Məhkəmə qərarları › İş №2(3-6)-1878/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1878/2026

08.06.2026 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1878/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh cavabdeh2 (mübahisə predmenti barədə müsatəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1) cəlb edilməklə qarşı işi üzrə Açar sözlər: (“əmrin ləğv edilməsi və s.“) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı iddiaçı3 nümayəndəsi vəkil Vəkil və cavabdeh cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı 1.İddiaçılar iddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan ünvan 2 ünvanındakı əmlakın 005013030171-***** reyestr nömrəli Texniki Pasportundakı sxem-planında göstərilən “həyətyani tikililərin və qurğularin texniki göstəriciləri” bölməsində “literlər” hissəsində “II” olaraq qeyd edilmiş darvazadan giriş-çıxışına maneə yaradaraq cavabdeh tərəfindən tikilən “E” tikiliyə birləşdirilən və əmlakı qanunsuz olaraq 2 yerə bölən daş hasarın və həmin daş hasara bitişik digər qanunsuz tikilinin cavabdehin hesabına oradan sökülməsi, cavabdeh tərəfindən əmlakın giriş-çıxışına və istifadəsinə yaradılan bütün məhdudiyyətlərin aradan qaldırılmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı əmlak aşağıdakı formada paylı mülkiyyətdədir. iddiaçı3 1/6 hissə, iddiaçı2 1/6 hissə, iddiaçı1 1/6 hissə, cavabdeh2 1/6 hissə, cavabdeh1 1/6 hissə, X2 1/6 hissə. Həmin paylı əmlakın 005013030171- ***** reyestr nömrəli, Texniki Pasportundakı “A” tikili iddiaçı3 istifadəsindədir. Həmin texniki posportun plan sxemindəki “E” tikili isə cavabdeh cavabdeh2 istifadəsindədir. Həmin texniki pasportda “həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri” bölməsində “literlər” hissəsində “II” olaraq qeyd edilmiş qurğuya əsasən darvazanın yeri qeyd olunmuşdur. Qeyd etmək istəyir ki, uzun illərdir həmin əmlakdan hamısı istifadə etmiş və giriş-çıxışı həmin qeyd olunmuş yerdəki darvaza olmuşdur. Hal-hazırda anası X2 vəfat etmişdir. Qalan digər 5 payçı həmin əmlakın mülkiyyətçiləridir. Lakin mülkiyyət sahiblərindən cavabdeh cavabdeh2 paylı mülkiyyətdə olan ünvan 2 ünvanındakı əmlakın torpağını istifadəsində olan evinin yerləşdiyi yerin üst tərəfindən mişar daşı ilə hasar çəkmiş və kustar üsulla tikili tikmişdir. Bunun da nəticəsində digər mülkiyyətçilərin həmin əmlaka giriş çıxışının qarşısı alınmış, həmçinin qanunsuz olaraq paylı mülkiyyətində olan 1/6 hissədən artıq hissəni, təxmini olaraq əmlakın yarısını qanunsuz olaraq ələ keçirmişdir. Hal-hazırda darvaza olan hissə cavabdeh tərəfdə qaldığı üçün miras əmlakdan istifadə edə bilmir. Cavabdehin qanunsuz olaraq çəkdiyi daş hasar əmlakın kənarı ilə içəridən gedən maşın yolunu bağlamış və nəticədə paylı əmlakın içərisində olan digər tikililərin sahibləri olaraq onlar həmin giriş-çıxışdan istifadə edə bilmir. Odur ki, yuxarıda göstərilən səbəblərdən 005013030171-***** reyestr nömrəli Texniki Pasportundakı plan sxemdəki tikililərdən əlavə olaraq cavabdeh tərəfindən torpağı 2 yerə bölərək çəkilmiş daş hasarın sökülməli olduğu və paylı əmlaka giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılmalı olduğunu hesab edir. Hal-hazırda əmlakına girə bilmir. Əmlakın girişi cavabdeh tərəfindən məhdudlaşdırılıb. Giriş olmadığından mülkiyyətindən istifadə edə bilmir. Problemin həll olunması üçün bütün lazımi orqanlara müraciət etsə də, heç bir orqan problemin həlli üçün ona köməklik göstərmədi. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin və digər orqanların məsuliyyətsizliyi nəticəsində mülkiyyətçilər kimi öz əmlakının üzərinə faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşlar.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.13982 ha olan torpaq sahəsinin və üzərində yerləşə ümumi sahəsi 56.2 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsi cavabdeh2, 1/6 hissəsi iddiaçı3, 1/6 hissəsi iddiaçı1, 1/6 hissəsi cavabdeh1, 1/6 hissəsi iddiaçı2, 1/6 hissəsi isə X2 mülkiyyətindədir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Texniki Pasportuna əsasən, ünvan 1 ünvanında yerləşən 0.13982 ha olan torpaq sahəsində F, E, D və A ilə işarələnmiş tikililər mövcuddur; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin *-**-*- **/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli mütəxəssis rəyiə əsasən, ünvana baxış keçirilən zaman məlum oldu ki, 005013030171-***** reyestr nömrəsi ilə qeydiyyata alınan daşınmaz əmlakın texniki pasportunda göstərilən "E” literli yaşayış evinin sol tərəfindən (2.2 m hündürlüyündə 11.5 m uzunluğunda) hasar çəkilib. Belə ki, “A" və "D” literli yaşayış evinə texniki pasportda “II” ilə göstərilən giriş qapısından giriş- çıxış tam məhdudlaşdırıb. Hazırkı vəziyyətdə “A" və “D" literli yaşayış evinə giriş-çıxış faktiki vəziyyətə uyğun tərtib olunmuş baş planda əks olunduğu kimi 0.8 m enində olan giriş qapısındandır. Faktiki vəziyyətə uyğun koordinatlar və izahlı baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə 005013030171-301 reyestr nömrəsi (vahid əmlak) ilə paylı mülk olaraq qeydiyyatdan keçmişdir; - ********** nömrəli ##.##.2024-cü il tarixli qəbzə əsasən, iddiaçı3 100 manat dövlət rüsumu ödəmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.13982 ha olan torpaq sahəsində yerləşən “E” literli yaşayış evinin sol tərəfindən 2.2 m hündürlüyündə 11.5 m uzunluğunda cavabdeh cavabdeh2 tərəfindən çəkilmiş hasarın cavabdeh cavabdeh2 hesabına sökülməsi, paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.13982 ha olan torpaq sahəsindən və əsas giriş qapısından iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 sərbəst istifadə etməsinə cavabdeh cavabdeh2 tərəfindən maneə yaradılmasının qadağan edilməsi, 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh cavabdeh2 alınaraq iddiaçı iddiaçı3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 215.1, 215.4, 180.3; Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 117.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.13982 ha olan torpaq sahəsinin və üzərində yerləşə ümumi sahəsi 56.2 kv.m olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. Paylı mülkiyyətdə olan torpaq sahəsinin və onun üzərində yerləşən A və D tikilisi iddiaçı iddiaçı3, E tikilisi isə cavabdeh Rəhimov Xanoğlu Ağaxan oğlunun faktiki istifadəsindədir. Mütəxəssis rəyinə əlavə edilmiş baş plandan görünür ki, ünvana giriş baş plana uyğun olaraq 0.8 m enində olan III rəqəmi ilə işarələnmiş giriş qapısındandır. Həmçinin torpağa əsas giriş isə cavabdehin istifadəsində qalmış II rəqəmi ilə işarələnmiş əsas giriş qapısındandır. Hazırda işin mübahisə olunmayna halı odur ki, cavabdeh sözügedən torpaq sahəsində yerləşən E tikilisinin sol tərəfindən 2.2 m hündürlüyündə və 11.5 uzunluğunda hasar çəkmiş, digər payçıların torpaq sahəsinin təcrid olunmuş hissəsinə daxil olmasına və giriş qapısından istifadə etməsinə maneə yaratmışdır. Beləliklə məhkəmə hesab edir ki, nə qədərki, sözügedən torpaq sahəsi və onun üzərində yerləşən 56.2 kv.m olan tikili tərəflərin paylı mülkiyyətindədir, payçılardan biri olan cavabdeh2, paylı mülkiyyətdə olan torpaq sahəsinə hasar çəkməklə digər payçıların cavabdehin faktiki istifadəsində qalmış torpaq sahəsinə sərbəst şəkildə daxil olmasına və torpaq sahəsindən və əsas giriş qapısından sərbəst istifadə edilməsinə mane olduğundan iddia tələbi hasarın sökülməsi hissəsində təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin “həmin daş hasara bitişik digər qanunsuz tikilinin sökülməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında, həmçinin tərəflərin izahatında, mütəxəssis rəyində hasara bitişik cavabdeh tərəfindən tikilmiş hər hansı bir tikilinin mövcud olması müəyyən edilmədiyindən, həmçinin müəyyən edilsə belə torpaq sahəsinə tərəflərin mülkiyyət hüququ olduğundan və onun üzərində tikilmiş hər hansı bir tikiliyə gələcəkdə tərəflərin gözlənilə bilən mülkiyyət hüququ olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən əmlakın giriş-çıxışına və istifadəsinə yaradılan bütün məhdudiyyətlərin aradan qaldırılması” hissəsinə münasibət bildirərək hazırda iddiaçılar bütün məhdudiyyət deyərək mücərrəd xarakterli tələb irəli sürdüyündən, həmçinin cavabdehin iddiaçılara hasar çəkərək, əsas giriş qapısından istifadə etməkə maneə olmaqdan başqa iddiaçılara başqa hər hansı bir məhdudiyyət yaratması müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə qismən təmin edilməli, torpaq sahəsindən və əsas giriş qapısından iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 sərbəst istifadə etməsinə cavabdeh cavabdeh2 tərəfindən maneə yaradılması qadağan edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylıiş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət Azərbaycan Respubliklası Mülki Məcəlləsinin 152.5, 157.4, 215.1, 215.4, 560.1, 560.3.4; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 217.4-cü maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən, işin faktiki hallarını araşdırmamışdır, mübahisələndirilən torpaq sahəsinin texniki pasportda göstərilən A tikilisi onsuz da iddiaçı Tərlanın istifadəsindədir, E tikilisi isə onun istifadəsindədir. Texniki pasporta görə onsuzda torpaq sahəsindən yola çıxış A tikilinin yanındadır və iddiaçınında həmin torpağa girişi elə həmin qapıdandır. Onun isə girişi öz evinin qarşısındadır. Torpaq sahəsini iki yerə ayıran hasar onun tərəfindən çəkilmişdir. Həmin hasarın iddiaçılara hər hansı bir maneəsi yoxdur. O öz torpaq sahəsinə və evinə rahat girib-çıxır. Digər payçılar həmin ünvanda yaşamadığını, onların özlərinin evləri olduğunu, gələcəkdə torpaq sahəsindən istifadə etmək istəsələr məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş baş planda “İ” ilə işarələnmiş E tikilisinin yaxınlığında olan tikilinin tövlə olduğunu, tövlənin iddiaçı Tərlana məxsus olduğunu, həmin tövlə ilə E tikilisi arasında məsafə mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvana baxış keçirilən zaman məlum oldu ki, 005013030171-***** reyestr nömrəsi ilə qeydiyyata alınan daşınmaz əmlakın texniki pasportunda göstərilən "E” literli yaşayış evinin sol tərəfindən(2.2 m hündürlüyündə 11.5 m uzunluğunda) hasar çəkilib. Belə ki, “A" və "D” literli yaşayış evinə texniki pasportda “II” ilə göstərilən giriş qapısından giriş-çıxış tam məhdudlaşdırıb. Hazırkı vəziyyətdə “A" və “D" literli yaşayış evinə giriş-çıxış faktiki vəziyyətə uyğun tərtib olunmuş baş planda əks olunduğu kimi 0.8 m enində olan giriş qapısındandır. Faktiki vəziyyətə uyğun koordinatlar və izahlı baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə 005013030171-301 reyestr nömrəsi (vahid əmlak) ilə paylı mülk olaraq qeydiyyatdan keçmişdir. Mütəxəssis rəyi ilə mübahisələndirilən torpaq sahəsinə baxış keçirilsə də, nə mütəxəssisrəyində, nə də iş materiallarında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə hər hansı məhdudiyyət yaradılması müəyyən edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə obyektiv araşdırma aparılması təmin edilməmişdir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquqnormalarına istinad edən məhkəmə hesab edir ki, mülkiyyət hüququna dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsi işə baxarkən,sübutlara obyektiv qiymət verməmiş, formal tələblərə uyğun qətnamə qəbul etmişdir. Sabunçu rayon Məhkəməsi mübahisəli torpaq sahəsinə dair ekspertiza təyin edilərək, müvafiq rəy alınmalı olmasına baxmayaraq, iş üzrə ekspertizanın keçirilməsindən də imtina etmişdir.

5. İddiaçı apellyasiya şikayətinə etiraz vermiş və etirazının onunla əsaslandırmışdır ki, Cavabdeh öz şikayətini absurd cümlələrlə əsaslandırmışdır.Cavabdeh şikayətində bildirmişdir ki, texniki pasporta görə onsuzda torpaq sahəsindən yola çıxış A tikilinin yanındadır və iddiaçınında həmin torpağa girişi elə həmin qapıdandır. Onun isə girişi öz evinin qarşısındadır. Torpaq sahəsini iki yerə ayıran hasar onun tərəfindən çəkilmişdir. Həmin hasarın iddiaçılara hər hansı bir maneəsi yoxdur. O öz torpaq sahəsinə və evinə rahat girib-çıxır. Digər payçılar həmin ünvanda yaşamadığını,onlar m özlərinin evləri olduğunu, gələcəkdə torpaq sahəsindən istifadə etmək istəsələr məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş baş planda “İ” ilə işarələnmiş E tikilisinin yaxınlığında olan tikilinin tövlə olduğunu, tövlənin iddiaçı Tərlana məxsus olduğunu, həmin tövlə ilə E tikilisi arasında məsafə mövcuddur. ''Cavabdehin bu yazdıqlarından görünür ki, cavabdeh torpaq sahələri arasındakı hasarın özünün çəkdiyini etiraf etmişdir. Lakin guya ki, onun mülkiyyətində olan “A” tikilinin yanında yola çıxış yerinin olduğunu yazmışdır. Halbuki, həmin çıxış yeri cavabdeh tərəfindən ona texpasportda “11" olaraq qeyd edilmiş darvazadan giriş-çıxışına maneə yaratdıqdan sonra qonşudan xahiş edərək müvəqqəti olaraq girib-çıxmağa (80 sm enində) əl qapısı açmışlar. Hazırda qonşu həmin qapının bağlanmasını tələb edir, hazırda girişçıxış üşün istifadə etdiyini 0.8 m eni olan dar yol əvvəllər babasının digər oğluna verdiyi ümumi əmlakın üzərində olan “13" tikili olmuşdur. Daha sonra əmisi oğlu həmin “D" tikilini başqa şəxsə satmış, həmin şəxs isə həmin hissəni natura olaraq ayırmışdır. Daha sonra isə özünə ayrı yeni ev tikmək üçün “13” tikilini sökmüşdür. Həmin vaxtı qardaşı torpaqlar arasında qanunsuz daş hasar çəkərək ona əsas giriş-çıxışdan istifadə etməyi qadağan etdikdən sonra, o, məcbur olub yeni qonşunun özünə məxsus olan “13" tikilini sökdüyü yerdən dar yol kimi istifadə etməyə başladı. Hazırda qonşu haqlı olaraq oranı bağlayacağını bildirir. Həmçinin 0.8 m bir ev üçün giriş-çıxış yolu ola bilməz. O, babadan qalan əsas yoldan istifadə etmək istəyir. Onun və digər pay sahiblərinin əsas giriş-çıxış qapısı olan texpasportda "II” olaraq qeyd edilmiş darvazadan giriş-çıxışlarına maneə yaratması onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh öz ərizəsində digər pay sahiblərinin də giriş-çıxışını bağladığını etiraf etmişdir. Bildirir ki, cavabdehin girişçıxışı məhdudlaşdırdığı qapı bütün payçıların ümumi qapısıdır. Onun həmin qapını özününkiləşdirməyə heç bir ixtiyarı yoxdur. Bütün göstərilənlərə, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi İ saylı Bakı Ərazi İdarəsinin *-**-*- **/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki. "lI" literli yaşayış evinin sol tərəfindən(2.2 m hündürlüyündə 11.5 m uzunluğunda) hasar çəkilib. Belə ki, “A" və "D" literli yaşayış evinə texniki pasportda “II” ilə göstərilən giriş qapısından giriş- çıxış tam məhdudlaşdırıb. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabeh cavabdeh2 Ağaxan oğlu apellyasiya şikayətini müdafiə etmiş, hər hansı şəkildə iddiaçının giriş-çıxışı bağlamadığını, iddiaçı iddiaçı3 özünün ayrı qapısı olduğunu bildirmiş, şikayətin təmin edilməsni xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayənədsi vəkil Vəkil apellyasiya şikayətinə etiraz ərizəsini müdafiə etmiş, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçılar iddiaçı2, iddiaçı1 və mübahisə predmenti barədə müsatəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri :

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən : 152.1.mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.13982 ha olan torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 56.2 kv.m olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. Paylı mülkiyyətdə olan torpaq sahəsinin və onun üzərində yerləşən A və D tikilisi iddiaçı iddiaçı3, E tikilisi isə cavabdeh Rəhimov Xanoğlu Ağaxan oğlunun faktiki istifadəsindədir. Mütəxəssis rəyinə əlavə edilmiş baş plandan görünür ki, ünvana giriş baş plana uyğun olaraq 0.8 m enində olan III rəqəmi ilə işarələnmiş giriş qapısındandır. Həmçinin torpağa əsas giriş isə cavabdehin istifadəsində qalmış II rəqəmi ilə işarələnmiş əsas giriş qapısındandır. Cavabdeh sözügedən torpaq sahəsində yerləşən E tikilisinin sol tərəfindən 2.2 m hündürlüyündə və 11.5 uzunluğunda hasar çəkmiş, digər payçıların torpaq sahəsinin təcrid olunmuş hissəsinə daxil olmasına və giriş qapısından istifadə etməsinə maneə yaratmışdır. Mütəxəssis bu halı təsdiq etmiş və bu halı istisna edən xülasə müəyyən etməmiş, cavabdeh də bunu istisna edən (alternativ mütəxəssis, ekspert rəyi və sair) sübut təqdim etmədiyindən iş üzrə fərqli qənaət müəyyən edilməsi üçün əsaslar müəyyən edilmir.

16. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, tərəflər payların naturada ayrılması barədə digər mülkiyyətçilərlə razılığın müzakirəsi aparmalı və bu mümkün olmadıqda mübahisənin həllini mülki qanunvericilklə müəyyən edilmiş qaydada həyata keçirilməklə paylarına uyğun real əmlak hüquqlarının təmin edilməsini müəyyən edə bilərlər.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində cavabdeh cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” İnformasiya Sistemi ) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar