Məhkəmə qərarları › İş №2(3-6)-1758/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1758/2026

20.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1758/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MTK-ya və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” ##.##.2011-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, xxxx yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən, həmin MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m-dən ibarət 2 otaqlı, *** saylı mənzil üçün cavabdeh cavabdeh2 Mənzil Tikinti Kooperativinə 44.080 manat pul ödəmişdir. Bu barədə cavabdeh MTK tərəfindən mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı ##.##.2016-cı il tarixdə verilmişdir. (əvvəlki iş üzrə məhkəmə qərarında öz əksini tapmışdır) Bundan sonra o, mənzili təhvil almış, onu təmir etdirmiş, lakin məhkəmə araşdırılması nəticəsində mənzilin cavabdeh cavabdeh1 məxsus olması müəyyən edilmişdir. Belə ki, hazırki iş üzrə cavabdeh (iddiaçı) cavabdeh1 cavabdehlər cavabdeh2 MTK və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul olunması, iddia tələblərinin təmin edilməsi, cavabdeh2 MTK ilə İddiaçı arasında ##.##.2011-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, xxxx yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı *** saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Müvafiq qətnamə ilə cavabdeh2 MTK ilə İddiaçı arasında ##.##.2011-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edildiyindən, İddiaçı ona dəymiş maddi ziyan tələbi ilə cavabdeh2 MTK-ya qarşı iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdeh cavabdeh2 MTK-dan 138.000 manat, cavabdeh X2 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MTK-ya və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, vurulmuş maddi zərərin əvəzi olaraq, cavabdeh cavabdeh2 MTK-dan 100.000 manat, cavabdeh X2 50.000, manat məbləğində pulun tutularaq, iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri, Yasamal rayonu, xxxx yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən, həmin MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m-dən ibarət 2 otaqlı, *** saylı mənzilin alqı-satqısına dair ## ##### 2011-ci il tarixdə müqavilə bağlanmış, mənzilin qiyməti 44.080 manat müəyyən edilmişdir. Mənzilin dəyəri İddiaçı tərəfindən MTK-ya tam şəkildə ödənilmişdir. Mənzil 2014-cü ildə İddiaçı təhvil verilərkən, boş və təmirsiz vəziyyətdə olmuş, giriş qapısı olmamış, orada heç kim yaşamamışdır. Mənzili ilk alarkən bina tam təhvil verilmədiyindən, mənzildə hər hansı bir kommunal xətlər olmamış, onun təşəbbüsü ilə həmin xətlər sonradan çəkilmişdir. O, mənzili əsaslı şəkildə təmir etdirmiş, uzun illər ərzində mütəmadi şəkildə ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış və kommunal xidmət təşkilatları ilə müvafiq müqavilələr bağlamış, xidmətlərdən istifadəyə görə haqq ödəmişdir. Qeyd etmişdir ki, mənzildə 2 dəfə təmir işləri aparılmışdır. Belə ki, ilkin olaraq, 2014/15-ci illər ərzində sadə təmir işləri aparılaraq, zəruri işlər görülmüş: giriş qapısı qoyulmuş, arakəsmələr tikilmiş, suvaq işləri yerinə yetirilmiş, elektrik xətləri çəkilmiş, döşəməyə taxta vurulmuş, kafel-metlax, santexnika işləri görülmüş, divarlar rənglənmişdir. Qeyd olunan işlərin görülməsinə cəmi 24.000 manat xərclənmişdir (18.000 manat material xərci, 6.000 manat usta xərci). Təxminən bir il yarım sonra İddiaçı oğlunun toyuna hazırlaşdıqları üçün mənzildə əlavə təmir işləri gördürmüş: lepka vurulması, döşəmələrin cilalanaraq rənglənməsi, divarların kağızla (oboyla) üzlənməsi, santexnika işlərinin başa çatdırılması, otaqların qapılarının sifariş olunaraq quraşdırılması və digər zəruri işləri yerinə yetirilmişdir. Bu işlərə isə cəmi 17.000 manat (12.000 manat material xərci, 5.000 manat usta xərci) sərf olunmuşdur. Ümumilikdə mənzilin təmir işlərinə 41.000 manat məbləğində pul xərclənmişdir (təmir işlərinə dair müvafiq akt tərtib olunmuşdur). Mənzil hazırda təmirli olmaqla, əlavə xərc tələb etmədən yaşayış üçün tam hazır vəziyyətdədir. Bundan başqa, iddiaçı binada liftin quraşdırılması üçün MTK rəhbərliyinin tələbi ilə pul ödəmişdir. İddiaçı uzun illər ərzində həmin mənzilə vicdanlı əldə edən şəxs olaraq, sahiblik və istifadə etdiyi dövrdə ona heç vaxt və heç kim tərəfindən mənzilin başqasına məxsus olması bildirilməmişdir. 2022-ci ildə Yasamal rayon İcra şöbəsindən ona məlum olmuşdur ki, cavabdeh1 iddiası əsasında Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qiyabi qətnaməsi ilə onun adına olan müqavilənin etibarsız hesab olunması və onun mənzildən çıxarılaraq mənzilin boşaldılıb cavabdeh1 təhvil verilməsi qət edilmişdir. İddiaçı ərizəsi əsasında qiyabi qətnamə ləğv olunaraq, icraat təzələnmiş və məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh1 iddiası rədd edilmişdir. Bundan sonra, cavabdeh1 apellyasiya şikayətinə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103) ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh1 iddiası təmin olunmuşdur. Həmin qətnamə Ali Məhkəmənin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmış və hazırda iş üzrə icra icraatına başlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən olunur ki, MTK rəhbərliyi MTK-nın mülkiyyətçi olmadığını bildiyi halda, başqa şəxsə məxsus olan mənzili ona sataraq, onun pulunu ələ keçirmiş, nəticədə ona maddi zərər vurmuşdur. Eləcə də, qətnamədən aydın olunur ki, mübahisəli mənzil təmirsiz vəziyyətdə cavabdeh1 satılmışdır. Lakin mənzil ona təhvil verilməli olduğundan, o, artıq başqasının (İddiaçı) vəsaiti hesabına təmir olunmuş, yaşayışa hazır vəziyyətdə olan mənzil əldə etmiş olur. Başqa sözlə, hər iki cavabdeh, həm MTK rəhbərliyi qanuna zidd hərəkətləri ilə İddiaçı pulunu ələ keçirməklə, həm də cavabdeh1 heç bir xərc çəkmədən təmirli mənzil əldə etməklə, İddiaçı hesabına hüquqi əsas olmadan əsassız varlanmışlar. Bu baxımdan, qeyd etmişdir ki, iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi əqdin etibarsız hesab edilməsi halında restitusiya məsələsinə münasibətdə qətnamənin 72, 73 və 78-ci paraqraflarında vurğulamışdır ki, “İddiaçı ilə cavabdeh2 MTK arasında bağlanmış # ##### 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 MTK həmin binada dəyəri ödənilmiş iki otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz cavabdeh2 MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə İddiaçı təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə biləcək tələb nəzərə alınmalıdır (paraqraf 73). Eyni zamanda Kollegiya hesab edir ki, cavabdeh2 MTK ilə İddiaçı arasında ##.##.2011-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edildiyindən, İddiaçı ona dəymiş maddi ziyan tələbi ilə cavabdeh2 MTK-ya qarşı iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə Kollegiyası hazırkı işin halları baxımından MM-in 337.5-ci maddəsinin tətbiqini məqbul hesab etmir. O səbəbdən ki, İddiaçı hazırki halda təkcə əqd üzrə ödədiyi pulun deyil, həm də onun qanunsuz saxlanılması nəticəsində məhrum olduqlarını, habelə MTK-nın təqsiri səbəbindən məruz qaldığı digər zərəri tələb etmək hüququna sahibdir (paraqraf 78)”. Göründüyü kimi, məhkəmə tərəfindən də İddiaçı mənzilə çəkdiyi (mənzilin satın alınması, təmiri və s.) xərcləri tələb etmək hüququ tanınmışdır. Şərh olunanlar nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzinin tələb edilməsi məqsədi ilə aparılmalı hesablama baxımından, qeyd etmişdir ki, ##.##.2011-ci il tarixdə mənzil alınarkən, MTK-ya ödənilmiş 44.080 manat məbləğində (1) həmin pulun istər tədiyyə vasitəsi (pulun dəyər ölçüsü və hesab vahidi olması) kimi hazırda olan dəyəri, (2) istərsə də həmin pula satın alınmış mübahisəli mənzilin hazırda mövcud olan bazar qiyməti nəzərə alınmalıdır. O cümlədən, nəzərə alınmalıdır ki, ölkədə manatın devalvasiyası ABŞ dollarına nisbətdə həyata keçirilmişdir, ona görə də 44.080 manat məbləğində pul ##.##.2011-ci il tarixdə (devalvasiyadan əvvəl) mövcud olmuş manat-dollar kursuna əsasən, təxminən, 56.512 ABŞ dolları təşkil etmişdir, hazırda isə 56.512 ABŞ dolları təxminən 96.000 manatdan çoxdur. Deməli, ##.##.2011-ci ildə İddiaçı MTK ya ödədiyi pulun hazırda dəyəri 96.000 manatdan çoxdur. Digər tərəfdən, mübahisəli mənzilin hazırda mövcud olan bazar qiyməti 100.000 manatdan çoxdur. Ona görə də, MTK-nın qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi MTK-dan 100.000 manat məbləğində pul alınıb ona verilməlidir. Bundan başqa, İddiaçı mübahisəli mənzildə etdirdiyi təmir hazırda aparılarsa, ən azı 50.000 manata başa gəlmiş olar. Odur ki, cavabdeh cavabdeh1 təmirə çəkilmiş xərcin əvəzi olaraq 50.000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Mübahisənin həllinə tətbiq edilməli olan həmin hüquq normalarının məna və tələbinə əsasən, İddiaçı ilə MTK-nın arasında bağlanmış müqavilənin etibarsızlığı nəticəsində ona vurulmuş zərər cavabdehlər tərəfindən ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili vəkil2 ##.##.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə ünvanlayaraq, cavabdeh cavabdeh2 MTK-dan 138.000 manat, cavabdeh cavabdeh1 50.000 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 MTK-dan müqavilə üzrə mənzilin dəyəri kimi ödənilmiş 44.080 (qırx dörd min səksən) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh cavabdeh1 mənzilin təmirinə çəkilmiş xərcə görə 18.200 (on səkkiz min iki yüz) manat tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 440 (dörd yüz qırx) manat məbləğində pulun 257 (iki yüz əlli yeddi) manat hissəsinin 70 (yetmiş) manat hissəsi cavabdeh cavabdeh1, 187 (yüz səksən yeddi) manat hissəsi isə cavabdeh cavabdeh2 MTK-dan tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumu qalan 183 (yüz səksən üç) manat hissədə iddiaçıya aid edilməsi, iş üzrə “xxxx” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri-ödənilmiş 400 manat iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia mübahisələndirilən, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq qismən mənzilə görə ödənilmiş 44.080 (qırx dörd min səksən) manatın təmin edilməsi hissəsində maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdeh MTK-nın etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia həmin hissədə qismən haqlı sayılır. Belə ki, iddiaçı vurulmuş maddi ziyanın məbləği olaraq cavabdeh cavabdeh2 MTK-dan 138.000 manat (yüz otuz səkkiz min) manat tələb etsə də, məhkəmə 44.080 (qırx dörd min səksən) manat məbləğində pulun ödənilməsini əsaslı hesab edir. Belə ki, göründüyü kimi iddiaçı mənzili alarkən 44.080 (qırx dörd min səksən) manat məbləğində pul ödəmiş, bugünədək həmin mənzildə yaşamış, eləcə də hazırki iş üzrə təmir xərci də ekspert rəyinə əsasən digər cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Mənzil iddiaçı tərəfindən 15 il bundan əvvəl alınmış və həmin vaxt mənzilin dəyəri ilə razılaşmışdır. 138.000 manat isə hazırki günə olan bazar dəyəridir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 44.080 (qırx dörd min səksən) manat məbləğində pul cavabdeh cavabdeh2 MTK-dan iddiaçının xeyrinə tutulması, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdeh cavabdeh1 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi” hissəsi ilə belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli CC/***/**-**** nömrəli hesabatına əsasən mübahisəli mənzilin təmirinə 18.200 (on səkkiz min iki yüz) manat sərf olunmuşdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 mənzilin təmirinə çəkilmiş xərcə görə 18.200 (on səkkiz min iki yüz) manat tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi qismən-cavabdeh cavabdeh1 mənzilin təmirinə çəkilmiş xərcə görə 18.200 (on səkkiz min iki yüz) manat tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi məhkəmə tərəfindən də İddiaçı mənzilə çəkdiyi (mənzilin satın alınması, təmiri və s.) xərcləri tələb etmək hüququ tanınmışdır. Odur ki, müvafiq iddia ərizəsi və iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Hesab edir ki, qətnamə iddianın təmin olunmaması hissəsində qanunsuz və əsassızdır. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin mühüm əhəmiyyət olan bütü hallarını aydınlaşdırmadan, işin halların düzgün qiymətləndirmədən iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məsələsində yanlışlığa yol vermişdir. Odur ki, həmin qətnamə dəyişdirilməli və iddia tam təmin olunmalıdır. Məhkəmə MTK rəhbərliyinin hərəkətlərinin təqsirli və hüquqazidd olduğunu və bununla iddiaçıya maddi zərər vurulduğunu qəbul etmiş, lakin zərərin miqdarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 157, 386, 1091, 1092, 1096 və 1097-ci maddələrinin dispozisiya şərtlərinə uyğun müəyyən etməmişdir. Bundan başqa iş üzrə ekspertiza keçirilməsi zərurəti ondan yaranmışdır ki, mübahisəli mənzilə görə iddiaçının çəkdiyi maddi zərərəin miqdarı müəyyənləşdirilsin. Lakin məhkəmə həmin rəyi müəyyən olunmuş qiyməti deyil 5 il əvvəl bağlanmış müqavilədə göstərilən qiyməti qəbul etmişdir. Belə olan halda haqlı olaraq sual yaranır: elə isə ekspertiza keçirilməsinə nə ehtiyac var idi. Göründüyü kimi məhkəmə istinad olunan prosessual hüquq normaların tələblərini pozmuşdur Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırmamışdır. İddiaçıya ödənilməli maddi zərərin əvəzi məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. İddia tələbinin MTK-nə qarşı olan hissəsi ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı MTK-dan 138.000 manat (yüz otuz səkkiz min) manat tələb etsə də, məhkəmə 44.080(qırx dörd min səksən) manat məbləğində pulun ödənilməsini əsaslı hesab edir. Belə ki, “mənzil iddiaçı tərəfindən 15 il bundan əvvəl alınmış və həmin vaxt mənzilin dəyəri ilə razılaşmışdır. 138.000 manat isə hazırki günə olan bazar dəyəridir. Belə olan halda,məhkəmə hesab edir ki, 44.080 (qırx dörd min səksən) manat məbləğində pul cavabdeh cavabdeh2 MTK-dan iddiaçının xeyrinə tutulması, qalan hissədə iddia təmin edilməməlidir”. Məhkəmənin bu qənaətinin doğru olmaması ilə bağlı qeyd edir ki, sözügedən mənzilə görə 15 il əvvəl ödənilmiş pulun hazırda olan dəyəri (alıcılıq qabliyyəti), həmin vaxt mənzillərin dəyəri ilə hazırda mövcud olan dəyəri arasında nə kimi fərqin olması və 15 il əvvəl ödənilmiş pul ilə hazırda oxşar mənzilin alınmasının mümkün olub olmaması məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İddia ərizəsində də göstərildiyi kimi, İddiaçı vurulmuş maddi zərərin əvəzinin tələb edilməsi məqsədi ilə aparılmalı hesablama baxımından, qeyd edir ki, ##.##.2011-ci il tarixdə mənzil alınarkən, MTK-ya ödənilmiş 44.080 manat məbləğində (1) həmin pulun istər tədiyyə vasitəsi (pulun dəyər ölçüsü və hesab vahidi olması) kimi hazırda olan dəyəri, (2) istərsə də həmin pula satın alınmış mübahisəli mənzilin hazırda mövcud olan bazar qiyməti nəzərə alınmalıdır. O cümlədən, nəzərə alınmalıdır ki, ölkədə manatın devalvasiyası ABŞ dollarına nisbətdə həyata keçirilmişdir, ona görə də 44.080 manat məbləğində pul ##.##.2011-ci il tarixdə (devalvasiyadan əvvəl) mövcud olmuş manat-dollar kursuna əsasən, təxminən, 56.512 ABŞ doları təşkil etmişdir, hazırda isə 56.512 ABŞ doları təxminən 96.000 manatdan çoxdur. Deməli, ##.##.2011-ci ildə İddiaçı MTK-ya ödədiyi pulun hazırda dəyəri 96.000 manatdan çoxdur. Digər tərəfdən, iş üzrə keçirilmiş ekspertiza ilə mübahisəli mənzilin hazırda mövcud olan bazar qiymətinin təmirrsiz vəziyyətdə 138.000 manat, təmirli vəziyyətdə 164.000 manat olduğu müəyyən edilmişdir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. İddianın təmir xərcinə aid hissəsi ilə bağlı da məhkəmə yanlış qənaətə gələrək, qətnamədə qeyd etmişdir ki, "iddia tələbinin cavabdeh cavabdeh1 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi” hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir". Halbuki, mütəxəssis rəyindən görünür ki, mənzilin təmirsiz və təmirli qiyməti arasındakı fərq 28.000 manat olmuşdur. Məhkəmə isə iddianı həmin hissədə 18.200 manat məbləğində təmin etmişdir. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 açıq-aşkar şəraitdə mülkiyyətində olan əmlaka qanunsuz müdaxilənin qarşısı alınmamış, hələ bu azmış kimi ondan təmir xərləri üçün əlavə pul da tutulmuşdur. Belə ki, məhkəmə öz qətnaməsini cavabdehə münasibətdə heç bir normaya istinad etmədən bir-iki cümlə ilə belə ifadə etmişdir: “Məhkəmə həmçinin iddia tələbinin cavabdeh cavabdeh1 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli CC/***/**-**** nömrəli hesabatına əsasən mübahisəli mənzilin təmirinə 18.200 (on səkkiz min iki yüz) manat sərf olunmuşdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh1 mənzilin təmirinə çəkilmiş xərcə görə 18.200 (on səkkiz min iki yüz) manat tutularaq iddiaçı İddiaçı ödənilməlidir.” Belə ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur. Lakin məhkəmə araşdırması zamanı təkrarən müəyyən edilmişdir ki, sözügedən mənzil məhz digər cavabeh olan cavabdeh2 MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçının istifadəsində qalmışdır və sonuncu da orada ailə üzvləri ilə uzun müddət ərzində faktiki olaraq yaşamışdır ki, bununla da mənzilin gigiyenik tələblərə uyğunlaşdırılması, rahatlığın təmin edilməsi üçün mənzili təmir etməsi başa düşüləndir. İddiaçı ilə ilə cavabdeh cavabdeh1 arasında təmir işlərinin aparılmasına dair hər hansı müqavilə olmamış və cavabdeh iddiаçıdan belə bir xahişi də etməmişdir. Məhkəmə isə işin faktiki halında iddiaçının mübahisəli mənzildə yaşadığı müddətdə orada öz rahatlığını təmin etmək məqsədilə hər hansı təmir işləri aparması normal hal kimi qəbul etməli idi. Belə bir hal olmuş olsa da bu hal həmin təmirə çəkilən xərcin cavabdehdən tələb olunmasına əsas verməməli idi. Digər tərəfdən, iddiaçı mübahisəli mənzildən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən çıxarılmışdır və burada təmir xərcindən söhbət belə gedə bilər. Yaşlı qadın cavabdeh birinci instansiya məhkəməsində izahatında bildirdiyi kimi uzun illərdir ki, MTK-nın günahı ucbatından öz halal mənzilindən məhrum olub müxtəlif ünvanlarda yaşamağa məcbur olmuşdur və onun bu vəziyyətində üstəgəl təmir xərcinin də tutulması nə dərəcədə ədalətlidir?. Cavabdehə təmirli mənzil lazım deyil, təki mənzilinin açarları uzun iztirablardan sonra ona təhvil verilsin. Yəni iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsində qeyd olunduğu kimi ona dəymiş maddi ziyan və s. tələbi ilə bağlı yalnız cavabdeh2 MTK-ya qarşı iddia qaldırmaq hüququna malikdir. Cavabdeh Qəhdəf Məlikovanın isə iddiaçıya heç bir borcu və ya öhdəliyi yoxdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə-iddiaçının iddia tələbinin təmin edilməyən, cavabdehin isə ona mənasibətdə təmin edilən hissələrində yoxlanılmalıdır. MTK tərəfindən şikayət verilməyib. Tətbiq edilən hüquq: Mülkü Məcəllə: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.7-ci maddəsiə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh2 MTK-dan tutulmalı olan məbləğ hissəsində dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” ##.##.2011-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, xxxx yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən, həmin MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m-dən ibarət 2 otaqlı, *** saylı mənzil üçün cavabdeh cavabdeh2 Mənzil Tikinti Kooperativinə 44.080 (qırx dörd min səksən) manat pul ödəmişdir. Bundan sonra o, mənzili təhvil almış, onu təmir etdirmiş, lakin məhkəmə araşdırılması nəticəsində mənzilin cavabdeh cavabdeh1 məxsus olması müəyyən edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli CC/***/**-**** nömrəli hesabatına əsasən mübahisəli mənzilin təmirinə 18.200 (on səkkiz min iki yüz) manat sərf olunmuşdur. Mənzilin təmirsiz real bazar dəyəri 138.000 manat, təmirli mənzilin baza dəyəri 164.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mənzili alarkən 44.080 (qırx dörd min səksən) manat məbləğində pul ödəmiş, bugünədək həmin mənzildə yaşamış, eləcə də hazırki iş üzrə təmir xərci də ekspert rəyinə əsasən digər cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Mənzil iddiaçı tərəfindən 15 il bundan əvvəl alınmış və həmin vaxt mənzilin dəyəri ilə razılaşmışdır. 138.000 manat isə hazırki günə olan bazar dəyəridir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 44.080 (qırx dörd min səksən) manat məbləğində pul cavabdeh cavabdeh2 MTK-dan iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini göstərilən hissəsində iddianın mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlsə də, cavabdeh MTK-dan tutulmalı olan vəsaitin məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” ##.##.2011-ci il tarixli bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, xxxx yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən, həmin MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən, 85,8 kv.m-dən ibarət 2 otaqlı, *** saylı mənzil üçün cavabdeh cavabdeh2 Mənzil Tikinti Kooperativinə 44.080 (qırx dörd min səksən) manat pul ödəmişdir. Hazırda isə həmin mənzilin təmirsiz real bazar dəyəri 138.000 manat, təmirli mənzilin baza dəyəri 164.000 manat təşkil edir. Göründüyü kimi mənzil alındığı gündən etibarən dəyəri artmışdır və belə olan halda iddiaçı məhz qeyd edilən məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 443.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilən hissədə əsaslı olmuşdur və iddiaçı mənzili alarkən təmirsiz vəziyyətdə olduğundan və hazırda mənzilin təmirsiz real bazar dəyəri 138.000 manat təşkil etdiyindən məhz həmin məbləğ də cavabdeh2 Mənzil Tikinti Kooperativindən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh cavabdeh1 mənzilin təmirinə çəkilmiş xərcə görə 18.200 (on səkkiz min iki yüz) manat tutularaq iddiaçı İddiaçı ödənilməlidr. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, mütəxəssis rəyindən görünür ki, mənzilin təmirsiz və təmirli qiyməti arasındakı fərq 28.000 manat olmuşdur. Məhkəmə isə iddianı həmin hissədə 18.200 manat məbləğində təmin etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi rəqəmlər mənzilin hazırki vaxta olan təmirli vəziyyətdə olan dəyəridir, lakin iddiaçı tərəfindən faktiki olaraq mənzilin təmirinə sərf edilmiş 18.200 manat hazırki vaxta deyil, iddiaçının mənzildə yaşamağa başladığı dövrü əhatə edir. Belə ki, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli CC/***/**-**** nömrəli hesabatına əsasən mübahisəli mənzilin təmirinə 18.200 (on səkkiz min iki yüz) manat sərf olunmuşdur. Bundan başqa iddiaçı tərəfindən həmin təmirin dəyərinə daha çox olmasına münasibətdə mötəbər sübutlar təqdim etməmiş, həmçinin qeyd edilən rəyi şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qeyd edilən hissədə əsassız olmuşdur. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh cavabdeh2 MTK-dan tutulmalı olan məbləğ 138.000 manat müəyyən edilməli və mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası cavabdeh1 şikayətinin dəlilləri üzrə hesab edir ki, apellyator sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyini, mənzilin məhz digər cavabeh olan cavabdeh2 MTK-nın qanunsuz hərəkətləri nəticəsində olsa da belə iddiaçının istifadəsində qalması və sonuncunun da orada ailə üzvləri ilə uzun müddət ərzində faktiki olaraq yaşamaqla bununla da mənzilin gigiyenik tələblərə uyğunlaşdırılması, rahatlığın təmin edilməsi üçün mənzili təmir etməsi başa düşülən olmasını göstərsə də, ekspertizanın təyin etdiyi təmir xərcinin ondan tutulmalı olmamasına dair dəlilləri əsassızdır. Belə ki, iddiaçı ilə ilə cavabdeh cavabdeh1 arasında təmir işlərinin aparılmasına dair hər hansı müqavilə olmaması və cavabdehin iddiaçıdan belə bir xahişi də etməməsi təmir xərcinin tutulмаması üçün əsas vermir. Çünki, iddiaçının mübahisəli mənzildə yaşadığı müddətdə orada öz rahatlığını təmin etmək məqsədilə hər hansı təmir işləri aparması normal hal kimi qəbul edilməsi onun özünə aid məsələdir, lakin nəzərə alınsa da iddiaçının mənzildən çıxarılandan sonra bu hal həmin təmirə çəkilən xərcin cavabdehdən tələb olunмаmasına əsas vermir. Başqa sözlə, cavabdeh iddiaçının mübahisəli mənzildən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən çıxarılmasından sonra iddiaçının faktiki təmir edərək yaşayış üçün yaratdığı şəraitdən istifadə edərək orada öz mülahizəsinə görə istifadə etmək hüququ vardır. Məhkəmə Kollegiyası cavabdehə təmirli mənzil lazım olmayaraq yalnız mənzilinin açarları uzun iztirablardan sonra ona təhvil verilməsi istəyi kimi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, hər bir halda iddiaçı mənzilin olduğu vəziyyətdə tərk edəcək, başqa sözlə, mənzili tam təmirsiz vəziyyətə salmaq niyyətində olmayacaq (bunun üçün də vəsait tələb edilir) Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh Qəhdəf Məlikovanın iddiaçıya heç bir borcu və ya öhdəliyi olmasa da, onun yaşadığı müddətdə təmir etdiyi mənzilə cavabdehin hər bir halda öz mülahizəsinə uyğun təyinatı üzrə istifadə etməsində əsassız varlanmanın elementləri olduğundan aparılmış təmir işlərinə görə vəsatin iddiaçının xeyrinə tutulması tələbi qanuni və əsaslıdır. Məhz bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsində qeyd olunduğu kimi ona dəymiş maddi ziyan və s. tələbi ilə bağlı yalnız cavabdeh2 MTK-ya qarşı iddia qaldırmaq hüququna malik olması mənzildə aparılan təmir xərcləri hissəsinə aid deyildir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi cavabdeh cavabdeh2 MTK-dan tutulmalı olan məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh cavabdeh2 MTK-dan iddiaçı İddiaçı xeyrinə ödənilməli olan pulun məbləği 138.000 (yüz otuz səkkiz min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar