Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1695/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1695/2026 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38000 manat borc məbləğinin, həmçinin ona dəymiş 3800 manat əldən çıxmış faydanın və tərəfindən ödənilmiş 215.40 manat dövlət rüsumunun, ümumilikdə 42015.40 manat pul vəsaitinin cavabdeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 29415.40 manat borcun, ödədiyi 14400 manat kirayə haqqının, kommendanta ödədiyi 936 manat kommunal xərclərinin və dövlət büdcəsinə ödədiyi 215.40 manat dövlət rüsumunun, cəmi 44966.80 manat pul vəsaitini cavabdeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh, 2023-cü il tarixində ondan ev almağına köməklik göstərilməsi məqsədi ilə 34000 manat və bundan başqa bacısı qızını işə düzəltmək məqsədilə yenidən ondan 4000 manat pul vəsaiti almışdır. Lakin o, ona nə ev almış nə də ki, bacısı qızını işə düzəltmişdir. Buna görə də o, dəfələrlə cavabdeh Cavabdeh pulunu geri tələb etmişdir. O pulunu tələb etsə də o, hər dəfəsində müxtəlif bahənələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Bu səbədən polisə də şikayət etmişdir, lakin Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi ##.##.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar verərək, tərəflər arasında olan mübahisə mülki hüquq kateqoriyasına aid olduğunu bildirərək, ona mülki qaydada məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Hal-hazırda onun ona 38000 manat borcu qalmaqdadır. Bu faktları təsdiq edən, cavabdeh Cavabdeh verdiyi pulu sübut edən dəlillər, onunla aralarında ##.##.2023-cü ildə Xırdalan şəhərində X1 və X6 şahidliyi ilə tərtib etdiyi Borc barəsində akt və WHATSAPP mobil tətbiq vasitəsilə aşkar edilmiş səs yazıları vardır. Nətəcədə cavabdeh Cavabdeh ona maddi və mənəvi zərər yetirmişdir. Yəni, 38000 manat pul vəsaitini o, o zaman Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evini sataraq ona vermişdi. Guya ona daha da böyük ev almalı idi. Nəzərə almaq lazımdır ki, hal-hazırda evlərin qiyməti müəyyən qədər bahalaşmışdır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 2023-cü il üçün "Pul siyasətlərinin əsas istiqamətləri barədə bəyanatında" 2023-cü il üçün orta illik infliyasiya dərəcəsi 2,1 faiz, 2024-cü il tarixində isə 8,8 faiz təşkil etmişdir. Bu səbəbdən də hesab edir ki, ona təqribən 3800 manat əldən çıxmış fayda dəymişdir. Cavabdeh, hərbiçidir və yüksək məbləğdə əmək haqqı alır. Odur ki, həmin pulun alınması məqsədi ilə, məhkəməyə müraciət etmək qərarına gəldi. Məhkəmənin ədalətli qərar verəcəyinə inanır.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) cavabdeh Cavabdeh 29415.40 manat borcun və 178.25 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etmişdir.
5. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 442, 739.1, 739.2, 740, 743, 882.1, 882.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 21.1, 21.2, 77.1, 82.4, 88, 191.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi, tərəfindən həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödənişlərin icrası tərəfindən mütəmadi həyata keçirilmişdir. Lakin iddiaçı hissə-hissə ödənişlə əlaqədar təklifini qəbul etmədiyindən hazırda iş məhkəmə icraatına daxil olmuşdur. Borc üzrə ödəmələrinin qəbzləri olmamasına baxmayaraq, iddiaçının kart hesabına mədaxillər etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən iddiaçı öz izahatında bildirmişdir ki, 34.000 manat borc olmuş, ondan yalnız bir dəfə 5000 manat ödəniş edilmişdir. Qalan vəsait isə hələ də ödənməmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir.
9. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini bildirərək təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin səhhəti ilə bağlı arqumentinə dair hər hansı dəlil əlavə edilmədiyini, o cümlədən şikayətə işdəki mövcud sübutlar əsasında baxılmasının mümkünlüyünü nəzərə alaraq işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (mübahisənin mövcud olduğu vaxt qüvvədə olan redaksiyada)
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
17. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
18. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki iş üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin təmin edilən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, borcla bağlı müəyyən olunan məbləğ işin hallarına münasibətdə düzgün olmamışdır.
30. Belə ki, Mülki Məcəllənin 743.1-ci maddəsinin birinci cümləsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün ilk növbədə məhz borcverən üçün öhdəlik müəyyənləşdirmiş, borcun müqaviləsinin reallaşdırılması üçün ilk növbədə borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Bu da o deməkdir ki, borc müqaviləsi öz xarakterinə və müqavilənin bağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilməsi şərtdir.
31. Qanunvericiliyin yuxarıda qeyd edilən normasının məzmunundan da göründüyü kimi borc müqaviləsinin bağlanmış hesab olunması və etibarlı nəticələr doğura bilməsi üçün müəyyən olunan şərtlərdən biri də müqavilənin predmetinin, yəni indiki halda pulun qarşı tərəfə təqdim edilməsi ilə bağlıdır. Hazırki işin hallarından da göründüyü kimi tərəflər arasında borc barəsində akt bağlanmış və bu aktın rəsmiləşdirilməsi müqavilə formasında aparılmasa da, mahiyyəti etibarilə iddiaçının cavabdehə predmeti pul olan borc verməsi və cavabdehin də bu aktla müəyyənləşdirilmiş qaydada borcu qaytarmalı olması təşkil etmişdir. Cavabdeh bu akta əsasən 34000 manat pul götürmüş, bu hal özünü iş materiallarındakı ## ##### 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında da tapmışdır.
32. Həmin qərarda izahatı alınmış Cavabdeh bildirmişdir ki, X3 ilə 2020-ci ildə tanış olmuş və sonuncu ilə söhbət zamanı pula ehtiyacı olduğunu deyərək borc pul istəmişdir. Həmin vaxt Könül evini satdığını deyərək ona borc pul verə biləcəyini demiş, o isə razılaşmış və sonuncudan 34000 manat borc pul alaraq iki ay ərzində qaytaracağına söz vermişdir. Sonra o, öz ehtiyaclarını ödəmiş, lakin Könüldən aldığı pulu söz verdiyi vaxtda qaytara bilməmişdir. Buna görə də qərəzli olaraq onun barəsində şikayət etmişdir. O əlavə olaraq Könül Heydərovadan ev satmaq adı ilə və bacısı qızını işə düzəltmək adı ilə pul almadığını, sonuncudan yalan məlumat verdiyini, aralarında borc barəsində akt tərtib edildiyini qeyd etmişdir.
33. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və iş üzrə tədqiq olunan sübutların məcmusu, o cümlədən hər iki tərəfin mövcud münasibətlərə borc kimi qiymət verməsi nəzərə alınmaqla tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi işə tətbiq edilməli normaları düzgün müəyyən etmişdir.
34. Lakin istər iş materiallarında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda hər iki tərəfin izahatından, istərsə də hazırki apellyasiya baxışı zamanı iddiaçının ifadəsindən görünür ki, ümumi borc məbləği 34.000 manat təşkil etmiş və onun 5000 manat olan hissəsi cavabdeh tərəfindən ödənilmişdir.
35. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil.
36. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
37. Hazırda iş üzrə tərəflərin izahatlarından görünür ki, cavabdeh tərəfindən 5.000 manat məbləğində məhkəmə icraatı dövründə ödəniş həyata keçirilmişdir. Bu fakt iddiaçının izahatlarında öz təsdiqini tapdığından cavabdehin bu hissədə sübutetmə yükü aradan qalxır və bununla da,ümumi borcun həcmi 29.000 manatdan ibarət olması işin mübahisəsiz halını təşkil edir.
38. Odur ki, məhkəmə kollegiyası hazırda işin qeyd edilən bütün faktiki hallarına və qanunvericiliyin tələblərinə məcmu halında qiymət verərək birinci instansiya məhkəməsi tərəfindən borcun 29415.40 manat məbləğində qiymətləndirilməsi barədə mövqeyini işin halları və tərəflərin mənafeləri baxımından düzgün hesab edilmədiyindən qətnamə dəyişdirilməli və tələbin həcmi 29.000 manat həcmində müəyyənləşdirilməli, şikayət qalan hissədə təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilsin Cavabdeh Cavabdeh 29.000 (iyirmi doqquz min) manat borc tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev