Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1805/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Mənzil- Tikinti Kooperativi cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklər, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın likvid qiyməti, ipoteka predmetinin boşaldılması) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil, Iddiaçının nümayəndəsi X1 iştirakları ilə, Işin halları
1. Kreditor “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 2010-cu il ## ###### tarixli *** nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalana illik 15% dərəcəsi olmaqla 156 ay müddətinə qaytarmaq şərti ilə 170.000 manat məbləğində kredit verməyi, borcalan isə aldığı kredit üzrə əsas borcu və hesablanmış faizləri müqavilədə göstərilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə kreditin ünvan 2 ünvanında yerləşən binanın B blokunda ** saylı mənzilin alınması məqsədi ilə verildiyi qeyd olunub.
2. Həmin tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə Cavabdeh arasında bağlanmış ## ###### 2010-cu il tarixli, ***/R nömrəli müqaviləyə əsasən MTK tərəfindən ünvan 2 ünvanında yerləşən binanın B blokunda ** saylı mənzil 170000 manata Cavabdeh satılmışdır.
3. Eyni zamanda həmin tarixdə “xxxx” ASC (ipoteka verən) ilə Cavabdeh (ipoteka qoyan) arasında ***/* nömrəli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ipoteka saxlayan ona ayrılmış 170.000 manat məbləğində kreditin təminatı üçün öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın B blokunda 6-cı mərtəbəsində istifadədə olan 159.kv.m ümumi sahəsindən ibarət 4 otaqlı ** saylı mənzil ipotekaya qoymuşdur. Mənzilin dəyəti tərəflərin razılığı əsasında 170000 manat məbləğdə müəyyən edilmişdir.
4. Lakin həmin ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 168.771,69 manat əsas borc və 324.447,90 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2.976,88 manat faiz məbləği olmaqla, cəmi 496.196,47 manat məbləğində kredit borcunun və ödənilmiş 787 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının B blokunda 6-cı mərtəbəsində yerləşən 159 kv.m ümumi sahədən ibarət 4 otaqlı ** saylı mənzilə yönəldilməsi, qeyd edilən əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış ##.##.2010-cu il tarixli *** saylı kredit müqaviləsinə əsasən, cavabdehə 156 ay müddətinə, illik 15% faiz ödənilmək şərtilə 170.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 168.771,69 manat əsas borc və 324.447,90 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2.976,88 manat faiz məbləği olmaqla, cəmi 496.196,47 manat məbləğində kredit borcu mövcuddur. “Ipoteka haqqında” Qanunun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “Ipoteka haqqında” Qanunun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, övladı öz ailəsi ilə ipoteka predmeti olan evdə yaşadıqları üçün müqaviləni imzalamışdır, lakin kreditdən məlumatı olmayıb. Faiz məbləği ilə razı deyil. 2011-ci ildən həmin evdə yaşamır. Ev onun qudası Nadirin olub və ödəniş edərək alıb, 156.000 manat ödənilib. Həmin gün də qaçaqaçla ona müqavilə imzaladıblar. 4 ay 2500 manat ödəniş etmişdir. Daha sonra qudası azadlıqdan məhrum edilib. Özü isə əməliyyat olunduğundan ödənişi edə bilməyib. Işlə əlaqədar banka gedəndə 17.000 manat borcunun olmasını ona bildiriblər. Onun kürəkənini, yəni Nadirin oğlunu qorxudublar, daha sonra kürəkəni vəfat edib. Ev başqasının adına keçib. O, 2011-ci ildə evdən çıxıb getmişdir. Verilən suallara cavab olaraq bildirib ki, qudası Nadirin adına olan krediti ləğv edib, onun adına kredit açıblar. 4 aydan sonra isə ödəniş edə bilməyib. Korrupsiyaya qarşı mübarizə idarəsinə də müraciət etmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-dan ona bildiriblər ki, evi satıb pulunu verəcəklər. Evini ona qaytarsınlar ki, satıb krediti ödəsin.
8. Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsi məhkəmənin sorğusuna ##.##.2024-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, Baş Idarənin Istintaq idarəsində ********* nömrəli cinayət işi üzrə Ləğvetmə prosesində olan "xxxx” ASC-nin bank lisenziyası əsasında fəaliyyət göstərdiyi dövrdə bir sıra fiziki şəxslərə "xxxx” MTK tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasından mənzil almaq məqsədilə müxtəlif məbləğlərdə kreditlər verilməsi faktı, eləcə də, Cavabdeh müraciəti ilə bağlı istintaq aparılır. Istintaq zamanı Cavabdeh ifadəsində göstərmişdir ki, qohumu (qudası) X2 "xxxx” ASC-nin rəhbəri Nadir Ismayılovla dostluq əlaqəsi olduğundan 2007-ci ildə sonuncu tərəfindən inşa edilən, "xxxx” MTK-ya məxsus, ünvan 2, B bloku, 6-cı mərtəbədə yerləşən, 159 kv. metr ölçüdə 4 otaqlı, ** nömrəli mənzili ipoteka ilə almış, ilkin ödəniş kimi təxminən 48.000 manat ödəniş edilmiş, sənədlərin kötüyü ƏSF-da olduğundan və onlara heç bir sənəd təqdim edilmədiyindən məbləği dəqiq deyə bilməmişdir. 2007-ci ildən qudası ilə birlikdə mənzili təmir etdirmişlər, 2008-ci ildə kürəkəni Hilal Qasımov və qızı övladları ilə orada yaşamağa başlamışlar, təmirə təxminən 100.000 manat civarında pul xərclənmiş, aylıq 1800-2000 manat olmaqla 2009-cu ilin dekabr ayına qədər Nadir Qasımov tərəfindən mütəmadi ödəniş edilmiş, 2009-cu ilin ######ın #-də sonuncu həbs edilmiş və ipotekanın ödənişində gecikmələr olmuş, bu səbəbdən 2010-cu ilin dekabr ayında ipoteka onun adına keçirilmiş, ##.##.2010-cu il tarixdə qudası türmədə ola-ola onun adına olan 135.552,49 manat əsas, 20.458.63 manat faiz olmaqla cəmi 156.011,12 manat borc bank tərəfindən bağlanmış və 170.000,20 manat olan qrafik açılmış, nə üçün borcun 156.011,12 manat olduğu halda 170.000,20 manat olmasını soruşanda faiz hesablandığını bildirmişlər. 4 ay fasiləsiz 2.482,49 manat məbləğində ödəniş etmiş, 4 aydan sonra ödənişin edilməsini çatdıra bilməmiş və 3-4 ay fasilə yaranmış, Bank və MTK mənzili sataraq onların pulunu verməyi, ya da ki, evdən çıxmağı, özləri satıb təmir pulunu verəcəklərini demişlər və bu məqsədlə 3-4 ay vaxt vermişlər, mənzili sata bilmədiklərindən mənzildən çıxmışlar, mənzildən çıxarkən MTK və Bankla razılıqları olmuş ki, mənzili satıb ipotekanın pulunu götürəndən sonra qalan pulu onlara verəcəklər. Təxminən 1 il sonra öyrənmişdir ki, həmin mənzili adını bilmədiyi şəxs alaraq orada yaşayır. Beləcə nə ipoteka onun adından çıxarılmış, nə evin təmir pulu verilmiş, nə də ki, mənzil geri qaytarılmışdır.
9. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 2024-cü il ## ###### tarixli */**** nömrəli ekspert rəyinə əsasən tərəflər arasında imzalanmış ## ###### 2010-cu il tarixli *** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə müqavilə müddətinin bitdiyi ##.##.2023-cü il tarixə və maliyyə arayışında borcun hesablandığı ##.##.2024-cü il tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunub: ##.##.2023-cü il tarixə - əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat; ##.##.2024-cü il tarixə - əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu 2972,62 manat.
10. “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ### 2025- ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən binaın B bloku, 6-cı mərtəbəsində 159 kv.m ümumi sahədən ibarət 4 otaqlı ** saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 353.000 manat, likvid dəyəri 317.700 manat müəyyən edilib.
11. Məhkəmənin qərardadı əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim – A.R.Sultanova- Məmmədova)
12. 2025-ci il # #### tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 168.630,91 manat əsas, 319.325.57 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2.972,67 manat faiz olmaqla, cəmi 490.929,15 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 780,93 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, həmçinin ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə ekspertiza xərci olan 145 manat pulun cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.3, 307.6, 307.7, 309.1, 337.1, 351.1, 385.1, 442, 443.1, 445.2, 445.7, 448.1, 448.2, 465.2, 739.1, 739.2 və 741-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 101.7, 103.1, 107 və 119.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2014-cü il tarixli Qərarına və «Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» # ##### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTKnı dəvət etmək məqsədilə qeyd edilən ünvana bildiriş göndərməklə kifayətlənmiş, bu səbəbdən də üçüncü şəxsin faktiki işdə iştirakı təmin edilmədən natamam araşdırma aparılmışdır. Onunla bank arasında qarşılıqlı razılaşma əsasında kredit müqaviləsinə xitam verilmişdir. O, bankdan nağd şəkildə kredit almamışdır. Bankın ona verdiyi kredit mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-nın bankda olan hesabına köçürülmüşdür.
16. Məhkəmə iclasında cavabehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etməklə əlavə olaraq izahatında qeyd etmişdir ki, onun təmsil etdiyi şəxs tərəfindən ev təhvil verilmişdir. Bununla da o, hesab etmişdir ki, artıq onunla bağlanan kredit müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilmişdir. Bu baxımdan da onun banka hər hansı bir borcu yoxdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) 2025-ci il ## ####### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 432.4, 442, 443.1, 448.1, 448.2, 739.1 və 639.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, onunla bank arasında qarşılıqlı razılaşma əsasında kredit müqaviləsinə xitam verilmişdir. O, bankdan nağd şəkildə kredit almamışdır. Bankın ona verdiyi kredit mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-nın Bankda olan hesabına köçürülmüşdür. Apellyasiya instansiyasında onun tərəfindən mübahisə predmeti olan mənzillə bağlı bütün müqavilələr və maliyyə sənədlərinin surətlərinin götürülməsi üçün vəsatət verilsə də, məhkəmə həmin vəsatəti heç bir əsas göstərmədən təmin etməmişdir. Buna baxmayaraq məhkəmə baxışı zamanı o, bildirmişdir ki, qeyd edilən mənzildən onu çıxarandan sonra MTK və İddiaçı ASC mənzili digər şəxsə satmışdır, bu isə onunla bağlanmış müqavilələrin pozulması anlamına gəlir. Belə ki, sonradan o özü şəxsən qeyd etdikləri ilə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, evi qaytarandan sonra 2012-ci il ## ###### tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında mübahisə predmeti olan mənzilin alqı-satqısına dair ***/R №-li müqavilə bağlanmış, elə həmin tarixdə mənzillə bağlı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə İddiaçı ASC arasında *** №-li kredit müqaviləsi və ***/* №-li ipoteka müqaviləsi bağlanmışdır. Sözsüz ki, həmin tarixdən də həm MTK-nın, həm də Bankın razılığı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 oğlu mənzilə köçərək yaşamağa başlamışdır. Bundan başqa, onun tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzillə bağlı hazırkı iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı Laçın Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(047)- ***/**** nömrəli qətnaməsi ilə cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 əsas borc üzrə 132.847.29 manat, faiz borcu üzrə 100.292,91 manat, 2,62 manat komissiya haqqı, cəmi 233.142,82 manat borc pulun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 524 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Halbuki, bu sənədlərin əldə edilməsi üçün tərəfindən məhkəməyə vəsatət verilmişdi, lakin məhkəmə bu vəsatəti nə təmin etmiş, nədə ki, rədd etmişdir.
21. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin təmin olunmamasını və məhkəmə qətnamələrinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
22. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsində Laçın Rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallarla bağlı heç bir dəlil irəli sürməmişdir.
23. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X6 (məruzəçi), X3 və X5 ibarət tərkibdə) *(*-*)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
24. Kassasiya kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış ipoteka müqaviləsi üzrə məhkəmələrin gəldiyi nəticə mübahisələndirilmir. Işin mübahisəli halı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gəlinən nəticədir. 2010-cu il ## ###### tarixli kredit müqaviləsi əsasında cavabdehin borc öhdəliyi yaranıb. Cavabdehin iddiaya qarşı irəli sürdüyü dəlillərdən biri - kreditin MTK-nın hesabına köçürülməsi cavabdehin öhdəliyini aradan qaldıran hal deyildir. Borcalan vəsaiti faktiki əldə etməsə belə, onun razılığı (və ya tapşırığı) ilə kredit məbləğinin üçüncü şəxsə (baxılan işdə olduğu kimi mənzili cavabdehə satan MTK-ya) ödənilməsi, borcalanın krediti ödəmə öhdəliyinin yaranmasına maneə deyil. Bu hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ümumilikdə düzgündür.
25. Kollegiya həmçinin hesab etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində və sonradan apellyasiya instansiyası məhkəməsində iddia tələbinə qarşı irəli sürdüyü dəlillər, yəni kredit öhdəliyinə xitam verilməsi ilə bağlı bankla razılaşma əldə edilməsi, buna əsasən mənzilin sonradan başqasına verilməsi və kredit öhdəliyinin də üçüncü şəxsə keçməsi məzmunda irəli sürdüyü dəlillər aşıq-aşkar əsassız olmayıb və bununla bağlı məhkəmələr tərəfindən lazımi araşdırma aparılmayıb. Belə ki, cavabdehin öz təşəbbüsü ilə əldə edib kassasiya şikayətinə əlavə etdiyi Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, 2012-ci il ## ###### tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında mübahisə predmeti olan mənzilin alqı-satqısına dair ***/R №-li müqavilə bağlanmış, elə həmin tarixdə mənzillə bağlı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə İddiaçı ASC arasında *** №-li kredit müqaviləsi və ***/* №-li ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilələr cavabdehlə bağlanmış kredit və ipoteka müqavilələri ilə eyni məzmundadır, yalnız kredit məbləği fərqlidir. Cavabdehin izahatına görə həmin müqavilələr bağlanan tarixdən MTK-nın, həm də Bankın razılığı ilə Səfərəliyev Aqil Ədalət oğlu mənzilə köçərək yaşamağa başlamışdır. Həmçinin Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 əsas borc üzrə 132.847.29 manat, faiz borcu üzrə 100.292,91 manat, 2,62 manat komissiya haqqı, cəmi 233.142,82 manat borc pulun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 524 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilməlidir ki, iş üzrə sübutlar birinci instansiya məhkəməsində təqdim olunmalıdır. Bu baxımdan kassasiya şikayətinə əlavə edilmiş Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinə istinad edilməsinin prosessual baxımdan mümkünlüyü sual doğurur. Lakin nəzərə alınmalıdır ki, cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatında mənzilə görə alınmış krediti ödəyə bilmədiyinə görə mənzilin MTK ilə Bankın razılığı əsasında MTK-ya təhvil verildiyini, mənzilin satılıb borcun ödəniləcəyi barədə razılığa gəldiklərini, MTK-nın həmin mənzilə dair başqa şəxslə müqavilə bağladığını bildirməsinə baxmayaraq, bu istiqamətdə ətraflı araşdırma aparılmamışdır. Iddiaçı da prosessual hüquqlarından vicdanlı istifadə etməklə mənzilin sonradan başqasına satıldığını, sonrakı alıcı ilə də kredit müqaviləsi bağlandığını gizli saxlayaraq məhkəməyə bildirməmişdir. MTK işə üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə dair yazılı mülahizə və ya etiraz da təqdim etməmişdir. Iddiaçının vəkili apellyasiya icraatı zamanı Banka sorğu verərək, əvvəllər cavabdehə satılmış Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, ev 2 ünvanında yerləşən binanın B blokunda ** saylı mənzilin alınması məqsədi ilə 2011-ci ilin aprel ayından sonra başqa şəxslərlə müqavilə bağlanıb-bağlanmadığı barədə məlumat verilməsini xahiş etmiş, lakin Bank bu cür məlumatları verməkdən imtina etmişdir (II cild, səh. 18-19). Həmçinin iddiaçının vəkili MTKya müraciət edərək, qeyd olunan mənzildə hazırda kimin yaşaması, mənzilə görə kim tərəfindən hansı vaxtlarda nə qədər ödənişlər edilməsi barədə məlumatların verilməsini xahiş etmiş, lakin MTK mənzilə görə ödəniş sənədlərinin saxlanmadığını, həmçinin hazırda mənzildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 yaşadığını bildirmiş, ancaq onun hansı əsaslarla yaşadığı barədə məlumat verməmişdir. Göründüyü kimi, mövcud vəziyyətdə cavabdehin qeyd edilən hallarla bağlı sübutları (Bankla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış kredit müqaviləsinin, MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış müqavilənin surətini) məhkəməyə təqdim etmək imkanları məhdud olub. Yuxarıda qeyd olunan sübutları əldə etmək imkanı tükənən cavabdeh tərəfindən apellyasiya instansiyasında mübahisə predmeti olan mənzilə dair sonrakı müqavilələrin və maliyyə sənədlərinin, habelə Laçın Rayon Məhkəməsinin icraatında olan mülki işlə bağlı sübutların tələb olunması barədə yazılı vəsatət verilmişdir. Məhkəmə həmin vəsatəti təmin etməmiş, lakin vəsatəti nəyə görə rədd etməsinin səbələrini göstərməmiş, vəsatətə formal yanaşmışdır (II cild səh. 59). Halbuki, MPM-in 263.4 və 263.5-ci maddələrinə görə məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir. Ancaq Laçın Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, (##.##.2012-ci il tarixdə sözügedən mənzilin alınması məqsədi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə İddiaçı ASC arasında *** №-li kredit müqaviləsi və ***/* №-li ipoteka müqaviləsi bağlanmaqla yanaşı) Bank cavabdehdən kreditin ödənilməsini tələb etməklə paralel olaraq, sonrakı alıcıdan da kreditin ödənilməsini tələb etmişdir (Bank cavabdehə 2024-cü il ## ### tarixli bildiriş göndərərək 2010-cu il ## ###### tarixli kredit müqaviləsi üzrə 496.196,47 manat məbləğində borcun ödənilməsini tələb etdiyinə baxmayaraq, 2024-cü il ## ###### tarixli bildirişlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 da ##.##.2012-ci il tarixli kredit müqaviləsi üzrə 177.886,99 manat vaxtı keçmiş borcun ödənilməsini tələb etmişdir). Göründüyü kimi, eyni əmlak üzrə paralel kreditləşmə həyata keçirilib və kreditor tərəfindən hər iki borcalandan borcun ödənilməsi tələb edilməklə, ziddiyyətli vəziyyət yaranıb: 2010-cu ildə cavabdehə mənzilin alınması üçün kredit verilib və mənzil iddiaçıya satılıb; 2012-ci ildə eyni mənzil yenidən başqa şəxsə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) satılıb və həmin şəxslə də yeni kredit müqaviləsi bağlanıb; kreditor sonradan hər iki şəxsdən borcun ödənilməsini tələb edib. Işə baxmış məhkəmələr bu ziddiyyətli vəziyyəti müəyyən etməmişdir. Həmçinin Laçın Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən olunan hallar (cavabdehə satılan mənzilin MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satılması, eyni mənzilə dair kreditləşmə müqaviləsinin bağlanması) ona dəxxxxt edir ki, cavabdehin birinci instansiya məhkəməsində və sonradan apellyasiya instansiyası məhkəməsində onun kredit öhdəliyi ilə bağlı bankla razılaşma əldə edilməsi, mənzilin başqasına verilməsi və kredit öhdəliyinin də üçüncü şəxsə keçməsi məzmununda irəli sürdüyü dəlillər aşıq-aşkar əsassız deyildir. Cavabdehin onunla bağlanmış kredit müqaviləsi üzrə öhdəliyinin iddiaçı və MTK arasında əldə olunmuş razılaşma əsasında faktiki olaraq xitam edildiyi, ipoteka predmeti olan mənzilin bank və MTK-nın razılığı ilə geri qaytarılması və sonradan başqa şəxsə verilməsi barədə dəlilləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin öhdəliklərə xitam verilməsini tənzimləyən müddəaları (27-ci fəsil) baxımından hüquqi qiymətləndirməni tələb edirdi. Apellyasiya instansiyası məhkəməsi isə bu halları araşdırmadan, yalnız kredit müqaviləsinin formal mövcudluğuna istinad etməklə öhdəliyin davam etdiyini qəbul etmişdir ki, bu da maddi hüquq normalarının formal və natamam tətbiqi kimi qiymətləndirilməlidir.
26. Kollegiya hesab etmişdir ki, bu hallar araşdırılmadan cavabdehin öhdəliyinin dəyişməz qalması barədə nəticəyə gəlmək mülki hüququn ədalətlilik, vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsipləri ilə uzlaşmır. Mübahisə predmeti olmuş mənzilin sonradan üçüncü şəxsə satılması, həmin şəxs ilə ayrıca kredit və ipoteka münasibətlərinin yaranması, işin həlli ilə bağlı aşağıdakı mühüm hüquqi sualları doğurur: mənzilin cavabdeh tərəfindən faktiki olaraq geri qaytarılıb-qaytarılmaması (bu zaman cavabdehin MTK və bankla razılaşmalarının (danışıqlarının) mahiyyəti və buna uyğun olaraq razılaşmaların hüquqi tövsifi); həmin əmlakın sonradan hansı əsasla və hansı şərtlərlə üçüncü şəxsə verilməsi; yeni kredit münasibətinin əvvəlki öhdəliklə hüquqi əlaqəsi (xüsusilə cavabdehin borcalan olaraq öhdəliyinin sonrakı alıcıya verilməsi); sonrakı kredit müqaviləsində bəhs olunan kredit məbləğinin həqiqətən də verilib-verilməməsi (verilibsə bilavasitə borcalana yaxud MTK-ya ödənilməsi); bankın uçotunda ilkin kredit öhdəliyinin taleyi (xitam, restrukturizasiya və ya davam etmə). Bu hallar araşdırılmadan mübahisəyə düzgün hüquqi qiymət verilməsi mümkün deyildir. Məhkəmələr tərəfindən bu halların araşdırılmaması, mübahisənin həlli ilə bağlı iddiaçının hüquqdan sui-istifadə etməsi (kredit müqaviləsi üzrə ağlabatan hədlərdən artıq ödəniş tələb etməsi) və məhkəmə tərəfindən sübutların araşdırılmaması kimi hüquqi problemləri doğurur.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdehin iddiaya qarşı etiraz dəlillərini hüquqi baxımdan öhdəliyə xitam verilməsi kimi qiymətləndirməsinə baxmayaraq, məhkəmə bu dəlilləri yoxlayarkən maddi-hüquqi əsasları fərqli müəyyən etmək səlahiyyətinə malikdir. Belə ki, cavabdehin izah etdiyi faktik hallar təsdiqini tapdığı halda, işin halları Mülki Məcəllənin 522-ci maddəsində bəhs olunan öhdəliklərin verilməsi əsasları və qaydalarına uyğun təhlil oluna bilər. Həmin normadan açıq görünür ki, öhdəlik üçüncü şəxsə verilə bilər və bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Burada “əvəz etmə” termini təsadüfi deyil. Bu terminin əsas xüsusiyyəti hüquq münasibətində şəxsin dəyişməsi, lakin öhdəliyin özünün eyni qalmasıdır. 522.2-ci və 522.3-cü maddələrə görə borcun köçürülməsi yalnız kreditorun razılığı ilə qüvvəyə minir. Bu razılıq verilməzsə, köçürmə baş verməmiş sayılır. Bu şərt öhdəlikdə şəxsin dəyişməsi üçün çox vacibdir. Çünki kreditorun razılığı faktiki olaraq onun əvvəlki borclunu “azad etməyə” razı olması deməkdir. Əgər borclunun öhdəliyinin verilməsi Mülki Məcəllənin 522-ci maddəsində müəyyən olunmuş dispozisiya şərtlərinə uyğun verilmişdirsə, yeni borclu əvvəlkini tam əvəz edir və əvvəlki borclu öhdəlikdən çıxır. Məhkəmə tərəflərin (o cümlədən sonrakı alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) razılaşmalarını təfsir edərkən, Mülki Məcəllənin 404.1 və 404.2ci maddələrinə uyğun olaraq təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalı, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almalıdır. Bu məqsədlə işə yenidən baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 üçüncü şəxs qismində işə cəlb olunması məsələsi müzakirə edilməlidir. Həmçinin Laçın Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilib-verilmədiyi müəyyən edilməli, şikayət verilibsə bu işlərin bir icraatda birləşdirilməsinin mümkünlüyü araşdırılmalıdır.
28. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 425.2, 442, 448.1, 448.2, 522.1, 522.2, 522.3, 522.4, 522.5, 529.1, 560.1, 560.2, 560.3, 739.1-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 11.2, 12.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.3, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həm Cavabdeh, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kredit verilmişdir. Kreditin təyinatı daşınmaz əmlakın alınması olmuşdur. 30.
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
39. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
40. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
41. Maddə 522.3. Icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. Icazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. Icazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.
42. Maddə 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur.
43. Maddə 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur.
44. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
45. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
46. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
47. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; ...
48. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
54. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
57. Hazırki halda cavabdeh Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilsə də, şikayətin dəlillərindən ondan tutulan pul məbləğinin, yəni qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi xahiş olunduğundan, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 (bir yüz qırx beş) manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X14 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ 01360100000000003944, SFIFT BIK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE 00000000000002088501) ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
59. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
60. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
61. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə qətnamənin yoxlanılan hissəsində gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab etmir.
62. Hazırda tərəflər arasında bağlanmış ipoteka müqaviləsi üzrə məhkəmələrin gəldiyi nəticə mübahisələndirilmədiyindən, işin mübahisəli halını tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gəlinən nəticə təşkil edir.
63. Kassasiya məhkəməsi işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərərkən xüsusilə qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsində və sonradan apellyasiya instansiyası məhkəməsində iddia tələbinə qarşı irəli sürdüyü dəlillər, yəni kredit öhdəliyinə xitam verilməsi ilə bağlı bankla razılaşma əldə edilməsi, buna əsasən mənzilin sonradan başqasına verilməsi və kredit öhdəliyinin də üçüncü şəxsə keçməsi məzmunda irəli sürdüyü dəlillər aşıq-aşkar əsassız olmamaqla bununla bağlı məhkəmələr tərəfindən lazımi araşdırma aparılmamışdır.
64. Belə ki, məlum olduğu kimi, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
65. Məhkəməyə təqdim edilən Laçın Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e- *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, 2012-ci il ## ###### tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında mübahisə predmeti olan mənzilin alqı-satqısına dair ***/R №-li müqavilə bağlanmış, elə həmin tarixdə mənzillə bağlı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə İddiaçı ASC arasında *** №-li kredit müqaviləsi və ***/* №-li ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilələr cavabdehlə bağlanmış kredit və ipoteka müqavilələri ilə eyni məzmundadır, yalnız kredit məbləği fərqlidir. Həmin qətnamə ilə cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 əsas borc üzrə 132.847.29 manat, faiz borcu üzrə 100.292,91 manat, 2,62 manat komissiya haqqı, cəmi 233.142,82 manat borc pulun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 524 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
66. Iş üzrə sübutların birinci instansiya məhkəməsində təqdim edilməli olmasını nəzərə aldıqda prosessual baxımdan qeyd edilən qətnaməyə istinad edilməsinin mümkünlüyünü nəzərə alan kassasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatında mənzilə görə alınmış krediti ödəyə bilmədiyinə görə mənzilin MTK ilə Bankın razılığı əsasında MTK-ya təhvil verildiyini, mənzilin satılıb borcun ödəniləcəyi barədə razılığa gəldiklərini, MTK-nın həmin mənzilə dair başqa şəxslə müqavilə bağladığını bildirməsinə baxmayaraq, bu istiqamətdə ətraflı araşdırma aparılmamışdır. Iddiaçı da prosessual hüquqlarından vicdanlı istifadə etməklə mənzilin sonradan başqasına satıldığını, sonrakı alıcı ilə də kredit müqaviləsi bağlandığını gizli saxlayaraq məhkəməyə bildirməmişdir. MTK işə üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə dair yazılı mülahizə və ya etiraz da təqdim etməmişdir. Iddiaçının vəkili apellyasiya icraatı zamanı Banka sorğu verərək, əvvəllər cavabdehə satılmış Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, ev 2 ünvanında yerləşən binanın B blokunda ** saylı mənzilin alınması məqsədi ilə 2011-ci ilin aprel ayından sonra başqa şəxslərlə müqavilə bağlanıb-bağlanmadığı barədə məlumat verilməsini xahiş etmiş, lakin Bank bu cür məlumatları verməkdən imtina etmişdir (II cild, səh. 18-19). Həmçinin iddiaçının vəkili MTK-ya müraciət edərək, qeyd olunan mənzildə hazırda kimin yaşaması, mənzilə görə kim tərəfindən hansı vaxtlarda nə qədər ödənişlər edilməsi barədə məlumatların verilməsini xahiş etmiş, lakin MTK mənzilə görə ödəniş sənədlərinin saxlanmadığını, həmçinin hazırda mənzildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 yaşadığını bildirmiş, ancaq onun hansı əsaslarla yaşadığı barədə məlumat verməmişdir. Göründüyü kimi mövcud vəziyyətdə cavabdehin qeyd edilən hallarla bağlı sübutları (Bankla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış kredit müqaviləsinin, MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış müqavilənin surətini) məhkəməyə təqdim etmək imkanları məhdud olub. Yuxarıda qeyd olunan sübutları əldə etmək imkanı tükənən cavabdeh tərəfindən apellyasiya instansiyasında mübahisə predmeti olan mənzilə dair sonrakı müqavilələrin və maliyyə sənədlərinin, habelə Laçın Rayon Məhkəməsinin icraatında olan mülki işlə bağlı sübutların tələb olunması barədə yazılı vəsatət verilmişdir. Məhkəmə həmin vəsatəti təmin etməmişdir.
67. Kollegiya onu da qeyd etmişdir ki, məhkəmə tərəflərin (o cümlədən sonrakı alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) razılaşmalarını təfsir edərkən, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə uyğun olaraq təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalı, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almalıdır. Bu məqsədlə işə yenidən baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 üçüncü şəxs qismində işə cəlb olunması məsələsi müzakirə edilməlidir. Həmçinin Laçın Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilib-verilmədiyi müəyyən edilməli, şikayət verilibsə bu işlərin bir icraatda birləşdirilməsinin mümkünlüyü araşdırılmalıdır.
68. Qeyd olunan halı və kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq kollegiya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 üçüncü şəxs qismində işə cəlb etmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Laçın Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmədiyi, qərarın qüvvədə olduğu müəyyən edilmişdir.
69. Belə ki, Laçın Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, (##.##.2012-ci il tarixdə sözügedən mənzilin alınması məqsədi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə İddiaçı ASC arasında *** №-li kredit müqaviləsi və ***/* №-li ipoteka müqaviləsi bağlanmaqla yanaşı) Bank cavabdehdən kreditin ödənilməsini tələb etməklə paralel olaraq, sonrakı alıcıdan da eyni mənzil üzrə kreditin ödənilməsini tələb etmişdir (Bank cavabdehə 2024-cü il ## ### tarixli bildiriş göndərərək 2010-cu il ## ###### tarixli kredit müqaviləsi üzrə 496.196,47 manat məbləğində borcun ödənilməsini tələb etdiyinə baxmayaraq, 2024-cü il ## ###### tarixli bildirişlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 da ##.##.2012-ci il tarixli kredit muqaviləsi üzrə 177.886,99 manat vaxtı keçmiş borcun ödənilməsini tələb etmişdir).
70. Göründüyü kimi, eyni əmlak üzrə paralel kreditləşmə həyata keçirilib və kreditor tərəfindən hər iki borcalandan borcun ödənilməsi tələb edilməklə, ziddiyyətli vəziyyət yaranıb: 2010-cu ildə cavabdehə mənzilin alınması üçün kredit verilib və mənzil iddiaçıya satılıb; 2012ci ildə eyni mənzil yenidən başqa şəxsə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) satılıb və həmin şəxslə də yeni kredit müqaviləsi bağlanıb; kreditor sonradan hər iki şəxsdən borcun ödənilməsini tələb edib.
71. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 522.2-ci və 522.3-cü maddələrinə əsasən borcun köçürülməsi yalnız kreditorun razılığı ilə qüvvəyə minir. Bu razılıq verilməzsə, köçürmə baş verməmiş sayılır. Bu şərt öhdəlikdə şəxsin dəyişməsi üçün çox vacibdir. Çünki kreditorun razılığı faktiki olaraq onun əvvəlki borclunu “azad etməyə” razı olması deməkdir. Əgər borclunun öhdəliyinin verilməsi Mülki Məcəllənin 522-ci maddəsində müəyyən olunmuş dispozisiya şərtlərinə uyğun verilmişdirsə, yeni borclu əvvəlkini tam əvəz edir və əvvəlki borclu öhdəlikdən çıxır.
72. Kreditorun cavabdehə 2024-cü il ## ### tarixli bildiriş göndərərək 2010-cu il ## ###### tarixli kredit müqaviləsi üzrə 496.196,47 manat məbləğində borcun ödənilməsini tələb etdiyinə baxmayaraq, 2024-cü il ## ###### tarixli bildirişlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 da ##.##.2012-ci il tarixli kredit müqaviləsi üzrə 177.886,99 manat vaxtı keçmiş borcun ödənilməsini tələb etməsi, mübahisə predmeti olan mənzildə hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 yaşaması iş materialları ilə təsdiq edilməklə işin mübahisələndirilməyən halıdır.
73. Bu baxımdan işin halları Mülki Məcəllənin 522-ci maddəsində bəhs olunan öhdəliklərin verilməsi əsasları və qaydalarına uyğun təhlil oluna bilər.
74. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisə predmeti olmuş mənzilin sonradan üçüncü şəxsə satılması, həmin şəxs ilə ayrıca kredit və ipoteka münasibətlərinin yaranması, mənzildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 yaşamasının mənzilin cavabdeh tərəfindən faktiki olaraq geri qaytarılmasına dəxxxxt etməsi iddiaçının hüquqdan sui-istifadə etməsini (kredit müqaviləsi üzrə ağlabatan hədlərdən artıq ödəniş tələb etməsini) göstərir və mülki hüququn ədalətlilik, vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsipləri ilə uzlaşmır.
75. Kollegiya xüsusilə vurğulayır ki, müqavilələri Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 imzalasalar da, bankın hər iki şəxsə verdiyi kredit məbləğlərinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Mənzil tikinti Kooperativinin bankda olan hesabına köçürülməsi, cavabdeh Cavabdehla bağlanmış kredit müqaviləsi üzrə pul banka ödənilmədiyindən mənzilin cavabdehdən təhvil alınmaqla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1lə müqavilə bağlanaraq ona təhvil verilməsi, həmin vaxtdan isə mənzildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 yaşaması tərəflər arasında mübahisələndirilməyən hallardır.
76. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, işin müəyyən edilmiş halları və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından bu qənaətə gəlmək olur ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən və maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
77. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
78. Konstitusiyanın qeyd edilən normaları məhkəmələrdə işlərə baxılarkən prosessual qaydalara dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.
79. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
80. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
81. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
82. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 1994-cü il ## ##### tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
83. Avropa Məhkəməsinin Kraska Isveçrəyə qarşı iş üzrə 1993-cü il ## ##### tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
85. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
86. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
87. Iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 (bir yüz qırx beş) manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X14 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ 01360100000000003944, SFIFT BIK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE 00000000000002088501) keçirilməlidir.
88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi həmin hissədə rədd edilsin. Iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 (bir yüz qırx beş) manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X14 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ 01360100000000003944, SFIFT BIK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE 00000000000002088501) ödənilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.