Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1812/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: (“pul”) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfində verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 12700 manat əsas borcun, borc məbləğinə illik 5% tətbiq edilməklə 2025-ci ilin dekabr ayına olan 1110 manat faiz pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı İddiaçı ödənilməsinə və 139 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqribi iyul ayında 2023-cü ildə Eyvaz iddiaçıya zəng edərək deyib ki, “Zeynal lombartdan qızıl çıxardır. Təcili bir neçə günlük məndən pul istədi məndə də yoxdur. Dedim sənə deyim varsa ver üstündə qazanc da verəcək”. İddiaçı da deyib ki, qazanca ehtiyac yoxdur və o kartından bir qismini göndərmiş və evdən götürüb vermişdir. Onlar 10 gün sonra (Eyvaz da iştirak edirdi) təqribi kafedə görüşmüş, Zeynal ona lombardın qəbzini və alacaq pulların siyahısını göstərmişdir ki, “bunları da verəcəm və alacam. Mənə dövriyyə yenə pul lazımdır. Pul üstümdədir, verə bilərəm, ancaq həyat yoldaşım Ramilə ilə birgə qızıl satırıq məlumatın var yəqin ki, bizim birgə işimizə sərmayə qoysan aylıq sənə pul verəcəyik. Dedim əsas məbləğə heç nə olmaz, dedi xeyr. Polkada en qədər qızıllarım var”. İddiaçı da xəbər vermədən gedib yoxlamaq istəmişdir. Metro ilə Əcəmidə moskva univermağının yanında görüşmüşlər. O, iddiaçını mağazaya girməmiş solda bir dükana aparmışdır. Orda arıq iddiaçıdan bir az hündur boylu oğlan satıcı idi. Burda lombartdan çıxartdıqlarını satdıqlarını demişdir. Əsas dükan isə içəridədir. İçəri girəndə sağa dönüb bir az düz gedib və sola dönən yerdə orda polkada idi. Yoldaşı da orda idi. İddiaçı qabaqlarında kifayət qədər qızıl olduğunu görmüşdür. Macdonalsda kofe içmişlər. Zeynal demişdir ki, qızıl var, narahat olma pul batmaz orda polkada 300 000 manatdan çox qızıl var. Bir müddət sonra Zeynal yenə yığaraq demişdir ki, təcili qızıl var, götürmək lazımdır, 5000 m pul lazımdır, bir neçə günlüyə. İddiaçı da dostundan alıb vermişdir. Bir az yubadsa da iddiaçı gedib pulu cavabdehlərdən götürmüşdür. Bir necə gündən sonra onun bacısına pul lazım olmuşdur. Zeynaldan təcili kartına 2000 manat pul atmağını istəmişdir. Zeynal iddiaçıya 1400 m pul göndərmişdir. Bir müddət sonra Zeynal yenə ona yazmışdır ki, dövriyyəyə pul lazımdır. İddiaçı ona yenə pul vermişdir. Onun verdiyi toplam pullar: 5000 dollar (8500 azn), 1700 dollar (2890 azn) 4600 azn (6000 m verdiyindən ona 1400 m göndərmişdi), 150 manat. İddiaçı bir neçə müddət sonra Zeynalın atasına demişdir ki, ayıbdır, ər və arvad onlardan pul alıblar vermirlər. Qabaqlarında nə qədər qızılları. Atası Bakıya oğlunun yanına gəldi ki, guya bu məsələni həll edəcək. Atası onlara deyib ki, “narahat olmayın. Boşanma üçün oğlum Zeynal müraciət edibdi boşanacaqlar əmlaklar qızıl və s (Bunlar təzə ev alıblar olmaz onu satar verərlər) bölünəcək və sizin pulu qaytaracayıq və oğlumu götürüb Naxçıvana gedəcəm və o da orda yaşayacaq”. Bir necə gün keçdi. İddiaçı İddiaçı da digər iddiaçı Məmmədov Eyvaz İsa oğluna demişdir ki, “Atası Əbülfəzlə görüşdüz dedi ki, yox. Dedim bu məsələ həll etməyə gəlib yoxsa örtbasdır etməyə?”. Zeynalın atası onlarla görüşmədən oğlunu da götürüb Naxçıvana getmişdir. Aydın oldu ki, atası da bunlarla əlbirdi, danışdıqları yalandır. İddiaçılar Zeynalın arvadı ilə birlikdə aldıqları evi araşdırmağa getmişlər. Bundan Zeynalın xəbəri yox idi. Zeynal demişdi ki, ev onun adınadır. Lazım olsa satıb pulu verəcək. İddiaçı ofisdən tanışçılıq ilə soruşmuş ona demişlər ki, Zeynal ilə arvadı Ramilə birlikdə bu yaxınlarda gəlmişdilər. Zeynal ərizə yazıb ki, evi Ramilənin adına keçirdir. Bundan sonra iddiaçı tam əmin olmuşdur ki, hamısı eyni fikirdə olan şəxslərdi, sadəcə fikir yayındıraraq vaxt udurlar.
2. Cavabdehlər cavabdeh2 və İbrahimova Ramilə Tahir qızının nümayəndəsi və vəkili nümayəndə2 iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, İbrahimova Ramilə Tahir qızına qarşı qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki,məhkəmənin iclasında dindirilmiş həm iddiaçı İddiaçı, həm də X2 İsa oğlu izahatlarında qeyd etmişlər ki, iş üzrə cavabdeh Ramilə İbrahimovaya hər hansı bir məbləğdə pul verməmişlər və ya ondan hər hansı bir məbləğ pul almamışdırlar. Məhkəmə proseslərində iddiaçı Ramilə İbrahimovanın bu mübahisə üzrə hər hansı pul məbləğini alması və ya iddiaçıya qaytarması öz əksini tapmamışdır, bu barədə mötəbər sübut təqdim olunmamışdır. Onların əsaslandığı guya cavabdeh2 "Whatsapp" sosial şəbəkəsindən İddiaçı göndərdiyi mesajda guya borcunu etiraf etməsi hissəsini qəbul etmirlər. Bundan başqa iş üzrə digər cavabdeh cavabdeh2 guya Ramilə İbrahimovun adından göndərdiyi mesajlar obyektiv həqiqəti əks etdirmir, mesajlar göndərən şəxs Ramilə İbrahimova deyildir. Bu səbəbdən də Ramilə İbrahimovaya qarşı qaldırılmış iddia rədd edilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir: - ##.##.2025ci il tarixində Məmmədov Eyvaz İsa oğlu Sabunçu RPİ-nin 13 PŞ-nə ərizə ilə müraciət edərək, 2022-ci il hər dəfə ayrı-ayrı vaxtlarda Zeynal adlı şəxsə və onun həyat yoldaşı Ramilə adlı şəxsə əlavə gəlir əldə etmək məqsədi ilə ümumilikdə qızıl-ziynət əşyalarının alınması üçün o, Bağır ilə birlikdə 50 000 manat vəsait vermişlər. (Eyvaz-3400 manat, 5000 $, 5100 AZN, 2550 AZN, 450 AZN, 1200 AZN) (Bağır-5000 $, 1700 $, 4600 AZN, 150 AZN, 2000 AZN). Həmin şəxslər ayrı-ayrı vaxtlarda gəlir olaraq müəyyən məbləğlərdə onlara ödəniş etmişdlər. Hal-hazırda həmin şəxslərin ona və Bağıra məxsus olan ümumilikdə 50000 manat məbləği geri qayatarmaqdan imtina edirlər; - cavabdeh2 ## ### 2025-ci il tarixində Sabunçu RPİ-nin 13 PŞ-nə verdiyi izahatında qeyd etmişdir ki, müxtəlif vaxtlarda Bağır və Eyvaz adlı şəxslərdən ayrı-ayrılıqda ümumi olaraq 50000 manat məbləğində pul vəsaitini müəyyən gəlir əldə etmək məqsədi ilə almışdır. Həmin borcdan bir qismi tərəfindən həmin şəxslərə ödənilmişdir. Hal-hazırda Bağır adlı şəxsə 12700 manat, Eyvaz adlı şəxsə isə 25000 manat borcu qalıb. Hal-hazırda heç bir yerdə işləmədiyinə görə borcları ödəyə bilmir. Həmçinin bildirir ki, borc ona məxsusdur və ödənilməsini ən qısa müddət ərzində təmin edəcək. Borcunu ödəməkdən yanınmır və imtina etmir. İzahatının doğruluğunu öz izahatı ilə təsdiq etmişdir; - Sabunçu RPİ-nin 13 Polis Şöbəsi tərəfindən ##.##.2025-ci il tarixində Məmmədov Eyvaz İsa oğlunun ərizəsinə cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanında yaşayan ##.##.1989-cu il təvəllüdlü cavabdeh2 izahatı alınmış, səmimi olaraq borcunun olmasını bildrmiş və bu borcun ödənilməsinə heç bir etirazı olmadığını bildirmiş, bu barədə xəbərdarlıq edilmişdir; - X2 İsa oğlu məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, cavabdehlər onun qohumlarıdır. İddiaçı dostunun oğludur. Cavabdehlər onlara tez-tez qonaq gəlirdilər. Cavabdeh cavabdeh2 bir gün ona qızıl satdıqlarını bildirdi və ona pul qoyub qazanc əldə etməyi təklif etdi. O bu təkliflə razılaşdı. Bir gün cavabdeh cavabdeh2 Məmmədov Eyvaz İsa oğluna lombarddan qızıl götürəcəyini və bu məqsədlə ona 6000 manat pul vəsaitinin lazım olduğunu bildirmişdir. Şahid də pul olmadığından iddiaçıya müraciət etmişdir. İddiaçı həmin məbləği kart vasitəsi ilə cavabdeh cavabdeh2 göndərmişdir. cavabdeh2 bir dəfə 500 manat pul vəsaitini gəlir olaraq iddiaçıya vermişdir. İddiaçı həmin məbləği Məmmədov Eyvaz İsa oğluna övladının müalicəsi üçün vermişdi. Bir müddət sonra cavabdeh cavabdeh2 1400 manat məbləği iddiaçıya qaytardı. Həmçinin iddiaçı cavabdeh cavabdeh2 hissə-hissə olmaqla 6700 ABŞ dolları pul vəsaiti vermişdir. Lombarddan götürülən qızıllar cavabdeh İbrahimova Ramilə Tahir qızının rəfinə qoyulurdu.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(****)-****/**** saylı işi üzrə ##.##.2026cı il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh cavabdeh2 12700 manat borc, borcun vaxtında qaytarılmamasına görə ##.##.2024-cü il tarixdən ##.##.2025ci il tarixədək 12700 manata illik 5% tətbiq edilməklə, 1111.19 manat vəsait və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 118.95 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 20.05 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 385.1, 386.1, 442, 445.2, 445.7, 449.1, 449.4, 448.2, 739.1, Mülki Prosessual Məcəlləsinin 52.2, 106.3, 106.4, 191.3, 220.4-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı qazanc əldə etmək üçün qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan cavabdehlərə borc olaraq verdiyi 16140 manat pul vəsaiti hesabına iddiaçı 3000 manatdan çox qazanc əldə etmişdir. Hazırkı iddia ərizəsi ilə iddiaçı 16140 manat borc məbləğindən qazanc məbləği çıxılmaqla, qalan 12700 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir. Cavabdehlərin nümayəndəsi isə iddianı yalnız cavabdeh2 münasibətdə qismən qəbul etdiyindən iddia 12700 manat hissədə təmin edilə bilər, heç bir hüquqi əsası olmadıöından R.İbrahimovaya münasibətdə isə iddia təmin edilə bilməz. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavabdeh tərəfin 12700 manat borc verilməsi hissəsində etirafını qəbul edir. Həmçinin iddiaçı tərəfindən cavabdeh cavabdeh2 borc verilməsi faktı iş materiallarında olan whatsapp yazışmaları, fləş-kartda olan səs yazıları, həmçinin cavabdeh2 ibtidai istintaqda verdiyi izahatı ilə də sübut edilir. Belə ki, cavabdeh cavabdeh2 ibtidai istintaq zamanı İddiaçı 12700 manat borcu olduğunu etiraf etmişdir. Bununla yanaşı məhkəmə cavabdehlərin nümayəndəsinin etiraz arqumentləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı iddia tələbini müştərək qaydada hər iki cavabdehə qarşı irəli sürsə də, lakin tələb etdiyi pul məbləğinin və ya hər-hansı hissəsinin İbrahimova Ramilə Tahir qızına verilməsini təsdiq edəcək hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, həmin cavabdehə qarşı iddia tələbi təmin edilə bilməz. Beləliklə, iddia cavabdeh cavabdeh2 münasibətdə 12700 manat məbləğində təmin edilməlidir. Məhkəmə eyni zamanda borc məbləğinin cavabdehlərdən yalnız cavabdeh2 verilməsini nəzərə alaraq hesab edir ki, iddianın “borc məbləğinə illik 5% tətbiq edilməklə 2025-ci ilin dekabr ayına hesablanmış faiz pulun cavabdehlərdən tutulması” hissəsi də cavabdeh cavabdeh2 münasibətdə təmin edilməlidir. Göstərilən qanunvericilik aktlarının tələblərinə əsasən, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı aldığı borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh cavabdeh2 öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə borcun qaytarılması üçün razılaşdırılmış son müddət bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun da irəli sürülmüş iddia tələbi həcmində cavabdehdən tutulmasını qanuni hesab edir. Tələbin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil etdiyindən iddiaçıya ödənilməli məbləğ hesablanarkən nəzərə alınmalı, borcun qaytarılmasının son icra müddəti, yəni ##.##.2024-cü ildən iddiaçının məhkəməyə müraciət etdiyi ##.##.2025-ci il tarix əsas götürülməlidir. Bu halda, ##.##.2024-cü ildən ##.##.2025-ci ilə qədər 635 manat (12700x5:100=635), ##.##.2025-ci ildən ##.##.2025-ci ilə qədər 476.19 manat (635:12ay=52.91x9ay=476.19), ümumilikdə 1111.19 (bir min yüz on bir manat on doqquz qəpik) manat ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 118.95 (bir yüz on səkkiz manat doxsan beş qəpik) manat pul tutularaq iddiaçı İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 20.05 (iyirmi manat beş qəpik) manat (139-118.95=20.05) iddiaçıya aid edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş və Yasamal rayon Məhkəməsi tərəfindən 2(004)-5926/2025 nömrə ilə, ##.##.2026-cı il tarixdə qəbul edilmiş qətnamənin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia 12700 manat hissədə təmin edilməsi, 01.01,2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 12700 manata illik 5% tətbiq edilməklə, 1111.19 manat vəsaitin tutulması hissəsi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 739.2, 385.1; Mülki Prosessual Məcəllənin 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbini qismən,iddiaçıya 12700 manat borcumun olduğunu qəbul edir. Lakin borcun vaxtında qaytarılmamasına görə 01.01,2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 12700 (on iki min yeddi yüz) illik 5% tətbiq edilməklə, 1111.19 (bir min yüz on bir manat on doqquz qəpik) manat vəsaitin tutulması hissəsi əsassızdır və ağlabatan deyildir. Belə ki, o, əsas borcu iddiaçıya qaytara bilməmiş, borcun üzərinə yazılmış əlavə 1111.19 manat faizin ondan tutulması ona əlavə öhdəçilikdir və o, bu öhdəçiliyi icra etmək imkanında deyil. Həmçinin borcu vaxtında qaytarılmamasına görə müəyyənləşdirilmiş tarix düzgün müəyyən edilməmiş, müddət çox hesablanmışdır. İş üzrə iddiaçı tərəfindən aldığı borcu nə vaxt qaytaracağına dair dəqiq tarix müəyyən edilməmiş, müddət çox hesablanmışdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, cavabdeh qətnaməni yalnız borcun vaxtında qaytarılmamasına görə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 12700 manata illik 5% tətbiq edilməklə, 1111.19 manat vəsaitin tutulması hissəsində mübahisələndirdiyindən apellyasiya baxışında yalnız həmin hissə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
9. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” ## ###### 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən əsaslı dəlillər irəli sürülməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı borc məbləğinə illik 5% tətbiq edilməsində haqlı olmuşdur, çünki tərəflər arasında mübahisə olan vaxt qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qeyd olunanlar işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir, cavabdeh tərəfindən pulun ödənilməsi vaxtında icra edilmədiyindən iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Gecikdirilmiş müddətin düzgün hesablanmamasına aid dəlillərinə aid isə qeyd edilməlidir ki, cavabdeh məhkəmənin müəyyən etdiyi müddəti təkzib edən sübutlar təqdim etməmiş və şikayətini yalnız subyektiv mülahizələrlə əhatə etmişdir.
15. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Cavabdehin mübahisələndirdiyi hissə qeyd edilən həddi aşmadığından kassasiya şikayətinin verilməsi mümkünlüyü istisna edilir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.