Məhkəmə qərarları › İş №2(3-6)-1734/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1734/2026

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1734/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, qiyabi qətnamənin ləğv edilməsi barədə cavabdeh1 ərizəsinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-177/2014 işi üzrə ## ######## 2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, ##.##.2014-cü il tarixdə qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə ##.##.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli qiyabi qətnaməsindəki yanlışlığın aradan qaldırılması qərara alınmışıdr. Hazırda cavabdeh cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun məhkəmənin gedişi barədə ümumiyyətlə heç bir məlumatı olmamışdır. Həmin tarixlərdə o, Gürcüstan Respublikasında olmuş və hal-hazıra qədər də orada yaşayır. Digər cavabdehlər ona 2024-cü ilin oktyabr ayında həmin məhkəmə barədə məlumat vermişlər. O, məhkəmənin qərar qəbul etdiyini bildikdən sonra ərizə ilə məhkəməyə müraciət etmiş və ## ###### 2024-cü il tarixdə rəsmi qaydada qətnaməni əldə etmişdir. O, Azərbaycan Respublikasında olmadığına görə məhkəmədə iştirak etməmiş və məhkəmənin gedişi barədə heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki: cavabdeh cavabdeh1 nümayəndəsi Vəkil ##.##.2024-cü il tarixində məktuba imza ataraq qiyabi qətnaməni qəbul etmiş; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əsasən cavabdeh1 dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında sonuncu dəfə giriş ##.##.2013 - çıxış ##.##.2013 qeyd edilmiş; qiyabi qətnamə ## ######## 2014-cü il tarixdə qəbul edilmiş, ##.##.2014-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün göndərilmiş; Xəzər rayon Icra şöbəsinin ##.##.2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə (ipoteka predmetlərinə aid hissədə icra edilməsinə görə) icraata xitam verilmiş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xəzər rayon Icra Şöbəsinin icra məmurunun ##.##.2018-ci il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh cavabdeh1 nümayəndəsi Vəkil ##.##.2024-cü il tarixində məktuba imza ataraq qiyabi qətnaməni qəbul etsə də, cavabdeh cavabdeh1 isə ## ###### 2025-ci il tarixdə qətnamənin ləğv edilməsi ilə bağlı ərizənin verilməsi üçün prosessual müddət ötürüldüyündən və müddətin bərpa edilməsi üçün vəsatət verilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən ərizə onu verən şəxsə geri qaytarılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh cavabdeh1, Səbail rayon məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə şikayətində qeyd etmişdir ki, nümayəndəsi qiyabi qətnaməni ##.##.2024-cü il tarixində imza ataraq qəbul etmiş, özü isə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnamədən ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək qətnamənin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Həmin ərizə EMS AZEREXPRESSPOST vasitəsi ilə göndərilmişdir. Ərizə onlar tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş və qəbzin bir surəti ona verilmişdir (həmin qəbzi şikayətə əlavə edir). Məhkəmə ərizənin ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmasını əsas tutaraq ərizəni baxılmamış saxlamış və sənədlərin geri qaytarılması barədə qərar qəbul etmişdir. Qərardaddan verdiyi şikayət elekktron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılmış, AR MPM-nın tələblərinə əsasən, müəyyənləşdirilmiş səhvlər aradan qaldırıldıqdan sonra şikayət ümumi qaydada yenidən verilə bilər. MPM-nin 14.2, 76.1, 363-cü maddələrinin tələblərinə əsasən məhkəmə qeyd olunan məcəllədə göstərilən bu hallara uyğun qərar qəbul etməmiş, təqdim etdikləri sübutlara əhəmiyyət verməmişdir.Beləliklə, ərizə verilməsi üçün qanunla müəyyən edilmiş müddəti itirməmiş, ##.##.2025-ci ildə ərizə göndərilmiş, həmin tarixdə bayramlardan sonra ilk iş günü kimi işə başlanılmışdır. Bu səbəbdən müddətin itirilməsi əsas kimi götürülə bilməz. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 146.Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 238.1. Iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.238.2. Işdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür.238.3. Işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır.238.4. Işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.238.5. Işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 239.Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. 240.1. Işə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir:240.1.1. gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə;240.1.2. tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda.240.2. Bu hallarda işə baxılması təxirə salınır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. Işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. 241.4. Iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5. Iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 242. Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. 243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir:245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı;245.1.2. ərizə verən şəxsin adı;245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar;245.1.4. ərizə verən şəxsin xahişi;245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı.245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir.245.3. Ərizədən dövlət rüsumu alınmır.246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir. 247. Məhkəmə ərizənin baxılma yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə xəbər verir və onlara ərizənin və ərizəyə əlavə edilmiş materialların surətlərini göndərir. 248.Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. 249. Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. 250.Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.

251. Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. 252. Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz. 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə; 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, şikayətin dəlilləri istinad edilən aidiyyəti mülki prosessual hüquq normalarının tələblərinə müvafiq mübahisələndirilən qərardadın ləğvi üçün əsasdır. Belə ki, iddia ərizəsində, müqavilədə, şəxsiyyət vəsiqəsində və MAPS arayışında qeyd edilmiş cavabdeh1 rəsmi ünvanına məhkəmənin təyin edilmiş iclasları barədə bildirişlər göndərilsə də (ünvan: ünvan 1) məhkəmə bildirişləri “qapı bağlı” və ya “köçüb” qeydləri ilə geri qayıtmışdır (iş İ cild v. 29, 55, 58, 70, 74, 76, 89, 100, 111, 127, 143). Sonradan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 177/2014 mülki işi üzrə ## ######## 2014-cü il tarixli qiyabi qətnaməsi (qətnamədəki yanlışlığın aradan qaldırılması barədə ##.##.2023-cü il tarixli qərardadı) və icraya yönəlmə məktubları cavabdehin eyni ünvanına göndərilsə də yenə eyni əsaslarla ona çatmamışdır və icra vərəqəsi məhkəmə tərəfindən müxtəlif tarixlərdə Icra və Probasiya şöbələrinə göndərilmiş, lakin icra işlərində də onun məlumatlandırılması müəyyən edilmir (iş İ cild v.190,199,209-218, II cild v. 34, 38, 52, 65-79). Bununla belə qeyd edilməlidir ki, cavabdeh1 məhkəmə prosesi və onun nəticələri barədə lazımi qaydada məlumatlandırılmamasına baxmayaraq onun nümayəndəsi Vəkil ##.##.2024-cü il tarixində məktuba imza ataraq qiyabi qətnaməni qəbul etmiş, “EMS AZEREXPRESSPOST” vasitəsi ilə ##.##.2025-ci il tarixdə göndərdiyi və məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş (qəbzin surəti şikayətə əlavə edilmiş) cavabdeh cavabdeh1 qiyabi qətnamənin ləğvi barədə ərizəsini məhkəmə ## ###### 2025-ci il tarixdə qeydiyyata almış, hakim isə məlumatlandırma ilə bağlı araşdırma aparmasına baxmayaraq qeydiyyat tarixin əsas götürməklə on günlük prosessual müddətin ötürülməsi barədə yanlış qənaətə gəlmiş və ümumiyyətlə ərizənin qəbzlə ##.##.2025-ci il tarixdə göndərilməsi məsələsinə qiymət verməmişdir(iş II cild v.81,91, 112, 121-122, 125, 128-155). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətləri daxilində bu məsələyə qiymət verməli və ondan irəli gələrək sonrakı prosessual hərəkətləri həyata keçirməlidir. Diqqətə çatdırılmalıdır ki, prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, qeyri-iş günləri nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilməlidir ki, ərizənin zamanında verildiyi müəyyən edildiyi təqdirdə prosessual qanunvericiliyin tələblərinə görə qiyabi qətnamənin ləğvi haqqında ərizənin məzmununa məhz cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar daxildir ki, bunları araşdırmaq səlahiyyəti qiyabi qətnamə qəbul etmiş məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, işdə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, HYPERLINK "https://e-qanun.az/framework/282" \o "Yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən sənədin əldə edilməsi işdə aşkar edilmədiyindən, işin icraatı zamanı cavabdehin məlumatlandırılması üçün qanunvericiliklə müəyyən edilmiş bütün tədbirlərin həyata keçirilməsinə qiymət verilməlidir. Qeyd edilənlərlə yanaşı hazırki işdə yanlışlığın aradan qaldırılması barədə qərardaddan ərizəçinin məlumatlı olubolmaması da araşdırılmalıdır. Belə ki, cavabdeh1 nümayəndəsi Vəkil, ##.##.2024-cü il tarixində məktuba imza ataraq, qiyabi qətnaməni qəbul etməsi barədə qeyd aparılsa da, yanlışlığın aradan qaldırılması barədə qərardaddan ərizəçinin (nümayəndəsinin) məlumatlı olub-olmaması və onu əldə edilməsindən sonra prosessual müddətlərin hesablanması prosessual əhəmiyyətli hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh cavabdeh1 şikayəti təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)- ***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadı ləğv edilsin. cavabdeh1 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar