Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1670/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İmamqulu qızına qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən yaranmış öhdəlik və ziyanın tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Cavabdeh İmamqulu qızının iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İmamqulu qızına qarşı “vurulmuş zərərin ödənilməsi və zərər vurmaya səbəb olan halların aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, ****** nömrəli, ##.##.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən * nömrəli evin * nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli ##.##.2013-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən * nömrəli evin * nömrəli mənzili birgə (paylı) mülkiyyət hüququ üzrə Cavabdeh İmamqulu qızının və Bayramov Bayram İmamqulu oğlunun adına qeydiyyata alınmışdır.
3. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKİS tərəfindən ** saylı vəkil bürosunun vəkili Abdul Bağırova ünvanlanmış ##.##.2022-ci il tarixli məktubun surətindən görünür ki, 2021-ci ilin sentyabr ayında X2 küçəsi, ev 9, mənzil 4-ün mülkiyyətçisi Cavabdeh İmamqulu qızı qonşu tərəfindən yaşadığı mənzili altındkı zirzəmidə qeyri-qanuni qazıntı işləri aparıldığı ilə əlaqədar ** saylı MKİS-ə yazılı müraciət etmişdir. MKİS tərəfindən həmin * saylı mənzilin altındakı zirzəmiyə baxış keçirilmiş, qeyri-qanuni qazıntı aşkarlanmış və qazıntı nəticəsində evdə çatlar əməl gəlmişdir. Bununla əlaqədar X1 ** saylı MKİS-ə dəvət olunmuş və təcili zirzəmidə təmir-tikinti işləri aparılması üçün xəbərdarlıq edilmişdir. Ünvan tərəflərindən nəzarətdə saxlanılır.
4. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2022-ci il tarixli məktubun surətindən görünür ki, Səbail rayon ** saylı MKİS-dən aldıqları məktuba əsasən Q.Abbasov küçəsi, ev 9, 4-cü mənzilin sakini Cavabdeh yaşadığı mənzilin zirzəmisinə baxış keçirilmişdir. Qonşu tərəfindən zirzəminin bünövrəsində qeyri-aquni qazıntı işləri aparılan zaman həmin ünvanda çatlar əmələ gəlmiş bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi zirzəmi problemi ilə əlaqədar olaraq isə iki qonşu arasında mülki mübahisəyə səbəb olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunur.
5. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Səbail rayon Məhkəməsinə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh İmamqulu qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən * saylı evin 4-cü mənzilin altında yerləşən zirzəminin İddiaçı və ya digər şəxsin adına özəlləşdirilib- özəlləşdirilməməsi barədə ətraflı məlumat verilməsi, əgər həmin zirzəmi özəlləşdirilmişsə həmin zirzəminin hərraca çıxarılmasına, özəlləşdirilməsinə və ya satılmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin sorğunu təqdim edən şəxsə verilməsi barədə sorğusuna baxılmışdır. Müraciətində qeyd olunan Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən * nömrəli evin 4-cü mənzilin altında yerləşən zirzəmi İddiaçı və ya digər şəxsin adına qeydiyyatdan keçməsi özəlləşdirilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir.
6. İş üzrə ** saylı MKİS-nin rəis əvəzi M.S.Əliyev, sahə bələdçisi V.A.Quliyev, sahə bələdçisi Ə.A.Qasımov, sahə bələdçisi A.Z.Əliyev, kargüzar K.Ə.Ağayeva tərəfindən tərtib edilmiş aktına əsasən X2 küçəsi, * saylı mənzilin sahibi İddiaçı şikayəti əsasında həmin mənzilin üst qonşusu X2 9 mənzil 4-ün ev sahibi Cavabdeh İmanqulu qızının mənzilindən su sızması ilə əlaqədar yerində baxış keçirilmiş, su sızması nəticəsində tavan yararsız vəziyyətdə düşdüyünə görə alçipan bir hissə qopub yerə düşməsi gözlə müşahidə olunmuşdur.
7. İş üzrə İddiaçı sifarişi əsasında “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan qeyri-yaşayış sahəsinin planlı yerləşməsini, qeyri-yaşayış sahəsinin birbaşa üstündə, yəni dam hissəsində, yaşayış binasının 2-ci mərtəbəsində yaşayan sakinlər tərəfindən açıq eyvan inşa edildiyini, qeyri-yaşayış sahəsinin tikililərində qüsurlar əmələ gəldiyini və həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin birbaşa üstündə, yəni dam hissəsində, yaşayış binasının 2-ci mərtəbəsində yaşayan sakinlər tərəfindən inşa edilmiş açıq eyvandan su sızdığı və nəticədə tədqiq olunan qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyri- yaşayış sahəsinin tikililərinə su sızması, həmin qeyriyaşayış sahəsinin dam hissəsində, yaşayış binasının 2-ci mərtəbəsində yaşayan sakinlər tərəfindən inşa edilmiş eyvanda yağış sularının kənarlaşdırılması üçün axıntı yuvarları və su novları quraşdırılmaması, həmçinin su sızma hallarının qarşısının alınması üçün izolyasiya işləri aparılmaması səbəbindən baş vermişdir. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3352 manat məbləğində müəyyən olunmuşdur.
8. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İmamqulu qızının cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, zirzəminin əvvəlki vəziyyətə qaytarılması və zirzəmiyə giriş qapısının açılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi tərəfindən tərtib edilmiş müvafiq layihə alınmaqla Bakı şəhəri, Səbail rayonu, X2 küçəsindəki * saylı evin 4-cü və 6-cı mənzillərinə münasibətdə binanın (binanın həmin hissələri üzrə) əsas yükdaşıyan divarlarında bərpa-bərkitmə (gücləndirmə) işlərinin İddiaçı hesabına aparılması ona həvalə edilməsi, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsindəki * saylı evin 4-cü mənzilin təmiri üçün 3747 marat, iddiaçı tərəfindən təmir-bərkidilmə işlərinə çəkilmiş xərcin əvəzi olan 800 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 400 manat, “Azərdövlətsənayelayihə” DLİ tərəfindən texniki baxışın və rəyin verilməsi üçün ödənilmiş 596 manat, cəmi 5543 manat məbləğində pul və ödənilmiş dövlət rüsumun 75,23 manat hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh İmamqulu qızına ünvanlanmış ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 9 ünvanında yerləşən * saylı mənzil üzərində qeydiyyata alınmış hüquqların ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş ##.##.2025-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə uyğun olaraq sözügedən mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmışdır. Məlumat üçün bildirirlər ki, həmin Qanunun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydalarında həll edilir.
10. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının **/**** saylı, ##.##.2025-ci il tarixli rəyinə əsasən ünvan 2 ünvanda iddiaçı İddiaçı sahibliyində olan və qeyri-yaşayış sahəsi kimi istifadə olunan sahədə faktiki olaraq baxış zamanı susızması olmadığından, üst mərtəbədə yerləşən mənzillərə dair hər hansı göz ilə görünən kanalizasiya və su xətləri aşkar edilmədiyindən su axıdılmasının texniki səbəbini dəqiqiklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, qeyri-yaşayış sahəsinin üzərində yerləşən mənzillərin açıq eyvan tikilisinin üst və ya hissələri açıq olduğundan atmosfer yağıntıları səbəbindən susızmasının baş verməsi istina edilmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İmamqulu qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə vurduğu zərərə görə 3852 manat və ödənilmiş 58,52 manat dövlət rüsumu, cəmi 3910,52 manat cavabdeh Cavabdeh İmanqulu qızından tutularaq ona verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə su axıntısına səbəb olmuş cavabdeh istifadə etdiyi eyvanda dağıntıların bərpa edilməsi, nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri- yaşayış sahəsinin dam hissəsi tərəfindən təmir edildikdən sonra yuxarı hissədə yerləşən * nömrəli mənzilin sahibi cavabdeh Cavabdeh tərəfindən dam hissə zəbt edilərək eyvan kimi istifadə edilir. Qonşuluq münasibətlərini nəzərə alaraq o, cavabdehin hərəkətlərinə etiraz etməmişdir. Lakin cavabdeh istifadə qaydalarına məhəl qoymayaraq ona məxsus sahənin dam örtüyünü dağıdıb. Nəticədə yağan yağış suları, onun eyvan kimi istifadə etdiyi sahəyə su axıdığı səbəbindən dam örtüyü tamamilə sıradan çıxmışdır. Dəfələrlə bu barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh bununla bağlı hər hansı tədbir görməmiş, nəticədə ona məxsus sahənin tavanı yararsız vəziyyətə düşmüş, hətta bir neçə dəfə bu səbəbdən qısa qapanma baş vermişdir, tavan örtüyü yararsız vəziyyətə düşüb. Alçıpan örtüyü qoparaq döşəmənin üzərinə düşmüş. Yerdə qalan alçıpan örtük demək olar ki, tam sıradan çıxmışdır. Həmçinin divarların üzərində şaquli istiqamətdə su sızması nəticəsində emulsiya və şpaklyovka qatı köpərək qabarmış və fiklənmiş, qoparaq tökülmüş, eləcə də digər elementlər ləkələnmişdir. Tavana vurulmuş elektrik lampalar yerində çıxmış, döşəməyə düşərək sınmış, elektrik xətti faktiki olaraq sıradan çıxmışdır. Cavabdehdən ona vurduğu maddi zərəri və həmin zərər vurmaya səbəb olan halları aradan qaldırmağı tələb edir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin ünvan 2 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə maddi zərər vurması iddia ərizəsinə əlavə etdiyi, ##.##.2025-ci il tarixli aktla və sahəyə dəyən zərəri əks etdirən “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ETM-***/T/** nömrəli mütəxəssis rəyini iddia ərizəsinə əlavə olunur. Cavabdehin ona məxsus sahəyə vurduğu zərər 3352 manat, onun tərəfindən mütəxəssis rəyi üçün “xxxx” MMC ödənilmiş 500 manat, cəmi 3852 manat təşkil edir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X7)
14. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, ekspert rəyi ilə də təsdiq olunur ki, mübahisəli sahənin üzərində yerləşən cavabdehin mənzilində kanalizasiya və su xətləri aşkar edilməmiş, lakin qeyri-yaşayış sahəsinin dam örtüyünün üst və yan hissələri açıq olduğu üçün atmosfer yağıntı səbəbindən su sızmasının baş verməsi istisna edilmir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının maddi zərərin ödənilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi qeyri-yaşayış sahəsinə su axıntısına səbəb olmuş cavabdeh istifadə etdiyi eyvanda dağıntıların bərpa edilməsi, nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin tavanı sonradan iddiaçının öz vəsaiti hesabına inşa edildiyindən, inşa zamanı müvafiq izolyasiya həyata keçirilmədiyi və yan hissələri açıq olduğundan, həmin sahəyə su axması halı istisna edilmədiyindən, bununla da mübahisəli qeyri-yaşayış sahəsinə su axması cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmadığından, məhkəmə hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1097.1–ci, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə və bir sıra Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ç) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən * saylı evin sahəsi 35,4 kv.m. olan * saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, X2 küçəsində yerləşən * nömrəli evin * nömrəli mənzili Cavabdeh İmamqulu qızının və Bayramov Bayram İmamqulu oğlunun birgə (paylı) mülkiyyətindədir.
29. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan və qeyri-yaşayış sahəsi kimi istifadə olunan mübahisəli sahə iddiaçının təqdim etdiyi texniki pasportda göstərilsə də, məhkəməyə təqdim edilən texniki pasport imzasız və möhürsüz olduğu üçün məhkəmə həmin sənədi sübut kimi dəyərləndirmir. Cavabdehin təqdim etdiyi texniki pasportda balkon tikilisinin mövcud olması əks olunmayıb, yəni həmin tikili sonradan inşa edilib. Həmin tikili öz hüquqi statusuna görə özbaşına tikilidir.
30. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ünvan 2 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin dam hissəsi tərəfindən təmir edildikdən sonra yuxarı hissədə yerləşən * nömrəli mənzilin sahibi cavabdeh Cavabdeh tərəfindən dam hissə zəbt edilərək eyvan kimi istifadə edilir. Qonşuluq münasibətlərini nəzərə alaraq o, cavabdehin hərəkətlərinə etiraz etməmişdir. Lakin cavabdeh istifadə qaydalarına məhəl qoymayaraq ona məxsus sahənin dam örtüyünün dağıdıb. Nəticədə yağan yağış suları, onun eyvan kimi istifadə etdiyi sahəyə su axıdığı səbəbindən dam örtüyü tamamilə sıradan çıxmışdır. Dəfələrlə bu barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh bununla bağlı hər hansı tədbir görməmiş, nəticədə ona məxsus sahənin tavanı yararsız vəziyyətə düşmüş, hətta bir neçə dəfə bu səbəbdən qısa qapanma baş vermişdir, tavan örtüyü yararsız vəziyyətə düşmüşdür. Alçıpan örtüyü qoparaq döşəmənin üzərinə düşmüş. Yerdə qalan alçıpan örtük demək olar ki, tam sıradan çıxmışdır. Həmçinin divarların üzərində şaquli istiqamətdə su sızması nəticəsində emulsiya və şpaklyovka qatı köpərək qabarmış və fiklənmiş, qoparaq tökülmüş, eləcə də digər elementlər ləkələnmişdir. Tavana vurulmuş elektrik lampalar yerində çıxmış, döşəməyə düşərək sınmış, elektrik xətti faktiki olaraq sıradan çıxmışdır. Cavabdehdən ona vurduğu maddi zərəri və həmin zərər vurmaya səbəb olan halları aradan qaldırmağı tələb edir. Cavabdehin ünvan 2 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə maddi zərər vurması iddia ərizəsinə əlavə etdiyi, ##.##.2025-ci il tarixli aktla və sahəyə dəyən zərəri əks etdirən “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ETM-***/T/** nömrəli mütəxəssis rəyini iddia ərizəsinə əlavə olunur. Cavabdehin ona məxsus sahəyə vurduğu zərər 3352 manat, onun tərəfindən mütəxəssis rəyi üçün “xxxx” MMC ödənilmiş 500 manat, cəmi 3852 manat təşkil edir. Bu səbəbdən iddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən mülkiyyətində və sahibliyində olan 165 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə vurduğu zərərə görə 3852 manat və ödənilmiş 58,52 manat dövlət rüsumu, cəmi 3910,52 manat cavabdeh Cavabdeh İmanqulu qızından tutularaq ona verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə su axıntısına səbəb olmuş cavabdeh istifadə etdiyi eyvanda dağıntıların bərpa edilməsi, nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdeh isə iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin qanunsuz olaraq inşa edildiyini, həmin tikilinin dam örtüyünün inşasını da məhz iddiaçı tərəfindən həyata keçirildiyini, düzgün izolyasiya edilməmə səbəbi ilə həmin sahəyə su axmasını və su axmanın onun təqsiri üzündən baş verməməsini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
32. Birinci instansiya məhkəməsi zamanı əldə edilmiş ekspert rəyi ilə də təsdiq olunur ki, mübahisəli sahənin üzərində yerləşən cavabdehin mənzilində kanalizasiya və su xətləri aşkar edilməmiş, lakin qeyri-yaşayış sahəsinin dam örtüyünün üst və yan hissələri açıq olduğu üçün atmosfer yağıntı səbəbindən su sızmasının baş verməsi istisna edilmir.
33. Bu səbəbdən iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin tavanı sonradan iddiaçının öz vəsaiti hesabına inşa edildiyindən, inşa zamanı müvafiq izolyasiya həyata keçirilmədiyi və yan hissələri açıq olduğundan, həmin sahəyə su axması halı istisna edilmədiyindən, bununla da mübahisəli qeyri-yaşayış sahəsinə su axması cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olması təsdiq edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və yuxarıda qeyd edilənlərə əsasən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.