Məhkəmə qərarları › İş №2(3-6)-1794/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1794/2026

20.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1794/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi ziyanın ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Işin halları

1. ##.##.2025-ci il tarixində, saat 04:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində X2 mülkiyyətində olan və müddəti keçmiş etibarnamə ilə cavabdeh2 idarə etdiyi “KIO K7” minik markalı **DQ*** dövlət nömrə nişanlı minik avtomobilo ilə, X3 idarə etdiyi “Renault Megane” markalı, **TG*** dövlət qeydiyyat nişanlı avtomobili və İddiaçı mülkiyyətində olan “Toyota Prado” minik markalı **OB*** dövlət qeydiyyat nişanlı avtomobili vurararaq yol nəqliyyat hadisəsi törətmişdir.

2. Hadisə ilə əlaqədar Bakı şəhəri DYPI-nin ##.##.2025-ci il tarixli, IXP № ******* saylı inzibati xəta haqqında protokola və ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, cavabdeh2 tərəfindən hadisə zamanı nəqliyyat vasitəsi etibarnamə olmadan idarə edildiyinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində o, IXM-nin 327.1 və 332.1-ci maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir.

3. Cavabdeh cavabdeh2 tərəfindən inzibati qərar mübahisələndirilməmişdir.

4. Iddiaçı tərəfindən avtomobilə dəymiş ziyanın müəyyən edilməsi barədə iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Toyota Prado” minik markalı **OB*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4731 manat olaraq hesablanmışdır.

5. Məhkəmə qərardadı əsasında mülki iş üzrə əmlakın qiymətləndirilməsi təyin edilmiş, Mərkəzi Ekpertiza Bürosunun ##.##.2025-ci il tarixli MEB-***-**** saylı qiymətləndirmə hesabatında qeyd edilmişdir ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər nəticəsində qoyulmuş suallar belə cavablandırılır: Hesablamalar, bazar qiymətləri üzrə aparılmış müqayisəli təhlillər, analoji markalı və model avtomobillərin ehtiyat hissələri üzrə satıcı müəssisələrdən toplanmış məlumatlar, həmçinin servis göstərən istehsalat müəssisələrindən alınmış məlumatlar nəzərə alınmaqla müəyyən edilmişdir ki, xxxx’’ MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə aktında göstərilmiş ehtiyat hissələrinin və onların bərpası üzrə göstərilən işçilik xərclərinin dəyərləri hadisə baş verən tarix qiymətlərinə uyğun gəlmir. “Toyota Prado” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin detallarının (hissələrinin) bərpası, işçilik xərclərinin dəyərləri üçün hazırkı vaxtda 2485 manat tələb olunur. “Toyota Prado” minik markalı 90-0B- 898 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər detallarının (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına dəmirçi və rəngsaz tərəfindən sərf olunan əməyin (servisin) dəyəri nəzərə alınmaqla real bazar qiymətləri ilə qeyd edilən zərərin aradan qaldırılması üçün 2176,25 manat xərc tələb olunur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-dən müştərək qaydada 4871 manat və 70 manat dövlət rüsumunun, cəmi 4941 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə, saat 19:00 radələrində özünə məxsus idarə etdiyi “Toyoto Prado” minik markalı ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaşadığı binanın yanında M.Şərifli küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsində park yerində saxlayaraq evinə getmiş, ##.##.2025-ci il tarixdə saat 04:30 radələrində cavabdeh cavabdeh2 idarə etdiyi “KIO” markalı 77DQ 750 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının tələblərini pozaraq mülkiyyətində olan “Toyoto Prado” minik markalı ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq hadisə yerindən qaçmışdır. ##.##.2025-ci il tarixdə saat 08:30 radələrində mülkiyyətində olan “Toyoto Prado” minik markalı ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurulmuş vəziyyətdə gördükdən sonra Daxili Işlər Nazirliyinin *** nömrəli çağrı mərkəzinə məlumat vermişdir. Polislər tərəfindən araşdırıldıqdan sonra hadisəni cavabdeh cavabdeh2 idarə etdiyi “KIO” markalı ** DQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi məlum olmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri DYPI tərəfindən ##.##.2025-ci il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında inzibati xəta haqqında işə baxılmış və ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla cavabdeh2 Azərbaycan Respublikası IXM-nin 327.1-ci və 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmaclan idarə edilməsinə görə) maddəsi ilə 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh2 idarə etdiyi “KIO” markalı 77DQ 750 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx” MMC-nin mülkiyyətindədir və həmin avtomobilin icbari sığortası belə yoxdur. Bundan əlavə cavabdeh2 oglu idarə etdiyi “KIO” markalı 77DQ 750 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edirmiş. “xxxx” MMC tərəfindən avtomobilin müayinəsi aparılmış və tərtib olunmuş qüsur aktına görə vurulmuş zərərin 4731 manat təşkil etdiyi müəyyən olunmuşdur. Avtomobil bu hadisəyədək zərbə görməmişdir, onun heç bir hissəsində rənginə belə əl dəyməmişdir, hadisə zamanı zərbə arxa təkər hissədən dəymiş, avtomobilin üz hissələri ilə yanaşı hərəkət hissələrinə də böyük zərbə dəymişdir. Bu da onun dəyərinin böyük məbləğdə aşağı düşməsinə səbəb olmuşdur. Ilkin olaraq cavabdehlər ona məxsus olan “Toyoto Prado” minik markalı ** OB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir etmələrinə söz verərək, səhəri günü ##.##.2025-ci il tarixdə avtomobili parklanma yerindən evakuatorla götürərək təmir etdirmək ücün avtomobil ustasının yanına servisə aparacaqlar. Amma avtomobil 7 gün parking yerində qalmış və buna görə də ona 140 manat cərimə gəlmişdir. Ona dəymiş 4731 manat maddi zərər baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar şəxs olan cavabdehlər cavabdeh2 oglu və cavabdeh1 MMC tərəfindən ödənilməlidir, lakin, cavabdehlər vurduğu maddi zərəri ödəməkdən imtina edir. Onun avtomobilinə 4731 manatdan artıq zərər dəymişdir.

8. Cavabdeh cavabdeh1 MMC tərəfindən iddia tələbinə etiraz verilərək iddia tələbini onlara aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixində saat 04:30 radələrində cavabdeh cavabdeh2 idarə etdiyi “KIA K7” markalı **DQ*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun mülkiyyətində olan “Toyota Prado” markalı **OB*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən qaçmışdır. Hadisə ilə bağlı cavabdeh2 barəsində DYPI tərəfindən ##.##.2025-ci il tarixli IXP ******* saylı inzibati xəta haqqında IXM-nin 327.1-ci və 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hallan istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə 40 manat məbləğində inzibati cərimə olunması barədə protokol tərtib olunmuşdur. Göründüyü kimi İddiaçı özünün də qeyd etdiyi kimi YNH-nin günahkarı cavabdeh2dur və o avtomobili cavabdeh1 MMC-dən etibarnamə olmadan idarə etmişdir. Sözügedən avtomobil isə cavabdeh1 MMC-nin mülkiyyətində deyil, X1 mülkiyyətindədir. Belə olan halda cavabdeh1 MMC-nin cavabdeh kimi cəlb olunması absurddur.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh2 İddiaçı xeyrinə maddi ziyan qismində 2176,25 manat vəsait və ödənilmiş 41,76 manat dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1096.1, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC tərəfindən avtomobilin müayinəsi aparılmış və tərtib olunmuş qüsur aktına görə vurulmuş zərərin 4731 manat təşkil etdiyi müəyyən olunmuşdur. Avtomobil bu hadisəyədək zərbə görməmişdir, onun heç bir hissəsində rənginə belə əl dəyməmişdir, hadisə zamanı zərbə arxa təkər hissədən dəymiş, avtomobilin üz hissələri ilə yanaşı hərəkət hissələrinə də böyük zərbə dəymişdir. Bu da onun dəyərinin böyük məbləğdə aşağı düşməsinə səbəb olmuşdur. Avtomobil hər zaman “xxxx” MMC-də müayinə olunmuş və həmin servisdə avtomobilə xidmət göstərilmişdir. Mərkəzi Ekpertiza Bürosunun verdiyi ##.##.2025-ci il tarixli MEB***-**** saylı qiymətləndirmə hesabatı düzgün aparılmamışdır. Belə ki, avtomobilə belə ekspertiza əməkdaşı tərəfindən baxilmamış, ancaq şəkillərinə baxaraq rəy vermişlər. Mərkəzi Ekpertiza Bürosunun verdiyi ##.##.2025-ci il tarixli MEB-***-**** saylı qiymətləndirmə hesabatının avtomobilin şəkillərinə baxaraq dəymiş ziyanın hesablanması nə qədər düzgün aparılmasını şübhə altına alır. Məhkəmənin Mərkəzi Ekpertiza Bürosunun verdiyi ##.##.2025-ci il tarixli MEB-***-**** saylı qiymətləndirmə rəyini əsas götürərək qətnamə qəbul etməsi bu yanaşma əsassız olduğu qədər də hər hansı məntiqihüquqi mühakiməyə sığmayan bir yanaşmadır. Bundan əlavə olaraq, məhkəmə ilk öncə iddia tələbinin cavabdeh1 MMCdən dəymiş ziyanın tutulması” hissəsinə münasibətdə bildirir ki, iddia ərizəsinə əlavə olunmuş DIN-in DYP Webportalından çıxarışdan görünür ki, “KIO K7” minik markalı **DQ*** dövlət nömrə nişanlı minik avtomobilin mülkiyyətçisi X2 məxsus oldugunu bildirir. Halbuki, DIN-in DYP Web portalından çıxarışdan görünür ki, “KIO K7” minik markalı **DQ*** dövlət nömrə nişanlı minik avtomobilin mülkiyyətçisi X2 məxsus olması barədə heç bir məlumat belə yoxdur. Məhkəmə məhkəmə xərcləri barədə mütəxəssis rəyinin alınması ücün mən tərəfindən ödənilmiş 550 manat pul barəsində fikir bildirməmişdir. Iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinə cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində maddi zərər dəymişdir. Vurulmuş zərər iddiaçının əmlakının zədələnməsi ilə ifadə olunur və bu zərərin aradan qaldırılması üçün iddiaçı real xərclər çəkməyə məcbur qalmışdır. Məhkəmə tərəfindən zərərin məbləği müəyyən edilərkən yalnız bir mənbəyə – Mərkəzi Ekspertiza Bürosunun təqdim etdiyi qiymətləndirmə rəyinə istinad edilmiş, lakin bu rəyin əldə olunma üsulu, obyektivliyi və işin faktiki halları ilə uyğunluğu qiymətləndirilməmişdir. Həmin rəy avtomobilə yerində baxış keçirilmədən, yalnız fotoşəkillər əsasında hazırlanmışdır ki, bu da zərərin real miqyasının müəyyən edilməsi baxımından ciddi şübhələr yaradır. Halbuki, avtomobilə dəymiş zərbə yalnız görünən hissələrlə məhdudlaşmamış, hərəkət hissələrinə də təsir göstərmiş, bu isə nəqliyyat vasitəsinin bazar dəyərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Bunun əksinə olaraq, avtomobil rəsmi servis mərkəzində – mütəmadi texniki baxış və xidmət göstərilən ixtisaslaşmış müəssisə tərəfindən müayinə edilmiş, nəticədə tərtib olunmuş qüsur aktı ilə vurulmuş zərərin real məbləği daha yüksək müəyyən edilmişdir. Eyni zamanda, iş materialları ilə təsdiqlənir ki, nəqliyyat hadisəsi yüksək təhlükə mənbəyi olan avtomobilin istismarı zamanı baş vermişdir. Belə hallarda zərərin vurulmasına görə məsuliyyət, nəqliyyat vasitəsi cavabdehin təqsiri nəticəsində baş verdiyi sübuta yetirildiyindən, iddiaçıya dəymiş zərərin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Odur ki, məhkəmə MM-nin müvafiq maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında faktiki bərabərliyi pozmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar – avtomobilin rəsmi servis mərkəzində müayinəsi nəticəsində tərtib edilmiş qüsur aktı və çəkilmiş real xərcləri təsdiq edən sənədlər lazımi qaydada qiymətləndirilməmiş, cavabdeh tərəfin maraqlarına uyğun olan ekspert rəyinə isə üstünlük verilmişdir. Bu yanaşma tərəflərin məhkəmə qarşısında bərabərliyi prinsipinə ziddir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir. Halbuki, məhkəmə iş üzrə sübutları hərtərəfli və obyektiv şəkildə araşdırmamış, faktiki halları tam aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Iddiaçının zərərin real məbləğini təsdiq edən sübutları nəzərə alınmadığı halda, yalnız bir ekspert rəyinə istinad edilməsi çəkişmə prinsipinin pozulmasına gətirib çıxarmışdır. Mülki Prosessual Məcəlləyə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi xarakter daşımır və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Mərkəzi Ekspertiza Bürosunun rəyini dəyişməz və təkzibedilməz sübut kimi qəbul etmiş, həmin rəyin əldə olunma üsulunu, obyektivliyini və işin faktiki halları ilə uyğunluğunu qiymətləndirməmişdir. Odur ki, Məhkəmə MPM-nin maddələrinin tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14.

15. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

17. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

18. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

19. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

20. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 103.1. ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

25. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Işin müəyyən edilmiş hallarından görünür ki, ##.##.2025-ci il tarixində, saat 04:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində X2 mülkiyyətində olan və müddəti keçmiş etibarnamə ilə cavabdeh2 idarə etdiyi “KIO K7” minik markalı **DQ*** dövlət nömrə nişanlı minik avtomobilo ilə, X3 idarə etdiyi “Renault Megane” markalı, **TG*** dövlət qeydiyyat nişanlı avtomobili və İddiaçı mülkiyyətində olan “Toyota Prado” minik markalı **OB*** dövlət qeydiyyat nişanlı avtomobili vurararaq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə əlaqədar Bakı şəhəri DYPI-nin ##.##.2025-ci il tarixli, IXP № ******* saylı inzibati xəta haqqında protokola və ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, cavabdeh2 tərəfindən hadisə zamanı nəqliyyat vasitəsi etibarnamə olmadan idarə edildiyinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində o, IXM-nin 327.1 və 332.1-ci maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir.Cavabdeh cavabdeh2 tərəfindən inzibati qərar mübahisələndirilməmişdir.

34. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş DIN-in DYP Web portalından çıxarışdan görünür ki, “KIO K7” minik markalı **DQ*** dövlət nömrə nişanlı minik avtomobilin mülkiyyətçisi X2r. Cavabdehin idarə etdiyi avtomobil cavabdeh1 MMC-nin mülkiyyətində olmadığından və cavabdeh2 tərəfindən hadisə törədildiyindən məhkəmə iddia tələbini cavabdeh1 MMC-yə aid hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

35. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

36. Işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində ididaçı İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə ki, hadisə baş verdiyi zaman “KIA K7” markalı **DQ*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən cavabdeh2 yolnəqliyyat hadisəsi törədərək iddiaçının mülkiyyətində olan “Toyota Prado” minik markalı **OB*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.

37. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən hal avtomobilə dəymiş ziyan məbləğinin müəyyən edilməsidir.

38. Iş materiallarında olan Mərkəzi Ekpertiza Bürosunun ##.##.2025-ci il tarixli MEB-***-**** saylı qiymətləndirmə hesabatına əsasən mütəxəssis aktları ilə “Toyota Prado” minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər detallarının (hissələrin) köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri və həmin hissələrin bərpasına dəmirçi və rəngsaz tərəfindən sərf olunan əməyin (servisin) dəyəri nəzərə alınmaqla real bazar qiymətləri ilə qeyd edilən zərərin aradan qaldırılması üçün 2176,25 manat xərc tələb edildiyi müəyyən edilmişdir.

39. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin zərərin məbləğini müəyyən edərkən mötəbər sübut hesab etdiyi Mərkəzi Ekpertiza Bürosunun hesabatı “xxxx’’ MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə aktında göstərilmiş xərclərinin dəyərləri nəzərə alınmaqla hadisə baş verən tarixə uyğun qiymətləndirilmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

44. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar