Məhkəmə qərarları › İş №2(3-9)-775/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-775/2026

14.07.2026 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-775/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC ilə X1 arasında bağlanılmış ##.##.2020ci il tarixli ƏİX 268333 və ##.##.2020-ci il tarixli ƏİX ****** nömrəli girov müqavilələrinin ləğv edilməsi və həmin müqavilələrə əsasən girova qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh MMC-nin İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı onun mərhum əri X2 ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli ƏİX ****** nömrəli girov müqaviləsi üzrə ödənilməmiş 10674,05 manat məbləğində əsas kredit borcu və 3854,85 manat məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 14528,90 manat, ##.##.2020-ci il tarixli ƏİX****** nömrəli girov müqaviləsi üzrə isə ödənilməmiş 4337,30 manat məbləğində əsas kredit borcu və 2360,19 manat məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 6697,49 manat, ümumilikdə 21226,39 manat borc məbləğinin və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat pulun İddiaçı tutularaq Cavabdeh MMCyə ödənilməsi qət edilmişdir. İddiaçı ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, buraxılmış müddətin prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamə İddiaçı rəsmi qaydada çatdırılmamışdır. Onun həmin qətnamədən xəbəri yalnız Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin rəisi İlkin Rüstəmov tərəfindən çağırıldıqdan sonra olmuşdur. Belə ki, İlkin Rüstəmov İddiaçı mərhum həyat yoldaşı X1 qardaşı Elçin ilə əlaqə saxlayaraq belə bir məsələnin mövcud olduğunu bildirmiş, Elçin isə öz növbəsində İddiaçı ilə əlaqə saxlamışdır. Daha sonra onlar birlikdə Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinə yaxınlaşmış və İddiaçı izahat alınmışdır. Həmin vaxt ona ##.##.2026-cı il tarixli e******/****-**-** nömrəli xəbərdarlıq məktubu təqdim edilmişdir. Qeyd olunan hadisələr 2026-cı ilin may ayında baş vermişdir. İddiaçı nümayəndəsi olaraq, hazırkı mülki iş üzrə iş materialları ilə tanış olmaq və Şirvan Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin rəsmi qaydada təqdim olunması ilə bağlı məhkəməyə ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli ərizələrlə müraciət etmişdir. İş materialları ilə tanış olarkən ona məlum olmuşdur ki, qeyd olunan qətnamənin İddiaçı göndərilməsi barədə iş materiallarında xəbərnamə mövcuddur. Lakin həmin qətnamə faktiki olaraq ona məlum olmamışdır. Birincisi, qeyd edilməlidir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olsa da, heç vaxt həmin ünvanda yaşamamış, yalnız formal qeydiyyatda olmuşdur. İkincisi, xəbərnamədə qətnamənin alınması ilə bağlı olan imza ona məxsus deyildir. Bu hal iş materiallarında olan digər sənədlərdə İddiaçı məxsus imzalarla müqayisə aparılmaqla da müəyyən edilə bilər. Bundan əlavə, qeyd edilməlidir ki, sifarişli xəbərnamədə sənədi alan şəxsin adı, soyadı, atasının adı və ünvançıya münasibəti göstərilməlidir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ##.##.2016-cı il tarixli**** nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.25- ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış “Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” və “İcra qeydi bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli sifarişli məktublar ünvançıya şəxsən verilir. Ünvançı olmadıqda isə poçt göndərişi onunla eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvançının yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanına və ya işlədiyi yer üzrə müdiriyyətə təqdim edilir. Bu halda, ünvançının əvəzinə məktubu alan şəxs sifarişli xəbərnamədə öz soyadını, adını, atasının adını, ünvançıya münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Göründüyü kimi, sifarişli xəbərnamə qanunvericiliyin tələblərinə uyğun şəkildə doldurulmamışdır. Buna görə də, Şirvan Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin İddiaçı lazımi qaydada çatdırılması öz təsdiqini tapmır. Belə olan halda, İddiaçı Şirvan Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsindən qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət vermək imkanından məhrum olduğu aşkar şəkildə müəyyən edilir. Çünki şəxs məhkəmə qətnaməsinin mövcudluğu və məzmunu barədə məlumatlandırılmadığı halda, onun həmin məhkəmə aktından vaxtında şikayət verməsi faktiki və hüquqi baxımdan mümkün olmur. Hazırkı iş üzrə iş materiallarında olan sifarişli xəbərnamə nə forma, nə də məzmun baxımından qanunvericiliyin tələblərinə cavab verir. Belə ki, xəbərnamədə sənədi qəbul etmiş şəxsin kimliyi, ünvançıya münasibəti və digər zəruri məlumatlar göstərilməmiş, eyni zamanda xəbərnamədə olan imzanın İddiaçı məxsus olmadığı açıq şəkildə görünür. Bu hallar isə qətnamənin iddiaçıya lazımi qaydada təqdim edilmədiyini təsdiq edir. Bundan əlavə, İddiaçı faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşamaması, həmin ünvanda yalnız formal qeydiyyatda olması da nəzərə alınmalıdır. Məhkəmə tərəfindən göndərilmiş poçt göndərişinin faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsinə dair mötəbər sübut mövcud deyildir. Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə İddiaçı Şirvan Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanı məhz İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində yaşayış və əlaqə ünvanı kimi göstərilmişdir. İşə baxıldığı müddətdə məhkəmə tərəfindən prosessual sənədlər və məhkəmə bildirişləri həmin ünvana göndərilmiş, onların qəbul olunması iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir. İddiaçı tərəfindən işə baxılması dövründə ünvanının dəyişdirilməsi, göstərilən ünvanda yaşamaması və ya məhkəmə yazışmalarının başqa ünvana göndərilməsinin zəruriliyi barədə məhkəməyə hər hansı məlumat verilməsi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən sonradan həmin ünvanda faktiki yaşamadığına və həmin ünvanda yalnız formal qeydiyyatda olmasına istinad edilməsi prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, işə baxılması zamanı İddiaçı nümayəndəsi vəkil vəkil1 məhkəmə iclaslarında iştirak etmiş, işin halları və qəbul edilən məhkəmə aktları barədə məlumatlı olmuşdur. İş materiallarından görünür ki, qəbul edilmiş qətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq vəkilin elektron kabinetinə yerləşdirilmişdir. Vəkilin məhkəmə iclaslarında iştirak etməsi və məhkəmə aktının elektron kabinetə göndərilməsi İddiaçı qəbul edilmiş qətnamə barədə məlumat əldə etmək imkanına malik olduğunu təsdiq edir. Məhkəmə nəzərə alır ki, vəkilin prosessual hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn nəticələr təmsil olunan şəxs üçün hüquqi nəticələr yaradır. Bu baxımdan, vəkilin məhkəmə aktı ilə tanış olmaması və ya qanunla müəyyən edilmiş müddətdə şikayət verməməsi prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Göstərilən hallar məcmu halda onu göstərir ki, İddiaçı qətnamə barədə yalnız icra şöbəsində məlumat əldə etməsi barədə dəlilləri iş materialları ilə öz təsdiqini tapmır. Əksinə, iş materialları ərizəçinin, onun nümayəndəsi vəkil vəkil1 məhkəmə aktı barədə məlumatlı olmaq, onunla tanış olmaq və qanunla müəyyən edilmiş müddətdə müvafiq şikayət vermək imkanına malik olduqlarını təsdiq edir. İddiaçı ərizəsi təmin edilməklə qətnaməyə münasibətdə buraxılmış müddətin bərpa edilməsi iş üzrə digər tərəfin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olar. Eyni zamanda İddiaçı prosessual müddətin buraxılmasının üzürlü səbəblərlə bağlı olduğunu təsdiq edən sübutlar təqdim etmədiyi, əksinə, iş materialları və faktiki hallar onun qətnamədən vaxtında məlumatlı olduğunu göstərdiyi üçün, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud hesab edilmir. Qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan poçt xəbərnaməsindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinin surəti poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən ## ###### 2023-cü il tarixdə İddiaçı çatdırılmışdır. “Elektron icra” sistemindən çıxarışdan görünür ki, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli 2(032)- ***/**** saylı icra vərəqəsi icra edilməsi üçün ##.##.2023cü tarixdə Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhəri icra və probasiya şöbəsinin ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. MPM-in 10-1.1-10-1.3-cü maddələrinə görə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Habelə MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Habelə MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Beləliklə, məhkəmə tərkibi bildirir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Şirvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsini ## ###### 2023-cü il tarixdə şəxsən əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinin tələblərinə əsasən prosessual müddətin hesablanması sənədin təqdim olunduğu gündən sonrakı gündən başlanılır və həmin normanın tələbləri baxımından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş qanuni müddət ## ######## 2023cü il tarixdə başa çatmışdır. Buna baxmayaraq, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. İş materiallarında olan poçt sənədləri ilə də təsdiq olunur ki, məhkəmə tərəfindən göndərilmiş bütün bildirişlər və məhkəmə aktları iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmiş, həmin göndərişlər ünvana çatdırılmışdır. Bu isə onu göstərir ki, iddiaçı həm məhkəmə icraatının gedişindən, həm də qəbul edilmiş qətnamədən məlumatlı olmuşdur. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, prosessual müddətin bərpası yalnız həmin müddətin üzrlü səbəbdən ötürüldüyü hallar sübuta yetirildikdə mümkün hesab edilə bilər. Lakin İddiaçı tərəfindən hər hansı obyektiv və üzrlü səbəblərə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş üzrə mövcud sənədlər onun məhkəmə bildirişlərini və qətnaməni vaxtında əldə etdiyini, lakin buna baxmayaraq qanunvericiliyin müəyyən etdiyi müddətə riayət etmədiyini təsdiq edir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, prosessual müddətin bərpası üçün qanuni əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, İddiaçı ## ##### 2022-ci il tarixdə vəkil vəkil1 notarial qaydada etibarnamə vermişdir. İş materiallarından da müəyyən olunur ki, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi ## ###### 2023-cü il tarixdə vəkilin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)- ***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar