaslanmış, onların verdiyi ifadəyə əsasən iddianı əsassız hesab etmişdir. Iddia üzrə nəticə birbaşa olaraq cavabdehlərin ifadəsinin üzərində qurulmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçı ilə cavabdehər arasında yaranmış hüquq münasibətlərinə dair həm maddi, həm də prosessual hüquq normaları dügün tətbiq etməmişdir. Şahidlərin ifadələri, iddiaçının həqiqəti əks etdirən ifadəsi, cavabdehlərin ziddiyyətli və həqiqəti əks etdirməyən ifadələri məhkəmə tərəfindən sübut növü olaraq düzgün təhlil edilməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, hakimin öz subyektiv mülahizəsinə uyğun olaraq əsaslandırılmışdır. Iddiaçı İddiaçı birinci instansiya məhkəməsində iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi üçün onun və vəkili tərəfindən təqdim edilmiş sübutlar kifayət qədər əsaslı hesab olunmadığından, İddiaçı iddia müddətinin həm son altı ayında həm də hazırki vəziyyətdə onkoloji xəstəliklə mübarizə apardığını iddia müddətinin ötürülməsi səbəblərini özündə əks etdirən digər tibbi sənədlərin apellyasiya instansiyasında qiymətləndirilməsini xahiş edir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2 Icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
22. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
25. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
27. Maddə 382. Iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
31. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda, iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
40. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
41. Işin hallarından görünür ki, iddiaçı cavabdehlə arasında sadə yazılı formaya riayət edilməklə yazılmış sənəd əsasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmasını, həmin öhdəliklərə görə iddiaçının öhdəliyi yerinə yetirərək, qəbzdə göstərilən pul məbləğini cavabdehə verməsini, bunun nəticəsində onun cavabdehdən iltizam üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yarandığını, cavabdehin isə iltizam üzrə öhdəlikləri yerinə yetirmədiyini bildirir. Hesab edir ki, öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin onun qarşısında qəbzin məzmunundan irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməmişdir.
42. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən istinad edilən yazılı iltizam, “Cinayət işinin başlanmasını rədd edilməsi haqqında” qərar, şahid ifadəsi ilə iddianın əsaslılığı öz təsdiqini tapmır. Iddiaçı tərəfindən istinad edilənlər iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
43. Bundan əlavə, məhkəmə tələb olunan 2000 manat məbləğə münasibətdə iddia müddətini tətbiq etməklə qeyd etmişdir ki, iltizama əsasən cavabdeh pul məbləğini ##.##.2021-ci il tarixdə qaytaracağı barədə öhdəlik götürmüşdür. Deməli, iddiaçı ən son ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etməli idi. Lakin iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim edilsə də, ərizə və ona əlavə edilmiş sənədlərlə iddiaçıın müddəti üzrlü səbəbdən ötürdüyü öz təsdiqini tapmır.
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
45. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla sübuta yetirilmədiyindən qanuni və mahiyyətcə düzgün olan məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz.
47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
48. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
49. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282).
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.