Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1772/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ##.##.2020-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixinə nağd kredit borcu ilə əlaqədar 8864.54 manat əsas borcun, ##.##.2024-cü il tarixinə kart krediti ilə əlaqədar 2489.23 manat əsas borcun və ödənilmiş 126.74 manat dövlət rüsumu və 0.80 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Sabunçu filialı ilə X1 arasında bağlanmış ##.##.2020-ci il tarixli, BPM************ saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən X1 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat məbləğində nağd kredit, 36 ay müddətinə, illik 24 faiz hesablanmaqla 5000 manat məbləğində isə kart krediti verilmişdir. Borclu X1 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. * saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, X1 vərəsəsi olan cavabdehə ##.##.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən ##.##.2020-ci il tarixli, BPM************ saylı müqaviləyə əsasən cavabdehin 1. ##.##.2024-cü il tarixinə nağd krediti ilə əlaqədar əsas borc üzrə 8864.54 manat borcu mövcuddur. 2. ##.##.2024-cü il tarixinə kart krediti ilə əlaqədar əsas borc üzrə 2489.23 manat borcu mövcuddur. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 126.74 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
3. Cavabdeh (nümayəndəsi-vəkili) tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilmiş, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi xahiş edilmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X1 qanun üzrə vərəsəsi Cavabdeh ##.##.2020ci il tarixli, BPM************ nömrəli tam kart çərçivə müqaviləsi üzrə 8864.54 manat, ##.##.2020ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsi üzrə 2489.23 manat olmaqla, cəmi 11353.77 (on bir min üç yüz əlli üç manat yetmiş yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 126.74 (bir yüz iyirmi altı manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.80 (səksən qəpik) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, yazılı mütəxəssis rəyinin tərtib edilməsi üçün çəkilmiş 250 (iki yüz əlli) manat məbləğində qiymətləndirmə xərci Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə (VÖEN: **********, Hesab № AZN: AZ77AIIB400600C9447929844218, Bank: KapitalBank ASC Bravo 3 fillialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ01350100000000001944, fillialın kodu: 201296; SWİFT kod: AIIBAZ2XXXX) ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, borcalan (miras qoyan) X1 və kreditor (iddiaçı) arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olan ##.##.2020-ci il tarixli kredit müqavilələrinə əsasən, bank tərəfindən borcalana nağd kredit üzrə 24 ay müddətinə, illik 18% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verilmiş, kart krediti üzrə 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 5000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı öhdəlik hüquq münasibətlərinə uyğun olaraq öz üzərinə müəyyən olunmuş və müqavilə üzrə kredit məbləğini verməkdən ibarət öhdəliyini vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) yerinə yetirmiş, lakin borcalan kredit müqavilələri üzrə öz üzərinə götürdüyü və kredit məbləğinin vaxtında və lazımı qaydada iddiaçıya qaytarılması ilə şərtlənən öhdəliyini obyektiv səbəblərdən (##.##.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar) icra edə bilməmişdir. Borclunun ölümü ilə əlaqədar * saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi dəqiq müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdeh miras qoyandan miras qalmış əmlaka dair vərəsəlik hüququndan imtina etməmiş və notariat orqanına müraciət edərək miras əmlakın qəbuluna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Nəticədə miras əmlakın formal qəbulu üsulu (notariat orqanına ərizə verməklə) cavabdeh tərəfindən realizə edilmişdir. Qeyd edilməlidir ki, vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Məhkəmə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizənin hazırkı mübahisəyə tətbiqinin mümkünlüyü ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmçinin həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunla iddia müddətinin axımının başlanmalı olduğu tarixlə bağlı müəyyən istisnalar nəzərdə tutulmuşdur ki, həmin ümumi qaydadan istisnalar AR MM-nin 377.2 – 377.4-cü maddələrində təsbit edilmişdir. Belə ki, həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə mərhum borcalan (miras qoyan) və kreditor arasında bağlanmış ##.##.2020-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki ilə öhdəliklərin icra müddəti dəqiq müəyyən edilmiş, borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas və ona hesablanan faiz borcunun ##.##.2020 – ##.##.2022-ci il tarixləri arasında ödənilməli (icra edilməli) olması tərəflər arasında razılaşdırılmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti ##.##.2022-ci il tarixdə bitdiyindən, iddia müddətinin axımı həmin tarixdən etibarən başlanmış və 3 (üç) il sonra ##.##.2025-ci il tarixdə bitmişdir. Lakin iddiaçı tərəfindən ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması barədə iddia ərizəsi məhkəmənin icraatına ##.##.2024-cü il tarixdə daxil olduğundan iddia müddəti ötürülməmiş, əksinə pozulmuş hüquqların müdafiəsi üçün qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət olunmuşdur. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizənin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 374, 375, 377, 385, 425, 442, 445, 448, 739, 1146, 1151, 1255 və 1306-cı maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
5. Cavabdeh Cavabdeh (nümayəndəsi-vəkili) qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh mərhum həyat yoldaşı X1, İddiaçı ASC-nin Sabunçu filialı ilə 2020-ci ilin oktyabr ayında istehlak krediti müqavilsi bağlamış, götürdüyü kredit məbləğinin 1 (bir) ay ödənişini etdikdən sonra 2020-ci ilin noyabr ayının 14-ü tarixində vəfat etmişdir. Şəxs vəfat etdikdən sonra şəxsin ölüm haqqında arayışı ailə üzvləri tərəfindən banka təqdim edilmişdir. Eyni zamanda qeyd edilən kredit öhdəliyi üzrə, bank tərəfindən sonuncu tutulma mərhum Natiq Quliyevə məxsus bank kartından ##.##.2021-ci il tarixdə olmuşdur (870 manat). ##.##.2021-ci il tarixdə Cavabdeh X1 vərəsəsi olması ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (qeyd edilən şəhadətnamə iş materiallarında mövcuddur). Azərbaycan Respublikası Mulki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia muddəti 3 (üç) il təşkil edir. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələnir. Hazırkı iş üzrə iddiaçı tərəfindən başladılmış iddia tələbi ilə bağlı iddia ərizəsi məhkəməyə qanunvericilikdə nəzərdə tutullan iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, kredit müqaviləsi üzrə borclu mərhum Natiq Quliyevin qanun üzrə vərəsəsi ##.##.2021-ci il tarixdə müəyyənləşmişdir. Bununla da qeyd edilən andan qanun üzrə vərəsənin kreditorlar qarşısında aidiyyəti öhdəliyi yaranmışdır. Bu halda qanunun tələbinə əsasən kreditor həmin tarixdən etibarən 3 (üç) il müddətində, yəni ən geci ##.##.2024-cü il tarixədək iddia tələbini irəli sürməli idi. Lakin iddiaçı İddiaçı ASC-nin Sabunçu filialı həmin müddəti ötürmüş və 2024-cü ilin sonlarında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı İddiaçı ASC-nin Sabunçu filialı, iddia tələbi üzrə qanunda nəzərdə tutulan müddəti ötürdüyündən həmin iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi işi araşdırarkən iddiaçı tərəfindən qanunvericiliyin qeyd edilən tələbinə riayət edilməməsinə düzgün hüquqi qiymət verməmişdir.
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. İş materiallarında olan ##.##.2020-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan müəyyən olunur ki, bank tərəfindən borcalana 43875219442905339212 bank hesabı vasitəsilə, 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 5000 manat məbləğində kredit xətti açılmışdır.
10. İddiaçı ASC (Bank) və X1 (Borcalan) arasında ##.##.2020-ci il tarixdə bağlanmış BPM************ nömrəli tam kart çərçivə müqaviləsindən müəyyən olunur ki, “Bank” “Borcalan”ın adına ikitərəfli ödəniş kartını buraxmağı, “Borcalan”ın adına bank hesablarını açmağı, “Borcalan”a Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə, 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərti ilə kredit limitini ayırmağı, “Borcalan” isə Tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını qaytarmağı və ona hesablanmış faizləri “Bank”a ödəməyi öz öhdəsinə götürür.
11. ##.##.2020-ci il tarixli, BPM************ nömrəli tam kart çərçivə müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun ##.##.2020 – ##.##.2022-ci il tarixləri arasında hər ay 499.25 manat (sonuncu ay 498.93 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
12. ##.##.2020-ci il tarixli, FJB************* nömrəli məxaric orderindən müəyyən olunur ki, mərhum borcalana iddiaçı bankdan kassasından 7000 manat məbləğində pul vəsaiti verilmiş və bu barədə orderə imza edilmişdir.
13. ##.##.2020-ci il tarixli, BPM************ nömrəli məxaric orderindən müəyyən olunur ki, mərhum borcalana iddiaçı bankdan kassasından 2900 manat məbləğində pul vəsaiti verilmiş və bu barədə orderə imza edilmişdir.
14. ##.##.2020-ci il tarixli, AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X1 ##.##.2020ci il tarixdə “Genişlənmiş kardiomiopatiya” səbəbindən Bakı şəhərində ölmüşdür.
15. ##.##.2021-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, ##.##.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdehdır və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, AD****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi SXU10-0029342, buraxılış ili 1999-cu il olan “Toyota Harrier” minik markalı, **-TD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
16. ##.##.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1 ##.##.2020-ci il tarixli, BPM************ nömrəli nağd kredit müqaviləsi üzrə iddiaçı banka ##.##.2024-cü il tarixə 8864.54 manat məbləğində borcu vardır.
17. ##.##.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1 ##.##.2020-ci il tarixli, BPM************ nömrəli kart kredit müqaviləsi üzrə iddiaçı banka ##.##.2024-cü il tarixə 2489.23 manat məbləğində borcu vardır.
18. ##.##.2024-cü il tarixli, *-*-**/*-*****/** nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, borcalanın qanun üzrə vərəsəsi olan cavabdehə ##.##.2020-ci il tarixli kredit müqavilələri (həm nağd, həm də kart krediti) üzrə borcun məbləği barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 7 (yeddi) gün müddətində ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur. Xəbərdarlıq məktubunun göndərilməsini təsdiq edən poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.
19. ##.##.2023-cü il tarixli, ********** nömrəli və ##.##.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ümumilikdə 126.74 manat (60.76 + 65.98) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş UNİ/D **-***/**** nömrəli yazılı mütəxəssis rəyindən müəyyən olunur ki, 1999-cu il buraxılışlı, “Toyota Harrier” minik markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar qiyməti 8700 manat təşkil edir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın rədd olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748- 748-2.1, 748-2.3 və 748-1.12.4-cü maddələrini nəzərə alaraq hesab edir ki, birinci 10.1, 23. instansiya məhkəməsi iddia tələbini təmin edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almışdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və yaöhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdehdən vərəsə olaraq kredit müqaviləsi üzrə mirasqoyanın borcunun tutulması barədədir. İşin mübahisəsiz halı kimi də müəyyən edilib ki, cavabdeh kredit müqaviləsi üzrə kredit alanın– mirasqoyanın vərəsəsidir. Nəzərə alınsa ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar, belə olan halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslı olmuşdur.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, borclunun öldüyü məqamda Mülki Məcəllənin qüvvədə 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırda həmin norma Mülki Məcəllənin 1306.5-ci maddəsi kimi bir qədər fərqli məzmunda müəyyən edilib: “Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.”
29. Qeyd edilən norma(lar)ın məzmunundan da göründüyü kimi, vərəsələr o halda miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar ki, miras notarius tərəfindən siyahıya alınsın. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
30. İşdən görünür ki, miras notarius tərəfindən siyahıya alınmayıb. Belə olan halda da, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsi cavabdehin üzərinə düşsə də, cavabdeh qeyd edilən halı sübut edə bilməmişdir. 31.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 32.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov